Перейти к содержимому


Публикации Abu Sufyan ordusu

95 публикаций создано Abu Sufyan ordusu (учитываются публикации только с 30-марта 23)



#99407 Məsumların (ə) artığı

Отправлено автор: Abu Sufyan ordusu 02 августа 2013 - 18:37 в Şiə-sünni dialoqu

as salamu aleykum wa rahmatullahi. sidik ila mualica na daracada duzgundur? cazakumullahu xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Olar, sünnədə gəlib.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Assalamu aleykum
Mən başa düşmədim hansı sidikdən söhbət gedir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Məsələn, dəvə sidiyi, hətta insanın öz sidiyi də.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



http://www.abubakr-m...=15




#99297 xəbəri vahid

Отправлено автор: Abu Sufyan ordusu 20 июля 2013 - 00:54 в Hədis elmi

Elməddin,


Sözlərimi bir qardaş sözü kimi qəbul edəcəyinə inanaraq fikrimi bildirmək istərdim.


İlk öncə sualımı bir daha təkrar edirəm. Cavabları aldıqdan sonra səni narahat edən sonrakı sualları adlarını sadaladığın alimlərə göndərmisənmi?


Sənə bə`zi müqəddimələrə baş vurmağını tövsiyyə edirəm.


Zənn nədir?


Zənn haqqında Quran ayələrinin anlamını yaxşıca nəzərdən keçirməli, xüsusilə də "Üsul" kitablarına müraciət etmək.


Əqidə deyə adlandırdığın nədir?


Məsumla eyni zamanda yaşamaq, bir başa, vasitəsiz rəvayət edən şəxsin sözünü dinləmək ilə sonrakı dövrlərdə müxtəlif vasitələrlə gəlib çatmış nəqli dəlillərin arasındakı fərqi nəzərdən keçirməli.



#98896 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 14 июня 2013 - 02:42 в Hədis elmi

وهو الخبر الذي اشتملت بعض وسائطه على راو مجروح أو مجهول أو مهمل ، أو كانت بعض حلقات سنده مفقودة.

وبتعبير أشمل : انّ الخبر الضعيف هو كلّ خبر لا يتوفر على شرائط أقسام الخبر الثلاثة « الصحيح ـ والحسن ـ والموثّق » ، ثمّ انّ الضعف تتفاوت درجاته بمقدار ما يبتعد عن الشرائط المعتبرة في الأقسام الثلاثة.

هذا بحسب اصطلاح المتأخّرين كالعلاّمة والشهيدين رحمهم‌الله ، وأمّا بحسب اصطلاح المتقدّمين فالضعيف هو مطلق الخبر غير المعتمد سواء كان منشأ عدم اعتماده هو ضعف رواته أو بعضهم ، أو كان منشأ ذلك هو عدم نقله عن الاصول المعتمدة أو كان غير ذلك من المناشئ.

على انّ عدم وثاقة رواة الخبر لا يلازم اتّصاف الخبر بالضعف في اصطلاح القدماء ، فقد يكون بعض رواة الخبر ضعاف إلاّ انّه معتمد عند مشهور القدماء ومنقول في كتب الاصول المعتمدة ، وعندئذ يكون الخبر باصطلاحهم من قسم الصحيح.


İlk dövr alimlərinin termininə əsasən zəif xəbər dedikdə mütləq şəkildə e`timad olunmayan xəbər nəzərdə tutulur. İstər e`timad olunmamanın mənşəyi ravilərin, yaxud bə`zilərinin zəifliyi, istərsədə də etimad olunan "Əsl" kitablarında nəql olunmaması, yaxud da başqa bir şey olsun.


Belə ki, xəbərin ravilərinin siqa olmaması ilk dövr alimlərinin terminində mütləq şəkildə xəbərin zəif olması demək deyildir. Bə`zən olur ki, ravilərdən bə`ziləri zəif osa belə məşhur ilk dövr alimlərinin nəzərində xəbər etimadlı hesab olunmuş və etimad olunan "Əsl" kitablarından nəql olunmuşdu. Bu zaman onların istilahına (termininə) görə hədis səhih idi.


Son dövr alimlərinin nəzərində zəif hədisin tə`rifi əksəriyyət tərəfindən az yada çox bilindiyi üçün burada qeyd etməyə lüzüm görmədim.




#98895 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 14 июня 2013 - 01:36 в Hədis elmi

Hədislərin mənbəsini risalədən götürə bilərsən. İlk yazıda risaləyə ssılka vermişəm.

Qərinə haqqında sualları mənə yox müctehidlərə ünvanlandırsan daha doğru olar. Çünki yuxarıda sadalananlar "XXXX" alimlərin bə`zi ictihadi nəzərlərini əks etdirir. Lakin inanıram ki, onlar ümum mənalı cavab verərək səni aidiyyatı olan kitablara yönləndirəcəklər. Alim bu yolda ömür sərf edir, ortalığa bir şey çıxartmaq istəyir, sən isə mənim kimi cahildən forum mövzusunda qərinənin incəliklərini bir və yaxud bir neçə günə öyrənmək istəyirsən. Təəssüf ki, bu mümkün olan şey deyil.

Bildirdiyin "Hədisin doğruluğu" və "hədisin sihhəti" eyni anlama gəlmirmi? Qərinə də elə hədisi ya mətn ya da sənəd e`tibarilə doğru yaxud səhih çixartmağa xidmət edir, qeyri-adi, eşidilib-görünməyən bir şey deyil. Məşhur dedikdə nə demək istədiyini tam anlamasam da qərinə də aidiyyatı olan şəxslərin nəzərində məşhur, aktual bir şeydir.

Hədis mətninin Qurana zidd olmaması (əgər fəqih tərəfindən doğru tətbiq edilə bilsə, çünki hər müxalif görünən əslində zidd olmaya da bilər) hədisin məzmununun səhihliyinə bir qərinədir.
Ravinin siqa olmağı ("XXXX" alimə görə əgər sabit olsa) hədis yalnız sənədinin doğruluğuna bir qərinədir, mətnin əqlə zidd olmaması (əlbəttə geydirmə və naqis əqldən söhbət getmir) məzmunun səhihliyinə qərinədir, mətnin mütəvatir (nə çox hədislərin mütəvatir olduğu iddia olunur lakin əslində bə`zən belə olmur) hədislərin mənası ilə uyğunluq təşkil etməsi məzmunun səhihliyinə qərinədir, əhli-sünnə mənbəsində gəlmiş və onların istəkləri ilə ziddiyyət təşkil edən hədisin mənasının şiənin icma etdikləri ilə uyğun olması şiə mənbəsində gəlmiş xəbərin məzmununun səhihliyinə bir qərinədir, "Dörd yüz Əsl" kitablarının əksəriyyətini görənlər üçün hədisin orada yer tapması səhihliyinə bir qərinədir və s. Bu və digər qərinələri görüb anlamaq, ələ gətirmək üçün isə ALLAHDAN tovfiq, illərin təhsili və sə`yi lazımdır.

Bir daha təkrar edirəm qərinə dediyimiz "XXXX" alimin ictihadi nəzəriyyəsidir, və digər "YYYY" alimin icihadi nəzəri ilə üst üstə düşməyə də bilər. Yuxarıda sadalananlar Quran ayəsi deyil ki, dəyişilməz olaraq qalsın. Dəyişə də bilər hələ bir üstəlik öz aktuallığını itirə də.

Sonunda mənim qərinə barədə "arxayınlıqla yazmamağım" anlayanlar üçün bu sahədə cahilliyimə və aidiyyatı olmayan bir şey yazaraq, hazır olmayan oxucu kütləsinə çaşqınlıq gətirəcəyimdən həzər etməyimə bir QƏRİNƏDİR. Risaləni isə birmənalı şəkildə qəbul etməyin. Sonunda "XXXX" alimin risaləsidir, xətadan xali olmaya da bilər.

Əgər həqiqətən də qərinə barədə nəsə öyrənmək istəyiriksə gərək əlimizdəki sənəti atıb təhsilə başlayaq, əks təqdirdə (qəbul etsəniz bir qardaş kimi demək borcumdur) çaşqınlıq içində itib-batacağıq və çox güman ki, doğru yoldan kənarlaşacayıq. Seçim özümüzdədir.



#98884 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 13 июня 2013 - 00:32 в Hədis elmi

وما ليس بمتواتر على ضربين فضرب منه يوجب العلم أيضا، وهو كل خبر تقترن إليه قرينة توجب العلم، وما يجري هذا المجرى يجب أيضا العمل به، وهو لاحق بالقسم الأول، والقرائن أشياء كثيرة منها أن تكون مطابقة لأدلة العقل ومقتضاه، ومنها أن تكون مطابقة لظاهر القرآن
Mütəvatir olmayan xəbərlər 2 qrupdur: Birinci qrup xəbərlərdən də həmçinin (mütəvatirdə olduğu kimi) elm hasil olur, bu cür xəbərlərdə elm hasil edən qərinələr vardır və onlara əməl etmək vacibdir, bu baxımdan birinci qrupla (mütəvatir xəbərlərlə) birdirlər. Qərinələr çoxlu saydadırlar. Bu qərinələrdən biri ağıla mütabiq (uyğun) olanıdır, həmçinin Quranın zahiri ilə mütabiq olanıdır.


Növbəti 3 qərinəyə toxunduqdan sonra Şeyx buyurur:

فان جميع هذه القرائن تخرج الخبر من حيز الآحاد وتدخله في باب المعلوم وتوجب العمل به

Bütün bu qərinələr xəbəri (hədisi) ahad (vahid xəbərlər) sırasından xaric edərək "məlum" sırasına daxil edir və ona əməl etməyi vacib edir.


وأما القسم الآخر فهو كل خبر لا يكون متواترا ويتعرى من واحد من هذه القرائن فان ذلك خبر واحد ويجوز العمل به على شروط فإذا كان الخبر لا يعارضه خبر آخر فان ذلك يجب العمل به لأنه من الباب الذي عليه الاجماع في النقل إلا أن تعرف فتاواهم بخلافه فيترك لأجلها العمل به وإن كان هناك ما يعارضه فينبغي ان ينظر في المتعارضين فيعمل على اعدل الرواة في الطريقين، وإن كانا سواء في العدالة عمل على أكثر الرواة عددا

Başqa bir qrup xəbər isə mütəvatir olmayan və sadalanan qərinələrə sahib olmayandır. Bu vahid xəbərdir. Ona müəyyən şərtlər daxilində əməl etmək caizdir. Əgər bir vahid xəbərə qarşı digəri olmasa ona əməl etmək olar, çünki, onu nəql etməkdə icma vardır. Lakin əgər bu xəbərin xilafına (icma edənlərdən) fətva olsa ona əməl etmə tərk olunmalıdır.
Əgər xəbərə qarşı digəri olsa o zaman "mütəarizeyn" (qarşı-qarşıya olan iki xəbər) kimi nəzərdən keçirilməlidir. Hansının raviləri daha adildirsə ona da əməl olunar. Yox əgər ədalətdə eyni olsalar, daha çox ravi yolu ilə rəvayət olunana əməl olunmalıdır.



#98882 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 13 июня 2013 - 00:02 в Hədis elmi

Burada Şeyx Tusinin (r.a) "əl-İstibsar" kitabınının müqəddiməsini də xatırlatmaq yerinə düşərdi. Şeyx 3-cü səhifədən etibarən qərinələr barədə söz açır və yuxarıda sadalanan ilk 5 qərinəyə toxunur. İnşaallah müxtəsər tərcümə etmək istərdim. Çünki sözü gedən müqəddimədə Şeyx Tusi (r.a.) Əbu Zeyd kimilərin "mız"larına və mütəqəddimin (ən azından özünün) hədisə yanaşma üsüluna toxunmuşdu.

واعلم إن الاخبار على ضربين: متواتر وغير متواتر، فالمتواتر منها ما أوجب العلم فما هذا سبيله يجب العمل به من غير توقع شئ ينضاف إليه ولا أمر يقوى به ولا يرجح به على غيره، وما يجري هذا المجرى لا يقع فيه التعارض ولا التضاد في اخبار النبي صلى الله عليه وآله والأئمة عليهم السلام

Bilki, xəbərlər 2 cürdür: mütəvatir və qeyri-mütəvatir. Mütəvatirdən elm hasil olur və bü cür olduğu üçün ona əməl etmək vacibdir. Bu zaman heç bir əlavə güvvətləndiriciyə, üstünlük gətirənə lüzum yoxdur. Peyğəmbər (s.a.a.s.) və İmamlardan (a.s.) nəql olunmuş bu cür xəbərlərdə təarüz (qarşı-qarşıya durma) və təzadd (ziddiyyət) olmaz.

الاستبصار - الشيخ الطوسي - ج ١ - الصفحة ٣



#98881 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 12 июня 2013 - 23:05 в Hədis elmi

1. "xarici qərinə" üçün müəyyən ölçü varmı? məsələn xarici qərinə sadəcə bizdə olanları dəstəkləyən əhli-sünnə yolu ilə nəql olunmuş və onların öz əqidələrinə müxalif olan rəvayətlərdirmi? yoxsa başqa nöqtələrdə varmı?


Ilk öncə qərinənin mə`nasına toxunmaq istərdim: Qərinə - tələb olunana işarə edən, açıq-aydın olmadan iradə olunmuşa dəlalət edəndir. ("Mucəm Əlfaz əl-Fiqh əl-Cəfəri" səh 333)

Mə`nasından da aydın olduğu kimi qərinə geniş anlayışdır. Yuxarıda qərinəyə bir neçə nümunələr gətirilmişdir. Bu bir ictihad mövzusudur ki, bir fəqihə görə höccət olan qərinə digəri üçün olmaya da bilər. Qərinə mövzusu bizim tam anlaya biləcəyimiz bir şey deyil, maraqlananlar isə ilk növbədə təhsil almalı sonra isə aidiyyatı olan kitablara-"Üsul" kitablarına müraciət etməlidir. Mənim naqis tərcümələrim isə zəruri təhsili olmayanlar üçün anlaşılmaz və çaşdırıcı ola bilər. "Üsul" kitablarını tərcümə etmək yox, oxuyub, anlamaq, mələkə etmək bir sözlə yaşamaq lazımdır desəm yanılmaram.


Zehnlərə yaxınlıq məqsədi ilə bəzi kitablara nəzər saldıqdan sonra və inetdə bir məqalədə rast gəldiyim "qərinə siyahısı"ndən bə`zilərini bölüşmək istərdim:


1. Qərinə əqli dəlillərə mütabiq (uyğun) olmalıdır
2. Qurana mütabiq olmalıdır
3. Mütəvatir hədislərə (sünnətə) mütabiq olmalıdır
4. Müsəlmanların icma etdiklərinə mütabiq olmalıdır
5. Şiənin icma etdiklərinə mütabiq olmalıdır
6. Ürfdə rast gəlinməlidir
7. Ravi siqa (güvənilən) olmalıdır
8. Hədis icma ilə qəbul olunmuş "Əsl"lərdə ("Əsl" kitablarında) və yaxud siqaların kitablarında mövcud olmalıdır
9. 4 hədis kitablarından birində mövcud olmalıdır
10. "İcma Əshabı"ndan birinin kitabında mövcud olmalıdır
11. Bir çox mötəbər kitablarda təkrar olaraq keçməlidir
..................................................

Asanlıqla görmək olur ki, yuxarıda sadalanan bə`zi qərinələr hədisin məzmunu, digərləri isə sənədi ilə əlaqəlidir. Onları görmək, anlamaq, tətbiq etməkdə isə bə`əzən müctəhidlər belə çətinlik çəkirlər.

Onların bə`ziləri çoxdan itib getmişdir və bu itki də əldə olan mə`lumatlara əsasən 7-ci əsrdən etibarən hədislərin höccət və ya qeyri höccət olmasını ayırd etmək üçün Şiə alimlərinin yeni hədis bölgüsünə (səhih, müvəssəq, (qəvi), həsən və zəif ) keçmə səbəblərindən biri olmuşdur.




#98877 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 12 июня 2013 - 01:29 в Hədis elmi

Bəhsin nəticəsi



Həqiqətən zəif xəbərin öz yeri və faydaları vardır, hansı ki, möminin ona ehtiyyacı var. Lakin bu o demək deyil ki, harda gəldi zəif xəbərdən yapışmaq düzgündür. Sənəd etibarilə mötəbər olan xəbər daha faydalı və daha çox hörmətə layiqdir. Lakin eləcə də sənədi səhih olan hər xəbəri zəiflədən səbəbləri mülahizə etmədən ondan yapışmaq caiz deyil.
Həqiqətən bəzi kəslər ki, zəif hədisləri silib atmaq istəyirlər, Əhli-Beytin a.s. hədislərinə qarşı cinayətə addım atırlar və bu əməlləri ilə yuxarıda sadalanan bütün faydaları itirməyimizi istəyirlər.



#98876 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 12 июня 2013 - 01:08 в Hədis elmi

Fazil əd-Dərbəndi r.a. "Əsrar əş-Şəhadə" 1-690 kitabında bu cür söyləmişdi:


"....Hətta qərinəsiz vahid xəbərə əməl etməyən İbn İdrisin kitabında (bu cür yazılmışdı): "Hədisin Məsum İmamlardan (a.s.) sadir olma ehtimalı belə hədisi rədd və inkar etmə qapısını bağlamağa kifayətdir. Ehtimal ola-ola bunu etməyə can atan pak İmamların (a.s.) vilayətindən xaric olmuşdur"



#98875 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 12 июня 2013 - 00:52 в Hədis elmi

Əli əs-Sənani Əbul-Həsən a.s.-ın məktubunda bu cür buyurduğunu rəvayət etmişdir:

"Əgər xilafını belə bilsən, bizdən sənə çatan yaxud bizə nisbət verilən sözə "Batildir" deyə etiraz etmə! Çünki həqiqətən sən nə üçün dediyimizi bilmirsən."


Əbu Bəsir Əbu Cəfər yaxud Əbu Əbdullah a.s.-ın bu cür buyurduğunu rəvayət edir:

"Sizə gətirilən hədisi təkzib etməyin, nə bilirsiniz bəlkə də həmin hədis həqiqətdir və siz bu cür etməklə Allahı ərşində təkzib etmiş olursunuz."



#98863 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 08 июня 2013 - 13:32 в Hədis elmi

Əbu Yəqub b. İshaq b. Abdullah Əbu Əbdullah a.s.-ın bu cür buyurduğunu rəvayət etmişdir:

Allah Təbərakə va Taalə öz kitabında iki ayə ilə qullarına məhdudiyyət qoymuşdur: "Bir şeyi tam bilməyənə qədər danışmasınlar (deməsinlər) və bilmədikləri şeyə etiraz etməsinlər. Həqiqətən Allah Təbərakə va Taalə buyurmuşdu:



Məgər Allaha dair yalnız haqqı demək barədə kitabda onlardan əhd alınmamışdımı?! (Əraf-169)
Xeyr! Onlar elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlməmiş bir şeyi yalan hesab etdilər. (Yunus-39)



#98862 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 08 июня 2013 - 13:14 в Hədis elmi

Allahın izni ilə risaləni tamamlamağa bir şey qalmamışdır. Fikir dağınıqlığı yaranmaması üçün inşaallah risalənin "tərcümə"sini tamamladıqdan sonra suallara qayıdarıq. Lakin qısaca demək istərdim ki, diqqətlə oxusan ümumilikdə hər iki sualın cavabı mövzuda, elə həmin sitatlarda öz əksini tapmışdır. Ola bilsin ki, mənim "tərcümə"mdəki nöqsan cavabları görməkdə maniə yaratmışdır.

Əbu Ubeydə əl-Hiza Əbu Cəfər a.s.-ın bu cür buyurduğunu rəvayət etmişdir:


Allaha and olsun ki, əshabımdan mənə ən sevimli olanı Allahdan daha çox qorxan, daha yaxşı anlayan və hədislərimizi sirr olaraq saxlayandır.
Onlardan ən pisi və zəhləm gedəni isə bizə nisbət verilən və bizdən rəvayət olunan hədisi eşidəndə onu anlamayan, qəlbi qəbul etməyən, zəhləsi gedən, inkar edən, inanmayan, inananları təkfir edəndir. O bilmir ki, ola bilsin ki, sözü gedən hədis bizdən xaric olmuşdur. Bu cür etməklə o, bizim vilayətimizdən xaric olmuş olur.






#98861 xəbəri vahid

Отправлено автор: Abu Sufyan ordusu 08 июня 2013 - 12:25 в Hədis elmi

Zəhmət olmasa aldığın cavabları mövzuda bölüş ki, biz də faydalanaq.
Cavabları aldıqdan sonra səni narahat edən sonrakı sualları adlarını sadaladığın alimlərə göndərmisənmi?



#98834 Rafizilərin qəbrə səcdəsi

Отправлено автор: Abu Sufyan ordusu 02 июня 2013 - 01:37 в Şiə-sünni dialoqu

Əslində adını çəkdiyin mövzuda mənlik bir iş yoxdur. Qardaşlar arzu etdi, Allah qarşıma çıxartdı, məndə boynuma düşənin qol-qıçını qırıb ortalığa bir şey çıxartmaq istədim. İnşaallah faydasına ümidim var. Kitaba inetdə linklər çoxdur. Mövzunun ilk yazısına yerləşdirərəm faydalanarsan inşaallah!



#98832 Rafizilərin qəbrə səcdəsi

Отправлено автор: Abu Sufyan ordusu 02 июня 2013 - 01:21 в Şiə-sünni dialoqu

Necə ürəyimə almayım ki, Seyyid "torpaq üzərinə" ilə "torpağa (torpaq üçün)" fərqini anlatmaq istəyərkən mütərcim vurub mətnin gözünü çıxardıb. Onda bizim tərcümə olunmuş kitablarımızla Əbu Əli Əfəndi, Abu Zeyd və digər Əbular, Əxilər və mən nə bilim kimlərin cəfəngiyyatı arasında fərq nə oldu? Əslində onlara geydirmə tərcümələr və cəfəngiyyatlar yaraşır, lakin şiəyə bu cür naqis şeylər yapışmır axı!?



#98830 Rafizilərin qəbrə səcdəsi

Отправлено автор: Abu Sufyan ordusu 02 июня 2013 - 01:14 в Şiə-sünni dialoqu

Sözü gedən sitat:

ولقد أفرط بعضهم في الفرية ، فنسب إليهم ما هو أدهى وأمض ، وادعى أنهم يأخذون التراب من قبور أئمتهم ، فيسجدون له سبحانك اللهم هذا بهتان عظيم


Sözü gedən qəbahətli tərcümə:

Onlardan bəziləri həddi aşaraq şiə məzhəbinə olduqca böyük və bağışlanmaz töhmətlər vurur və deyirlər: Şiələr imamlarının qəbirlərindən torpaq götürər və onun üzərinə səcdə edərlər. «İlahi Sən pak və münəzzəhsən, bu isə böyük bir böhtandır.»




#98829 Rafizilərin qəbrə səcdəsi

Отправлено автор: Abu Sufyan ordusu 02 июня 2013 - 01:07 в Şiə-sünni dialoqu

Mənim söhbətini etdiyim azərbaycan dilindəki sitatda "əs-Sucud aleyh"in iftira olduğu bildirilir. Mənim də e`tirazım oradan qaynaqlandı və tərcümədə şübhə yaratdı. İndi imkan varsa həmin sitatın orijinalını "paste" et. Tərcümələrin bərbad olması yeni məsələ deyil. "Haqqyolu" website? Haqqlarına girmək istəmirəm amma???? Tərcümələr mənim kimi qeyri-mütəxəssislər tərəfindən həyata keçiriləndə bu cür də olmalıdır.



#98827 Rafizilərin qəbrə səcdəsi

Отправлено автор: Abu Sufyan ordusu 02 июня 2013 - 00:39 в Şiə-sünni dialoqu

İmkanın olsa aşağıdakı sitatın orijinalını buraya "paste" et.

Onlardan bəziləri həddi aşaraq şiə məzhəbinə olduqca böyük və bağışlanmaz töhmətlər vurur və deyirlər: Şiələr imamlarının qəbirlərindən torpaq götürər və onun üzərinə səcdə edərlər. «İlahi Sən pak və münəzzəhsən, bu isə böyük bir böhtandır.»




#98823 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 01 июня 2013 - 00:37 в Hədis elmi

Sufyan b. əs-Seyt Əbu Əbdullah a.s.-dan bu cür sual etdiyini rəvayət edir:


Sənə fəda olum! Sənin yanından bizim yanımıza bir şəxs gəlib böyük işlərdən danışır ki, eşidəndə sinəmiz daralır, buna görə də onu yalançı hesab edirik.


İmam a.s. buyurdu:
Sizə məndən eşitdiyini söyləyir? Dedim: Bəli.

İmam a.s. buyurdu:
Sizə gecənin gündüz, gündüzün isə gecə olduğunu söyləyir? Dedim: Xeyr.

İmam a.s. buyurdu:
Onun söylədiklərini bizə aid edin. Onu yalançı hesab etsəniz, bizi də yalançı hesab etmiş olacaqsınız.




#98822 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 01 июня 2013 - 00:18 в Hədis elmi

Məsumlardan a.s. bizə gəlib çatan rəvayətləri rədd etmək caiz deyil


Zəif yolla olsa belə Əhli-beyt a.s-dan bizə varid olmuş rəvayətləri yararsız bilmək, onlara qarşı müxalif olmağa çür`ət etmək caiz deyildir. Çünki xəbər səhih olsa belə zənndən başqa bir şey deyil, Əhli-beyt a.s.-dan sadir olmama ehtimalı da vardır. Bizə zəif sənədlə gəlib çatmağına baxmayaraq isə, zəif xəbərin Onlardan a.s. sadir olma ehtimali var.
Mötəbər xəbərdə höcciyyət şərtləri cəm olduqda ona tabe olmaq düzgündür. Bir az əvvəl də gördük ki, bə`zi hallarda zəif xəbər də höccət ola bilir.

Allah Şeyx Abbas Qummiyə rəhmət eləsin! O, müəllifi olduğu "Mənazil əl-Axira val-Mətalib əl-Faxira"(səh 262) kitabında buyurmuşdu:

"O qövmə təəccüb edirəm ki, Əhli-beytin a.s. hədislərində yad, gəlmə ola-ola, Əhli-beytə qarşı çür`ət edir və eyni zamanda onların şiəsi olduqlarını iddia edirlər. XOŞLARINA GƏLƏN, ZÖVQLƏRİNƏ UYĞUN OLAN rəvayətləri onlara nisbət verir, anlamadıqları, başa düşmədiklərini onlardan rəvayət edirlər. Sanki bu qövm Onların (Əhli-beytin a.s.) ağasıdır, nökəri deyil.
Bu cür kəslərin sözlərindən Allaha pənah aparırıq. Bə`zi hədisləri öz ağıllarına və zövqlərinə uyğun təshih və inkar edirlər. Necə ki, belələri Allah məqamını uca etsin Əllamə əl-Məclisinin "Bihar"ına tə`liqlər etmişlər. Onlar bilmirlər ki, xəbər səhih olsa qullara höccətdir, çünki mö`təbər bir kəsin (siqanın) çatdırdığı xəbər höccətdir. Xəbər səhih olmasa belə onu rədd etmək olmaz, çünki Əhli-beytdən a.s. sadir olma ehtimalı var. Bununla Onların a.s. sözünü (fe`lini, təqririni) rədd etmiş oluruq."



#98821 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 31 мая 2013 - 23:18 в Hədis elmi

Ümid edirəm ki, nöqsan dolu "müxtəsər tərcüməni" diqqətlə oxuduqda çox bağlı qapılar açılacaq, cavabsız suallar cavablanacaq, şübhələr yox olacaqdır. Risaləyə qarşı gücənmək istəyənlərin nəzərinə: Risalənin müəllifi anlamağımız üçün risaləni yazarkən mövzunu çox sadələşdirib. Mən də öz növbəmdə ixtisarlar etdim və sadə dildə çatdırmağa çalışdım ki, maraqlananlar üçün anlaşılan olsun.



#98819 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 31 мая 2013 - 22:59 в Hədis elmi

7.Moizə və tarixi hadisələrdə

Zəif xəbərlərin digər faydası da xətiblərin moizə və danışdıqları tarixi hadisələri zənginləşdirməkdir, hansı ki, sözü gedən moizə və hadisələr möminlər üçün ibrət və nəsihətdir. Əgər zəif hədislərin hamısını silib atsaq, moizələr əksər hallarda öz tə`sirini itirəcəkdir (bir növ tə`sirsiz quru söz yığınağına çevriləcək). Belə ki, bizdən öncə yaşayanların başına gələn hadisələr (avtobioqrafiyaları)bu hadisələrdın aldığımız ibrətlərin çoxu bizə zəif hədislər vasitəsilə gəlib çatmışdı.
Möizə və ibrətlər oxuyanın və yaxud qulaq asanın qəlbində çox böyük təsirlər qoyur, hansı ki, bu təsirlər onun imanında, əməllərində öz əksini tapır.
Bu rəvayətlərdən nə qadağa nə də ki, vacibat qəsd olunmur. Odur ki, bu hədislər zəif olmalarına baxmayaraq, əgər Əhli-Beytdən a.s. rəvayət olunduğu bildirilərsə yuxarıda sözü gedən təsirlərinə görə istifadə olunar.
Qeyd etmək lazımdır ki, əgər rəvayətin uydurma olduğu bilinsə onu nəql etmək doğru deyildir. Lakin nə qədər ki, rəvayət Əhli-Beytd a.s.-dan sadir olma imkanı dairəsindən xaric olmamışdır, onu nəql etmək, sitat olaraq gətirmək, (oxuyanlara, qulaq asanlara) təsirindən istifadə etmək caizdir.

Şeyx bu sözlərindən sonra çoxlu sayda nümunələr gətirmişdi ki, onları tərcümə etməyə lüzüm görmürəm. Yetər ki, minbər söhbətlərini yada salasınız, istər mövlud günlərində istərsə də tə`ziyə. Xüsusən də İmam Hüseyn a.s.-la bağlı söhbətləri və s. Həmçinin Əhli-Beyt a.s.-ın başına gələn müsibətlər, müxtəlif tarixi hadisələr. Bir sözlə ağıla güc vermək lazımdır.



#98817 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 31 мая 2013 - 03:01 в Hədis elmi

6.Biri digərini təfsir edən hədis


Bə`zi xəbərlər digərlərini təfsir edir, mənasını açıqlayır. Elə səhih rəvayət vardır ki, onun mə`nasını tam anlaya bilmirik. Bu zaman köməyimizə sənədi zəif olsa belə digər bir rəvayət yetişir və həmin səhih rəvayətin mə`nasını bizə açıqlayır. Tam anlaya bilmirik dedikdə, hədisin ilkin başa düşülən mə`nasının səhv olması müxtəlif qərinələr vasitəsilə bəlli olur. Bu da əsas verir ki, həmin mə`nadan uzaqlaşıb yeni, daha doğru mənanı axtaraq. Bu zaman zəif hədis bizim diqqətimizi digər, daha münasib mənaya yönəldir.

Məsələn rəvayətlərdən birində buyurulur:

"Şiələrimiz ərəblərdir". "Ərəb" sözündən ilkin başa düşülən məna ərəb dilində danışan millətdir. Lakin bu mənanın səhv olduğunu anlamaq o qədər də çətin deyil.



#98816 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 31 мая 2013 - 02:23 в Hədis elmi

Aleykəs-salam va rahmatullah va barakatuh.

Şöhrət dedikdə hədisin məzmununa əməl etmə, yə`ni çoxlu sayda fəqihin (bə`zilərinə görə yalnız qədim fəqihlərin) hədisin məzmununu əsas tutaraq fətva vermələri, hökmü istinbat edərkən hədisin mətninə istinad etmələridir. Onu da qeyd etməliyəm ki, bu qayda-qanun təkcə şiələrə xas deyil. Eləcədə fəqihlər və mühəddislər arasında bu məsələdə ixtilaf vardır.
شهرة الحديث تغني عن ضعف السند


Bütün bunlar bizim səviyyəmizdən çox-çox yuxarilarda qərar tapmışdır. Çox yuxarılarda qərar tapması səbəbinə də Əbu Zeyd və onun kimi uzunqulaqların hədis, hədis elmi və s. sözləri anqırmaqdan başqa bir şey deyil.

İlk dövrün fəqihlərinin Məsumların a.s. yaşadığı dövrə yaxın zamanda yaşamaları, hədisləri daha yaxşı bilmələri, onlara məlum olan lakin müasir fəqihlərə isə gizli qalan qərinələr və s. bu hədislərin mənasını səhih hesab edib, məzmununa əməl etməyə əsas vermişdir. Mə`sumların a.s. yaşadığı zamandan uzaqlaşdıqca çox şeylər itib getmişdir. İndidə bə`zi parazitlər olan-qalanın da itirilməsinə nail olmaq üçün ortalığa bəhanə torları (zəif-səhih) atmışlar. Təəssüf ki, avam şiələrdən də bu tora düşənlər az deyil.



#98813 Zəif hədislər haqqında risalə

Отправлено автор: Abu Sufyan ordusu 30 мая 2013 - 15:57 в Hədis elmi

5.Xəbərin məzmunu



Bə`zi sənədi zəif xəbərlərin səhih məzmunu olur, məsələn hər hansı bir məsələnin istidlalı hədisin məzmununda öz əksini tapır, hansı ki, bu cür zəif xəbər olmasa idi, ola bilsin ki, həmin dəlil-sübut bizə gizli olaraq qalacaqdı.


Rəvayətlərin birində İmam Musa b. Cəfər a.s. buyurur:

Allah Taala öz mübarək kitabında buyurur:
"Əgər Quranla dağlar hərəkətə gətirilsə, yaxud yer parçalansa və ya ölülər danışsaydılar (onlar yenə də iman gətirməzdilər). Bütün işlər yalnız Allahın ixtiyarındadır. (Rad-31)"

Bu Quran bizə miras olaraq verilmişdi. Dağları və mə`dənləri parçalayan, ölüləri dirildən bu kitabdadır. Biz havanın altında olan suları bilirik. Həqiqətən Allahın kitabında elə ayələr vardır ki, onların vasitəsilə Allahın izn verdiyi müəyyən işlər iradə olunmuşdur, eləcədə O, keçmiş üçün yazılanları ummul-kitabda qərar vermişdi. O, öz kitabında başqa bir ayədə buyurur:
"Göylərdə və yerdə (heç kəsin bilmədiyi) elə bir gizli şey yoxdur ki, açıq-aydın Kitabda (lövhi-məhfuzda) olmasın! (Nəml-75)" Sonra başqa bir ayədə yenə buyurur:
"Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə miras verdik. (Fatir-32)"

Biz Allahın seçdiyi bəndələrik. O bəndələr ki, hər şeyin bəyanı-izahı olan kitabı kitabını bizə miras olaraq verdi.

Bu hədisi sənəd e`tibarilə zəif olduğunu fərz etsək belə, məzmunu açıq-aydın mənaya, güclü höccətə malik Quran istidlalıdır. Bu cür rəvayətlər olmasa idi bu kimi dəlillərdən və elmlərdən xəbərdar olmazdıq.





Рейтинг@Mail.ru