Перейти к содержимому


Публикации elizamanov

1 публикаций создано elizamanov (учитываются публикации только с 28-апреля 23)


#70359 Forumun inqilabi qərərgahı

Отправлено автор: elizamanov 10 марта 2011 - 02:11 в Игры, приколы, анекдоты и другие забавы

Salamun aleykum ey Huseyni qardaslarim!

Bu gün ərəb inqilablarından doğan eyforiya insanların gözlərini bürüyüb. Acınacaqlısı budur ki, dindar insanlarımız, mömün bacı və qardaşlarımız Amerika və İsrailin qurduğu oyunun peşkasına çevrilirlər. Mömünlərin problemləri yoxdurmu? Əlbəttə ki, var. Ancaq heç bir dindar özünə sual vermir ki, on illərlə Misiri qan çanağına çevirən Mübarəki əl üstündə tutan, dəli Qəddafinin əlindən öpən Qərb bir anda Afrikada insan haqqlarının olduğunu xatırladı. Tutalım xatırladı. Azərbaycanda baş verənlərdəmi təsadüfdür? Necə olur ki, illərlə İsrailə, Amerikaya nökərlik edənlər, adlarının İslam Partiyası ilə çəkilməsindən belə narahat olanlar birdən birə hicablı ana-bacılarımızın müdafiəçisinə çevrilir, dindarlarımızı cihada dəvət edirlər. Doğrudanmı neçə ildən bəri unudulan dindarlarımız Amerika və İsrailin yadına düşdülər? Halbuki bu Fələstində qardaşlarımızı qanına qəltan edən sionistlərin öz planlarını həyata keçirmək üçün dindarlardan istifadə etmək cəhdindən başqa bir şey deyil. Amerika və İsrail Azərbaycan üzərindən də İrana savaş açmaq istəyir. Qarşısındakı maneə Azərbaycan prezidentidir. “Ölkəmin ərazisindən qonşu dövlətə qarşı hücuma yol verməyəcəyəm” deyən prezident sionist rejimə lazim deyil. Bunun üçün öz nökərlərinin cəsarətinin yetmədiyini bildiklərindən imanlı qardaşlarımızdan istifadə edərək Azərbaycanda sionist rejim qurmaq istəyirlər. Buna imkan verməməliyik!




Рейтинг@Mail.ru