Перейти к содержимому


Публикации elmir

62 публикаций создано elmir (учитываются публикации только с 30-марта 23)



#92594 Səsli və görüntülü dini materiallar

Отправлено автор: elmir 12 июня 2012 - 10:25 в Ümumislam mövzular




#92446 Əbu Zeydin növbəti fırıldağı

Отправлено автор: elmir 05 июня 2012 - 22:15 в Şiə-sünni dialoqu

zəng edən Zülfüqarın tələbəsi deyilsə niyə Zülfüqarın tələbələrindən biri buna zəng edib demir ki, sənnən danışan Zülfüqarın tələbəsi deyil. desin ki, sən hardan bilirsən ki, sənnən danışan Bəhruz Onun tələbəsidir? desin səsində yazsın hər şey məlum olsun.



#92445 Quranın tərtibi və imam Əli a.s mushəfi

Отправлено автор: elmir 05 июня 2012 - 22:08 в Nasibilərə cavab

Qurani-Kərimi kim bu ardıcıllıqla yığıb?
Niyə nazil olma sırası ilə yığılmayıb?
Ardıcıllıqla yığılmasının önəmi varmı?



#91610 Dəstəmazı belə edək

Отправлено автор: elmir 12 мая 2012 - 09:43 в Əqidə və fiqh




Bismilləh.

Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu.

1. Ayədədən məqsəd istiqaməti yox, miqdarı göstərməkdir.

2. Dirsəklərin yuxarıdan aşağı gəlməsi məsumlar (ə) tərəfindən buyurulub.

3. Çünki, dəstəmaz əhli-beyt(ə)-dən məhz bu cür sadir olub ki, hədislərə daha gözəl bələd olan şiə alimləri (Allah hamısından razı olsun!) məsələni məhz bu cür qoyublar.

4. Niyəsi budur ki, məsumlardan (ə) bu cür sadir olub. Su bu istiqamətin əksinə də tökülsəydi bu səfər də sualı belə vermək olardı : Niyə məhz əllərdən dirsəklərə ?


Əllərdən dirsəklərə olsaydı yenədə buna dəlil gətirmək lazım olacaqdı.

Peyğəmbər (s) necə dəstəmaz alardı?

Bəs əllərdən dirsəklərə yuyulmasının batil olduğuna aid dəlil varmı? Məsələn namaz əli açıq qılınmalıdır və əli bağlı qılınmasının caiz olmadığınada açıq-aşkar hədislər var.



#91594 Dəstəmazı belə edək

Отправлено автор: elmir 11 мая 2012 - 20:34 в Əqidə və fiqh

Ey iman gətirənlər, namaza durarkən üzlərinizi və dirsəklərinizə qədər əllərinizi yuyun və başınıza və iki ayaqlarınızın üzərinə hər iki ayağınızın üstündəki qabarıq yerə kimi məsh edin. (Maidə 6)

Qardaşlar bilmirəm mövzu barədə nəsə yazmısız ya yox amma mənə maraqlıdır ki, niyə şiələr dəstəmaz alarkən suyu dirsəkdən aşağı tökürlər və əlidə dirsəkdən aşağı istiqamətdə çəkirlər? Çünki ayədə "dirsəklərinizə qədər əllərinizi yuyun" deyir və konkret olaraq hansı tərzdə yuyulmasını demir. Suyun yuxarıdan aşağıya pak etdiyini bilirəm amma niyə dəstəmaz alarkən mütləq yuxarıdan aşağıya yumalıyam? Buna aid Peyğəmbərdən s.a.a İmamdan ə.s hədis varmı?



#91541 Abu Zeyd - Şiəliyi tanimaq

Отправлено автор: elmir 09 мая 2012 - 21:27 в Şiə-sünni dialoqu

Nicat qardaş bu papuqaya fikir vermə :gizildish:



#91533 Abu Zeyd - Şiəliyi tanimaq

Отправлено автор: elmir 09 мая 2012 - 20:50 в Şiə-sünni dialoqu

əgər şərtimizi qəbul edəcəksinizsə onda görüş baş tutar

di şərtini deda elə şərtimiz şərtimiz de görək nə şərtde bu?



#91531 Sual-Cavab

Отправлено автор: elmir 09 мая 2012 - 20:44 в Ümumislam mövzular

elektron kitabların doğruluğuna və ya doğru tərcümə olunduğuna necə əmin ola bilərəm? bəlkə kimsə özü düzəldib, yəni kitabı təhrif edib və ya yalan tərcümə edib.



#91498 Ricət

Отправлено автор: elmir 09 мая 2012 - 06:36 в Əqidə və fiqh

Ricət, lüğətdə ölümdən sonra təkrar həyata dönmək mənasındadır.
Şiələr əhli-beytdən ə.s gələn rəvayətlərə görə Allah, ölənlərin bir qurupunu öldükləri surətdə dünyaya gətirəcəyinə və onları ucaldacağına və digər bir qrupuda alçaldacağına, haqq olanları haksızlara və məzlumları zalımlara qalib qılacağına inanır. Bu, dünya zülm və haqsızlıqla dolandan sonra ədalət və bərabərliklə dolduracaq olan imam Mehdinin ə.s zühurunda olacaq.



#91454 Şiələrə suallar (II hissə)

Отправлено автор: elmir 08 мая 2012 - 08:44 в Şiə-sünni dialoqu

bizim nəzərimizdə bəli, həmən şəxs kafirdir. çünkü həm etiqad məsələlərindən birini inkar etmiş olur və həmdə imamlar a.s-dan nəql olunmuş mütəvatir xəbərləri inkar edir.

belə çıxır ki, şiə əqidəsinə görə harun yahya kafirdir?



#91404 Şiələrə suallar (II hissə)

Отправлено автор: elmir 07 мая 2012 - 12:20 в Şiə-sünni dialoqu

bəs doğulmadığını iddia edənlərin nəsə hökmü varmı?



#91402 Şiələrə suallar (II hissə)

Отправлено автор: elmir 07 мая 2012 - 11:39 в Şiə-sünni dialoqu

12-ci imamın doğulduğuna dəlilimiz nədir?
bəziləri onun hələ doğulmadığını iddia edir.



#90955 Bunun arxasında kim durur və nə məqsəd güdür?

Отправлено автор: elmir 24 апреля 2012 - 23:44 в Ümumislam mövzular

Allah Hacı Şahini hifs eləsin.



#90953 Bunun arxasında kim durur və nə məqsəd güdür?

Отправлено автор: elmir 24 апреля 2012 - 23:21 в Ümumislam mövzular

Bu məqaləni yazanın şəxsiyyətinə tüpürüm əgər şəxsiyyəti varsa.



#90799 "Tovhid" kitabı, "Nadir rəvayətlər" babı

Отправлено автор: elmir 23 апреля 2012 - 14:48 в Hədislər

1 - Əbu Abdullahdan (İmam Sadiq əleyhissalam) "Onun üzündən başqa hər şey məhv olacaq" (Qəsəs, 88) ayəsinin mənası soruşuldu.
Buyurdu ki: «Bu ayə barədə nə deyirlər?»
Sualı soruşan adam dedi ki: "Allahın üzü xaric, hər şey yox olacaq." deyirlər.
Buyurdu ki: «Şübhəsiz böyük səhv ediblər. Halbuki bu ayədə nəzərdə tutulan, Allaha gedən yol mənasında üzün yox olmayacağıdır.

2 - Əbu Abdullah (İmam Sadiq əleyhissalam) "Onun üzü xaricində hər şey həlak olacaq" (Qəsəs, 88) ayəsinin mənası barədə deyib:
«Kim Allahın, Məhəmmədə (sallallahu əleyhi və alihi) verdiyi əmrlərini yerinə yetirərsə, onun bu davranışı həlak olmayacaq üzdür. Necə ki, Allah, belə buyurmuşdur: "Kim Rəsula itaət etsə, şübhəsiz Allaha itaət etmiş olar." (Nisa, 80)»

3 - Əbu Cəfər (İmam Baqir əleyhissalam) deyib:
«Allahın nəbimiz Məhəmmədə (sallallahu əleyhi və alihi) bəxş etdiyi bizik. Bizik Allahın üzü, aranızda gəzib dolaşırıq. Biz Allahın yaratdıqlarına baxan gözləriyik, qullarına uzanan rəhmət əlləriyik.
Bizi tanıyan tanımışdır, o necədə xoşbəxtdir. Bizi tanımayan da tanımayıb və müttəqilərin imamlığından məhrum olub.»

4 - Əbu Abdullah (İmam Sadiq əleyhissalam) "Ən gözəl adlar Allahındır. Ona bu adlarla dua edin." (Əraf, 180) ayəsinin mənası barədə deyib:
«Allaha and olsun ki, bizik Allahın ən gözəl adları. Belə ki Allah, bizim imamlığımızı qəbul etməyən heç bir qulun əməlini qəbul etməyəcək.»

5 - Əbu Abdullah (İmam Sadiq əleyhissalam) buyurdu ki:
«Allah, bizi yaratdı, əxlaqımızı və şəklimizi gözəl etdi. Bizi qullarının arasındakı gözləri, xalq arasında danışan dili, qullarının arasında açılan şəfqət və rəhmət əli, özünə gedən yolu etdi. Onu göstərən qapıları, göylərinin və yerinin həzinədarları etdi. Bizimlə meyvə verər ağaclar, meyvələr yetişər, çaylar axar.
Bizim bərəkətimizlə göylərdən yağış yağır, qupquru yer yaşıllaşır. Bizim ibadətimizlə Allaha ibadət edildi. Əgər biz olmasaydıq Allaha ibadət edilməzdi.»

6 - ... Əsvəd ibn Səid ravayət edir: Əbu Cəfərin (İmam Baqir əleyhissalam) yanında idim. Mən ona sual vermədiyim halda özbaşına danışmağa başladı və bunları dedi:
«Biz (Əhli-Beyt) Allahın höccətiyik. Biz, Allahın qapısıyıq. Biz Allahın diliyik. Biz Allahın üzüyük. Biz Allahın qulları arasındakı gözüyük. Biz Allah adına Onun qullarını idarə edənik.»

7 - ...Zürarə deyir ki, Əbu Cəfərdən (İmam Baqir əleyhissalam) "Bizə zülm eləmədilər, özlərinə zülm elədilər" (Bəqərə, 57) ayəsinin mənasını soruşdum.
Buuyurdu ki:
Allah zülm edilməkdən uludur, üstündür amma bizi özü ilə birlikdə zikr etmişdir və bizə edilən zülmü özünə edilən zülm kimi dəyərləndirmişdir, bizim vilayətimizi öz vilayəti bilmişdir.





#89608 Bu an nə dinləyirsiz?

Отправлено автор: elmir 06 марта 2012 - 09:51 в Musiqi




#89591 İbn Teymiyyənin babasının sünnəsi sələfilərə höccətdir!!!

Отправлено автор: elmir 05 марта 2012 - 09:25 в Əqidə və fiqh

:loool:



#89356 Möhürə səcdə, yoxsa nəcisə?

Отправлено автор: elmir 23 февраля 2012 - 01:20 в Əqidə və fiqh

ət-Təhavi, Əbdül-Əziz əl-Buxari, əl-Kəşani, əs-Suduni bunlar sünni alimləridir?



#89199 Dini kitablardakı səhvlər

Отправлено автор: elmir 14 февраля 2012 - 22:09 в Ümumislam mövzular

Bu məsələni ixtilaf həddinə çatdırmağa ehtiyac yoxdu. Yazdıqlarınızı oxuyan elə biləcək ki, şiələrdə axşam namazının vaxtı barəsində dərin ixtilaf var. Ümumiyyətlə ağalardan soruşmaq lazımdır ki, siz bunu nəyə əsasən deyirsiz? Nəyə əsasən günəşin qızartısı gedəndə azan verilməlidir ya günəş batandan sonra nə bilim günəş batandan 15 dəqiqə sonra namaz qılınmalıdır və s. Soruşmaq lazımdır ki, Peyğəmbər necə edib? Peyğəmbərimizdə sizin dediyiniz vaxta qılıb ya yox? Konkret hədis var ya yox? Vəssalam.



#88901 Abu Zeyd - Allahı görmək mümkündür

Отправлено автор: elmir 09 февраля 2012 - 09:52 в Şiə-sünni dialoqu

http://www.youtube.com/watch?v=yJAGPaqL_8I&feature=related

Musa təyin etdiyimiz vaxtda gəldikdə Rəbbi onunla danışdı. (Musa) dedi: “Ey Rəbbim! (Özünü) mənə göstər, Sənə baxım”. O dedi: “Sən məni görə bilməzsən. Lakin (bu) dağa bax. Əgər o, öz yerində qala bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa göründükdə onu parça-parça etdi. Musa da bayılaraq yerə sərildi. Özünə gəldikdə isə dedi: “Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!” (Əraf 143)

Allah özü deyir ki, sən məni görə bilmərsən. Allah deyir o dağ yerində qala bilsə, əgər dağ yerində qala bilmirsə, Abu Zeyd necə dayanacaq görəsən. Deyir ki, Musa Allahdan mümkün olmayan bir şeyi istəməz bəs niyə tövbə edir?! Açıq aşkar bir ayəyə gör necə məna verirlər. Allah səni hidayət etsin ay Abu Zeyd. Sən hidayət olsan bəlkə ardınca gedən düşüncəsizlərdə hidayət oldu.



#88875 Qamət Süleymanovun "cavab"larına bir baxış

Отправлено автор: elmir 08 февраля 2012 - 09:06 в Şiə-sünni dialoqu

1.belə dua etmək olar _Allahim pegemberin xatirinə duami qəbul et.?

2.hudeybiye sülhündən sonra o səhabəlrdən kimsə munafiq cixdimi?

3.Aişə anamiza böhtan atildiqdan sonra Əli(r.a) pegembere(s.a.s)Aişəni boşamagi demişdi və Aişənin onnan sonra Əlidən acigi var idi.cunku vasimin tərcuməsində belə yazilib təfsirdə.

4.imam Həsəni zəhərləməyi arvadina yezid tapşirmişdi?

5.imam huseyn yezidə qarşi cixmaqla şəri cəhətdən duz eləmişdi?cünkü Əlixanin kitabinda yazilibki düz eləyib.

6.Ömər r.a əhli beytdən kiminsə evini yandiribmi?guyaki bizim hedis kitablarinda var

7. şiələrin bizim hədis kitablarindan bizə qarşi dəlil gətirdikləri dogrudur?onlar deyirlərki guya bizim elim tələbələri sohbətdən qacir.

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
1. Belə demək olar ki, peyğəmbərə (sallALLAHU 'aleyhi wa sallam) tabe olduğuma görə, onu sevdiyimə görə və s. Amma konkret siz deyən kimi olmaz.
2. Səhabələrdən münafiq olanı olmayıb, sadəcə səhabələrin aarsında dolaşanlar var idi, onlar dönmüşdülər. Onlar isə səhabə sayılmırdılar.
3. Bəli, amma bunu açıq düşmənçilik kimi başa düşməyin.
4. Xeyr, rafizilər adətən Muaviyəni (radiyALLAHU 'anhu) deyirlər, amma bu hadisə sırf qısqanclıq zəminində olub.
5. Bu, yalandır, harda yazılıb?
6. Əgər bu yalançılar öz kitablarından xəbərdar olsaydılar, bizim kitablara hörmətlə yanaşardılar.
7. Bizim hədis kitablarında bizə qarşı hədis necə ola bilər ki, biz hədislərə əməl edirik. Söhbətdən qaçmaq isə yalan və böhtandan başqa bir şey deyil.



#88793 Abu Zeyd. Rəcm ayəsinin əlavə edilməsi şübhəsi

Отправлено автор: elmir 05 февраля 2012 - 14:28 в Şiə-sünni dialoqu

Bismillah,lap tutuaq ki,hökmü gedib,bu ziddir axı,Allah deyir MƏN ƏVƏZİNİ GƏTİRƏCƏM,abuzeyd kimdir ki,özümdən fikir yürüdə???Allah açıq-aydın deyir kiii,daha yaxşısını yaxud bənzərini gətirərik.Özü də ayədə şərt yoxdur ki,hökmünü aparsaq,deyir ləğv etsək yaxud unutdursan,Rəcm ayəsi(tutuaq ki var) ləğv edilib?Vova deyəcək bəli,(axı nəsx elə ləğvdir),Allah deyir əvəzində ayə göndərəcəm HANI AYƏ??Eyni Rəcm ayəsinin verdiyi mənanı versin,fərq etməz,əsas odur ki,ayə gəlsin,var belə ayə?Yoxdur,onda bu nə olur?TƏhrif!!!
Qardaş,biz ona görə Əhli-beyti(ə) dərk edirik ki,belə sadələri dərk etmək bacarığımız var,əlhəmdulillah.Onlarda bu savad yoxdur ki,durub abuzeydə deyələr ki,Allah nəuzu billah yalançıdır ki,deyib gətirəəcəm yerinə ayə,amma yerinə ayə yoxdur...Əlavə bir şey,hökm qalıb,ayə gedib,mən dinə gəlmişəm,indiki Quranı veriblər ki,bax burda nə varsa Allah sözüdür.Sən demə qıraqda-bucaqda sünnü kitablarında Allah sözləri də yenə var.Allahın hökmünə əməl etmək üçün mən sünnü kitablarını oxumalıyam ki,hansı ayələr nəsx olunuuub?Gülməlidir ee,Ömər deyir milyondan çox idi hərflər,Xanım Aişə deyir,Əhzab surəsi boyda ayələr gedib,indi sual çıxır,bəs bunların əvəzinə nə gəlib?Noldu elə hamısı yalnız tilavəti nəsx oldu??bunun bir cvb-ı var,sünnü üləması təhrifə don geyindirib nəsx deyib

Bəli qardaşım qısa və konkret təhrifin adını nəsx qoyublar. Abu Zeydin yanındakılar sual verməyə utanır qaldıki irad bildirələr. Qorxa-qorxa sual verirlər eləbil Abu Zeyd bunları yeyəcək :loool: Bu mövzunuda gündəmə gətirməyin yeri yoxdu. Hamımız Quranın dəyişdirilmədiyinə inanırıq vəssalam.



#88693 Quranda məcaz varmı?

Отправлено автор: elmir 30 января 2012 - 22:47 в Qur'an və onun təfsiri

Azərbaycan dilində bu söz məcaz hesab edilir .

Bütün dilllərdə bu söz məcazdı əgər bu söz işlədilirsə. Azərbaycan dilində elə deyirsən güya ərəbcə məcaz deyil. Bəs necə olur ki, "işin qulpundan yapış" cümləsinin məcazi olduğunu qəbul edirsən amma "Allahın ipindən yapış" cümləsinin məcazi olduğunu qəbul etmirsən?



#88691 Quranda məcaz varmı?

Отправлено автор: elmir 30 января 2012 - 22:33 в Qur'an və onun təfsiri

Yazdıqınız Quran ayəsi deyil axı .Azərbaycan dili ilə Quranı qatıb qarışdırmısınız.Quranın dili və üslubu ilə azərbaycan dili uyuşmur.düzgün müqayisə aparmırsınız

Biz Quranda məcazın olub olduqunu müzakirə edirik azeri dilinde mecazin olduqunu yox

Xaiş edirəm suala cavab verin. Hə ya yox?



#88689 Quranda məcaz varmı?

Отправлено автор: elmir 30 января 2012 - 22:24 в Qur'an və onun təfsiri

Mənə qəribə gələn budur ki məcaz məsələsində bilən də danışır bilməyəndə.Soruşsam ki məcazdan ilk dəfə danışan kim olub bəlkə aranızda bir nəfər də olsun bu suala cavab verə bilməyəcək.Desəm ki Məcazçıların məcazda birinci qoyuluş (الوضع الاول ) və ikinci qoyuluş (الوضع الثاني) qanunları nədir bəlkə yenə də heç biriniz cavab yaza bilməyəcəksiniz.Yəni çatdırmaq istədiyim budur ki bu forumda məcaz barəsində sizin yazdıqlarınız cızmaqaraları hicrətin üçüncü əsrinin məcazçılarının qoyduqları qanunlar ilə tutuşdursaq sizin hamınızın boş danışdıqınız ortaya çıxacaq.Heç olmasa Allahdan qorxun bilmədiyiniz işə girişməyin.Quran barəsində məcazın olduqunu demək üçün heç olmasa məcazçıların təyin etdikləri qaydaları öyrənin .Ağlınıxa nə gəldi yazmayın bura

"İşin qulpu" qulp məcazidi ya yox? Konkret cavab ver. Bu suala cavab versən məsələ həll olacaq.




Рейтинг@Mail.ru