Перейти к содержимому


Публикации Atella

83 публикаций создано Atella (учитываются публикации только с 20-апреля 23)



#88467 ANS TV `Toy olsun`

Отправлено автор: Atella 23 января 2012 - 14:17 в Дискуссии на общие темы

" Onun yarsısı " verlişini aşura günündə göstərənlər ..20 yanvar faciəsində bu verlişin varlıgını unutdular..
Allah muselmanları münafiqlərin şərrindən qorusun.



#80523 "prezidentə 100 Minlik Müraciət"

Отправлено автор: Atella 14 сентября 2011 - 14:52 в Ümumislam mövzular

Salam olsun!

Atella, sizcə belə bir fikir yürütmək nə dərəcədə doğrudur?:
Bəlkə bu kompaniya bu günkü hökumət üçün bir statistik və informativ xarakter daşıyacaq. Bu minvalla hökumət həqiqi müsəlmanların sayını, tərkibini və hətta şəxsiyyətlərini təyin edir. Onsuz da bu qansızlar bu kompaniyanın müraciətinə əhəmiyyət verməyəcəklər. .

Yeni dərs ilindən təhsil müəssisələrinə hicabla gedən şagirdlər dərsə buraxılmayacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı: Hər kəs Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müəyyənləşdirilən vahid məktəbli geyimində tədris prosesinə qatılmalıdır. Bu geyimlərdən kənar tədris prosesinə qatılan şagirdlərə icazə verilməyəcək. Bu mövzunun yenidən gündəmə gəlməsini arzulamırıq, çünki mövqeyimiz dəyişməyəcək. Vahid məktəbli geyiminin forması hər kəsə, bütün ictimaiyyətə bəllidir. Xahiş və tələbimiz ondan ibarətdir ki, bütün şagirdlər tədris prosesinə müəyyənləşdirilmiş məktəbli geyimində qatılsınl



#79659 Xamneyinin Nümayəndəsi Hədəfə Alındı

Отправлено автор: Atella 21 августа 2011 - 13:50 в Дискуссии на общие темы

İstəyir Əlibaba Qafarov olsun=Xamenei ALLAH deyil !

Emr sahiblerine itaet vacibdir



#79564 Xamneyinin Nümayəndəsi Hədəfə Alındı

Отправлено автор: Atella 19 августа 2011 - 09:18 в Дискуссии на общие темы

P.S Şəxsi fikrimdir:(düzəliş) İran xalqı ilə yox, Məhz İranın hakimiyyəti ilə!

İranda hakimiyyətinin lideri ayetullah Xamneyidir.



#79534 "prezidentə 100 Minlik Müraciət"

Отправлено автор: Atella 18 августа 2011 - 11:17 в Ümumislam mövzular

Bu kompaniyanın gedişatı bir növ dindarlar arasında radikal, loyal, üzüyola ruhailərin təftiş olunmasına şəarit yaratdı.
1) Radikal ruhailər seçildi və dərhal da zərərsizləşdirildi

nə etmək, yerdə qalanlarına yalnız ugurlar diləmək olar..

P.S.
Salam olsun zindanda yatan dostlara



#79434 İran-Türkiyə Münasibətlərində Soyuqluq

Отправлено автор: Atella 17 августа 2011 - 14:53 в Политика и экономика

Suriya ətrafında yaranmış problemin səbəbi nədir?



#79426 Postmodernizm

Отправлено автор: Atella 17 августа 2011 - 14:40 в Литература

Həmid Herisçi: "AYO postmodernizmdə çox ilişib qaldı"


Azərbaycan xalqının ən böyük faciəsi onun məzhəkələrə meyllənməsidir".

"Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə azərbaycanlılar üçün maraqlıdır. Avropada onlardan çoxdur, bu yeni deyil onlar üçün".

"Mən həmişə Şimali Azərbaycanlıları qeyri-ciddi adamlar saymışam".

"Bütün yazıçılar möcüzələr adasını axtarırlar. Mən hesab eləyirəm ki, o adanı tapmışam".

"Mən seçilmişlərdənəm və bunu qorxmayaraq deyirəm".

"Təəssüf ki, bizim uşaqların bir çoxu içkiyə çox meyllidirlər. Bizim yazarların da bəlası ondadır".


- Sizi postmodernist hesab edirlər. Müsahibələrinizin birində postmodernizmin müddəaları olaraq allahı, qəhrəmanı, süjet xəttini və s. inkarı göstərmisiniz.

Amma elə həmin müsahibədə də Allaha inandığınızı bildirmisiniz. Bir ziddiyyət olduğunu düşünmürsünüz ki?

- Bilirsiz ki, yazıçılar öz yaradıcılıqlarında hansısa bir fəsəfi əsəslara söykənirlər. Postmodernizm təkcə Azərbaycana deyil, ümumiyyətlə,

"Mən heç vaxt heç kimi öz mistik aləmimə dəvət etmərəm. Bu mənim qapalı, bağlı dünyamdır. Əgər o elə söz deyibsə, görünür Aqşin məni yaxşı tanımır. Mən öz təriqətimdə varam, amma mən öz təriqətimə heç kimi buraxmıram".

dünyanın bir çox yerlərinə xaos gətirib.

Bu xaosu biz də qavrayıb öz yaradıcılığımıza daşıdıq.

Postmodernizm Azərbaycana gəlməli idi, çünki o, bütün dünyaya gəlmişdi. Amma postmodernizmin üzərində toyuq yumurtanın üstündə oturduğu kimi oturmaq düzgün deyil.

Ədəbiyyat inkişaf edən xətt üzrə gedir. Məncə, bizim ədəbiyyatın nöqsanlarından də biri odur ki, bizim gətirdiyimiz postmodenizmi bunlar elə baş ədəbi nəzəriyyə bildilər.

Mən bildiyim qədərilə, onu da heç yaxşı bilmirlər. Postmodernizmi Azərbaycana gətirən iki-üç nəfər varsa, onun biri mənəm.

Mən həmişə düşünmüşəm ki, bu proses bir müddət olmalıdır. Sonra keçid dövrü lazımdır. Keçid konspirologiyadır.

Nizami Gəncəvinin “Sirlər xəzinəsi” elə konspirologiyadır. Qədim ənənəvi şərq ədəbiyyatı elə konspiroloji ədəbiyyatdır. Fikirlər açılmaqdan daha çox gizlənilir.

Burada bir çox üslublardan isitfadə olunur. Məsələn, əbcəd hesabı ilə keçmiş hadisələr şifrlənirdisə, gələcəyə yönlü təyinatlar əl-cəfr elmilə şifrələnir.

Bizim bütün böyük yazıçılarımız bunları bilməsəydilər, şair ola bilməzdilər. O dövr postmodern yazarlar üçün, bəli, əstağfürullah, Allah yox idi, qəhrəman yox idi.

Bu o cəmiyyət, o dövr, o insanlar üçün yox idi. Mən indi postmodernist deyiləm, konspiroloqam.

Mən indiki yazarların arasında yeganə yazaram ki, bir həddən o biri həddə keçməyi bacardım. Ədəbi böhranın səbəbi yazıçılarımızın postmodernizmdə ilişib qalmalarıdır.

Konspirologiya da “Sirlər xəzinəsi"dir, süjet bərpa olunur, qəhrəman bərpa olunur.

Qərhrəman da var, Allah da var, şər də var, şeytan da var. Konspirologiya bir növ neoklassisizmin yenidən qayıtmasıdır, ancaq yeni dövrün təcrübəsindən isitifadə edərək.

Bu, ədəbiyyatın adi riyazi tənliyidir. Mən onu həll eləmişəm. Qoy başqaları da həll eləsin



#79421 Dünya Ölkələrinin hərbi -texniki yenilikləri

Отправлено автор: Atella 17 августа 2011 - 14:23 в Военное дело

Rusiya “S-300” zenit-raket komplekslərinin istehsalını dayandırıb.

Bu barədə “RİA Novosti”yə açıqlamasında Hava Kosmik Müdafiə üzrə Ekspert Şurasının sədri İqor Aşurbəyli bildirib. Onun sözlərinə görə, Rusiya ordusu üçün “S-300PM” markalı son kompleks 1994-cü ildə istehsal edilib: “O vaxtdan Rusiya yalnız ixracat üçün bu kompleksləri istehsal edirdi. Amma indi “S-300”lə bağlı ixracat sifarişləri də qurtarıb”.

Rusiyanın artıq “S-500” kompleksləri üzərində işlədiyini deyən İ. Aşurbəyli “S-500”lərin silahlanmaya qəbulunun 2015-ci ilə planlaşdırıldığın bildirib.

Qeyd edək ki, “S-300” komplekslərinin istehsalına 1978-ci ildən başlanıb. Bu raketlər modifikasiyasından asılı olaraq hədəfləri 47 km-dən 150 kilometrə qədər məsafədə vurma imkanına malikdir. Kompleksin hava obyektlərinin aşkar edilməsinin uzaqlığı 120-dən 300 kilometrədəkdir. Hazırda “S-300” kompleksləri Rusiyadan başqa 18 ölkənin, o cümlədən postsovet dövlətlərdən Ermənistan, Qazaxıstan, Ukrayna, Belarus və Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin silahlanmasında mövcuddur. Azərbaycan 2010-cu ildə Rusiyadan 2 divizion “S-300 PMU2” kompleksini alıb. Bu raketlər ilk dəfə 2011-ci il iyun ayının 26-da Bakıda keçirilən hərbi paradda nümayiş olunub.



#79230 Xamneyinin Nümayəndəsi Hədəfə Alındı

Отправлено автор: Atella 16 августа 2011 - 09:34 в Дискуссии на общие темы

Bakıda Xamneyinin nümayəndəsi hədəfə alındı

Изображение

Ortada İranla yeni diplomatik müharibə yarada biləcək ittihamlar dolaşır

Bir neçə gün öncə islamçıların həbsi ilə bağlı Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun verdiyi birgə məlumatda bir məqam xüsusi diqqət çəkir. Düzdür, həbs olunan şəxslər əvvəllər də Iranla əməkdaşlıqda ittiham olunsalar da, bu dəfə rəsmi Tehrana qarşı konkret ittihamlar irəli sürülüb. Belə ki, saxlanılanlardan Abgül Süleymanov Iran Islam Respublikasının Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzindən maliyyə dəstəyi alaraq “Cəfəri” adlı radikal dini qrup yaratmaqda ittiham olunur.
Maraqlıdır ki, bundan əvvəl Irana qarşı bu cür ittiham irəli sürülməmişdi. Əldə etdiyimiz bəzi məlumatlara görə, hakimiyyət bir müddət əvvəl Iran Mədəniyyət Mərkəzinin Bakı nümayəndəliyinin rəhbəri Ocaq Necatı həbs etmək istəyirmiş. Amma sonradan O.Necatın Iranda din xadimi kimi böyük nüfuza sahib olması hakimiyyəti bu fikirdən daşındırıb. Lakin son günlər Iranla yaşanan gərginlik bu həbsi yenidən gündəmə gətirib.
Onu da qeyd edək ki, vaxtilə Azərbaycan Türkiyə ilə ölkəmizdə səfir işləmiş Altın Karamanoğluya görə bu tip diplomatik qalmaqal yaşamışdı. Indi isə analoji halın Iranla bağlı təkrarlanacağı istisna edilmir.
Bəs görəsən, Mədəniyyət Mərkəzinin Bakı nümayəndəliyinin rəhbərinin həbsi nə dərəcədə mümkündür?


Politoloq Zərdüşt Əlizadənin sözlərinə görə, MTN və Baş Prokurorluğun Iran Mədəniyyət Mərkəzinə və onun rəhbərinə qarşı irəli sürdüyü ittihamlar inandırıcı deyil. Irəli sürülən ittihamlarda hüquq-mühafizə orqanlarının ənənəvi absurda yol verdiyini düşünən Z.Əlizadə vurğuladı ki, “Cəfəri” heç bir qeyri-qanuni fəaliyyətlə məşğul olmayıb: “Cəfəri” qonşu Iran dövlətinin rəsmi ideologiyası haqqında ədəbiyyatın yayılması ilə məşğul olub. Burada isə heç bir terror əməli yoxdur. Bu üzdən düşünmürəm ki, Irana qarşı irəli sürülən bu ittihamlar ciddi beynəlxalq qalmaqala səbəb olsun. Çünki dünya Azərbaycandakı vəziyyəti çox gözəl bilir. Dünya ictimaiyyəti bilir ki, Azərbaycanda öz xalqına zülm edən bir hakimiyyət mövcuddur. Azərbaycan bir bataqlıqdır”.
Mədəniyyət Mərkəzinin rəhbəri O.Necatın həbs olunmasının nə dərəcədə real olacağına gəlincə isə Z.Əlizadə hadisələrin bu cür gedişinə inanmır. “Əgər belə bir addım ata bilirlərsə, buyursunlar”,- deyə Z.Əlizadə vurğuladı.

"Ocaq Necatın həbsi İranın sərt reaksiyasına səbəb olar"

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbərin fikrincə, Iran Mədəniyyət Mərkəzinin adının bu kontekstdə hallandırılması təsadüfi deyil. Hələ 90-ci illərdən mərkəzin fəaliyyətinin Azərbaycanın xüsusi xidmət orqanlarının diqqətini cəlb etdiyini deyən S.Əkbər vurğuladı ki, mərkəz heç də elan etdiyi prinsiplərə uyğun fəaliyyət göstərmir: “Iranın Mədəniyyət Mərkəzi əgər bir tərəfdən Islam dini ilə bağlı ideologiyanı təbliğ edirsə, digər tərəfdən Azərbaycanda Iran tipli bir dövlətin yaradılması təbliğatını da aparır. Bu istiqamətdə müxtəlif insanları ələ alır, onlarla iş birliyinə girir. Ona görə mərkəz barəsində bu cür sərt rəsmi mövqenin bildirilməsinə təəccüblənmədim”.
O.Necatın həbs olunmasına gəlincə, S.Əkbərin də fikrincə, Azərbaycan bu məsələdə çox dərinə getməyəcək. S.Əkbərin sözlərinə görə, O.Necat Iranın dini rəhbərliyinin təmsilçisi olduğundan Azərbaycan diplomatik qalmaqal istəməz. Çünki bu şəxsin həbsi Iranın sərt reaksiyasına səbəb ola bilər.

Hökumət politoloqundan Ocaq Necata təhqiramiz ifadələr


Bu arada hakimiyyətə yaxınlığı şübhə doğurmayan politoloq Mübariz Əhmədoğlu Ocaq Necata qarşı ağır ittihamlar səsləndirib. M.Əhmədoğlu deyib ki (APA), Ocaq Necatın 20 ilə yaxın fəaliyyəti dövründə Iran-Azərbaycan münasibətlərində müsbət heç bir şey baş verməyib. “Iran-Azərbaycan sərhədində narkotik axını o səviyyədədir ki, bunu birmənalı şəkildə Iran-Azərbaycan münasibətləri üçün Iranın müəyyənləşdirdiyi gerb və ya rəmz kimi başa düşmək olar. Iran sərhədçiləri Azərbaycana keçirilən narkotik maddələrin qarşısını almırlar. Özlərini hər şeyə qadir hesab edən Iran hərbçilərinin narkotikanın qabağında “qüdrətləri” sınırsa, bunu da təsadüfi hesab etmək lazım deyil”.
Politoloq deyib ki, Əhəd Qəzaidən sonrakı bütün səfirlər Ocaq Necat tərəfindən idarə olunub. Ona görə səfirlik bir lazımsız quruma çevrilib:"Islam Partiyası oyuncaq quruma çevrilib. Islam Partiyasına son vaxtlar yalnız zombiləşdirilmiş adamlar rəhbərlik ediblər. Partiyanın yuxarı eşelonunda normal dünyagörüşünə malik, diniliklə dünyəviliyi birləşdirməyi bacaran adamların olmasına baxmayaraq, Ocaq Necat yalnız zombilərin rəhbərliyə çıxmasına icazə verib. Rəftar prinsipləri “Ağlım Ocaq Necatın cibindədir” olan şəxslərin fəaliyyəti nəticəsində bu gün islamçıların böyük əksəriyyəti həbsxanadadır”.
Politoloqun fikricə, Iranda din siyasətin nökərinə çevrilib. Məscidi Ramazan ayında topla dağıdan, islami partiyaların fəaliyyətini qadağan edən, qadınları hicabsız gəzən Suriyanı Iran hər vasitə ilə müdafiə edir. Bundan xeyli yumşaq parametrli Azərbaycanı isə, az qala məhv etməyə hazırlaşır: “Ocaq Necat Azərbaycanda fəaliyyətə başladığı dövrdə Iran Azərbaycanın birinci və ya ikinci ticarət ortağı idi. Indi 10-cu tərəfdaşıdır. Ocaq Necatın fəaliyyəti dövründə Azərbaycanda onların təsiri altında olan adamlar arasında dini mədəniyyət pisliyə doğru transformasiya olunur”.
Hökumətyönlü politoloq Iranın spikeri Əli Laricaninin Bakıya səfərini Bakıda və Gəncədə Ocaq Necatın arxasında namaz qılmasını sərt tənqid edib:"Bu namazın ictimai nümayişini yada salmaq istəyirəm. Vaxtilə Ərdəbilin dağ-dərəsində at-eşşək dalında dayanan, otaran Ocaq Necatın arxasında indi Əli Laricani kimi vəzifəli şəxs, akademiklər, professorlar namaz qılır. Onun bu keçmişi və DAK-dakı ərdəbillilərin buna bənzər məlumatlara malik olması, görünür, Ocaq Necatda kompleks yaradıb, amma gecdir. Ocaq Necatın arxasında namaz qılan akademik, professor, özünü abırlı bilən savadlılar müəyyən qədər bu məsələdən məlumatlıdırlar. Bu məlumatlanma DAK-dakı ərdəbillilərin DAK-da qalıb-qalmamasından asılı olmayaraq davam edəcəkdir. Görünür, Ocaq Necat reallaşdırmağa cəhd etdiyi inqilabın başlanğıcında Əjdər Tağızadənin mətbuata çıxıb onun keçmişindəki belə hadisələrdən danışmağa başlamasından ehtiyatlanır”.



#78781 Somaliyə Yardım

Отправлено автор: Atella 08 августа 2011 - 12:15 в Дискуссии на общие темы

Somalidə ac uşaqlar küçələrdə can verirlər

Vəziyyət o yerə çatıb ki, uşaqlar küçələrdə acından ölürlər. BMT bu ölkədə gündə onlarla azyaşlının aclıqdan öldüyü barədə məlumat yayıb.
İnternetdə yayılan görüntülər vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.


http://www.youtube.com/watch?v=C_eNC14kwf4&feature=player_embedded

Ayətullah Məkarim Şirazi müsəlmanları Somali xalqına yardım etməyə çağırdı
slam dünyasının böyük alimlərindən və mərcəi-təqlid müctehidlərindən olan Ayətullah Nasir Məkarim Şirazi dünya müsəlmanlarını Somali xalqına yardım etməyə çağırıb.
Ayətullah Məkarim Şirazi bu gün Qum şəhərində Həzrət Məsumə (s.ə) xanımın hərəmində çıxışı zamanı “Səba” tayfasının tarixindən danışıb və bildirib ki, bu tayfa vəzifə və sərvətə çatmağa çalışmaq üçün göstərdikləri səylərə görə Allah taalanın əzabına giriftar oldular. “Quranda bu haqda buyurur ki, onlar Allahdan üz döndərdikləri üçün evləri, qəsrləri və bağları quru biyabana çevrildi”, -deyə Ayətullah Məkarim Şirazi bildirib.
Ayətullah qeyd edib ki, İlahi əzab bu tayfaya nemətlərə şükr etmədikləri üçün nazil oldu. Onlara Allah sabitlik və bərəkət verdiyi halda onlar Allahdan üz çeviriblər və naşükürlük ediblər. Daha sonra Somali xalqının vəziyyəti haqda danışan alim, müsəlmanların bu məzlum xalqa dəstək olmasının zəruriliyindən bəhs edib.
Ayətullah Məkarim Şirazi İmam (ə.f) səhminin üçdəbir hissəsinin bu məzlum xalqa yardım kimi göndərilməsinə icazə verib və öz hesabından 10 min dollar həmin xalqa yardım ayırıb. (İqna)



#78780 Somaliyə Yardım

Отправлено автор: Atella 08 августа 2011 - 11:33 в Дискуссии на общие темы

Somalidə ac uşaqlar küçələrdə can verirlər

Vəziyyət o yerə çatıb ki, uşaqlar küçələrdə acından ölürlər. BMT bu ölkədə gündə onlarla azyaşlının aclıqdan öldüyü barədə məlumat yayıb.
İnternetdə yayılan görüntülər vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.


http://www.youtube.com/watch?v=C_eNC14kwf4&feature=player_embedded



#78721 Hərbi parad

Отправлено автор: Atella 06 августа 2011 - 09:42 в Военное дело

Siz cənab Atella Siz Azərbaycan adından niyə böhtan danışırsınız?

əgər ortada böhtan varsa ..böhtana böhtanla cavab vermirlər.



#78573 Mövsüm Səmədovun həbsi

Отправлено автор: Atella 05 августа 2011 - 11:47 в Дискуссии на общие темы

"MÖVSÜM SƏMƏDOVUN HƏBSİ SİYASİ SİFARİŞDİR"

AİP sədri Mövsüm Səmədovun və partiyanın digər funksionerlərinin həbsindən artıq 8 ay keçib. Mövsüm Səmədov yanvar ayının 2-də partiyanın baş məclisində hakimiyyətin əleyhinə kəskin tənqidi fikirlər səsləndirmişdi. Bu çıxışdan bir neçə gün sonra AİP sədri onun yaxınları və partiya funksionerləri absurd ittihamlarla həbs olundu. Mövsüm Səmədov həbsindən bir neçə gün sonra dövlət çevrilişində ittiham olundu. Digər tərəfdən, Mövsüm Səmədovun ittiham olunduğu maddələrdən biridə bu oldu ki, guya Mövsüm Səmədov silahlı qruplaşma yaradaraq Qubada yaşayan yəhudilərə qarşı qırğın tördəcəkmiş.
Mövsüm Səmədovun müdafiəsi ilə bağlı ölkədə olan aparıcı partiya, təşkilat sədrləri, politoloqlar və hüquq müdafiəçiləri məlum çıxışa münasibət bildirərək, ittiham aktının absurd olduğunu bildiriblər. Məsələ ilə bağlı FaktXeber.com-a müsahibə verən Azərbaycan Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev maraqlıməqamlara toxunub.


- Mayis bəy, sizcə Mövsüm Səmədovun məlum çıxışında hakimyyət çevrilişindən söhbət gedirmi?
- Sözün həqiqi mənasında Mövsüm Səmədovun həmin çıxışını mən çox diqqətlə dinləmişəm. Onun çıxışında qəti olaraq hakimiyyət çevrilişi və ya hər hansı etnik qrupa nifrətlə bağlı heç bir element yoxdur. Əlbəttə ki, bu çıxış hakimiyyət əleyhinə olan kifayət qədər tənqidi bir çıxışdır. Yəni Mövsüm Səmədov siyasi bir partiya rəhbəri və Azərbaycan vətəndaşı kimi hakimiyyətin əleyhinə tənqidi fikirlər səsləndirib. Bu cür çıxışlar Azərbaycan Konstitusiyası vasitəsilə insanlara verilmiş bir hüquqdur. Hər bir cəmiyyətdə olduğu kimi bizim cəmiyyətdə də açıq söz və ifadə azadlığı mövcuddur. Ona görə də, bu çıxışı sadəcə hakimiyyət əleyhinə olan bir çıxış hesab etmək olar. Azərbaycan hakimiyyəti daima insanların bu hüququnu məhdudlaşdırmağa çalışıb. Mövsüm Səmədovun bu çıxışı və həbsi siyasi çıxışları ilə bağlıdır və siyasi xarakter daşıyır. Aydın məsələdir ki, son dövrlərdə görünür ki, Azəbaycanda ictimai-siyasi hadisələrə AİP tərəfindən verilmiş tənqidi qiymətlər və AİP sədrinin tənqidi çıxışları hakimiyyətdə olanları narahat eləyib. Mövsüm Səmədovun və partiya funksionerlərinin həbsi siyasi bir həbsdir. Mən düşünürəm ki, belə siyasi həbslər Azərbaycanın dünyada demokratik ölkə imicinə böyük ziyan vuracaq. Əlbəttə ki, mən də bir fərd olaraq onların yaxın gələcəkdə azad olunmasını arzulayıram və düşünürəm ki, Azərbaycan hakimiyyəti özünün beynəlxalq aləmdə olan imicinə ziyan vurmamaq üçün Mövsüm Səmədovla birgə digər siyasi məhbusların azad olunmasına qərar verəcəklər.
- Mövsüm Səmədovun eyni halda yəhudilərə qarşı silahlı hücum hazırlamaqda ittiham olunur. Sizin bu ittihama qarşı fikiriniz nədir?
- Aydın məsələdir ki, Səmədovun bu çıxışında və əvvəlki fəaliyyətlərində ölkədə olan etnik qruplara qarşı, xüsusilə də yəhudilərə və onların hüquqlarının məhdudlaşdırılmasına qarşı heç bir element mövcud deyil. Mövsüm Səmədovun bu çıxışında ölkədə qarşıdurmaları genişləndirən və bu qruplara qarşı nifrtlə bağlı heç bir fakt yoxdur. Ümumiyyətlə, həmin həbslər baş verəndə Yaşıllar Partiyası olaraq bəyanat vermişdik ki, bu həbslər siyasi xarakterlidir və belə həbslərə son qoyulmalıdır.
- İstintaq orqanları araşdırma zamanı belə bir nəticə əldə ediblər ki, Mövsüm Səmədov çıxış zamanı insanları cihada çağırıb. Halbuki həmin çıxışda ümumiyyətlə cihad sözünün işlənmədiyi görünür. Sizcə insanları hakimiyyətlə mübarizəyə çağırmaq cinayət və ya cihad hesab oluna bilərmi?
- Qətiyyən belə bir hal yol verilməzdir. Azərbaycan Konstitusiyasına görə, hər bir Azərbaycan vətəndaşının bu və yaxud digər qanunlara, hakimiyyətin fəaliyyətinə və yaxud fəaliyyətsizliyinə etiraz hüququ var. Vətəndaşlar bu etirazları müxtəlif formalarda həyata keçirə bilərlər. İstər etiraz aksiyaları ilə olsun, istərsə də səsləndirlən ifadələrlə. Səmədovun bu çıxışı açıq-aşkar Azərbaycanda baş verən ictimai-siyasi hadisələrdə xüsusilə hicabın qadağası ilə bağlı hakimiyyətin qeyri-qanuni qadağasına qarşı yönəlib. Hicab qadağası bir qrup insanın konstitusyon və təhsil hüququnun pozulması ilə bağlı verilən bir qərar olduğundan, bu insanlar həmin qeyri-qanuni qadağaya qarşı öz narazıçılıqlarını bildiriblər.
Mövsüm Səmədovun çıxışında Azərbaycan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı heç bir fakt yoxdur. Açıq-aşkar görsənir ki, bu həbslər Azərbaycanda İslam Partiyasının, xüsusilə İslam müxalifətinin artan nüfuzuna qarşı hakimiyyətin keçirdiyi narahatçılığının bir nəticəsidir və siyasi xarakter daşıyır. Çünki son vaxtlar ölkədə baş verən siyasi-ictimai hadisələrə qarşı, xüsusilə korrupsiyaya, hakimiyyətin müxtəlif qollarının insan hüquqlarının qorunması ilə bağlı fəaliyyətsizliyinə və hicab qadağasına qarşı AİP-in apardığı fəaliyyət hakimiyyəti narahat etməyə başladı. AİP-in fəaliyyəti təkcə hakimiyyəti yox, həm də sionist qüvvələrini narahat eləyirdi. Ona görə də siyasi qüvvələr bundan narahat olaraq hakimiyyətə təzyiqlər göstərə bilərlər ki, AİP-in artan nüfuzunu və fəaliyyətini məhdudlaşdırsınlar. Nəhayət ki, bu da baş verdi. Bütün hallarda AİP-in həbs olunan üzvləri siyasi məhbuslardır və onlara siyasi məhbus kimi qiymət verilərək mütləq azadlıqdan məhrum etmə qərarı dəyişdirilməlidir və bu insanlar azad olunmalıdırlar.



#78561 Hərbi parad

Отправлено автор: Atella 05 августа 2011 - 10:05 в Военное дело

Eləsin.Amam burada şeytanın nə günahı-başa düşmədim)

Evrovisiona gəldikdə isə-məncə bu bakıda baş tutarsa-Siz də orada olacaqsınız-adətdir,söyürük amma özümüz durmuruq!

Siz, cənab MİROTVORES70 mənim haqqımda niyə böhtan danışırsınız?



#78491 Hərbi parad

Отправлено автор: Atella 04 августа 2011 - 08:33 в Военное дело

Hər halda danışdın yox-danışdınız-Mən Sizə ixtiyar verməmişəm ki,mənlə "sən" deyə danışasınız.Mənim Sizə müraciətimdən ibrət götürün.Tərbiyəyə kömək edir bu!

nə isə
Allah şeytana lənet eləsin



#78453 Hərbi parad

Отправлено автор: Atella 03 августа 2011 - 14:21 в Военное дело

.Evrovisiona gəldikdə isə-məncə bu bakıda baş tutarsa-Siz də orada olacaqsınız-adətdir,söyürük amma özümüz durmuruq!

nahaq sözlər danışdın.



#78451 "prezidentə 100 Minlik Müraciət"

Отправлено автор: Atella 03 августа 2011 - 14:14 в Ümumislam mövzular

"Buna görə Peyğəmbər (s) buyurur ki, “Nə vaxt dininizə bəla gəlsə, canınızı verib dininizi qoruyun!”. Məgər bu gün o vaxt gəlib çatmayıb? Buna görə də Azərbaycan xalqı gərək bu məsələdə ayağa qalxsın və oyaq olsun. Əgər bir şəxslər bizim dinimizə, bizim mənəviyyatımıza, bizim axirətimizə əl uzadarlarsa biz də onların dünyasına əl uzadarıq."
(Hacı Mövsüm)


Hacı Mövsüm "mən də muselmanam" - deyən kəsləri agır mənəvi dilemma qarşısında qoydu:
bəziləri bu vaxtın gəldiyini, bəziləri isə vaxtın hələ gəlmədiyini vurgulayaraq gözləmə mövqeyi seçdilər. Möminlər arasında parçalanma yaradan amil məhz bu!



#78415 "prezidentə 100 Minlik Müraciət"

Отправлено автор: Atella 03 августа 2011 - 11:10 в Ümumislam mövzular

Hacı Mövsümdən "Yüzminlik müraciət" kampaniyasına dəstək

Hacı elə adam deyil ki, dediyi sözü geri götürsün.



#78317 Mövsüm Səmədovun həbsi

Отправлено автор: Atella 02 августа 2011 - 08:40 в Дискуссии на общие темы

Hacı İlqar İbrahimoğlu vətəndaş cəmiyyətini AİP rəhbərliyinə qarşı "yəhudiləri öldürmək" kimi absurd ittihamlarla bağlı mövqe sərgiləməyə çağırdı
Vəkil Anar Qasımovun verdiyi xəbərə görə, AİP rəhbərliyinə və fəallarına qarşı Qubada yaşayan yəhudilərə silahlı basqın təşkil etmək kimi absurd ittiham irəli sürülüb. "Dəyərlər" bunu şərh etmək üçün DEVAMM sədri Hacı İlqar İbrahimoğluna müraciət etdi. Hacı İlqar bununla bağlı bildirdi: "DEVAMM olaraq, bununla bağlı xüsusi bəyanat verdik. Müvafiq qurumları bu ittihamlardan imtina etməyə, müttəhimlərə bəraət verməyə çağırdıq. Belə ittihamlar Azərbaycanımıza yaraşmır. Bizdə milli və dini dözümsüzlük yoxdur. Bizdə həm cəmiyyət daxilində, həm məişət səviyyəsində tolerantlığın mövcudluğu hər kəsə məlumdur. Hacı Mövsümə gəldikdə isə, onun baxışlarına və çıxışlarına kimin necə münasibət bəsləməsindən asılı olmayaraq, Hacı Mövsümü tanıyan hər bir kəs bilir ki, ittiham olduğu məsələlərin heç birinə onun zərrə qədər də aidiyyəti yoxdur. Hacı Mövsüm savadlı, əxlaqlı, alicənab və təqvalı bir insandır. O, heç zaman qanunsuz işlərə, xüsusilə də, zorakılığa qol qoymaz. Bu, hər kəsə gün kimi aydındır. Hacı Mövsüm Səmədov neçə illik ictimai fəaliyyəti ilə toplumun tam etimadını qazanıb və buna görə, belə absurd ittihamların ona yapışması qeyri-mümkündür".
Hacı İlqar onu da vurğuladı ki, Hacı Mövsüm Səmədovu yəhidilərə qarşı basqını planlaşdırmaqda ittiham etmək - absurd olduğu qədər, ölkənin imicinə ciddi xətər gətirən bir mövzudur: "Ölkə rəsmiləri hər zaman Azərbaycanda nümunəvi tolerantlığın mövcudluğunu önə çəkiblər. Amma ittiham tərəfinin tələsik hərəkətlərinə görə, bu imicə əsaslı zərbə dəyə bilər. Belə ki, Azərbaycanda guya kimlərinsə anti-yəhudi ovqatda olması, antisemit əhval-ruhiyyənin Azərbaycana xas olması barədə yanlış illüziyalar aşılanar. Onsuz da vaxtaşırı erməni mətbuatında azərbaycanlıların dözümsüzlüyü barədə dezinformasiyalar yayılır. Bu ittiham - onların dəyirmanına su tökməkdir".
Hacı İlqar onu da qeyd etdi ki, anti-sionizmlə anti-semitizmi fərqləndirmək zəruridir: "Sionizm - faşist bazisli bir anti-bəşər ideologiya olaraq, bütün dünya aydınları tərəfindən pislənilir. Hətta BMT yaxın illərədək rəsmi olaraq, sionizmi irqçi və faşist ideologiya hesab edirdi, sonradan lobbiçilik fəaliyyəti sayəsində bu bəndi çıxarmağa müvəffəq oldular. Yəhudiliyin əksinə olmaq isə - İslamın ana prinsipliplərinə ziddir, çünki, insanın özündən asılı olmayan təqdiri məsələlərə görə kiminsə apriori günahlılığını ehtiva edir. Hacı Mövsüm dindar insan olaraq nəinki yəhudilərə qarşı hər hansı fiziki zorakılığı dəstəkləyə bilər, hətta bunu ideya olaraq da kiminsə gündəmə gətirməsinə imkan verməz. Bu, təmamən mümkünsüzdür. İstər xaçpərəst olsun, istər yəhidi - hər bir müsəlman Kitab əhlindən olan insanları qardaş sayır. O ki qalsın, ona qarşı dözümsüzlük edə.
Mən üzümü bütün Azərbaycan ziyalılığına, vətəndaş cəmiyyətinə tuturam və dünyagörüşünə, siyasi və ideoloji mənsubiyyətindən asılı olmayaraq, bütün ictimai fəal insanları Hacı Mövsüm Səmədova qarşı irəli sürülən bu absurd ittihamlarla bağlı mövqe sərgiləməyə çağırıram".



#78167 "prezidentə 100 Minlik Müraciət"

Отправлено автор: Atella 30 июля 2011 - 09:24 в Ümumislam mövzular

Во-вторых, я полностью согласен с мнением Нардарани в плане выбора с кем надо рядом быть

.
Nardarani helə ki, bizə qəzəl oxuyur ))



#78062 "prezidentə 100 Minlik Müraciət"

Отправлено автор: Atella 28 июля 2011 - 14:42 в Ümumislam mövzular

Bunu mən sənə desəm sənin üçün bir ərzeşı olmaz. Allah ağıl verib özün tap.

"Məst olan biçarədən aldım sorağın söyledi.
Məscidü minbər deyil, meyxanədir unvanı eşq"

aydındır )

P.S. Molla Nəsrəddin bir gün məscidə gəlib deyir:
—Camaat, bilirsiniz nə var? —Yox, bilmirik.
İndi ki, bilmirsiniz, mən sizə daha nə deyim — deyib çıxıb gedir.
Yenə bir gün Molla məscidə gəlib həmin sözü soruşur. Camaat bu dəfə:
—Bilirik,—deyə cavab verir. Molla isə:
— İndi ki, bilirsiniz, daha mən nə deyim?—deyərək yenə də çıxıb gedir.
Molla üçüncü dəfə minbərə çıxıb əvvəlki sualını soruşduqda çamaat cavab verir ki:
— Yarımız bilirik, yarımız yox...
Molla bu cavabı eşidib heç halını pozmadan deyir:
— İndi ki, belədir, bilənlər bilməyənlərə öyrətsin.

Lakin kömək edə bilərəm.
Get axtar tap hamıdan soruş gör bu qəzəlin müəllifi kimdi.
"Eşqimi izhar qılmaq yadlara eyb olsa da.
Məşuqa etsəm nə eybi, söylə bir elani eşq"

tsk edirəm köməklik göstərdiyinə görə

P.S.
Mollanın yanına bir Şair gəlib deyir:
— Molla, neçə vaxtdır ki, ürəyimdə bir ağrı hiss edirəm, elə bil ürəyimdə bir şey qalmışdır. Molla, şairin sözünü diqqətlə dinləyib soruşur:
— Təzəlikcə elə bir şe'r yazmısanmı ki, kimsəyə oxumamış olasan?
— Bəli, yazmışam.
— Elə isə, onu bir mənim üçün oxu.
Şair Mollaya çox uzun və mənasız bir şer oxuyur. Molla bu şeri əvvəldən axıra qədər dinləyib deyir:
— Çox ehtimal ki, ürəyini boşaltdığından daha bu azardan qurtarıb şəfa tapasan; çünki ürəyinə ağırlıq eləyən həmin bu şer idi.



#78050 "prezidentə 100 Minlik Müraciət"

Отправлено автор: Atella 28 июля 2011 - 08:43 в Ümumislam mövzular

Sizində borcunuz artıq cəmiyyət içində özünü doğrutmuş insanların ətrafında yer tutmaqdır

məsələn,
kimlərin yanında yer tutmaq laızmdır?



#77931 "prezidentə 100 Minlik Müraciət"

Отправлено автор: Atella 25 июля 2011 - 09:54 в Ümumislam mövzular

"İslam-azəri.az" saytının baş redaktoru Hacı Raminin yazısına diqqət edin
Bu adam 19.07.2011 tarixində "Müəmmalı 100 minlər" adlı bir məqalə dərc edir və məqaldə qeydlər edir:

"Hər halda son sözümdən sonra ABŞ-ın dostuma və ya onun təşkilatına ayırdığı pulun miqdarını bilmək istəyərdiniz yəqin. Yuxarıdakılara əməl etmək üçün adını çəkmək istəmədiyim dostumuza amerikalılar nə az, nə çox düz 100 min dollar təklif ediblərmiş. Beləliklə əsl islamçılar ayıq olmalı və ABŞ-ın müəmmalı “100 min”ləri qarşısında dağ kimi durmalıdırlar. Biz bu cür layihə tökən və bilərəkdən icraçılıq edənlərdən haqlarımızı almağı bacarmalıyıq.
Necə ki, İmam Xomeyni müsəlmanların haqlarının necə alınmasına işarə edərək deyir: “Müsəlmanlar haqlarını kafirlərdən lütf olaraq deyil, öz gücləriylə almalıdırlar. Bunun üçün mübarizə edin. Amerika və İsrail İslamın və müsəlmanların əsas düşmənidirlər”.


Bu məqalədən düz 6 gün sonra hacı Ramin yenidən gündəmə gəlir və "xeber44.com" saytina müsahibə verir.

"Fikirlə müxaliflik olar, amma dostlar arasında düşmənçilik olmaz"
İmzaya dəstək verməyənləri təhqir edənlər bilsinlər ki, hicab məhbuslarını, xüsusilə Hacı Mövsümü, Hacı Zülfüqarı, Hacı Taleni, Hacı Şahini və digər qardaşları təhqir edirlər. İmzaya dəstək verənləri təhqir edənlər isə bilsinlər ki, Hacı Elşəni, Hacı Yaşarı, Hacı Namiqi, Hacı Faiqi və digər qardaşları təhqir edirlər. Buna yol vermək olmaz."

P.S
Birincisi, ay hacı Ramin, görəsən nə vaxtdan insanlar haqqa meyar olublar?
halbuki, "insanlar Haqqa meyar deyil, Haqq insanlara meyardır."

İkincisi, ay hacı Ramin, "imzaya dəstək verənləri tehqir edənlər bilsinlər ki "... sıralamasında "filankəslərin" adlarınıı qeyd etdiyin halda nədən Hacı İlqarın adını yazmagı unutdun.

Üçüncüsü,rəhmətlik M.Ə. Sabir demişkən:

Hə, de görüm, nə oldu bəs, ay balam, iddəaların?
Tutmuş idi yeri, göyü nalələrin, nəvaların....
Yoxsa qanıb da eybini boşlamısan ədaların?
Şimdi, hərif, söz haman mən deyən oldu, olmadı?

Sən о deyilmidin, dedin: var bizim ittihadımız?
Mən də, yadında var, dedim: yox buna etimadımız....
Büğzə, nifaqədir bizim qeyrətü ictihadımız....
Pərdə açıldı nagəhan, mən deyən oldu, olmadı?



#77889 "prezidentə 100 Minlik Müraciət"

Отправлено автор: Atella 24 июля 2011 - 17:42 в Ümumislam mövzular

Nardarani

Sənin ya məsələlərdən xəbərin yoxdur. Yada özüvı bilməməzdiyə vurmusan. HACI Seyran həmin "Mübariz"lərdən biridir. Daha dəqiqi desək, Mübariz Ruhanilər Cəmiyyətinin Ali Şurasının üzvü olmuş olur. Bu yazıq HAcı Seyran İranın yəni Mübariz ruhanılərin mövqeyini bilmədən durub tələm tələsik müsahibə vermişdir ki, səndə onu yuxarda yazdın. Sonra isə xəbər tutub ki, sən demə Mübariz Ruhanilər Cəmiyyətinin fikri belə deyil. Onlar bu kompaniyanı dəstəkləyirlər. Buda gözünə döndüyüm Seyran dediklərini inkar etməya başlayır. Bunu edəndə Abgül gili deyir ki, Ay kişi sənin bütün dediklrinin bizdə lent yazısı var. Bəs hara sözüvi geri götürürsən?! Bu sözü Seyrana çatdırılar hətda islam azeridə belə bir xeberde gedir ki: "Hacı Seyranın səsinin audiosu yayımlanacaq". Bununlada Seyranın yalanını üzə çıxarırlar.

men chox tessuf edirem ki, islam-azeri.az sayti oz yazdigi "İslam-Azeri.az jurnalistika prinsipləri ilə "adli meqalesini pozub. amma, bu meqaleni digerleri oz saytlarinda yerleshdiribler. Haci Seyran oz dediklerini inkar etemeyib, eksine onun adindan danishanlara etiraz edib. Ona gore de "Islam-azeri/az" sayti P/S`de yazilanlarin haci Seyrana aid olmadigini vurgulayib.

İslam-Azeri.az jurnalistika prinsipləri ilə

Şənbə günü Hacı Seyran Rzayevin "100 minlik xahiş"lə bağlı açıqlamasının yazısı diqqətinizə çatdırılmışdı.

Bu yazının altından isə "P.S." olaraq saytın öz sözləri yer almışdı.

Lakin bəzi saytlar bu məsələni yenidən gündəmə gətirib.

ABNA-nın yazısında yenidən qeyd edilib ki, "P.S" ruhaninin sözü deyilmiş.

Əlbəttə, məlumdur ki, Azərbaycan dilinin qrammatikasında, xüsusilə jurnalistikadakı xəbər və digər yazılarda dırnaq işarəsi arasında olan mətn müəyyən bir şəxsə məxsus fikri bildirir. "P.S" isə, yazının sahibinin əlavəsi kimi qeyd olunur.

Həmçinin Hacı Seyranın fikirləri dırnaq işarəsi içərisində verilmişdir. Yazının ardı isə "P.S" və dırnaqsız olaraq verilmişdir.

Adıçəkilən saytın yazdığı təkzib ilə audio yazıda deyilənlərin üst-üstə düşməməsi İslam-Azeri.az-ın jurnalistika savadı və etikası üçün vacib olan dəqiqlik, qərəzsizlik və vicdanlılıq prinsipləri çərçivəsində hərəkət etdiyini bir daha sübut edir.

"P.S" olaraq yazılan mətnin silinməsi isə sırf İslam-Azeri.az-ın vəhdətə, əxlaqa və ruhani qardaşımız Hacı Seyrana olan ehtirama görə olmuşdur.

Allah hamımıza yardımçı olsun!

P.S. Diqqətinizə çatdırmaq istəyirik ki, İslam-Azeri.az bir çox İslami məsələlərdə, xüsusilə hicab məsələsində öndə gedən saytlardan biri olmuşdur. İslam-Azeri.az bəzi cəmiyyətlərin bəyanat və açıqlamalarına "boykot" qoyulan zaman onların yazıları və bəyanatlarını daima gündəmdə saxlamışdır. Bunun səbəbi hicab məsələsində izzətli qələbəyə çatmaq olub. İslam-Azeri.az böyük İslam alimlərinin (xüsusilə mərcei təqlid müctehidlərinin) məscid sökülməsi və hicab qadağası məsələləri ilə bağlı fətva və açıqlamalarını ayrıseçkilikdən uzaq olaraq obyektiv şəkildə işıqlandırmışdır. Həmçinin Azərbaycanın mediada görünməyən ruhanilərinin müsahibə və açıqlamalarını məhz İslam-Azeri.az öz saytında yayımlamaq, dostların və tanışların təşkil etdikləri mövlud tədbirlərini işıqlandırmaqla bu saytın xüsusi İslami qrupa deyil, ümumi İslami çevrəyə aid olmasını göstərmişdir. Bu addımdan sonra İslami mediada ümumilik və vəhdətə zəmin yaranmışdır. Həmçinin ölkənin tanınmış din xadimlərinin barəsində təhqirlərdən uzaq olmuşuq. İslam-Azeri.az olaraq həmişə yalan və dezinformasiyadan uzaq olmağı özümüzə borc bilmişik. Hətta düşmənlərin dezinformasiyalarının qarşısında bəzən mətinliklə durmaq nemətini Allah bizə əta edib. Necə ki, bəzi ölkə mediasının "Ayətullah Xamenei dünyasını dəyişib" dezinformasiyasının yayılmasından dərhal sonra Ayətullah Xameneinin Azərbaycandakı nümayəndəsinin açıqlamasını ölkə səviyyəsində yayılmasına məhz İslam-Azeri.az səbəb olmuşdu. Hətta telekanallar belə İslam-Azeri.az-ın xəbərini istinadla öz xəbərlər buraxılışlarında yayımlamışlar. Beləliklə bu dezinformasiyanın tez bir zamanda sındırılmasına Allah bizi vasitə etmişdir. Mitinqlərin dəqiq və gözəl işıqlandırılması, hicab qadağasına etiraz əlaməti olaraq çox sayda yazılar, xəbərlər və videolar, xalqın maariflənməsində müstəsna rolları olmuşların məqalələrini yayımlamağı özümüzə borc bilmişik. Ayətullah Gülpayqaninin təhqir edilməsinə göz yummamışıq və təhqir sahiblərini sərt tənqid etmişik. Müqəddəs dəyərlərin müdafiəsi məsələsində şəxslər arasında fərq qoymamışıq. Hətta dostlarımız olsaydılar belə biz onlara öz narazılığımızı bildirərdik. Hər halda bu əlavə ilə İslam-Azeri.az-ın Azərbaycandakı İslamın həyatında kiçik, amma təsirli yerinin olmasını xatırlatmağı özümüzə borc bildik.

İslam-Azeri.az



#77827 Əli ayağı.

Отправлено автор: Atella 23 июля 2011 - 13:41 в Ümumislam mövzular



Zəhmət çək , əvvəlki postları oxu! ordan məlumat əldə edəcəksən!
Görürsən söz başa düşmürsən!
PİRİN uydurma olmasından söhbət getmir, həmin yerdə Əlinin (ə) olması öz təsdiqini tapmayıb!
Əvvəlki postları oxu!


anlamadım
bu, necə ola bilər..?
PİR uydurma deyil, amma ordakı ayag izləri öz təsdiqini tapmayıb. Onda belə çıxır ki, PİR`ə gedən insanlara yanlış məlumatlar verilir?

ALlah sənə şəfa versin! Ruhi xəstəsən sən! :rolleyes:
Söz başa düşmürsən! O naqis qğılıva görə nəticələr çıxardırsan! Dəqiq çatmır sənə və çatmır səndə!

insanları təhqir etmək olmaz.
Bu, Şiə məzhəbinə uygun deyil




Рейтинг@Mail.ru