Перейти к содержимому


Публикации yalquzag

1 публикаций создано yalquzag (учитываются публикации только с 29-марта 23)


#5963 Sünnü qardaşlara sual

Отправлено автор: yalquzag 11 февраля 2009 - 20:54 в Şiə-sünni dialoqu

Atento 11.12.2008, 16:03

Sünnü qardşların Qurandan sonra II kitab adlandırdıqları Səhih Buxaridə Rəsulullahdan belə bir hedis var:

Rəsuli Əkrəm dedi: "İnsanlar Cehenneme (od) atılacaq ve Cehennem dilə gələcək: Başqa kim var gələsi? Bu zaman Allah nəüzubillah ayağıni odun üzərinə qoyocaq ki digərlərinə də yer eləsin ve cehennem deyecek besdir,besdir! "

Sahih Buxari, Cild. 6, Hədis 371

Bu hədis barede onların fikrini dinləmək mənə maraqlı olardı


Mən bu hədisi "Səhihu Buxari"də tapa bilmədim. Orada olmasını da inkar etmirəm. Amma "Sünəni Tirmizi"də (türkcə) "Cennetin özellikleri babı, Bölüm: 20, Cennet ve Cehennem ikisi de ebedîdir, 2557" və bir də
"Səhih Muslim"də (türkcə) "Cənnət (və ya 51- CENNET VE ONUN NİMETLERİ İLE CENNETLİKLERİN SIFATI BAHSİ), 13- Cehenneme Zalimlerin Cennete De Zayıfların Gireceği Babı, 37- (2848) və 38"-də tapıb oxudum. Tirmizi bu hədisi
həsən-səhih qiymətləndirir. Muslim isə bu hədisi Qurani Kərimin Qaf surəsinin 30-cu ayəsinin təfsiri kimi gətirir:
"O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcəyik, o isə: “Yenə varmı?” – deyə cavab verəcəkdir." 50-Qaf surəsi ayə-30
O ki qaldı buna necə baxmağımıza Allahın (s.t) zatı haqqında ayələrdə və səhih hədislərdə nə gəlirsə biz bunu gəldiyi kimi də qəbul edirik və əlimizdə heç bir dəlil olmadan bunun məcazi və ya digər mənalarda işləndiyini, yaradılmışlara, onların orqanlarına və ya hissələrinə bənzədiyini iddia etmirik və bele şeylərə də şərh vermirik və şərh verməkdən də Allaha (subhanəhu və təalə) sığınırıq. Çünki, hətta insanların ən ağıllısının belə idrakı bunları dərk etmək üçün çox cılız və acizdir.

Subhani

Hedisin tam tefsilatın oxuduqdan sonra mende bir sıra suallar yaranıb:
1. Allah Teala Cehennemi yaradanda onun tutum hecmini bilmirdi (neuzu billah)? Yani, xeberi yox idi ki, ne geder insan cehennem girecek? Mence İslam dinine göre O her şeyi bilendir axı.
2. Qurani Kerimde aye var ki, “...O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq "Ol!" deyər, o da (dərhal) olar.” (Ali-İmran, 3) Allah Teala tekce “Ol” demeknen cehennemi genişlendire bilmezdi? Yoxsa gerek mütleq ora ayağın (neuzu billah!) salmalı idi?


Mənə elə gəlir ki siz hədisi heç də təfsilatı ilə oxumamısınız. Çünki orda belə bir şey yoxdur ki, Cəhənnəmdə yer olmadığı üçün Allah (sanki, kisəyə nəyi isə yığıb presləyirmiş kimi (Allaha sığınıram)) ayağı ilə basıb oranı genişləndirəcək. Bu cür məxluqata xas olan şeylərə bənzətmə ilə müqayisə bunu edənin daha geniş düşünmək imkanının olmadığından xəbər verir.
Əksinə orada göstərilir ki, Cəhənnəm dolmur və yenə də istəyir. Bunu Qaf surəsinin 30-cu ayəsi də sübut edir. Tirmizidə isə bu hədisin bəhs etdiyimiz hissəsi belədir:
"...
Geriye Cehennemlikler kalacaklar onlardan bir gurup Cehenneme atıldıktan sonra şöyle denilecek “doldun mu” Cehennem de diyecek ki: “Daha fazlası var mı?” Sonra bir gurup daha atılacak ve yine doldun mu? Denilecek. Cehennem de: “daha fazlası var mı? diyecek Cehennemliklerin hepsi Cehenneme dolduruldukları vakit Rahman olan Allah ayağını Cehenneme koyacak ve ondakiler birbirlerine sıkışacaklar sonra Allah yeter mi buyuracak Cehennem de yeter yeter diyecektir. ..."
Əgər hədis səhihdirsə (və çox güman ki, belədir) və burada ayağın məcazi və ya başqa mənada işləndiyinə dair dəlil yoxdursa, mən Allahın ayağının olduğunu qəbul edirəm, amma bu ayağın necə olduğunu və ayağını Cəhənnəmə necə qoyduğunu bilmirəm və bunu şərh etməkdən və eyni zamanda da səhih hədisi inkar etməkdən Allaha (s.t) sığınıram.

Küfre girmek münasibeti ile seni tebrik edirem.

Allah sənə hidayət versin "Təbrik" sözü kökü b-r-k olan bərəkət və mübarək sözləri ilə eyni köklüdür. İnsanı o zaman təbrik edərlər ki, bu insan onu Cənnətə yönəldəcək bir iş görmüş olsun ki, bu da mübarək və ya bərəkətli hesab olunsun. Küfrə girmək münasibəti ilə kimisə təbrik etməyin özü bəlkə də küfrdür. O ki qaldı Aykutun qarışqanın ayağı ilə insanın ayagındakı fərqi misal gətirməyinə mənim fikrimcə bu da küfrdür, çünki insanın ayağı ilə qarışqanın ayağı nə qədər fərqlənsə də kifayət qədər oxşarlıqlar da var. İxlas surəsinə görə isə Alahın (subhənahu və təalə) zatında oxşarlıq qətiyyətlə rədd edilir.

neceki allah teala buyurdu ki ey iblis menim iki elimle yaratigina ne mane oldugu ki secde etmedi burda erebcede iki el gedir subhanallah iki el sozunun hec bir mecazisi yokdur


Yoxdur? Sene ele gelir, çünki ereb dilinden heç zerrece geder de anlayışın yoxdur. Men misal üçün deyirem ki, Aykut bala menim ellerimde böyüdü. Bu o demek deyil e, Aykut bala ancaq gece-gündüz ellerim üste olub. Bu o demekdir ki, yanı uşaq mehz menim ellerimde böyüyüb, onu men böyütmüşem başqa birisi yox. Allah Teala da ayede mehz bele zikr edir. Yanı şeytanı da mehz men xelq elemişem, onun neyine itaet edirsiz. Anladın arkadaş? Bir de, Qurani Kerime esasen Allahın heç neye ehtiyacı yoxdur. Ellere ehtiyacı var? Qurani Kerim mecazla zengin olan ereb dilinde nazil olub.


Ərəb dilində zəngin məcazlar olsa da bundan da çox dəqiq və sərrast sözlər və ifadələr var. Ərəb dilində zəngin məcazların olması Sad surəsi 75-ci ayədəki "iki əlim" və ya "əllərim" ifadəsinin də məcazi mənada işlənməsinə dair heç də dəlil deyildir.

Allah göydedir? Demeli demek isteyirsen ki, yerde yoxdur.
"Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah (hər şeyi) Əhatəedəndir, Biləndir." (Beqere, 115)

Men üzümü yere tutsam Allah orda olacaq, ya yox? Yoxsa Allahın üzü bir yerde olur, cismi başqa yerde? Astaqfirullah.

Allah öz elmi ilə hər yerdədir Zatı ilə isə Ərşi-Əlaya yüksəlib bunun haqqında (Ərşi-Əlaya yüksəlməsi haqqında) ayə də olmalıdır.




Рейтинг@Mail.ru