Перейти к содержимому


Публикации Scout

8 публикаций создано Scout (учитываются публикации только с 25-апреля 23)


#82146 Sual-Cavab

Отправлено автор: Scout 12 октября 2011 - 08:28 в Ümumislam mövzular

Scout, 1 və 2 nömrəli suallarda aydın olmayan məqam var. Bu 3 min manat xümsü verilmiş puldur? Ya necə? Tutaq ki, keçən il xüms vermisiniz və 3 min manatınız qalıb? əgər belədirsə, xümsü verilmiş mal artıq təmizlənir və ona bir daha xums gəlmir. Çünki xums sizin illik gəlirinizdən hesablanır.

Əlbəttə ki, xumsu verilmiş puldur. Gəlin sualı belə qurum onda. Tutaq ki, dediyim kimi, mənim keçən ildən qalan 3000 manat təmizlənmiş pulum (xümsü verilmiş malım) var. Bu il yeni qazancım da olub, xərcləmişəm, borc vermişəm və s. İndi bu ilki xums günüm çatanda baxıb görürəm ki, əlimdə 1000 manat pulum var, (bu il) borca verdiyim pul da 2000 manatdır, cəmi edir 3000 manat. İstər əlimdə olan miqdara, istərsə də borc verdiyim pul mənə qayıdandan sonra o pula, ümumilikdə, bu məbləğə, bu 3000 manata xums çıxarmalıyam, ya yox?



#82120 Sual-Cavab

Отправлено автор: Scout 11 октября 2011 - 22:49 в Ümumislam mövzular

İslam dövlətində vergi müfəttişi çalışmaq fikrinə düşdün?

Anlamadım, bu şər'i məsələdir, vergi müfəttişliyinin buna nə dəxli var? Qarşıya məsələ çıxıb, mən də sual vermişəm. Sualda nəsə problem var ki?



#82118 Sual-Cavab

Отправлено автор: Scout 11 октября 2011 - 22:40 в Ümumislam mövzular

Hansı müctehidə təqlid edirsiniz?

Seyyid Əli Sistaniyə.
Başqa müctəhidlərin nəzərini də bilmək maraqlı olardı.



#82113 Sual-Cavab

Отправлено автор: Scout 11 октября 2011 - 22:11 в Ümumislam mövzular

Salam əleykum. Suallarım xums barədədir.

1. Əgər mən keçən ilki xums günümdə artıq qalan qazancımın xumsunu çıxardıqdan sonra əlimdə 3000 manat pul qalıbsa, bu ilin xums günü çatanda (bu il ərzində qazansam da, xərcləmişəm) görsəm ki, əlimdə 3000 manat pul qalıb, bu pula xums düşür, ya yox?
2. Əgər birdən bu 3000 manat keçən ildən əvvəlki illərdə xumsu çıxarılmış pul olarsa və bu ilin xums günündə əlimdə 3000 manat qalarsa, bu halda hökm 1-ci sualdakı məsələnin hökmü ilə eynidir, ya yox?
3. Əgər yuxarıda qeyd etdiyim kimi, keçən ildən (və ya əvvəlki illərdən) qalan 3000 manat xumsu çıxmış pulum varsa və bu il ərzində də yenidən 6000 manat qazanıb, onun 2000 manatını kiməsə borc vermişəmsə, bu ilin xums gününə qədər əlimdə olan bu 7000 manatı (3000+4000) xərcləsəm, sonradan o 2000 manat borc verdiyim pul əlimə gəlsə, o pulun hökmü necə olur?

Suallara ayrı-ayrı yanaşıb cavablandırmanızı xahiş edirəm.



#72077 Sual-Cavab

Отправлено автор: Scout 14 апреля 2011 - 16:32 в Ümumislam mövzular

Əssəlam əleykum. Cameyi Kəbirə ziyarətinin ərəbcəsi lazımdır. Netdə axtardım, amma tapa bilmədim. Bəlkə kimsə kömək edə bilər.



#68357 Sual-Cavab

Отправлено автор: Scout 07 января 2011 - 23:49 в Ümumislam mövzular

Mesele burasindadir ki, biz dunyevi olkede yashayiriq. Ona gore de ilk novbede nigah baqlasinlar. Eger qizin 18 yashi tamam olubsa.
Evvəlcəden qızın ərizəsini yerli polis bölməsinə vermek lazim deyil. Bu artiq ishdir. Qizin oqlana bir "raspiska" yazmasi da kifayet eder. Yeni polis bolmesi, birden qizin atasina xeber verer. O da qizi "домашный ареста" salagaq. Oqlan da mecbur olar ginayyete (meselen qapini sindirmaq) el atacaq.


O, da polis..
Cox guman ki, oqlandan pul qopararlar.
Niqah haqqinda qeyd ve qizin raziliq erizesi (oqlana versin) kifayetdir ki, mehkemeni udsunlar.


Qızın 18 yaşı tamamdır. Ərizə məsələsini ona vəkil başa salıb, mən təfsilatı ilə bilmirəm, oğlanın özünə isə ətraflı izah edib ki, sabah atası şikayət etsə, oğlangilin başı ağrımasın. Mən o qanunları bilmirəm, ona görə də, bu haqda bir fikir deyə bilmərəm, mən qardaşın mənə dediklərini yazmışam.



#68301 Sual-Cavab

Отправлено автор: Scout 07 января 2011 - 12:46 в Ümumislam mövzular

Birden vehabi zad olar. Sonra qizi da vehabiye ere verer. Bedbext eliyer. Oqlan ve qiz momindilerse qoy tezlikle evlensinler. Belke kishini de imana getirdiz.
Amma sheriete gore (muselmandirsa!) gec-tez valideynin halaliqini almaq lazim olar, yeqin

Elə onun kimi bir şeydir. Şiə namazı qılır, amma "elmli" kimi tanıdığı bir nurçu tanışı var, onun yanına gedib-gəlir, elə dediyinə görə, təlağı da ona oxutdurub :))


Qardaşım baxır əqd hansı şərtlərlə oxunub.Yəni öz aralarında necə razılaşıblar ,bəlkə elə müvəqqəti əqd oxunub bir birlərinə məhrəm olub harasa qedib gəlmək ücün.
Qız bakirədirsə onun atasının mütləq halallığı lazımdır.

Əqd daimi kəbin kimi oxunub, heç bir xüsusi şərt filan olmadan. 52 qram qızıl mehriyyə yazılıb, şahidlər, valideynlərin halallığı və s. hamısı öz yerində. Təbii ki, əvvəlcədən (nişanlanarkən) oxunmasının səbəbi məhrəm sayılsınlar deyə olub, yoxsa toy olmamış başqa nəyə görə oxunacaq ki. Amma yenə də müvəqqəti söhbəti filan olmayıb. Bakirədir, halallığa da gəldikdə, islamda halallığı neçə dəfəyə alırlar bəyəm? :)


Əqd oxunubsa ixtiyar oğlanın əlindədir və qızın atası təlaq oxutdura bilməz. Üzük isə, şəri baxımdan şərt deyil. Oğlan qızı şəri baxımdan qaçırtmır. Sadəcə atası evindən götürüb öz evinə gətirir. Burada heç bir problem yoxdur. Bu ürfdə qaçırmaq sayılacaq. Şəri baxımdan öz halalıdır.

P.S. Bəzi ataların bu problemi var da... Öz burunlarının ucundan başqa bir yeri görmək istəmirlər.

Məsələ də bundadır ki, qardaş qızı götürüb evinə apararsa, bu əməlin şəri baxımdan "qaçırmaq" sayılıb-sayılmamasını bilmək istəyir. Çünki məncə müctəhidlər qız qaçırmağı caiz bilmirlər. Ancaq güman ki, onlar dədə-baba qaydası ilə qaçırmağı nəzərdə tuturlar. Bu vəziyyətdə isə, sən dediyin kimi, yalnız ürfdə buna qaçırmaq kimi baxacaqlar, atası çəkəcək şalvarını başına ki, ay haray, qızımı qaçırıblar :))


Allah hamınızdan razı olsun. Görək də nə olur. Qardaş bir tanış vəkil tapıb, onunla da məsləhət edib. Hüquqi baxımdan sonradan bir problem olmasın deyə, fikri belədir ki, əvvəlcə qızın ərizəsini yerli polis bölməsinə təhvil versin. Yəni, mən filankəs öz razılığımla filankəsə ərə gedirəm və s. Ərizənin məzmunu təfsilatı ilə yadımda deyil, orda başqa şeylər də yazılmalıdır. Sonra da dərhal gedib ZAQS-da qeydiyyatdan keçməlidirlər. Bundan sonra əgər qızın atası polisə şikayət etsə ki, filankəs mənim qızımı qaçırıb (hansı ki, buna 99% ehtimal var), onda polis o ərizəni kişinin gözünə soxacaq və deyəcək ki, sürüş burdan, əks halda sənin özünü bu hərəkətinə görə mühakimə edərik. 20-30 gündən sonra isə, namaz əhlindən olan nisbətən yaşlı 3-4 nəfəri atasının yanına göndərmək istəyir. Oturub onu dinlə, şəriətlə, insafla başa salmağa çalışarlar, başa düşər, lap yaxşı, barışarlar, başa da düşməz, özü bilsin.

Allaha təvəkkül, inşallah yaxşı olar.



#68229 Sual-Cavab

Отправлено автор: Scout 05 января 2011 - 23:11 в Ümumislam mövzular

Səlamun əleykum. Bir yaxın qardaşın problemi haqda məsləhət almaq istəyirəm. Demək bu qardaş bir neçə ildir ki, namaz əhli olan hicablı bir xanımla nişanlıdır və kəbinləri də kəsilib. Qardaş da namaz əhlidir. Əvvəl gündən qohumlar arasında heç bir problem olmayıb, hər cür razılıqla nikah bağlanıb. Amma son vaxtlar qızın atasının başına nə düşübsə, onların evlənmələrinə razı deyil. Oğlanın dediyinə görə, atası çox qəliz adamdır, namaz qılandır, amma bilinmir heç hansı dinə-məzhəbə qulluq edir. Səbəb kimi boş-boş şeylər gətirir, ay nə bilim, qızıma niyə bəzi qadağalar qoyursan və s. bu tipli bəhanələr. Bu da deyir, qız bu kimi məsələlərdə mənimlə razılığa gəlirsə, bunun kimə nə dəxli var axı? Belə də ki, yalnız şəriət daxilində olan qadağa filan qoyur. Bəlkə qadağa da deyilməz onlara, məsələn, tutaq ki, deyir filan yerə getməyini istəmirəm, qız da razılaşıb getmir. Hətta qızın atası deyir sizin təlağınızı oxutdurmuşam, əl çək qızımdan. Bu da deyir necə oxutdurmusan axı, mənim razılığım və xəbərim olmadan. Hətta üzüyü də gətirib qaytarıb oğlana. Qardaşa bir neçəmiz məsləhət görmüşük ki, öz xoşuyla gedib təlağını oxutsun, o cür adamla başını ağrıtmasın. Qız da mehriyyənin yarısını istəmir bundan. Amma oğlan da, qız da, heç biri bu kəbini pozmağa razı deyillər. Və oğlanın beyninə çıxış yolu kimi ancaq qızı qaçırmaq düşüb. Qaçırmaq deyəndə ki, qız özü razıdır oğlanla getməyə. Ancaq bu variantın şər'i baxımdan hökmünü bilmir və öyrənmək istəyir. Qızın atasını sözlə yola gətirmək qeyri-mümkündür, hətta öz qohumları da o evdə olanda onun qapısını açmır, çox dözülməz adamdır. Bu qardaşın şər'i vəzifəsi nədir indi? Başqa hər hansı bir məsləhətiniz də olsa, buyurun, Allah razı olsun.




Рейтинг@Mail.ru