Перейти к содержимому


Публикации Dr_Lazarus

22 публикаций создано Dr_Lazarus (учитываются публикации только с 29-марта 23)


#49063 Dr_Lazarus-un yaradıcılığı

Отправлено автор: Dr_Lazarus 01 мая 2010 - 23:43 в Литература

Əla şeirdi, Sənin şeirlərində qüsur tapmaq çətindi. Mən də, bilirsən də, tənqid etməyi sevirəm :)
Maşallah, ürəyinə sağlıq )



Ay baci, men hara, qusur hara??? :scenic: yeri geldikce sehv olanda yavawca mene bildir... :rtfm:



#48830 Şuşasız 18 il / İşğaldan sonra...

Отправлено автор: Dr_Lazarus 28 апреля 2010 - 21:53 в История и этнография

Şuşasız 18 il...

Susmaq da çətindi, danışmaq da...

Çətin də olsa, susmağa çalışacam... Çünki Şuşa haqqında danışanda sadəliyindən, mürəkkəbliyindən asılı olmayaraq, istifadə etdiyimiz hər bir cümlənin sonunda həmişə olduğu kimi "nöqtə" qoyuruq. Ama bu nöqtələr bizləri Şuşamıza qaytarmır. Əksinə, günlər keçdikcə dərin bir uçurum yaradır. 18 illik uçurum...

Çətin də olsa, susmağa çalışacam... Çunki, danışanda bizlər üçün ən asan yolu - günahkar axtarmaq yolunu seçməkdən qorxuram, çəkinirəm, utanıram...

Mənim Əzizlərim, Şuşamdan Sizlər danışın, çalışacam sükutla dinləyim...

P.S. artıq günahkarlar siyahısında biri var



#48695 Dr_Lazarus-un yaradıcılığı

Отправлено автор: Dr_Lazarus 27 апреля 2010 - 13:09 в Литература

Salam deyəcəyəm...

Dünənimə, bu günümə, sabahıma,
Sənsiz keçən baharıma,
Hər görüşdə keçdiyimiz o yollara,
Yaşanmamış arzulara,
Səndən salam deyəcəyəm...
Sən sevgimə gülən kimi,
O günlərə güləcəyəm.
Sən könlündən silən kimi,
Xəyalını qəlb evimdən siləcəyəm.
Yaralanmış ürəyimə
Səndən salam deyəcəyəm...
Sənlə olan sənsizlərə,
Mavi donlu dənizlərə,
Gəzdiyimiz çəmənlərə,
Dərdiyimiz tər güllərə,
Səndən salam deyəcəyəm...
O dostlara, tanışlara,
Sual dolu baxışlara,
Gözümdən axan yaşlara,
Səndən salam deyəcəyəm...
Dünənimə, bu günümə, sabahıma,
Sənsiz keçən baharıma,
Sənsiz gələn payızıma,
Pəncərəmə yağan qara,
Səndən salam deyəcəyəm...
Ən saf duyğulardan alınmaz bir qalam vardı,
Indi hər şey viran olmuş xarabadı...
Səndən salam deyəcəyim,
dünənimdir,
bu günümdür,
sabahımdır...

Dr_Lazarus




#48081 Xocalı

Отправлено автор: Dr_Lazarus 20 апреля 2010 - 00:22 в История и этнография

Xocalı rayonu.

Ərazisi: 922 km
Əhalisi: 11544 nəfər
İnzibati mərkəzi: Xocalı şəhəri




1978-ci ilə qədər Xankəndi rayonunun tərkibində, Xocalı sovetliyi kimi fəaliyyət göstərmiş, sovetliyin tərkibində Xocalı, Dərələyəz, Qaladərəsi kəndləri olmuşdur.

1978-ci ildən 1990-cı ilə qədər Əsgəran rayonunun tərkibində olmuş, 1991-ci ildən respublika hökumətinin qərarı ilə Xocalı rayon və şəhər statusu almışdır. Xocalı inzibati ərazisinə 1 şəhər, 1 qəsəbə, 23 kənd daxil idi.



Əhalisi, məşğuliyyəti



Rayonun kənd təsərrüfatının əsasını taxılçılıq, üzümçülük, tərəvəzçilik, arıçılıq və heyvandarlıq təşkil edirdi. Rayonda tikinti materialları kombinatı, 10 kənd ve qəsəbə, 2495 yaşayış evi, 46 sənaye və kənd təsərrüfatı obyektləri, 20 təhsil müəssisəsi, 14 tibb müəssisəsi, 56 mədəniyyət müəssisəsi, 5 rabitə obyekti, 260 km avtomobil yolu, 12 körpü, 10 km dəmir yol xətti, 2 dəmiryol körpüsü, 6 su hövzəsi, 98 km su xetti, 216 km elektrik xətti, 5400 hektar meşə massivi mövcud idi.


Tarixi və Mədəniyyəti


Xocalının tarixi cox qədimdir bunu bu ərazidə olan tarixi abidələr, kurqanlar, qəbristanlıqlar, qəbirüstü abidələr, mixi yazılar sübut edir. Xocalı ərazisində tapılan antik qiymətli daş-qaş, muncuq va digər əşyaların tarixi miladdan əvvəl 807-788-ci illərə gedib çıxır. Bu ərazidə üçüncü növ kurqanlar daşdan tökülmüşdür. Bu kurqanların birinin tədqiqi zamanı kurqanaltı qəbirdə insan skeleti aşkar olunmuşdur. Buradan çoxlu gil qablar, tunc quş fiquru, bıçaq, üzük, qızıl muncuq hissəsi, üstü bəzəkli qızıl lövhə və əqiqdən muncuqlar tapılmışdır. Bu əşyaları tədqiqatçılar ilk dəmir dövrünə aid edirlər.

Xocalı mədəniyyətinin son dövründə dəmir alət və silahlar, nizə, bıçaq, xancar və s. meydana gəlmişdir. Əhali əkinçilik, maldarlıq, bağçılıq, ovçuluq, sənətkarlıq və dulusçuluqla məşğul olub oturaq həyat keçirmişdir. Qazıntılar zamanı tapılmış bəzi əşyalar bu ərazidə zərgərliyin də geniş inkişafına dlalət edir.
Belə əşyaların ilk dəfə Gədəbəydə də tapılması bu mədəniyyəti Xocalı-Gədəbəy mədəniyyəti adlandırmağa əsas yaratmış və tarixdə bu Xocalı-Gədəbəy mədəniyyəti adlandırılmışdır.

Xocalı-Gədəbəy mədəniyyəti abidələrindən yaşayış yerləri, emalatxanalar, qəbirlər va ibadətgahlardan ibaratdir. Mədəniyyətin yayıldığı ərazilərdə misəritmə kürələri mis-tunc məmulatları hazırlayan emalatxanalar aşkar edilmişdir.

Tədqiqatçılar Azərbaycanın Naxçıvan Gəncə-Qazax, Mil-Qarabağ ərazilərində tapılmış boyalı qabların orta tunc dövrdən başlayaraq ilk dəmir dövrünədək dörd inkişaf mərhələsini keçdiyini qeyd edirlər.

Birinci mərhələ: miladdan əvvəl XX - XVI.
İkinci mərhələ: miladdan əvvəl XVII - XV .
Üçüncü mərhələ: miladdan əvvəl XIV - XI .
Dördüncü mərhələ: miladdan əvvəl X - VII əsrləri əhatə edir.

Qazıntılar zamanı qazan, bardaq, saxsı qablar, cilov, kəmər dəsti, sümükdan bəzək əşyaları, sərnic və s. aşkar edilmişdir.



#47986 Müzakirə ediləsi şerlər.

Отправлено автор: Dr_Lazarus 18 апреля 2010 - 22:27 в Литература

çox istərdim ki, bu mövzuda muzakirə ediləsi şerlər qeyd olunsun və təhlilər aparılsın.


Əli Kərim

Qaytar ana borcunu.

Bir gözəl,bir sevimli ogul böyütdü ana
O bəd,ugursuz günü-ərinin öldüyünü bildirmədi heç ona.
Kədəri dalga-dalga doldusa da ürəyə,
Lakin nə saç yolaraq verdi əsən küləyə,
Nə şivən etdi ana.
Urəyində aglayıb,gülmək öyrətdi ona.
Dözərək davanın da dərdinə,bəlasına
Öz bogazından kəsib yedirdi balasına.
Bir ogul böyütdü ki,gur catmaqaş,gensinə
Bir ogul böyütdü ki,ogul deyirəm sənə.
Atlını atdan salıb küləklərlə ötüşür,
Baxışından qızların ürəyinə od düşür.
Bir ogul böyütdü ki,ogul məktəb bitirdi
Ogul ali məktıbə qızıl medalla girdi.
Ana fikirləşdi ki gör neçə aya getdi?
Ana fikirlərində tez-tez Bakıya getdi.
Ana məktub yazdı ki yanıltma gümanımı
Pul nədir,pul deyirsən?göndərərəm canımı.
Nə zaman ki,oglunun getdiyi dörd il oldu
Məktubları kəsildi,gəlmədi tətil oldu.
Ananı fikir aldı,ananın əsdi dizi
Ana müqəssir etdi tramvayı,dənizi.
O yenə dözdü,durdu,o yolmadı saçını
Səslədi qonşuları Əsmər,Çicək bacını.
Yenə də azalmadı ürəkdən bala dərdi
Onlar ogul vermədi,onlar təsəlli verdi.
Ana ogul böyütdü-gur çatmaqaş,gensinə
Ana ogul böyütdü özgəyə qismət oldu.
Ana fikirləşdi ki mən neyləmişdim sənə?
Bu nə ogulluq oldu,bu nə məhəbbət oldu?
Ogul böyütdümü o büzmədodaq bir qıza?
Ogul böyütdümü o min işvəyə,min naza?
Ana bilsəydi əgər böyütməzdi oglunu
Yox bunu yandım dedim.Yenə atmazdı onu.
Bir gözəl,bir sevimli ogul böyütdü ana.
Ürəyindıə aglayıb gülmək öyrətdi ona.
Ogul,nədir etdiyin bəs bu haqq-say ücün?
Qaytar onun ömrünə neçə gecə,neçə gün.
Qaytar onun saçının qaralıgını geri,
Qaytar o dilindəki şirin-şirin sözləri.
O sözü,o söhbəti,gülüşü anan verib
Ana dodaqlarından bala dodaqlarına.
İndi ondan gen gəzən ogul ayaqlarına
Yerişi anan verib.
Qaytarsan o sözləri sözsüz bir lal olarsan.
Qaytarsan o yerişi yerindəcə qalarsan.
Qaytarsan o gülüşü hırıldamazsan daha
Qaytar,qaytar onları,qaytar qoyma sabaha.
Sən ki,dərd verdin ogul,sənə gülüş verənə
Ogul demərəm sənə.
Deyərəm ki,o boyu,buxunu qaytar geri,
Deyərəm ki,varını,yoxunu qaytar geri.
Qaytar onun borcunu
Gülüşünü,adını,sözünü qaytar geri.
Qaytar ANA borcunu
O borc sənin özünsən
Özünü qaytar geri.



http://www.boxca.com/0st6h9hrjmx6/QAYTAR_ANA_BORCUNU_01.mp3.html



#47713 Dr_Lazarus-un yaradıcılığı

Отправлено автор: Dr_Lazarus 15 апреля 2010 - 01:15 в Литература

Torpaq həsrəti...

Niyə belə dərdlisən, deməyə sözünmü var?
Ayrıldığın elindən yoxsa, bir xəbərmi var?
Hər dəfə mən keçəndə səni burda görürəm,
Bir nöqtəyə zillənən kədərli gözlərindən,
De, nələri sezmirəm.
Dərdin yaman ağırdır, dağlar da çəkə bilməz,
Sənin çəkdiklərini kim desən saya bilməz.
Gör nələri itirib, nələri qazanmısan,
Laləli dağlarından didərgin düşərək sən,
Dörd bir yanı yamaqlı çadıra sığınmısan.
Dərdin Şuşa dərdidir, həsrətin Cıdır düzü.
Nə təsəlli etməyə, nə də ki, söz deməyə,
Gücüm çatmaz sözün düzü.
Mənən qüvvət rəmzisən,
Gəl məni qınama sən.
Dərdin ağır olsa da, boynu bükük durma sən.
Gələcək nəsillərə danış gördüklərini,
Nəvən, nəticən bilsin sənin çəkdiklərini.
Əsrlər boyu susduq, nədənsə, ar elədik,
Xətaidən yadigar vahid Azərbaycanı,
Parça-parça etdilər, bizsə, bir söz demədik.
Biz demədik, dedilər.
Biz dinmədik, yerimizə özgələri dindilər.
Bəsdir artıq susmuşuq.
Füzuli, Zəngilanı, bağrı qanlı Ağdamı,
Tapdaq altda qoymuşuq.
Danış qoca, susma sən.
Laçından, Kəlbəcərdən, Xocalıdan danış sən.
Danış biz nəsillərə, torpağında gəzdiyin,
Havasından udduğun, Turş suyundan içdiyin,
Şuşamızdan danış sən.
Qoyma belə boğulsun Bülbülün, Xanın səsi,
İmkan vermə inləsin Qarabağ şikəstəsi...
Dinlə məni, ey qoca, keçən bu neçə ildə,
Çadırdan boylanaraq torpaq dərdi çəkmisən.
Bəsdir torpaq gözlədin, vaxt yetişibdir artıq.
Torpaq səni gözləyir.
Uğrunda qan tökməyə Vətən səni gözləyir.
Xocalıda qırılan günahsız insanların,
Ruhu uyuyan torpaq,
Bizi Vətən uğrunda qələbəyə səsləyir...

SUBHAN




#47711 Keçmiş Sovetlər birliyi və Azərbaycan

Отправлено автор: Dr_Lazarus 15 апреля 2010 - 01:02 в История и этнография

Biz o vaxt bu Vetene veten dashi ola bileceyik ki, Xocalinin, Shushanin, Lacinin, Agdamin, Fuzilinin, Kelbecerin, Zengilanin, Cebrayilin, Esgeranin derdini oz derdimiz olaraq gormeyi bacaracagiq. Ferdi olaraq deyil, umumi qeyret hissi ile duwunmek ve daniwmaq lazimdir.

Efqan qardaw, unutmamaliyiq ki, ishgal istenilen rayon ve sheherden bawlana bilerdi. Men de qacqinam - ailesinde 3 shehidi olan qacqin, onlardan biri el agsaqqali, biri ordu generali, biri ise polis neferi.

"KIshiden qacqin olmaz" - Teki sen qacma Efqan qardash, neticesizliyi ile goz oxshayan meydan herekatinin goz bebeyi, teki sen qacma.


P.S. Menim ezizlerim, Efqan qardawimizin bashi buradaki mubahiseye o qeder qarishib ki, o ozunun de qacqin oldugunu bele unudub.
Ya Rebbim, sen ozun bizi mentiqsizliyimizle, basqalarini kor-korane, yersiz muhakime etmeyimizle, Vetenimizden qacqin, didergin salma, Amin!



#47591 Dr_Lazarus-un yaradıcılığı

Отправлено автор: Dr_Lazarus 14 апреля 2010 - 01:26 в Литература

Tanıya bilmədim...

Çəkilən əzabdan, hər iztirabdan,
Yolları bağlayan fitnə-fəsaddan,
Qonağı olduğum şirin həyatdan,
Mən deyə bilmədim ürək sözümü,
Tanıya bilmədim özüm-özümü.

Bənövşə boynunu büküb duranda,
Lalələr nərgizə tənə vuranda,
Qızılgül həsrətdən saçın yolanda,
Mən deyə bilmədim ürək sözümü,
Tanıya bilmədim özüm-özümü.

Sevməkdən yorulub, həm bezənlərdən,
Kədəri gözlərdə tez sezənlərdən,
Var-dövlət içində yar gəzənlərdən,
Mən deyə bilmədim ürək sözümü,
Tanıya bilmədim özüm-özümü.

Aşılmaz dağlardan keçib gəlsəm də,
Şam kimi əriyib, sonra sönsəm də,
Sevgimdən yanaraq külə dönsəm də,
Mən deyə bilmədim ürək sözümü,
Tanıya bilmədim özüm-özümü.

Hər kəsə lazımdır könül həmdəmi,
Qum nəmi çəkərmiş, qəm də ki, qəmi.
Bir anlıq bağrıma basaraq səni,
Mən deyə bilmədim ürək sözümü,
Tanıya bilmədim özüm-özümü.

Demə ki, vəfasız olmuşam yaman,
Son sözü bizlərə deyəcək zaman,
Səni əbədiyyən itirdiyim an,
Mən deyə bilmədim ürək sözümü,
Tanıya bilmədim özüm-özümü.

SUBHAN



#47524 Dr_Lazarus-un yaradıcılığı

Отправлено автор: Dr_Lazarus 13 апреля 2010 - 00:54 в Литература


Tələsdi bu yağış...

Baharın ən gözəl vaxtında gəldi,
Tələsdi bu yağış, yaman tələsdi.
Keçən günlərim tək qarşımı kəsdi,
Tələsdi bu yağış, yaman tələsdi.


İllərmi beləcə tez gəlib keçdi,
Rüzgardan yarpaqlar titrədi, əsdi,
Son sözüm nədənsə əvvəldə gəldi,
Tələsdi bu yağış, yaman tələsdi.


Yağan damlalar da yad oldu birdən,
Özündə ülvi bir eşqi gizlədən -
Ürək, bu gəlişi bilə-bilmədi,
Tələsdi bu yağış, yaman tələsdi.


Fəsilmi dəyişdi, payızmı gəldi,
Köhnə arzulara hökmlər kəsdi,
Bilmirəm bu nə hiss, bu nə həvəsdi,
Tələsdi bu yağış, yaman tələsdi.


Sevilən könülə, sevən ürəyə,
İnci tək sözləri düzmək əbəsdi.
Aşiqdən yarına namə verməyə,
Tələsdi bu yağış, yaman tələsdi.


SUBHAN --> 18.03.2003-cü il




#47521 Dr_Lazarus-un yaradıcılığı

Отправлено автор: Dr_Lazarus 13 апреля 2010 - 00:49 в Литература

Cox sag ol ezizimiz Tatar qardaw. Insallah sagliq olsun goruwerik, taniw olariq. beli Bakidayam.



#47516 Bu gününüz necə keçdi?

Отправлено автор: Dr_Lazarus 13 апреля 2010 - 00:13 в Дискуссии на общие темы

Gozel gunlerden biri. Ziyaretgahda oldum. daxilen daha da rahatlandigimi hiss edirem. son gunler etrafimda bir-birini izleyen maraqli, qeribe hadiseler bash verir. bir sozle ozumun bele anlamaqda cetinlik cekdiyim hem punhan, hem de sevinc dolu hisslerin ehatesindeyem.



#47515 Dr_Lazarus-un yaradıcılığı

Отправлено автор: Dr_Lazarus 12 апреля 2010 - 23:58 в Литература

Fidan baci, bele bir movzu acildigi ucun tewekkur edirem. Insallah Sizlerle birlikde yeni-yeni ugurlarin temelini qoyariq.

Mashallah gunun olsun, bacim Shems. (soz tapa bilmirem, :scenic: ) bu an ucun susmagi ustun sayiram

Cox sag ol eziz qardaw. Insallah sagliq olsun goruwerik, taniw olariq. beli Bakidayam.



#47447 Bu gününüz necə keçdi?

Отправлено автор: Dr_Lazarus 12 апреля 2010 - 00:44 в Дискуссии на общие темы

Her birinize salam olsun..! Shukur bu gune... adi, normal gunlerden biri...

P.S. yadimda iken, Shemsi xalani semimi qelbden tebrik edirem... :) o gun olsun BiBi olsun... :cray:




#47395 Игра

Отправлено автор: Dr_Lazarus 11 апреля 2010 - 02:39 в Игры, приколы, анекдоты и другие забавы

VƏTƏN



#47394 ХИДЖАБ и..отношение к женщине

Отправлено автор: Dr_Lazarus 11 апреля 2010 - 02:16 в Женский Клуб

Maraqli ve hessas movzudu... Mence esl muzakire movzusudur... Burada qeyd olundu ki, evvelki muzakire ugursuz alinib.. Evvelki hicab haqqinda muzakirenin ne ile neticelendiyini bilmesem de, bu muzakireye "hazir ve ya hazir deyilik" kimi bir sualla razilawa bilmerem.. Menim ezizlerim bes ne vaxt bele muzakirelere hazir olacagiq? Bele guman edirem ki, muzakire ede ede bu meselenin de bizim ucun esas olan tereflerine aydinliq getirmek olar...

Allah arzusunda olanlara qismet elesin



#47356 Dr_Lazarus-un yaradıcılığı

Отправлено автор: Dr_Lazarus 10 апреля 2010 - 13:36 в Литература

Dr Lazarus-bu şeri sən yazmısanmı?


Beli ezizim, muellifi menem



#47353 Dr_Lazarus-un yaradıcılığı

Отправлено автор: Dr_Lazarus 10 апреля 2010 - 12:48 в Литература

Bir Ana Var...

Bir ana var, gözlərində bu həyatın min rəngini görürəm,
Bir ana var, sözlərində bu dünyanın ahəngini görürəm,
Bir ana var, əməlində insanlığın izlərini görürəm,
Bu ananın kölgəsini üstümüzdən sən götürmə, ilahi!
Bu ananın sevgisini qəlbimizdən əsirgəmə, ilahi!

İncitsək də, dərd versək də, bizə qarşı dönməz olan,
Bütün cahan zülmət içrə qərq olarsa, sönməz olan,
Həm mənəvi, həm zahiri gözəlliyin rəmzi olan,
Bu ananın kölgəsini üstümüzdən sən götürmə, ilahi!
Bu ananın sevgisini qəlbimizdən əsirgəmə, ilahi!

Hər sözündə, söhbətində övladını xoş əmələ çağıran,
Daim bizə yol göstərən, asimanda ulduzlar tək parlayan,
Heç sönməyən bir ümidlə könüllərdə bir bulaq tək çağlayan,
Bu ananın kölgəsini üstümüzdən sən götürmə, ilahi!
Bu ananın sevgisini qəlbimizdən əsirgəmə, ilahi!

Anaların övladına söylədiyi hər öyüdü, nəsihəti,
İnsanlığı, doğru yolu, həqiqəti sən də bizə aşıladın.
Qəlbimizə yol tapmadı pis fikirlər, qarşısında sən dayandın.
Ruhumuzda şeytan deyil, sənin sevgin yuva saldı.
Bütün bunlar əvəzinə, əziz anam, dualarım sənə bağlı.
Ulu Tanrım, özün bizi doğru yola sövq elə ki,
Yaxşı bilək bu ananın sevgisinin həm qədrini, qiymətini,
İtirməyək bizim üçün çəkdiyi hər əziyyəti, zəhmətini.
Ulu Tanrım, özün var et bu analar anasını!
Ulu Tanrım, əsirgəmə sən bizlərdən anamızın duasını!

SUBHAN ---> 10/01/2001



#47233 Dr_Lazarus-un yaradıcılığı

Отправлено автор: Dr_Lazarus 08 апреля 2010 - 17:52 в Литература

Dr Lazarus,
Super şeirdi, qardaş. Davamını gözləyirik.

Bu arada, foruma xoş gəlmisən :)




Minnetdaram, sag ol, var ol... Xow gunlerde goruwek insallah :scenic:



#47232 Dr_Lazarus-un yaradıcılığı

Отправлено автор: Dr_Lazarus 08 апреля 2010 - 17:49 в Литература


Tewekkur edirem, gozel gununuz olsun... beli muellifi ozumem... :blushL:

MaşAllah 'Dr_Lazarus'

Şer yazmaq istədim, ürək dolu olsa da,
Hər nə yaza bildimsə, yazdım bacardığımdan...

Yenə də yazın, əla şerdir



tewekkur edirem, Mashallah gununuz olsun..!



#47079 Dr_Lazarus-un yaradıcılığı

Отправлено автор: Dr_Lazarus 06 апреля 2010 - 20:56 в Литература

+1
Qardaş maşallah gözəldir! Sizin şeirinizdirsə, mövzundan kənara çıxmamısınız!



Tewekkur edirem, gozel gununuz olsun... beli muellifi ozumem... :blushL:



#47076 Dr_Lazarus-un yaradıcılığı

Отправлено автор: Dr_Lazarus 06 апреля 2010 - 20:02 в Литература

Şer yazmaq istədim...

Şer yazmaq istədim, özümdən özgəsindən,
Param-parça, ya bütöv sevgi hekayəsindən.
Ömrüm boyu qovhaqov, qaçhaqaç oynadığım,
Taleyimin nazından, həm də ki, işvəsindən.
Şer yazmaq istədim, həzin nəğmələr kimi,
Qəlbimizi oxşayan bir körpənin səsindən.
Həyatın bəxş etdiyi,
Gah qədrini bildiyim, gah da ki, bilmədiyim,
Ən gözəl, ən səmimi hissin cazibəsindən.
Şer yazmaq istədim,
Ata, ana qayğısı heç görməyən, duymayan,
Bir yetimin olmayan kimindən, kimsəsindən.
Şer yazmaq istədim, sevgi və nifrətini
Bir ürəkdə bəsləyib yaşadan insanların
Məndə maraq doğuran əcaib xislətindən.
Şer yazmaq istədim, həm dindən, həm imandan,
Həqiqət aşiqinin yüksəldiyi məqamdan.
Həm aşikar, həm gizli dünya adlı bir evin
Onun “Ol” kəlməsilə necə yarandığından.
Şer yazmaq istədim, sevincimdən, qəmimdən,
Bəzən dinmək bilməyən,
Sel-su olub qəlbimə yayılan göz yaşımın,
Ahından, naləsindən.
Şer yazmaq istədim, mənə çox uzaq olan,
Dostumdan, əzizimdən...
Mənə çox yaxın olan özgələrin özündən.
Şer yazmaq istədim, bəlkə yenə də yazdım,
Söz, sənət dünyasının dolama yollarında,
Yazdıqca azdım, azdım...
Şer yazmaq istədim, günlük güzəranımdan,
Ayın öz şöləsini Günəşdən almağından.
Şer yazmaq istədim, ürək dolu olsa da,
Hər nə yaza bildimsə, yazdım bacardığımdan...

13.07.2009-cu il >>> SUBHAN


Ne qeder movzudan kenera cixmiwamsa, bir o qeder uzr isteyirem...




#46920 Seymur Baycan

Отправлено автор: Dr_Lazarus 05 апреля 2010 - 19:11 в История и этнография

Necə olur, ispan dilindən rus dilinə, rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş “Don Kixot” məni ağladır, güldürür, düşündürür, dönə-dönə oxumağa vadar edir, burdan bura əti ətimdən, qanı qanımdan olan Füzulini anlaya bilmirəm.




Bu torpagin havasından udub, bu torpaqda gəzə-gəzə Füzulini Don Kixotun ayağına vermək səncə, həyasızlıq deyil? Sən elə Füzulini başa düşməsən yaxşıdı, əks təqdirdə bu sənin faciən olar...

Onu da demək istərdim ki, bu tipli yazılarla heç vaxt cəmiyyətdəki problemlər, əskikliklər aradan qalxan deyil... Seymur Baycan bu gun bir fikir söyləyib, başımız ona cavab yazmağa qarışıb, ermənilər isə erməni kilsəsində "Böyük Ermənistan"ın tarixini yazırlar... Gəlin diqqətli olaq... Seymur onsuz da bizim cavablardan sonra fikrindən dönən deyil...





Рейтинг@Mail.ru