Перейти к содержимому


Публикации AHMADIYYE

3 публикаций создано AHMADIYYE (учитываются публикации только с 30-марта 23)


#102358 Qəlbimdən süzülən sözlər

Отправлено автор: AHMADIYYE 01 октября 2014 - 12:49 в Литература

Anam laylay, Canım laylay..

“Ana olanda anlarsan evlad şirindir necə”
Deyərdi o gözəl dilin, öyrədərdi incə-incə
Ana oldum.. nazladıq ailəlikcə gündüz-gecə
Söylərdim ki, Nurunu əvəz edər Xanım (S.A.) bircə..

Laylay Anam, Nurlu Anam
Mələk Anama laylay

Dağa bənzər Qəlbini, uca, böyük ürəyini
Gözlərində parlayan o diləgəlməz böyüklüyünü
O güclü mücadələni..de unudaq necə?
Bilsən bunların cavabın, yuxumda anlat gizlicə

Laylay Anam, Nurlu Anam
Mələk Anama laylay

Fani Dünyada aldıgın son sınagınla cihad etdin
Uzun döyüşdə bizlərə səbri-təmkini öyrətdin
Son anında belə balanın başına sıgal çəkdin..
De, SALAVAT, YASİNDƏN sənə başqa nə göndərim?

Laylay Anam, Nurlu Anam
Mələk Anama laylay

Bu ömrünü yaşadıgın kimi gedişin də GöZƏL oldu.
Qurban oldugum AZAN, YASİN sənə yoldaş oldu..
QURANIN ürəyini dinləyərək gözün doldu..
Haqq Dünyanı özlədiyin gözlərindən bəlli oldu

Laylay Anam, Nurlu Anam
Mələk Anama laylay

Tək AH çəkmədən köçdün..doyduğun burdan, aşkar oldu..
Son laylayın olan YASİN sənə tək payımız oldu
ürəyimdən dediyim tək ƏLHƏMDULİLLAH oldu
Biz burda qaldıg qonaq, sən yurdunda Mələk oldun..

Laylay Anam, Nurlu Anam
Mələk Anama laylay

Mələyimiz, bizlərə Haqq Dünyada duaçı ol,
Peygəmbər (S), Əhlibeyti (A) ilə Axirətdə məşhur ol,
İNŞALLAH Fatimədən özün kimi arxayın ol,
Ruhun şad olsun, Ana
Daima ALLAH AMANINDA ol.



#100299 ALLAH cəmi dünyalarını dəyişənlərə rəhmət eləsin!

Отправлено автор: AHMADIYYE 23 января 2014 - 18:17 в Дискуссии на общие темы

SALAM ALEYKUM, əziz bacı-qardaşlarım.

Bu gün daha bir əziz bəndəmı Haqq dünyasına yola saldım.

Nəzirova Elmira Mirzərza qızı. Azərbaycanın görkəmli bəstəkarı (ilk xanum bəstəkar), pianoçu, əməkdar incəsənət xadimi, professor, Anamın və mənim müəlliməm və mənəvi Anamız..

ALLAH rəhmət eləsin, günahlarını bagışlasın, Cənnət ilə müjdələsin.

1990-cı ildən Vətənində yaşamasa belə, hər daim bura sevgi ilə baglı biri olub. Bilirəm ki qürbətdə onun üçün bu hədiyyəni edən olmayacag, buna görə sizlərdən rica edirəm: imkanı olan bu Xanum üçün vəhşət namazı gılsın. Öncədən dərin minnətdarlıgımı bilirəm hər birinizə.

İnnə lilləhi va innə ileyhi raciun!

http://harmony.musig...p?txtid=322&s=1



#100223 Vüqar qardaşımız üçün vəhşət namazı

Отправлено автор: AHMADIYYE 14 января 2014 - 16:26 в Дискуссии на общие темы

1.jpg

İnnə lilləhi va innə ileyhi raciun!

İnsan yaxınını Haqq dünyasına yolcu etdiyində özünü necə hiss etdiyini tək özü və Yaradan Bilir. Bu gün qardaşımız Sərxan və ailəsinin yanında hədsiz çox insan var iydi. ALLAH hamısının ürəyinə görə hacətlərini versin. Yenə də ALLAH qarşılarına qoydugları bu agır sınagda hər bunu keçən bəndə kimi yalnız iydilər.

İnsan nə qədər MƏN YAŞADIM, MƏN BİLİRƏM deyib təsəlli etməyə çalışsa belə - nafilə. Hər kəs dərdini özünə məxsus şəkildə yaşayır.

Bu gözəl ailəyə tək arzu-duam: qoy bu sınagı verən ALLAH səbrinizi versin. Haqq dünyasında bitəcək cəmi ayrılıglar. Gedən balanızın xətri, qalan balanızın, əzizlərinizin nuru ilə ömrünüz işıglansın İnşaALLAH. AMİN!

ALLAH rəhmət eləsin, CƏNNƏT nəsib eləsin.


İmkanı olan ALLAHA xatir bu gecə qardaşımız Vüqar Qasım oglu üçün vəhşət namazı gılsın.

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!




Рейтинг@Mail.ru