Перейти к содержимому


Публикации Abdulla

1 публикаций создано Abdulla (учитываются публикации только с 28-апреля 23)


#69119 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: Abdulla 21 января 2011 - 23:47 в Əqidə və fiqh

Doğru rəvayətlərin və düzgün hədislərin bəyan etdiyinə binaən İmam Zaman (ə.s) "La ilahə illəllah, Muhammədən Rəsulullah" şəhadətlərini öz mübarək dili ilə təsdiq edib. Lakin "Ənə Huccətullah" buyurmaqla bu şəhadətlər kimi Əliyyən Huccətullah şəhadətini öz dövrü imaməti üçün təsdiq etməyib. Bu səbəbdən Əliyyən Huccətullah şəhadəti bədayə uğrayıb. Buna əsasən Əliyyən Huccətullah şəhadətinin Məhdiyyən Huccətullah şəhadəti ilə əvəz olunması vacibdir!
Allah istədiyini saxlar, istədiyini aradan aparar. Ümmül kitab onun yanındadır.

Bu, heç bir dəlil ilə inkarı mümkün olmayan həqiqətdir ki, hər bir müsəlmanın yaşadığı müddətdə zamanın imamına bey'əti olmalıdır. Bu, əvvəl də belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. Ancaq indiki zamanda bey'ətin şərait və şərti başqadır. Belə ki, imam fürudan qaibdir. "Yer üzü höccətsiz ola bilməz" dəlilinə binaən, üsulən isə zahirdir. Bəs bu şərait və şərt daxilində biz öz boynumuzda olan vacib bey'əti necə əmələ gətirə bilərik? Bunun ancaq bir şərti var - o həzrətin hüccətullah olduğuna şəhadət vermək (Əşhədu ənnə məvlana Məhdiyyən Huccətullah). Digər şərti bu bey'ətin gün ərzində təzələnməsidir. Bu şərti əmələ gətirmək üçün ən münasib zəmin azan və iqamədir. Lakin azan və iqamə müstəhəb, bey'ət isə vacibdir. Nə etməli? Buradan hökmü-sanəvi irəli gəlir. Vacibi tərk etmək mümkün olmadığından, zərurət irəli gəlir ki, azan və iqamə vacib sayılsın. Bütün bunları nəzərə alıb azan və iqaməni vacib bilirəm. Bu hökm ədalətdən uzaq deyil, bəlkə ədalətin özüdür.

Zəmanə İmamına beyəti olmayan muctəhidə təqlid haramdır. Qeybət dövrü İmam Zamana beyətin üsulunu bilməməzlik üzündən olmuş olsa belə.


Bu fətvanın müəllifi Hərdəranda yaşayan Fəxrəddindir. Bakıda və bəzi kəndlərda azsaylı tərəfdarları var ki, əksəriyyəti az savadlı ticarətçilərdir (Savad və məntiqi olan heç kəs onlarin əqidəsinə düşməz - aşkar olarag Gur`ana zidd olduğundan). Əqidələri budur (mənə onlarla bəhslərdən məlum olandan 10 məsələ geyd ediram - bir çox əqidələrini gizli saxlayırlar):
1. Nəinki Azan-İqamədə, həm də ümumiyyətlə "Əşhədu ənnə Aliyyun-valiyullah" demirlər, o səbəbə ki, indiki dövrdə Əli(ə)-ı Allah valisi hesab etmirlər.
2. Allaha tavakkül etməklə bağlı duaları, məs:"Allah, filan işimi sənə tapşırdım,ya filan işimə kömək ol" deməyi haram bilirlər, o səbəbə ki, deyirlər:"Allah bəndəyə xidmətçi deyil". Deməli onlarin əqidəsinə əsaslansaq: "Salavat-Allah, Muhammad və ali-Muhammada salamını göndər" - Allaha iş buyurmaq və haram işdir.
3. 12-ci imam (ə)-ı qeybətdə yox, hazır bilirlər, zühurunu ğözləyənlərə məsxərə edirlər:"Ğözlə imam zühur edəcək". Mərcələrə təqlidi haram bilirlər. Bundan belə nəticə çıxır ki, rəhbərləri olan Fəxrəddini 12-ci imam (ə)-la əlaqəli bilirlər. Bu nəticəni həm də xümslərini Fəxrəddinə vermələri təsdiq edir.
4. Allahı yox, 12-ci imam (ə)-ı "Rabbəl aləmin" hesab edirlər, o səbəbə ki,dövrün imamı kimi onu aləmlərin tərbiyəçisi hesab edirlər. Halbuki yaddan çıxarıblar ki, imam (ə) özü də aləmlərə daxildir və onun tərbiyəsi Allaha aiddir.
5. 12-ci imam (ə)-ın imamətini h.q.260-cı ildən yox, azindan dünya yaranandan qəbul edirlər. Peyğəmbər (s) və imamların (ə) imaməti dövründə belə 12-ci imam (ə)-ı üstün bilirlər.
6. 12-ci imam (ə)-ı ya əzəli, ya ilk yaradılmış hesab edirlər. hər 2 variantı onlardan eşitmişəm, ancaq Fəxrəddini şəxsən tanımadiğımdan bunların hansını qəbul etdiklərini dəqiq bilmirəm.
7. Əmr-bə-mə`ruf və Nəhy-əz-münkər etməyə içazə vermirlər, o səbəbə ki, Əmr-Nəhyə imamın (ə) içazəsilə olmalıdır.
8. Onların əqidəsində olmayanlara xüms, zəkat, sədəqə verməyi israf hesab edirlər.
9. İndiki dövrdə 14 mə`sumu yox, ancaq 12-ci imam (ə)-ı hüccət sayırlar.
10. Hesab edirlər ki, azan-iqamədə gündə bir neçə dəfə 12-ci imam (ə)-a bey`ət təzələnməlidir. Belə mə`lum olur ki, bey`ətlərini hər dəfə sındırıb yenidən bey`ət edirlər.

Beləliklə deyilənlərə qısa cavab verək.
1- indiki dövrdə Əli(ə)-ı Allah valisi hesab etmirlər, ona ğörə "Əşhədu ənnə Aliyyun-valiyullah" demirlər. Bu məntiqlə "Əşhədu ənnə Muhammadan rəsulullah" da deməsinlər, çünki Muhammad (s)-ın peyğəmbərlik dövrü bitib.
2- Bəqərə 250,251-ci (və yüzlərlə başqa bu qisim ayələr):"Ey Rəbbimiz, bizə səbr, dözüm nazil et, qədəmlərimizi möhkəmləndir və bizə ... kömək et. ...Allah ona səltənət,hökmdarlıq və hikmət verdi". Deməli Allahdan istəmək və Allahın verməsi Gur`anda bəyənilmişdir.
3- İmamın (ə) zühuru ilə bağlı 3000-dən çox hədis var və öz yazılı göstərişinə əsasən ümumi naibləri mərcəi-təqlidlərdir. Eyni zamanda əimmədən çatan hədislərə əsasən özünü 12-ci imam (ə)-ın naibi, ya onunla daimi əlaqəli iddia edənlər yalançıdır.
4- Fatihə-2: "Həmd aləmlərin Rabbi olan Allahadır" + Fatir-1:"Hamd ... Allaha məxsusdur".
- Bəqərə-272:"...hidayət edən Allahdır...",yə`ni imam (ə)-ı da hidayət edən Allahdır,
- Ali-İmran-80:"Sizə mələk və peyğəmbərləri Rabb ğötürmək yaraşmaz",
- Rə`d-16:"...göylərin və yerin Rabbi kimdir? De - Allah" və s. ayələr.
5- Əhzab-56:"...Ey iman gətirənlər...peyğəmbərə tam tabe olun", yə`ni imam (ə) peyğəmbərə və gətirdiyi dinə tabedir, əksinə yox.
6- Hər 2 halın mümkünsüzlüyü aşkardir.
7- Əl-İmran-110:"Siz Əmr-bə-mə`ruf və Nəhy-əz-münkər etdiyinizdən ən yaxşı ümmətsiz".
- Əl-İmran-113-114:"...Kitab əhlindən 1 dəstə...Əmr-bə-mə`ruf və Nəhy-əz-münkər edir...", və s. ayələr.
Yə`ni Əmr və Nəhy Allahın bütün ümmətlərə vacid buyuruğudur. Heç 1 dövrdə ancaq peyğəmbər-imam (ə) icazəsilə Əmr və Nəhy etmək olar kimi məhdudiyyət mövcud olmayıb.
8- Xüms, zəkat və sədəqələrin verilmə ünvanlari Gur`anda göstərilib (məs.Ənfal-41,Bəgərə-273,Tövbə-53,54,60). 40 ildzn az ömrü olan bu əgidənin Gur`anla heç 1 əlaqəsi olmadığından bu əqidə bid`ətdir.
9- 14 mə`sumun hamısı hüccət olmasaydı, onlardan çatan hədislərin və ümumilikdə 14 mə`sumun sünnəsinin heç 1 əhəmiyyəti olmazdı.
10- Bey`ətini sındırmayanin yenidən bey`ət etməsinə ehtiyac yoxdur. Bey`ət isə gəlbən imamın imamətini təsdiq etmək və imamətə mə`rifətlə hasil olur, başqa yollarla yox.

Əlavə olaraq qeyd edim ki, Fəxrzddin futbolçu olub, sonradan bu əqidəni yaradaraq təbliğ edir. Son illərdə yaranması onun batil olmasina ən aşkar dəlildir.




Рейтинг@Mail.ru