Перейти к содержимому


Публикации Huseyn_ibn_Ali(a)

10 публикаций создано Huseyn_ibn_Ali(a) (учитываются публикации только с 19-апреля 23)


#27788 Bu gününüz necə keçdi?

Отправлено автор: Huseyn_ibn_Ali(a) 19 декабря 2009 - 17:08 в Дискуссии на общие темы

Bismillahir-Rəhmanir-Rəhim

Mənim bu günkü günüm normal keçdi.Səhər yuxudan durdum,yemək yedim getdim bir iş var idi ora.Sonra qayıtdım evə və indi də foruma yazıram:)Bu günüm də beləcə keçir.

Amma bunu yazmağımın nə mənə,nə də oxuyana heç bir xeyiri yoxdu:)Bəlkə belə deyil,hə? :)

Mövzu açanda və ya nə isə yazanda bir az mənasına da fikir versək pis olmaz.



#26340 Nefsi paklawdirmaq ucun ne etmeliyik ilk novbede

Отправлено автор: Huseyn_ibn_Ali(a) 08 декабря 2009 - 15:08 в Женский Клуб

Bismillahir Rehmanir Rehim



Essalamu eleykum ve Rehmetullahi ve bereketuh.

Nəfs insanın ən böyük düşməndir



Sizin bu fikriniz ilə razıyam.Buna aid bir çox hədislər də var.Peyğəmbər(s) buyurub: "Sənin ən böyük düşmənin iki böyrün arasında yerləşən nəfsindir" ("Biharul-Ənvar",70ci cild, səh.64)

Amma aşağıdakı hədisi də nəzərdən keçirək.İmam Əli(ə) buyurub: "Nəfs çox qiymətli bir gövhərdir,hər kəs onu qoruyub saxlasa onu çox yüksək məqama çatdırar,hər kəs onu saxlamaqda səhlənkarlıq etsə,onu alçaqlığa çəkəcəkdir" ("Ğürərül-hikəm,səh.226)

Məlumdur ki,Məsumlardan(ə) və Peyğəmbərdən(s) gələn mütəvatir hədislər bir-biri və ya biri digəri ilə ziddiyyət təşkil edə bilməz.Ona görə də diqqət etməliyik ki,nəfsin mərtəbələri mövcuddur.Nəfsin yüksək mərtəbəsi olan "Nəfsi-mütməinnə" yəni arxayın nəfs insanın necə düşməni ola bilər.Ona görə də,əgər bizim nəfsimiz qəsavət bağlayıbsa,yəni daşlaşıbsa,bu zaman biz onu düşmən kimi anlamalıyıq.Amma biz nəfsimizi çirkinliklərdən qoruyub onu gözəl və yüksək bir mərtəbəyə çatdırmışıqsa onda həmin nəfsdən qorxmaq lazım deyil.Allah sizdən razı olsun.



#26243 18 yaş..

Отправлено автор: Huseyn_ibn_Ali(a) 07 декабря 2009 - 17:31 в Семья

Qardaşım,məktəb məktəb olsa heç kim 7ci sinifdən qızları məktəbdən çıxarmaz.Əksər məktəblərimizdə əxlaq,təlim,tərbiyə və tədris deyilən anlayış yoxdursa onda valideyn nə etməlidir?! Hamıya məlumdur ki,qız və oğlanların keçid dövrləri vardır.Bu dövrü də qız və oğlanlar məktəbdə bir yerdə keçirirlər...
Bir deyil,iki deyil.O qədər problemlər var ki.Təkcə valideynləri qınamaq olmaz

Так, секундочку,

Выходит, только потому, что кто-то не хочет воспитывать своего ребенка, или у мальчиков-девочек впереди переходный возраст, наши дети должны оставаться безграмотными дебилами и в лучшем случае (!) с 13 лет сидеть дома?!

Мы о каком веке говорим, дамы и господа?



Mən səbəbini dedim..Təqsiri təkcə valideynlərdə görmək olmaz.Bəzilərinə övladının elmi lazımdır,bəzi valideynlər də vardır ki namusu,iffəti,əxlaqı,tərbiyəni elmdən üstün tuturlar.Mən demədim övladlar oxumamalıdır.Amma normal şəraitdə.o ki qaldı "bezqramotnıy debil" məsələsinə onsuz da indiki uşaqlar və gənclərin əksəriyyəti debildən çox da fərqlənmirlər.11 il məktəbdə "oxumaqlarına" baxmayaraq...



#26239 Фото наших малышей

Отправлено автор: Huseyn_ibn_Ali(a) 07 декабря 2009 - 17:26 в Женский Клуб

Salam aleykum..Şirin uşaqlardı)))Allah saxlasın.Allah olmayanlara qismət eləsin))Mənə də..... :rolleyes:



#26236 Cehiz..

Отправлено автор: Huseyn_ibn_Ali(a) 07 декабря 2009 - 17:17 в Семья

Məncə bu məsələdə hər iki tərəf bir-birinə kömək etməlidir.Cehiz olar,amma borc xərclə yox.İmkanın varsa apar.Kim nə deyə bilər?:)Amma özünü göstərmək xatirinə və ya dahi "o edibsə,mən niyə etməməliyəm.Nəyim ondan əskikdir?!" atalar sözünə əsasən cehiz aparmaq heç də yaxşı deyil.Bu məsələdə oğlan evi də diqqətli olmalıdır.Nəyə görə baş qaxıncı etməlidirlər ki..HAmısı cəhalətin nəticəsidir.Bu da bizim millətin növbəti çatışmamazlığı.Özümüzü düzəltsək,millət də düzələr.Biz də millətin bir üzvüyük.belə deyil? :rolleyes:



#26232 18 yaş..

Отправлено автор: Huseyn_ibn_Ali(a) 07 декабря 2009 - 17:03 в Семья

bu yaxında xəbərlərdə 15 yaşlı qızın öz toy günündə özünü asdığı xəbərini eşitdim. kənd yeridir 100% əminəm ki bu evliliyə onu məcbur ediblər. hər şeyin də vaxtı vədəsi var axı. bu yaşda evləndilər, ərə getdilər bəs sabah bunun böyüdüb tərbiyə verdiyi uşaq nə olacaq?! rayonları bilmirəm amma bakı kəndlərində 7ci sinifdən qızları məktəbdən çıxardıb evdə oturdurlar. deyəsən bizi də əfqanıstanın günü gözləyir.Allah uzaq eləsin.



Qardaşım,məktəb məktəb olsa heç kim 7ci sinifdən qızları məktəbdən çıxarmaz.Əksər məktəblərimizdə əxlaq,təlim,tərbiyə və tədris deyilən anlayış yoxdursa onda valideyn nə etməlidir?! Hamıya məlumdur ki,qız və oğlanların keçid dövrləri vardır.Bu dövrü də qız və oğlanlar məktəbdə bir yerdə keçirirlər...
Bir deyil,iki deyil.O qədər problemlər var ki.Təkcə valideynləri qınamaq olmaz



#26226 Nefsi paklawdirmaq ucun ne etmeliyik ilk novbede

Отправлено автор: Huseyn_ibn_Ali(a) 07 декабря 2009 - 16:54 в Женский Клуб

Bismillahir-Rahmənir-Rahim..

Salam aleykum.

Nəfsin saflaşdırılması,çirkinliklərdən təmizlənməsi gözəl əməldir.Amma bunu etmək üçün bir çox məsələlərdən agah olmaq lazımdır.Elm olmasa nəfsi saflaşdırmaqdan söhbət gedə bilməz.Bunun üçün də nəfsin saflaşdırılması əql qüvvəsinin gücləndirilməsi ilə başlanılmalıdır.Bundan sonra aşağıdakıları həyata keçirmək lazımdır.

1)Əql qüvvəsinin gücləndirilməsi(yuxarıda qeyd olundu)
2)Əməldən qabaq təfəkkür etmək(yəni onun nəticəsi barədə yaxşı-yaxşı fikirləşmək)
3)Nəfs barəsində bədbinlik( İnsanın öz nəfsani eyblərini,xəstəliklərini tapıb islah etməyə mane olan ən böyük amillərdən biri nəfs barəsində nikbinlik və hüsnü-zənn(xoş güman) etməkdir.
4)Ruhani təbibə müraciət etmək(fiziki cəhətdən xəstə olanda həkimə müraciət etdiyimiz kimi)
5)Xeyirxah və bilikli dosta müraciət etmək(İmam Cəfər Sadiq(ə) buyurub: "Qardaşlarımın ən yaxşısı o kəsdir ki,eybimi mənə hədiyyə etsin")
6)Başqalarının eybindən ibrət götürmək(İnsan başqalarının eybini daha tez görüb dərk edir.Ona görə də onları özü yerinə yetirməməlidir)
7)Tənqiddən nəticə çıxarmaq(dostu və ya qeyrisi ona mənfi cəhətini xatırladanda inciməməli,onu aradan qaldırmağa çalışmalıdır.Daha özünü dağ başına qoyub səhvsiz insan bilməməidir:)


Bu amillər nəfsin təzkiyə edilməsinə kömək edir.Təbii ki,bütün bunlar hamısı deyil.Daha ətraflı məlumat üçün ustad İbrahim Əmininin "Nəfsin saflaşdırılması" kitabına müraciət edə bilərsiz.

Vəssəlamu aleykum və Rahmatullahi və bərəkatuh



#26199 Игра

Отправлено автор: Huseyn_ibn_Ali(a) 07 декабря 2009 - 16:14 в Игры, приколы, анекдоты и другие забавы

Mustafa(s),Murtaza(Ə),



#26062 qelbi temiz insan olmaq

Отправлено автор: Huseyn_ibn_Ali(a) 06 декабря 2009 - 19:55 в Ümumislam mövzular

"Qəlbim təmizdir." "Əsas Qəlbin təmizliyidir" "Mən namaz qılmasam da Allaha daha yaxınam" Qurban olum Allaha"

Bu cümlələri az eşitməmişik.Əsas da bir kəsi namaza dəvət edəndə belə cavabları eşitmək olar.Amma bunlar hamısı elmsizliyin nəticəsidir.Əgər bir insan digər bir insanı Allahın əmrinə tabe olmağa çağırırsa və bu çağırış cavabsız qalırsa o insanın qəlbinin təmizliyindən söhbət gedə bilməz.Həmin insan özünü aldadır və inandırmağa çalışır ki,qəlbi təmizdir.Amma elmini az da olsa artırsa görər ki,bu belə deyil.Bəziləri də bilərəkdən bəhanə xatirinə bu cümlələrdən istifadə edirlər.
Digər bir məsələni də nəzərdən qaçırmaq olmaz.Əgər biz bir kəsi namaza dəvət ediriksə,o zaman özümüz də həqiqi namaz qılanlardan olmalıyıq.Belə olmadıqda həmin şəxs bizi özümüzə misal göstərərək dediyimizi qəbul etməyə də bilər.Haqqı çatdırdığımız kimi,haqqa əməl də etməyimiz gərəkdir ki,sözümüz daha qüvvətli və keçərli olsun.Allah razı olsun..



#26061 Qədir Xum bayramınız mübarək

Отправлено автор: Huseyn_ibn_Ali(a) 06 декабря 2009 - 19:35 в Ümumislam mövzular

Allah ibadətlərinizi qəbul etsin.Gözəl bayram münasibətilə hamınızı təbrik edirəm.Allah bizi Peyğəmbər(s) və pak Əhli-Beytinin(ə) şəfaətindən binəsib etməsin.Amin!




Рейтинг@Mail.ru