Перейти к содержимому


Публикации elay

9 публикаций создано elay (учитываются публикации только с 30-марта 23)


#67427 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: elay 22 декабря 2010 - 11:35 в Обсуждение актуальных новостей сайта

Yəqin ki, cavanların yadına gəlməz. Amma orta və yaşlı nəsilə "lazım gəlsə" sözbirləşməsi çox tanışdı. Ermənistandan ilk qaçqınlar Bakıya gələndə az qala bütün millət "lazım gəlsə"yə sarılmışdı. Sonra Daşaltı və digər faciələr baş verdi. Hələ də "lazım gəlməmişdi". Sonra ard-arda şəhərlər və rayonlar əldən getdi. Yenə də eşidilirdi (indi artıq bir az seyrək) - "lazım gəlsə"!..
Artıq Qarabağ haqqında bu "lazım gəlsə"lərə bu "lazım gəlsə"ni deyənlərin özü də inanmır. Baş başqa şeyə qarışıb. Nöyüt satırıq, villalar tikdiririk, Bakının səkilərini mərmərə bürüyürük. Bir sözlə, artıq Qarabağ və "lazım gəlsə" bir növ bəzilərinin "vallah" andına çevrilib: deyir, amma nə andına inanır, nə də Allahına.
Eyniylə məscid məsələsində oldu. Möminlər məhkəmələrin qarşısına çıxır, həbs olunur, bacardıqları və əllərində olan üsullarla bu allahsızlarla mübarizə aparırdılar. "Lazım gəldilər"in isə müxtəlif bəhanələri vardı: kimi dövlət işində işləyir, kimi imtahana gedir, kimi "nasmork" olur. Əlbəttə ki, qorxan-filan yox idi :rolleyes: Əstagfrullah, nəuzubillah! Əli şiəsi axı ancaq Allahdan qorxar! Həm də ki, "lazım" gəlməmişdi ki, gəlməmişdi. Şükür Allaha, məscid Qarabağın aqibətini yaşamadı. Necə də olmasa artıq millət o millət deyil. Tədricən "bütpərəstlikdən" İslama gəlir. Hərçənd, hələ də "bütə" tapınanlar var.
İndi də hicab. "Lazımı" gözləyənlər var. Həmişə olub və olacaq. İsti otağı, buğlanan kofeni, rahat yatağı, müasir televizoru buraxıb bir "kusok parçaya" xatir "dubinka yemək", "içəri düşmək", bu dünyanın naz-nemətindən əl çəkmək asan deyil. Salam olsun Hüseynə (ə)! Bu gün onun ardıcılları var. Həqiqi ardıcılları. Kabinetdən, işdən çıxmaqdan qorxmayanlar, həqiqətən zillətə səbr etməyənlər, baş əyməyənlər. Artıq onlar "lazımla" da görüşüblər, yəqinə də çatıblar. İnşallah, hicabı da əldən verməzlər. "Strateqlər" isə planlarını cızsınlar, "agıllı" gedişlər düşünsünlər. Amma məsələ həll olandan sonra, artıq "lazım" gəlməyəcək. Çünki artıq ona zatən ehtiyac olmayacaq. Salam olsun Hüseynə (ə), əshabına və həqiqi davamçılarına!



#67398 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: elay 21 декабря 2010 - 17:06 в Обсуждение актуальных новостей сайта

Artıq televizora baxmaq da olmur. Adam hirsindən partlayır. Bəzi nakəslər var ki (çörəyi bilinir hardan çıxır) sən demə neçə illərdi bu məsələnin gündəmə gəlməyini gözləyirlər. Nə vaxta ki Allahın izni ilə ATV yerlə-yeksan olunmayıb bu nakəslər hələ çox at oynadacaqlar.
Təzə söz çıxıb: "Türk qadını...". Nə türk qadını ala? Türk qadını nədi bunlar üçün bilmirəm. Türk qadını 14 əsrdi müsəlmandı artıq. Bunlar 15 əsr əvvəldə qalıblar. Özdərinə 5 kilo şpaklyovka vurub çıxannar özünü türk qadının simvolu hesab eliyillər.

Mənə maraqlıdı axı kimdi türk qadının etalonu? Tənzilə Rüstəmxanlı? Sevil Nuriyeva?

Vallah çox pis qəzavət eliyillər. Onlar elə bilirlər Allah dövrana tabedi. Elə dövran belədi, biz də bu dövrana qul olaq, başqalarına şah! Amma dövran Allaha tabedi. İnşallah ki biz hamımız bütün İslam düşmənlərinin rüsvayçılığına şahid olacağıq.
Adicə, 1 müsəlmanın abrını aparanın, mütləq abrı aradan gedir. Sən durasan, İslamın abrına, müsəlman qadınının abrına əl atasan, Allah səni bu cahana rüsvay eləmiyincə, əl çəkməyəcək.


Nervlənmə gədeş , bizim millət hoydu hoyduya öyrəşib. Bir 20 nəfər yığışıb şirin söhbət elədiyi zaman biri qıraqdan başın divara vurmağa başdıyanda hamı hoydu hoydu salıf , şirin söhbəti buraxıb gedəcək görüm orda nolub. Hakimiyyətin qılığına girmək lazımdı ki , evimdə qazanım qaynasın məntiqiynən yaşayan insanlara nervlənməyin yeri yoxdu.

Qaldı Hicab məsələsidə həll olunacaq inşallah. Hoydu hoyduya salıb lazımsız və vaxtsız küçələrə tökülən "predmet"lər olmasa düzələn işdi. Hakimiyyətə İslamnan problem lazım deyil. Həmcinin hakimiyyətə hoydu hoydudan qorxub zadniyə atıb "İrana" uduzmaqda lazım deyil...


Predmet deyanda sen Tehsil Nazirliyinin qabaginda yigishanlari nezerde tutrsan?


Elə olmaz inşallah. O məntiqlə düşünsək, onda Kərbaladakı 72 nəfəri də, əstagfrullah, "predmet" adlandırmalıyıq. Onlar olmasaydı, şübhəsiz hər şey "düzələckdi". Bəlkə də indi nə İslam var idi, nə də Quran. Həmən o Quran ki, hicabı vacib edir müsəlman qadınına. Onda bizim işlər də "düzələrdi" e. Nə Nazirliyin qarşısına çıxan olardı, nə də onlara "predmet" damğası vuranlar.



#59273 Son Xəbərlər

Отправлено автор: elay 27 августа 2010 - 10:57 в Ümumislam mövzular

Maraqlı söhbət alınıb :blushL:
Şəxsən Göyçay axunduna dəfələrlə iqtidə edib namaz qılmışam. Elə burda nəql edilən hadisə baş verən məsciddə. Sonra da namazda iştirak edən digər Göyçay əhli kimi onun əlini möhkəmcə sıxıb "Allah qəbul eləsin" demişəm. Mən ariflərdən deyiləm. Amma bir şeyə yəqinim var: burda "o mənim məzhəbimdən deyil" söyləyən qardaçımız həmən namazların iştirakçısı olsaydı, mütləq, amma mütləq o əli sıxardı. :( Niyə? Çünki Göyçay axundu Əsgər Babayevi mütləq şəkildə öz məzhəbindən sayacaqdı. Necə ki, uzun illərdi Göyçay möminləri bu fikirdəydilər. İndi maskalar yırtılandan sonra Əsgərə "qniloy" damğası vurmaga, "o bizdən deyil" söyləməyə, "məzələnməyə" nə var ki? Hə, indi onu öz məzhəbimizdən saymaya bilərik. BİZ saymaya bilərrik. Amma onu şiə sayanlar elə şiə də sayacaqlar. Özü də sevinə-sevinə. Bir sözlə, Əsgər artıq "şiə" kimi damğalanıb. Bunu istəsək də, istəməsək də. Və bu məsələləri dəfələrlə gündəmə gətirməklə yalnız Göyçay axundunu bir nümunə kimi cəmiyyətə təqdim etmək fikrində olanların dəyirmanına su tökürük. Onlar Əsgəri barmaqla göstərərək "buyurun! Bu da şiələrin iç üzü!" deyəcəklər. Biz isə and içəcəyik ki, "ay kişilər! Vallah o bizim məzhəbdən deyil. Çünki bizim məzhədən olanlar bir qayda olaraq pak, məsum olurlar". Rus demişkən, "этого не может быть... потому что этого не может быть никогда" :) Amma fakt fakt olaraq qalacaq. Odur ki...



#58863 Ифтар-собирун

Отправлено автор: elay 23 августа 2010 - 10:02 в Дискуссии на общие темы

Allah təşkilatçılardan da, iştirakçılardan da razı olsun!
Belə dəyərli məclislərimiz, inşallah, tez-tez olsun!

Şair, şairlik iddiasında deyilam, a! Nəsə belə alındı da... :whistling:



#58600 DOWNLOADS

Отправлено автор: elay 17 августа 2010 - 15:17 в Ümumislam mövzular



Şiə-sələfi - 3-cü seriya. :unsure:
İlk 2-sini qardaşlar forumda artıq yerləşdiriblər.



#58597 Ифтар-собирун

Отправлено автор: elay 17 августа 2010 - 15:00 в Дискуссии на общие темы

1)Tatar
2)Dr. Wayt
3)Subhani
4)Katala
5)Rəis
6)Komandir.
7)_MOLLA_
8)Master_IER
9)Urfan
10)Rufat 200
11) Malik Ashtar
12)Xeyyat
13)Емиль
14)al-İslam
15)Şair
16)Lezgin
17)Nardarani
18)Vusal 114
19)Behnam
20)elay

olar?

P.S. Olurem de "kruqliy" reqemler ucun :unsure:



#58518 DOWNLOADS

Отправлено автор: elay 16 августа 2010 - 10:45 в Ümumislam mövzular

Salam Aleykum.

Deyirem, belke beyendiniz. Hercend, enenelere bir az uygun gelmir. Amma... B)

http://www.boxca.com.../Cihad.mp3.html

bu oxuyanlar kimdir?


Gürcüstan qrupudu. Rustavi. Adını dəqiq bilmirəm, deyəsən "Nicat gəmisi"di



#58516 Qamət Süleymanovun "cavab"larına bir baxış

Отправлено автор: elay 16 августа 2010 - 10:39 в Şiə-sünni dialoqu

Mən Qamətin cavablarına artıq təəccüblənmirəm. O, artıq açıq-aşkar bu milləti dolayıb. Mən onun ardınca gedənlərə məəttəl qalıram.



#58513 DOWNLOADS

Отправлено автор: elay 16 августа 2010 - 10:29 в Ümumislam mövzular

Salam Aleykum.

Deyirem, belke beyendiniz. Hercend, enenelere bir az uygun gelmir. Amma... B)

http://www.boxca.com.../Cihad.mp3.html




Рейтинг@Mail.ru