Перейти к содержимому


Публикации Haydar-i Kerrar

265 публикаций создано Haydar-i Kerrar (учитываются публикации только с 30-марта 23)



#43859 Shale bacimiz

Отправлено автор: Haydar-i Kerrar 17 марта 2010 - 09:18 в Поздравления

Məndə sizi təbrik edirəm bacı. Allahın nəzərində hər zaman həqiqi möminə kimi olasız. İlahi Amin.



#43567 Всё о мобильной технике и технологиях

Отправлено автор: Haydar-i Kerrar 15 марта 2010 - 15:44 в Information Technology

Salam Aleykum Həsənağa qardaş.

Nokia 6500 slide - ringtone-larında clock alert 1- ringtonu var, nə qədər axtarıram, tapa bilmirəm. Kömək edə bilərsiz onu yükmələyə?

Allah razı olsun. :victoryL:



#43508 О дружбе

Отправлено автор: Haydar-i Kerrar 15 марта 2010 - 09:53 в Дискуссии на общие темы

Mənim fikrimcə də dostluq var. Ən yaxın bizə Allahdır təbii ki. Allah xatirinə insanlarla dost olmaq lazımdır. Möminlər dostdan da əzizdirlər, qardaşdırlar, bacıdırlar. İnsanın etibar etdiyi bir insan, bir dostu olmazsa çox dəhşət olar fikrimcə. Dost təkcə sirri vermək üçün deyil ki.

Şəmsi bacının fikirləri ilə 100% razıyam.


Esl dost isteyen ozu esl dost olmalidi.

:victoryL:



#43506 Kürkə yox deyin!

Отправлено автор: Haydar-i Kerrar 15 марта 2010 - 09:19 в Дискуссии на общие темы

Black knight, bir sual verim icazənlə. Bəs Allah Taala diri diri heyvanların dərisini soymağa icazə verib?
***
Halal kəsilən heyvan olsa əlbəttə dərisi də halaldır. Malı mala qatmayaq.


Men de diri-diri oldurulmeni insanliqdan kenar hesab edirem. Amma eger sohbet olduruldukden sonra gedirse nece ?



Əlbəttə, mən də bu şəkildə hazırlayanları insanlıqdan kənar hesab edirəm. Əgər videoçarxa fikir verdinizsə, orada hətta dərisi soyulandan bir xeyli sonra heyvan can verir və ölür. Amma əgər söhbət öldürüldükdən sonra gedirsə, əlbəttə halal olar. Burda qəbahət nə var ki?


Şair qardaş, Allah razı olsun! :)



#42900 Filankəs haradadır?

Отправлено автор: Haydar-i Kerrar 12 марта 2010 - 09:58 в Дискуссии на общие темы

Şəbüstari ilə Aristokratımız hardadır?


Şəbüstari burdadır(elə mənəm) ;) ALLAH razı olsun.



#42893 Kürkə yox deyin!

Отправлено автор: Haydar-i Kerrar 12 марта 2010 - 09:37 в Дискуссии на общие темы

Heyvanlar da canlıdırlar ;) Onlar da ağrayır, qışqırır, ağrı çəkirlər. Bu qədər cani olmaq olmaz ;)(


Inciməyin! Amma sizin fikirləriniz az qala Krişnaizmin idayaları ile üst-üstə düşür.



İncimirəm. Ola bilər. Amma canlılara zülm etməyə qarşı çıxanın ideyası krişnaizmin hevanlar haqqında ideyası ilə eyni olsa da, razıyam. Ən əsası müsəlmanam. Bu cür caniliyə, zülmə neytral, heç nə olmamış kimi baxmaq olmaz. Ən azından dilinlə də olsa narazı olduğunu bildirməlisən.

İslamda heyvan kəsilərkən mühüm şərtlərdən biridə bıçağın iti olmasıdır ki, heyvan ağrı görməsin. Şükrlər olsun ki, İslam dinindəyik. Heyvanlara bu cür zülm edən, insana da edə bilər göz qırpmadan.

Allah hər birinizdən razı olsun.



#42730 Kürkə yox deyin!

Отправлено автор: Haydar-i Kerrar 11 марта 2010 - 15:38 в Дискуссии на общие темы

Heyvanlar da canlıdırlar :flowers1: Onlar da ağrayır, qışqırır, ağrı çəkirlər. Bu qədər cani olmaq olmaz :wacko:(



#42725 Kürkə yox deyin!

Отправлено автор: Haydar-i Kerrar 11 марта 2010 - 15:13 в Дискуссии на общие темы

Bu da ürünlərini heyvanlar üzərində təcrübə edən kosmetik firmaların siyahısı və ya onlar haqqında ümumi məlumatlar.....

http://www.deneyehayir.net/



#42694 Söz inciləri.

Отправлено автор: Haydar-i Kerrar 11 марта 2010 - 11:10 в Литература

Bir səhər yağışlı gundə cıxdım o dağlara.Dağlar sakit,ələmsiz.Nə gozəllikdi bu İlahı, elə bil muharibə adli iblis hec yoxmuş dunyada.Baxdim,baxdim, istədim gozəlliyi vəsf edim qələmsiz.
Nə gozəldi,budaqlarda sallanib ,biyun boğazımızı isladan damcilar.Nə gozəldi ayaqlarımiz altinda xəfif pıcıldayan xəzəllər.Bu gozəllikdə fərəh vardi,inam vardi,sevinc vardı, yoxdu acılar.
Kəlbəcərin Ağdərə ilə birləşdiyi yerlər idi,Sərsəng su anbarı.Qarabağin həyat mənbəsi və yaşıllıqlar diyarı.Amma mən turist deyildim.Əlimdə SVD,əynimdə "KOMUFLYAJ" sulh ucun gəlmidim bu yerlərə.Ehh yenə niyə qayıtdım o illərə?
Bəlkədə məzarı naməlumların ruhu cəkir mənim ruhumu oralara,bəlkə oraları unudanların unuducu xəyanətinin ağrısıdır ki mən cəkırəm.Hər gun batanda xəyalımda oralara bir də gedirəm,sonra gəlirəm.
Ammao zaman... Bir an Sərsəngin ustundən aşağı baxdınızmı? Goygol nədirki,onun yanında.Bu tablodur,ilahi tablo.Amma indi bir sacı dağınıq rəssamin boş otağında.
Baxdim.Baxdim.Gozəllik sonsuz və sakit.Amma bu sakitlik cox aldadıcı,cox bəsit.Fiqurum kiminsə nişangahınddır.Olsun ! Qismət ALLAHDANDIR.
Durub baxıram gozəlliyə.Baxcaqdim doyunca.
Gullə acılır və............................. noqtələr..................



Çox, hədsiz gözəl yazırsız. Allah köməyiniz olsun. :)



#42691 Kürkə yox deyin!

Отправлено автор: Haydar-i Kerrar 11 марта 2010 - 10:18 в Дискуссии на общие темы

BEzi insanlari cixmaqla,qalanlari heyvandan da beterdirler,esl heyvandirlar



Razıyam qardaş...

Adam var ki, adamların naxşıdır,
Adam var ki, ..... ondan yaxşıdır.



#42687 Hicab Şəhidi

Отправлено автор: Haydar-i Kerrar 11 марта 2010 - 09:47 в Ümumislam mövzular

Əzizlərim, bu bir hekayədir xəbər deyil. Özü də keçən ilin yayında inetdə yer almış hekayə.



Mən də oxumuşdum bunu çoxdan. Hekayədir.



#42686 Kürkə yox deyin!

Отправлено автор: Haydar-i Kerrar 11 марта 2010 - 09:44 в Дискуссии на общие темы

Allah hər birinizdən razı olsun qardaş və bacılar. Amma həqiqət belədir. İş ondadır ki, bu geyimlərin alternativləri var. Alternativləri varkən, ölü heyvanların dərisindən düzəltmək mümkünkən, niyə ALLAHın yaratdığı canlıya bu cür əzab verilsin? Mən bildiyimə görə dərini ölü heyvandan hazırlamaq olur. Yəqin kürk bahalı geyim olduğu üçün bunu edirlər...

Şəmsi bacı, qoyun əti halaldır, onu dərisi, yunu da halaldır. Eləcə də, məsələn - qaz əti, toyuq əti yeyib, tüklərini istifadə edirik. Burda heç bir qəbahət yoxdur. Amma mən biləni, hətta bu yaxınlarda quşların da belə əzabla tüklərinin çıxarıldığını aşkara çıxarmışlar.

http://www.kurkehayir.gen.tr/30.htm


İndi verəcəyim linkdə hər şey daha aydın yazılıdır...

http://www.kurkehayir.gen.tr/

"Alternativleri varken" videoçarxını izləməyinizi rica edirəm.

Proxy qardaş, geyindiyiniz dərinin hansı üsulla hazırlandığına əmin olub elə geyinirsiniz yəqin ki... Əlbəttə ki, bütün yaradılmışlar təbiət, bitkilər, heyvanlar və s. insanların istifadəsi üçün yaradılmışdır. Amma bu cür vəhşiliiyə yox deməliyik. Və yaxud da, kosmetik vasitələr, hansılar ki, heyvan üzərində təcrübə aparılır, istifadə etməməliyik.

Allah mərhəmət edəndir və mərhəmətliləri sevər.



#42583 Kürkə yox deyin!

Отправлено автор: Haydar-i Kerrar 10 марта 2010 - 15:25 в Дискуссии на общие темы

Salam Aleykum. Bilmirəm, bəlkə də bu forumda bu mövzu artıq açılıb. Amma videogörüntülərə baxdım dayana bilmədim...

Bu qədər vəhşilik ola bilməz...

Bunu bildiklərinizlə də paylaşmanızı rica edirəm. Kürk geyim hazırlayacaqlar deyə, pişikləri, itləri, dovşanları, qunduzları və bir çox kürklü heyvanları diri diri əzab verərək dərilərini üzərlərindən zülümlə - yerə çırparaq,çıxardırlar. Bu artıq insanlıq dışı haldır. Diri-diri dərilərini çıxarmalarının səbəbi isə - heyvan ölərkən dərisi bədəninə yapışır və onlar üçün yararlı kürklər alınmır.

Əslində geyinilən kürk geyimlərinin hansı bədəllərlə hazırlandığını bilsək, heç birimiz kürk geyinənlərə heç salam da vermərik.

Kürk hazırlamaq üçün ildə 2 000 000 pişik və itlər əzabla öldürülür. Boğmaqla, boynunu qırmaqla, elektrik vermə, qaynar suda dərisini üzməklə son dərəcə vəhşi yollarla kürkər hazırlanır. :blushL:

Düşünürəm ki, heç olmazsa kürk geyinməyərək bu dəhşətə bir az da olsa son qoya bilərik. Mən baxdım və hələ də özümə gələ bilmirəm....



Изображение

Изображение





#41574 Qurani-Kərimə aid sual-cavab

Отправлено автор: Haydar-i Kerrar 05 марта 2010 - 15:37 в Qur'an və onun təfsiri

Təşəkkürlər. :girl_in_love:


Hədislərə görə Peyğəmbərimiz (s) saçını ağardan surə və ya surələr hansıdır?



Öldürməyin məni :) Bu hədisi mən hidayət olmazdan əvvəl oxumuşdum deyə, yadımda qalıb..... :unsure:
Amma şiə mənbələrində axtardım tapa bilmədim bu hədisi. :)


Kimsə bilirsə desin, çox xahiş :)



#41566 Qurani-Kərimə aid sual-cavab

Отправлено автор: Haydar-i Kerrar 05 марта 2010 - 15:08 в Qur'an və onun təfsiri

Təşəkkürlər. :rolleyes:


Hədislərə görə Peyğəmbərimiz (s) saçını ağardan surə və ya surələr hansıdır?



#41561 Qurani-Kərimə aid sual-cavab

Отправлено автор: Haydar-i Kerrar 05 марта 2010 - 14:53 в Qur'an və onun təfsiri

Saqi qardaş Allah razi olsun, amma cavab verən user novbəti suali verməlidir.

Hədislərə Qurani Kərimin ən əzəmətli, ən böyük və ən üstün hesab edilən ayəsi



Sualdır bu? :rolleyes:

Ayətəl-kürsü bilirəm mən.



#41538 Просить прощения и Прощать

Отправлено автор: Haydar-i Kerrar 05 марта 2010 - 11:12 в Женский Клуб

sahvi boynuna almayan adamdan cox ehtiyat edirem



Eynilə mən də, şeyx. Səhvini boynuna almayan , onu səhv kimi (öz-özlüyündə də olsa belə) qəbul etməyən, özünü həmişə haqlı göstərməyə çalışan insandan nə desən gözləmək olar.

Eləcə də üzdə başqa, daxilində başqa olan insandan. Belələrindən heç nə ummaq lazım deyil. Şəmsi bacının dediyi: birdəfəlik silmək.



#41523 Bu gününüz necə keçdi?

Отправлено автор: Haydar-i Kerrar 05 марта 2010 - 09:42 в Дискуссии на общие темы

Allah ziyarətlərinizi qəbul etsin. Amin. Bağışlayın gec də olsa. Allah sizi həqiqi Əhli-Beyt (ə.s) aşiqlərindən qərar versin. Amin. :rolleyes:



#41431 Movludunuz mubarek!

Отправлено автор: Haydar-i Kerrar 04 марта 2010 - 17:06 в Поздравления

Ümməti İslam,Müqəddəs mövludlarınız Mübarək olsun!
Qiyamət günü,məhşərdə 14 Məsumla məhşur olaq!Amin!



İlahi Amin!



#41416 Qurani-Kərimə aid sual-cavab

Отправлено автор: Haydar-i Kerrar 04 марта 2010 - 14:57 в Qur'an və onun təfsiri

Quranda neçə peyğəmbərin adı çəkilir?


Yanilmiramsa, 24 Peygamberin adi cekilir.


Bir dəf həvəsə düşüb özüm saymaq qərarına gəlmişdim,nəticə xoş olmadı,çünki mənim hesabatımda qalıq 27 çıxmışdı :gizildish: Çünki sonra kitablardan,saytlardan bildim ki,okazmıçka 24-dir :rolleyes: Adları da aşağıdakılardı:
1.Adem,
2. Yaqub,
3. Yehya,
4.Yusif ,
5. Nuh,
6. Yunus,
7. Ibrahim ,
8. Davud ,
9. Zekeriyye,
10. Lut ,
11. Suleyman ,
12. Idris,
13. Ismail ,
14.- Musa ,
15. Eyyub,
16. Isa ,
17. Şueyb ,
18.Zulnun,
19. Məhəmməd ,
20. Harun ,
21. Zilkifl,
22. Hud ,
23. İshaq ,
24. Xızır.


Zulnun kimdir? Birinci dəfədir eşidirəm.

Ən çox qəbul olunanı budur ki Quranda, 25 peyğəmbərimizin adı çəkilib. Amma İmam Sadiqdən(ə) varid olan hədisdən 26 peyğəmbərimizin adının çəkilməsini əldə edirik.

Quranda adları zikr olunan peyğəmbərlərimiz: Adəm, İdris, Nuh, Hud, Saleh, İbrahim, İsmayıl, İshaq, Lut, Yaqub, Yusif, Əyyub, Şüeyb, Musa, Harun, Xizir, Yəsə`ə, Zülkifl, Davud, Süleyman, Zəkəriyya, Yəhya, İsa, Yunis, Muhamməd(s).
İmam Sadiqdən(ə) gələn hədisdə Məryəm surəsinin 54-55-cvi ayələrində qeyd olunan İsmayılın İbrahimin oğlu İsmayıl yox İsmayıl ibn Hizqil olduğu bildirilir.
Ayə buyurur: «Bu Kitabda İsmayılı yad et. Çünki o, vədinə sadiq və Allahın elçisi idi.* Ailəsinə namaz qılıb zəkat verməyi əmr etdi. Həmişə (rəftarı) Allahı tərəfindən bəyənilmişdir.»
Hədis: İmam Sadiq (ə): «Allah-taalanın Öz kitabında barəsində «Bu kitabda İsmayılı yad et…» buyurduğu İsmayıl İbrahimin oğlu İsmayıl deyil. O, Allah peyğəmbərlərindən biri idi. Allah onu öz qövmünə göndərdi, amma qövmü onun başının və üzünün dərisini soydu. Bir mələk gəlib ona dedi: Allah məni sənin yanına göndərmişdir. Hər nə əmr vermək istəyirsənsə, ver. O, dedi: Mən Hüseynin (ə) başına gələnlər mənə bir örnəkdir.» İləluş-Şəraye
İmam Sadiq (ə): «İsmayıl Allahın göndərilmiş rəsulu idi. Qövmü ona üstün gəldi və başının, üzünün dərisini soydular. Sonra aləmlərin Rəbbi tərəfindən bir mələk gəlib dedi: Allahın sənə salam göndərir və deyir ki, sənin başına gələnləri gördüm. Allah mənə əmr etdi ki, sənə itaət edim. Hər nə əmr vermək istəyirsənsə, ver. O, dedi: Hüseyn ibn Əli (ə) mənim örnəyimdir.» İləluş-Şəraye
«Quminin təfsirindən»: «Bu kitabda İsmayılı da yad et. O, vədinə sadiq idi…» ayəsi barəsində deyilir ki, imam belə buyurmuşdur. İsmayıl vəd verdiyi üçün qarşı tərəfi bir il gözlədi. O İsmayıl ibn Hizqildir.» Təfsiril-Qummi.


Elə mən də nəsə o Zulnunu tanımadım)))saytların birindən götürüb farkına varmadan past etdim,sorry)))
Demək vse-taki düzgün cvab mənim saydığıma yaxın imiş,görəsən mən hansı kəlməni 27-ci peyğəmbərin adı kimi bilmişəm))))
Dolğun məlumata görə təşəkkürlər,Allah razı olsun!



Bəlkə Zülqərneyn imiş? :gizildish: Üzeyr, Zülqərneyn, Loğman (ə.s) bu üç şəxsə övliya da demişlər.

Mən bir də, Hz. Adəm (ə.s) oğlu Hz. Şit (ə.s) eşitmişəm. Peyğəmbər kimi. İncildə də var onun adı, səhv etmitəmsə...... Allah bilir doğrusunu... Salam olsun bütün məsum bəndələrə.



#39549 Yuxularımız nədən xəbər verir?

Отправлено автор: Haydar-i Kerrar 22 февраля 2010 - 12:36 в Дискуссии на общие темы

Mənim fikrimcə də Rahmani yuxuları danışmaq olmaz...

Allahın məsləhətinə şükr...



#39523 Maraqlı suallar

Отправлено автор: Haydar-i Kerrar 22 февраля 2010 - 11:13 в Игры, приколы, анекдоты и другие забавы

Avropanin en uzun dagh silsilesi hansidir?


Alp dağ silsiləsidir?



#38156 Maraqlı suallar

Отправлено автор: Haydar-i Kerrar 17 февраля 2010 - 15:05 в Игры, приколы, анекдоты и другие забавы

Coğrafiya növbəti sual:
1. Dünyanın ən uzun çayı
2. Ən bolsulu çayı
3. Ən dərin kanyonlu çayı



1. Nil
2. Amazon
3. bilmirəm :)



#37959 Maraqlı suallar

Отправлено автор: Haydar-i Kerrar 16 февраля 2010 - 16:18 в Игры, приколы, анекдоты и другие забавы

1.İlk Nazil olan ayə?
2.Son nazil olan ayə?


1. İlk nazil olan ayə Ələq surəsinin ilk beş ayəsi
2. Ən son nazil olan ayə isə Maidə surəsi 3-cü ayə.

Mən belə bilirəm...

1. Yaradan Rəbbinin adı ilə oxu!
2. O, insanı qan laxtasından yaratdı.
3. Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir.
4. O, qələmlə yazmağı öyrətdi.
5. İnsana bilmədiklərini öyrətdi.

Ələq (Laxtalanmış qan) surəsi ,1-5.

Leş, qan, donuz əti, Allahdan başqasının adı ilə kəsilmiş, boğulmuş, döyülüb öldürülmüş, hündür bir yerdən yıxılıb gəbərmiş, buynuzlanıb öldürülmüş, yırtıcı heyvan tərəfindən parçalanıb yeyilmiş, – ölməmiş kəsdikləriniz istisnadır, – dik qoyulmuş daşlar (bütlər və s.) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə qismət axtarmanız sizə haram edildi. Bunlar günahdır. Bu gün kafirlər sizi dininizdən döndərməkdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyl etməyərək aclıq üzündən haram olanlardan istifadə etməyə məcbur olarsa, bilsin ki, Allah Bağışlayandır, Rəhmlidir.

Maidə surəsi - 3.



#37955 Maraqlı suallar

Отправлено автор: Haydar-i Kerrar 16 февраля 2010 - 16:04 в Игры, приколы, анекдоты и другие забавы

1.Ekvator xəttini iki dəfə kəsən çay hansıdır?
2.Ən çox çay şəbəkəsi olan materik hansıdır?

Bağışlayın, asan oldusa :)
Ağlıma başqa heç nə gəlmədi.




Рейтинг@Mail.ru