Перейти к содержимому


Публикации PanTurk

1 публикаций создано PanTurk (учитываются публикации только с 06-Декабрь 19)


#51442 Məhəmməd Əmin Rəsulzadə

Отправлено автор: PanTurk 25 Май 2010 - 00:22 в История и этнография

Mən də öz fikrimi bildirim.
Lap birinci şərhlərdə ərəb dili haqda olan sözlərə cavab verməyəcəm, onu buraxıram hər kəsin şəxsi seçiminə, amma mənim şəxsi seçimim odur ki, ərəb dili islam dili deyil. İslamın dili, hər bir insanın öz doğma dilidir. Quranda sən Allaha ərəbdə dualar etməlisən və.s deyə bir şey yoxdu məncə (varsada mən bilmirəm). Hər bir kəs Allaha necə yaxın olacaqsa, o formada dua edər, o formada ibadət edət, sözsüz ki, islam qaydaları çərçivəsində :flowers1:
İndi isə tarix hissəsinə keçək,
Birinci onu demək istəyirəm ki, M.Ə.Rəsulzadənin AXC də cəmi 21 günlük vəzifəsi olub. Milli şuranın rəhpəri kimi, hökümət tam heyyətdə tiflisdən gəncəyə köçənə qədər. Daha sonra gəncədə milli hökümətə etimadsızlıq oldu və şura özünü müəsislər məclisi elan edərək buraxdı.
1)"Bes neye gore ereb elifbasini latin elifbasina deyishib?Eger Islam terefdari olubsa?"-- İlk olaraq AXC dövründə əlifbamız, ərəb əlifbası ilə Azərbaycan türkcəsi idi. Əlifbanın dəyişilməsi sovet dövrünə təsadüf edir, bu isə Azərbaycan-Türkiyə əlaqələrini zəiflətməyə yönəlmiş bir addım idi. Necə ki millətin adını Azərbaycanlı qoydular əlifba da elə. Amma bu doğrudur ki, məhz AXC illərində latın əlifbasına keçidə təşəbbüs göstərilmişdir. Bu isə zamanın tələbi və doğru addım idi.

2) ,Yashil bilirik ki Islami bildirir,goy mustegilliyi, girmizi ise "Turkculuyu "neye gore?Cunki Turklernen yaxin munasibetleri var idi. ----Mavi rəng Türklüyü, qırmızı çağdaşlığı, yaşıl islam dünyasına mənsubiyyəti bildirir.

3)Ata Turk ise islamin dushmeni olub,hem de "masson "ne geder muselmanlari aldadib. Insanlara mecbur edib namazin sozlerini turkce demeye---Atatürk islamın düşməni olmayıb, atatürk Osmanlını yıxan, türkiyəni ucuruma aparan, özlərinə dindar deyən nadan sürüsünə qarşı idi, İslam adıyla xalqı aldadanlara qarşı idi, sadəcə bir fakt deyim hər şeyi özünüz anlayacasınız. Sakarya döyüşü zamanı, anadoludan əsgər yığmaq müşkülə çevrilmişdi, çünki vəhidəddin fərman vermişdi ki, gələn xəlifənin ordusudur, dinsizləri yox edəcək. Əslində isə gələn 150 minlik yunan ordusu idi, yunan ordusu bir birkəndləri yağmalamağa başlayanda hamının ağlı başına gəldi. Döyüşdən sonra Atatürk çıxışında demişdir: Ümidvaram ki, gələcəkdə insanlarımız gerçek din insanları ilə yalançıları və xurafatçıları ayıra biləcəklər"
Türkcə namaza gəlincə, indi olduğu kimi elə həmin dövrdə də, insanların çoxu ərəbc bilmirdi, kortəbii şəkildə gündə 5 dəfə ayağa durub otururdu, buna namaz demək olmaz! Atatürk isə insanlara öz anladıqları dildə namaz qılmağa, islamı başa düşməyə dəvət etdi. İslamı başa düşərək, daha çox vurulmaq olar! Mən namaz qılsam, türkcəmizdə qılacam, ıli babalarımız qanına bulanmış hansısa ərəbin yox.

4) "Türkiyenin esrin evvellerinde Azerbaycanı aldatdığı doğrudur. Əgər faktları öz adı ile adlandırsaq Türkiye Azerbaycanı ruslara satıb."
Buna satmaq və ya aldatmaq demək doğru deyil. Azərbaycanı satan türkiyə olmadı, bütün dünya oldu, elə müsəlman iran oldu, Paris konfransında bizi belimizdən bıçaqlayan elə müsəlman adlandırdığınız mutantlar oldu! Onlar doğrudan da mutantdırlar, çünki onlar müsəlman ola bilməzlər! Türkiyə həmin vaxt müharibənin ağır şərtlərini qəbul etməmişdi, 4 ölkə ilə müharibə aparırdı. Cəpəxanasının böyük hissəsi sultanın əmri ilə dənizdə batırılmışdı. Əsgərlər ayaqyalın döyüşlərə gedirdilər! Belə bir şəraitdə türk ordusu vurşurdu, həmin dövrü anlamaq, türk əsgərinin nə keçirdiyini başa düşmək üçün T.Özakmanın "Şı çılğın Türkler" əsərini oxumaq kifayətdir. Orada hər şey açıq aydın yazılıb. Türkiyə Rusiyadan hərbi və iqtisadi yardım almalı idi və bu müqavilə AXC işğal edildikdən sonra bağlanmışdı. Üstəlik rusiya bu müqavilənin şərtlərini gec yerinə yetirdi. Çeçerinlə Türkiyə səfirnin danışıqları var, onları internetdə axtarın olmalıdı, vəziyyət o yerə çatmışdı ki, türkiyə rusya ilə əlaqələri kəsməklə hədələyirdi və.s

5)Amma Azerbaycanı terk etmek istemeyen Nuri Paşa esgerlerine Azerbaycan vetandaşlığını qebul etmeyi ve savaşmağı emr edir.
Bu yalnış məlumatdı, doğrudur Nuri paşa Azərbaycanda qaldı, lakin əsgərlər qala bilməzdirlər, onlar Kazım Qarabəkir paşanın əmrinə verildilər və onun Naxçıvanda olan olrdusu ilə birləşib Qafqaz ordusunu yaratdılar. Daha sonra bu ordu ararat respublikası ilə sərhədi o cümlədən İttihadçıların gürcüstandan gözlənilən gücumunun qarşısını almaq məqsədiylə sərhəddə saxladıldılar. Lakin sonda onlardan istifadə labüd olduğuna görə döyüşə atıldılar II İnönü savaşında.

6) "O zaman Bakıda yerleşen ingilis qoşunları geri çekilerken (Türk qoşunları Bakını ruslara yox, ingilislere tehvil vermişdi) Nuri paşanı da mecburen Londona aparmış ve orda zindana atmışdılar. Haqqında ölüm hökmü çıxarılan Nuri Paşanı mühaciretde olan Azerbaycan türkleri qaçırıblar."
İNgilis hərbi dəstəsi həmin vaxt artıq rəştə geri çəkilmişdi, Qafqaz İslam-Türk ordusu və Milli ordu hissələri Bakıya daxil olanda və bakı uğrunda döyüşlər gedəndə bu döyüşlər daşnak, bolşevik, eserlərlə ordu arasında olmuşdu.

7) "Turkiye ise hemishe oz shexsi menafei ucun Azerbaycana gardash deyib."
Nə qədər qardaş olsaq da hər ikimizin fərqli dövləti və sözsüz ki, dövlət maraqları var. Lakin burada da bir məsələ var ki, bəzi hallarda Türkiyə sırf Azərbaycan çıxarları üçün bəzi addımlar atıb.

8) "Nuri paşa 1920-ci ilde ruslarin Azerbaycani ishgalindan sonra onlara qarshi qiyam da qaldirdi."
Doğrudur, Qarabağ üsyanının rəhpəri Nuru paşa idi. Lakin üsyan yatırılandan sonra da bir müddət Azərbaycanda qaldı, dah sonra dünyadan səs çıxmadığını görəndən sonra türkiyəyə getdi.

9)"Azerbaycani turkler yox , ilk novbede bashda Neriman Nerimanov olmaq shertile yerli kommunistler satdilar."
Nərimanov kimi, yüzlərlə insan sovet təbliğatının qurbanı olmuşdurlar. Dah sonra Nərimanov öz səhfini anladı, amma artıq gec idi. Lakin komunist fraksiyasından daha güclü olan İttihadçılar Azərbaycanın sovetləşməsində az rol oynamadılar. Açıq aydın ruslarla hərbi ittifaq tərəfdarı idilər, ölkə işğal edildikdən sonra gizli təşkilatlar dərnəklər yaratmağa başladılar ama biçarə.

10) "Bizi bes kommunistlerin eline kim verdi?" Bizi kommunistlərin əlinə verən heç kim olmadı, o həminki dövrün demokratiyasıdır. Məclisdə bütün fraksiyalara iştirak hüququ verilirdi, nəzərə alsaq ki ermənilərə 27 yer verilmişdi bunu anlamaq çətin olmaz. Bundan əlavə onu da demək istərdim ki, məhim komunistlər bəziləri AXC qurucularından və İstiqlal bəyannaməsini imzalayanlardan olmuşlar. Məsələn Cano bəy Hacınskı, sosialist fraksiyasına daxil olmuŞ, lakin AXC üçün can yandıran şəxs olmuşdur.

11) "evezinde ise Azerbaycani Ata turk ona soz vermishdir." Həmin illərdə Stalin spvet hakimiyyətində böyük rola malik deyildi, yalnız leninin ölündən və digər rəqiblərin aradan götürülməsindən sonra Stalin müəyyən güca sahib oldu. Belə bir şəraitdə Stalin heç vaxt Atatürkə nəsə söz verə bilməzdi. O cümlədən Atatürk də o qədər axmaq adam deyildi ki, ölkədə bəlkədə əhəmiyyətinə görə 7 ci adamla nəsə müqavilə bağlasın.

12) "Turkler Canakgale doyushunu cox tez unutdular.O doyushude Azerilerin ve Kurdlerin hesabina galib gelmishdiler." Çanakkale döyüşündə cəmi 1200 Azərbaycan türkü iştirak edib və onların demək olar ki, hamısı şəhid olub. Onların xatirəsinə bu gün yazılı kitaba var. Çanaqqala savaşının ümumi şəhidləri sayını nəzərə alsaq heç nə bizim sayəmizdə qələbə qazanıb demək olmaz.

13) "19120-ci il aprelin 27-de parlamentde kechirilen ses vermede hakimiyyetin kommunistlere tehvile verilmesine etiraz eden ve aleyhine ses veren mehz Resulzade olmushdur"
Doğrudur, sadəcə ayın 27 sindəki Rəsulzadənin son çıxışını oxumaq kifayətdir. Orada əhalini və məclisi rus ordusuna qarşı vuruşmağa çağırır.

14) "neye gore, tek Yalamada doyush olurdu?"
Yeganə yox, ilk döyüş yalamada oldu. 11 nəfər Milli ordu əsgəri 40 minlik rus ordusunun qarşısını 8 saat saxlaya bildi. Ruhları şad olsun!
Sovet işğalından sonra Azərbaycanda 2 il ərzində 58 üsyan oldu, ən böyükləri Gəncə, Qarabağ, Lənkaran syanları. Xarici mətbuat bu üsyanlar haqda xeyləm yazılar, indi də arxivlərdə var.

15) "Orada olan doyush ve usyanlar gozden perde asmag ucun idi." Gəncə döyüşü Milli ordu hissələri ilə Rus ordusu arasında baş verdi, 1 gecədə 10 min nəfərdən çox şəhid verdik, bu da gözdən pərdə asmaq üçündü? Mənim fikrimcə isə Fələstin gözdən pərdə asmaq üçündü, onillilər vuruşurlar hələ on mini keçmiyib say :shades: Biz isə bir gecədə on minlərlə igidimizin canını qurban n vermişik!

16) "Umumiyyetle bir insan ki,ibadet ehli deyil, momin olmayib ona beraet gazandirmag cetin meseledir."
Əməlindən asılı olmyaraq sonda momin olsan sənə bəraət qazadırmaq mümkün olar elə deyilmi? Mən blə düşünmürəm, hər kəsin öz seçimi.

17) "Ata Turk masson olub,Stalin de."
Əl çəkin də bu massonlardan, nə istiyirsiz qoyun rahat yaşasınlar. Az çox tanınan hamını masson eliyirlər, birazdan dəbə düşəcək. Uşaqdan soruşanda böyüyəndə nə olmaq istəyirsən? deyəcək mən böyüyəndə masson olacam! :)

18) "Bir insan ki Namazin sozlerini(Hemd,ve Ixlas surelerini) turkce, zorla camaata dedizdirsin onlardan ne gozleyirsen. "
Siz öz xoşunuza ərəbcə deyirsiz, babanızı qıran, mədəniyyət üzü görməmiş ərəbin dilində namaz qılırsız, biz də 140 dövlət yaradan, dünya tarixini yazan Türkün dilində, burda nə var ki? Bəlkədə sizin üçün Tanrı böyükdür sözü günahdır, amma bizim üçün bu söz ərəcədən tərcümədə Allahu Əkbər deməkdi. Yaradanla bizim aramızda heç bir dil sədd ola bilməz! Əgər mən duamı Türkcəmdə eliyirəmsə, nəyə görə namazı ərəbcə qılmalı və ya quranı ərəbcə oxumalıyam. deyəlim ki, quran məsələsini qırağa qoyaq tərcümədə təhriflər yaranar sırf namaz məsələsinə gəldikdə isə, mənim şəsi fikrim odur ki, kim hansı dilsə istəyir o dildə duasını eləsin. Əsas odur ki, yaradana yaxın olsun!

19) "Ata Turk o dovrde prezident de olmasa ele dovlet bashciligi onu elinde olub."
Atatürk 1920 ci ildə, istehfada olan komandan idi. Əgər Atatürkün vahidəddinə təsir gücü olsaydı, döyüçmək üçün ordusuna silahları istanbuldan gizli qaçırmazdı, gəmi gəmi , tüfəng tüfəng qaçırırdılar silahları.

20) "Gəncliyə müraciət M. Ə. Rəsulzadənin "Əsrimizin Səyavüşü" əsərindəndir. Əlinizə keçsə oxuyun. Çox mətləblər aydın ola bilər"
Həmin əsərin son hissəsini Sovet dövrü Azərbaycanı milli mübarizəsi hissəsini oxuyun, məsləhətlidir.
Kitabdan yadımda qalan bir sitatı gətirmək istərdim : " Azərbaycanın sovetləşməsinin il dönümünü qeyd edərkən, sovetləşmədə iştirak etmiş bir dənə də olsun yerli kommunist tapmaq mükün olmadı, çünki onların çoxu musavatçı, milli saptıncı, pantürkist damğaları vurularaq ya güllələnmiş, ya sürgünə göndərilmişdi" Aydın olduğu kimi, təbliğatın qurbanı olmuş kommunistlərin hamısı sonradan səhvlərini anlamışdılar, amma artıq gec idi!

Maraqlı müzakirə getdi ama, ümidvaram ki, belə də davam edəcək. Tanrı sizə yar olsun!




Рейтинг@Mail.ru