Перейти к содержимому


Публикации Ekspert_1982

72 публикаций создано Ekspert_1982 (учитываются публикации только с 20-мая 23)



#34165 Şiələrə suallar

Отправлено автор: Ekspert_1982 25 января 2010 - 16:56 в Şiə-sünni dialoqu

Bu kitab Mədinədə olarkən yazılmış və sünni mənbələrdən «Səhihe-Buxari», «Səhihe-Müslim kitablarından, «Məscidün-nəbi» kitabxanasından və İbn Bazın yazılarından istifadə edilmişdir. Əvvəlki iki kitabı sünnilər, sonuncunu isə vəhhabilər mö’təbər hesab edirlər.

Sual: Nə üçün biz şiələr həzrət Məhəmməd (s) ailəsinə də («ali-Muhəmməd») salavat göndərir, sünnilər isə yalnız Peyğəmbərin (s) özünə salavat göndərməklə kifayətlənirlər?

Cavab: Şiələr bu məsələdə sünnilərin də nəql etdikləri rəvayətə əsaslanırlar. Nəql olunur ki, həzrət Peyğəmbərdən (s) necə salavat göndərmək barədə soruşulduqda buyurdu: «Deyin «əllahummə səlli əla muhəmmədin və ali muhəmməd» Bu rəvayət sünnə əhlinin Qur’andan sonra ən mö’təbər kitabı sayılan «Səhihe Buxari»də nəql olunur.[66] Eyni hədis «Səhihe Müslim» kitabında da nəql edilmişdir.[67] Sünnə əhlinə bütün namazların təşəhhüdündə, meyit namazlarında, Peyğəmbərin (s) ziyarətində, cümə namazının xütbəsində bu şəkildə salavat göndərmək tapşırılır. Dörd sünni məzhəbindən birinin imamı olan Şafei öz şer’ində deyir:


Allahın Rəsulunun Əhli-beytinə

Məhəbbəti Qur’an vacib buyurmuş.

Əhli-beytə salam göndərməyənin

Namazını dərgahından ayırmış



Bu kitab Mədinədə olarkən yazılmış və sünni mənbələrdən «Səhihe-Buxari», «Səhihe-Müslim kitablarından, «Məscidün-nəbi» kitabxanasından və İbn Bazın yazılarından istifadə edilmişdir. Əvvəlki iki kitabı sünnilər, sonuncunu isə vəhhabilər mö’təbər hesab edirlər.

Sünnə əhli də şiələr tək ali-Məhəmmədə salavat göndərməli olduqları halda, bu əmrə yalnız yuxarıda sadalanan hallarda əməl edirlər. Adi halda salavat göndərən sünnə əhli yalnız Peyğəmbərin (s) adını çəkir. Əhli-beyt, xüsusi ilə də həzrət Zəhra haqqındakı hədislərə e’tinasızlıq təəccüb doğurur. «Səhihe Müslimin» müəllifi Müslim ibn Həccac Peyğəmbər (s) ailəsinə, xüsusən də həzrət Fatiməyə (s) məhəbbəti ilə seçilir. O, səhabələrin fəzilətlərindən danışır, hər dəfə onların adını çəkəndə hörmət və «rəziəllahu ənh» işlədir. Müəllif yalnız Fatimənin (s) adını çəkərkən «əleyhəssəlatu vəssəlam» sözlərini qeyd edir.[68] Olsun ki, Müslim ibn Həccac həzrət Peyğəmbərin (s) «Fatimə mənim tənimin yarısıdır» buyuruğunu nəzərə almışdır. Doğrudan da, Qur’an Peyğəmbərə (s) salam göndərməyi əmr edirsə və Fatimə (s) Peyğəmbərin təninin yarısıdırsa, nə üçün ona salam göndərilməməlidir.

İstənilən vəchlə Əhli-beytin adını çəkməməyə çalışan sünnə əhli zəruri yerlərdə bu işə məcbur olduqda ya astadan deyir, ya da səhabələri də əlavə edərək diqqəti yayındırır. Hansı ki, sünni fiqhinə görə Məhəmməd və ali-Məhəmmədə salam göndərmədən ibadətlər və dualar qəbul olunmur.



#32791 Şiələrə suallar

Отправлено автор: Ekspert_1982 17 января 2010 - 21:48 в Şiə-sünni dialoqu

Sual: Nə üçün şiələr həzrət Peyğəmbərin adı çəkiləndə salavat deyir, sünnilər isə demirlər?

Cavab: Qur’anda buyurulur: «Həqiqətən, Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və layiqincə salamlayın.»[40] Bu ayədən əlavə bir çox rəvayətlərdə müsəlmanlara tapşırılır ki, həzrət Peyğəmbərin (s) adı, ləqəbi və künyəsi deyilərkən salavat göndərsinlər. Sünnilərin ən mö’təbər kitablarından olan «Səhihe Müslimdə» nəql olunur ki, həzrət Peyğəmbər buyurdu: «Müəzzin azan deyəndə azanın cümlələrini onun kimi deyin və mənə salavat göndərin. Həqiqətən, mənə salavat göndərən kəsə Allah on salavat göndərər.»[41]

Buna əsasən də şiələr Peyğəmbərin (s) adı çəkilərkən ona salavat göndərməyi özlərinə vəzifə bilirlər. Sünnə əhli isə hətta azanda Peyğəmbərin adı çəkilərkən salavat çəkməməklə savabdan məhrum olurlar. Bu məhrumiyyət Əhli-beytdən uzaq düşənlərin cəzasıdır.



#30363 Şiələrə suallar

Отправлено автор: Ekspert_1982 06 января 2010 - 21:31 в Şiə-sünni dialoqu

o DUZDURKI iSA PEYGENBER GELECEK?
mene cox maraqlidir,onun Isa oldugunu hardan bileceyik?


Narahat olma! Imanın varsa, mütləq biləcəksən!



#34161 Şiələrə suallar

Отправлено автор: Ekspert_1982 25 января 2010 - 16:49 в Şiə-sünni dialoqu

Bu kitab Mədinədə olarkən yazılmış və sünni mənbələrdən «Səhihe-Buxari», «Səhihe-Müslim kitablarından, «Məscidün-nəbi» kitabxanasından və İbn Bazın yazılarından istifadə edilmişdir. Əvvəlki iki kitabı sünnilər, sonuncunu isə vəhhabilər mö’təbər hesab edirlər.

Sual: Nə üçün şiələr möhürə, daşa, torpağa və ya həsirə səcdə edir, sünnilər isə bunu zəruri saymırlar?

Cavab: Şiə fəqihləri həzrət Peyğəmbər (s) və imamların buyuruqlarına əsasən fətva vermişlər ki, səcdə edilən şey ya torpaq, ya da torpaqdan göyərən və yeməli, geyməli olmayan, mə’dəndən çıxmamış şey olmalıdır. Bir sözlə xalı-xalça və digər dünya malları insanın diqqətini cəlb etdiyindən onun ixlasını azaldır. Belə şeylərə səcdə qadağandır.[56] Möhür heç bir xüsusiyyətə malik olmadığından və onu gəzdirməklə təmizliyə riayət etmək mümkün olduğundan onunla namaz qılmaq münasib bilinmişdir. Şiəlikdə möhürdən əlavə daşa, mərmər döşəməyə, ağaca, həsirə kağıza, gil təsbehə səcdə etmək caizdir. Sünnilər isə hər şeyə, eləcə də xalçaya səcdə etməyi düzgün sayırlar. Onlarda da səcdə yerinə aid şərtlər var. Məsələn, səcdə yeri quru olmalı, yumşaq olmamalıdır.[57]

Məscidün-nəbidə bir vəhhabi dedi: «Nə üçün şiələr məscidin daş döşəməli hissəsində namaz qılırlar? Məgər behişt oradadır.» Cavabında dedim: Əvvəla, şiələr öz fəqihlərinin fətvasına əsasən daş döşəmə üzərində namaz qılırlar. İkincisi, siz də belə etməlisiniz, çünki mö’təbər kitabınız olan «Səhihe Buxari»də nəql olunur ki, Allahın Rəsulu (s) buyurmuşdur: «Yer mənim üçün səcdə və təyəmmüm yeri qərar verilmişdir.»[58] Amma sizin üstündə namaz qıldığınız xalılar yer deyil və siz Allahın rəsulunun göstərişinə əməl etmirsiniz. Bundan əlavə xalılar daim ayaq altında olduğundan onlara səcdə etmək sağlamlığa zərərdir. Mən əlimdəki gil təsbehə səcdə edərəm, amma o çirkli xalçaya yox. Siz də ona səcdə etməyin.

Həmsöhbətim gülümsünüb dedi: «Bizim fiqhimizdə xalıya səcdə etmək caizdir.»

Soruşdum ki, əgər bu xalılar yaş olsa, ona səcdə edərsənmi? Bildirdi ki, xeyr, quru bir tərəfə gedərəm. Dedim ki, məgər həmin quru yer behiştdir?! İşarəmi başa düşüb gülümsündü. Soruşdu ki, bəs nə üçün bə’zi şiələr xalıya səcdə edir? Dedim: onlar siz vəhhabilərin qorxusundan belə edirlər. Bə’zi şiə fəqihlərinin fətvasına görə vəhdəti qorumaq, təfriqədən çəkinmək məqsədi ilə Məkkə və Mədinə kimi yerlərdə xalıya səcdə etmək olar.

Bu izahımdan xoşhal olan həmsöhbətim dedi: «Mən vəhhabi deyiləm, malikiyəm. İşin nə yerdə olduğunu bilmək istəyirdim.» Sonra vəhhabilərə nifrətini bildirdi və dedi ki, onlar təəssübkeş və quru adamlardır.



#33320 Sələfilərə suallar

Отправлено автор: Ekspert_1982 21 января 2010 - 10:39 в Şiə-sünni dialoqu

Axırda sən bunları qaçırdacaqsan buradan, sonra da qaşına-qaşına oturacaqsan burda ki, kimin iynəsini vurasan. Etmə--eləmə! Xahiş mikonəm!


Qardaş, artıq qaçıblar! Eşitməmisən ki, şiələrlə bəhsin haram olması barədə fətva verilib. Çünki bəhs eləyirlər, düşüncə tərzi və imanı olanlar dönüb olurlar şiə, bunların da sırası get-gedə azalır. Hətta müxtəlif vasitələr də kömək eləmir. Ona görə də bəhs haram buyurulub.



#30471 Sələfilərə suallar

Отправлено автор: Ekspert_1982 07 января 2010 - 17:07 в Şiə-sünni dialoqu

VVV

qaqaş sualuva cavab verildidə, men pul alan insanları tanıyıram, ozləri də dəfələrlə ağızlarından qaçırıblar. Qaldı ki yazmısan sroçnu pul lazimdi onun üçün də sənə ləzzətli təklif elədim. İndi özün götür qoy elə ......YOX əgər pul da istəmirsənsə ondan da üstün sənə yol deyim .....LƏBBEYK de keç ŞİƏ əqidəsinə haram puldan çəkin həmin o pulları Allah sənə halallıqla qismət eləsin.


qaqaş,sənin təklifin heç ləzzət eləmədi.tanıdığın pul alan insanlardan hər tərəfli öyrənib mənə desən ləzətti olar...


Mən faktla danışmağı xoşlayıram. Burda yazdıqlarım da ya gördüklərimdi, ya da şahidi olduqlarımdı (sözsüz ki, Quran ayələri, hədislər, kitablardakı yazılardan başqa). İndi də bir faktı qeyd edəcəm.

2002-ci ildə məşq edən zaman yanımızda uşaqlar var idi. Yaşları az idi. Namaz qılırdılar (vəhhabi-sələfi namazı). Söhbət əsnasında onlardan biri ağzında qaçırtdı:
"Namaz qılmağıma görə mənə ayda 3 şirvan (şirvanın şirvan vaxtı) pul verirlər". Yanındakı da onu dümsüklədi.........



#30686 Sələfilərə suallar

Отправлено автор: Ekspert_1982 08 января 2010 - 12:27 в Şiə-sünni dialoqu

mesheni canavar terk edende orda cakkallar ulashar...
................................................................................
..............

Subhani
guya sen mende sevh tapdin?Diffetklerini gormursen opecatlakari gorursen?,gerek sene yalvarmaga bashlayimki meni ban etmeyesen,yoxsa deli olaram..
................................................................................
......................
_MOLLA_
sene deim axi danishma!,sen yenede danishdin?!:D,siz ne dilinde basha dushursunuz bilmirem..
10 defedirki deyirem vahabi deyilem,kor tuttugunu buraxmayandakimi sizde ele dediyinizi buraxmirsiniz..
bele eminsen Vahabi oldugumdan?..Inandigin allaha and verki vahabiyem!,men verdimki Deyilem!,indi Allah hemin adamin cezasini versin!..
ewwi,men kime ne deyirem eeeeeeeee,kora yolmu gosterirem?
................................................................................
.........................................................................
Şair
sair ne tez qocaldin sen...
................................................................................
................................................................................
.
...
Ekspert_1982

mende faktlari xoshlayiram..
siz ogeder adam taniyirsinizki pulla dine gelenleri,ne olarki bir fakt kimi onlari cagirasiniz ve oz dillerinden eshidek bu sozleri..
sadece gelsin ve desinki-men filan mebleqde pul almisham namaz qilmagima gore.!.
yoxsa sen dediyin fakt deyil...efsaneder...,yox, hec efsanede deyil,nagildir!..
senin duz ve ya yalan danishdigini kim subut eder?
mende faktlar xoshlayiram..
................................................................................
................................................................................
.
................
ne ise..
sizinla yaxshi idi,sizsiz darixacam..,ozunuze baxin..
................................................................................
................
birde imkaniviz olsa реклама запрещена-da olana movzuya bash cekin..

<a href="http://forum.реклама запрещена/index.php?showtopic=72028" target="_blank">http://forum.реклама запрещена/index.php?showtopic=72028</a>

mene sizin fikriniz vacimdir..
Assalamu Aleykum Varahmatulah


Ay MOLLAdeyən! Allahıma and olsun ki, mən olmuş əhvalatı yazdım! Sən də Allah and iç ki, bu nağıldı!

Birdə ki, o uşaq idi ağzından təsadüfən qaçırtdı. Mən dəvət eləsəm, guya gəlib deyəcəklər ki, namaz qıldığına görə pul alır?



#60429 Sələfi Yaşar Qurbanovdan şok fətva

Отправлено автор: Ekspert_1982 11 сентября 2010 - 01:00 в Şiə-sünni dialoqu

Gic-gici və bidət fətvalar rubrikası....



#27231 Sünni qardaşlarımıza

Отправлено автор: Ekspert_1982 15 декабря 2009 - 22:03 в Şiə-sünni dialoqu

Ahli - sunne egidesine gore imamlarin saylri sizin kimi deil (yaniki xachperestler kimi 12 apostol), bizde imamlar choxdur.



SIzin mezhebde duzdur imamlariviz yaman coxdur,yoldan kecen,werab icen,zina eden, meymunnnan oynanayn, subh namazini 4 riket qilan,Peyqember (s.e.v.s) nevelerini tehqir eden, uzerlerine hujum eden:)))hmmm daha sonra atasi bilinmeyen,daha neler neler,pis cixmasin ele ozunuzu sadaladiqlarima oxwatmaqa caliwirsiz ?????:rolleyes:)))


Əhli sünnənin (əsasən də sələfi-vəhabilərin) əqidəsinə görə, onlar üçün fərqi yoxdu. Kim qabaqda durur dursun gələndə ona iqtida edirlər. Hətta 5 yaşında uşaq da qabaqda dursa ona iqtida edərlər. Amma əslində iqtida etdiyin şəxsin əməllərində paklıq olmalıdı. Qiraəti düzgün etməlidi və sairə.



#23963 Necə hidayət oldum?

Отправлено автор: Ekspert_1982 22 ноября 2009 - 15:35 в Ümumislam mövzular

Çox gözəl mövzudur.

Mənim namaza necə gəlməyim haqqında. Məhlədə qardaşlar var idi ki, namaza başlamışdılar. Bizi də dəvət edirdilər. Çox maraqlanırdım. Amma hər dəfə gəlmək istəyəndə, şeytan ayağımdan dartırdı. Ürəyimdə heç bir savad olmadan şiəliyə üstünlük verirdim. Ailəmizdə namaz qılan olmayıb. Nə isə. Bu qardaşlar mənə kitablar verdilər. Bir müddət oxudum və şiəliyə üstünlük verməyimin nahaqdan olmadığını dərk elədim. Axır ki, şeytanın qıçını sındırıb, namaza başladım. Əlhəmdülillah.



#22345 Cəbhə gundəliyindən sətirlər...

Отправлено автор: Ekspert_1982 07 ноября 2009 - 16:42 в Военное дело

Salamlar.....

MİROTVORES70.... Qardaş, mən sənin yazdıqlarıvı köçürərək, yığıb korrektə etmək istəyirəm! Bunun üçün sənin halallığın lazımdı! Əgər hala etsən, bu yazını korrektə edib, əsər halına salacam! Bundan gözəl əsər ola bilməz! Kim istəsə sonra ona yollayacam! Adını da şəxsən sən qoyarsan! Cavabıvı gözləyirəm!



#27453 Cəbhə gundəliyindən sətirlər...

Отправлено автор: Ekspert_1982 17 декабря 2009 - 00:03 в Военное дело

Mirotvoreç, qardaş! Artıq sənin yazdıqlarıvın bir hissəsini yığıb qurtarmışam və bəzilərinə göstərmişəm. İnan ki, hətta onlara da maraqlı gəlib. Artıq davamını istəyirlər.

Mən digər forumçulara qatılaraq deyirəm ki, özüvü yazıçılıqda sına.

Allah amanında.....

QARDAŞİM,MƏN OMRUMDƏ KİTAB YAZMAMİŞAM,hec kitabciliq işi ilə də taniş deyiləm axi.


Eybi yox qardaş! Artıq püxtələşirsən! Bir azdan əsər də yazarsan, povest də. Yaxşı olar İnşaallah!



#23628 Cəbhə gundəliyindən sətirlər...

Отправлено автор: Ekspert_1982 18 ноября 2009 - 23:02 в Военное дело

Onuncu hissədə sizləri dunya gormuş bir qoca əfqanla-Husnu baba ilə taniş edəcəm,onun İlahimiz haqqinda danişiqlari indi də yadimdadir,heyf ki o zamanlar bunlar mənə nağil kimi gorunurdu.

Yazın, çox maraqli olardı.
Ekspert_1982 userden de Allah razi olsun. Kitab halına salandan sonra inşAllah yükləyər foruma bir faylda.



Allah hamımızdan razı olsun, xanım! İnşaallah hazır olandan sonra xəbər edərəm.



#23088 Cəbhə gundəliyindən sətirlər...

Отправлено автор: Ekspert_1982 14 ноября 2009 - 02:11 в Военное дело

Hörmətli forumçular! Mən artıq bu yazıları yığıb korrektə edirəm və əsər halına salıram. MİROTVORES qardaşdan halallıq almışam. Artıq demək olar ki, 3 hissə hazırdır. İnşaallah qardaşımız yazdıqca, mən də götürəcəm. Bunu yadigar kimi saxlayacam. Çünki çox maraqlıdı. Qurtarandan sonra elə qardaşımızın özünə yollayacam... Fikrini və iradlarını bilmək üçün... Hələlik, hamınıza uğurlar...



#28499 Cəbhə gundəliyindən sətirlər...

Отправлено автор: Ekspert_1982 26 декабря 2009 - 11:37 в Военное дело

bes 12-ci hisse??

Qocalib xərifləmişəm deyəsən,Hissələrin nomrələrini səhv salmişam,Yəqin Ekspert duzəldəcək!


İnşaallah qardaşım! Bacardığım qədər vaxtımı sərf eləyirəm.



#26436 Cəbhə gundəliyindən sətirlər...

Отправлено автор: Ekspert_1982 08 декабря 2009 - 22:34 в Военное дело

Salam aleykum!

Bütün forumçulara imanlarında kamil olmağı diləyirəm!

MİROTVORES, qardaş. DOQQUZUNCU HİSSƏ II-yə ad qoymamısan. Zəhmət deyilsə ad qoy ki, standart olsun. Əvvəlcədən təşəkkürümü bildirirəm. Allah amanında!



#27227 Cəbhə gundəliyindən sətirlər...

Отправлено автор: Ekspert_1982 15 декабря 2009 - 21:56 в Военное дело

Mirotvoreç, qardaş! Artıq sənin yazdıqlarıvın bir hissəsini yığıb qurtarmışam və bəzilərinə göstərmişəm. İnan ki, hətta onlara da maraqlı gəlib. Artıq davamını istəyirlər.

Mən digər forumçulara qatılaraq deyirəm ki, özüvü yazıçılıqda sına.

Allah amanında.....



#28500 Cəbhə gundəliyindən sətirlər...

Отправлено автор: Ekspert_1982 26 декабря 2009 - 11:46 в Военное дело

bes 12-ci hisse??

Qocalib xərifləmişəm deyəsən,Hissələrin nomrələrini səhv salmişam,Yəqin Ekspert duzəldəcək!


İnşaallah qardaşım! Bacardığım qədər vaxtımı sərf eləyirəm.


Hə, yadımdan çıxmamış onu deyim ki, mən hər faylı bir hissə kimi yığıram. Yəni misal üçün: burda "8-ci hissə - Mirotvores", məndə 10-cu hissə kimi yığılır. Artıq 9 hissəni yığıb qurtarmışam. İnşaallah gəlib sənə çatacam....

Allaha əmanət olun! Amin!



#33321 Bizim axirimiz nece olacag?

Отправлено автор: Ekspert_1982 21 января 2010 - 10:46 в Ümumislam mövzular

Ayə narod kitafdan cox kitaf ... Her şey yaxşı olajax.

+1

Şair Moşu demişkən biz optimiist xalqın nümayənələriyik inşAllah yaxşı olar hər şey.


Varıf gedersiniz, heç maa demersiniz!

İnşaalah problem yoxdu. Rahat olun. Həm də fikirləşin ki, problemsiz mömin, mömin sayılmır. Eyni zamanda problemsiz həyat ulduzsuz gecə kimidir.



#33328 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Ekspert_1982 21 января 2010 - 11:11 в Əqidə və fiqh

Ümumiyyətlə bütün müctəhidlər hər şeyi araşdırıb, sonra fətva verirlər. Kimisi baş yarmağı caiz buyurur, kimisi də yox. Kim baş yarmağı və bədənə xəsarət yetirməyi qəbul eləmirsə (misal üçün: MƏN), bunu caiz bilməyən müctəhidə təqlid eləsin. Hər halda müctəhid seçimi özümüzə aiddi.



#30710 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Ekspert_1982 08 января 2010 - 15:19 в Əqidə və fiqh

Allahımız bizə bədənimizi əmanət kimi qorumağı lazım bilir. O əmanətə xəyanət etməzlər. İmam Hüseyn (ə) razı olarmı ki, ona sevgisi olan insanlar Allahın dediyindən çıxsın? Əlbəttə ki, yox! Əzadarlıq o demək deyil ki, vur başın partlasın, bədənin qançır olsun. Əzadarlığı heç bir ziyan vermədən, əli sinəyə vurmaqla da etmək olar.

Eyni zamanda onu da qeyd etmək lazımdır ki, belə vəziyyət hal-hazırda şiə məzhəbinin gözdən salınmasında şiddətli şəkildə istifadə olunur. Diqqətli olmaq lazımdı. Əzadarlıq elə formada olmalıdır ki, hətta kənardan baxanlara da ibrət olsun.



#38073 Bəqərə 30-36-256

Отправлено автор: Ekspert_1982 17 февраля 2010 - 01:40 в Şiə-sünni dialoqu

Quran.az saytına daxil oldum. Orda Əlixan Musayevin tərcüməsi yerləşdirilib. Sizcə bu tərcüməyə güvənmək olar?



#20976 Azərbaycanın silahlı quvvələri!

Отправлено автор: Ekspert_1982 24 октября 2009 - 10:54 в Военное дело

"Vətəni sevmək imandandır"

İndi Vətən sevgisini oyuncaq eləyiblər! Deyəndə ki, müharibə başlasa gedərsən? Cavab o olur ki, filankəs getmir, mən niyə getməliyəm!? Ay bala! Soruşan lazımdı ki, sən 100% bilirsən ki, filankəs getməyəcək? Lap tutaq ki, filankəs getmədi! Bəs sənə nə gəlib? Filankəsin Vətən qeyrəti yoxdu, sənin də yoxdu? Hər kəsin öz qeyrəti var və buna görə də axirətdə mükafatlar, həmçinin əzablar nəzərdə tutulub!

Bu dəqiqə biz bu düşüncə tərzlərini dəyişməliyik!



#17172 Azərbaycanın silahlı quvvələri!

Отправлено автор: Ekspert_1982 21 сентября 2009 - 00:20 в Военное дело

Salam aleykum........

Deməli belə.... Bura hər nədirsə bizim Vətənimizdir! Bunu yadda saxlayaq. Vətəni sevmək imandandır! Bunu da yadda saxlayaq! Həmçinin əməl edək. Bura "Azərbaycan"dır deyən və fikirləşən qardaşlarım, bu nə deməkdir? Biz buranı sevməməliyik? Xeyr! Torpağın, Vətənin günahı olmur! Kimlərinsə günahı olur. Gəlin kimlərəsə görə Vətən sevgisini unutmayaq!

Digər tərəfdən bir şey demək istəyirəm! Mən şəxsən hərbi xidməti vacib sayıram! Özüm də 1 il hərbi xidmətdə olmuşam. Azərbaycan ordusunun böyük bir hissəsini Müdafiə Nazirliyinin tabeçiliyində olan qüvvələr təşkil edir. İndi gəlin müqayisə edək. Azərbaycanda müxtəlif orqanların tabeçiliyində olan müxtəlif qoşunlar var. Məsələn: "Milli Təhlükəsizlik Qoşunları"; "Sərhəd Qoşunları"; "Daxili Qoşunlar"; "Mülki Müdafiə Qoşunları"; "Ədliyyə Qoşunları" və sairə. Bunlardan hansı birinin hərbi hissəsinə getsən, ordakı şərait səni qane eliyər. Amma Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrə baş çəkəndə adamın tükləri biz-biz olur.

Əsas bax bu problemi həll etmək lazımdır. Şərait olan yerdə nizam-intizam yüksək səviyyədə olur və orada "dedovçinadan" söhbət belə gedə bilməz!



#17238 Azərbaycanın silahlı quvvələri!

Отправлено автор: Ekspert_1982 22 сентября 2009 - 14:21 в Военное дело

Gəlin açıq danışaq! Əslində Müdafiə Nazirliyinə hamıdan çox pul ayrılır! Hətta bu pul ermənistanın (üzdəniraqların) bütün dövlət büdcəsi qədərdi. Mən demirəm ki, müsbət hallar yoxdu. Amma mənfi müsbəti üstələyir.




Рейтинг@Mail.ru