Перейти к содержимому


Публикации alizulfuqar

59 публикаций создано alizulfuqar (учитываются публикации только с 30-марта 23)



#98349 Ibni Teymiyyə

Отправлено автор: alizulfuqar 13 марта 2013 - 23:14 в Şiə-sünni dialoqu

Allahı bu dünyada görmək olmaz, Qiyamətdə isə müsəlmanlar Allahı görəcək.

22. O gün neçə-neçə üzlər nurlanacaq
23. və öz Rəbbinə baxacaqdır.
24. O gün neçə-neçə üzlər də tutulub qaralacaq,
25. və yəqin edəcək ki, onlara müsibət artıq üz vermişdir.

Yəni, müsəlmanların Allaha necə baxacağını bilmirik, bu Qeybi aləmdi və Allaha baxanda belə ağıl Allahı dərk etməyəcək. Quranda necə gəlib elə də qəbul edirik, yəni təfsilata, təsvirə, keyfiyyətə, kəmiyyətə varmırıq, necə var elə də qəbul edirik.



#98280 Ibni Teymiyyə

Отправлено автор: alizulfuqar 05 марта 2013 - 12:25 в Şiə-sünni dialoqu

Ay anti Əhli Beyt, oxu!

Allahı gözlə görüb əhatə etməyimiz mümkün deyil. Buna dəlil Allahın bu ayəsidir : «Gözlər Onu (görü b dərk etməz. O, gözləri dərk edər» (əl Ənam surəsi, 103) Gözlər Onu görsə də dərk edə bilməz. Allah həqiqi görmə ilə gözlə görülə bilər. Ancaq bu baxışla onu dərk etmək olmaz. Çünki Allah əhatə olunmaqdan daha Əzəmətlidir.
Allahın İsim və Sifətləri ağılla başa düşülməz. Zənlər, düşüncələr, təsəvvürlər onu başa düşüb dərk edə bilməz. O, da yaratdıqlarına nə zatında, nə əməlində, nə də isim və sifətlərində bənzəməz. Kimsə deyə bilər ki, bu sifətlərə biz də məxsusuq. Amma xeyir! İnsan görmə, eşitmə sifətlərinə malikdir. Lakin onun görməsi, eşitməsi Allahın görməsi, eşitməsi kimi deyildir. Çünki insan müəyyən bir həddə qədər görüb eşidə bilər, lakin Allah – subhanəhu və təala – üçün belə bir hədd yoxdur. Hətta elə bir hallar olur ki, ana öz oğlunu bağışlamır. Lakin Allah öz qullarına qarşı o, qədər rəhmli və mərhəmətlidir ki, onların bu qədər günah etmələrini bağışlayır.
İmam əbu Hənifə – rəhmətullahi aleyhi – bu haqda deyir ki, Onun sifətləri yaratdıqlarının sifətləri kimi deyildir. Onun bilməsi bizim bilməyimiz kimi deyil. Qüdrəti var, lakin bizim qüdrətimiz kimi deyil. Görür, lakin duyması bizimkinə bənzəməz. Danışır, lakin danışması bizimki kimi deyildir.
Çünki onun misli yoxdur. «De ki, Allah birdir. Allah möhtac deyildir. O, nə doğmuş, nə də doğulmuşdur! Onun heç bir tayı bərabəri, bənzəri də yoxdur». (əl-İxlas 1-4).

Allah görmək barədə



#98275 Ibni Teymiyyə

Отправлено автор: alizulfuqar 05 марта 2013 - 10:16 в Şiə-sünni dialoqu

Cənab lənətkar, al-Subki də deyilə bilər, əs-Subki də, bunu yaxşı bilirsən. Mən kiməm ki Öməri (Allah ondan razı olsun) xilas edim, Onun ruhu artıq Cənnətdə olan yaşıl quşların çinədanındadır. Mütə bölümündə də haqq aydın oldu, gətirdiyim hədisdə Ömərin (Allah ondan razı olsun) dilindən məlum oldu ki, Mütəni Peyğəmbər (səllallahu aleyhi və səlləm) qadağan etmişdir. İbn Teymiyyə ilə bu alimlər arasında ancaq Allahın isim və sifətləri barədə ixtilaf olub, bundan savayı əlhəmdulilləh əl-Subki, əl-Heytəmi və digər Şafi alimləri Əhli Sünnə alimləridir.

əl-Subki, əl-Heytəminin və digər alimlərin hər hansı bir hədisi zəif saymaması ondan irəli gəlir ki, onlara hər hansı ravinin zəif olması barədə xəbər gəlib çatmamışdır.

Verdiyin ehlitevhid saytı isə sələflərin saytı deyil.



#98267 Ibni Teymiyyə

Отправлено автор: alizulfuqar 04 марта 2013 - 16:29 в Şiə-sünni dialoqu

Məsələn, Allah Quranda buyurur:
(Allah) buyurdu: “Ey İblis! Sənə mənim iki əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?” (Sad, 75)

Allah buyurdu ki, Adəmi iki əliylə yaratmışdır, biz də deyirik, eşitdik və tabe olduq, vəssalam.



#98264 Ibni Teymiyyə

Отправлено автор: alizulfuqar 04 марта 2013 - 12:33 в Şiə-sünni dialoqu

Müəllif:İmam,əllamə,fəqih,Əhməd Şəhabuddin ibn Həcər əl-Heytəmi əl-Məkki,əş-Şafi (vəfatı 974 h.q) əhli-sünnənin alimlərindəndir. Kitab, əl-Fətəvə əl-Hədisiyyə səh.83-84

Vəhhabilərin ulu öndəri İbn Teymiyyə haqqında verilən sualın cavabında İbn Həcər əl-Heytəmi deyir:

وسئل نفع الله به بما لفظه : لابن تيمية اعتراض على متأخري الصوفية ، وله خوارق في الفقه والأصول فما محصل ذلك ؟

فأجاب بقوله : ابن تيمية عبد خذله الله وأضلَّه وأعماه وأصمه وأذلَّه ، وبذلك صرح الأئمة الذين بينوا فساد أحواله وكذب أقواله ، ومن
أراد ذلك فعليه بمطالعة كلام الإمام المجتهد المتفق على إمامته وجلالته وبلوغه مرتبة الاجتهاد أبي الحسن السبكي وولده التاج والشيخ الإمام العز بن جماعة وأهل عصرهم ، وغيرهم من الشافعية والمالكية والحنفية ، ولم يقصر اعتراضه على متأخري الصوفية بل اعترض على مثل عمر بن الخطاب وعلي بن أبي طالب رضي الله عنهما كما يأتي .
والحاصل أنْ لا يقام لكلامه وزن بل يرمي في كلّ وَعْر وحَزَن ، ويعتقد فيه أنه مبتدع ضالّ ومُضِّلّ جاهل غال عامله الله بعدله ، وأجازنا من مثل طريقته وعقيدته وفعله آمين

Allah xatirinə soruşur: İbn Teymiyyə müasir sufilərə etiraz edir, onun (İbn Teymiyyənin) özünəməxsus xarüqələri (qeyri-adi) fikirləri var, bundan hasil olan nəticə nədir?

Cavab verir: İbn Teymiyyə Allahın üzərindən nəzərini çəkdiyi bəndədir,Allah ibn Teymiyyəni xar,kar və kor edib yolundan azdırmışdır.
Əhli-sünnə rəhbərləri onun düşüncələrinin yanlış və sözlərinin yalan olduğunu söyləmişlər.Hər kəs onun etiqadından xəbərdar olmaq
istəyirsə,ictihad dərəcəsinə çatmış Əbul Həsən əs-Subki,onun oğlu ət-Təcuddin əs-Subki,şeyx, imam əl-İzz ibn Cəməa və onların müasir davamçılarının və Maliki, Şafei, Hənəfi alimlərinin kitablarını oxusun. O, müasir sufilərə etiraz etməklə kifayətlənməyib Ömər ibn Xəttab və Əli ibn Əbu Talibə də etiraz edib. İbn Teymiyyə sözləri dəyərsiz,bidətçi,başqalarını azdıran anormal bir şəxsdir.Allah özü ədalətilə onunla davransın və bizi onun əqidəsindən,tutduğu yolun şərrindən qorusun.Amin."

səh. 83-84 http://www.kl28.net/...view&post=13850
səh. 242-243 http://islamport.com.../ftw/1/2/6.html http://www.almeshkat...at=15&book=2548



əl-Heytəmidir, əl-Subkidir (Allah onlara rəhm etsin) əşari olmuşdular, yəni Allahı kəlam elmi ilə anlamışlar, şübhə yoxdur ki, onlar belə demişdilər. Biz Allah barədə onlardan götürmürük, çünki onlar Allahı kəlam elmi ilə, ağıl ilə anlamışlar. Bu isə düzgün deyil, çünki Allahı ağılla anlamaq mümkün deyil, bizim ağlımız onu anlamaz. Biz Allahı heç bir keyfiyyətə, təfsilata varmadan Allahın Özü özünü anlatdığı kimi anlayırıq.



#98263 Ibni Teymiyyə

Отправлено автор: alizulfuqar 04 марта 2013 - 12:17 в Şiə-sünni dialoqu

əl-Subkinin bu sözləri deməsində təəccüblü bir şey yoxdur, çünki onun özü də bəzi zəif, uydurma hədislərə inanmışdır. Məsələn, verdiyin üçüncü saytda o, şəfaətə aid uydurma hədis gətirir, yəni, Adəmin (əleyhissəlam) Allahdan Muhəmməd (səllallahu aleyhi və səlləm) peyğəmbərin fəziləti naminə bağışlanmasını istəməsi hədisidir.

Bu hədis uydurmadır, orda Əbdurrəhman ibn Zeyd ibn Əslam var ki, o da zəifdir. İmam Zəhəbi ravilərdən biri olan Abdullah ibn Muslim əl-Fəhrinin kim olduğunu tanımır. əl-Beyhəqi demişdir: "Əbdurrəhman ibn Zeyd ibn Əslam bu isnadla rəvayət edən yeganə şəxsdir və o zəifdir. İbn Kəsir əl-Bidayə vən Nihayədə (2/323) onunla razıdır. Şeyx Əlbani, Silsilə əz-Zəifə-də (25) hədisin uydurma olduğunu bildirmişdir. əl-Hakim Əbdurrəhman ibn Zeydin rədd edildiyini bildirmişdir əl-Mədxil əl-Mərifət əl-Səhih ən əl Səqim kitabında.



#98080 Aişə Peyğəmbər (savv)-a səsini qaldırır!!!

Отправлено автор: alizulfuqar 13 февраля 2013 - 20:38 в Hədislər

استأذن أبو بكر على رسول الله صلى الله عليه وسلم فسمع صوت عائشة عاليا وهي تقول والله لقد عرفت أن عليا وفاطمة أحب إليك مني ومن أبي مرتين أو ثلاثا فاستأذن أبو بكر فأهوى إليها فقال يا بنت فلانة لا أسمعك ترفعين صوتك على رسول الله صلى الله عليه وسلم
المحدث: الهيثمي - المصدر: مجمع الزوائد 9/204
خلاصة حكم المحدث: رجاله رجال الصحيح


Əbu Bəkr Peyğəmbərdən (s.a.a.s) (içəri girmək üçün) icazə istədi. Girməzdən öncə Aişənin yüksək səslə Peyğəmbərə (s.a.a.s) - Allaha and olsun, mən başa düşdüm ki, sən Əli(ə) və Fatiməni(s.ə) məndən və atamdan daha çox sevirsən!!! - sözlərini 2-3 dəfə təkrar etdiyini eşitdi. Bundan sonra içəri girmək üçün icazə verildikdə qızının üstünə düşdü və dedi: Ey fulanın qızı! Peyğəmbərə(s.a.a.s) qarşı səsini ucaltmağını eşitməyim!!!

Mühəddis: Heysəmi - Mənbə: Məcməuz-Zəvaid, 9/204
Mühəddisin rəyi: Hədisin raviləri səhihdir.



Yenə də altını üstünü bəzəyib camaatı çaşdırırsınız. Heç olmasa əl-Bəzzardan sonra davamında əl-Təbəraninin bu hədisin isnadına zəif deməsini də yazardın. O biri hədislərin də ya onlayn linkini, ya da kitabdan skanını gətirsəydin, baxardıq görərdik, orda daha nələr yazılıb.
Həmçinin, buna oxşar bir hədis Sünən Əbu Davud, 4999-cu hədisdə də var, lakin Şeyx Əlbani həmin hədisin isnadının zəif olduğunu qeyd etmişdir.
Onlayn link - Sünən Əbu Davud, 4999



#98040 mutə (Nisa 24) ayəsinin təfsiri

Отправлено автор: alizulfuqar 11 февраля 2013 - 21:16 в Qur'an və onun təfsiri

Buxari, İbni-Abbasın bu sözünü rəvayət edir: "Biz peyğəmbər ilə din vuruşlarında iştirak edirdik və yanımızda qadınlar olmazdı, buna görə dedik: Xədim olaqmı? (cinsi əlaqədən qalmış) Peyğəmbər bunu bizə qadağan etdi və bundan sonra başlıq olaraq, qadına paltar verib, onunla evlənməyə bizə icazə verdi, sonra bu ayəni oxudu: «Ey iman gətirənlər, Allahın sizin üçün halal etdiyi yaxşı şeyləri özünüzə haram etməyin». (5.Maidə surəsi, 87.)
{ Səhih-Buxari. Cild 6, səh. 110, "Kitabut-təfsir". Bu ayənin təfsirinin babı. }


Şəkildə gördüyün əhli sünnə alimi Qurtubinin “əl-Camiul Əhkam” adlı kitabıdır. İşarələnmiş yerdə bu ifadələr var:



وقال الجمهور : المراد نكاح المتعة الذي كان في صدر الإسلام . وقرأ ابن عباس وأبي وابن جبير فما استمتعتم به منهن إلى أجل مسمى فآتوهن أجورهن

Cümhur deyir ki: Bundan qəsd İslamın ilk dövrlərində tətbiq olunan mütə nigahıdır. İbni Abbas, Ubey və İbni Cübeyr isə ayənin bu hissəsini beləcə oxumuşlar: “O halda onlardan hansı ilə müəyyən bir vaxta qədər faydalandınızsa, ondan ötəri onlara mehrlərini verin.”
Qurtubi, “əl-Camiul Əhkam”, 6/215, Nisa surəsinin təfsiri


Gördüyümüz kimi Qurtubi bu ayə ilə qəsd edilənin mutə nigahı olduğunu söyləmək ilə qalmır, bu mövzuda icma olduğunu söyləyir. Yəni bu ayədən muradın mutə nigahı olduğunu söyləyən yalnız Şiə deyil, əksinə Əhli Sünnənin öz cumhuru ​​belə bunu söyləyir.


Hədisi nəyi var səhv yazmısan, heç yazdığın hədisi canlı olaraq görməmisən, hardansa kopyalamısan. Yüklə və oxu - Səhih Buxari, Təfsir kitabı, hədis 137 Həmin hədisi Abdullah ibn Məsud nəql edir. İkincisi, Abdullah ibn Məsuda görə Mutə nikahı icazəli idi, çünki Peyğəmbərin (səllallahu aleyhi və səlləm) bunu Qiyamətəcən haram etdiyini eşitməmişdir. Səhih Müslim, Nikah kitabı, 1406Sünən İbn Macə, 1962Sünən İbn Macə, 1962, Şeyx Əlbani, səhih Üçüncüsü, həmin ayəni Peyğəmbər (səllallahu aleyhi və səlləm) yox, İbn Məsudun özü deyir. Çünki, o zaman Mutə nikahı halal idi, ona görə bu ayəni oxudu. Dördüncüsü, hədisin şərhçiləri Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Mutə nikahını müəyyən bir vaxta kimi edilməsinə icazə verdiyini bildirmişlər.


Birincisi, cumhur nə vaxtdan icma oldu? Cumhur çoxluq deməkdir əgər bilmirsənsə. İcma isə bütün alimlər yekdil rəydə olanda deyilir. Bu görüşdə əhli sünnə alimlərinin icmasının olduğunu yuxarıda qeyd eləmişəm. Təkrar etməyə ehtiyac yoxdur.



#98023 mutə (Nisa 24) ayəsinin təfsiri

Отправлено автор: alizulfuqar 11 февраля 2013 - 12:21 в Qur'an və onun təfsiri

İmam Qurtubiyə görə nisa 24 mütə ayəsidir.


Bu İbn Qurtubiyə görə deyil, ibn Huveyzimendad-a görə belədir - İbn Huveyzimendad. Yenə cümlənin əvvəli, axırını yazmamısız, ona görə də belə alınır. Amma biz bilirik ki, ibn Huveyzimendad öz görüşündə səhvə yol vermişdir, çünki yuxarıda da gətirdiyim kimi, alimlər Mutənin qadağan olunmasında ittifaq etmişdilər.
Camaatı çaşdırmaqdansa, gör İbn Qurtubi nə deyir bu ayənin təfsirində - Mutə nikahının neçə dəfə caiz olub sonra nəsx olunduğu barədə



#98022 mutə (Nisa 24) ayəsinin təfsiri

Отправлено автор: alizulfuqar 11 февраля 2013 - 11:43 в Qur'an və onun təfsiri

1. ibni Abbas r.a hətta ibni Zübeyr dövründə belə öz görüşündən dönməmişdir. və həmçinin onun səhabələri olan Tavus, ibni Cüreyc və bu kimi tabeinlər də mutə nikahının halal olduğu görüşünü ibni Abbas r.a-dan əxz etmiş və bu düşüncə üzərə qalmışdırlar.

2. bu barədə bütün nəql etdikləriniz bizə qarşı dəlil olmamaqla birlikdə həmçinin öz hədis elminizə görədə səhih deyildir, bax: http://velayet.wordpress.com/2012/08/24/ibni-battal-sahih-olan-ibni-abbasin-nezdinde-muta-nikahi-helaldir-ve-buna-uyan-siadir/[/font][/size]


İbn Abbasın (Allah ondan razı olsun) fikrindən döndüyünü deyən alimlər aşağıdakılardı:

1) İmam Tirmizi "əl-Cami" cild 5, səh 49-da demişdir: "İbn Abbas buna (Mutə nikahı) icazə vermişdir, lakin sonralar öz fikrindən dönərək bunun Peyğəmbər (səllallahu aleyhi və səlləm) tərəfindən qadağan edildiyini demişdir."

2) Əbu Bəkr əl-Cəssas Əhkəmul Quran, cild 2, səh 148-149-da demişdir: "Cabir ibn Zeyddən rəvayət olunur ki İbn Abbas Mutə nikahı icazə verilməsi fikrindən dönmüşdür."

3) İmam Qurtubi Əhkəmül Quran, cild 5, səh 132-də qeyd edir ki, Əbu Bəkr ibn əl-Ərəbi demişdir: "İbn Abbas əvvəllər Mutə nikahına icazə vermişdir, lakin səhih rəvayətlərə əsasən o, fikrindən dönmüşdür və bundan sonra icmaya əsasən Mutə nikahı qadağan olunmuş kimi saxlanıldı."

4) əl-Bağavi Şərh əl-Sünnə, cild 9, səh 100-də deyir: "Bəzi rəvayətlər İbn Abbasın Mutə nikahına icazə verdiyini deyir. Həmçinin, deyilir ki, o, buna ancaq zəruri, vacib ehtiyacdan dolayı icazə vermişdir. Lakin buna baxmayaraq doğru olan budur ki, o, öz fikrindən dönmüşdür və bunu qadağan etmişdir. Sonra bütün müsəlman alimləri bunun qadağan olduğuna icma etmişdilər.

5) Şeyxül İslam İbn Teymiyyə Minhəc əl-Sünnə, cild 2, səh 156-da qeyd etmişdir: "Rəvayət edilir ki, İbn Abbas ona yazılı şəkildə dəlil gətirildikdən sonra öz fikrindən dönmüşdür."



#98006 mutə (Nisa 24) ayəsinin təfsiri

Отправлено автор: alizulfuqar 10 февраля 2013 - 18:00 в Qur'an və onun təfsiri

sənə kim icazə verir ki Quranı öz mənalandırdığın şəkildə təcümə edəsən? elə lazım gəlsə idi mən ilk başda bu "istifadə etdiyiniz" sözünü "mutə etdiyiniz" kimi tərcümə edərdim də. burada bizim işimiz elə onsuzda təfsir yəni mənanı araşdırmaqdır. sən isə "təfsiri mənim verdiyim məna (tfəsir) üzərindən edək" deyirsən.


Mən tərcümə eləməmişəm.

Şakir kimdi? mən nə Şakir tanıyıram, nə Ziya nədə bir başqası. mənim tanıdığım Kitabı Şərif və Sünnəti Nəbəvi s.a.a-dir. yoxsa səhabə təfsirini sırf sərf etmədiyi üçün tabein təfsirinə dəyişdiyiniz kimi indi də Şakirə nə bilim o birinə dəyişəcəksən?


Sənə hansı şiə tərcümələrini gətirim? Hamısı da eyni şeyi deyir.

Shakirin tərcüməsini burdan oxuya bilərsən - Quran al-islam Özü də sayt şiə saytı olan al-islam.org saytının təşəbbüsü ilə açılıb.

Sonra burdan da oxuya bilərsən Şiə saytı

Orda oxuyarsan - Yet it will not be held against you should you come to other terms about it even after (sonra) what has been (şey, yəni mehr) stipulated (müəyyən, təyin edilən)

çox səhv etdin. çünkü sən "Səhihi Müslüm"də mövcud olan hədisdən görürsən ki, ibni Abbas ibni Zübeyrin dikdatorluğu dövründə mutə nikahına fətva verib. Hz. Əli a.s isə bundan çox öncələri şəhid olub.

dəlilsiz olaraq və dəlilsiz olan sözün də əhəmiyyəti yoxdur. sən ibni Abbas r.a-ı yxuda görüb ondan rəyini öyrəndin? yoxsa sənə haşa vəhy olundu?


Əbu Cəmrə rəvayət etmişdir: "Mən eşitdim ki, İbn Abbasdan Mutə barədə soruşuldu və o, buna icazə verdi. Bunu eşidən azad olmuş köləsi ona dedi: "Bunu zəruri, vacib ehtiyacdan dolayı və qadınların çox az olduğu vaxt etmək olar." Bunu eşidən İbn Abbas dedi: "Bəli". (Səhih Buxari, Nigah kitabı, 51)

İbn Abbasın (Allah ondan razı olsun) nəzərdə tutduğu zəruri, vacib ehtiyacdan dolayı donuz ətinin yeyilməsinin haram olmadığı kimi mutənin də zərurətdən, vacib ehtiyacdan edilməsinin haram olmamasıdır.

deməli bu müddət ərzində ibni Abbas r.a sözündən dönməyib, həmçinin ibni Abbas r.a-ın səhabələri olan tabeinlərdən də ölənə qədər dönmədiyini öyrənirik.


İbn Abbas (Allah ondan razı olsun) fikrindən dönüb.

Sonralar İbn Abbas insanların Mutə nigahına ötəri yanaşdıqlarını və zərurətsiz, vacib ehtiyacsız Mutə etdiklərini görərək öz görüşündən dönmüşdür. (Zad əl-Məad, cild 4, Səhih olmayan nigahlar başlığı, Mutə nikahı) kitabı burdan yüklə -
Zad əl-Məad



#97987 mutə (Nisa 24) ayəsinin təfsiri

Отправлено автор: alizulfuqar 10 февраля 2013 - 12:00 в Qur'an və onun təfsiri

Arif salam, yuxarıda 1-ci postuma minus qoymamısan, ya da görməmisən, ona da qoy ).



#97986 mutə (Nisa 24) ayəsinin təfsiri

Отправлено автор: alizulfuqar 10 февраля 2013 - 11:46 в Qur'an və onun təfsiri

ən Nisa 24-cü ayəni oxumuşam amma deyəsən sən ya həqiqi vəhhabisən yaxud da özünü o yerə qoymursan. neynək, başqa çarə qalmayıbsa:



وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَانُكُمْ ۖ كِتَابَ اللَّهِ عَلَيْكُمْ ۚ وَأُحِلَّ لَكُمْ مَا وَرَاءَ ذَٰلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوَالِكُمْ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ ۚ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَرِيضَةِ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا

Nisa surəsi 24-cü ayə


böyüdərək qırmızı ilə işarələdiyim hissə mutə nikahı haqqında olan hissədi. burada mənə sırf "mehr müəyyən edildikdən sonra" sözünü göstər. göstərməsən vəhhabisən?


Elmeddin müəllim, bu tərcümələrin hamısı Quranın mənaca tərcüməsidir. Hətta şiə tərcümələri də belə tərcümə edir. Məsələn, Şakirin ingiliscə tərcüməsi belədir - "Then as to those whom you profit by, give them their dowries as appointed; and there is no blame on you about what you mutually agree after (sonra) what is (şey, yəni mehr) appointed (müəyyən edilən)". Göylə işarələdiyim sözün azəricə tərcüməsi belədir - "mehr müəyyən edildikdən sonra". Deməli, Şakir də vəhabi imiş.


xeyr əsla belə deyildir, sadəcə olaraq bu sizin Öməri müdafiə etmək üçün uydurduğunuz bir şeydir. necə olur ki, ibni Abbas, ibni Məsud, Cabir, Əbu Səid əl-xudri kimi ən çox hədis nəql etmiş olan səhabələr bunu eşitmirlər amma zır cahil olan Ömər eşidir? maraqlıdır, əgər bunu Peyğəmbər s.a.a haram etmişdisə və Ömər də buna dayanaraq qadağan etmişdirsə niyə digərləri hələ də mutə nikahının halal olduğunda israr edirdilər? fərz edək ki, sənin dediyin kimi onlar bunu eşitməyiblər, bəs yaxşı Ömər onlara bunu bildirdədən sonra nə üçün bu işdən çəkinmədilər? məgər Ömər onların nəzərində adil səhabə deyildi?


Bəs nəyə görə biz deyirik ki, hər hansı məsələ barədə səhabələr arasında ixtilaf olmuşdur? Ona görə deyirik ki, çünki həqiqətən də olmuşdur. Lakin bu məsələnin həll edilməsini onların özlərinə buraxırıq, biz isə Quran və sünnədə nə gəlibsə, onunla gedirik. Hətta Mutənin haram olduğunu Ömər (Allah ondan razı olsun) deməsəydi belə, bizə Peyğəmbərin (səllallahu aleyhi və səlləm) sözü vacibdir. Hətta Ömər (Allah ondan razı olsun) Mutəni halal bilsəydi belə, biz Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əmrini, sözünü götürürük.


sən mənim sözümün məğzii qoyub hara qaçırsan? niyə söhbətdən yayınırsan? mən burada səhabənin ixtilafından danışıram? yoxsa səhabənin nəql etdiyi şeydən? səhabə özlüyündə sizə görə aildir və bunlar mutə nikahının Kitab və Sünnədə olduğunu, onu qadağan edənin də Allah c.c və Rəsulu s.a.a olmadığını əksinə Ömər olduğunu deyirlər. biz isə burada səhabənin yer və ya göy haqqında verdikləri məlumatlardan yox şahid olduqları hadisələr haqqında nəql etdiklərindən danışırıq.


Ömər (Allah ondan razı olsun) özü də demişdir ki, bunu Peyğəmbər (səllallahu aleyhi və səlləm) qadağan etmişdir.:

İbni Ömər dedi: Ömər bin Xəttab xəlifə olanda xalqa xitab edərək belə dedi: "Rəsulullah (səllallahu aleyhi və səlləm) şübhəsiz mutə nikahı üçün bizə 3 gün icazə verdi sonra isə bunu qadağan etdi. Rəsulullahın (səllallahu aleyhi və səlləm) mutə nikahını haram qıldıqdan sonra halal qıldığına şahidlik edəcək 4 nəfər şahid gətirilmədikcə mutə nikahı ilə bir qadın ilə birləşən şəxsi rəcm edəcəyəm, Allaha and içirəm" (Sünən İbn Macə, Nigah kitabı, 1963)

Şeyx Əlbani həsən demişdir.

Bu linkdə Şeyx Əlbaninin digər hədis kitablarında olan zəif, uydurma hədislərin nömrələri var. Şeyx Əlbani, Zəif Hədislər

Sünən İbn Macə Sünən İbn Macə

və bura bax - Sünən İbn Macə, Nigah kitabı, 1963

"Hətta Əli (Allah ondan razı olsun) ilə də bəlkə bu fiqhi məsələni aydınlaşdırıblar" sözün isə lap təəccüblüdür. məgər sən bilmirsən ki, ibni Zübeyr dikdator olduğu vaxt nəinki Hz. Əli a.s hətta Hz. Həsən və Hz. Hüseyin a.s belə şəhid olmuşdular? şəhid olduqdan sonra Əli a.s gəlib ibni Zübeyr və ibni Abbas ilə məsləhət etdi?


Mən, Əlinin yalnız (Allah ondan razı olsun) İbn Abbasla (Allah ondan razı olsun) bu məsələni aydınlaşdıra biləcəyini nəzərdə tuturdum ). Çünki, İbn Abbasın nəyi nəzərdə tutduğunu yuxarıda qeyd eləmişəm.

ibni Zübeyr və ibni Abbas ixtilafının özü bizə lazım deyil, bizə lazım olan burada ibni Abbas r.a-ın ibni Zübeyrə qarşı Sünnə ilə dəlil gətirməsi və ibni Zübeyrin buna heç bir cavab verə bilməməsidir. əgər mutə nikahını qadağan edən Allah c.c və Rəsulu s.a.a idisə nə üçün ibni Zübeyr "Rəsul s.a.a sonradan qadağan etdi" demir? nəyə görə heç bir cavab verə bilməyərək gücənir? deməli ibni Zübeyr dövründə bugün sizin dilinizdə gəzən "Peyğəmbər qadağan etdi, səhabə eşitmədiyi üçün Ömər təkrar etdi" nağılları mövcud deyildi.


Biz səhabələrin ancaq bir gün ərzində danışdığı məsələləri götürüb bu məsələni analiz etməməliyik. Çünki, həyat bir gün ərzində görülən işlərdən ibarət deyil. Biz bilmirik sonralar nə olub, İbn Abbasın bütün həyatı boyu danışdığı sözləri götürsək minlərlə kitab yazmaq olar. Yəni, bu məsələnin sonralar öz aralarında həll etməsi də mümkündür. Hətta həll etməsələr belə, bizə Quran və sünnədə olan daha vacibdir.



#97984 mutə (Nisa 24) ayəsinin təfsiri

Отправлено автор: alizulfuqar 10 февраля 2013 - 10:42 в Qur'an və onun təfsiri

Gəlin bu ayəyə yenidən nəzər salaq və şübhələrimiz sona yetsin.

İstifadə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! (Nisa, 24)

İstifadə (cinsi əlaqə) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! - Yəni, Qurana əsasən nigahdan sonra kişi ilə zövcə arasında cinsi əlaqə olubsa, kişinin zövcəsinin mehrini tam olaraq verməsi fərzdir. Çünki, Quranda buyurulur: "Kəbin haqlarını tə'yin etmiş qadınları yaxınlıq etmədən əvvəl boşarsınızsa, tə'yin olunmuş kəbin haqqının yarısını onlara verməlisiniz!" (əl-Bəqərə, 237). Yəni, əgər yaxınlıq etmədən boşanarlarsa, qadına mehrin yarısı çatır. Yuxarıdakı ayədə lazımi qaydada yəni, şəri qaydada, Quranda buyurulmuş qaydada, cinsi əlaqə olubsa, mehr tam olaraq verilməlidir. Sonra isə ayənin məntiqi davamı olaraq buyurulur: Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz., yəni nigahdan sonra, cinsi əlaqədən sonra, kişi və zövcə öz aralarında mehrin düşürülməsi, təxirə salınması və ya tamamən imtina edilməsi barədə razılıqlara sahibdirlər.

Amma Mütə nigahında isə qaydaya əsasən kişi cinsi əlaqədən sonra qadına verəcəyi haqqın bir hissəsini verməyə də bilər. Yəni, kişi istəsə, mutə etdiyi qadının razılığı olmadan belə mehrinin yarısından imtina edə bilər. Bu barədə şiəlikdə hədis də var:

Ömər bin Xanzələ imam Cəfərdən soruşur: "Mən qadınla bir aylıq evlənmişdim. O, mənim yanıma bu ayın yalnız müəyyən hissəsini gəlirdi". O dedi: "O səndən nə qədər kəsibsə, sən də onun haqqından bir o qədər kəs, ancaq qanaxma günlərini sayma. Onlar ona bağışlanır" ("Vəsail əş-Şiə", 14/481-482, fəsil 27).


Beləliklə, bu ayənin Mutə nigahı barədə olmadığının bir daha şahidi olduq.

Bu qədər.



#97982 mutə (Nisa 24) ayəsinin təfsiri

Отправлено автор: alizulfuqar 10 февраля 2013 - 09:43 в Qur'an və onun təfsiri

bizim üçün burada Təbərinin nə dediyinin, ayəni necə təfsir etdiyinin, həmçinin "Təfsir ət-Təbəri"nin elə özüdə daxil olmaqla nasibi mənbələrində ayənin təfsiri haqqında nəql edilənlərin it tükü qədər belə önəmi yoxdur. bizim üçün əsas olan məsumlar a.s-dan nəql olunan nasslardır, sizin mənbələrdən bəzi nəqllər etməyimizin səbəbi təfsiri onlara görə qəbul etməyimiz və yaxud onları hüccət olaraq görməyimiz deyildir. bunları nəql etməkdə yeganə məqsəd öz sözümüzü sizin kitablarla ortaya qoymaq, sözümüzün sizin kitablardan şahidini göstərməkdir.

amma Təbərinin sırf bu sözünə gəlincə:


bəli, Qurana müxalif olan heç bir şey səhih deyildir ancaq, biz osuzda bunları "Qurandan tərhfi var", "ayənin əsli belədir" və s. demək üçün nəql etmirik. bizim bunu nəql etməyimizin səbəbi budur ki, səhabələr r.a bu ayədən mutə nikahını (siğəni) anlayırdılar. yəni biz bu nəqlləri ayənin necəliyini, ləfzini deyil mənasını əldə etmək məqsədi ilə gətiririk.


Bəli, bizim kitablarda doğru olmayan məlumatlar var, bunu inkar etmirik.


burada "mehr müəyyən edildikdən sonra" ifadəsi mövcud deyil, əksinə "istifadə etdiyiniz" ifadəsi mövcuddur. görürəm bayaqdan ibni Abbas və Ubeyy r.a-ın qiraətlərini "təhrif" kimi təqdim etməyə çalışan sən indi özün təhrif ilə məşğulsan.


Sən deyəsən Nisa, 24-ü oxumadın, yenə də qarışdırdın hər şeyi. Tərcüməni oxu.


bizə səhabənin rəyi lazım deyil. biz səhabənin "mutəni Ömər qadağan edib" şəklində olan şahidlikləri lazımdır.


Həmin səhabələr mutənin Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Qiyamət gününədək qadağan etməsi barədə əmrini eşitməmişlər.


maraqlıdır, bu qdərə səhabə fil qulağında yatmışdı? mutə nikahının halal və ciaz olduğunu deyən səhabə və tabeinlər


Peyğəmbəri (səllallahu aleyhi və səlləm) görən səhabələrin sayını bilsək, əlbəttə 5-10 nəfərin bilməməsi normaldı. Səhabələrin sayı


bunların hamısını yox sayaraq deyirəm, sən nəyə əsaslanaraq bu səhabələrin mutənin haramlığını eşitmədikləri üçün halal olduğuna inandıqlarını deyirsən? əlində dəlil var? yoxsa havaya əsaslanırsan?


Mən demirəm, alimlər deyirlər.

cavab:
1. imam Əli a.s ilə ibni Abbas r.a arasında mutə haqqında söhbət hədisi bizim nəzərimizdə mövcud deyil, biz belə bir hədis bilmirik, "Səhihi Müslim" deyə islami bir mənbə də bilmirik. bizə dəlil olmağı üçün bizə İslami mənbələrdən dəlil gətirilməlidir.

2. bu söhbət hədisi və ümumən imam Əli a.s-dan nəql olunan xeybər hədisinin sənədinə ibni Şihab əz-Zührü vardır ki, o Əməvi agentidir. hansı ki, bunu sizin cərh və tədil imamınız olan Yəhya b. Məin demişdir. (bax: Hakim, "Mərifəti ulumul Hədis", səhifə 54). hər halda Əməvilərin nasibi olduğunu deməyə ehtiyac yoxdur. nasibi krallığının baş agenti olan bir şəxsin sözünü isə özünü müsəlman hesab edən heç kim qəbul etməz. çünkü Əhli Beyt a.s sevgisi həm Quran (bax: Məvəddət ayəsi) və həmdə Sünnə (bax: "səni ancaq mömin sevər" hədisi) ilə iman, onlara düşmənlik isə küfürdür.

3. bu söhbətin yalan olduğuna ibni Abbas r.a özü şəhadət edir. çünkü ibni Abbas r.a heç vaxt imam Əli a.s-ın fətvasının xaricinə çıxmayacağını demişdir, bax: http://velayet.wordpress.com/2012/08/20/ibni-abbas-r-a-bir-konuda-alinin-fetvasi-guvenilir-bir-yolla-bize-ulastigi-takdirde-asla-onun-disina-cikmayiz/

digər tərəfdən isə biz bilirik ki, ibni Abbas r.a hətta Abdullah b. Zübeyr l.a-ın dikdatorluğu dövründə belə mutə nikahına fətva vermişdir. əgər həqiqətən imam Əli a.s ilə ibni Abbas arasında mutə nikahı haqqında söhbət olubsa və imam a.s onu bundan çəkindiribsə necə olur ki, imam Əli a.s-ın sözündən çıxmayacağını deyən ibni Abbas r.a hətta ibni Zübeyr dövründə belə mutə nikahına fətva verir?

amma Abdullah b. Zubeyr ilə ibni Abbas r.a-ın söhbətinə gəlincə, bu sizin lehinizə yox əksinə leyhinizədir. indi bu hədisi nəql edək:[/font][/size]



şəkildə gördüyün "Səhihi Müslüm"dür, işarələdiyim yerdə deyilir:



وَحَدَّثَنِي حَرْمَلَةُ بْنُ يَحْيَى أَخْبَرَنَا ابْنُ وَهْبٍ أَخْبَرَنِي يُونُسُ قَالَ ابْنُ شِهَابٍ أَخْبَرَنِي عُرْوَةُ بْنُ الزُّبَيْرِ أَنَّ عَبْدَ اللَّهِ بْنَ الزُّبَيْرِ قَامَ بِمَكَّةَ فَقَالَ إِنَّ نَاسًا أَعْمَى اللَّهُ قُلُوبَهُمْ كَمَا أَعْمَى أَبْصَارَهُمْ يُفْتُونَ بِالْمُتْعَةِ يُعَرِّضُ بِرَجُلٍ فَنَادَاهُ فَقَالَ إِنَّكَ لَجِلْفٌ جَافٍ فَلَعَمْرِي لَقَدْ كَانَتْ الْمُتْعَةُ تُفْعَلُ عَلَى عَهْدِ إِمَامِ الْمُتَّقِينَ يُرِيدُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ لَهُ ابْنُ الزُّبَيْرِ فَجَرِّبْ بِنَفْسِكَ فَوَاللَّهِ لَئِنْ فَعَلْتَهَا لَأَرْجُمَنَّكَ بِأَحْجَارِكَ
...Ürvə b. Zübeyr dedi: Abdullah b. Zübeyr Məkkədə ayağa qalxdı və bir nəfərə söz vuraraq dedi: "şübhəsiz ki, Allah bəzi insanların gözlərini kor etdiyi kimi qəlblərini də kor etmişdir. bunlar mutə nikahına fətva verirlər" bundan sora o adam Abdullah b. Zübeyrə dedi: "həqiqətən sən qaba bir adamsan. Ömrümə andolsun ki, mutə nikahı muttəqilərin imamı dövründə edilirdi" və bu sözü ilə Rəsulullah s.a.a nəzərdə tutdu. ibni Zübeyr ona belə cavab verdi: "elə isə bir yoxla, Vallahi sən bunu etsən səni daşlarla rəcm edərəm"

Müslüm, "əs-Səhih", 2/1026, Nikah kitabı, hədis 1406


burada Abdullah b. Zübeyr ilə danışan şəxs "Səhihi Müslüm" şərhcisinin də dediyi kimi ibni Abbas r.a-dır. hədisdən açıqca görünür ki, mutə nikahı Rəsulullah s.a.a sünnəti ilə caizdir və haram edilməmişdir. çünkü əgər bu nikah haram edilmiş olsaydı ibni Abbas r.a "bu Rəsulullah s.a.a dövründə edilirdi" deyəndə ibni Zübeyr "sonradan haram edildi" və yaxud "haram edilib lakin sən eşitməmisən" deməliydi. amma görürük ki, Abdullah b. Zübeyr bunların heç birini demir əksinə ibni Abbas r.a-ın Sünnə ilə istidlalı qarşısında gücənir və onu rəcm ilə təhdid edir.


Səhabələrin hansısa şəri hökm haqqında ixtilafları normaldı. Biz demirik ki səhabələr yerdə və göydə nə varsa hamısını bilir, biz bunu demirik. İbn Abbasın (Allah ondan razı olsun) əslində nəzərdə tutduğu zəruri, vacib ehtiyacdan dolayı donuz ətinin yeyilməsi haram olmadığı kimi mutənin də zərurətdən, vacib ehtiyacdan edilməsi haram olmamasıdır. Yəni, İbn Abbasın nəzərdə tutduğu bu idi. Biz yuxarıda gətirdiyin hədisdən sonra nələrin baş verdiyini bilmirik, bəlkə Abdullah ibn Zubeyr və İbn Abbas bir yerdə görüşüb bir-birinə nəyi nəzərdə tutduqlarını demişlər. Hətta Əli (Allah ondan razı olsun) ilə də bəlkə bu fiqhi məsələni aydınlaşdırıblar. Yəni, bu barədə heç bir dəlil yoxdu, ona görə biz deyə bilmərik ki, İbn Abbasın (Allah ondan razı olsun) nəzərdə tutduğu rafizilərin halal bildiyi Mutənin nə vaxt istəsən edilməsidir.


və son olaraq mənim üçün xüsusi ilə maraqlıdır. necə olur ki, sizlər Quranın nazil olduğuna şahid olan səhabələrin ayə haqqındaki təfsirini qəbul etmir ancaq Həsən əl-Bəsri kimi tabeinlərin təfsirini qəbul edirsiniz?


Çünki, biz sələfi olaraq (Peyğəmbərin və Əhli Beytin həqiqi davamçıları, itrəti olaraq) ancaq Quran və sünnədə olan şəri qanunları qəbul edir, bunlara zidd olanları isə qəbul etmirik.



#97972 Mutə Nikahı

Отправлено автор: alizulfuqar 09 февраля 2013 - 15:49 в Əqidə və fiqh

Həmçinin, burdan da baxa bilərsən - Sünən İbn Macə, Nigah kitabı, 1963

O ki qaldı digər rəvayətlərə. Səhabələrin bəziləri mutənin Qiyamətədək haram olduğunu eşitməmişlər, ona görə belə deyirdilər.



#97971 Mutə Nikahı

Отправлено автор: alizulfuqar 09 февраля 2013 - 15:35 в Əqidə və fiqh

4. etirazlar:

4-1. mutə nikahını Ömər b. xəttab qadağan etməişdir. Rəsulullah s.a.a qadağan etmiş ancaq bəzi səhabələr bundan xəbərdar olmadıqları üçün Ömər öz dövründə bunu təkrar elan etmişdir. bunun dəlili ibni Macənin rəvayət etdiyi bu hədisdir:



حَدَّثَنَا مُحَمَّدُ بْنُ خَلَفٍ الْعَسْقَلَانِيُّ حَدَّثَنَا الْفِرْيَابِيُّ عَنْ أَبَانَ بْنِ أَبِي حَازِمٍ عَنْ أَبِي بَكْرِ بْنِ حَفْصٍ عَنْ ابْنِ عُمَرَ قَالَ لَمَّا وَلِيَ عُمَرُ بْنُ الْخَطَّابِ خَطَبَ النَّاسَ فَقَالَ إِنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَذِنَ لَنَا فِي الْمُتْعَةِ ثَلَاثًا ثُمَّ حَرَّمَهَا وَاللَّهِ لَا أَعْلَمُ أَحَدًا يَتَمَتَّعُ وَهُوَ مُحْصَنٌ إِلَّا رَجَمْتُهُ بِالْحِجَارَةِ إِلَّا أَنْ يَأْتِيَنِي بِأَرْبَعَةٍ يَشْهَدُونَ أَنَّ رَسُولَ اللَّهِ أَحَلَّهَا بَعْدَ إِذْ حَرَّمَهَا
...ibni Ömər dedi: Ömer b. xəttab xəlifə olanda xalqa xitab edərək belə dedi: "Rəsulullah s.a.a şübhəsiz mutə nikahı üçün bizə 3 gün icazə verdi sonra isə bunu qadağan etdi. Rəsulullahın s.a.a mutə nikahını haram qıldıqdan sonra halal qıldığına şahidlik edəcək 4 nəfər şahid gətirilmədikcə mutə nikahı ilə bir qadın ilə birləşən şəxsi rəcm edəcəyəm, Allaha and içirəm"

ibni Macə, "Sünən", Nikah kitabı, bab 44, hədis 1963


cavab: bu hədisin bir bənzərini də Beyhəqi "Sünən" adlı ktabında nəql etmişdir. ancaq, hər 2 hədis də zəifdir. ibni Macənin hədisinin sənədinə qırmızı ilə işarələdiyim Əbu Bəkir b. Həfsdir və o zəifdir. ibni Macənin rəvayət etdiyi bu hədisin zəif olduğunu nasibilərin son dövr şeyxi əl-Albani də təsdiqləmişdir. türk sünnüləri əl-Albaninin "Sünən Əbu Davud"da olan zəif hədisləri "Əbu Davudun zəifləri" adı ilə darulkitap.com saytına yerləşdiriblər. istəyənlər linkdə baxa bilərlər: "Əbu Davudun zəifləri", hədis 1963

Beyhəqinin "Sünən" adlı kitabında rəvayət etdiyi hədisin sənədində isə Mənsur b. Dinar vardır və o zəifdir. Yəhya b. Main onun haqqında "zəifdir, etina edilməz"; Nəsai "onun rəvayətləri sağlam deyil"; Buxari "onun rəvayətlərində problem var" demidir, əl-Uqeyli isə onu "əz-Zuəfa" (zəif ravilər) adlı kitabında qeyd etmişdir. bax: ibni Hacər, "Lisan əl-Misan", 4/95




Əssalamu aleykum va rahmətullah.

Yenə də səhv məlumatlar və anlaşılmamazlıq. Çünki, Şeyx Əlbani (rhm) Sünən İbn Macədə keçən bu hədisə (1963 nömrləi hədisə) həsən demişdir. Bu linkdə Şeyx Əlbaninin digər hədis kitablarında olan zəif, uydurma hədislərin nömrələri var. - Zəif hədislər. Şeyx Əlbani

Həmçinin, Sünən İbn Macəni də yüklə - Sünən İbn Macə

Sən zəif hədis olan Əbu Davud 1963-nən İbn Macə 1963-ü qarışdırmısan.

Həmçinin, Əbu Bəkr ibn Həfz özü etibarlı ravidir, Hakim "Müstədrək"-ində, İbn Xuzeymə Səhihində onun hədislərini rəvayət etmişdilər.



#97967 mutə (Nisa 24) ayəsinin təfsiri

Отправлено автор: alizulfuqar 09 февраля 2013 - 13:46 в Qur'an və onun təfsiri

Əssalamu aleykum və rahmətullah

Əlbəttə, Muhəmməd ibn Cərir ət-Təbərinin Nisa surəsinin 24-cu ayəsinin təfsirindən ancaq bir hissəni yazsaq, məsələn 10%-ni yazsaq ixtilafa düşə bilərik. Çünki, ayənin anlaşılması üçün təfsirinin tam yazılması vacibdir. Təbəri (rhm) bu ayənin "İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin!" hissəsi barədə iki görüş gətirir. 1) Abdullah ibn Abbas, Həsən əl-Bəsri, Mucahid və İbn Zeydəyə görə bu bölümün izahı belədir: Burada "İstifadə (yaxınlıq) etdiyiniz" sözündən məqsəd qadınlarla nigahlanıb zifafa (cinsi əlaqəyə) girməkdir. Bu barədə Əli ibn Əbu Təlha, Abdullah ibn Abbas bunu rəvayət etmişdilər: "Sizdən biriniz bir qadınla evlənib sonra onunla bir dəfə də olsun zifafa (cinsi əlaqəyə) girərsinizsə, o qadının mehrinin tam verilməsi fərz olur. Burda qeyd edilən əcrdən məqsəd mehrdir. 2) İkinci görüşü yuxarıda gətiriblər.

Hər iki görüşü gətirəndən sonra Təbəri deyir: "Bu iki görüşdən doğru olanı budur: "Evləndikdən sonra zifafa girdiyiniz qadınların mehrlərini verin" şəklində olan görüşdür. İbn Abbasın, Ubey bin Kəbin qiraətinə gəlincə, bu Qurana müxalifdir, çünki Qurana əlavə söz (müəyyən bir müddətə) daxil etmək caiz deyildir."

Ayənin məntiqi axarı olaraq sonra bu ayə gəlir: "Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir"

Təbəri ayənin bu hissəsi barədə də iki görüş gətirir və doğru olan görüşü qeyd edir: "Bu görüşlərdən doğru olan İbn Zeydənin görüşüdür. Buna görə ayənin bu bölümünün mənası belədir: "Ey insanlar, sizlər, nigahlanaraq zövcələrinizə mehr verdikdən sonra aranızda bu mehrin bir qisminin düşürmə və ya imtina etmək və ya təxirə salmaq və ya tamamən imtina etmək kimi razılıqlara sahibsiniz." Ayənin bu bölümü bu ayəyə bənzəyir: "Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!" (Nisa, 4)

Səhabələrdən bəzilərinin, xüsusilə də İbn Abbasın siğənin icazəli olduğuna dair rəyi.

Siğənin icazəli olduğunu söyləyənlər o kəslərdir ki, onlara siğənin haram edildiyi barədə xəbər çatmamışdır və yaxud eşitməmişdirlər. Səhabələr-o cümlədən Əli ibn Əbu Talib və Abdullah ibn əl-Zübeyr - İbn Abbasın siğənin icazəli olduğunu rəyini cavablandıraraq rədd etmişdirlər.

Əli (Allah ondan razı olsun) rəvayət edir ki, o İbn Abbasın (Allah ondan razı olsun) siğəyə icazə verdiyini duymuş və demişdir: “Ey Abbasın oğlu, bir dəqiqə gözlə, çünki Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun) Xeybər günü siğəni nəhy etdi və həmçinin (əhilləşdirilmiş eşşək) qatır ətini haram etdi.” (Müslim, 1407)

Hətta gətirdikləriniz hədislər səhih olsalar belə, səhabələrin eşitdiklərinə görə səhv ictihad etməsi şəriətdə olan qanunlara xələl gətirmir. Çünki, ictihadlar var ki, səhvdir, ictihad var ki, doğrudur.



#97873 Sələfilərə atılan şübhəyə Rəşad Hümbətovun cavabı

Отправлено автор: alizulfuqar 29 января 2013 - 14:48 в Şiə-sünni dialoqu




#97868 Метафоры (фигуральное выражение) в Коране

Отправлено автор: alizulfuqar 27 января 2013 - 11:31 в Коран и тафсир

offtop



#97866 Как шииты толкуют этот Аят

Отправлено автор: alizulfuqar 27 января 2013 - 11:07 в Коран и тафсир

Ок, руки я понял как вы изображаете, а султана как вы изображаете? тоже аллегория?



#97864 Как шииты толкуют этот Аят

Отправлено автор: alizulfuqar 27 января 2013 - 09:37 в Коран и тафсир

Т.к у султана есть руки, да? если бы не было, то не логично было говорит что город в моих рук.



#97857 Как шииты толкуют этот Аят

Отправлено автор: alizulfuqar 26 января 2013 - 16:49 в Коран и тафсир

Значит Трон означает для вас "великой власти и царства". А как может простые люди знать что Трон это "власть и царства" Бога? Пророк (с.а.с) сам не говорил об этом?
А для нас Трон это просто Трон, мы не придаем ему какой-либо образ или не говорим как Бог вознесся на Трон, мы просто говорим "Милостивый вознесся на Трон" и это все, Ми­ло­сти­вый воз­нес­ся на Трон так, как Он опи­сал это. Тут не спра­ши­ва­ют, как это про­изош­ло, по­то­му что та­кой во­прос в от­но­ше­нии Ал­ла­ха ис­клю­чен. Мы не спрашиваем, мы просто верим.



#97854 Как шииты толкуют этот Аят

Отправлено автор: alizulfuqar 26 января 2013 - 14:14 в Коран и тафсир

зачем так грубо? думаю, невежество это вопрошать "трон" вопросом "кого"...


Это я не вам

обладатели знаний, согласно аятам Корана, это имамы из рода пророческого (с). никто здесь не утверждает, что его знания это вахй со стороны Всевышнего.


да, я хотел узнать что они сказали про это, а не от вас естественно.



#97853 Как шииты толкуют этот Аят

Отправлено автор: alizulfuqar 26 января 2013 - 14:13 в Коран и тафсир

странный вопрос. разве трон это "Кого?" или "что"? в аяте конкретно указано, что носят трон. причем здесь "кого"?!?
в любом случае вопрос не правильный.
если, предположить, что задающий вопрос знает, что ангелы это не материальные созданные, то само собой разрешается вопрос о не материлизованности "трона". не материальные ангелы не могу "носить" материю.

этот аят муташабих.
трон это власть Всевышнего.
ангелы несущие трон это те ангелы посредством которых Всевышний управляет сущностью.
а, ангелы вокруг трона, это ангелы вокруг Власти Властелина.


спасибо за ответы, я хотел сказать, кто или что на Троне? кого или что они носят? еще раз напоминаю что никто нечего не материлизуриет.

трон это власть Всевышнего.


а как обяснит этот аят? "Милостивый вознесся на Трон» (Та ха, 5)"




Рейтинг@Mail.ru