Перейти к содержимому


Публикации varqo

18 публикаций создано varqo (учитываются публикации только с 20-апреля 23)


#38823 Bu gününüz necə keçdi?

Отправлено автор: varqo 19 февраля 2010 - 21:31 в Дискуссии на общие темы

Bu günüm də belə dəəə... keçdi özüyçün.



#38820 Мы - детям (и не только)

Отправлено автор: varqo 19 февраля 2010 - 21:08 в Дискуссии на общие темы

Почти каждый день созваниваемся с Антига ханумом. Она всем салам передает и молится за вас. Всех благодорит особенно Ахмадия ханум и сестер.Машааллах сестры да примит Аллах ваши добрые намерении.
Насчет квартиры ишем, пока резултатов никаких, нашли несколько квартир. Но многие отказываются пустит в квартиры мать с детми.
Иншааллах найдем, братя и сестры ишут машааллах, спасибо всем вам.Братя Саги, Хейдар, Вайт, Молла, Командир и многие братя готовы к помоши.
К стате она сегодня вышла уже на новую работу.

O qadın namaz qılır ya yox?

Я не интересовалась, честно говоря.

И знаете, если даже она не намазгылан, а атеистка (хотя это не так, потому, что имя АЛЛАХА всегда у нее на устах и в душе), я все равно делала бы то, что делаю. Да и все ребята (уверена) тоже.

Слишком много зла, насилия и боли было у нее и ее детей в жизни. Слишком..

Ona görə demədim eee! Maraqlı oldu ki, İNŞAALLAH belə insani keyfiyyətləri görüb namaza gəlsə, xoş halınıza. Lap yaxşı mənada qibtə edirəm sizlərə!
ALLAH savabınızı bol eləsin! ;)



#38817 Собирун | Toplantı

Отправлено автор: varqo 19 февраля 2010 - 21:02 в Дискуссии на общие темы

Əhli sünnələrə sizin Soberuna gəlməsi icazəlidir?
(Yəni mən orada iştirak edə bilərəm?)
Əvvəlcədən söz verirəm ki, özümü nümunəvi və əxlaqi cəhətdən yaxşı aparmağa səy göstərəcəyəm. Artıq öz üzərimdə işləyirəm.
Zarafat edirəm, işim olmasa, adresi bilsəm hökmən gələcəm şiə qardaşların yanına!



#38811 Suala sualla cavab veririk?!

Отправлено автор: varqo 19 февраля 2010 - 20:47 в Игры, приколы, анекдоты и другие забавы

Öz başına bəla axtarırsan?
Bilmirsən nələr ola bilər?
;)



#38617 Мы - детям (и не только)

Отправлено автор: varqo 19 февраля 2010 - 01:13 в Дискуссии на общие темы

Почти каждый день созваниваемся с Антига ханумом. Она всем салам передает и молится за вас. Всех благодорит особенно Ахмадия ханум и сестер.Машааллах сестры да примит Аллах ваши добрые намерении.
Насчет квартиры ишем, пока резултатов никаких, нашли несколько квартир. Но многие отказываются пустит в квартиры мать с детми.
Иншааллах найдем, братя и сестры ишут машааллах, спасибо всем вам.Братя Саги, Хейдар, Вайт, Молла, Командир и многие братя готовы к помоши.
К стате она сегодня вышла уже на новую работу.

O qadın namaz qılır ya yox?



#38616 Bu gününüz necə keçdi?

Отправлено автор: varqo 19 февраля 2010 - 01:07 в Дискуссии на общие темы

Həci,problem əyər həyati əşya yaxud para olsaydi,onu bayram kimi qarşilardim.AMMA bir urək ağrisi!
Dua edin!

MIROTVORES70, ALLAH Sizin köməyiniz olsun, istəklərinizi qəbul etsin!
Hər kəsin!



#38608 Bu gününüz necə keçdi?

Отправлено автор: varqo 19 февраля 2010 - 00:56 в Дискуссии на общие темы

Bu günüm pis başlamadı, bir az danışıb-gülmüşük "müəyyən" adamlarla. Elə insanlar var ki, onlarla təmasda olmaq insanın ruhiyyəsini qaldırır, yaşamağa stimul verir! Mən burada özümə və xasiyyətimə yaxın olan adamlar tapmışam, adlarını deməyəcəyəm, hələki, "Karantin"i keçsinlər, sonrasına baxarıq.



#37896 Bu gününüz necə keçdi?

Отправлено автор: varqo 16 февраля 2010 - 01:59 в Дискуссии на общие темы

Dünən qardaşlarla çay evində oturmuşduq, yanımızdakı stolda şiələr idi. Dini söhbət edirdilər, bir qulağım onlarda idi. Şiəliyin haqq olduğunu sübut etməyə çalışırdılar, əvvəlcə mənə gülməli gəldi onların bu cəhdləri, "Səhih"lərdən sübut gətirirdi bir nəfər.... Qulq asdım, bir-iki hədis yadımda qaldı, özümə dedim ki, evə gedəndə kitablara baxacam, əgər yalan olsa, sabah gəlibağzımdan çıxanı deyəcəm....baxanda isə.....
Budur məni fikirləşməyə məcbur edən! Onların yanında oturan tanımadığım bir sünnü qardaş sübutların qarşısında susaraq "düz yolda olmamışam, bəs nə edim?"--deyərək onların dediyini tez bir zamanda qəbul etdi, lap acığım tutdu əvvəldə. o deyilənlərin düz olmağı barədə kitablarda rast gəldim, qardaşlara göstərəndə, mənə dedilər ki, "bu başqa mənadadır" Amma, əql başqa şey deyir... Lap başımı itirmişəm, ALLAH bizim hamımıza hidayət versin.
Nə isə...

Sizin yaxinlarinizdan shiya olan varmi?

Əlbəttə, olmasaydı, mən haradn bilirdim bu form var?

galin cata

Dəvət edirsən, sonra da zəhərli atmacalar atırsan? Belə eləməklə nə qazana bilərsən? O nda elə çıxır ki, qardaşlar düz deyirdilər ki, şiələrlə söhbət eləməyə dəyməz...



#37893 Bu gününüz necə keçdi?

Отправлено автор: varqo 16 февраля 2010 - 01:46 в Дискуссии на общие темы

Dünən qardaşlarla çay evində oturmuşduq, yanımızdakı stolda şiələr idi. Dini söhbət edirdilər, bir qulağım onlarda idi. Şiəliyin haqq olduğunu sübut etməyə çalışırdılar, əvvəlcə mənə gülməli gəldi onların bu cəhdləri, "Səhih"lərdən sübut gətirirdi bir nəfər.... Qulq asdım, bir-iki hədis yadımda qaldı, özümə dedim ki, evə gedəndə kitablara baxacam, əgər yalan olsa, sabah gəlibağzımdan çıxanı deyəcəm....baxanda isə.....
Budur məni fikirləşməyə məcbur edən! Onların yanında oturan tanımadığım bir sünnü qardaş sübutların qarşısında susaraq "düz yolda olmamışam, bəs nə edim?"--deyərək onların dediyini tez bir zamanda qəbul etdi, lap acığım tutdu əvvəldə. o deyilənlərin düz olmağı barədə kitablarda rast gəldim, qardaşlara göstərəndə, mənə dedilər ki, "bu başqa mənadadır" Amma, əql başqa şey deyir... Lap başımı itirmişəm, ALLAH bizim hamımıza hidayət versin.
Nə isə...

Sizin yaxinlarinizdan shiya olan varmi?

Əlbəttə, olmasaydı, mən haradn bilirdim bu form var?



#37891 Bu gününüz necə keçdi?

Отправлено автор: varqo 16 февраля 2010 - 01:39 в Дискуссии на общие темы

Dünən qardaşlarla çay evində oturmuşduq, yanımızdakı stolda şiələr idi. Dini söhbət edirdilər, bir qulağım onlarda idi. Şiəliyin haqq olduğunu sübut etməyə çalışırdılar, əvvəlcə mənə gülməli gəldi onların bu cəhdləri, "Səhih"lərdən sübut gətirirdi bir nəfər.... Qulq asdım, bir-iki hədis yadımda qaldı, özümə dedim ki, evə gedəndə kitablara baxacam, əgər yalan olsa, sabah gəlibağzımdan çıxanı deyəcəm....baxanda isə.....
Budur məni fikirləşməyə məcbur edən! Onların yanında oturan tanımadığım bir sünnü qardaş sübutların qarşısında susaraq "düz yolda olmamışam, bəs nə edim?"--deyərək onların dediyini tez bir zamanda qəbul etdi, lap acığım tutdu əvvəldə. o deyilənlərin düz olmağı barədə kitablarda rast gəldim, qardaşlara göstərəndə, mənə dedilər ki, "bu başqa mənadadır" Amma, əql başqa şey deyir... Lap başımı itirmişəm, ALLAH bizim hamımıza hidayət versin.
Nə isə...



#37887 Мы - детям (и не только)

Отправлено автор: varqo 16 февраля 2010 - 01:18 в Дискуссии на общие темы

Dəyərli məlumatlara və ALLAH YOLUnda qazanmaq istədiyiniz savaba görə, bir İNSAN kimi, məzhəbindən və firqəsindən saılı olmayaraq, ƏHSƏN deyirəm və bu işdə Sizlərə uğurlar diləyirəm!
Yəqin ki, məni də bu savabdan uzaq salmazsınız, xəbər etsəniz, çox şad olaram! Uğurlar!



#37487 Bu gününüz necə keçdi?

Отправлено автор: varqo 14 февраля 2010 - 16:42 в Дискуссии на общие темы

Çaşıb dünən olanları bu günə yazmışam, yəqinki xətamı "AFV" edersiz.



#37465 Мы - детям (и не только)

Отправлено автор: varqo 14 февраля 2010 - 15:51 в Дискуссии на общие темы

ALLAH savabınızı bol eləsin, mən bilməzdim ki, şiələr belə xeyriyyə işləri ilə məşğul olurlar. Yenə də yanılış informasiyalar şiələr barədə. Lap başımı itirmişəm, Görəsən olunanlar düzdür, yoxsa deyilənlər?

Bunun şiəliyə nə dəxli var, ay brat?

Belə deyirlər ki, "şiələr samolyub olurlar, heç kimə, hətta din qardaşlarına belə kömək etmirlər,"
İndi isə "söz konusu" sovsem dindar olmayan bir şəxsdən getdiyi halda....Lap məəttəl qalmışam....
Znaçit, dezinformasiyadır.



#37432 Мы - детям (и не только)

Отправлено автор: varqo 14 февраля 2010 - 10:33 в Дискуссии на общие темы

ALLAH savabınızı bol eləsin, mən bilməzdim ki, şiələr belə xeyriyyə işləri ilə məşğul olurlar. Yenə də yanılış informasiyalar şiələr barədə. Lap başımı itirmişəm, Görəsən olunanlar düzdür, yoxsa deyilənlər?



#37430 Dindarlarla polis arasında toqquşma olub

Отправлено автор: varqo 14 февраля 2010 - 10:19 в Ümumislam mövzular

Mən də baxdım, inanıan ki, pis oldum. Peyğəmbər(sas) hamının Peyğəmbəridir, gərək hörmətlə yanaşaydılar, belə görünür ki, bizləri sünnü və şiəyə bölən ancaq özümüzük, dövlət bizi bu kateqoriyalara bölmür.....



#37429 Bu gününüz necə keçdi?

Отправлено автор: varqo 14 февраля 2010 - 10:16 в Дискуссии на общие темы

varqo sıralarımıza xoş gəlmisən. Dünənki gün ancaq bədbinliklə keçdi. Evvel internata sonra ise cox kasıb bir aileye basş çekdik bacı və qardaşlarımızla, axşam isə polislər tərəfindən təkbir deyən möminlərin döyülməsinə baxıb lap pis oldum

_MOLLA_, Təşəkkür edirəm, sağ olun. Mən də baxdım, inanıan ki, pis oldum. Peyğəmbər(sas) hamının Peyğəmbəridir, gərək hörmətlə yanaşaydılar, belə görünür ki, bizləri sünnü və şiəyə bölən ancaq özümüzük, dövlət bizi bu kateqoriyalara bölmür.....



#37419 Novruz bayrami!

Отправлено автор: varqo 14 февраля 2010 - 10:04 в Şiə-sünni dialoqu

NOVRUZ
Novruz barədə sözü belə başlayaq. Islamdan əvvəl xalqın, millətin və hər tayfanın özünəməxsus mərasimləri, adət-ən’ənələri, mədəniyyətləri və ədəb ərkanları var idi ki, onlara uyğun hərəkət edirdilər. O adət-ənələrin bəzisi yaxşı bə’ziləri isə pis adətlər idi. Islam dini zühur edəndən sonra camaatın və tayfaların arasında olan bu adət-ənənələri nəzərdən keçirərək onların yaxşılarını təsdiq edib bəyəndi, pislərini isə qadağan və haram etdi. Islamın öz hökmlərindən əlavə insanlar arasında belə adət-ənənələr mövcud idi. Misal üçün onların hərəsindən birini nəzərnizə çatdırıram.
Islamdan əvvəl ərəblərin içində belə bir adət vardı ki, dörd ayda müharibə etməyi dayandırardılar. O aylardan biri Rəcəb, biri zil-qə’də, biri zil-hiccə, biri də məhərrəm ayı idi. Bu dörd ayda heç kəsin müharibəyə əl atmağa, birinə təcavüz etməyə və müharibəyə davam etməyə ixtiyarı yox idi. Bu camaatın öz qanunu və adət-ənənəsi idi. Islam dini sülhtələb və müharibə etməklə əsasən müxalif olduğundan baxıb gördü ki, bu adət-ənənə çox gözəl bir əməldir. Buna görə də camaatın bu adət-ənənəsini təsdiq edib bəyəndi. Indinin özündə Islam aləmində də rəcəb, zid-qə’də, zil-hiccə və məhərrəm aylarında müharibə etmək mütləq haram və qadağan olunmuşdur.
Bu ərəblərin yaxşı adət-ənələrindən biri idi ki, Islam dini zühur edəndən sonra onların bu adət-ənənələrini bəyənib təsdiq etdi. Lakin camaatın içində bir sıra çox pis əməllər də var idi. O cümlədən hər kimin qız övladı dünyaya gəlsəydi, özünü alnı kölgəli və başı aşağı hiss edirdi. Ona görə də qız uşağı dünyaya gələn kimi atası onu aparıb çöllükdə yeri qazıb diri diri torpağa bastırardı. Islam dini gördü ki, onların bu adətləri çox pis adətdir. Ona görə də onların bu əməlləri ilə müxalifətçilik etdi və bu adət ənənəni bəynmədi. Allah-təala onların bu haqsız əməllərinə görə Təkvir surəsinin 9-cu ayəsini nazil etdi.
بِأَيِّ ذَنبٍ قُتِلَتْ
Hansı günaha görə (bu uşaqlar) öldürülürlər.
Belə bir vəziyyətdə, hər kəsin qız oşağı olarkən özünü başı aşağı təsəvvür etdiyi bir halda Allah-təala Həzrət Peyğəmbərə qız övladı, kövsəri verdi. O Həzrətə vrdiyi iki oğlan uşağını aldı və əvəzində Zəhranı (s.ə) ona bəxş etdi. Camaatın içində görürdülər ki, Həzrət Peyğəmbər (s) öz qızına o qədər hörmət edir ki, indiyə qədər heç bir ata hətta oğlan övladına bu qədər hörmət etməyib. Harda görsəydilər ki, Peyğəmbər (s) əyləşib və Zəhra içəri daxil olanda o Həzrət qızının ayağına qalxar, gəlib onunla görüşər və əllərindən öpərdi. Hansı ata öz qızının əllərindən öpürdü? Həzrət Peyğəmbər (s) belə bir hərəkəti ilə bütün dünyaya sübut etdi ki, övlad müqəddəsdir istər qız olsun, istərsə də oğlan.
Islamda belə bir baxım var idi. Zühur edəndən sonra bütün millətlərin içində olan adət-ənənələrə baxıb öz nəzərini bildirərdi. Hansı adət-ənənə müsbət olsaydı onu qəbul və təsdiq edər, hansı hərəkət mənfi olsaydı onunla müxalif olardı.

Bu sözləri qeyd etməkdən məqsədim budur ki, novruz da Islamdan əvvəl camaat arasında olan bir adət-ənənə idi. Islam dini zühur edəndən sonra bu adət-ənənəyə baxdı və öz onun barəsində nəzərini bildirdi. Islam dini gördü ki, bu bayramın içində həm müsbət hərəkətlər, həm də mənfi hərəkətlər vardır. Onun müsbət hərəkətlərini bəyəndi, mənfi hərəkətlərini isə təsdiq etmədi.
Tarixə diqqət yetirəndə görürük ki, novruz çox qədimi bir adət-ənənədir. Novruz əslində farsların adət ənənələri olmuşdu. Islam dini zühur edəndən sonra onun barəsində öz nəzərini bildirdi və bir sıra xüsusi əməlləri də ona artırdı.
Novruz barədə olan mə’ruf bir hədisi nəzərnizə çatdırıram.
Müəlla Imam Sadiqin (ə) səhabələrindən biri idi. O belə deyir:
دَخَلْتُ عَلَى الصَّادِقُ عَلَيْهِ السَّلام يَوْمَ النِّيرُوز. قَالَ(ع): اَتَعْرِفُ هَذاالْيَوم؟ قُلْتُ جُعِلْتُ فِداكَ هَذا الْيَوْم تُعَظِّمُهُ الْعَجَم وَ تَتَهَذا فِيهِ. قَالَ(ع): وَالْبَيْتِ الَّذِى بِمَكَّةِ مَا هَذا اِلاّ لِأَمْرٍ قَدِيمٍ اُفَسِّرُ لَكَ حَتَّى تَفْعَمَهُ.
يَا مُعَلَّى, إِنَّ هَذا الْيَوْم النِّيرُوز هُوَ الْيَومُ الَّذِى اَخَذَهُ الله فِيهِ مَواسِقَ الْعِبَاد اَنْ يَعْبُدُوهُ وَ لا يُشْرِك بِهِ شَيْئً وَ اَنْ يُؤْمِنُ بِرُسُولِهِ وَ حُجَجَهِ وَ لِيُؤْمِنُ بِالْأَئِمَّةِ وَ هُوَ اَوَّلُ يَوْمٍ طَلَعَتْ فِيهِ الشَّمْس وَ مَا مِنْ يَوْمٍ نِّيرُوز اِلاّ وَ نَحْنُ نَتَوَقَّعُ فِيهِ الْفَرَج لِأَنَّهُ مِنْ اَيَّامِنَا وَ اَيَّامِ شِعَتِنَا وَ لكِن حَفَظَهُ الْعَجَمْ وَ زَيَّعْتُمُوهُ اَنْتُمْ وَ هُوَ اَوَّلُ يَوْمٍ مِنْ سَنَةِ الْفُرُوس.
Novruz bayramı Imam Sadiqin (ə) hüzuruna getmişdim. O həzrət mənə baxıb buyurdu: Sən bilirsənmi bu gün necə bir gündür? Dedim: Bəli ağa. Bu gün elə bir gündür ki, əcəmlər1 bu günü çox əzəmətlə qeyd edər və bir-birlərinə hədiyyə apararlar.
Imam Sadiq (ə) buyurdu: And olsun Məkkədə olan müqəddəs evə ki, bu qədimi bir gündür. Istəyirsənmi sənə novruz barəsində təfsilat verim, bunun necə bir gün olmasını biləsən?
Ey Müəlla, həqiqətən novruz elə bir gündür ki, Allah-təala bəndələri yaratmamışdan öncə onlardan söz almışdır.
Qeyd: Insanlar hələ dünyaya gəlməmişdən öncə Allah-təala onlardan söz almışdı. Qur’anda bu məsələyə işarə olunmuşdur. Allah-təala belə buyurur:
وَإِذْ أَخَذَ رَبُّكَ مِن بَنِي آدَمَ مِن ظُهُورِهِمْ ذُرِّيَّتَهُمْ وَأَشْهَدَهُمْ عَلَى أَنفُسِهِمْ أَلَسْتَ بِرَبِّكُمْ قَالُواْ بَلَى
(Ey Peyğəmbər!) Xatırlat ki, bir zaman Rəbbin Adəm övladlarını bellərindən (gələcək) nəsillərini çıxardıb onları özlərinə (bir-birinə) şahid tutaraq: “Mən sizin Rəbbiniz deyiləmmi?” soruşmuş, onlarda “Bəli Rəbbimizsən” deyə cavab vermişlər.1

Allah-təala bütün insanlardan bu sözü aldıqdan sonra yaratmışdır. Amma insanlar dünyaya gəldikdən sonra, dünyanın abu-havası onlara dəydikdə, dünyanın ne’mətlərini gördükdə, Allaha verdiyi və’dələri yadlarından çıxdı.
Imam Sadiq (ə) Müəllaya bildirdi ki, Allahın insanlardan və’də və söz aldığı həmin gün novruz günü olmuşdur.
Sonra Həzrət buyurdu: Allah-təala insanlardan söz aldı ki, yalnız Ona ibadət etsinlər və Heç bir şeyi Allaha şərik qoşmasınlar. Onun göndərdiyi peyğəmbərlərə iman gətirsinlər və Onun yer üzündə höccətlərinə və imamlara itaət etsinlər.
Ey Müəlla, novruz elə bir gündür ki, günəş ilk dəfə işığını bu gündə yerə salmışdı. Bizim axırıncı övladımız Imam Zamanın (ə.c) zühuru güman var ki, bu novruz günündə olacaq. Buna görə də novuz bizim və şiələrimizin günüdür. Lakin bu novruzu əcəmlər diri saxladılar siz isə yaddan çıxartdınız. Bir də ki, novruz farsların illərinin əvvəl günüdür.
Imam Sadiqin (ə) bu hədisindən və buna oxşar hədislərdən bu mətləbi əldə edirik ki, Islamdan əvvəl novruz bayramı var idi. Lakin bu novruz bütpərəstlərin əlində idi. Novruzun içində yaxşı hərəkətlər çox idi. Lakin pis hərəkətləri də var idi. Islam zühur edəndən sonra bu ən’ənənin əsli və kökü ilə müxalifət etmədi və onun müsbət hərəkətlərini təsdiq edərək bir sıra hökmləri ona əlavə etməklə novruza mə’nəvi və ilahi rəng verdi. Islamın novruza əlavə etdiyi mə’nəvi əməllərdən bir neçəsini nəzərnizə çatdırıram.
Novruz bayramında müstəhəb
olan əməllər.
Novruz bayramı daxil olarkən il dəyişir. Ilin dəyişdiyi dəqiqələrdə Peyğəmbər və Imamlar bizə belə bir dua oxumağı tövsiyə etmişlər.
يَا مُقَلِّبَ الْقُلُوبِ وَ الْأَبْصَارِ يَا مُدَبِّرَ الَّيْلِ وَ الْنَّهَار يَا مُحَوِّلَ الْحَوْلِ وَ الْأَحْوَال حَوِّل حَالَنَا بِأَ حْسَنِ الْحَال
Islam dini bu əməli novruz bayramında ilin dəyişdiyi anlarda müsəlmanlara tövsiyə etməklə istəyir ki, onların mə’nəviyyatları daha da artsın. Çünki, insanın dünyaya gəlməkdən əsas məqsədi odur ki, hər bir dəqiqədəsində özünə mə’nəviyyat qazansın. Ona görə də il dəyişib novruz daxil olan anlarda da bu du müstəhəbb bir əməl kimi tə’yin olunmuşdur. Belə dualara təkcə novruz bayramında deyil, hətta mübarək Ramazan ayının gündəlik dualarında da rast gəlirik.
اَللّهُمَّ غَيِّرْ سُوءَ حَالِنا بِحُسْنِ حَالِكَ
“Ilahi, Öz gözəl halınla bizim uğursuzluğumuzu dəyişdir.”
Novruz bayramında insanlar bir-birinin evinə hədiiyə aparırdılar. Islam dini novruz bayramında olan bu əməli tə’yid və təsdiq etdi.
Bir gün Həzrət Əlinin (ə) evinə hədiyyə gətirdilər. Həzrət soruşdu: “Bu nədir?” Dedilər: Ya Əmirəl-mö’minin bu gün novruz bayramıdır. Ona görə də sənə hədiyyə gətirmişik. Həzrət hədiyyəni onlardan qəbul edib buyurdu: “Bizim hər günümüzü bizə novruz edin.“
Bu hədisdən mə’lum olur ki, Islam dini novruz bayramında olan bu əməli təsdiqlədi və bəyəndi.
Islamın novruza əlavə etdiyi bir neçə müstəhəb əməli sizin nəzərnizə çatdırıram.
1. Qüs etmək. Novruz bayramında müstəhəbdir ki, insan qüsl etsin. Bu qüslün niyyəti belədir. “Novruz qüslü edirəm qürbətən iləllah.”
2. Təmiz və təzə paltar geymək. Müstəhəbdir ki, insan novruz bayramında təmiz və təzə paltar geyinsin.
3. Yaxşı və xoş ətirlərdən istifadə etmək. Novruz bayramında yaxşı olar ki, insan xoş ətirlərdən istifadə etsin.
4. Oruc tutmaq. Novruz bayramında oruc tutmaq müstəhəbdir. Hər kim novruz bayramında oruc tutsa Allah-təala həmin şəxsə savab verər.
Bu əməlləri bizə Imam Sadiq (ə) öyrədərək belə buyurur:
قَالَ الصَّادِقُ(ع): اِذَا كَانَ النِّيرُوز فَاغْتَسِل وَالْبَسْ اَنْظَفَ سِيَابِكَ وَتَطَيَّر بِأَحْيَبِ طِيْبِك وَ تَكُون ذَالِكَ الْيَوم صَائِماً
“Novruz gəldiyi zaman qüsl edin, gözəl və təmiz paltarlar geyinin, gözəl ətirlərdən istifadə edin və o günü oruc tutun.”
5. Novruz bayramında gözəl və müstəhəb əməllərdən biri on ikinci imam Həzrət Məhdi (ə.c) ilə əlaqə saxlamaqdır. Çünki əvvəldə Imam Sadiqdən (ə) hədisdə oxuduq ki, çox güman var ki, o Həzrət novruz günü zühur etsin. Imam Zamanla (ə.c) belə əlaqə saxlamaq olar ki, heç olmasa insan iki rək’ət namaz qılıb o Həzrətə hədiyyə etsin. Namazı qutardıqdan sonra öz istək və hacətlərini Allahdan diləsin.

6. Novruz bayramınının dörd rəkətli xüsusi namazı vardır. Novruz günü bu namazı qılmaq müstəhəbdir. Onun qaydası belədir. Sübh namazı kimi iki rəkət iki rəkət qılınır.
Birinci iki rəkətin birinci rəkətində həmd surəsindən sonra on dəfə Qədr (inna ənzəlna) surəsi, ikinci rəkətdə həmd surəsindən sonra on dəfə Kafirun surəsi oxunmalıdır.
Ikinci iki rəkətin birinci rəkətində həmd surəsindən sonra on dəfə Ixlas (qul huvəllah) surəsi, ikinci rəkətdə isə Həmd surəsindən sonra on dəfə Nas (qul ə’uzu birəbbin-nas) surəsi oxunmalıdır. Qalan hissələri isə eyni ilə sübh namazı kimi qılınır.
Yuxarıda qeyd olunan bu əməllər Islamın novruz üçün tə’yin etdiyi əməllərdir. Novruzu diri saxlamaq istəyən, və novruza hörmət etmək istəyən şəxslər bilməlidirlər ki, novruz bayramının belə müstəhəb əməlləri də vardır. Bunlardan əlavə, müsbət hərəkətlərdən biri də budur ki, novruz bayramında küsənlər barışar, övladlar gəlib ata-analarından halallıq istəyər, rəhmətə gedənləri yad edər, qohum əqrəba, bir-birinin evinə və ziyarətinə gedərlər. Bunlar çox gözəl əməl və hərəkətlərdir ki, bu barədə istənilən qədər hədis və rəvayətlərimiz vardır.
Hədislərdə vardır ki, əgər bir mö’min başqa bir mö’minin ziyarətinə gedərsə və məqsədi yalnız və yalnız onu ziyarət etmək olarsa, Allah-təala ona belə xitab edər: Ey zəvvar! Sən paksan, Cənnət də sənə pak və halal olsun.
Novruz bayramında camaatın adət-ənənələri
Qeyd olunan müstəhəb əməllərdən əlavə novruz bayramında camaat arasında bir sıra adət-ənənələr də vardır. Onların bə’zilərini nəzərnizə çatdırıram.
Novruz bayramında camaatın bir-biri ilə münasibətlərindən əlavə özləri üçün də bə’zi ənənələri vardır. Camaat novruz bayramı münasibətilə müxtəlif yeməklər hazırlayar, şəkərbura, paxlava, qoğal, bişirər, səməni cücərdər, yumurta boyayar, şam yandırar, süfrəni yeddi sindən ibarət su, sirkə, sumağ, soğan, salat, səməni, səbzi və bu kimi ne’mətlərlə bəziyərlər. Həmçinin süfrəyə Qur’an güzgü qoyarlar. Çərəz etmək üçün süfrəyə iydə, püstə, badam, ləpə gətirərlər. Bundan əlavə balığı bişmiş halda və ya qabın içində diri halda süfrəyə qoyurlar. Evlərə papaq atar, qapı arxasından kiminsə söhbətinə qulaq asar və bütün bu kimi əməlləri özlərinə adət-ənənə kimi hesab edərlər.
Lakin bunlardan əlavə camaatın içində bir sıra hərəkətlər də vardır ki, Islam dinin onları qəbul etmir. Istər novruzda olsun, istərsə də başqa günlərdə şəriət bu əməlləri haram və qadağan edir. Məsələn düzdür, novruzda şadlıq edərlər, həddən artıq şadyanalıq etmək, haram musiqilər, haram oxumaqlar, haram oynamaqlar, haram yeməklər, haram içməklər novruzda vardır. Islam dini bu əməlləri qəti qadağan edir və novruzun bu kimi adət ənənələrini bəyənmir.
Əvvəldən bura qədər etdiyimiz söhbətlərin hamısı novruz barədə olan mətləb idi.



#37418 Bu gününüz necə keçdi?

Отправлено автор: varqo 14 февраля 2010 - 09:13 в Дискуссии на общие темы

Bütün forum əhlini salamlayıram, məzhəbindən asılı olmayaraq.
Sıralarınıza təzə qoşulduğum üçün mövzulardan xəbərsizəm, inşaALLAH ki, hər şey yaxşı olar.
Bu günümüz isə heç yaxşı kemədi əvvəldə, lakin sonra ALLAHIN lütfü ilə axşama doğru hər şey nizama düşdü. Allah xeyirlisini nəsib etsin.




Рейтинг@Mail.ru