Перейти к содержимому


Публикации iravani

64 публикаций создано iravani (учитываются публикации только с 17-апреля 23)



#14064 Bəyinnə surəsi. təfsir

Отправлено автор: iravani 31 июля 2009 - 12:35 в Qur'an və onun təfsiri


Həniş ibn Motəmir nəql edir: Əbu Zər Qifarini gördüm Kə`bə evinin iki dəstəyindən tutub deyirdi: Hər kəs məni tanıyıbsa tanıyıb və hər kəs ki, məni tanımırsa agah olsun! Mən Əbu Zər Qifariyəm. Mən Rəsulullahdan (s) eşitdim deyirdi: Mənim Əhlibeytimin misalı sizin aranızda Nuhun gəmisi kimidir onuin qovmunun arasında. . Hər kəs ona mindi nicat tapdı və hər kəs ona minməkdən imtina etdi həlak oldu. Mənim Əhli beytim Bəni İsrailin Hittə qapısı kimidir. Mocəmul Kəbir 3/45-6,



#12682 Islam da qadın hüquqları

Отправлено автор: iravani 21 июля 2009 - 14:32 в Ümumislam mövzular

Əmirul-möminin:- “Rəsulullah cihad haqqında danışanda bir qadın Həzrətdən soruşdu: Qadınlara da cihaddan bir fayda yetişirmi?
Rəsulullah buyurdu:-Bəli, qadına hamilə olandan azad olub uşağı süddən ayırana qədər Allah yolunda sərhəddə xidmət edən əsgərin savabı qədər savab verilir. Əgər bu arada vəfat etsə şəhidin məqamı qədər ona mükafat verilər”.



#12681 Quranın təhrif olunduğuna inanan

Отправлено автор: iravani 21 июля 2009 - 14:12 в Şiə-sünni dialoqu

Şiə alimləri bu məsələdə müttəfiqdirlər ki, islam peyğəmbəri (s) buyurub:-“Mən sizin aranızda iki ağır və qiymətli şey qoyuram. Biri Allahın kitabı (Quran) digəri Əhli-beytimdir. Nə qədər ki, bu iki şeydən yapışsanız heç vaxt yolunuzdan azmazsınız”
Bu hədis mutəvatir hədislərdəndir. Hər iki məzhəb alimləri kitablarında bunu nəql ediblər. Bu bəyanatdan da məlum olur ki, şiələrin nəzərində Allahın kitabı Quran heç vaxt təhrifə uğramaz. Çünki əgər Quranın təhrifi mümkün olsaydı ondan yapışmaq hidayətə səbəb olmazdı. Bu da nəticədə Rəsulullahın (s) hədisinə xilaf olardı.



#12612 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: iravani 20 июля 2009 - 21:24 в Şiə-sünni dialoqu

NƏTICƏ
Tarixi sənədləri araşdırıb muqayisə edəndə belə nəticə alırıq ki, xəlifə Ömərin Ummu Gülsüm ilə izdivacı (əgər hədislərin səhih olduğunu fərz etsək) Əli ilə onunla arasinda səmimiyyət və məhəbətt olmasına dəlalət etmir. Bizim muddəamıza subut Qurani Kərimdir. Şunki Allah-təala Qurani Kərimdə nəql edir ki, Lut peyğəmbərin kafir qovmu onun qonaqlarına təcavüz etmək qəsdiylə evinə hucum edəndə onlara dedi: (Lut) dedi: "Bunlar mənim qızlarımdır. Əgər (istədiyinizi) edəcəksinizsə (buyurun, onlarla evlənin)!" (Hicr, ayə 71) Deməli əgər muəyyən səbəblər insanı bu addımı atmağa məcbur qoyursa hətta Əli həmin səbəblərə xatir buna razılıq verməlidir. Bu izdivac Əli və Ömər arasında dostluğun olmasından xəbər vermir. Biz bu mövzunu ortaya atan əhli sünnət qardaşlarımıza təşəkkür edirik ki, tarixin daha bir ləkəli səhifəsinin üstünü açıb həqiqəti üzə çıxarmağa bais oldular. Buna misal olaraq Əlinin Muaviyənin onu xar etmək qəsdi ilə yazdızdığı məktubun cavabını oxuyaq: Ey Muaviyə! Mənə yazırsan “Sən həmin adamsan ki, beyət almaq üçün boynuna kəndir salınmış dəvə səni məscidə çəkdilər” «وقلت: انّى كنتُ أُقاد كما يُقاد الجملُ المخشوش حتى أُبايِع And olsun Allaha! Bu sözlərlə sən Məni xar və rusvay etmək istəyirdin, amma məni tə`rif etdin. ولعمرُ اللهِ لقد أردتَ ان تَذمَّ فمدحتَ، وأن تفضح فافتضحتَ; Bununla Əmirulmöminin birinci və ikinci xəlifənin cinayətlərini üstünü açır.(Nəhcul-bəlağə 28-ci məktub)
Bəli İmam Əli yenə də bu məsələnin muqabilində səbr etməyə məcbur olub və islam ummətini hifzi üçün bu zəhəri içdi. Ummu Gülsüm Əmirulmuminin Əlinin qızı olduğu üçün onun Ömərlə izdivacı tarixçilərin təəccübünə səbəb olduğundan onların diqqətini özünə cəlb edib. Çünki Əlini xilafətdən uzaqlaşdırmaqda və Fatimənin evinə od vurmaqda Ömər mühüm rol oynadı.Ona görə də tarixçilər arasında sual yaranıb: Görəsən bu izdivac olubmu? Əgər izdivac olubsa görəsən Əli bu zülmə necə səbr edib?



Mövzunun cavabı



#9296 Ibni Teymiyyə

Отправлено автор: iravani 04 мая 2009 - 13:41 в Şiə-sünni dialoqu

Omar ibn Teymiyye barede başqa bir forumda uzun söhbet oldu ve delilerle Sahibb qardaş sübut etdi onun yalanların.



Hansi forumda?



#9295 «Fatimə mənim canımın bir parasıdır hər k...

Отправлено автор: iravani 04 мая 2009 - 13:29 в Şiə-sünni dialoqu

Mənə bu mövzuya aid sizin alimlərin fikri maraqlıdır.Cavad Təbrizi və Lənkərani Fəzlullahın iradlarına nə cavab veriblər?

sizin nezerinize gore umumiyyetle, Zehranin(s.a) evine hucum olmayib yoxsa hucum olub amma bawqa meseleye gore?

Hücum olmayıb.





Bu məsələ ətrafında əhli sünnətin kitablarında çoxlu rəvayətlərin nəql olunmasına baxmayaraq biz onlardan bir neçəsini dərc edirik. Əgər ehtiyac olsa yene derc ede bilerik.

1.“...Ömər Fatimənin evinə tərəf yollandı və onun evinə yetişəndə dedi:- Ey peyğəmbərin qızı and olsun Allaha sənin atandan başqa heç kəs bizə əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. Lakin and olsun Allaha bu məhəbbət heç vaxt başına yığdığın adamlara görə evi yandırmaq əmrini verməkdə mənə mane ola bilməz” İbn Əbu Şeybə (hicrətin 235-ci ildə vəfat edib “əl-Musənnəf” 7/432 hədis 37045 Beyrut nəşri kitabu məğazi –ma caə fi xilafət Əbi Bəkr).

2- «....Sonra Əbu Bəkr Öməri Əlinin evinə yığışanların ardınca göndərdi. Onlar evdən çıxmaqdan imtina etdilər. Bu zaman Ömər əmr etdi ki, odun gətirsinlər və Əlinin evinə yığışanlara dedi:- And olsun o kəsə ki, Ömərin canı onun əlindədir! Gərək evdən çıxasınız. Əgər evdən çıxmasanız evi içindəkiləri ilə yandıracağam.
Orada olanlardan biri Ömərə dedi:- Bilirsən ki, Fatimə də evdədir?
Ömər dedi:- Hətta Fatimə də evdə olsa belə yandıracağam....» (İbni Quteybə. (hicrətin 276-cı ilində vəfat edib) “əl-İmamətu vəs-siyasət” 1/12 Misir nəşri).
Xatırladaq ki, bəzi əhli sünnət alimləri “əl-İmamətu vəs-siyasət” kitabının müəllifinin İbn Quteybə olduğunu inkar edirlər. Onların cavabında deyirik:- Muhəmməd Fərid Vəcdi “Dairətul-məarif” kitabının 3-cü cildinin 750-ci səhifəsində yazır:- İbn Quteybənin “əl-İmamətu vəs-siyasət” kitabı xilafət məsələsi haqqında yazılmış ən qədim və etibarlı kitablardan biridir.

3- “Əbu Bəkr Əlidən beyət almaq üçün onun ardınca adam göndərdi, amma Əli beyət etmədi. Bu vaxt Ömər Əlində məşəl Əlinin evinə tərəf yollandı. Fatimə qapının arxasından Ömərə dedi:- Ey Xəttabın oğlu nə xəbərdir, mən səni evimin qapısını odlayan görürəm?
Ömər dedi:- Bəli! Məni inkar etmək sənin atanın dinindən ağırdır” (Bəlazəri (hicrətin 279-cu ilində vəfat edib) “Ənsabul-əşraf” 1/576 Misr nəşri, səqifə əhvalatı hədis 1184).

4- «Təlhə, Zubeyr və mühacirlərdən bir dəstə Əlinin evində cəm olduqları bir vaxt Ömər ibn Xəttab ora gəlib dedi:-And olsun Allaha əgər beyət etmək üçün çölə çıxmasanız evi sizin üstünüzə yandıracağam» (Təbəri (hicrətin 310-cu ilində vəfat edib) “Tarixul-uməmi vəl-muluk” 2/443 nəşr Beyrut).


Mənbələrə diqqət!!!




#9294 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: iravani 04 мая 2009 - 13:20 в Şiə-sünni dialoqu

لولا على لهلك عمر


"Əli olmasaydı Ömər həlak olardı"
Bax: Kafi c 7 səh 424/ Təfsiri Ruhul məani Fəxrirazi c 21 səh 22






Rəsulullah (s) buyurur:"Mən elmin şəhəriyəm və Əli bu şəhərin qapısıdır"

Əli ümmətin bütün müşkül işlərində elmi sığınacaq idi. xəlifələrin bəziləri Allaha yalvarırdılar ki, Əli olmayan yerdə onları çətinliklərlə üzləşdirməsin və Əlini onlar üçün xilaskar göndərsin:

Ömər həmişə deyərdi: Allaha pənah aparıram o muşküllərdən ki, Əbul Həsən orda olmasın. (yəni Əli olmayan yerdə Allah məni muşküllə üzləşdirməsin)

رِوَايَة سَعِيد بْن الْمُسَيِّب قَالَ : كَانَ عُمَر يَتَعَوَّذ بِاَللَّهِ مِنْ مُعْضِلَة لَيْسَ لَهَا أَبُو الْحَسَن - يَعْنِي عَلِيّ بْن أَبِي طَالِب (Fəthul-Bari fi şərhi səhih Buxari 20/435, Şərhe nəhcul-bəlağə İbn Əbil-hədid 4/7)



#9276 Müaviyyəni (L) yaxşı tanıyın

Отправлено автор: iravani 04 мая 2009 - 01:00 в Şiə-sünni dialoqu

MUAVIYƏ IBN ƏBU SUFYAN RƏSULULLAHIN (S) HƏDISLƏRINDƏ
http://islamiyyet.uc.../2009-01-15-100
1. Ibn Abbas nəql edib:- Bir gün həzrət Məhəmməd (s) mənə dedi;- “Get Muaviyəni mənim yanıma çağır” Mən Muaviyəni çağırmağa getdim. Muaviyə dedi:- mən yemək yeyirəm. Mən peygəmbərin yanına qayıdıb Muaviyənin yemək yediyi üçün gəlmədiyini xəbər verdim. Peygəmbər (s) yenidən təkidlə Muaviyəni çağırmağı əmr etdi. Mən ikinci dəfə yenə də onun yeməyə məşğul olduğunu xəbər verəndə peygəmbər (s) dedi:-“Allah heç vaxt onun qarnını doyuzdurmasın” (Səhih Muslim kitabul-birr, bab mən lənəhunnəbiy. 4 /2010, 9 /2604)

2. “Rəsulullahın (s) Muaviyəyə nifrin etməsinin nəticəsi bu oldu ki, gündə yeddi dəfə çoxlu ətli xörəklər, halva və meyvələr yeyirdi. Muaviyə həmişə yeyib deyərdi yeməkdən doydum amma qarnım doymadı” (əl-Bidayə vən-nihayə hicrətin 60-cı ilinin hadisələri, Muaviyənin tərcümeyi halı 8/128)



#9275 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: iravani 04 мая 2009 - 00:53 в Şiə-sünni dialoqu

«Həqiqətən sizin vəliniz Allahdır və onun rəsuludur və iman gətirib, namazqılıb ruku halında zəkat verənlərdir» Maidə. ayə 55

Rəsulullah (s) Əli (ə) haqqında buyurub:

Əliyə məhəbbət möminin səhifəsinin ünvanıdır. Yəni bir kəsin mömi olmasının sübutu Əliyə olan məhəbbətidir. Əgər Əliyə qarşı bitəfavut olsa o mömin ola bilməz əsla. Baxmayaraq ki, bütün gecələrini namaza dura və gündüzləri oruc tuta, bütün malını Allah yolunda sədəqə verə. (Mənaqib ibni Məğazili 125, səvaiq 125, Yənabiul-məvəddət 180, 186, 284)

Əlini sevmək imanın, Əliyə qarşı nifrət nifaqın (münafiqliyin) əlamətidir. Hər kəsdə Əliyə məhəbbət olsa onun Allaha iman gətirdiyinin nişanəsidir, Əliyə qarşı kinəsi olan münafiqliyini izhar etmiş olur. (kifayətut-talib. bab 29. səh 277-280. Mənaqib ibni Məğazili 199, Zəxairul-uqba 74, Mənaqib Xorəzmi.fəsl16, hdis200 )

Əli dünya və axirətdə mənim bayrağımın sahibidir. Əli Peyğəmbər hər iki dünyada ümmətinin rəhbəridir. (Zəxairul-uqba, 75, Yənabiul-məvəddə.81)

Əli kimi igid və zülfuqar kimi qılınc yoxdur. Ühud müharibəsində əshabın fərar etdiyi halda Əlinin göstərdiyi rəşadətin mükafatı olaraq Allah-təala bu tərifatı ona verdi. (Səhih tirməzi. cild 5-641 hədis 3732, əl-Mustədrək,cild 3-125, Xəsaisun-Nəsai hədis 42, Camiul-usulcild8-659 hədis6506, Məcməuz-zəvaid 9-114-115, Səvaiq 124)





http://islamiyyet.uc...s/2008-07-16-62



#7033 «Fatimə mənim canımın bir parasıdır hər k...

Отправлено автор: iravani 12 марта 2009 - 10:06 в Şiə-sünni dialoqu

Rəsulullah(s)Fatimənin əlindən tutub buyurdu:“Hər kəs bunu tanıyıbsa tanıyır, və hər kəs ki, indiyə qədər tanımayıbsa bunu bilsin ki, O, Mənim canımın bir parasıdır. O mənim bədənimdə olan ruhumdur. Hər kəs onu incitsə həqiqətdə məni incidib”
Rəsulullah (s) buyurub: “Allah-taala Fatimənin qəzəbinə görə qəzəblənər onun razılığına görə razı olar” (“Fatiməye Zəhra” Əllamə Əmini səh 94)



#7032 Mərhumlar üçün ağlamaq

Отправлено автор: iravani 12 марта 2009 - 09:55 в Şiə-sünni dialoqu

Salam aleykum.
Isterdim bilim merhumlar ucun aglamag hagda hedis varmi?



Aleykum salam. hedisleri deye bilmerem ,amma Qurani kerimde Yaqub peyğember Yusifi olmus bilib aglamagina dair ayeler var.



#7015 Hara səcdə olar?

Отправлено автор: iravani 11 марта 2009 - 18:34 в Şiə-sünni dialoqu

Bağışlayan və mehriban Allahın adı ilə
ŞIƏLƏR NIYƏ NAMZDA TORPAQDAN ISTIFADƏ EDIRLƏR?
Məsələnin daha gözəl aydın olması üçün bir neçə nöqtəyə diqqətinizi cəlb edirik:
1. Şiə alimləri Peyğəmbər sünnəsinə istinad edərək möhkəm dəlillərlə əsliyəti torpaq olan bütün şeylərə, həmçinin torpaqdan bitən, amma yeməkdə geyilməkdə istifadə olunmayan bitkilərin üstünə səcdə etməyin səhih olduğuna fətva veriblər. Ona görə də torpaq, daş ağac, həsir, kağız və yarpağın üstünə səcdə etmək caizdir. Amma rezin, cəvahirat, neftdən hazırlanmış məhsulların, sintetik və yun parçaların üstünə səcdə etməyin caiz olmamasına fətva veriblər.
2. Rəsulullahın (s) zamanında evlər və məscidlər indiki kimi yun və ya sintetik xalçalarla döşənməmişdi. Əksər hallarda torpaq və ya həsirlə döşənmiş olurdu. Bəzi hallarda qonağın altına bir tikə qoyun dərisi (keçə) salırdılar. Ona görə də namazda səcdə etmək üçün ayrı bir şey qoymağa ehtiyac yox idi. Onlar torpağa ya yerə sərilmiş həsirin üstünə səcdə edirdilər. Otağın içi kilimlə örtülmüş və ya nəcis olanda onda dəsmalın içinə bir miqdar torpaq qoyob onun üstünə səcdə edirdilər. Necə ki, şiə rəvayətlərində nəql olunub İmam Sadiq (ə) Kərbəla torpağından bir az dəsmala büküb namaz vaxtı onu açardı və o torpağın üstünə səcdə edərdi. Zaman keçdikcə günbəgün evlərin və məscidlərin içini xalçalarla, kilimlərlə döşəmək adi hala çevrilməyə başladı. Digər tərəfdən namaz qılan şəxsin torpağı özü ilə gəzdirməsi problemə çevrilirdi. Çünki hər dəfə namaz üçün həmin bağlamanı açıb sərmək ətrafın bulaşmasına səbəb olurdu. Paltarların və ətrafın tozla bulaşmasının qabağını almaq üçün torpağı isladıb qurutmaq fikrinə düşdülər. Bu adi hal alandan sonra fars və türk dillərində möhür ərəb dilində isə türbət adı ilə məşhurlaşdı.

3. Şiə və sünnü rəvayətlərində nəql olunub ki, Rəsulullah da torpağa və ya bəzi nəbatətdən hazırlanmış həsirə səcdə edirdi. Nümunə üçün həmin rəvayətlərdən bir neçəsini əhli sünnətin hədis kitablarından nəql edirik:
a) Vail ibn Hicr rəvayət edib:- Həmişə görürdüm ki, Rəsulullah səcdə edəndə alnını və burnunu torpağın üstünə qoyardı. (Əhkamul-Quran, müəllif Cəssas, bab əs-sucud ələl-vəch 5/26)
B) Rəsulullahın xanımı Aişə rəvayət edib:- Mən heç vaxt görmədim ki, Rəsulullah səcdə etmək istəyəndə bir şeyin vasitəsilə alnını birbaşa yerə qoymaqdan pəhriz etsin. (Kənzul-ummal, bab əs-sucud və ma yətəəlləqu bihi, musnəde Əbdullah ibn Əbbas hədis 22241, 8/130)
v) Cabir ibn Əbdullah Ənsari deyir:- Əbu Səid Xudri mənim üçün rəvayət edib:- Rəsulullahın yanına getmişdim və onu həsirin üstünə səcdə etdiyi halda gördüm.(əs-Sunənul-kubra, kitabus-səlat, bab əs-səlatu ələl-həsir 2/421, Sünəne ibn Macə kitabu iqamətis-səlati vəs-sünnə 1/328 bab əs-səlatu ələl-xumrə hədis 1029)
q) Rəsulullahın xanımı rəvayət edib:-Rəsulullahın bir həsiri var idi, namaz qılanda onu sərib üstündə namaz qılardı.(Fəthul-bari, kitabus-səlat, bab 20 əssəlatu ələl-həsir 1/491)
d) Ənəs ibn Məlik, İbni Əbbas və Rəsulullahın xanımları (Aişə, Ummu Sələmə və Meymunə) rəvayət ediblər:-Çox vaxt rəsulullah xurma liflərindən toxunmuş həsirin üstünə səcdə edirdi.(Sünəne ibn Macə, kitab iqamətis-səlat vəs-sünnə 1/328 bab əs-səlatu ələl-xumrə hədis 1028 ,1/328, əs-Sünənul-kubra, Beyhəqi, kitabus-səlat, bab əs-səlatu ələl-xumrə 2/421, Səhih Buxari kitbus-səlat, babus-səlati ələl-xumrə 1/231)
j)Muslim ibn İbrahim Qurrə ibn Xaliddən nəql edib:-Məsruq ibn Əcdə tabeinlərdən (Peyğəmbəri görməyib, onu görən səhabələrilə həmsöhbət olanlara tabein deyilir)idi, səfərə çıxanda gəmidə namaz qılmaq üçün özü ilə bir kəssək götürərdi. (Təbəqatul-kubra, Məsruq ibn Əcdənin 6/141)
İbni Əbbasın nökəri Rəzin rəvayət edib:-Əli İbn Əbdullah ibn Əbbas (r.ə) mənə yazmışdı:- Mərvədən mənə bir daş parçası göndər. Namazımda onun üstünə səcdə edim.(Əxbaru Məkkə2/151)
Nafe rəvayət edib:-Əbdullah ibn Ömər həmişə səcdə edəndə başındakı əmmaməni arxaya verirdi ki, səcdə etdiyi zaman alnını toroağın üstünə qoysun. (əs-sünənul-kubra, kitabus-səlat, babul-kəşfi ənil-cəbhəti fis-sucud 2/105) Bu rəvayətlərədən məlum olur ki, səhabələr parçanın, əmmamənin və paltarların ətəyinə səcdə etməməyə diqqət ediblər. Əgər onlar isti havada belə şeylərin üstünə səcdə etsəydilər bu daha rahat olardı. Daha maraqlısı budur ki, səhabələr bəzi rəvayətlərdə müsəlmanların istidən əziyyət çəkdikləri haqda rəsulullaha şikayət etdilər. Rəsulullahın möminlərə yüksək dərəcədə mehriban olduğuna baxmayaraq onların bu şikayətlərinə məhəl qoymadı. “Sizin özünüzdən sizə bir peyğəmbər göndərdik ki, əziyyətə düşməyiniz ona çox ağır gəlir. Sizə çox (hidayət olmağınız üçün) hərisdir möminlərlə şəfqətli və mehribandır”(Tövbə. ayə 128) Əgər İlahi izn olsaydı onda Rəsulullah onlara paltar və parçanın üstünə səcdə etməyə icazə verərdi. Nəticədə verdiyi icazə haqda bizə xəbər yetişəcəkdi.
Xubab ibn Ərt rəvayət edir:-Biz Rəsulullaha, istinin şiddətindən şikayət etdik ki, əllərimiz və ayaqlarımız yanır. Həzrət əhəmiyyət vermədi və buyurdu ki, gün əyiləndən sonra namazınızı qılın . (əs-sünənul-kubra, kitabus-səlat, 1/439 və 2/105 və 2/105)
Muslim səhihində Xubab ibn Ərtdən nəql edir:-Biz Rəsulullahın yanına gəldik və istidən şikayət etdik. Rəsulullah bizim şikayətimizə əhəmiyyət vermədi.(Səhih Muslim, kitabul-məsacid və məvaziussəlat1/433)
4. Şiələrin səcdə üçün caiz saydıqları şeylər bütün məzhəblər tərəfindən qəbul olunur. Yəni səcdə zamanı alnımızı torpağın, daşın, kağızın, ağacın və bu kimi şeylərin üstünə qoyanda heç bir məzhəb bunun caiz olduğunu inkar etmir. Heç kim namazımızın batil olduğunu iddia edə bilməz. Şiə və sünnü məzhəbləri arasında bu məsələdəki fərq şiələrin saydıqlarımız şeylərdən başqa şeylərin üstünə səcdənin batil olmasını iddia etmələridir. Yəni xalça, kilim, yun parçalar, dəmir, rənglənmiş taxtalar, plastik əşyaların üstünə səcdə caiz deyil. Deməli namaz qılan səcdə zmanı alnını pak torpağın, daşın, qumun və..... üstünə qoysa daha möhürə ehtiyac yoxdur.
5. Yeməli şeylərin üstünə niyə səcdə etmək olmaz?
Hişam ibn Həkəm İmam Sadiq (ə)-dan hansı şeyləri üstünə səcdənin caiz və hansı şeylərin üstünə caiz olmadığı haqda sual etdi. İmam (ə) buyurdu:- Torpağa və yeməkdə və geyilməkdə istifadə olunmayan bitkilərə səcdə etmək olar.
Hişam dedi:- Canım Sizə fəda olsun! Bu hökmün səbəbi nədər?
İmam buyurdu:- Səcdə Allahın müqabilində xuzu və zəlilliyini göstərməkdir. Elə isə səcdənin yeməli və geyinməli şeylərin üstünə olması yaxşı deyil. Çünki dünyaya vurulanlar yeməli və geyilməli şeylərə nökərləridirlər. Amma səcdə edən Cəlal və Camal sahibi olan Allaha ibadət halında olur. Ona görə də dünya vurğunlarının məbudunun üstünə alnını qoyıb səcdə etmək yaxşı deyil. Həqiqətdə dünya malına vurulanlar yeməli və geyilməli şeylərə aşiq olub onlara səcdə edirlər.
6. Torpağa səcdənin vacib olduğunu sübuta yetirən rəvayətlərdən biri sünnü və şiə kitablarında Rəsulullahdan nəql olunmuş hədisdir:-“Torpaq mənim üçün səcdəgah və pakedici qərar verilib” (Vəsailuş-şiə, kitabus-səlat 3/593, Səhih Buxari kitabu təyəmmum hədis 323, 1/209) Bu hədisə əsasən siə alimləri yalnız mahiyyəti torpaq sayılan şeylərin (torpaq, daş, taxta, kağız, ot kimi) üstünə səcdə etməyin caiz olduğu haqda fətva veriblər.
7. Şiə alimləri bu mövzunu isbat etmək üçün əhli sünnətin kitablarından istifadə edib yalnız torpağın və ondan bitən şeylərin üstünə səcdənin səhih olduğunu göstəriblər.
İbni Əbbas rəvayət edib:- Rəsulullah soyuq havada sübh namazı qılanda soyuqdan əllərini və ayaqlarını hifz etmək üçün ağ əbasına bükərdi. (Sunəne kubra, kitabus-səlat bab mən səcədə ələyhima fi sovbihi 2/108)
Əbdullah ibn Əbdurrəhman babasında rəvayət edib:- Rəsulullah (s) Bəni Əşhəl tayfası ilə namaz qılanda gördüm ki, əbasını özünə bükmüşdi. Rəsulullah səcdə edəndə əllərini onun üstünə qoyurdı ki, bununla özünü torpağın soyuqdan qoruyurdu. (Sunəne ibni Macə kitab iqamə)
Amma heç bir hədisdə nəql olunmayıb ki, Rəsulullah soyuq havada və ya palçıqlı yerdə namaz qılanda torpaqla alnı arasında bir şey qoyub alnının bir başa torpağa yetişməsinə mane olsun. Bu yerdə yenə də Aişənin nəql etdiyi rəvayəti xatırlatmağı lazım bilirik:- Mən heç vaxt görmədim ki, Rəsulullah səcdə etmək istəyəndə bir şeyin vasitəsilə alnını birbaşa yerə qoymaqdan pəhriz etsin. (Kənzul-ummal, bab əs-sucud və ma yətəəlləqu bihi, musnəde Əbdullah ibn Əbbas hədis 22241, 8/130) Çoxlu sayda rəvayətləri təhlil edəndə görürük ki, hətta başqaları bu işi görmək istəyəndə Rəsulullah (s) onları çəkindirirdi. Bu haqda nəql olunmüş bir neçə rəvayəti nümunə kimi diqqətinizə çatdırırıq.
a) Əyaz ibn Əbdullah:- Rəsulullah (s) bir kişinin əmmaməsinin üstünə səcdə etdiyini görəndə əli ilə ona işarə etdi ki, əmmaməsini alnından yuxarı çəksin. (Beyhəqi, əs-Sünənul-kubra, kitabus-səlat, babul-kəşfi ənil-cəbhəti fis-sucud 2/105)
B) Rəsulullah onun yanında namaz qılan bir kişinin səcdə edəndə əmaməsinin alnına düşdüyünü gördikdə özü onun əmmaməsini alnından yuxarı çəkdi. (Beyhəqi, əs-Sünənul-kubra, kitabus-səlat, babul-kəşfi ənil-cəbhəti fis-sucud 2/105)
v) Sünəne Beyhəqi və Kənzul-ummal kitablarında Əli (ə)-dan nəql olunub:-Sizlərdən hər kəs namaz qılanda gərək əmmaməsini alnından yuxarı çəksin. (Beyhəqi, əs-Sünənul-kubra, kitabus-səlat, babul-kəşfi ənil-cəbhəti fis-sucud 2/105, Kənzul-ummal kitabus-səlat min qismil-əfalis-sucud və ma yətəəlləqu bihi 22250-ci hədis 8/131)
Bütün bu hədislərdən məlum olur ki, yeddi səcdə əzalarından səcdə zamanı fəqət alın gərək torpağa qoyulsun. Qalan altı əzadan fərqli olaraq alınla torpaq arasnda maneə olmamalıdır. Mümkündür ki, bundan sonra yenə də bir inadkar tapılıb və desin ki, əmmamə bədənə birləşdiyindən Rəsulullah əmmaməni yuxarı çəkməyə əmr etmişdir. Cavabında deyirik:-şəri hökümlər şəxsi ehtimallarla yox möhkəm dəlillərlə əsaslandırılmalıdır. Burada dəlil olmadığından qəti surətdə deyirik səcdə fəqət alının bir başa torpağa qoyulması ilə öz həqiqətini tapır. Digər tərəfdən əgər parçanın üstünə səcdə etmək caiz olsaydı onda şiddətli istidə və soyuqda Rəsulullah əshaba əmmamənin üstünə səcdə etməyə icazə verərdi.
8. Şiə və sünnü kitablarında nəql olunmuş rəvayətlərin bəzilərində torpağa səcdə etməyə dair hədislər aydın surətdə müşahidə olunur.
a) Rəsulullahın xanımı Ummu Sələmə o Həzrətdən (s) rəvayət edib:-Üzünüzü Allaha görə torpağa qoyun. (Kənzul-ummal kitabus-səlat, əs-sucud və ma yətəəlləqu bihi 19809-cu hədis 7/465)
B) Xalidul-xuza rəvayət edib:- Rəsulullah gördü ki, Suhəyb səcdə edəndə torpağa bulaşmasından pəhriz edir. Rəsulullah (s) ona buyurdu:- Ey Suheyb üzünü torpağa aludə et (yəni üzünü torpağa qoy!) (əl-Mushəf Əbdurrəzzaq ibn Həmmam, bab səlat ələs-səfa vət-turab 1527-ci hədis, 1/391, (Kənzul-ummal kitabus-səlat, əs-sucud və ma yətəəlləqu bih, 19810-cu hədis 7/465)
v) İrşadus-sari, bab əs-səlat ələl-həsir 1/405:-Rəsulullah (s) Məaza buyurdu:- üzünü torpağa aludə et (yəni üzünü torpağın üstünə qoy!)
q) Mustədrək ələs-səhihəyn, kitabu səlat, babut-təmin 1/271,404:-Rəsulullah (s) Ribah adlı bir nəfərə dedi:-Ey Ribah üzünü torpağa aludə et (yəni üzünü torpağın üstünə qoy!)
d) İbn Əbbas Rəsulullahdan rəvayət edib:-Hər kəs səcdə edəndə alnını və burnunu torpağa sürtməsə (torpağın üstünə qoymasa) namazı namaz deyil. (Beyhəqi, əs-Sünənul-kubra, kitabus-səlat, bab ma caə fis-sucudi ələl-ənf 2/104)
Nəql olunan hədislərdən məlum olur ki, səcdə zamanı alını torpağa qoymağın vacibliyi sübuta yetmiş bir hökümdür. Hədisdə deyilir ki, necə ki, alını torpağa qoyursunz o cür də burnunuzu yerə qoyun. Əlbəttə şiə alimləri bu hədislərə əsasən burunun torpağa qoyulmasının müstəhəb olması haqda fətva veriblər.
9) Mümkündür torpağın üstünə səcdə etməyin hikməti bundadır ki, bəndə özünün zəlil olduğunu bu əməli ilə məbudunun önündə ən yüksək həddə bəyan edir. Bəndə alnını torpağa qoyanda bütün təkəbbür hislərini sındırır. Sözümüzün təsdiqini şiə alimlərindən Tərihinin və sünnü alimlərindən İbni Əsirin Rəsulullahdan (s)nəql etdikləri rəvayətdə tapırıq.
“Sizlərdən hər kəs namaz qılanda gərək alnını və burnunu torpağa qoysun. Bununla da təkəbbür onun qəlbindən xaric olsun”(Məcməul-bəhrəyn, Tərihi 6/76 “Qəm” maddəsi, ən-Nihayə fi ğəribil-hədis vəl-əsər İbni Əsir )
10) Yalnız və yalnız Allaha səcdə etmək caizdir. İstər sünnü və istərsə də şiələr fəqət Allah üçün səcdə edirlər. Lakin səcdə zamanı bəziləri alınlarını fəqət torpağa və ya torpaqdan bitən, amma yeməli və geyməli olmayan şeylərin üstünə qoyurlar. Onlar bunlardan qeyrilərinin üstünə səcdə etməyi caiz bilmirlər. Bəzi müsəlmanlar isə səcdədə hər nəyin üstünə gəldi alını qoymağı caiz bilirlər. Çox təəssüflər olsun ki, bəziləri qanmazlıqdan və bəziləri də inadkarlıqdan fəqət torpağın üstünə səcdəni caiz bildikləri üçün məscidlərdə və sair xalça və ya kilim döşənmiş yerlərdə torpaqla bulaşmasın deyə möhür qoyub namaz qılanları muşrik adlandırırlar. Onlaraı möhürə pərəstiş etməkdə ittiham edirlər. Bu qanamaz inadkarlar başa düşmək istəmirlər ki, möhürə səcdə etməklə möhürün üstünə səcdə etmək tamam ayrı-ayrı məfhumlardırlar. Möhürün üstünə səcdə edən torpaq ünvanı adı altında onun üstünə səcdə edir. Səcdəni fəqət Cəlal və Camal sahibi olan yeganə, qüdrətli və əziz olan Allah üçün edir. Yalnız və yalnız o qüdrət sahibi olan Allahı üçün səcdə etməyi layiq bilir.
Şiələr sünnüləri hara və nəyin üstünə gəldi səcdə etdikləri üçün heç vaxt muşrik adlandırmır. Onların iradları səcdə zamanı üstünə səcdə etdikləri şeylərə diqqətli olmağa çağırmaqdan ibarətdir. Şiələr demirlər ki, siz sünnülər harda yumşaq bir yer tapırsınız alnınızı ora qoyursunuz və ya siz xalçanın üstünə səcdə etdiyiniz üçün məbudunuz xalçadır. Bu səcdə ilə siz müşriksiniz. Bunu yadda saxlamaq lazımdır ki, bir şeyin üstünə səcdə etmək həmin şey üçün səcdə etmək deyildir. Hətta bu iki məfhumun ayrı-ayrı şeylər olduğunu dərk etmək üçün arif olmağa da ehtiyac yoxdur. Necə ki, bütün müsəlmanlar Kəbə evinə tərəf namaz qılırlar. Heç kim demir ki, onlar Kəbə evi üçün namaz qılırlar.
Lakin müsəlmanlar arasında təfriqə yaradıb onları birləşməkdən yayındırmağa çalışanlar möhürün üstünə səcdə etməyi “möhürə pərəstiş” kimi camaata çatdırmağa çalışırlar. Onlar bir şeyin üstünə səcdə etməklə həmin şey üçün səcdə etməyin arasında fərq olduğunu ya başa düşmürlər ya da başa düşmək istəməmirlər. Əgər şiə möhürün üstünə səcdə etməklə möhürpərəst muşrik olursa onda sünnü də xalçanın üstünə səcdə etdiyi üçün xalçapərəst muşrik olmalıdır.
Məqalə Ayətullah Seyyid Cəfər Seyyidanın eyni adlı kitabından istifadə olunmaqla tərtib olundu
VƏ NIYƏ SÜNNÜ MƏZHƏBLƏRI MÖHÜRDƏN ISTIFADƏ ETMIRLƏR?
Sünnü məzhəblərinin başçılarının Qurani-kərimin ayələrini öz təfəkkürlərinə uyğun camaat üçün təfsir edib müsəlmanlar arasında qondarma rəvayətləri yaydıqlarından islam şəriətinə çoxlu sayda bidətlər daxil etdilər. Və onların bidətlərindən biri də torpağa səcdə məsələsidir. Onlar özlərindən fikiryürüdüb hər bir şeyi torpaq adlandırıd ona səcdə etməyin caiz olduğu haqda höküm verdilər. Bir halda ki çox şeylər paltar, xalça, kilim, mədən filizləri tarpaq sayılmırlar. Rəsulullahın (s) bu hədisi sünnü və şiə tərəfindən mtəvatir hədisdə nəql olunub ki, O, həzrət buyurub:- “Torpaq mənim üçün səcdəgah və pakedici qərar verilib”(Vəsailuş-şiə cild.3. səh. 350)
Bu hədisə əsasən şiələr həmişə özləri ilə bir parça torpaq götürürlər ki, çox zaman getdikləri yerdə səcdə etmək üçün döşəməyə sərilmiş xalça palazı eşələmək lazım gəlməsin deyə həmin torpaq parçasının üstünə səcdə etsinlər. Həminn torpaq parçasına ərəb dilində “türbət” və fars dilində “möhür” deyilir. Deməli şiə əslində topağın üstünə səcdə edir torpaq üçün səcdə etmir. Çünki səcdə yalnız və yalnız Allaha məxsusdur.Bu da Rəsulullahın sünnətidir. Bununla da Qurani kərimin bu ayəsinə ciddi əməl edirlər: “Həqiqətən, Allah Rəsulunun simasında siz Allaha və qiyamət gününə ümid bəsləyib Allahı çox zikr edənlər üçün gözəl örnək vardır!”
Hacı Elman İbadov kerrar@mail.ru



http://islamiyyet.uc...m/18-100-1#1259



#6301 Müxtəlif Əhli-Sünnə hədislərinə n...

Отправлено автор: iravani 21 февраля 2009 - 15:10 в Hədislər

Məndə bir hadis eşitmişəm, amma kimnəndi və hansı kitabda yəzılıb dəgıg bilmirəm( calışaram tapım). Sərf dirsə gardaşlar duzəldin məni zəhnət olmasa.

Hadis belədir: Allah Taəla Peygəmbər (saas) soruşür Mən Abu Bəkirdən razıyəm, gorəsən Abu Bakir məndən razidir ?



İlk defedir esidirem...



#6190 Xanim Zehra

Отправлено автор: iravani 16 февраля 2009 - 17:30 в Ümumislam mövzular

O duzdur ki Abu Bekr ile Omer Xanim Zehraya eziyyet veribler . Hetta Omer Xanim Zehrani doyub. Bunu sunni kitabi ile mene subut edin zehmet deyilse. Birde Xanim Zegranin qebri haradadir.Eger hec kim bilmirse mene bir oglan dedi ki qebri medinede hansisa qebristanliqdadir.O ozu nece defe ziyaret edib orani



Salamun aleykum va rahmetullah.
Alibey, bu da subut......
Həzrət Fatimənin (s.ə) narazı halda dünyadan getməsini sübut edən dəlillər təkcə şiə mənbələrində deyil, əhli sünnətin mötəbər saydıqları mənbələrdə də zikr olunub.
Maraqlıdır nə səbəbə Rəsulullahın (s.ə) əziz qızı gizli dəfn olunmasını vəsiyyit edib?
Sualın cavabını gərək əhli sünnətin mötəbər mənbələrindən arayıb çıxaraq.
1- Muhəmməd ibn İsmail Buxari “Səhih Buxari” kitabında (5/77 Beyrut nəşr ihyaut turas) səihih saydığı sənədlə Aişədən nəql edir: “....Fatimə Fədək məsələsinə görə qəzəbli halda Əbu Bəkrdən ayrıldı və ölənə qədər onunla danışmadı. Fatimə Rəsulullahdan (s) sonra altı ay yaşadı. Fatimə vəfat edəndə həyat yoldaşı Əli onu gecə dəfn etdi. Əbu Bəkrə ona namaz qılmağa və dəfndə iştirak etməyə icazə vermədi.....”
Əhli sünnət alimlərinin nəzərində “Səhih Buxari” kitabı Allahın Quranından sonra ən etibarlı və dəqiq kitabdır. (“Səhih Muslim” 1/15, “İrşadus-sarı”1/19)
2- Əhməd Beyhəqi “əs-Sünənul-kubra” kitabında (6/300 Beyrut nəşri) yazır:- “Fatimə Əbu Bəkrə qəzəblənib ondan üz döndərdi. Ondan ayrılıb ölənə qədər Əbu Bəkrlə danışmadı. Əli Fatiməni gecə ikən dəfn etdi”
Buna oxşar daha çox rəvayətlər əldə etmək üçün Gəncinin “Kifayətut-talib” kitabının 225-ci səhifəsinə, Şeybaninin “Təsəyyərul-vusul ila camiul-usul” kitabının 1-ci cildinin 209-cu səhifəsinə və “İhqaqul-həqq” kitabının 10-cu cildinin 479-cu səhifəsinə müraciət edə bilərsiniz.
3- Muslim ibn Həccac (“Səhih Muslim” 3/1380 Misir çapı) “Fatimə vəfat edəndən sonra əri Əli gecə ikən ona namaz qılıb dəfn etdi. Əbu Bəkrə xəbər vermədi ki, gəlib ona namaz qılıb dəfnində iştirak etsin”
4- Ümumiyyətlə bu haqda daha geniş məlumat üçün İbn Əsir “əl-Kamil fit-tarix” kitabında 2/126, “Səhih Buxari” kitabul-məğazi 3/38, Muhəmməd ibn Cərir Təbəri “Tarixurrəsul və-muluk” 2/448, “Səhih Muslim” 1/72 və 5/153, İbn Əbil Hədid “Şərhu nəcul-bəlağə” 1/122, Məsudi “Murəvvicuz-zəhəb” 2/144, “Tənbih vəl-Əşraf” səh. 250, “əs-Səvaiqul-muhriqə” İbn Həcər Heysəmi 1/12, “əl-İstiab” İbn Əbdulbir 2/244, “Tarixul-xəmis” Diyar Bəkri 1/193, “əl-İmamətu vəs-siyasət” İbn Quteybə 1/14, “əl-Bəda vət-tarix” Muqəddəsi 5/66. Bu kitabların hamısında belə bir ibarətlə nəql ilunub:- “Fatimə ilə Əbu Bəkr arasında Rəsulullahın irsi haqqında baş verən ixtilafı Muəmmər Zuhəridən, O da Aişədən nəql edib ki;- Həzrət Zəhra ondan üz döndərdi, vəfat edənə qədər bir daha onunla danışmadı. Fatimə Peyğəmbərin (s) vəfatından sonra altı ay yaşadı. Vəfat edəndən sonra əri Əli onu dəfn etdi və Əbu Bəkrə dəfndə iştirak edib ona namaz qılmağa icazə vermədi”
5- Hafiz Əbduddin Muhəmməd ibn Əbi Şeybə (“əl-Musənnəf” 4/141) yazır: “Həqiqətən Əli Fatiməni gecə vaxtı dəfn etdi”
6- Ubey Fəllah Hənbəli (“Şuzuratuz-zəhəb” 1/15, Qahirə çapı) yazır: Əli ilə Əsma bintə Umeys Fatiməyə qusl verdilər və gecə onu dəfn etdilər.

7- Syuti (“əs-Suğurulbasimə” səh.15 Bombey çapı) yazır: Fatimənin əri Əli ona qusl verəndən sonra namazını qılıb gecə onu dəfn etdi.
8- Əbdurrəhman ibn Əmr Dəməşqi:- (“Tarixu Əbi Zərə” 1/290 Dəməşq çapı) yazır: Fatimə atasından altı ay sonra vəfat etdi. Əli ibn Əbi Talib onu gecə dəfn etdi.
9- İbn Əbil Hədid (“Şərhu nəcul-bəlağə” 6/50) yazır:- Mənim yanımda Fatmənin vəfat etdiyi zaman Əbu Bəkr və Ömərə qəzəbli olması xəbəri səhihdir. Həqiqətən Fatimə vəsiyyət etmişdi ki, o iki nəfər onun cənazəsinə namaz qılmasınlar.
Xatırlatmaq lazımdır ki, istinad olunan mənbələrdə Fatimənin gecə dəfn olunması ilə bərabər Onun Əbu Bəkrdən üz döndərməsi də xatırlanır. Fatimə ömrünün axırına qədər onunla danışmayıb. Bu Fatimənin dünyadan gedəndə ona qarşı necə qəzəbli olmasını göstərir.



http://islamiyyet.uc...s/2008-11-23-87

http://islamiyyet.uc...s/2008-12-22-91



#5986 allaha "MƏKAN"verən sələfilərin hökm...

Отправлено автор: iravani 12 февраля 2009 - 11:08 в Şiə-sünni dialoqu

Aykut_555, Allaha goyu xelq etmemisden evvel harda idi? Axı goyu O xelq edib...



#5985 allaha "MƏKAN"verən sələfilərin hökm...

Отправлено автор: iravani 12 февраля 2009 - 11:08 в Şiə-sünni dialoqu

Aykut_555, Allaha goyu xelq etmemisden evvel harda idi? Axı goyu O xelq edib...



#5984 hz muaviye yezit hakta?

Отправлено автор: iravani 12 февраля 2009 - 10:59 в Şiə-sünni dialoqu

men sene meqalenin basinda yezitin emelini yazdim turkce



Mən azərbaycanlıyam və ancaq öz dilimdə oxumağı bacarıram.



#5983 hz muaviye yezit hakta?

Отправлено автор: iravani 12 февраля 2009 - 10:51 в Şiə-sünni dialoqu

iravani bu
nehcul-belagenin serhi c2seh 278, 267,235 ehli sunne vel cemaatin delildirid yoksa sielerin:)



Zehmet olmasa hansi delilden sohbet gedirse derc edin.



#5962 hz muaviye yezit hakta?

Отправлено автор: iravani 11 февраля 2009 - 18:08 в Şiə-sünni dialoqu

iravani
unutma her bir insan ozune cavab deh olacakdir yezitin esgerleri colde olanda yezit evde olurdu.qaldi emeler niyelete goredir hec bir insan baskasi ucun ezab cekmez.



Əməllər niyətlərə görədir,niyətləri də Allah bilər. Biz zahirdə gorunəndən danısırıq. Bəlkə Yezidin niyəti sizə agah olub?



#5943 İmam Hüseyni kim öldürüb

Отправлено автор: iravani 11 февраля 2009 - 11:17 в Şiə-sünni dialoqu

Yəzidin Mədinə valisinə Hüseyn (ə)-dan zorla da olsa beyət almasını və imtina etdiyi halda qətlə yetirilməsi haqda əmr etdiyinə yekdildirlər. Hüseyn Mədinə hakiminin əlindən xilas olandan sonra Məkkəyə getdi. Amma Yəzid əl çəkməyib hətta o Həzrətin Kəbə evinin kənarında da olsa qətlə yetirilməsi üçün ikinci dəfə Məkkəyə bir dəstə göndərdi. Hüseyn (ə) oradan İraqa tərəf hərəkət etdi. Yəzid bundan xəbərdar olanda İbni Ziyadı Bəsrədən Kufəyə göndərdi və göstəriş verdi ki, Hüseynlə vuruşmaq üçün qoşun qöndəsin. Hüseydən beyətdən başqa heç bir təklif qəbul etməsin. Əks təqdirdə Onu öldürüb cəsədlərinin üstündən at qovub, kəsilmiş başlarını mənim üçün göndər.

Bunu inkar edənlərə məsləhət gorərdim ki, Hənbəli məzhəbi və İbni Teymiyyə tərəfdarları tərəfindən xüsusi etibara malik olan Zəhəbinin və İbni Kəsirin tarixlərinə müraciət etsinlər. Bundan əlavə sübutlar əldə etmək üçün Təbəri, İbni Əsir, İbni Xəldun və İbni Əsakir tarixlərinə müraciət edə bilərsiniz.



#5942 hz muaviye yezit hakta?

Отправлено автор: iravani 11 февраля 2009 - 11:08 в Şiə-sünni dialoqu

tatar
bu yalan sozdur ci ciy yeyib:)
qaldi muaviye 4boyuk xelifenin qardasi idi omer onu sevirdi hz ebu bekirde sevirdi hz osmanda sevirdi hz elide qardas deyirdi


Peygemberdemi(s) sevirdi onu?

Şəddad ibn Ovs Muaviyənin yanına gəldi. Gördü ki, Muaviyə və Əmr ibn As yanaşı oturublar. Şəddad ibn Ovs onların arasında özünə yer edib oturdu və onlara dedi:-Bilirsiniz mən niyə sizin aranızda oturdum? Mən peygəmbərdən eşitdim, o həzrət buyurdu:-“Hər vaxt o iki nəfəri birlikdə gördünüz onları tez biri-digərindən ayırın. Çünki onlar yalnız fitnə törətmək üçün birləşərlər” Mən də sizi ayırmaq üçün aranıza girdim. (Məcməuz-zəvaid və mənul-fəvaid, bab ma caə fil-sulh 7/248)


http://islamiyyet.uc.../2009-01-15-100



#5941 hz muaviye yezit hakta?

Отправлено автор: iravani 11 февраля 2009 - 11:04 в Şiə-sünni dialoqu

Xəlifə Əbu Bəkri helelik qoy kenara .o basqa movzudur.


Sibt ibni Cuzi “Təzkirətu xəvassil-ümmət” kitabının 63 səhifəsində yazır:-“ Mədinə əhlindən bir dəstə hicrətin 62-ci ilində Şama getmişdilər. Orada Yəzidin küfr və faciəli əməllərindən xəbər tutandan sonra Mədinəyə qayıtdıqda ona etdikləri bey`əti sındırdılar. Mədinə əhli açıq şəkildə onu lənətləyirdilər və onun valisi Osman ibni Muhəmməd ibni Əbu sufyanı qovdular. Əbdullah ibni Hənzələ dedi:- bizim Şamdan qayıdıb Yəzidə qarşı qiyam etməyimizin səbəbi budur ki, O dinsiz bir adamdır. Qızları, anaları, və bacıları nikah edir. Şərab içir, namaz qılmır və Peyğəmbər(s)-övladlarını qətlə yetirir. Bu xəbər Yəzidə yetişəndə Muslim ibni Uqbəni Şamlı əsgərlərdən təşkil olunmuş böyük bir qoşunla Mədinədəki qiyamı yatırmaq üçün ora göndərdi. Muslim ibni Uqbənin başçılığı altında Şamlı əsgərlər üç gecə-gündüz Mədinə əhlini qılıncdan keçirtdi”.
İbni Cuzi, Məsudi və başqaları yazırlar;- Yəzidin əsgərləri Mədinə əhlindən o qədər qılıncdan keçirtdilər ki, küçələrdə qan axırdı. Küçələrdə o qədər qan tökülmüşdü ki, hətta qanlar axaraq Peyğəmbər (s)-n qəbrinə yetişdi. O həzrətin qəbri və məscid qanla dolmuşdu. Ənsar və mühacirlərdən 700 nəfər, ümumi msəlmanlardan 10 000-dən çox qətlə yetirildi. Bundan əlavə müsəlmanların namuslarına qarşı elə təcavüzlər olundu ki, hətta onları dilə gətirməyə belə insan xəcalət çəkir. Yəzidin Mədinədə törətdiyi cinayətləri cüzi də olsa təsəvvürə gətirmək üçün Sibt ibni Cuzi “Təzkirətu xəvassil-ümmət” kitabından təkcə bunu nəql etməyimiz güman edirik ki, kifayət edər. “Həmin il Mədinədəki divandan sonra minlərlə qız ərə getməmiş uşaq doğdular. (yəni Yəzidin əsgərləri müsəlmanların namusları ilə istədiklərini etmişlər)”



Siz bu mundar əməllərin də H.Əli (ə) tərəfindən edildiyini iddia etməyəcəksiniz ki?

iravani qardas
fitne sahibleri mehf etmek gunah deyil sen peygamberde delil getirdim qaldi muaviyeye beyat etmeyen sexseler sieler ve hz omerin oglu abdullahin adamlari ve.i xelife olmak isanlar idi bir iiki insanda var idi ki bunlar zenn edi ki heeeeeee men yezite uysam yezit mene pul vercek ama yezit onu etmedi pul vermedi ve bunnlar bilmeyib ne etsinler basladilar yezite lenet oxumaqa..heeeeee qadin meselesi ise yalandir cunki yezit camaat beyat etmek ucun tebliq edirdi ve qadinlarda hec yadina dusmurdu xelifede olanda cok yasamadi ..sonra ise serab meselesi serab su demekdir......şərab yalnız hama içkidir. Məsələn, “Yaxud (Ya Rəsulum! Damları çökmüş, divarları) uçulmuş bir kəndin yanından keçən kimsənin əhvalatını bilirsən? O kimsə: “Əcaba, Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” – demişdi. Belə olduqda, Allah onu yüz il ölü halında saxladı, sonra dirildərək ondan: “Nə qədər yatmısan?” – deyə soruşdu. O da: “Bir gün, bəlkə, bir gündən daha az” – deyə cavab verdi. Allah ona: “Bəlkə, yüz il yatmısan, yediyin yeməyə, içdiyin suya bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax! Səni insanlar üçün bir ibrət dərsi olmaqdan ötrü belə etdik. İndi (uzunqulağının) sümüklərinə bax, gör necə onları bir-biri ilə birləşdirir, sonra da onların üzərini ətlə örtürük?” – deyə buyurdu. O kimsəyə bunlar aydın olduqda: “Artıq bildim ki, Allah hər şeyə qadirdir!” – dedi.” (Bəqərə, 259). Qurana baxsan, ərəbcə bu ayədə suya şərab deyilir. Quran və sünnədə belə misallar çoxdur. qaldi namaza bu ise yalandir hetta islam tarixinde qeyd edir ki 4boyuk xelife namaz qilanda camaatla qilirdi ama yezit ise tek namaaz qilirdi ve onun arxasinda esgerleri onu qoruyurdu burdada delildir ki naamaz ehli olub!



Nece yeni günah deyil.Bu namussuzluq deyilmi?

Sibt ibni Cuzi “Təzkirətu xəvassil-ümmət” kitabından təkcə bunu nəql etməyimiz güman edirik ki, kifayət edər. “Həmin il Mədinədəki divandan sonra minlərlə qız ərə getməmiş uşaq doğdular. (yəni Yəzidin əsgərləri müsəlmanların namusları ilə istədiklərini etmişlər)”



#5848 Səhabələr

Отправлено автор: iravani 10 февраля 2009 - 00:06 в Şiə-sünni dialoqu

selamun aleykum
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin ədalətinə dörd təqriqət etiraz etmişdir. Birinci: Rafizilər. İkinci: Xəvariclər. Üçüncü: Nasibilər. Dördüncü: Mötəzililər.
Onlar bu əsaslarla, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin adilliyinə etiraz edirlər.
Birinci: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzi səhabələrinin günah işlər görməsi.
İkinci: Quran və sünnə dəlillərinə əsasən bəzi səhabələrin münafiq olmalarını iddia edirlər.
Üçüncü: Onların ədalətli olmalarını deməklə, hamısını bir səviyyədə tutmuş oluruq. Bizə görə hamının bir səviyyədə olması məqbul sayılmadığı üçün, onların ədalətli olmaları da qəbuledilməzdir.
Dördüncü: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrinin ədalətli olmasına heç bir dəlilin olmadığını iddia edirlər.

Deyilən şübhələrin cavabı belədir:...

Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzi səhabələrinin günah işlər görməsi barədə deyilənlərə gəldikdə biz deyirik: Onların günah işlər görməsi, ədalətli olmalarına zərər vermir. Bizim etiqada görə onlar, ədalətlidirlər, məsum (xətasız) deyillər.
Quran və sünnə dəlillərinə əsasən bəzi səhabələrin münafiq olmaları haqqında dedikləri sözlər yalandır. Münafiqlər səhabələrdən deyildilər. Şəriət məfhumunda səhabə, iman gətirib, Peyğəmbərlə görüşən və müsəlman olaraq ölən kimsədir. Münafiqlər nə Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) görüşərkən nə də ölərkən mömin deyildilər. Bu əsasla onlar səhabə tərifinə daxil deyillər.
Onların ədalətli olmalarını demək, hamısını bir səviyyədə görməkdir, sözləri doğru deyildir. Bu heç uyğun gəlmir. Biz deyirik ki, onlar ədalətlidirlər və onların bəziləri digərlərindən üstündür. Əbu Bəkr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrindən üstündür. Ondan sonra Ömər, sonra Osman, sonra Əli, sonra cənnətlə müjdələnən on nəfər, sonra Bədr döyüşündə iştirak edənlər, daha sonra ağac altında beyət edənlər və s. Demək istəyirik ki, səhabələr üstünlük baxımından eyni səviyyədə deyillər. Elə bu haqda Allah təala buyurur: "(Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!"[1]
Əgər Quran ayəsinə görə peyğəmbərlər bərabər səviyyədə deyillərsə bəs səhabələr necə? Bu haqda Allah təala buyurur: "(Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik..."[2]
Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bütün səhabələrinin ədalətli olmasına heç bir dəlilin olmadığını haqqında deyilənlərə gəlincə, biz bu haqda Quran və sünnədən bəzi dəlilləri əvvəldə qeyd etmişik. Heç şübhəsiz ki, bidət əhli bu haqda bəzi dəlillər gətirmişlər. Lakin biz onların dəlillərindən öncə Allahın bu ayəsini qeyd edirik: "(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər"[3].
Səhabələrin ədalətli olmadıqlarını deyənlər Allahın kitabından və Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsindən şübhələr gətirirlər. İndi isə gəlin həmin şübhələrə geniş nəzər salaq və onları cavablandıraq.
[1] əl-Hədid: 10.
[2] əl-Bəqərə: 253.
[3] Ali İmran: 7.



Səhih Buxaridə yazılıb ki, səhabə Vəlid ibn Uqbə şərab içəndən sonra iki rəkətli sübh namazını dörd rəkət qıldı və camaata dedi ki; əgər istəyirsiniz bir az da namazı çoxaldım? (İrşadus-sari şərhu səhihul-Buxari. kitab fəzailu əshabin-nəbiy (s),bab mənaqibu Osman.3696-cı hədisin şərhi)
Buxari yazır: “Osman ibn Əffan şikayətləri eşidəndən sonra dedi: Vəlid haqqında bunları qəbul etdim və onu bu işlərinə görə inşaallah layiqli surətdə cazalandıracağıq. Sonra Əlini çağırıb əmr etdi ki, onu şallaqlasın, Əli də ona 80 şallaq vurdu” (Səhih Buxari, kitab fəzailu əshabin-nəbiy, bab mənaqibu Osman. 5. 17-18 )


Bu şəxs səhabə olmayıbmı? Ona iqtida edən hidayət,yoxsa əzaba dücar olar?
:kido: :tanksmile:



#5846 hz muaviye yezit hakta?

Отправлено автор: iravani 09 февраля 2009 - 23:45 в Şiə-sünni dialoqu

Peyğəmbər (s)- “Mədinə Allahın hərəm şəhərlərindəndir. Hər kəs bu şəhərin əhlini zülmlə qorxutsa və ya orada bir hadisə törətsə Allahın, Mələklərin bütün insanların lə`nəti olsun ona. Allah da onu qiyamətin günündə qorxudar.Allah- təala qiyamətin günündə ondan heç bir əməli qəbul etməyəcək”

Yezidin isə bu şəhərdə etdikləri yəqin ki, hamıya məlumdur.


Aykut_555, gor bir tarixde neler bas verib..ozude xelife terefinden.. :kido: :tanksmile:



#5845 hz muaviye yezit hakta?

Отправлено автор: iravani 09 февраля 2009 - 23:42 в Şiə-sünni dialoqu

iravani qardas xelife hz abu bekr olanda bezi insanlar cixib dedi ki,heeeeeeeeeee men peygamberim bezisii ise dedi,men zekati qebul etmirem baska baska firqeye bolundu -nisa suresi 140ayenin tefsiri...ibn abbas demisdir:''bu ayede uca allah momunlere bir camaat olmagi buyurmusdur,ixtilafa dusub firqelere bolunmeyi qadagan etmisdir,habele onlardan evvelkilerin dinde mubahise edib hocetlesdiklerine gore helak olduglarini da xeber vermisdiir''(tefsir et-teberi) ne ise basladilar ilk once hz eli hz abu bekr hz omer hz osman ve.i. basladilar insanlari zekati ferz bilmeyneleri ozlerin peygamber qeyd ednleri ve en esasi fitne cixaranlari oldurmeye ilk once icden savas basladi ic hara idi elbetde medine onda hz eli o qeder fitne cixaran insan oldurudu onda hz eli cehenneme dusecek yezit fite cixaranlara karsi savasdi burda bura men mahsum insan oldu ne baskasi burda yezite qarsi cixan islam dininde ixtilaf salmaq isteyen bir iki insanlari oldurdu bununda hakki var neceki hz peygamberin devrinde munafiqler basldi bir mescid tikmege orda basladilar ixllaf salmaqa peygamberde emr edi ki geden orani daxidin bu bir delildir insallah cun ki fitne harda cok oldusa orani gucun catsa daxit catmasa ise orda uzaqlas yezitiin ise gucun daxitmaga catirdi ve onuda etdi .....dogruusun allah biler!



Xəlifə Əbu Bəkri helelik qoy kenara .o basqa movzudur.


Sibt ibni Cuzi “Təzkirətu xəvassil-ümmət” kitabının 63 səhifəsində yazır:-“ Mədinə əhlindən bir dəstə hicrətin 62-ci ilində Şama getmişdilər. Orada Yəzidin küfr və faciəli əməllərindən xəbər tutandan sonra Mədinəyə qayıtdıqda ona etdikləri bey`əti sındırdılar. Mədinə əhli açıq şəkildə onu lənətləyirdilər və onun valisi Osman ibni Muhəmməd ibni Əbu sufyanı qovdular. Əbdullah ibni Hənzələ dedi:- bizim Şamdan qayıdıb Yəzidə qarşı qiyam etməyimizin səbəbi budur ki, O dinsiz bir adamdır. Qızları, anaları, və bacıları nikah edir. Şərab içir, namaz qılmır və Peyğəmbər(s)-övladlarını qətlə yetirir. Bu xəbər Yəzidə yetişəndə Muslim ibni Uqbəni Şamlı əsgərlərdən təşkil olunmuş böyük bir qoşunla Mədinədəki qiyamı yatırmaq üçün ora göndərdi. Muslim ibni Uqbənin başçılığı altında Şamlı əsgərlər üç gecə-gündüz Mədinə əhlini qılıncdan keçirtdi”.
İbni Cuzi, Məsudi və başqaları yazırlar;- Yəzidin əsgərləri Mədinə əhlindən o qədər qılıncdan keçirtdilər ki, küçələrdə qan axırdı. Küçələrdə o qədər qan tökülmüşdü ki, hətta qanlar axaraq Peyğəmbər (s)-n qəbrinə yetişdi. O həzrətin qəbri və məscid qanla dolmuşdu. Ənsar və mühacirlərdən 700 nəfər, ümumi msəlmanlardan 10 000-dən çox qətlə yetirildi. Bundan əlavə müsəlmanların namuslarına qarşı elə təcavüzlər olundu ki, hətta onları dilə gətirməyə belə insan xəcalət çəkir. Yəzidin Mədinədə törətdiyi cinayətləri cüzi də olsa təsəvvürə gətirmək üçün Sibt ibni Cuzi “Təzkirətu xəvassil-ümmət” kitabından təkcə bunu nəql etməyimiz güman edirik ki, kifayət edər. “Həmin il Mədinədəki divandan sonra minlərlə qız ərə getməmiş uşaq doğdular. (yəni Yəzidin əsgərləri müsəlmanların namusları ilə istədiklərini etmişlər)”



Siz bu mundar əməllərin də H.Əli (ə) tərəfindən edildiyini iddia etməyəcəksiniz ki?




Рейтинг@Mail.ru