Перейти к содержимому


Публикации Abdullah Muhajir

5 публикаций создано Abdullah Muhajir (учитываются публикации только с 21-апреля 23)


#68144 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Abdullah Muhajir 05 января 2011 - 14:13 в Обсуждение актуальных новостей сайта

Ayətullah Şirazidən hicabla bağlı fətva

İslam-Azeri.Az İnternet qəzetinin "Haqyolu.com" saytına istinadən verdiyi xəbərə görə, İslam dünyasının tanınmış alimlərindən olan mərceit təqlid müctehidi Ayətullah-üzma Nasir Məkarim Şirazi Azərbaycan Respublikasında hicab problemi ilə bağlı sorğuya cavab olaraq fətva verib.

Fətvanı olduğu kimi saytın izləyicilərinin diqqətinə çatdırırıq:



"Bismihi Təala


Nəzərə alsaq ki, Azərbaycan Cümhuriyyəti tam İslam məmləkətidir və onun əhalisinin əksəri müsəlman, Əhli-beyt (ə) məktəbinin davamçısıdır, vacibdir ki, bu ölkədə İslam hökmləri, o cümlədən hicaba riayət edilsin.
Xalq dinc yollarla dövlətin hicabla bağlı bu antiislam göstərişinə qarşı müqavimət göstərməlidir. İcazə verməməlidirlər ki, bu müsəlman ölkəsində İslam müqəddəsliklərinə qarşı addım atılsın. Əlbəttə ki, müsəlman qızlar öz təhsillərini davam etdirməlidirlər. Eyni zamanda qeyrətli Azərbaycan xalqı hicaba qarşı belə bir yanlış göstərişlə razılaşmamalıdır.
Azərbaycanın hörmətli dövlət rəsmilərinə məsləhət görülür ki, xalqla həmfikir olsunlar və biganələrin hiylələrinə aldanmasınlar. Mən müctehidlərin çiynində olan və sərhəd tanımayan vəzifəmə əsaslanaraq, vacib və zəruri olanları ərz etdim. Həmişə müvəffəq olun.

6 dey 1389 (27 dekabr 2010)

Nasir Məkarim Şirazi"


Hörmətli "Ayətullah" öz ölkəsində gecə 12-dən sonra fəaliyyət göstərən yerlər,saysız hesabsız geylər və lezbilər,milyonlarla İslamdan imtina edən İranlılar barəsində də fətva versə yaxşı olardı.



#68141 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Abdullah Muhajir 05 января 2011 - 14:08 в Обсуждение актуальных новостей сайта

Bunun Sionistlərin işi olması şübhəli məsələdir.Çox vaxtı belə kimi vəziyyətlərdə günahkar Sionistlər,Amerikalılar və başqaları elan edilir.İstənilən halda yersiz bir qadağadır.Əlbəttə ki,buna mənfi baxıram.Ancaq cəmiyyətdə haqsızlığın hər növü var.Nədənsə agentlər belə kimi özlərinə sərf edən situasiyalrda ayağa qalxırlar.



#68060 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Abdullah Muhajir 04 января 2011 - 19:41 в Обсуждение актуальных новостей сайта

Cümə günü Tehranın, Ərdəbilin və hətta Nəcəfin Cümə xütbələrində Hicab qadağası pislənilib.


Elədir ki var.Azərbaycanda inqilab həvəsində olanların gözlərinə işıq gəlib.



#68058 Azərbaycanda hicab qadağası rəsmən təsdiqləndi

Отправлено автор: Abdullah Muhajir 04 января 2011 - 19:39 в Обсуждение актуальных новостей сайта

Bu mənasız bir qadağa olmaqdan əlavə,İran və havadarlarının işinə yarayır.



#68055 Səfəvilər dövründə sünni-şiə məsələsi

Отправлено автор: Abdullah Muhajir 04 января 2011 - 19:19 в Şiə-sünni dialoqu

Sünnilərin sayı Səfəvilərə qədər hər yerdə çox olub.İran və Azərbaycan da daxil olmaqla.Onlardan sonra kəskin şəkildə azalıb.Bu qətliamı sübut edən əsas faktlardan biridir.




Рейтинг@Mail.ru