Перейти к содержимому


Публикации N_ن_N

78 публикаций создано N_ن_N (учитываются публикации только с 29-марта 23)



#103145 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 16 января 2016 - 23:27 в Şiə-sünni dialoqu

ÜÇÜNCÜ MƏSƏLƏ

Tibyan əsəri təqiyyə ilə yazılmış bir əsərdir.Bunu mən yox şiyə alimləri qeyd edir.
Bu kitabın təqiyyə üsulu ilə yazıldığını Seyyid Cəlil Əli ibn Tavus "Sə'd əs-Səud" kitabında da qeyd etmişdir
Əgər səhvim varsa düzəliş etsəniz məmun olaram

 

Səhvin var.

 

Ay Subhani bax əzizim mən nəyə görə Seyid Tavusun sözünə inanmalıyam?Halbuki digər şiyə alimləridə var ki Əhli Beyt məzhəbini əqidəsinin Quranın təhrifinə inandığından ibarət olduğunu qeyd ediblər.

 

Deməli, qardaşımız sənə alimdən sitat gətirir ki, şiənin Quran haqqında etiqadı budur ki, o, təhrif olunmayıb. Sən isə deyirsən "mən nəyə görə Seyid Tavusa inanmalıyam?"

FƏRZ EDƏK Kİ, "digər şiyə alimləridə var ki Əhli Beyt məzhəbini əqidəsinin Quranın təhrifinə inandığından ibarət olduğunu qeyd ediblər".

 

Yaxşı bəs əcəba, onlara niyə inanmalısan ki? Sırf sənə sərf eləyir ona görə? :rolleyes:

 

Bundan əlavə, kimlərdir sən dediyin alimlər? Ümumiyyətlə həqiqətən də maraqlıdır: Sən nəyə görə təhrif olunmadığını deyənlərə yox, təhrif olunduğunu "deyənlərə" inanmalısan ki? Hansı meyara, hansı qaydalara əsasən? :rolleyes:

 

 

 




#103144 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 16 января 2016 - 20:32 в Şiə-sünni dialoqu

İKİNCİ MƏSƏLƏ

Daha sonra Omar qardaşımız qəribə bir sual verir: "Məhəmməd ibn Əli ibn Babveyh Qümmidən əvvəl hansı şiyə alimləri Quranın təhrif olmadığını deyiblər."

 

1. Elə adını çəkdiyin alim, yəni, Şeyx əs-Saduq (r.a) açıq-aşkar bildirir ki, şiələr Quranın dəyişdirilmədiyinə etiqad edirlər. Bunu deyərkən də "BİZİM EtiQADIMIZ" deyir.  Özündən qabaq ƏN AZINDAN hansısa şiə alimin Quranın təhrifinə etiqad etdiyi yönündə açıq-aşkar bir dəlil olsaydı Şeyx (r.a) "BİZİM ETİQADIMIZ BUDUR Kİ, QURAN TƏHRİF EDİLMƏYİB... KİM BİZİM BUNDAN ARTIĞINI DEDİYİMİZİ DESƏ YALANÇIDIR" məzmunlu fikrini söyləməzdi.

 

2. Ümumiyyətlə, bu cür şübhəli sual yersizdir. Eyni sualı mən də sənə verə bilərəm: Ümumiyyətlə hansı səhabələr, yaxud, hansı sünni alimləri Quranın təhrif edilmədiyinə inanıblar? Əgər sən bizim alimlərimizin şəxsən özündən bir-bir sitatlar istəyirsənsə, onda sən də zəhmət olmasa səhabələrdən və başda əl-Buxari və Muslim olmaqla sünni alimlərinin özündən bir-bir sitatlar gətirib sübut elə ki, onlar Quranın təhrif edilmədiyinə inanıblar.




#103143 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 16 января 2016 - 20:12 в Şiə-sünni dialoqu

Omar, gəlib özü cavablandırsa nə Gözəl! Yox özü də olmasa əqidədaşları, əxiləri filan  cavablandıra bilərlər. Zəhmət olmasa! Xahiş edirəm, rica edirəm!




#103142 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 16 января 2016 - 20:11 в Şiə-sünni dialoqu

LAP ELƏ FƏRZ EDƏK Kİ, burda unutdurmaqdan məqsəd tilavətin nəsxidir və bu şey MÜMKÜN olmaqdan əlavə, hətta BAŞ VERİB.

Məgər sən isbat edə bilərsənmi ki, məsələn, rəcm ayəsi peyğəmbərə unutdurulub?

 

1. Peyğəmbərin (s) özündən hədis varmı ki, filan ayə mənə unutdurulub?

2. Həmin hədis mütəvatirdirmi? :rolleyes:

 

Tilavətin nəsxinin baş verdiyini qəbul etmək, açıq-aşkar təhrifi qəbul etməkdir. Sadəcə, bu ittihamı özlərindən uzaqlaşdırmaq üçün müxaliflər iddia ediblər ki, filan məsələ təhrif deyil, tilavətin nəsxidir. Yaxud da, iddia ediblər ki, filan məsələ qiraətlərin fərqi ilə əlaqədardır.

 

 

Mİsal olaraq elə rəcm ayəsinə baxaq. Bu məsələ haqqında müxaliflər  o qədər ziddiyyətli məsələlər ortaya atıblar ki, sayı hesabı yoxdur.

 

Omar, indi sənə bu sualları verirəm.

1. Əgər rəcm mətni nəsx edilibsə, yaxud, sənin məntiqinlə desək, unutdurulubsa, hardadır ondan daha yaxşısı, yaxud onun kimisi?

Deyə bilərsən ki, mətn gedib amma, hökmü qalıb. Unutdurulan mətnidir, hökmü yoxdur. Onda səndən soruşuram ki, əgər unutdurulan mətnidirsə, "ondan daha yaxşısı, yaxud onun bənzəri" də olmalıdır. Hardadır, ondan, -yəni, rəcm mətnindən- daha yaxşısı, yaxud onun bənzəri?  Hələ mən ondan danışmıram ki, siz bəzi ayələrin həm mətninin, həm də hökmünün aradan getdiyini iddia edirsiz. "Keçi yedi" nə bilim nə. Hələ ki, bu mövzuya girmirəm.

2. Əgər rəcmin mətni unutdurulubsa, necə olur ki, sünni mənbələrində həmin mətn mövcuddur?

 

 

SƏN BUNLARI MƏNƏ İZAH EDƏ BİLƏRSƏNMİ?

 

Əcəb yaxşı işdir! Mətn yoxdur (rəcm "ayəsi" kimi) amma, hökm var. Necə olub ki, mətn yoxa çıxıb? Allah unutdurubmuş! Dəlil nədir? Heç nə! Filankəsin şərhi, pəsmənkəsin izahı!

Müxaliflərin mənbələrində bir zamanlar mövcud olmuş, lakin, sonradan Quranda mövcud olmayan ayələrdən bəhs edilir. Səbəb nə imiş? Nəsx edilibmiş! Həm mətnlər, həm də hökmlər unutdurulubmuş! Dəlil nədir? Heç nə! yenə də filankəsin şərhi, pəsmənkəsin izahı!

 

Xülasə, ONLARIN MƏNBƏLƏRİNDƏKİ HƏMİN RİVAYƏTLƏRİN DOĞRU OLDUĞU FƏRZ EDİLƏRSƏ, bu açıq-aşkar təhrifdir. Amma, bunu ALlahın etdiyini iddia edirlər. Bəs dəlil nədir ki, bütün bunları edən  Allahdır? Yəni, dəlil nədir ki, bütün bunlar məhz Allahın etdiyi nəsxdir? Qətiyyən heç bir dəlil yoxdur! Yenə də filankəslərin-filankəslərin şərhi!

Elədiyini elə, sonra da yaz Allahın hesabına! İmam Hüseyni (ə) şəhid edib -HAŞA- "Hüseyni (ə) Allah öldürdü!" demək kimi bir şeydir bu. Əgər elə deyilsə, o sözlə, bu iddialarınızın arasında nə fərq var? BUNU MƏNƏ İZAH EDƏ BİLƏRSƏNMİ? :rolleyes:




#103141 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 16 января 2016 - 19:36 в Şiə-sünni dialoqu

بسم الله الرحمن الرحيم السلام عليكم ورحمة الله وبركاته

Dedik ki, "bu vəhhabilərin nə qədər cahil olduqları tutduqları iradlardan, atdıqları iftiralardan məlumdur. Əlhəmdu lilləh qardaşlarımız bu mövzuya kifayət qədər tutarlı cavablar veriblər. Allahın izni ilə başa düşülməyən, yaxud çətin başa düşülən mövzular da izah ediləcək. "

 

Təəssüflər olsun ki, bu cür mühim mövzu, bəlkə özüm də daxili olmaq şərtiylə forum iştirakçılarının özlərindən asılı olmayan səbəblərdən dolayı dağınıq vəziyyətdədir. Çünki, bu mövzu ayrı-ayrı başlıqlar altında, ayrı-ayrı fəsillər, bölümlər şəklində yığılsaydı əla olardı. Amma, təəssüflər olsun ki, forumda bu hal demək olar ki, mümkünsüzdür. Çünki, mövzular müzakirəyə çıxarılır, müzakirəyə qoşulanlar çoxalır, bu yolla fikirlər çoxalır. Bunun nəticəsi olaraq da bəzi fikirlər -iradlar və cavabları təkrarlanır, bəzən də mövzudan kənara çıxmalar olur. Hər nə isə.

 

Fikrimcə bəzi məsələlər açıq qalıb və inşaAllah bu məsələləri cavablandırmağa çalışacağıq. Müxaliflərdən kimlər hansı iradlar tutublar sitat gətirib cavablandırmağa çalışacağıq. Özləri gələrlər müzakirəyə qoşularlar, qoşularlar. Yox özləri də olmasa başqa qoşulanlar məsələyə öz münasiblətlərini bildirər, veriləcək suallara cavab verərlər. Onsuz da vəhhabilərə şiələr əleyhində öyrədilən viruslu proqramlar-belə demək mümkünsə- eynidir. Yəni, eyni-eyni "iradları" tutub, eyni şeyləri bildilər-bilmədilər yazıb tökürlər.

Əleyhimizdə danışan vəhhabilər fərqli-fərqli şəxslər olsalar da, danışdıqları həzəyanlar eynidir, eyni mərkəzlərdən qaynaqlanır.

 Keçək mətələbə. Elə lap birinci səhifədən başlayaq.

 

Birinci səhifədə al-Fathla Omarın arasında nəsx barədə gedən müzakirədən zahirən belə başa düşülür ki, Omar Bəqərə surəsinin 106-cı ayəsini tilavətin nəsxinə dəlil olduğu fikrini müdafiə edir. Ayədə deyilir:
Bəqərə 106 - Biz hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!

İndi bu Omar qardaşımız dirənib ki, mənə izah edin görüm "unutdururuqsa" deməkdir?

 

Omar "tilavətin nəsxi" barədə belə yazır : "Niyədə mümkün olmasın?Kim dedi ki bu mümkün olan bir şey deyil?"

 

Yeri gəlmişkən bilməyənlər üçün izah edim ki, "tilavətin nəsxi" deyilərkən nəzərdə tutulan budur ki, ayənin mətni aradan gedib, amma hökmü qalıb. Üstəlik, aradan gedən bu mətnin yerinə də başqa heç bir mətn (ayə) gəlməyib.

 

Daha sonra Omar yazır: "Gördüyün kimi ayədə (Bəqərə/106-nı nəzərdə tutur) unutmaqdan söhbət gedir.Unudulan şey necə Quranda ola bilər bunu mənə izah edə bilərsən?"


 

Bütün bunlardan da zahirən başa düşülən budur ki, Omar ayədəki "unutdurmaq" sözünü tilavətin nəsxinin baş verdiyinə dəlil kimi istifadə edir.

 

İndi isə bu məsələyə aydınlıq gətirək:

 

1. Omar qardaşımız dirənib ki, "mənə bu sözdən nəyin qəsd edildiyini deyin!". Qardaşım, bu müzakirədə "unutdururuqsa" sözündən nəyin nəzərdə tutulduğu yox, nəyin nəzərdə tutulmadığı mühimdir. Nəyin nəzərdə tutulduğuna gəlincə şiələrdən cavab istəyirsən? Buyur şiə müfəssiri ƏLlamə ət-Tabətabəinin (r.a) təfsirini oxu: http://www.islamkutu...ERİN AÇIKLAMASI

 

2. Biz bunu müzakirə edirik ki, həmin ayədə tilavətin nəxsi nəzərdə tutulub ya yox, düzdürmü? Ona görə də müzakirəni belə davam etdirmək lazımdır ki, görəsən "unutdururuqsa" sözündən tilavətin nəsxinin baş verdiyi təsdiqlənir ya yox. Bax, mühim olan budur. Mən də sənə deyirəm ki, bu ayədə tilavətin nəsxinin Quranda baş verdiyini təsdiq edəcək heç bir şey qətiyyən yoxdur.

 

FƏRZ EDƏK Kİ, bu kəlmədən tilavətin nəsxinin MÜMKÜN OLMASI başa düşülür. Lakin, bir şeyin MÜMKÜN OLMASI həmin şeyin MÜTLƏQ BAŞ VERMƏSİ deməkdirmi? 

 

Allah ayədə açıq-aşkar bildiribmi ki, UNUTDURURUQ, TİLAVƏT GEDİR, HÖKM QALIR, YERİNƏ DƏ HEÇ BİR AYƏ GƏTİRMİRİK?

Məgər sən ayəyə bütöv şəkildə diqqət etməmisənmi? "Biz hər hansı bir ayəni (ayənin hökmünü) ləğv edir və ya onu unutdururuqsa, ondan daha yaxşısını, yaxud ona bənzərini gətiririk. Allahın hər şeyə qadir olmasını bilmirsənmi?!

 

Sual vermisən ki, "Unudulan şey necə Quranda ola bilər bunu mənə izah edə bilərsən?"

 

 

Yaxşı, bəs əgər "unutdurmaqdan" məqsəd sən deyəndirsə, o zaman "ONDAN DAHA YAXŞISINI, YAXUD ONUN BƏNZƏRİNİ" buyur Quranda göstər. :rolleyes:
 Bir "unutdurulan" ayəni misal çək, sonra "ondan daha yaxşısını, yaxud bənzərini" buyur Quranda mənə göstər zəhmət olmasa! :rolleyes:

 

3. Əgər bir şey ki, sən nəzərdə tutduğun mənada unutdurulubsa, göstərəcəyin şeyin "ondan daha yaxşısı, yaxud onun bənzəri" olub-olmadığını necə biləcəksən? BUNU MƏNƏ İZAH EDƏ BİLƏRSƏN? :rolleyes:

 

Mİsalnan izah edim ki, sənin üçün daha rahat olsun! Fərz edək ki, sənin bir kitabın var. Lakin, sonradan o kitab aradan gedir və o kitabın nə zamansa mövcud olması sənə unutdurulur. Daha sonra sənin əlinə başqa bir kitab keçir və sən deyirsən ki, "bu kitab ONDAN (unutduğun kitabdan) DAHA YAXŞIDIR, YAXUD ONUN BƏNZƏRİDİR". Qardaş, sən unutmusan elə bir kitabın mövcudluğunu. O kitab sənin yadındadırmı ki, biləsən indiki kitab ondan daha yaxşıdır, yaxud onun bənzəridir ya yox? Bu zahiri müşkili necə həll etmək mümkündür, necə doğru izah etmək mümkündür? BƏLKƏ BUNU MƏNƏ İZAH EDƏ BİLƏRSƏN? :rolleyes:




#103140 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 16 января 2016 - 12:00 в Şiə-sünni dialoqu

بسم الله الرحمن الرحيم السلام عليكم ورحمة الله وبركاته

 

Qardaşlar, birincisi, bu vəhhabilərin nə qədər cahil olduqları tutduqları iradlardan, atdıqları iftiralardan məlumdur. Əlhəmdu lilləh qardaşlarımız bu mövzuya kifayət qədər tutarlı cavablar veriblər. Allahın izni ilə başa düşülməyən, yaxud çətin başa düşülən mövzular da izah ediləcək. Vəhhabilərin beyinlərinə doldurublar ki, guya şiələr bilirlər ki, alimləri təhrifə inanıb, sadəcə söhbəti fırladırlar, etiraf etmək istəmirlər. Halbuki, belə deyil. Bütün bunlar vəhhabilərin məntiq, üsul və s. zəruri dini elmlərdən bilgisizliyindən irəli gəlir. Təəssüf ki, bir çox qardaşlarımız da bu zəruri elmləri bilmirlər, yaxud, həmin məlumatlar haqqında az bilgilidirlər. Sadə müsəlmanların üsul elmi kimi zəruri elmlərdən xəbərdar olmaması təbiidir. Odur ki, bu mövzuların daha rahat başa düşülməsi üçün mütləq üsul elmi və s. elmlər haqqında ən azından mövzuyla əlaqədar olan qədərini bilmək zəruridir, ən əsas şərtdir.

İkincisi,   Bir daha Arif qardaşımdan üzr istəyirəm. Onu xəbis bir vahhabi ilə səhv saldığım üçün. Vahhabilərin şiə forumlarında özlərini şiə kimi təqdim etməkləri məşhur məsələdir. Bir ara bir xəbis vəhhabi hər cür səviyyəsiz metodlara əl ataraq öz aləmində müsəlmanlara istehza edir, yalan və iftiralar ilə insanları çadırmağa çalışırdı. Ona görə də, Forumda insanlarla birbaşa ünsiyyyət mümkün olmadığı üçün, yəni, belə hallarda kimin həqiqətən də şiə, kimin vəhhabi olduğunu təyin etmək çətin  olduğu üçünbelə bir iştibaha yol vermişəm. Haqqını halal elə qardaşım.




#103139 Kitab ve peyğəmbər çatmayan insanlara tehvidde cahillik üzrlüdür?

Отправлено автор: N_ن_N 15 января 2016 - 14:11 в Əqidə və fiqh

Sənə bir daha da deyirəm bəndənin qəlbində Allahdan qorxusu varsa bu dərəcədə abırsız həyasız olmaz.

qulam, he bu aye sen dediyin kimidir, yani men sehv etmişem yazmışam ayeni, ibadet edirik.. deye yazmışam.. amma ibadet etmirik sadece yaxınlaşaq deye

 

 

Bəs mənə deyirdin ki, sən ərəbcə bilmirsən? Allaha şükürlər olsun ki, sənə haqlı irad tutulduğunu başa düşdün. Ümid edirəm ki, bütün həqiqətləri başa düşüb səhv yoldan dönərsən Allahın izniylə.

Allah qulam qardaşımızdan razı olsun. Amin




#103133 Osman b. Əffanı kimlər öldürdü?

Отправлено автор: N_ن_N 06 января 2016 - 18:36 в Şiə-sünni dialoqu

Niğalayii müsəlmanların Allahı yernən yeksan elədi... Allahummə salli əla Muhəmməd və ali Muhəmməd!




#103130 Allahın Edam Olunan Ayəsi

Отправлено автор: N_ن_N 03 января 2016 - 14:45 в Ümumislam mövzular

بسم الله الرحمن الرحيم

 

    الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا ونبينا محمد وآله الطيبين الطاهرين، ولعنة الله على أعدائهم

أجمعين من الأولين والآخرين

 

 

Dünən (2 yanvar, 2016) Allahın ayələrindən, nişanələrindən biri olan Ayətullah Nimr Baqir ən-Nimr və onunla birgə onlarla müsəlman qardaşımız zəmanənin yezidləri olan Səudiyyə rejimi tərəfindən edam edilib. Günahı əmr bilməruf və nəhy ənil-munkər etmək idi. Yaxşılıqlara dəvət edən, pisliklərdən çəkindirən bu cəsur şəxsiyyət İslam dini uğrunda şəhid edildi. Ayətullah Nimr şəhadət şərbətini içərkən təqribən ağası İmam Hüseyn yaşlarda idi. Allah onu ağası İmam Hüseyn (ə) ilə məşhur eləsin. 

 

Çox çətindir bu barədə danışmaq. Çox yaza bilməyəcəyəm. Ayətullah Nimr bizim Səudiyyəli qardaşlarımızdan, alimlərimizdən idi. Başda İmam zaman (ə) ağa olmaqla, bütün mərce-təqlidlərimizə, bütün alimlərimizə, Səudiyyədə, eləcə də yer üzərində yaşayan bütün şiə qardaşlarımıza, məzhəbindən, dinindən, dilindən, irqindən asılı olmayaraq bu müsibətə üzülən, qəlbiylə də olsa bu edama etiraz edən hər kəsə baş sağlığı verirəm. İnnə lilləh va innə ileyhi raciun!

 

" Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir)Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!" (Fəcr surəsi, 27-28)

 

Mərhum, şəhid Ayətullah Nimr Baqir ən-Nimrin ruhuna əl-Fatihə! 




#103129 Əlimizdəki Quranın təhrif olunduğuna etiqad edənin hökmü nədir?

Отправлено автор: N_ن_N 01 января 2016 - 11:49 в Əqidə və fiqh

Əssələmu aleykum.

 Qardaşlar, internetimdə bəzən problemlər yaranır deyə foruma çox gələ bilmirəm. Hələlik müvəqəti olaraq da olsa bu problem həll olunub Əlhəmdu lilləh. :) 

 

Keçək mövzuya. Mövzu ətrafında müəyyən fikirlər səsləndirildi, müəyən müzakirələr aparıldı. Lakin, bu müzakirələr sadəcə müzakirə idi. Məqsəd sadəcə müzakirə etmək idi, isbat və ya inkar etmək yox :) 

 

İndi isə mövzuya işıq tutmaq üçün istərdim ki, mütəvatir mövzusuna toxunaq. Nə deməkdir mütəvatir? NƏ bilirik onun haqqında? Neçə cür olur mütəvatir? Əgər mütəvatir mövzusu aydın olsa, əsas mövzunu anlamaq daha çox asanlaşacaq inşaAllah.




#103127 Namazlarin Birlesdirilmesi

Отправлено автор: N_ن_N 25 декабря 2015 - 13:57 в Şiə-sünni dialoqu

Allahın izniylə cavab verdim qardaşım. Amma, yaxşı olardı ki, xüsusi bir mövzu açılsın hamının görə biləcəyi şəkildə müzakirə edilsin ki, bu məsələdə müəyyən şübhələri olan qardaşlar öz şübhələrinə cavab tapmış olsunlar. İnşaAllah ki,bu mövzu ilə əlaqədar xüsusi bölmə açılar orda müzakirə edilər




#103125 Namazlarin Birlesdirilmesi

Отправлено автор: N_ن_N 24 декабря 2015 - 15:28 в Şiə-sünni dialoqu

bakigeceleri, mənim əziz qardaşım. Bu fəqir də əhli-beyt (s.a.s) məktəbinin alimlərindən, elm əhlindən azdan-çoxdan nə öyrənə bilibsə onu paylaşmağa çalışır. Bilmədiklərimi də öyrənirəm və hələ də öyrənməkdəyəm Allahın izni ilə. Bu, məsələnin bu tərəfi.

 

Azanda üçüncü şəhadətə gəlincə. Azanda üçüncü şəhadətin verilməsini şiə fəqihləri caiz görüblər. Buna işarə edən bir çox dəlillər, qərinələr var. Dəlillərdən biri də İmam Cəfər əs-Sadiqdən (s.a) nəql olunan bir hədisdə imam (s.a) buyurur: "Sizdən biriniz "Lə iləhə illəllah, Muhəmmədun rasulullah" desə, "Əli əmirulmuminin" (də) desin". 

 

Ümumiyyətlə mənim əziz qardaşım. Bu mövzu geniş mövzudur. Dəlilləri Quran və səhih sünnəyə müvafiqdir. Həm də qəlbin, əqlin rahat qəbuledəcəyi dəlilləri var :) 

Lakin, xahiş edirəm, əgər daha geniş izahını istəyirsizsə bunun üçün xüsusi bir mövzu açın orda davam edək ki, mövzular bir-birinə qarışmasın. Gələcəkdə başqa möminlər də istədikləri mövzunu öz başlığı altında rahat şəkildə tapa bilsinlər inşaAllah




#103123 İraq və Suriyadakı vəziyyət

Отправлено автор: N_ن_N 23 декабря 2015 - 17:40 в Ümumislam mövzular

Hər zaman şükür edənlərdən olaq əziz qardaşım. Halbuki, vəhhabilər necə böyük arzularla getmişdilər ora :)




#103122 İraq və Suriyadakı vəziyyət

Отправлено автор: N_ن_N 23 декабря 2015 - 17:39 в Ümumislam mövzular

Allah bütün İslam düşmənlərini məhv eləsin! Amin! :)  




#103121 Namazlarin Birlesdirilmesi

Отправлено автор: N_ن_N 23 декабря 2015 - 17:36 в Şiə-sünni dialoqu

Qardaşım, əgər bu işin icazəli olub-olmadığını, yaxud, hansı dəlillərə əsasən icazəli olduğunu soruşursunuzsa,  üçüncü şəhadətin məhz azanda deyilə bilməsi üçün imamlardan hədisin olmasına ehtiyac yoxdur. Ümumən Quran və sünnətə əsasən azanda üçüncü şəhadətin deyilməsi icazəlidir. Əgər ehtiyac olsa inşaAllah bu məsələni bir az da geniş izah etmək mümkündür.




#103118 İraq və Suriyadakı vəziyyət

Отправлено автор: N_ن_N 22 декабря 2015 - 22:32 в Ümumislam mövzular

İraq ordusu İraq və Şamdakı İslam Düşmənlərindən (İŞİD) işğal etdiyi Ramadinin mərkəzinə girib! Allahu Əkbər! Yenə də Anti-Rafa nikli vəhhabinin tələm -tələsik "Rafizilər üzərində qələbə" mövzusu yadıma düşdü. Görəsən hardadı indi bu vəhhabi? Bəlkə də sevindiyindən tələm-tələsik gedib İŞİD-ə qoşulub :)

:)




#103116 Namazlarin Birlesdirilmesi

Отправлено автор: N_ن_N 06 декабря 2015 - 12:10 в Şiə-sünni dialoqu

Allah sizdən də razı olsun qardaşım. Sadəcə öz alimlərinə kor-koranə təqlid edirlər. Onlara bunu təlqin edirlər ki rafizilər yalançıdır. Əgər ağıl sahibləri bu məsələlər üzərində düşünsələr haqqı görərlər.




#103114 Namazlarin Birlesdirilmesi

Отправлено автор: N_ن_N 05 декабря 2015 - 12:51 в Şiə-sünni dialoqu

Aleykum əsssalam va rahmətullahi va bərakətuhu.

http://hadith.al-isl...kID=25&PID=1059




#103108 Ömərin qatili kafir idimi?

Отправлено автор: N_ن_N 13 ноября 2015 - 23:20 в Hədislər

ZehrAsiqi, əs-salam aleykum. Zəhmət olmasa bu rəvayətin original mətnini burda yerləşdirin, yaxud, original mənbəyə (mətnə) keçid verin zəhmət olmasa! Qabaqcadan təşəkkür edirəm!




#103076 Rəcm "ayəsi"

Отправлено автор: N_ن_N 15 сентября 2015 - 21:14 в Şiə-sünni dialoqu

 


Va Aleykum əs-salam va rahmətullahi va bərakətuhu!

Şükür Allaha qardaşım. Siz necəsüz?

Deməli, bunlara heç cür inanmaq olmaz! ))

Qardaşım, nə vaxtdı bu mövzu açılıb. Bəlkə sən vahabilərdən bir izahat eşitmisən ? :rolleyes:

Elhemdulilleh men de bobatam aga)) Exi bunlar meselelere etrafli, dolgun, deqiq ve duzgun izahat vere bilseydiler ele biz de kecib vehabi olardiq da ne vardi ki))) Bunlarin bura yazdiqlarindan bawqa bir izahat ewitmemiwem. Ancaq bunu deyirler ki Wie Alimleri r.a.3 cur nesxin mumkunluyunu qebul edibler. Vessalam))

 

 

Təki həmişə yaxşı olasan mənim əziz qardaşım. Bu vəhhabilər belədirlər də. Üç səhifə ora-bura fırlatdılar, amma, bir cavab vermədilər. Ay nə bilim alimlər elə deyirlər, alimlər belə deyirlər.

 

Sual vermişik ki, əgər Ömərin iddia elədiyi rəcm "ayə"sinin mətni nəsx olunubsa onda mənbələrdəki məşhur mətn hardandır? 

Öz aləmlərində guya səhv tutdular ki, Buxaridə bu mətn yoxdu ay nə bilim nə ))

 

halbuki, özləri də bilirləree mənbələrində bu mətn var və alimləri də qəbul edirlər. Məsələn:

 

 

Bu videoda vəhhabi ağalarından biri həmin mətndən danışır)

İndi təsəvvür edirsənmi qardaşım? "Ayənin" mətni nəsx olunub, amma öz müxaliflərin mənbələrində bu mətn var. Belə çıxır ki, "Ayə"ni Qurandan "Allah çıxardıb" daha sonra müxaliflərin mənbələrinə salıb! Tövbə əstəğfirullah!

 

Bax, söhbət bundan gedir. Bunlar da yapışıblar ki, filan şiə alimi tilavətin nəxsini qəbul edib... Heç elə deyilee. Lap, guya elə olsa nə olacaq ki? Məgər sual tilavətin nəsxidi? Bunlar həqiqətən ya mövzunu başa düşməyiblər, ya da adətləri üzrə qoyublar özlərini - yumşaq desək- başa düşməməzliyə! )

 

İNdi bunlar deyirlər ki, tilavət nəsx olunub. Yəni, mətn Qurandan çıxarılıb. Deməli, Allah məsləhət bilməyib ki, mətn Quranda qalsın. Amma, müxaliflərin mənbələrində qalıb. İndi sual budur ki, əgər həmin "ayəni" bunların kitablarına Allah salıbsa Allah mətni Qurandan çıxardıb - nəuzubilləh- bunların kitablarına niyə salıb? Nəuzubilləh "Ayə" Qurana layiq olmayıb, ya Quran "ayə"yə?

Yox əgər Allahın Qurandan "Çıxartdığı ayə"ni müxaliflərin hədisçiləri götürüb öz kitablarına salıblarsa ...naprasno... Oçen naprasno! A kişi, Allah bu "ayənin" mətnini öz kitabından məsləhət bilib  çıxardıbsa, sən niyə və nə ixtiyarla götürüb onu öz kitabına salırsan??

Hələ maraqlıdır ki, bunlar "ayənin" nəsx olunmuş mətnini hardan tapıblar? )

 

Biri çıxıb bir fərli başlı cavab vermir ki, fikirlərini biləsən. Bizi görən kimi, başlayırlar "rafizilər", "müşriklər" nə bilim nə...




#103075 İlahi İmamları Kim Seçməli Və Təyin Etməlidir?

Отправлено автор: N_ن_N 15 сентября 2015 - 19:24 в Əqidə və fiqh

Allah razı olsun qulam qardaşım. Minnətdaram. Bir daha təşəkkür edirəm.

 

Mövzuya gəlincə. İmamətə kim layiqdi kim layiq deyil Allah özü açıqlayır. (Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) “Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm”, -dedi. (İbrahim isə : “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında: ) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, -buyurdu.” (Bəqərə, 124)

 

Mərhum Əllamə Tabətabəi məşhur təfsirində bu barədə yazır: “Bu ayənin imamların (ömür boyu) mə’sumluğuna dəlil oması barədə ustadlarımızın birindən soruşduqda belə cavab verdi: “İnsanlar əql və məntiq baxımından dörd qrupa bölünür:
1.Ömrünü əvvəldən axıra qədər zülm və haqsızlıqla keçirənlər;
2.Ömrü əvvəldən axıra qədər hər bir günah və zülmdən pak olanlar;
3.Ömrünün əvvəlində zülmkar olan, axırda isə bu işdən çəkinənlər;
4.Ömrünü əvvəlcə ədalətlə başlayan, sonra isə zülmlə başa vuranlar.
Şübhəsiz, həzrət İbrahim kimi peyğəmbərin Allahdan birinci və dördüncü qrupa aid olanlar üçün imamət məqamı istəməsi əsla təsəvvür olunmur. Burada iki qrup qalır və Allah-taala üçüncü qrup üçün imamət məqamını rədd edir. Beləliklə, yalnız bir qrup qalır - ömrünün əvvəlindən sonuna kimi pak və günahdan uzaq olanlar!”

 

Ağıl sahibləri üçün bundan gözəl izah???




#103073 İlahi İmamları Kim Seçməli Və Təyin Etməlidir?

Отправлено автор: N_ن_N 14 сентября 2015 - 18:59 в Əqidə və fiqh

Mənim əziz qulam qardaşım. Allah razı olsun sizdən. Allah şahiddir ki, mən də sizi burda görəndə ürəyim sevinir.

 

Əziz qardaşım, foruma nəzər salarkən gördüm ki, müzakirələrin birində təəssüf ki, sizin haqqınızda tələsik qərar verib bir vəhhabi ilə səhv salmışam. Tələskənlik edib xətaya düşmüşəm. Üzr istəyirəm sizdən. Mümkündürsə haqqınızı halal edin qardaşım. Allah razı olsun.




#103068 İlahi İmamları Kim Seçməli Və Təyin Etməlidir?

Отправлено автор: N_ن_N 13 сентября 2015 - 23:13 в Əqidə və fiqh

Belə çıxır ki, Allah nəuzubilləh əvvəl bu məsələyə münasibət bildirməmiş, təkcə qiyamətin axırına bir qədər qalmış vaxt üçün Mehdini (ə.f) seçmişdir.

Çox gözəl və incə mətləbə toxunmusan qardaşım. Allah səndən razı olsun.  Ümumiyyətlə, imam, rəhbər ya rəiyyətdən aşağı səviyyədə olur, ya rəiyyətlə eyni səviyyədə olur, ya da rəiyyətdən üstün olur. Birinci hal  insan fitrətinə ziddir. İkinci hal insan nəfsinə "gəl-gəl" deməkdir. Geriyə bir tək üçüncü hal qalır.




#103060 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Отправлено автор: N_ن_N 15 августа 2015 - 13:20 в Hədislər

Yenə də səsi-sorağı gəlmir vəhhabilərin.

 

Bir maraqlı hədisə diqqət edək.

 

"“Münafiqin üç əlaməti vardır: Yalan danışır, vədinə əmələ etmir, ona edilən əmanətə xəyanət edir.”

 

Bu hədis müxaliflərin nəzərində səhihdir. Buxaridə də Muslimdə də keçir bu hədis. Qəribədir ki, Əli(ə) Əbu Bəkrlə Ömərə nisbət verdiyi sifətlər arasında bu sifətlər də var.




#102920 Münafiqlə səhabənin fərqi

Отправлено автор: N_ن_N 06 июня 2015 - 16:57 в Əqidə və fiqh

بسم الله الرحمن الرحيم

السلام عليكم و رحمة الله و بركاته




Məlum olduğu kimi peyğəmbərimizin (s.a.s) dövründə səhabələrin (رضي الله عنهم) arasında münafiqlər də var idi. Zahirdə onlar da səhabə hesab edilirdilər. Peyğəmbərə (s.a.s), əhli-beytinə (s.a.s) , müsəlmanlara məhəbbət nümayiş etdirir, İslami əhkamları yerinə yetirirdilər. Bəs görəsən münafiqlə həqiqi səhabəni bir-birindən necə ayırmaq olar ?

Biz hardan bilə bilərik ki, hansısa رضي الله عنه ( "radiyəllahu anhu" - Allah ondan razı olsun! ) dediyimiz şəxs əslində münafiq idi ya səhabə?

Konkret hansısa şəxslərin səhabə , hansılarının münafiq olduğu Quranda qeyd edilibmi? Adları çəkilibmi?

Müsəlmanların bu məsələyə münasibəti necə olmalıdır? Ehtiyatən ucdantutma hamısına رضي الله عنه - mu deyilməlidir?

Yoxsa, ehtiyatən heç birinə رضي الله عنه deyilməməlidir? Ola bilər ki, رضي الله عنه dediyimiz şəxs əslində münafiq olmuş olsun. Ola bilməzmi? Ola bilməzsə nəyə əsasən ola bilməz?

Əgər bir kimsə ictihad edib xəta etmiş olsa, əslində "Allah ondan razı olsun!" deməli olduğu şəxsi münafiq hesab edib "ALlah ona lənət eləsin!" desə kafirmi olar?

Əgər bir kimsə ictihad edib xəta etmiş olsa, əslində münafiq olan bir şəxsə "Allah ondan razı olsun" desə bunun hökmü nədir?

Təşəkkürlər!





Рейтинг@Mail.ru