şiələr hər zamankı kimi yenədə söhbəti fırlatmaqla məşğuldurlar. bu yalan nəyə lazımdır ki. əqidənizi daha niyə gizlədirsiniz. Quranın təhrifinə, 3 nəfərdən başqa bütün səhabənin kafir olduğuna və rafizilərdən başqa bütün hər kəsin kafir və nasibi olduğuna iman etmək şiələrin əqidələrinin əsaslarındandır. bir haldaki rafizilərin ən böyük mühəddisi əl Kuleyni və ən böyük müfəssiri əl Kuleynin ustadı əl Qummi təhrifə iman edib və bunu açıq-aşkar deyiblər:
əl Qummi öz təfsirinin müqəddiməsində deyib "Quranda dəyişilmiş və dəyişdirilmiş, dəyişməz və bir-birinə bənzər yerlər... Allahın nazil etdiyinin əksinə olan yerlər, ayələr var"
əl Kuleyni isə öz kitabında belə bir fəsil açıb "Quranı Allahın nazil etdiyi kimi ancaq imamlar toplamışlardır"
ələttə rafizilər yenə bu sözləri fırlatmağa, yozmağa çalışacaqlar. onun üçün biz onlara öz alimlərinin əl Qummi və əl Kuleyni barəsində olan etiraflarını göstəririk.
Kuleyni,.jpeg
scan edilmiş səhifədə əl Amili deyir ki əl Kuleyni və əl qummi təhrifə inanıblar.
Kuleyni,1.jpeg
scan edilmiş səhifədə müasir rafizi alimlərindən Əli İsfahani deyir ki əl kuleyni, əl qummi və əl cəzairi təhrifə iman ediblər
1. O sənə elə elə gəlir ki, şiələr "hər zamankı kimi söhbəti fırlatmaqla" məşğuldurlar. Sən deyəsən Əbu Bəkrlə Ömərlə Allahın, rəsulunun (s) və imamların (ə) təriflədiyi şiələri səhv salırsan. İslam tarixində söhbəti ilk fırladanlar Əbu Bəkrlə Ömər olub. Məsələn, xanım Zəhra (s) Əbu Bəkrdən öz haqqını tələb edəndə, Əbu Bəkr söhbəti fırladıb dedi ki, mən peyğəmbərdən eşitmişəm ki, biz peyğəmbərlərdən irs aparılmaz deyib. Halbuki, xanım Zəhra (s) haqlı olduğu barədə Qurandan ayələr də gətirmişdi. Əbu Bəkr söhbəti fırladıb qəbul etməmişdi. Xanım Zəhra (s) şahidlər də gətirmişdi. Əbu BƏkr hərəsi üçün bir bəhanə gətirərək söhbəti fırladıb yenə də qəbul etməmişdi.
Peyğəmbər (s) son nəfəsində kağız-qələm istəyir ki, onlara vəsiyyət yazsın. Ömər söhbəti fırladıb peyğəmbərin (s) sayıqladığını, belə yazıya ehtiyaclarının olmadığını, aralarında Quranın olduğunu və Allahın kitabının onlara bəs etdiyini deyir.
Sonra Muaviyyə. Dedilər gəl beyət elə, qılıncı qoy Əliyə (ə) qarşı çıxma! Söhbəti fırladıb dedi ki, OSmanın intiqamını tələb edirəm.
Hələ Ömərin oğlu Abdullahı demirəm. Əvvəl Yezidə qarşı çıxdı. Sonra "zamanının imanını tanımadan ölən cahiliyyə dövründəki kimi ölər" məzmunlu hədisi bəhanə gətirərək söhbəti fırladıb gedib Yezidə beyət elədi. Birdi, ikidi beyəm? Saysam sayıb qurtarmaq olmaz. Ta onların dövründən müasir dövrümüzə qədər qabağda gedənlərinizə, rəhbərlərinizə, alimlərinizə baxsan Qarşına ucu-bucağı görünməyən söhbəti fırladanlar ordusu çıxar. Yaxşısı budur sən belə şeylərlə özünü çox yorma
2. Şiələr Quranın təhrifinə inanmırlar. Belə bir inancları olmadığına görə də gizlətmirlər. Əslində belə bir inancları olsaydı belə gizlətməyə ehtiyac olmazdı. Əgər bunun izahını istəsən məmnuniyyətlə izah edərəm. Şiələrdən başqa hamının kafir olduğuna da inanmırlar. Üç nəfərdən başqa bütün səhabələrin kafir olduqlarına da inanmırlar. Bütün bunlar iftiradır. Bütün bunlar köhnə proqramlardı ki, qafanıza yükləyiblər. Hər etmimala qarşı bunu da qafanıza yerləşdiriblər ki, şiələrə inanmayın. Hər nə desələr söhbəti fırladırlar, vəssəlam. Köhnə proqram, köhnə hamam, köhnə tas. Bir az elmlə məşğul olun, kitab oxuyun, dəyişin inkişaf edin.
3. Əl-Qumminin təfsirindəki müqəddimə Qummiyə (r.a) nisbət verilir, özünə aid deyil. Bunu müqəddimənin özündə də açıq-aşkar görmək mümkündür.
4. Əl-Kuleyninin (r.a) açdığı baba qoyduğu ada gəlincə. Həmin babda yerləşdirdiyi rəvayətlərdən də açıq-aşkar görünür ki, söhbət elə təvilin, təfsirin bir yerə toplanıb, hifz edilməsindən, mühafizə edilməsindən söhbət gedir. Quranın hamısının cəmi deyilərkən nəzərdə tutulan elə budur. Zatən babın adından da bunu açıq-aşkar başa düşmək mümkündür. Amma, əlbəttə ki, başa düşən üçün. Adına fikir ver: "Quranı Allahın nazil etdiyi kimi ancaq imamlar toplamışlardır"
Heç olmasa bu babın adını yazanda bir az dayanıb düşünəydin ki, məgər bütün imamlar Quran toplayıblar?
Bir də axı bircə İmam ƏLi (ə) Quranı toplayıbsa və həmin Quran imamlardadırsa nə ehtiyac var ki, digər imamlar da həmin Quranı toplasınlar?
Söhbət Quranın nazil olduğu kimi, yəni, bütün təvili, təfsiri ilə bir araya toplanmasından, hifz edilməsindən, qorunmasında, yəni, Quranın bütün elmlərini özlərində qorumasından gedir. Bunu başa düşmək əlbəttə ki, hər adamın işi deyil.
Gələk göstəridiyin scanlara. Bunu artıq əvvəlki şərhlərimizdə izah etmişik. Bir daha qısaca təkrar edirəm:
Əvvəla, əl-Amili (r.a) əxbari idi və bu kimi mövzularda sözü öz-özlüyündə huccət deyil.
İkincisi, Amili iddia etmir ki, belədir. Deyir ki, "Kuleynidən zahir olan budur". Yəni, zahirən nəyi başa düşübsə onu deyir, təkidlə iddia etmir. Qummi haqqında da həmçinin.
Üçüncüsü, Amilinin (r.a) özünün bu fikirlərindən qəti olaraq sən dediyin mənada təhrifi nəzərdə tutduğu başa düşülmür. Ola bilər ki, elə sənə izah etdiyim mənada təhrifdən danışır. Yəni, bir sözün zahirən hansısa formada başa düşülməsi, məsələnin həqiqətən də elə olması demək deyil.
Seyyid Əli əl-Fani əl-İSfani (r.a) də "ZAHİRƏN" belə olduğunu deyir və onun da sözün də qəti olaraq sən dediyin mənada təhrifdən söhbət getdiyi başa düşülmür. Bunu yerləşdirdiyin scandan da açıq-aşkar başa düşmək mümkündür.
hətta, hər iki alim (r.a) sən nəzərdə tutduğun mənada təhrifdən danışırlarsa da, özləri qeyd edirlər ki, bu məsələ "zahirən" belədir. Yəni, qətiyyətlə təkid etmirlər. Zahirən başa düşdüklərini deyirlər. ƏLBƏTTƏ ƏGƏR SƏN DEDİYİN MƏNADA TƏHRİFDƏN DANIŞDIQLARI FƏRZ EDİLƏRSƏ