Перейти к содержимому


Публикации Mutaallim

6 публикаций создано Mutaallim (учитываются публикации только с 30-марта 23)


#103058 Cənnət (Əbu Bəkr Və Ömərin Yox) Əlinin, Əmmarın Və Salmanın (R.a) Həsrətindədir

Отправлено автор: Mutaallim 09 августа 2015 - 20:03 в Hədislər

Üstəlik, həsrətdə olmaq başqa şeydir, cənnətlik olmaq başqa şey. Nə çox insan var ki, Cənnət onun həsrətində deyil, amma o şəxslər cənnətlikdirlər. Cənnətin bir şəxsin həsrətində olmamasından o şəxsin cəhənnəmlik olduğu nəticəsi çıxarıla bilməz. Odur, qeyd etdiyimiz kimi, hədis gözəl hədisdir, amma istidlalı düzgün etsək yaxşı olar. 




#103057 Cənnət (Əbu Bəkr Və Ömərin Yox) Əlinin, Əmmarın Və Salmanın (R.a) Həsrətindədir

Отправлено автор: Mutaallim 09 августа 2015 - 19:51 в Hədislər

Hədis yaxşı hədisdir, Allah razı olsun, amma istidlal qaydası düzgün deyil. Bu hədisə əsaslanıb Əbu Bəkr və ya Ömərin cənnətlik olmamalarını isbat etmək olmaz. (Bunun üçün başqa yollar var). Çünki bir şeyin isbatı, heç də həmişə ondan qeyrisinin inkarı anlamına gəlmir. Başqa sözlə, "Cənnət Əlinin,Əmmarın və Salmanın həsrətindədir" sözündən Cənnətin digər şəxslərin həsrətində olmadığı anlaşıla bilməz. Əks halda müxalif də: "Hədisdə Əbu Zərin, Miqdadın, Hüzeyfənin və s. səhabələrin, hətta səhabələr bir yana, keçmiş peyğəmbərlərin belə adları belə gəlməyib, indi bu onlama gəlir ki, Cənnət Peyğəmbərlərin həsrtətində deyil? Peyğəmbərlər üstündür, yoxsa Salman və Əmmar?", - deyər. Odur, hədis gözəl hədisdir, amma istidlalı düzgün etməliyik. Əks halda iradla qarışlaşarıq. Vəssəlamu aleykum.




#102830 Ali barədə hedis

Отправлено автор: Mutaallim 27 марта 2015 - 14:57 в Şiə-sünni dialoqu

Sənin qoyduğun linkə baxdım. Sənin linkə qoyduğun və düz olmadığını ittiham etdiyin tərcümə tərcümə mənim bu mövzuya qoyduğum tərcümənin eynisi deyildir. Özün də gprürsən ki, mənim bu mövzuda qoyduğum tərcümədə “hamulətun” sözünün mənasının “yük” olduğu yazılıb. Mən səndən bu mövzuya qoyduğum tərcümənin yanlış olub-olmadığını soruşmuşam. O ki, qaldı sənin öz yazında ittiham etiyin tərcüməyə sən orda belə yazmısan.

“Mən Rəbbin (ərş üzərində) daşındığı kimi daşınacam.”[ Doğrudan da, insan bilmir bu tərcüməyə gülsün, yoxsa, ağlasın. Görəsən, bu insanlar ərəb dili bilgiləri olmadığı bir halda hədis tərcümə etməkdən qorxmurlarmı? Görəsən, bu insanlar öz bilgisizlikləri üzündən hədisi yanlış tərcümə edib, ardınca da bununla şiələri ittiham etməkdən utanmırlarmı? Nə vaxta qədər həva-həvəsinizin qulu-köləsi olacaqsınız? Nə zaman Allahı yada salıb başqalarını əsassızca ittiham etməkdən çəkinəcəksiniz?”

İlk öncə bu təcüməni bir qardaş edib mənə vermişdi. Sonra mən tərcüməni daha başqa bir nəfərə yoxlatdırdım, o isə tərcümənin düz olduğunu,sadəcə, “hamulətun” sözünün daşınmaq yox, “minilən heyvan” və ya “yük” mənasında olduğunu dedi. Sonra ,sadəcə, hədisin “hamulətun” hissəsində dəyişiklik etdi. Mən də hədisi foruma qoydum. Yəni bu, tərcüməni edən birinci qardaşın gözündən hamulətun sözünün doğru anlamı yayınmış, lüğətə baxmamış, eyni hərflərdən oluşan "daşınmaq" sözü ilə hamulə sözünü qarışıq salmışdır. İkinci qardaş isə onun yazısında sadəcə, həmin hissəni redaktə etmişdir. Bu, tərcüməni ilk edən qardaşın savadsızlığına, onun ərəbcə bilməməsinə dəlalət etməz. Əgər sən Ərəb dilini bilirsənsə, sən də bilməlisən ki, bu adi elementar səhvdir. Bu qrammatik bilgisizlikdən doğan tərcümə səhvi deyil ki, böyük bir faciə olsun.Hansı ki, belə səhvləri bəzi tərcümələrində sən etmisən və bu sənin savadsızlığından doğduğu üçün faciə sayıla bilər. Onu birazdan hamıya təqdim edəcəyik ki, özün-özünü tanıyasan,çünki çox yuxarıdan gedirsən. 16-cı əsrdə yaşamış Suyutinin hesablamasına görə Ərəb dilində 16 milyon söz var. İnsan bütün sözləri bilə bilməz. Söz səhvi normal bir şeydir. Bu gün 1993-cü ildə çap olmuş Quranın Azeri dilində tərcüməsi ilə sonuncu tərcüməsini müqayisə edəndə bəzi sözlərin tam fərqli olduğunu görmək mümkündür. Bu normal bir şeydir. Mütərcimin gözündən qaça bilər bir sözün düzgün mənası, amma buna görə mütərcimin (Vasim Məmmədəliyev və Ziya Bünyadovun) tam biliysiz olduğunu onun elmini şübhə altına almaq olmaz. Belə edən adamlar, ya qərəzlidirlər, ya da tərcümə işini bilmilər.

Mən sənə bir daha deyirəm,sən mənim məhz bu foruma qoyduğum hədisin tərcüməsinin səhv və ya yanlış olduğunu denən. Səndən bu tələb olunub.
İndi isə gəl sənin Ərəb dilində elmi səviyyənin hansı vəziyyətdə olduğuna baxaq.
Bu linkdən özünü tanıya bilərsən. Ümüdvarıq ki, bir daha təkəbbürlük etməzsən və təvəzükar olarsan.

http://forum.bakilil...showtopic=97273


Ay qardaşım siz bizlə zarafat edirsiniz? Sənin gətirdiyin hədisdəki cümlə bizim hədis kitablarımızın heç birində yoxdur! Belə bir cümlə heç bir kitabda yoxdur, sənə və sənin kimilərə yüklədikləri bu hədisi nasibilər təhrif edib sizə yükləyiblər, ey hər şeydən bixəbər olan qardaşım! Hədisin iki cümləsini kəsib bir cümlə ediblər. Sən qoyduğumuz linkdəki yazının bu hissəni oxudunmu?:

"Üstəlik, qeyd etdiyimiz kimi, onun bu kobud səhvində ağına-bozuna baxmadan nasibilərdən kopyaladığı ərəbcə mətnin böyük təsiri olmuşdur. Belə ki, qarşı tərəf nasibilərə güvənməklə çox böyük bir xəta etmişdir. Buna əsasən ki, nasibilər hədisdəki (وَلَقَدْ حُمِلْتُ عَلَى مِثْلِ حَمُولَتِهِ وَهِيَ حُمُولَةُ الرَّبِّ) cümləsini kəsərək cümləni təhrif etmiş və onu bu şəklə salmışlar: (ولقد حملت على مثل حمولة الرب)! (Nasibilərin təhrif edib yaydıqları mətni bir qədər sonra tam şəkildə qeyd edəcəyik). Başqa sözlə, Allahdan qorxuları olmayan nasibilərin etdikləri təhrif nəticəsində hədis bu şəkildə məna verməkdən: “mən onun (Peyğəmbərin) miniyi kimi bir miniyin üzərinə mindirilmişəm. O, Rəbbin minik etdiyi şeydir (yaxud: ona yüklənilən şey mənə də yüklənmişdir, o, Rəbbin yüklədiyi şeydir)“, bu şəkildə məna vermişdir: “mən Rəbbin miniyi kimi bir miyin üzərinə mindirilmişəm“!
Gördüyünüz kimi, hörmətli müsəlmanlar, iki cümlə arasındakı böyük fərq və təhrif açıq-aşkar ortadadır. Nasibilər hədisdəki peyğəmbərə aid cümləni kəsərək iki cümlədən bir cümlə çıxarmışlar. Beləcə cümlənin mənasını təhrif edərək İmam Əlinin (əleyhis-səlam) Rəbb kimi minik üzərində əyləşdiyini iddia etmişlər! Daha sonra da bu çirkin iftiranı şiələrə nisbət vermişlər! Biz buna bundan artıq şərh verməyəcəyik. Hörmətli müsəlmanlar özləri Allahdan qorxuları olmayan nasibilərin etdikləri bu çirkin və mənfur iş barəsində düşünsünlər və nəticə çıxarsınlar. Möhtərəm oxucu diqqətli olsun ki, bir qədər sonra belə bir təhrifə daha bir nümunə göstərəcəyik və bundan sonra bu şəxslərin dinsizliyi bir daha gün kimi aşkar olacaq.
"

İndi görürsən etdiyiniz səhv nədədir? Sən soruşursan ki, "bizim tərcüməmizdəki səhv nədədir?" Mən də sənə göstərirəm ki, sizin tərcümənizdəki səhv bax buradadır, sizin tərcüməni batildir, çünki, siz təhrif olunmuş mətni tərcümə etmisiniz. Ardınca da sosial şəbəkələrdə yaymısınız ki, şiələr ğüluvv edirlər, ay nəbilik Əlini allahlaşdırırlar, küfrün pik nöqtəsi... və s. Halbuki, bu "küfr"ü ortaya çıxaran sizin güvənib arxanızı yasladığınız həmin nasibilərdir, müsəlman qardaşım!
O ki qaldı, mənim etdiyim tərcüməyə, deyirəm:
İçinizdən bir adam çıxıb Yaşarın etdiyi tədlisləri müdafiə edə bilmədi, Yaşarın rüsvay olduğunu görüb başlamısınız ay nəbilib "..sa, ...sə" ilə olmalıdır cümlə, ay burda "in" var, ay orda əvəzlik var.. Qardaşım, sənin yazdığın o linkləri oxumamışam və oxumaqla qızıl kimi vaxtımı itirəcək də deyiləm. Amma, o "iradlar"dan birini mənə göstərdilər, and içirəm ki, güldüm. Bizim tərcüməmizdə zərfin, ədatın yerinə irad tutuan biçarə bizim tərcüməmizi güya düzəltmək istəyib, əvəzində ortaya elə bir erməni budaq cümləsi çıxarıb ki, istənilən ərəb dili bilən şəxs o cümləni görsə gülər. Əgər bütün iradlarınız o cürdüsə, onda səhərdən axşamacan nə qədər istəyirsiniz forumlarda, künclərdə-bucaqlarda yazın-pozun qardaşım, bizim üçün problem deyil.
Tərcümə prosesibdə ərəb dilinin konkret hamı üçün vacib olan yekdil bir qaydası yoxdur ki, hamı bu əsasda hərəkət etməlidir, ərəb dilinin ifadə imkanları genişdir, ərəb dilində məsələn, cümlədəki zərfliyi tərcümə zamanı əvvəldə də verə bilərsən, sonda da, heç kəs durub irad tuta bilməz ki, sən nöş əvvəldə yox axırda vermisə, yaxud "burada şərt ədatı işlənib, sən onu tərcümədə niyə filan formada vermisən" və s. Mühüm olan 1) cümlənin qramatik konstruksiyasını dərk edəsən, 2)hərəkələmədən xəbərdar olasan, 3)sözlərin tərcüməsini dəqiq biləsən və 4)Səhih tərcümə edəsən. Tərcümə zamanı hansısa ədatı qeyd etməmək, yaxud, xəbəri əvvəldə vermək və s. bunların - mətnin mənasına xələl gətirmədiyi müddətcə - heç bir problemi yoxdur. Bizim tərcümələrimizdə isə məna və məzmun xətası adına bir şey yoxdur, həməcur-ruaların hay-küylərinə isə fikir verilməz.
Buna gəlincə isə ki, insan xəta edə bilər və s., deyirəm: bəli, əlbəttə ki, insan xəta edə bilər. Biz məsum deyilik. Amma baxır nə cür xəta edirsən. Bizim Yaşara tutduğumuz iradlar bilirsən nə yöndə idi? Ey müsəlman qardaşım, bu insan sözləri hərəkələyə bilmir, bu bilirsən nə deməkdir? Bu o deməkdir ki, bu insan oxuduğu cümlənin mənasını bilmir, elə bilmədiyinə görə də nala-mıxa vurur, biz Yaşarın bu işini və tərsə-mayallaq tərcümələrini göstərmişik. Üstəlik biz bunu cəmi bir yerdə göstərmişik, qalan yerlərə heç toxunmamışıq da. Bizim o yazıda əsas işimiz Yaşarın müdəllisliyini ifşa etmək idi və onu da Allaha həmd olsun göstərdik. Buna nəsə iradın var?
Buna gəlincə ki, biz "forsluyuq" və s., bilin ki, bizim nə təkəbbür, nə lovğalıq və nə də yekəxanalıqla heç bir əlaqəmiz yoxdur. Biz Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) məktəbində dərs almışıq, sizi bilmirəm, bizə belə şeylər öyrədilməyib. Yaşara verilən rəddiyyə isə bəzilərinin ürəklərinə necə od qoyubsa hələ də özlərinə gələ bilmirlər, ona görə də "foslu", "yekəxana" və s. təhqiramiz sözlərlə atmaqla məşğuldurlar.
Sonuncusu, bizim əqidədə söyüş, təhqir ən çirkin əməllərdəndir. Biz hətta Yaşara yazdığımız yazıda belə sona qədər ədəbi gözləməyə çalışdıq. Amma sizin tərəf nə cür yanıb-yaxılıbsa, bizi tanımadıqları halda söyüş və təhqirin biri bir qəpikdən ardımıza güpəyiblər. Bax bu sözlərə: "
Forsinkanın tərcüməsi...", "Adam gərək nə qədər naturalni uzunqulaq olsun ki...", "Olmayan ağlıva tüpürüm sənin..." və s. (Mən yazılarınızı tam oxumadığıma görə, görə bildiklərim bu qədərdir, görmədiklərimi Allah bilir).
İndi sənə sual verirəm, bu müsəlmanın ədəbindəndir? Yazdığı yazı yenə bir şey ola, tutduğu irad yenə bir şey ola, o da deyil, amma, söyüşlərə bax.. Müsəlmana yaraşan hərəkət deyil bu. Əlbəttə, biz bu cür şəxslərin səviyyəsinə enməmişik və enməyəcəyik də, əvəzində, bunlarla hesabımızı qiyamətə saxlayırıq, Allah özü ədalətlə hökm verəcək. Amma heç olmasa siz gözünüzü açın və kimin nə yolun yolçusu olduğunu görün.




#102826 Ali barədə hedis

Отправлено автор: Mutaallim 26 марта 2015 - 17:38 в Şiə-sünni dialoqu

Bilmək istəyirsən səhv haradadır? Onda gir bu yazını oxu:

https://islamveheqiq...iradlara-cavab/



#102523 Nəhl 115-116nın təfsiri

Отправлено автор: Mutaallim 13 января 2015 - 23:46 в Qur'an və onun təfsiri

İkinci bir məsələ,Əllamə Təbətəbai(rə) niyə bu ayənin təfsirində Həşr7-dən sitat gətirərkən yarımçıq gətirir?
http://quran.az/59/7/t:2
Allah Öz Peyğəmbərinə (fəth olunmuş) məmləkətlərin əhalisindən (dinc yolla) verdiyi qənimət Allaha, Peyğəmbərə, (Muhəmməd əleyhissəlama yaxın olan) qohum-əqrəbaya, yetimlərə, yoxsullara və (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara) məxsusdur. Bu ona görədir ki, (həmin mal-dövlət) içərinizdəki zənginlər arasında əldən-ələ dolaşan bir sərvət olmasın (ondan yoxsullar da faydalansın). Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir.

,məgər burda fəth olunmuş yerlərdən əldə edilən gəlirin bölgüsü nəzərdə tutulmurmu?Yəni Peyğəmbər(s) necə bölmə,nəyi versə onu da götürün.

Məhz bu ayədən siz deyən mənə çıxmır,ən azı mənə görə.Açıqlayın,zəhmət olmasa...


Qısa şəkildə cavablandırım. 1-ci sualınıza gəlincə, bizim 1-ci verdiyimiz cavabı diqqətlə oxudunuzsa, o zaman sualınızın cavabı da həll olmuş olur. Əvvəla ayə "ancaq" ədatı ilə deyil, "məhz" ədatı ilə də işlənə bilər. İkincisi, lap fərz edək ki, ayədəki "innəmə" ədatı "ancaq" və "məhz" şəklində tərcümə olunmalıdır; yenə də bir şey dəyişmir. Dediyimiz kimi: belə olan vəziyyətdə bu, Allahın Quran vasitəsilə haram etdiyi əsli mühərrəmata dəlalət edəcək, Allahın Peyğəmbər vasitəsilə haram etdiyi şeylər isə sünnədə bəyan olunuv. Hər kim bunu inkar edirsə, zəhmət olmasa İslamı bir əvvəldən gözdən keçirsin. Bu Quranilər, zadlar da 2-3 sözdən anlamayan cahil şəxslərdirlər, bunların əqidələrinin dində heç bir yeri yoxdur və bunlarla vaxt itirməyə də dəyməz.
2-ci sualınıza gəlincə isə ki, nə üçün Əllamə ayənin məhz qeyd olunan hissəsi ilə dəlil gətirib, cavab belədir ki: nəinki Əllamə Təbatəbai (rəhmətullahi əleyh), hətta şiəli-sünnili bütün İslam ümməti bu ayəni buna dəlil gətiriblər ki, sünnə höccətdir və bu ayədə məhz bu məqama işarə edilmişdir. Kim bunu inkar etsə, İslamdan anlayışı yoxdur. Bir şiə bunu necə inkar edə bilər ki, bu barədə İmamlarından hədislər varid olub, hədis və təfsir kitabları bu məna ilə doludur? Bu məsələnin yerli yerində sübutları vardır ki, burada yazmaq imkanımız yoxdur. İstər birinci sualınız (ancaq ədatı ilə bağlı) istərsə də bu sualınızın geniş cavabı vardır.



#102512 Nəhl 115-116nın təfsiri

Отправлено автор: Mutaallim 26 декабря 2014 - 07:47 в Qur'an və onun təfsiri

Salam aleykum,nəhl surəsi 115-ci ayədə buyrulur ki:
Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur. (Özgənin malına əl uzatmamaq şərtilə) başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!

,ancaq sözündən görünən budur ki,digərləri,məsələn,it əti halaldır.Maraqlı gəldiyindən soruşmaq istərdim ki,ərəbcəsində bu ancaq necə gedir,nə məna kəsb edir,ümumiyyətlə,ayənin təfsiri necə qiymətləndirilib?


Aleykum salam və rəhmətullah.
1-Əvvəlcə bunu bilmək lazımdır ki, ayələrin mənasını tam dəqiqliyi ilə başa düşə bilmək üçün, mütləq təfsirlərə müraciət etmək lazımdır. Bir çox halda təkcə tərcümə ilə ayənin mənasını təyin etmək mümükün olmur.
2-Bu ayənin Təfsiri barəsində, qısaca da olsa "əl-Mizan" təfsirində gələn sözləri qeyd edib bir-iki söz deməklə kifayətlənəcəyəm. Əllamə Təbatəbai (rəhmətullahi əleyh) deyir:
"Daha öncə Bəqərə surəsi 147-ci ayənin, habelə Maidə surəsi 3-cu ayənin və Ənam surəsi 145-ci ayələr təfsirində bu ayənin (Nəhl surəsi, 115) mənası barədə danışıldı...
(Zahirdə) ayə qadağan olunan yeməklərin dörd olduğunu göstərir: ölü heyvan, qan, donuz əti və Allahın adı çəkilmədən kəsilmiş heyvan. Lakin sünnəyə müraciət etdikdə görürük ki, bu qeyd olunanlar Kitabda adı çəkilən əsas haram (qadağan) oluan yeməklərdir. Bu dörd şeydən savayı digər haram olunan yeməklər isə Rəbbinin əmri ilə Peyğəmbər (sallallahu aleyhi və alihi və səlləm) tərəfindən qadağan olunmuş yeməklərdir. Allahu-təala buyurmuşdur: "Peyğəmbər sizə nəyi gətirsə, onu götürün. Sizə nəyi qadağan etsə,(ondan) çəkinin." (Həşr surəsi, 7). Daha öncə bu mənaya dəlalət edən bir sıra rəvayətlər qeyd edildi.
" (Onlayn link: http://www.holyquran...-bin/almizan.pl)

Deməli:
Qurani-Kərimdə bir sıra yeməklərin qadağan olunması bu anlama gəlmir ki, qadağan olunan yeməklər məhz bu qeyd olunanlarla kifayətlənir və onlardan qeyri nə varsa, hamısı halaldır. Xeyr. Əllamə Təbatəbainin də buyurduğu kimi, Quranda qeyd olunan bu 4 yemək "əsli mühərrəmat"dır, yəni bir-başa Quran tərəfindən qadağan olunan yeməklərdir, bunlardan qeyri qadağan olunan yeməklər isə (məsələn, it əti və s.) bunlar Allahın əmri ilə Peyğəmbər (sallallahu aleyhi və alihi və səlləm) tərəfindən qadağan olunmuş yeməklərdir.
Bunun məsəli buna bənzəyir ki, bir nəfər deyir ki, "Quran deyir namaz qılın, amma namazın rəkətlərinin sayını demir. Deməli namazı istədiyimiz rəkətdə qıla bilərik. Çünki o şeyi ki, Quran əmr (və ya qadağan) etmir, deməli o şey vacib deyil (və ya haram deyil)". Biz bu şəxsə cavab veririk ki, bəli, düzdür Quran namazın rəkətlərinin sayını qeyd etmir. Lakin bu o demək deyil ki, namazı ürəyin neçə rəkət istədi qıla bilərsən. Xeyr, bunun üçün Peyğəmbər var. Sən baxmalısan ki, Peyğəmbər bu barədə nə buyurur. Çüni Allah özü buyurur ki, "Peyğəmbər sizə nəyi gətirsə, onu götürün. Sizə nəyi qadağan etsə,(ondan) çəkinin." (Həşr surəsi, 7)
Bu deyilənlərin bir başqa misdaqı da "rüku halında zəkat verənlər" ayəsidir ki, daha məsələ aydındır deyə qeyd etmirəm.




Рейтинг@Mail.ru