Перейти к содержимому


Публикации Mumin

9 публикаций создано Mumin (учитываются публикации только с 30-марта 23)


#100775 Şiələrin kitablarında Torpaq və palçıq yemək

Отправлено автор: Mumin 13 марта 2014 - 11:14 в Şiə-sünni dialoqu

عن عَائِشَةَ قالت كان النبي صلى الله عليه وسلم يقول في الرُّقْيَةِ تُرْبَةُ أَرْضِنَا وَرِيقَةُ بَعْضِنَا يُشْفَى سَقِيمُنَا بِإِذْنِ رَبِّنَا
البخاري الجعفي، ابوعبدالله محمد بن إسماعيل (متوفاى256هـ)، صحيح البخاري، ج5، ص2168، تحقيق د. مصطفي ديب البغا، ناشر: دار ابن كثير، اليمامة - بيروت، الطبعة: الثالثة، 1407 - 1987.


َAişə rəvayət edibki Peyğəmbər(s) deyirdiki:Rəbbimizin iznilə bizim torpağımızda şəfa var.(Buxari)



#100774 Şiələrin kitablarında Torpaq və palçıq yemək

Отправлено автор: Mumin 13 марта 2014 - 10:55 в Şiə-sünni dialoqu

Siz hər şeyi Quranda axtarmayın.Axtarsaq Qurandada olar dolaysıylada olsa lakin açıq ayə hər mövzuya aid yoxdur.Birincisi Quranda harda var torpaq yemək olmaz?
Bizim fiqhdən dəlil gətirirsinizsə bildiyiniz kimi haramdır İmam Hüseynin (əs) qəbrinin torpağı istisna olmaqla şəfa məqsədi ilə torpaq yemək.İmam Xomeyni (rə) -də elə o torpaq yeməyin haramlığına dair səhih hədisi götürüb fətva verib.Əslində deyirki torpaq şəfa məqsədilə hətta Peyğəmbərin(s) qəbrinin torpağı olsa belə yemək haramdır.Lakin su ilə qatışdırıb təbərrük qəsdilə içmək olar.Buna dair hədisdə məsum imamlardan nəql olduğuna görə və ulil-əmrə itaət edin məntiqi ilə höccət sayılır.İmam Hüseynin(əs) torpağıda deyiləndə sırf qəbrin üstündəki torpağdan gedir.
+torpaq yeyəndə adam müşrik olur? :gizildish:
O hansı ayədədi müşrik olması?Yaqub(əs) Yusif(əs) -in köynəyin üzünə sürtüb gözləri açılanda?



#100549 Sünni alimlərin ibni temiyyə haqqında dedikləri

Отправлено автор: Mumin 25 февраля 2014 - 00:29 в Şiə-sünni dialoqu

İbn Teymiyyənin fikirlərinin
sünni alimləri tərəfindən rədd edilməsi



İbn Teymiyyənin Peyğəmbər (s) və digər övliyaların qəbirlərinin ziyarətinin haramlığı haqqında fikirlərini rədd edən ilk alim (763-cü hicri ilində vəfat etmiş) Mühəmməd ibn Mühəmməd ibn Əbu Bəkr Əxnai Maliki idi. O, “Əl-Məqalətul-mərziyyə fir-rəddi əla İbn Teymiyyə” adlı traktatında mö’təbər islami hədislərlə və fiqhi dəlillərlə İbn Teymiyyəyə cavab vermişdir.
İbn Teymiyyənin digər müasiri, (756-cı hicri ilində vəfat etmiş) Şamın qazilər qazisi Təqiyyuddin Subki Şafei “Şifaul-əsqam fi ziyarəti xeyril-ənam” kitabını yazaraq güclü məntiqi dəlillərlə, onun Peyğəmbərin (s) ziyarətinin haramlığı haqda əqidəsini rədd və inkar etmişdir. Bu kitaba, Məkkədə yaşayıb 1014-cü ildə oradaca vəfat etmiş məşhur Hənəfi fəqihi Molla Əli Tari şərh yazmışdır ki, “Şifaul-əsqamın şərhi” adlanır.
Bunlardan sonra məşhur alim, Mədinənin şeyxül-islamı (911-ci hicri ilində vəfat etmiş) Nurəddin Əli ibn Abdullah Səmhudi Şafei Misrinin adını çəkmək olar. O, “Vəfaul-vəfa bi ixbari daril-Mustəfa” adlı kitabında Peyğəmbərin (s) ziyarətinin savabı, onun qəbrinin əziz tutulması, ona təvəssül edib şəfaət istənilməsi barədə hədislər haqqında təfsilatlı bəhs edib, İbn Teymiyyəyə qarşı iradlar tutmuşdur. /3/
Başqa bir alim-Hicazın müftisi, Məkkənin şeyxül-islamı Əhməd ibn Mühəmməd ibn Həcər Heysəmi (973-cü ildə vəfat etmişdir) “Əl-Cəvhərül-münəzzəm” kitabında Peyğəmbərin (s) müqəddəs qəbrini ziyarətin şər’i olmasına dəlillər gətirmişdir. O, bu dəlillər arasında həmçinin “icma”ya əsaslanaraq deyir: “Əgər soruşsan ki, İbn Teymiyyə icmaya müxalif olduğu halda sən öz dəllilərində icmaya necə əsaslanırsan? Halbuki Subki İbn Teymiyyənin bu barədə öz dəst-xəttini görüb ki, qəribə istidlallarla Peyğəmbər (s) qəbrini ziyarətinin haramlığı haqqında “icma” iddiası edib, yazmışdır: Belə bir səfərdə namazı şikəstə qılmaq olmaz. (Çünki onun nəzərincə, səfər günahlardan təmizlənmə məqsədi daşımadığından, namaz bütöv qılınmalıdır). İcma bütün fəqihlərin müəyyən məsələ barəsində həmrəyliyinə deyilir.
O, ziyarətə dair bütün hədisləri saxta adlandırmışdır. Sonradan havadarlarından bə’ziləri onun yolunu getdilər. Heysəmi deyir: “İbn Teymiyyə kimdir ki, dini məsələlərdə onun sözünə e’tibar edilsin, fikrinə diqqət yetirilsin?! Məgər o həmin kəs deyilmi ki, böyük alimlərin çoxu onu fasiq dəlillərini və boş-boş sözlərini rədd edəndən sonra deyiblər: “O, İzz ibn Cəmaənin dediyi, azğın, yalançı və günahları müqabilində zillət və alçaqlığı axirətədək, habelə, dünyadaca Allahın dadızdırdığı kəsdir”.
Bütün alimlər tərəfindən ictihad və uca məqamı qəbul edilən şeyxül-islam Təqiyyüddin Subki “Şəfaul-əsqam” kitabında İbn Teymiyyənin sözlərini tədqiq, izah və rədd edəndən sonra deyir: “Bunlar İbn Teymiyyənin səhvlərinin cüz’i hissəsi idi. Halbuki, onun azğınlıqları heç vaxt islah olunmayacaq və bu bir müsibətdir ki, onlar əbədi olaraq qalacaqdır. Bu heç də təəccüblü deyil. Çünki nəfsani istək və şeytani vəsvəsələr bu azğınlıqları onun üçün bəzəmiş, o, özünü müctəhidlərə tay edib, İlahi feyzdən məhrum olduğu halda, fəqihlərin əleyhinə çıxmış, bununla da ən pis işlərə əl atmışdır. Belə ki, o, bir çox şər’i məsələlərdə İslam fəqihlərinin əleyhinə getmiş, xüsusən Raşidi xəlifələrinə e’tiraz etmişdir. O, bununla kifayətlənməyib, hər bir eybdən pak və bütün kəmali sifətlərin maliki Haqq-təalanın müqəddəs zatına bəyənilməyən nisbətlər vermiş, bütün camaat qarşısında Allahı cism saymış və bu fikirdə olmayan bütün alimlərə “yollarından azmışlar” demişdi. İş o yerə çatmışdır ki, əsrinin alimləri ayağa qalxıb zəmanənin hökumətindən onun tutulub zindana salınmasını istəmişdilər. Onun ölümü ilə bid’ətlər odu sönmüş, azğınlıqları unudulmuşdu. Yalnız uzun müddətdən sonra, bə’zi tanınmış şəxslər onun müdafiəsinə durub, əqidəsini dirçəltmək istədilər. /4/
İbn Həcər də “Əl-Fətavəl-hədisə” kitabında İbn Teymiyyədən söz açaraq deyir: “İmam Əbülhəsən Subki, onun oğlu Tacuddin, Şeyx İmam İzz ibn Cəmaə və onun müasiri olan Şafei, Maliki, Hənəfi məzhəblərinə mənsub digər alimlər onun sözlərini təkzib etmişlər. /5/
Maraqlıdır ki, (852-ci hicri ilində vəfat etmiş) İbn Həcər Əsqəlani “Əd-Durərul-kaminə” kitabında İbn Teymiyyənin həyatı və fikirləri haqda söz açaraq demişdir: “O, dəfələrlə Şafei, Maliki, Hənəfi qaziləri tərəfindən Şam və Misirdə təkfir edilmiş və mənbərdə moizəsinin, tədrisinin qarşısı alınmışdır. Dəfələrlə bə’zi bəyanat və fitvalarına görə zindana düşmüş, dəfələrlə tövbə edib sonradan öz əməllərinə qayıtmışdır. Bə’zən şafeiyəm demiş, bə’zən isə əş’əri olduğunu bildirmişdir. /6/ O, daima İsgəndəriyyə, Qahirə və Dəməşq arasında get-gəl etmiş, bu şəhərlərdə Maliki, Hənəfi və Şafei alimləri ilə mübahisə edərək dörd ilə yaxın müxtəlif zindanlarda yatmış, nəhayət, 728-ci hicri ilində Dəməşq qalasının zindanında ölmüşdür.

/3/ - “Vəfaul-vəfa bi-ixbari daril-Mustəfa” c.4 çap 1. 1374-cü il Misir çapı. Səmhudi 887-ci hicri ilində yazdığı bu kitabının, dördüncü cildinin, 8-ci bölməsinin, 1336-1423 səhifələrini Peyğəmbərin (s) ziyarətinə həsr etmiş 4 fəsildə bəyan etmişdir. O cümlədən, bu üç hədisi nəql etmişdir:
Abdullah ibn Abbas Peyğəmbərdən (s): “Məni ölümümdən sonra ziyarət edən, həyatımda ziyarət edən kimidir”. Abdullah ibn Ömər Peyğəmbərdən (s): “Mənim qəbrimi ziyarət edən, mənim şəfaətimə nail olar”. Abdullah ibn Ömər Peyğəmbərdən (s) nəql edir: “Kim mənim vəfatımdan sonra Həccə gedib qəbrimi ziyarət etsə, həyatımda məni ziyarət etmiş kimidir”.
/4/ - “Əl-Cövhərul-münəzzəm fi ziyarətil-qəbril-mükərrəm” Misir çapı 1279-cu il, səh.13.
/5/ - “Əl-Fətavəl-hədisə” səh.86.
/6/ - Əş’əri Şafei məzhəbinin əksinə olaraq, İslam əqidəsində “cəbr” (məcburiyyət) nəzəriyyəsinə e’tiqad bəsləyən firqədir.



#100547 Sünni alimlərin ibni temiyyə haqqında dedikləri

Отправлено автор: Mumin 25 февраля 2014 - 00:21 в Şiə-sünni dialoqu

Bismihi cəllət əsmauh.Forum iştirakçılarından xahişim budurki sünni alimlərinin dəlillərlə fikirlərini bu mövzuda bölüşsünlər.
Əhli sünnət alimlərinin İbni Teymiyyə barəsində nəzərləri.
Təqiddin Subki deyir: İbni Teymiyyənin fikirlərinin ümum müsəlmanlarin əməlləri ilə heç bir uyğunluğu yoxdur.O, islam əqidələrində bidət qoydu və İslamın sütunlarını sındırdı. (Təbəqatuş-şafiiyyə,10-cı cild,s186)

İbni Cəfər Əsqalani belə deyir: İbni Teymiyyə heç bir sənədə baxmayaraq, yalnız öz fikirlərinə əsaslanaraq səhih və həsən hədisləri (İmam Əli (ə) barəsində olub) inkar edirdi. İnsanlar onun barəsində 3 qrupa bölünür.
1-Onu həməviyyə və vastiyyə qrupundan sayanlar.Onlar İbni Teymiyyəni mücəssim bilirlər,çünki o, əl, ayaq və üzü Allahin həqiqi sifətindən bilərək deyirdi ki, Allahın özü (zatı) ərşin üzərindədir.

2-Onu zındıq (dinsiz) bilənlər. İbni Teymiyyə peyğəmbərə təvəssülü və qəbrinin ziyarətini haram hesab edirdi, bu bir növ peyğəmbərə cəsarət etmək və onun ehtiramını saxlamamaq deməkdir.

3-Onu münafiq sayanlar. İbni Teymiyyə Əli (ə)a kin saxlayırdı. Tirmizi (kitab mənaibus-səhabə bab-mənaqibu Əli) öz səhihində Əbuzərdən nəql edir.
“Biz münafiqləri 3 şeylə tanıyardıq:...III-Əli (ə)a qarşı kin saxlamaqlarından”
(Lisaiul-mizan,c.6,s.414)



#100546 Abu Zeyd Kəzzab Və Ocaq Nicatin "kufrleri"

Отправлено автор: Mumin 25 февраля 2014 - 00:11 в Şiə-sünni dialoqu

uje ebu olmurda ibni zina olur. :gizildish:



#100545 Şiələrə suallar (II hissə)

Отправлено автор: Mumin 24 февраля 2014 - 23:44 в Şiə-sünni dialoqu

Möminlərçün Quran deyirsəki onlar qiyam halında oturub uzanıb Allahı zikr edərlər.Deməli birinci növbədə düzgün ayaqüstə durub namaz qılmaq lazımdır.Əllərdə yanda bağlasa küffara əhli-kitaba bənzəmədir ona görə nəhy olunub.Baxın sələf təfsirlərindədə raina deməyin unzurna deyin ayəsinin təfsirinə alimləri hədis gətirirlər Peyğəmbərdən(s) ki heç nədə bənzəməyin kafirlərə əhli-kitaba.Hətta danışıq tərzində belə.Amində onun tayı.



#100544 İslam-küfr

Отправлено автор: Mumin 24 февраля 2014 - 23:39 в Şiə-sünni dialoqu

Axrı qardaş Quran baxımından kimdirsə onlarla qardaşlıq edin.



#100536 İslam-küfr

Отправлено автор: Mumin 23 февраля 2014 - 23:27 в Şiə-sünni dialoqu

Onda deyirsiz umum xususi mutleq var mentiqi baximdan?Her bir nasibi hemde sunnidi amma her sunni nasibi deyil?yoxsa yelpicleson oda od tutar nasibi olar? :blushL:



#100416 İslam-küfr

Отправлено автор: Mumin 11 февраля 2014 - 19:14 в Şiə-sünni dialoqu

Sünni ilə nasibinin fərqin deyə bilərsinizmi?




Рейтинг@Mail.ru