Перейти к содержимому


Публикации Fajr

20 публикаций создано Fajr (учитываются публикации только с 29-марта 23)


#98844 Allahın nazil olması haqda Şeyx Mühəmməd Useymi...

Отправлено автор: Fajr 02 июня 2013 - 14:15 в Əqidə və fiqh

Hərəkətin baş verməsi üçün nə lazımdır?

الحركة تستلزم خلو الذات المتحرّكة من المكان التي كانت فيه واستقرارها في مكان غير المكان السابق، وهذا باطل بالنسبة إلى الله; لأنّه تعالى منزّه عن المكان


Yəni, hərəkət müəyyən bir məkanda qərar tutan zatın digər bir məkandan boş olmasını lazım tutur. Bunu Allaha nisbət vermək batildir, çünki Allah Təala "məkan" anlayışından münəzzəhdir.

Əhli-beytdən (ə) buna dair çoxlu sayda hədis nəql olunub. Misal üçün, Imam Rza (ə) buyurur (ixtisarla):

لا تجري عليه الحركة والسكون

"Onun nə hərəkəti var, nə də sükünu."

"ət-Tövhid", Şeyx Səduq, 2-ci bab, hədis, səh. 41


Yanı Allahu Təala hər növ hərəkət və sükündan münəzzəhdir ki, bu da İslamda sabit bir məsələdir. Allaha hərəkət nisbəti verən kəslərin həqiqi tövhiddən uzaq duşməkləri aydın bir məsələdir. Həqiqi tövhidə yol isə Əhli-beytdən (ə) keçir.




#98840 Allahın həddi varmı?

Отправлено автор: Fajr 02 июня 2013 - 03:42 в Əqidə və fiqh

İmam Əli (ə) buyurur (ixtisarla):

"Şeylərin hər birini yaradan zaman onların hədlərini müəyyənləşdirdi ki, Özü onlara oxşarlıqdan və bənzərlikdən üstün olsun. (Deməli, şeylərin məhdud olmaları Onun bənzərinin olmamasına bir dəlildir.) Düşüncələr Onu hədd, hərəkət, üzv və alətlərlə (zahiri və batini qüvvələrlə) fərz edə bilməz. (Çünki Onun mümkün varlığın tələblərindən olan hədd, hərəkət, üzv və aləti yoxdur.) Onun barəsində «nə vaxt olub?» deyilmir. Həmçinin nə vaxta kimi olacağı müəyyənləşdirilməz.(Çünki ölçü, sonu olmaq, məkan əldə etmək və onda yerləşmək cismin və mümkün varlığın xüsusiyyətlərindəndir. ) (Ağıl qarşısında elə) əyandır ki, «nədən zahir oldu?» demək olmaz. (Gözlərdən elə) məxfidir ki, «nədə gizlənib?» deyilməz. (Çünki O, bütün səbəblərin səbəbidir və yer və məkanda olmaqdan uzaqdır). Cisim deyil ki, uzaqdan gözə çarparaq sonra yox olsun. Həmçinin pərdənin altında deyil ki, nəsə onu əhatə etsin. Onun şeylərə yaxın olması yapışmaqla və uzaq olması ayrılıqla deyil.(Çünki O, başqasına möhtac deyil. Ona görə ki, möhtac olmaq kamalın naqisliyinə səbəb olur və bu, mümkün varlığın xüsusiyyətlərindəndir. ) Bəndələrindən (baş verən) gözaltı baxış, sözü təkrar edərək bir neçə dəfə demək və torpaq təpəyə yaxınlaşmaq Ona gizli deyil. Həmçinin O, qaranlıq gecədə və (ya) işıq saçan ayın kölgə saldığı (zülmətini yox etdiyi) və arxasınca nurlu günəşin gəldiyi sükutlu gecədə, batan və çıxan zamanda (ay batan kimi gün çıxanda və günəş batan kimi ayın görünməsində) və ruzigarın günlərinin gecənin gəlməsi və gündüzün getməsi ilə olan dövründə bir addım atılmasından xəbərsiz deyil.(Onun ölü və diri, keçmiş və gələcək, alçaq və hündürə olan elmi birdir. Onun zatı zamanın və zamana aid şeylərin hissələrinə nisbətdə yeksan olduğu üçün zatının eyni olan elmi də həmin cürdür. ) O, hər bir son və müddətdən, həmçinin hər bir saydan və sayılandan qabaq olub. (Çünki O, hər bir şeyin yaradanı olduğu üçün yaranmışlardan qabaq olmalıdır.) Hədləri təyin edənlərin ölçüləri, tərəf və cəhətlərin sonunu, yerlərin hazırlanmasını və məkanlarda yerləşərək məskunlaşmağı Ona nisbət vermələrindən uca və uzaqdır.(Yaradılmışların heyranediciliklərini dərk etməyə bir yol tapa bilməyən kəs yaradana necə yol tapa bilər? Halbuki Onun bənzər və oxşarı yoxdur ki, zat və sifətlərinin həqiqəti tanınsın. ) (Buna görə də buyurur:) Hədd və son Onun yaratdığı varlığa layiqdir və Ondan başqasına (mümkün varlıqlara) nisbət verilir."


"Nəhcul-bəlağə", Seyyid ər-Rəzi, xütbə 163




#98839 Allahın həddi varmı?

Отправлено автор: Fajr 02 июня 2013 - 03:22 в Əqidə və fiqh

İmam Əli (ə) buyurur (ixtisarla):

لا في آخريته حد


"Onun axırlığının (sonunun) həddi yoxdur".

"ət-Tövhid", Şeyx Səduq, 2-ci bab, hədis 1, səh. 35




#98838 Allahın həddi varmı?

Отправлено автор: Fajr 02 июня 2013 - 03:12 в Əqidə və fiqh

İmam Rza (ə) buyurur (hədis çox geniş olduğundan ixtisara riayət edirəm):

لا يتغير الله بانغيار المخلوق، كما لا يتحدد بتحديد المحدود

"Allah Təala məxluqun dəyişilməsiynən dəyilşilmir, necə ki, məhdudun hududlanmasıynan hududlanmır".


"ət-Tövhid", Şeyx Səduq, 2-ci bab, hədis 2




#98837 Allahın həddi varmı?

Отправлено автор: Fajr 02 июня 2013 - 02:46 в Əqidə və fiqh

Əmirul-muminin İmam Əli (ə) buyur:

مَنْ وَصَفَهُ( أيّ مَنْ كيفه بكيفيات المحدثين) فَقَدْ حَدَّهُ، وَمَنْ حَدَّهُ فَقَدْ عَدَّهُ، وَمَنْ عَدَّهُ فَقَدْ أَبْطَلَ أَزَلَهُ


"Kim Allahı vəsf etsə (yəni, Onu məxluqların keyfiyyəti ilə keyfiyyətləndirsə) Onu məhdudlaşdırmışdır. Kim Onu məhdudlaşdırsa, Onu say halına gətirməşdir. Kim desə ki, Onun sayı var (yəni, Onu saymaq olar), həmin kəs Allahın əzəliyyətin batil etmişdir".

"Nəhcul-bəlağə", Seyyid ər-Rəzi, xütbə 152





#98836 Allahın həddi varmı?

Отправлено автор: Fajr 02 июня 2013 - 02:21 в Əqidə və fiqh

İnşAllah, gətirəcəyimiz bəzi hədislər Ustad Əlai əl-Həssunun "Əhl-beyt (ə) nəznində - tövhid inancı" (التوحيد عند مذهب أهل البيت) kitabından olacaq.

Əmirul-muminin İmam Əli (ə) buyur:

ليس له [ سبحانه وتعالى ] حدّ ينتهي إلى حدّه

"Onun (Allah Subhanəhu və Təalanın) həddi yoxdur ki, o həddlə bitsin (məhdudlaşsın)".


"ət-Tövhid", Şeyx Səduq, 2-ci bab, hədis 1, səh. 35




#98835 Allahın həddi varmı?

Отправлено автор: Fajr 02 июня 2013 - 01:56 в Əqidə və fiqh

Salam aleykum
Bismillahir-Rəhmanir-Rəhim..
Bu yaxınlarda təqdim olunan dəlillərə əsasən məlum olub ki, sən demə vəhhabilərin iman gətirdikləri məbud məhdud imiş. Yanı məbudlarının özünə məxsus şəkildə həddi vardır. Bu cür batil inancların arxasında "israiliyyat"-ın dayanması haqq əhlinə sirr deyildir. İslamın bünövrəsi olan tövhid inancı bu cür xurafatlardan münəzzəhdir. Rəsulullahın (s) sünnəsinin mühafizkarları olan məsum imamlar (ə) hər növ xurafatı gözəl və incə şəkildə rədd etdikləri kimi bu məsələnin də cavabın dəqiqliklə açıqlamışdılar. İnşAllah bu mövzuda Əhli-beytdən (ə) nəql olunan hədislərindən misallar təqdim olunacaq.

Hadd.jpg



#98833 Rafizilərin qəbrə səcdəsi

Отправлено автор: Fajr 02 июня 2013 - 01:29 в Şiə-sünni dialoqu

Necə ürəyimə almayım ki, Seyyid "torpaq üzərinə" ilə "torpağa (torpaq üçün)" fərqini anlatmaq istəyərkən mütərcim vurub mətnin gözünü çıxardıb. Onda bizim tərcümə olunmuş kitablarımızla Əbu Əli Əfəndi, Abu Zeyd və digər Əbular, Əxilər və mən nə bilim kimlərin cəfəngiyyatı arasında fərq nə oldu? Əslində onlara geydirmə tərcümələr və cəfəngiyyatlar yaraşır, lakin şiəyə bu cür naqis şeylər yapışmır axı!?

Çoxdan tərcümə olunmuş kitablarda səhvlər və boşluqlar çoxdur. Redakt və korrekt işlərində məsuliyyətsizlik hiss olunur. İndi şükürlər olsun ki, müəyyən irəliləyişlər var.

P.S Əbular, əxilər və s. tör-töküntülər irad tutsalar, qol-qabırğaların qırıb ər-Riyada yola salarıq.
Allah ədalətlidir və hər şey öz axarınca gedəcək. Ürəyivi sıxma. Zəif hədislərə dair açdığın mövzu çox faydalıdır. MaşAllah. Həmin kitabın linki ilə o mövzuda mənimlə də paylaş, zəhmət olmasa. Öpürəm nur yanağından
Изображение





#98831 Rafizilərin qəbrə səcdəsi

Отправлено автор: Fajr 02 июня 2013 - 01:15 в Şiə-sünni dialoqu

Mənim söhbətini etdiyim azərbaycan dilindəki sitatda "əs-Sucud aleyh"in iftira olduğu bildirilir. Mənim də e`tirazım oradan qaynaqlandı və tərcümədə şübhə yaratdı. İndi imkan varsa həmin sitatın orijinalını "paste" et. Tərcümələrin bərbad olması yeni məsələ deyil. "Haqqyolu" website? Haqqlarına girmək istəmirəm amma???? Tərcümələr mənim kimi qeyri-mütəxəssislər tərəfindən həyata keçiriləndə bu cür də olmalıdır.

Bu kitab çoxdan tərcümə olunub və tərcümədə nöqsanlar var. Tərcümə sahəsində boşluqlar çoxdur.

Buyur qardaşım:
من أنهم يسجدون لقبور أئمتهم ، فهو بهتان محض ، ولسوف يجمع الله بينهم وبين من افترى عليهم وهو أحكم الحاكمين ولقد أفرط بعضهم في الفرية ، فنسب إليهم ما هو أدهى وأمض ، وادعى أنهم يأخذون التراب من قبور أئمتهم ، فيسجدون له سبحانك اللهم هذا بهتان عظيم

Bu cümləni "فيسجدون له" mütərcim səhv tərcümə edib və beləliklə məna bir növ dəyişilib. Hər şeyi ürəyivə alma. :)



#98828 Rafizilərin qəbrə səcdəsi

Отправлено автор: Fajr 02 июня 2013 - 00:54 в Şiə-sünni dialoqu

İmkanın olsa aşağıdakı sitatın orijinalını buraya "paste" et.



Mənim gözlərim üstə, əziz qardaşım. Изображение Məsələ qeyd etdiyim kimidir. Sadəcə bizim dilə təcümə bir-az qəribə alınıb.

Xoyi (r.ə) açıq-aşkar qeyd edir:

، وإما غافل لا يفرق بين السجود لشئ والسجود عليه


"Onlar sadəcə olaraq bir şeyə səcdə etməklə bir şey üçün səcdə etməyin arasında olan fərqi dərk etmirlər."

"əl-Bəyan fi təfsiril-Quran", Seyyid Xoyi, səh. 472

Yanı əl-Alusi kimi bəzi bisavadlar iddia ediblər ki, guya şiələr Allaha deyil, torpağa səcdə ediblər. Bu da gülünc bir böhtandır.




#98826 Rafizilərin qəbrə səcdəsi

Отправлено автор: Fajr 02 июня 2013 - 00:31 в Şiə-sünni dialoqu

Abu Sufyan ordusu, Seyyid Xoyinin (r.ə) çatdırmaq istədiyi budur ki, bəzi cahillər var ki, iddia edirlər ki, guya şiələr Allaha deyil, torpağa səcdə edirlər. Yanı möhürü bir növ büt kimi istifadə edirlər. Bu açıq-aydın yalan və iftiradır. Изображение



#96701 Книга Сулейма ибн Гайса

Отправлено автор: Fajr 04 декабря 2012 - 18:36 в Суннито-шиитский диалог

Спешишь и смешишь. Твой "анализ" цепочки передатчиков вообще на свалку. Отпишусь как будет время...
Не все ученые считают книгу Сулейм б. Гейса проблематичной. Шейх ат-Туси, Шейх аль-Кулейни, Шейх ан-Наджаши, Шейх Бахр аль-улум, Аллам Сеййид б. Тавус, Аллама Маджлиси и многие другие ученые имеют мнение насчет достоврености данной книги.



#96700 Так одна ли дочь была у Пророка(асс)?

Отправлено автор: Fajr 04 декабря 2012 - 18:24 в Суннито-шиитский диалог

«О Пророк! Скажи женам своим, и дочерям своим, и женщинам верующих, чтобы они плотно опускали нa себя свои верхние покрывала. Так лучше, дабы могли они быть отличены… И не подвергались оскорблению» (Сура 33, аят 59) Из этого аята следует, что у Пророка(асс) было минимум 3 дочери.



Во-первых, тема насчет дочерей Посланника Аллаха (с) спорная. Например, Аллама аль-Амили написал отдельную книгу по данной теме, где сделал вывод, что у Пророка (с) была одна родная дочь и это ее светлось Фатима аз-Захра (с.а).

Во-вторых, этот аят не является доказательством того, что у Посланника Аллаха (с) было несколько дочерей, ибо имеется несколько коранических аятов, где существительное может идти во множественном числе, а относится к единственному числу. Аят может прийти в форме "аль-амм", а отнестись к "аль-хасс".

Например, Аллах говорит в Коране, в аяте "аль-Мубахиля" говорит: "Тому, кто станет препираться с тобой относительно него после того, что к тебе явилось из знания, скажи: "Давайте призовем наших сыновей и ваших, наших женщин и ваших, нас самих и вас самих, а затем помолимся и призовем проклятие Аллаха на лжецов!" (Коран, 3:61) Выражение "аль-ансуф" ("сами") приводится во множественном числе, но относится к одному человеку - Али ибн Абу Талибу (а). Выражение "ан-ниса" (женщины) в аяте приводится во множественном числе, но подразумевает одну женщину - Фатиму аз-Захру (а).



#96699 Крупнейший шиитский рассказчик свидетельствует против себя!

Отправлено автор: Fajr 04 декабря 2012 - 18:04 в Хадисы

Во-первых, хадис проблематичен по "санаду" по причине двух передтчиков: Мухаммада ибн Халид и Мансура ибн Йунуса. Максимум "санад" хадиса может доходить до уровня "хасан", что под большим сомнением по причине присутствия в "санаде" этих двух передатчиков. Например, несмотря на то, что некоторые ученые доверительно отнеслись к личности Мансура ибн Йунуса, покойный Аллама аль-Хилли (р.а) приводя хадис от него отметил, что Мансур был из секты "вакифи", правдивость, которого отметил ан-Наджаши, однако аль-Кашши (р.а) привел хадис (стр. 468), где говорится, что Мансур отказался в помощи Имаму Ризе (а), несмотря на, что у него были деньги в руках. 1) Несмотря на то, что некоторые его считают правдивым, он был из ложного течения - "вакифи"; 2) Он отказал в помощи Имаму Ризе (а). По двум данным причинам в "санаде" Аллама (р.а) хадис приведенный от него посчитал слабым (см. "Мухталиф аш-шиа", Аллама аль-Хилли, стр. 399)

Во-вторых, если даже "санад" хадиса возвести до уровня достоверности "матн" хадиса не имеет проблем. Ложь - "аль-кизб" ("аль-кизба") в шариате имеет не только смысл гнусного вранья, а имеет также смысл лжи, где именно можно, а порой и нужно лгать. Согласно шариату есть моменты, где выражение истины может привести к раздору и вражде. Или же, истина может вызвать смерть одного или же нескольких мусульман. В таких случая ложь предпочтительнее, чем истина. Также можно в определенных условиях применить ложь, чтобы примирить двух мусульман и т.д. Случаев много. По контексту хадиса очевидно ясно, что Абу Басир и др. сподвижники Имама ас-Садика (а) не применяли запретную ложь, ибо в данном случае Имам (а) не сказал бы им - "Нет! Имею ввиду ложь на Аллаха Азза ва Джалля...". Да еще, ясно видно, что Абу Басир подумал, что любая форма лжи независимо от места и положения нарушает пост. Имам (а) разъяснил, что пост портит только определенная ложь на Аллаха, Посланника Аллаха (с) и имама (а), а не та дозволенная ложь, которую все люди порой вынуждены применить.



#96697 Əbu Zeyd - "Şiəlikdə Tovhid"

Отправлено автор: Fajr 04 декабря 2012 - 16:45 в Şiə-sünni dialoqu

Əs-Salamu aleykum.
Çoxdandır foruma girmirəm və girəndə də bəzilərinin "ürək sözlərini" oxuyub təəssüf hissi keçirirəm.


Şiələrdə isə "Allahın əli"-nin qüdrət və qüvvət olması ilə bağlı səhih və mütəvatir dəlil yoxdur.


Cənab hənbəli_84, siz məgər bütün şiə hədis mənbələrini araşdırmısız? Dəliliniz nədir ki, bu mövzuyla bağlı mötəbər hədis yoxdur? Bəlkə hansısa şiə alimi deyib ki, bu mövzuyla bağlı mötəbər hədis yoxdur? Allah Təala Qurani-Kərimdə əmr edir ki, əgər doğru danışırsızsa dəlilinizi gətirin. Odur ki, zəhmət çəkib, Allahın əmrini yerinə yetirib sualıma cavab verin.



#95557 Şiələrin Allahı

Отправлено автор: Fajr 11 сентября 2012 - 22:50 в Şiə-sünni dialoqu

Mazaxistə bəzən "плетка" yedizdirmək lazımdır. Şiələr bunu gözəl bacarır, çünki haqq gələndə batil "плётка" yeyir. :gizildish:



#95555 Şiələrin Allahı

Отправлено автор: Fajr 11 сентября 2012 - 22:24 в Şiə-sünni dialoqu

Əs-Salamu aleykum və rəhmətullah.

Bismillahir-Rəhmanir-Rəhim.

İnsanlar dəyişdilər, savadlaşdılar, təfəkkür tərzləri artdı, hidayət olundular, bircə bizim vəhhabilərdən başqa...Nə düz-əməlli araşdırma aparırlar, nə doğma dildə düz-əməlli yazmağı bacarırlar.. Elə nə gördülər və nə eşitdilər yazırlar... Allah hidayət eləsin! Bizim işimiz dua etmək və işkalı cavablamaq olsun ki, Qiyamət günü əllərində bəhanə olmasın.

Bu hədisin Əhli-beyt (ə) tərəfdarlarına qarşı gətirilməyinin mənasını tam anlamadım. Əvvəla, İslam dininə əsasən Allah görsənməkdən, təşbihdən, təmsildən, zamandan və məkandan ucadır. Heç bir alimimiz Allahın görsənməsinə və s. kimi xurafatlara etiqad bəsləməyib və əksinə, bunun bu cür xurafatları Quran və hədislərlə rədd ediblər. Buna dair ayrıca kitablar yazılıb və kitablarda böyük fəsllər ayrılıb. İkincisi, əgər bir mövzu üzrə hədis gətirilirsə bu mövzu üzrə bu hədisə müxalif olan hədislərin olub-olmamasını araşdırmaq lazımdır. Əgər müxalif hədis və yaxud hədislər varsa, bütün bu hədisləri müxtəlif İslami elmlər yöndən araşdırıb yekün nəticə çıxarılmalıdır. Yox, əgər mövzu araşdırılmamış iddia irəli sürülüb dəlil kimi hədis gətirilirsə, demək ki, irad tutanın niyyəti saf niyyət deyil, qərəzli və şeytani niyyətdir. Qeyd olunan hədisə zidd hədislər isə olduqca çoxdur.

Kitabin adı “Kəmil az-Ziyarat”-dı. Yazib: Şia şeyhi ibn Qavlaveyh. Kitabin 142 səhifəsi: link burada “Günlərin bir günü, hz Fatimə (ə) evində, Allahın Rəsulü (s), İmam Huseyni (ə) öz əlinə götürdü. Birdən, ağlayıb, səcdə etdi. Bir az vaxt kecdikdə, o dedi: “Ey Fatimə! Ey Məhəmmədin qızi! UCALARIN UCASI BU SAATDA, BU EVDƏ, ÖZÜNÜ ƏN YAXŞI ŞƏKİLƏ, VƏ ƏN YAXŞİ YOL İLƏ, MƏNƏ GÖSTƏRDİ. Və dedi: Ey Məhəmməd! Sən Huseyni sevirsənmi?” Mən dedim: ” O mənim gözümün işıqıdı. Mənim xoş iyili bitkimdi, mənim ruhumun meyvəsidi, və iki gözümün arasında olan dəri parcasıdı”.

SONRA O (ALLAH) ÖZ ƏLİNİ İMAM HUSEYİNİN MÜBARƏK BAŞİNA QOYDU, VƏ DEDİ: Ey Məhəmməd! Bu yeni doğulmuş uşaq, onun üzərinə Mənim bərəkətim, salavatım, rəhmətim, raziliğim olsun, Mubarəkdi. Mənim gəzəbim, lənətim, əzabım, alcaldmağım, və ayıbım, onun qatili üzərinə olsun, və ona nifrət edənin üzərinə, və ona garşi gedənin üzərinə olsun. Bil ki, o şəhidlərin birincilərin və axirincilarin ağasıdı, bu dünyada və axirətdə, və cənnətdə cəvanlarin ağasidi”.



Hənbəli, və yaxud da Efendi, və yaxud da onun cızma-qaralarını paylaşan kəs, əvvəla, biz sizə heçnə isbat etməli deyilik, əksinə siz bizə dəlil gətirdiyiniz hədisin səhihliyin isbatlamalısınız, çünki Əhli-beyt (ə) məktəbinin bütün hədisləri rical elmə tabedirlər. Siz bizə qarşı hədis gətirsizsə onu araşdırıb gətirməlisiniz, əks halda gətirdiyiniz dəlilin heç bir dəyəri yoxdur. Kitabdan skanlar və "yüngülavari" tərcümələr keçərli deyil.

İkincisi, bu hədisin sənədi məqbul deyil və hədis - zəif hədislər silsiləsindəndir.

Şeyx Cəfər b. Muhəmməd b. Quvləveyh "Kamiluz-ziyarat"da (səh. 141-142) hədisi qeyd edəcəyim kəslərdən nəql edib:

حدثني أبي رحمه الله، عن سعد بن عبد الله، عن محمد بن عيسى بن عبيد اليقطيني، عن محمد بن سنان، عن أبي سعيد القماط، عن ابن أبي يعفور، عن أبي عبد الله (عليه السلام)

"Kamiluz-ziyarat", İbn Quvləveyh, səh. 141, № 166

Gördüyünüz kimi hədisin sənədində Muhəmməd b. Sinan adlı ravi vardır ki, bu da rical elmində məhşur rəyə əsasən zəif ravilərdəndir və bu raviyə etimad etmək qəti şəkildə mümkün deyil. Əllamə Seyyid Əbul-Qasim əl-Xoi (rəhmətullahi əleyh) özünün "Mu'cəmu ricalil-hədis" (17/169) kitabında qeyd edir ki İbn Əqidə, ən-Nəcaşi, əş-Şeyx (Şeyx ət-Tusi), Şeyx əl-Mufid, İbn əl-Ğədairi onun zəif olduğunu bildiriblər. Həmçinin, bu barədə məlumat üçün bir-başa Şeyx ət-Tusinin "əl-Fehrist"inə (səh. 219) və İbn əl-Ğədairinin "ər-Rical"ına (səh. 92) müraciət etmək olar.

Üçüncüsü, hədisi hətta mötəbər həsab etsək belə, bir sıra alimlərə görə hədisdə keçən "əl-Əliyy və əl-Əla" cümləsində məqsəd Allah Təala deyil, Allahın elçisi olan Cəbraildir (ə). Necə ki, Əllamə Məclisi (rəhmətullahi əleyh) bunu qeyd edib. Həmçinin, Əllamə (r.ə) qeyd edib ki, hədisdə keçən "əlini başına qoydu" cümləsi kinayədir və məqsəd ilahi rəhmətdir. ("Biharul-Ənvar", Əllamə Məclisi, 44/238)

Kimsə irad tuta bilər ki, hədisdə qeyd olunan sifətlər Allah Təalaya məxsusdur və bəzi şiə hədislərind də bu öz əksini tapıb. Cavab: Bu irad batil bir iraddır, çünki Allah Təala Qurani-Kərimin bir sıra ayəsində öz sifətlərini digər məxluqlara da nisbət verib. Misal üçün, Allah Təalə özünü bir sıra ayədə kərəm sahibi adlandırır (Qurani Kərim, 55:27, 55:78), digər ayələrdə isə bu sifəti mələklərə də nisbət verir. (Qurani Kərim, 80:16) Hədisdə keçən sifətlərin bir-başa Allaha şamil olmasına dəlil yoxdur və məqsədin Cəbrailin (ə) olması da mümkündür. Hətta ikinci ehtimal daha əfzəldir, çünki Allaha Təalanın görünməsi Qurani Kərim prizmasından və hədislərə əsasən qeyri-mümkün bir işdir ki, kəlam elmində bu geniş sürətdə izah edilib təsbit olunmuşdur. Bu cür fellər hədislərdə daha çox mələklərə nisbət verilib. Üstəlik, hədisin mətnində müəyyən zaman və məkanda "görsənməyə" işarə edilir ki, bu da bu hadisənin mələklərə nisbət verilməsi ehtimalını daha da gücləndirir, çünki Allah Təala zaman və məkandan münəzzəhdir ki, bu da sabit bir məsələdir.

Dördüncüsü, tərcümədə keçən "Dedim, ey Rəbbim, o mənim gözümün nuru, reyhanim..." cümləsi sizi çaşdırmasın, çünki hədisin originalında "ey Rəbbim" ifadəsi yoxdur və kitabın mütərciminin əlavəsidir. Orijınalda həmin cümlə belə keçir - "...نعم ؛ قُرة عيني ورَيحانتي" - "Bəli, o mənim gözümün nurudur, reyhanımdır..." Bunun şahidi olmaq üçün araşdırmağa ehtiyac yoxdur, "Kamiluz-ziyarat"da gətirdiyiniz skana baxmağınız kifayətdir.

Beşincisi, məhrum alim və arif Şeyx Əli Səadətpərvərin (rəhmətullahi əleyh) kitabından sitat gətirildiyi halda, niyə böyük arifin rəyi gətirilməyib? Məgər insafa sığır ki, bir alimin kitabından hədis gətirilsin, amma onun incə irfani izahı kənara atılsın? Bu öz növbəsində bir daha niyyətin şeytani olmasını bəlli edir.

Böyük arif olan Şeyx Səadətpərvərin (rəhmətullahi əleyh) hədisə olan kəlami və irfani qeydlərini və təvillərini olduğu kimi təqdim edirəm ki, insaf əhli bəhrələnsin (səh. 37-38):

Shehidlik_guneshi_Seadetperver_s_37.jpg Shehidlik_guneshi_Seadetperver_s_38.jpg


Mərhum Şeyxin (r.ə) qeydlərindən də bəlli olur ki, hədisi hətta mötəbər saysaq belə "görməkdə" məqsəd İlahi fəyzdən və təcəlladan bəhrələnməkdir. Həmçinin, "əl"də məqsəd "ilahi rəhmətdir".

La hövla və la quvvətə illa billah! Allah amanında!



#95329 İmam Hüseyni kim öldürüb

Отправлено автор: Fajr 01 сентября 2012 - 21:48 в Şiə-sünni dialoqu

Salam aleykum.

Vüsal, bir-az insafaları olsaydı əvvəlki yazıları oxuyardılar, çünki elə əvvəlki yazılarda belə mərhum şəhid Mütəhhəri (rəhmətullahi əleyh) ilə bağlı şübhələrə cavab verilib.

Təkrarən cavablamaqdan öncə bir müqəddiməni qeyd etmək istərdim. Əvvəla, bir alimin rəyi tarixi rəy ola bilməz. Analitik tarixə fərqli baxışlar ola bilər. Belə məsələlərdə sırf tarixçilərin rəylərinə söykənmək lazımdır. İkincisi, tarixi yöndən götürsək Mütəhhəridən qat-qat üstün alimlər olub və var. Misal üçün, Əllamə seyyid Mürtəza Əskəri (rəhmətullahi əleyh), Əllamə Mamaqani (rəhmətullahi əleyh), Əllamə Əmini (rəhmətullahi əleyh), Əllamə seyyid Hüseyni Milani və s. böyük tarixçilər olan yerdə Mütəhhərin sözlərini dəlil gətirmək səhvdir və yersizdir. Ən azı bu tarixçilər sırf İmam Hüseyn (ə) mövzusunda böyük təhqiqatlar aparıblar. Qayıdaq Mütəhhəriyə...

Mürtəza Mütəhhəri yazır:

«Əməvilər elə bir iş gördülər ki, İslam ləyaqətini müsəlmanlar arasında öldürdülər. Küfə İslam ordusunun mərkəzi olub. Əgər İmam Hüseyn (a) Küfəyə getməsəydi, bu gün bütün dünya tarixçiləri onu məzəmmət edərdilər ki, İraq İslam ordusunun mərkəzi olub və onlar da səni Küfəyə dəvət ediblər ve on səkkiz min nəfər de sənin Küfədə ki nümayəndənə beyət ediblər və sənə on iki min məktub göndəriblər, bütün bunların qarşısında sən nə üçün Küfəyə getmədin? Məgər İraqdan da yaxşı və üstün yer var idimi? Ümumiyyətlə, Küfə Peyğəmbərdən (s) sonrakı döyüşlərdə Ömər ibn Xəttabın göstərişi ile İslam goşununun yerləşməyi üçün salınmış bir şəhərdir və Küfə əhlindən daha şücaətli və cəngaver olan yox idi. Eyni zamanda on səkkiz min beyət edən ve on iki min məktub göndərən bir camaat, ibni Ziyadın üzünü görməklə, hamısı qaçırlar. Niyə?»

Şəhid Mürtəza Mütəhhəri - «Həmaseye Hüseyni», 1/91-92

"Niyə?" sualının cavabını elə Mütəhhərinin (rəhmətullahi əleyh) öz dilindən qeyd edək ki, vəhhabilərin dilləri bir-başa bağlansın və birdə bu mövzuya heç nəzər belə etməsinlər.

Mütəhhəri yazır:

«Çünki Ziyad ibn Əbih illərlə Küfədə hakimiyyət sürmüşdür, o gədər göz çıxartmışdı, o gədər əl-əyaqlar kəsmişdi, o gədər qarınlar yırtılmışdı, zindanlarda o gədər adamlar öldürülmüşdü ki, onlar tamamilə öz ləyaqətlərini əldən vermişdilər.»

Şəhid Mürtəza Mütəhhəri - «Həmaseye Hüseyni», 1/92

Dərhal sonra Mütəhhəri gözəl və düşündürücü bir cümlə qeyd edir...

«Çünki Əməvilər müsəlman millətinin ləyaqətinin əlinden almışdı, artıq heç kəs ozünde o İslami hissləri görmürdü».

Mütəhhərinin digər fikirlərini bu statusda qeyd olunub. Əllamə Mamaqani, Əllamə İştihardinin sırf tarixi fikirlərini isə bu postda oxumaq olar.

Əllamə seyyid Hüseyni Milaninin isə ayrıca من هم قتلة الحسين عليه السلام؟ شيعة الكوفة؟ ("İmam Hüseyni (ə) kimlər öldürdü? Küfə şiələri") adlı kitabı var ki, həmin kitabda bütün məsələləri dərindən araşdırıb. İnsaf əhli həmin kitaba müraciət edə bilər.

Allah hər birimizi 14 məsumun yoluna müşərrəf və hidayət eləsin! Həmçinin, Qiyamət günü Əhli-beytin (ə), məxsusən də İmam Hüseynin (ə) imamətini qəbul edənlərdən qərar versin. Amin!






#95126 Ваххабитский ученый: Ибн Усеймин

Отправлено автор: Fajr 20 августа 2012 - 21:51 в Суннито-шиитский диалог

geogrd

кто он? Ибн Усеймин

Ваххабитский шейх, который не отрицал, что Аллах "джисм" (материя). Ихнее божество - материя, но своебразная материя. Наузу биллах!

"Аллах" ваххабитов со слов ваххабитского шейха аль-Усеймина



#94804 Вопросы шиитам

Отправлено автор: Fajr 07 августа 2012 - 02:34 в Суннито-шиитский диалог

Шейх ал-Кулейни (ра) передал в "аль-Кафи":

محمد بن يحيى، عن أحمد بن محمد بن عيسى، عن حماد بن عيسى، عن حريز عن زرارة ومحمد بن مسلم وبريد العجلي قالوا: قال أبوعبدالله (عليه السلام) لحمران بن أعين في شئ سأله: إنما يهلك الناس لانهم لا يسألون.



Когда Хумран б. Айан кое-что спросил у Имама Джафара ас-Садика (а), имам (а) сказал: "Люди погибают по причине того, что не спрашивают о том, о чем не знают".

"аль-Кафи", Шейх ал-Кулейни (ра), 1/41, хадис №2



Аллама Маджлиси в "Мират ал-укуль" (1/129) сказал: "Хадис достоверный ("сахих")".

Уважаемые критики, лучше спрашивайте, чем читать и копировать всякие ложные статейки на разных интернет ресурсах. :rolleyes:




Рейтинг@Mail.ru