Перейти к содержимому


Публикации Asiman.X

60 публикаций создано Asiman.X (учитываются публикации только с 29-апреля 23)



#100269 Təqlid

Отправлено автор: Asiman.X 16 января 2014 - 12:41 в Şiə-sünni dialoqu



Aleykum əs-salam va rahmətullahi va bərakətuhu.

İnşaAllah qardaşım.

Ey vahabilər!

Bu barədə alimlərinizin nəzərini bizə deyin! Təqlidə sizin üləmanın nəzəri necədir?
Əgər təqlid caiz deyilsə, nəyə görə öz alimlərinizin fətvalarına önəm verirsiz?

Yoxsa, bu mövzu "namazda əllərin vəziyyəti" haqqında və s. deyildir. Məsələni mövzusundan uzaqlaşdırmağa çalışmayın!


qardaş yeni mövzu açacaqsız ?



#100266 Səhabələr haqqında nazil olan ayələr.

Отправлено автор: Asiman.X 16 января 2014 - 12:01 в Qur'an və onun təfsiri

[quote name='N_ن_N' timestamp='1389855014' post='100264']
Salam aleykum. Asiman.X,qardaşım, xahiş edirəm mövzunu diqqətlə oxuyun, mövzuya uyğun şərhlər yazın və bu cür uzun və mövzu ilə heç bir əlaqəsi olmayan copy-paste materiallardan istifadə etməyin. Təşəkkürlər.
[/quote
inşallah qardaş



#100263 Səhabələr haqqında nazil olan ayələr.

Отправлено автор: Asiman.X 16 января 2014 - 10:37 в Qur'an və onun təfsiri

Bismihi təala ...

Əs-salamu aleykum.

Çox zaman sahabə mövzusundan söz düşəndə, bəkriyyə firqəsi ( özünə "əhli-sünnə" və ya "sələfi" deyən bütün Əbu Bəkr tərəfdarları ) səhabənin istisnasız olaraq hamısından Allahın razı olduğunu, onların əbədi olaraq cənnətdə qalacağını iddia edirlər.

Bu fikirlərinə Qurani-Kərimdən bir çox ayələri dəlil gətirirlər ki, biz onların biriylə başlayacaq, ehtiyac olsa, digər ayələr haqqında da danışacağıq.

Bəs onlar bu iddialarında tamamilə haqlıdırlarmı?






Təqdim etdiyimiz birinci ayə Tövbə surəsinin 100-cü ayəsidir.



وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ


Allah mühacirlərin və ənsarın (Peyğəmbərin–səlləllahu əleyhi və alihi və səlləm–Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş! ( Ayətullah Meşkini )

(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)! ( Bünyadov-Məmmədəliyev)

Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. ( Əlixan Musayev )


Bu ayələri doöru anlamaq çox muhimdir. Çünki,bu ayələr doğru anlaşılmadıqda peyğəmbərdən (s.a.s) sonrakı ixtilaflarda haqq ilə batili ayırmaq demək olar ki, mümkün olmur.

Suallarımızı daha dəqiq verəcəyik ki, məsələ tam aydın olsun inşaAllah. Əvvəlcə ilk sualdan başlayaq, sonra davam edərik inşaAllah.

Beləliklə :

Bu ayə Əbu Bəkrə də, Ömərə də, Muaviyəyə də , şamil olunurmu ? Əgər olunursa nəyə görə ? Əgər olunmursa nəyə görə ? Əgər bəzilərinə şamil olunursa , bəzilərinə şamil olunmursa, kimə nəyə görə şamil olunmur ?

Təşəkkürlər!

Möminlərin əmiri İmam Əli (ə.) haqqında peyğəmbərimiz (s.a.v.v.) buyurub ki: “Ya Əli, sənin üzündən 2 dəstə həlak olar. Birincisi: sənin haqqında güluv edən (səni ilahiləşdirən); İkincisi: sənə düşmənçilik edib haqq olmadığını gizləyənlər.”
Bu yazımızda imam Əlinin (ə.) fəzilətlərini və kimliyini Qurani-Kərim ayələrinin işığında araşdıracağıq.
Hədəfimiz, tərəfdarlarının qorxudan, düşmənlərinin isə ona qarşı olan həsəd və nifrətləri səbəbindən gizlətdikləri həqiqətləri gün işığına çıxarıb, aşiqlərinin qəlblərinə sevinc və fərəh bəxş etməkdir. İnşAllah yazımızda Seyyid Sadiq Şirazinin “Quranda həzrət Əli” adlı 2 cildlik kitabından istifadə etmişik.
1. Bismilləhir Rahmənir Rahim.
Hafiz Süleyman ibni İbrahim Qunduzinin rəvayətinə görə ibni Təlhə Əl-Hələbi Şafii “Durrul-Mənsur” kitabında belə rəvayət etmişdir: “Bilin ki, bütün səmavi kitabların sirləri Qurandadır və Quranda olan bütün sirlər Fatihə surəsindədir. Fatihə surəsində olan bütün sirlər isə bismilləhdədir. Və bismilləhdə olan bütün sirlər bismilləhdəki bə hərfindədir. Bə hərfində olan sirlər isə bə hərfinin altındakı nöqtədədir.” Daha sonra İmam Əlinin (ə.) belə buyurduğunu rəvayət etmişdir: “Mən bə hərfinin altındakı nöqtəyəm.” (Qunduzi: “Yənabiul-Məvəddə” səh.69)
Hafiz Qunduzinin başqa rəvayətində isə Hakim Tirmizi, İbni Abbasın bu ayənin təfsirində belə dediyini rəvayət etmişdir: “İmam Əli (ə.) Bismilləhir Rahmənir Rahimdə olan bə hərfinin altındakı nöqtənin mənasını axşamdan sübh namazına qədər təfsir edərdi, amma yenə də bitməzdi” (Qunduzi: Yənabiul-Məvəddə səh. 70)
2. “İhdinəs-siratəl-Mustəqim” (Bizi doğru yola hidayət elə) (Fatihə, ayə 6))
Sələbi “Kəfşul-Bəyan fi Təfsirul-Quran” adlı təfsir kitabında bu ayənin təfsirində belə nəql edir: “Ya Rəbbim, bizi doğru yola hidayət elə” ayəsinin təfsirində Müslim ibni Həyyanın, Əbu Bureydədən belə dediyini duydum: “Sirat dedikdə (yəni doğru yol) məqsəd Həzrət Muhamməd (s.a.a.), hz. Əli (ə.) və Əhli-Beytidir (ə.)” (sənəd: “Rəşfətul-Sadi” səh.25; “Yənabiul-Məvəddə” səh.114)
3. “Nemət verdiklərinin yoluna (hidayət elə)” (Fatihə, ayə 7). Hafiz Hakim Həskani (hənəfi) “Şəvahid Tənzil” adlı kitabında bu ayə ilə bağlı rəvayət nəql etmişdir: “Nemət verdiklərinin yoluna” dedikdə yəni “Həzrət Muhamməd (s.a.a.), Əli ibni Əbu Talib və tərəfdarları”. (“Şəvahidut-Tənzil” c.1,səh.66)
4. “Müttəqiləri hidayət etməkdə şübhəsi olmayan bir kitabdır” (Bəqərə, ayə 2)
Əhli-sünnə alimləri Abdullah ibni Abbasın bu ayənin təfsirində belə nəql etdiyini söyləmişlər: “Şübhəsi olmayan” dedikdə yəni: “Allah tərəfindən olmasında şübhəsi olmayan”.“Hidayət” dedikdə, yəni “aşkar, nurlu yol”. “Müttəqilər” dedikdə məqsəd Əli ibni Əbu Talibdir (ə.), ona görə ki, İmam Əli (ə.) bir göz qırpımı qədər də olsun Allaha şirk qoşmayıb. (“Şəvahidut-Tənzil” c.1,səh.67)
5. “Onlara verdiklərimiz rizqdən sərf edərlər” (Bəqərə, ayə 3). Əllamə Hənəfiyyə Mir Muhəmməd Salih Tirmizi bu ayə ilə bağlı olaraq Əhməd ibni Musa Mərdəveyhdən belə rəvayət etmişdir: “Bu ayə Əmirul Muminin Əli (ə.) haqqında endirildi” (“Əl-Mənaqibul-Mir Kəşfi Hənəfi”)
6. “Onlar hidayət olmuşlar və nicat tapanlardırlar” (Bəqərə, ayə 5)
Hakim Həskani Hənəfinin rəvayətinə görə, Səlman Farsi İmam Əlidən (ə.) belə nəql edir: “Ya Əbəl Həsən (ya Səlman) sən və mən peyğəmbərin (s.a.v.v.) hüzuruna hər qəbul edildiyimizdə” peyğəmbər (s.a.v.v.) belə deyərdi: “Ey Səlman, Əli (ə.) və tərəfdarları (şiələri) qiyamət günündə nicat tapanlardır” (“Şəvahidut-Tənzil” c.1,səh.569)
7. “Adəm (ə.) Rəbbindən kəlmələr öyrəndi və tövbə etdi” (Bəqərə, ayə 37)
İbni Abbas peyğəmbərdən (s.a.v.v.) bu ayənin təfsiri barədə soruşdu: “Adəm (ə.) hansı kəlmələri öyrəndi (aldı) ki, Rəbbi də onun tövbəsini qəbul etdi?” Peyğəmbər (s.a.v.v.) dedi: “Adəm (ə.) Allaha belə yalvarmışdı: “Ey Rəbbim, Muhamməd (s.a.v.v.), Əli (ə.), Fatimə (ə.), Həsən (ə.), və Huseyn (ə.) haqqına (hörmətinə) məni bağışla” və Uca Allah da onun tövbəsini qəbul etdi.” (İbn Məğazili Şafii “Mənaqibu Əli ibni Əbi Talib” səh. 63; Süyuti Əl Şafii c.1,səh.60).
8. “Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə ruku edin” (Bəqərə, ayə 43)
İbni Abbasdan belə rəvayət edilmişdir: “Bu ayə həzrət peyğəmbər (s.a.v.v.) və imam Əli (ə.) haqqında xüsusi olaraq nazil olundu, çünki ilk namaz qılan və rüku edən onlar idi”. (“Mənaqib Kəşfi” I bab; Xarəzmi “Mənaqib Əli ibni Əbi Talib” səh.198; Zəhəbi “Mizanul-İtidal” səh.223-224; “Usdul-Ğabə” c.3,səh.93-94; ”Şəvahidut-Tənzil” c.1,səh.89)
9. “Səbrdən və namazdan köməklik alın! Doğrudan da bu iş xaşe olanlardan savayı başqalarına ağır gələr” (Bəqərə, ayə 45)
Hakim Həskani Hənəfinin rəvayətinə görə ibni Abbasın belə dediyini rəvayət edir: “İbni Abbas dedi ki, xaşe olanlar (qəlbən itaətkar) dedikdə, məqsəd həzrət Muhamməd (s.a.v.v.) və Əlidir (ə.) və bu ayə onlar haqqındadır” (“Şəvahidut-Tənzil” c.1,səh.89)
10. “Allah İbrahim peyğəmbərə (ə.) buyurdu: Mən səni insanlara imam etdim (seçdim), İbrahim (ə.) soruşdu: Mənim nəslimdən necə?” (Bəqərə, ayə 124)
Abdullah ibni Məsud bu ayənin yozumunda (təvilində) peyğəmbərin belə söylədiyini rəvayət edir: “Uca Allah, İbrahimin (ə.) nəslindən məni peyğəmbər, Əlini (ə.) isə vəsi seçdi” (Məğazili “Mənaqib Əli ibn Əbi Talib” səh. 276; “Şəvahidut-Tənzil” c.1,səh.92)



#100262 Səhabələr haqqında nazil olan ayələr.

Отправлено автор: Asiman.X 16 января 2014 - 10:30 в Qur'an və onun təfsiri

Bismihi təala ...

Əs-salamu aleykum.

Çox zaman sahabə mövzusundan söz düşəndə, bəkriyyə firqəsi ( özünə "əhli-sünnə" və ya "sələfi" deyən bütün Əbu Bəkr tərəfdarları ) səhabənin istisnasız olaraq hamısından Allahın razı olduğunu, onların əbədi olaraq cənnətdə qalacağını iddia edirlər.

Bu fikirlərinə Qurani-Kərimdən bir çox ayələri dəlil gətirirlər ki, biz onların biriylə başlayacaq, ehtiyac olsa, digər ayələr haqqında da danışacağıq.

Bəs onlar bu iddialarında tamamilə haqlıdırlarmı?






Təqdim etdiyimiz birinci ayə Tövbə surəsinin 100-cü ayəsidir.



وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ


Allah mühacirlərin və ənsarın (Peyğəmbərin–səlləllahu əleyhi və alihi və səlləm–Mədinəyə hicrətindən qabaq iman gətirənlərin) ilk qabaqcıllarından və yaxşılıqla onlara tabe olanlardan razıdır və onlar da Allahdan razıdırlar. Və onlar üçün (ev və ağaclarının) altından çaylar axan Cənnətlər hazırlamışdır və onlar orada əbədi qalacaqlar. Budur böyük uğur və qurtuluş! ( Ayətullah Meşkini )

(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, böyük qurtuluşdur (uğurdur)! ( Bünyadov-Məmmədəliyev)

Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. (Allah) onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. ( Əlixan Musayev )


Bu ayələri doöru anlamaq çox muhimdir. Çünki,bu ayələr doğru anlaşılmadıqda peyğəmbərdən (s.a.s) sonrakı ixtilaflarda haqq ilə batili ayırmaq demək olar ki, mümkün olmur.

Suallarımızı daha dəqiq verəcəyik ki, məsələ tam aydın olsun inşaAllah. Əvvəlcə ilk sualdan başlayaq, sonra davam edərik inşaAllah.

Beləliklə :

Bu ayə Əbu Bəkrə də, Ömərə də, Muaviyəyə də , şamil olunurmu ? Əgər olunursa nəyə görə ? Əgər olunmursa nəyə görə ? Əgər bəzilərinə şamil olunursa , bəzilərinə şamil olunmursa, kimə nəyə görə şamil olunmur ?

Təşəkkürlər!

Salam aleykum.«Vəsilədən məqsəd həzrət Peyğəmbərin (s) Əhli-beytidir (ə). Buna dəlilimiz böyük sünnü alimi Hafiz Əbu Nəim İsfahaninin «Nüzulul-Quran fi Əliyyin» (Əli (ə) haqqında nazil olan ayələr) adlı əsərində, Hafiz Əbubəkr Şirazi «Ma nəzələ min əl-Qurani fi Əliyyin» (Quranda Əli haqqında nazil olan) imam Əhməd Sələbi öz yazdığı təfsirdə nəql edərək deyir: «Bu ayeyi-kərimdəki vəsilədən məqsəd həzrət Peyğəmbərin Əhli-beytidir. Necə ki, bu mövzuda Rəsulallahdan (s) bir çox hədislər nəql olunmuşdur».
Böyük alimlərinizdən İbn Əbil-Hədid Mötəzili «Şərhi Nəhcül-bəlağə» adlı əsərinin IV cildinin 79-cu səhifəsində həzrət Fatimənin (ə.s) xütbəsindən bu ayəyə dəlil olaraq bir cümləni göstərir. Həzrət Fatimə (ə.s) «Fədək» hadisəsində mühacir və ənsara istiqamətlənmiş bir xütbə oxumuşdur. Bu xütbənin əvvəlində həzrət Fatimə (ə.s) belə buyurur:
«Göylərdə və yerdə nə varsa, əzəməti və nuru üçün ibadət edilən Allaha həmd edirəm. Bütün vəsilələrin hədəfi Odur və Onun insanlar arasındakı vəsiləsi bizik».



#100260 Təqlid

Отправлено автор: Asiman.X 16 января 2014 - 09:33 в Şiə-sünni dialoqu



Aleykum əs-salam va rahmətullahi va bərakətuhu. Şükür Allaha qardaşım, siz necəsiz? Yəzid indi olsaydı, onlar üçün Yezidə itaət etməkləri vacib idi. BU başqa məsələdir. Amma, biz təqliddən danışırıq. Xahiş edirəm, mövzu haqqında bir məlumatınız varsa, bizimlə paylaşın.)

Salam aleykum.qardaş şükür məndə yaxşıyam.inşallah bu haqda mövzu yazacam.



#100257 Təqlid

Отправлено автор: Asiman.X 15 января 2014 - 21:10 в Şiə-sünni dialoqu



Amin. Əziz qardaşım, yazdıqlarınızın demək olar ki, heç birisinin mövzu ilə əlaqəsi yoxdur. Xahiş edirəm, ilk səhifədə mövzunu oxuyun, sonra cavab yazın.) Təşəkkürlər!

Salam aleykum qardaş.necəsən ? Bu vahabilər kimə təqlid edir ? çox maraqlıdı ))) Yəqin Yezid olsaydı ona təqlid edərdilər.Çox təəsüf ki o da cəhənnəmə vasil olub.



#100254 Təqlid

Отправлено автор: Asiman.X 15 января 2014 - 17:47 в Şiə-sünni dialoqu

Yazdıqlarınız mövzuya aid deyil.



#100253 Təqlid

Отправлено автор: Asiman.X 15 января 2014 - 17:44 в Şiə-sünni dialoqu

Asiman.X , Allah razı olsun qardaş. Bəs görəsən vahabilərdə necədir?

Allah sizdən də razı olsun qardaş.Vehabilər haqda çox oxumuşam.Allah hidayət eləsin onları.



#100251 Təqlid

Отправлено автор: Asiman.X 15 января 2014 - 16:41 в Şiə-sünni dialoqu

Hər bir müsəlmanın üsuli-dinə əqidəsi bəsirət və dəlil əsasında olmalıdır. Üsuli-dində təqlid caiz deyil. Yə’ni üsuli-dində ayrı bir şəxsin sözünü, yalnız onun deməsinə e’timad edərək qəbul etmək olmaz. Amma haqq İslami əqidələrə yəqini olan bir şəxs onları izhar edirsə, bu əqidəsi bəsirət üzündən olmasa da, o şəxs müsəlman və mö’min sayılır, bütün İslam və iman hökmləri onun üzərində caridir. Müsəlman dinin zəruri və qəti olan hökmlərindən başqa, din hökmlərində ya müctəhid olub dini hökmləri çıxara bilməli, ya bir müctəhidə təqlid etməli, ya da öz təklifini (şər'i vəzifəsini) düzgün yerinə yetirməsinə yəqin edəcək bir şəkildə, ehtiyat yolu ilə əməl etməlidir.

Məsələn, müctəhidlərin bə’zisi bir əməlin haram olduğunu, digərləri isə haram olmadığını söyləyirlərsə, o əməli etməməli və əgər bir əməli müctəhidlərdən bə’zisi vacib, digərləri isə müstəhəbb buyururlarsa, onu etməlidir. Deməli müctəhid olmayan şəxslərin və ehtiyata əməl edə bilməyənlərin bir müctəhidə təqlid etmələri vacibdir.Hökmlərdə təqlid, müctəhidin göstərişlərinə əməl etməkdir. Təqlid ediləcək müctəhid kişi, həddi-büluğa çatmış, ağıllı, 12 imam (ə.s) şiəsi, halalzadə, diri və adil olmalıdır. Adil, üzərinə vacib olan işləri yerinə yetirib, ona haram olan şeylərdən çəkinən şəxsə deyilir. İnsanın zahirdə yaxşı olması ədalətin nişanəsidir, belə ki, onunla bir yerdə yaşayan camaatdan, qonşulardan və ya onunla əlaqədə olan şəxslərdən onun haqqında soruşsalar, onun yaxşı bir insan olduğunu təsdiq etsinlər. Ehtiyac duyulan yerdə və ümumi məsələlərdə müctəhidlər arasında hətta icmalən olsa belə, fətva ixtilafı olduğu təqdirdə insanın təqlid etdiyi müctəhid ə’ləm olmalıdır. Yə’ni Allahın hökmlərini dərk etməkdə zəmanəsinin müctəhidlərinin hamısından daha bacarıqlı olmalıdır.



#100250 Təqlid

Отправлено автор: Asiman.X 15 января 2014 - 16:39 в Şiə-sünni dialoqu

Salam aleykum .Allah razı olsun.Çox maraqlı mövzudur.




Рейтинг@Mail.ru