Перейти к содержимому


Публикации Sunnah

10 публикаций создано Sunnah (учитываются публикации только с 18-апреля 23)


#90427 Şiələrə suallar

Отправлено автор: Sunnah 15 апреля 2012 - 15:10 в Şiə-sünni dialoqu

Bismilləh!

sunnah nikli qardaşım,

Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!

Sizə yazdığım şərh 72-ci səhifədəki 2153-cü postdur :

http://313news.net/f.../page__st__2130

Üzr istəyirəm ki, arada uzun fasilə oldu.

Haqqınızı halal edin qardaşım.




ARDI VAR İNŞAALLAH...


Salamun ALeykum Qardash... Qardash, men sizin yazfiglarinizi oxuyuram, inshallahki ne qeder davami olsada oxuyacam, Allah sizin eziyyetinizi yere salmasin inshallah.. cox eziyyet cekirsiz... Qardash , gec yazmaginizin hec bir eybi yoxdur... Allah sizden razi olsunki Temkinle her sheye aydinliq getirirsiz..
Esl siz haqqinizi Halal edinki size bu qeder eziyyet verirem...



#90153 Şiələrə suallar

Отправлено автор: Sunnah 09 апреля 2012 - 08:46 в Şiə-sünni dialoqu


Va aleykum əs-salam va rahmətullahi va bərakətuhu əziz qardaşım.

Əstəğfirullah qardaşım. Bizim hansısa hərəkətimiz qüsurlu olubsa siz bizi üzrlü hesab edin. Siz üzrlü deyilsiniz. gec ya tez oxumaqda, gec ya tez cavab yazmaqda ixtiyar sahibisiz.

Əlhəmdu lilləh... Şad oldum ki, cavab sizi qane etdi. Əlhəmdu lilləh.

Əvvəlcə sizə minnətdarlığımı bildirirəm ki, səbr və diqqətlə Şeyxin (Allah onu hifz eləsün! ) yazısını oxumusuz.

Allah sizdən də razı olsun! Amin!

2. İstərdinizmi Həzrət Huseynin (ə) torpağının fəziləti haqqındakı söhbətə giriş etməmişdən öncə müqəddimə kimi övliyaullahın (ə) , xüsusən də, Peyğəmbərimizin (s.a.s) əsərlərinin fəziləti və bunlardan təbərrükün Quran və sünnəyə görə caizliyini yazım ?

Yox, əgər bunların artıq olduğunu hesab edirsizsə , onları oxumaq sizin vaxtınızı alacaqsa ,övliyaullahın(ə) əsərlərinin fəziləti və onlardan təbərrükün caizliyini qəbul edirsizsə birbaşa əsas məsələyə keçək.
Siz necə məsləhət görürsüzsə biiznilləhi təalə elə edək.



Salamun Aleykum Eziz Qardash.
yox qardash, estegfirullah.. sizin hec bir qusurunuz yoxdur, Allah sizi hifz etsin.. Suallarimi genish cavablandirirsiz..ALlah razi olsun..
Beli qardash , isterdim.. movzumuz ne qeder ehateli olsa yaxshidir..
ALLAH eziyyetinizi savaba yazsin inshallah...



#90148 Şiələrə suallar

Отправлено автор: Sunnah 08 апреля 2012 - 17:34 в Şiə-sünni dialoqu

Sunnah nikli qardaşım,

Bura qədər Şeyxin (Allah onu hifz eləsün! ) bidət barədəki izahatını sizə təqdim etdik.

İnşaAllah bidət barədəki izahatı oxuyun , sonra sizə aydın olmayan məqamları qeyd edin ki, aydınlaşdıraq. Bu məsələ tam aydın olandan sonra biiznilləh keçərik İmam Huseyn(ə) torpağının fəzilətinə. Təbii ki, sünnəyə uyğun olaraq.


Salamun Aleykum eziz qardash.. Gec cavablandirdigim ucun meni uzrlu hesab edesiz..
sizin yerleshdirdiyiniz Sheyxin Bidət haqda izahatin oxudum.. qane etdi.. Allah razi olsun..

İnshallah Hz.Huseynin torpaginin feziletleri barede Ehli sunne kitablarindan ve Qurandan delillerle gosterseniz yaxshi olar.. ALlah razi olsun



#90073 Şiələrə suallar

Отправлено автор: Sunnah 05 апреля 2012 - 02:14 в Şiə-sünni dialoqu




Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!

Allah sizin də köməyiniz olsun əziz qardaşım!

İnşaAllah , mən də buna ümid edirəm ki, gözəl söhbətimiz alınacaq.

Qardaşım, "bidət" anlayışı ümumiyyətlə geniş anlayışdır. Nəyin "bidət" nəyin "qeyri-bidət" sayıla biləcəyi haqqında gərək xüsusi bir müzakirə olsun.
İnşaAllah, burda verdiyiniz hər suala xülasə cavab yazacağam. Amma, ehtiyac olduğu təqdirdə sizə Quran ayələri, sünnədən dəlillər, icmadan və alimlərin rəyindən dəlillər gətirə bilərəm.
Qısaca bunu bilmək lazımdır ki, bidət şəriətdə əsli və dəlili olamayn bir yenilikdir ki, əgər şəriətdə əsası olarsa, bidət olmazdı.
Bu günki həyatımızda olan yeniliklərin bir çoxunu dinə nəsbət versək də belə bidət deyildir.
Çünki, bu cür yeniliklərin dində ƏSASI vardır və şəriət baxımından onların düzgünlüyünü xas , yaxud ümumi yolla Kitab və sünnədən istinbat etmək olar.

Haşiyə :
Bidət haqqında ətraflı məlumat istəsəz böyük islam alimi Şeyx Cəfər Subhaninin ( Allah onu hifz eləsün!) bu barədə qələmə aldığı güniş izahatını kəlmə bə kəlmə yazıb izah edə bilərəm inşaAllah.

Şeyx bidət haqqında yazdıqlarında ayələrə və hədislərə geniş müracitə edir!




Məsələn, bu günki dünyada hərbi qüvvələr yeni inkişaf etmiş təchizata və silahlara malikdirlər.Bu iş ölkənin düşmən qarşısında müdafiə sistemini gücləndirməkdən əlavə, müqəddəs İslam dininin göstərişlərindədir.


Necə ki, Quran buyurur :


وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ وَمِنْ رِبَاطِ الْخَيْلِ تُرْهِبُونَ بِهِ عَدُوَّ اللَّهِ وَعَدُوَّكُمْ وَآخَرِينَ مِنْ دُونِهِمْ لَا تَعْلَمُونَهُمُ اللَّهُ يَعْلَمُهُمْ ۚ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فِي سَبِيلِ اللَّهِ يُوَفَّ إِلَيْكُمْ وَأَنْتُمْ لَا تُظْلَمُونَ


(Ey möminlər) Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi düşmənləri (münafiqləri) qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və (cihad üçün bəslənilən) döyüş atları tədarük edin. Allah yolunda nə xərcləsəniz, onun əvəzi artıqlaması ilə ödənilər və sizə heç bir haqsızlıq edilməz!

Ənfal-60.

Ayədə iki göstəriş varid olubdur ki, onlardan biri xüsusi, digəri isə ümumidir.

1 ) Ümumi göstəriş :

وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ


Kafirlər qarşısında bacardığınız qədər qüvvə hazırlayın!

2 ) Xüsusi göstəriş :

وَمِنْ رِبَاطِ الْخَيْلِ



Döyüş meydanı üçün atlar ( hazırlayın )


وَأَعِدُّوا لَهُمْ مَا اسْتَطَعْتُمْ مِنْ قُوَّةٍ
ayəsinə əsasən , biz ordunun hərbi qüdrətini çoxaltmağı dinə nisbət versək də, bu iş "bidət" deyildir.
Çünki, bu sursatlar şəriətdə xüsusi şəkildə qeyd olunmasalar da ayənin ilk göstərişi bu cür döyüş sursatlarının əldə etməyə aiddir və belə bir ümumi hökmün olması onun şəriətə uyğun olmasında kifayətdir.


Əgər bu misal kifayət etməsə xahiş edirəm deyin ki, başqa misallar da çəkək biiznilləh!

2. Şəriətdə sünnə deyərkən nəzərdə tutulan həm də məsum imamların (s.a.s) sünnəsidir.

3. İmam Huseynin (ə) torpağının fəziləti və şəfalı olması barədə islami mənbələrdə ( həm sünni, həm şiə ) hədislər təvatür həddindədir.

4. İmam Huseyn (ə) torpağından imamlar (s.a.s) və camaat tərəfindən təbərrük edilməsi haqqındakı hədislər də mütəvatirdir.

5. Şəxsən mən özüm alimlərin risalələrində namazdan sonra bu əməlin ( əli möhürə sürtüb üzə sürmək ) edilməsi barədə bir şey oxumasam da , HUseyn(ə) torpağından təbərrük etmək Quran və sünnə ilə zidd deyil!

Çünki, peyğəmbərlərə (ə) və övliyalara xas olan bir şeydən təbərrük etmək Quran və sünnə ilə caizdir.

Qurandan buna misal olaraq Yusif surəsinin 93-cü ayəsini misal gətirmək olar.
Bildiyimiz kimi Yusif (ə) öz köynəyinin atasının (ə) gözlərinə sürtülməsini əmr edir və Allahın inayəti ilə gözləri açılır.

Deməli, bu və bu kimi əməllərdə Allahın və peyğəmbərlərinin (ə) razılığı var.

P.S

Əgər cavablar sizi qane etməsə və qeyd etdiyim məsələlərdə daha ətraflı cavablar istəsəniz xahiş edirəm söyləyin!

Daha çox ayə və hədis istəsəniz , ( hədislərin ) ərəbcə mətnlərinə kimi, ünvanına kimi yazaq inşaAllah!
Vəssəlam!

Salamun Aleykum qardas.
Allah razi olsun,suallari calisirsiz ki cavablandirasiz.Mumkundurki mentiqle, loru dille veya agilnan bunu mene basa salasiz.Ve mende agilnan bunu qebul edecem,ama qelbi basa salmaq bir az cetin meseledir.Ona gorede size birazda eziyet verib Quran ayelerini ve hedisleri getirmeyinizi xais edecem.
Bidet haqda adini qeyd etdiyiniz Sheyxin Izahatinda yazsaz sevinerdim.
Beli,Hz.Huseynin defn olundugu torpag muqeddes tormag deyirsiz,shefali torpag deyirsiz.Ve cekdiyiniz misallarda sirf o torpaga el cekib salavat demelerinden oldu.Kerbela Torpaginin Muqeddesliyin nezere alsaq o isi hezm etmek asan olar.Axi Azerbaycanda shielerin istifade etdiyi mohurler Kerbela torpagindan deyil.Xais edirem qelbin aramligi ucun Quran ayeleri ve Hedisler getirin.



#90065 Şiələrə suallar

Отправлено автор: Sunnah 04 апреля 2012 - 17:42 в Şiə-sünni dialoqu




Əhsən!
Qardaşım, bizim fəqihlərin bu barədə nəzəri budur ki, bu sözlər azanın tərkibindən deyil. Bu barədə alimlərin nəzərini yerləşdirmişəm.
Bəli, bidət olmaması fikrini qəbul etməməyinizə də sevindim. Artıq, sizin həqiqətən də sünnə olmağınıza yəqinliyim artır.
Xoş gəlmisiz qardaş!
Vallahi, bura o qədər nasibilər gəlir ki.Məgər, hamısı sualı sizin kimi öyrənməyə görə verirmi ?
Hər bir halda təqsir məndədir.
Haqqınızı halal edin!

Al-Fath qardaş sizin üçün link yerləşdirdi. İnşaAllah oxuyub faydalanarsız.
Azanda Əlinin(ə) adının çəkilməsi barədə məsumlardan (s.a.s) rivayətlər var. İstəsəniz həmin rivayətləri qeyd edərik.

Bundan əlavə... Qardaşım, digər qardaşlarımızın nə isə yazıb-yazmamısını mən təyin etmirəm.
Hər hansı sual vermək istəsəz buyurun!
İnşaAllah bilsək cavab verərik, bilməsək öyrənib cavab verərik!
Vəssəlam!


.Allah komeyiniz olsun qardas.Insallah go9el sohbetimiz alinacaq.Umid ediremki verdiyim suallarin cavablari qaneedici olacaq.




Əhsən!
Qardaşım, bizim fəqihlərin bu barədə nəzəri budur ki, bu sözlər azanın tərkibindən deyil. Bu barədə alimlərin nəzərini yerləşdirmişəm.
Bəli, bidət olmaması fikrini qəbul etməməyinizə də sevindim. Artıq, sizin həqiqətən də sünnə olmağınıza yəqinliyim artır.
Xoş gəlmisiz qardaş!
Vallahi, bura o qədər nasibilər gəlir ki.Məgər, hamısı sualı sizin kimi öyrənməyə görə verirmi ?
Hər bir halda təqsir məndədir.
Haqqınızı halal edin!

Al-Fath qardaş sizin üçün link yerləşdirdi. İnşaAllah oxuyub faydalanarsız.
Azanda Əlinin(ə) adının çəkilməsi barədə məsumlardan (s.a.s) rivayətlər var. İstəsəniz həmin rivayətləri qeyd edərik.

Bundan əlavə... Qardaşım, digər qardaşlarımızın nə isə yazıb-yazmamısını mən təyin etmirəm.
Hər hansı sual vermək istəsəz buyurun!
İnşaAllah bilsək cavab verərik, bilməsək öyrənib cavab verərik!
Vəssəlam!


Allah komeyiniz olsun qardas.Insallah gozel sohbetimiz alinacaq.Umid ediremki verdiyim suallarin cavablari qaneedici olacaq.

Meni bir sual dusundurur.. Bu suala cavab tapmaq isteyirem..Bir cox shie qardawlar varki namaz qilandan sora ellerini mohure surterek salavat cevirirler.Bu ne mena dasiyir? Bunu bidet adlandirmag olarmi?Olmazsa niye olmaz?
Belkede bu peygemberin zamaninda olub,bilmirem.Eger olubsa xaiw edirem tutarli hedislerle gosterin.
Bu barede veya buna oxsar Quran ayeleri varsa getirsez yaxsi olar..Faydalanariq insallah.



#89997 Şiələrə suallar

Отправлено автор: Sunnah 03 апреля 2012 - 14:41 в Şiə-sünni dialoqu

Cox gozel.. Menim size verdiyim sualin meqsedi sizin Feqihlerin fikrini oyrenmek idi.Razilasiramki bidet deyil.1 sebebe gore razilasiram, Feqihlerin hamisinin HZ.Alinin adini Azandan hesab etmedikleri ve bu iwin yalniz Musteheb bir emel oldugu ucun.
Beli,siz menim suallarima cavab vermek mecburiyyetinde deyilsiz.Men hecbir movzu acmadan ve hecbir suala cavab vermeden vereceyim suallarin cavabini isteyirem.Eger siz razi deyilsizse icaze verin basqalari cavablandirsin.Gorduyunuz kimi men bura mubahise etmeye gelmemisem.Suallarima cavab almag ucun gelmisem...



#89992 Şiələrə suallar

Отправлено автор: Sunnah 03 апреля 2012 - 13:45 в Şiə-sünni dialoqu




EHTİYAC OLMASAYDI DEMƏZDİM Kİ, ZƏHMƏT OLMASA BAŞQA MÖVZU AÇIN!
Siz mənə sual verdiz, mən də sizə dedim ki, bidət deyil.
CAVAB SİZƏ LAZIM OLDUĞU ÜÇÜN DƏLİLİ DƏ SİZİN ÖZ XƏLİFƏLƏRİNİZİN ƏMƏLLƏRİNDƏN GƏTİRDİM.

"hələ ki, belə ki, elə ki.." ilə iş həll olmur.

SUal verdiz ki, azanda Əlinin (ə) adını çəkmək bidətdir ya yox ? Mən də sizə dedim ki, bidət deyil. DƏLİLİNİ DƏ MƏHZ SİZƏ ONLARIN ƏMƏLİ HUCCƏT OLDUĞU ÜÇÜN sizin qəsbkar xəlifələrinizin əməllərindən gətirdim. Bidətlərinin mövzusunu da istəsəniz yazaram.


Deməli , "Bidətdir ya yox" sualının cavabını siz artıq almısız!


Deyirsiz ki, bura "şiələrə suallar " bölməsidir. İndi guya, siz özüvüzü xəlifələrivizin bidətlərini saymağımdan xilas elədiz ?

İstəyirsiz sizin xəlifələrivizin bidət əməllərinə aid bir mövzu açım. Sizin CAVAB TƏLƏB ETDİYİNİZ KİMİ MƏN DƏ SİZDƏN CAVAB TƏLƏB ELƏSƏM CAVAB VERƏCƏKSİNİZMİ? :rolleyes:

Mövzu açmaq çətin bir şey deyil! Ehtiyac olub olmamasını onda bilərik ! :rolleyes:

Nə deyirsən əxican belə bir mövzu açımmı ? Cavab verəcəksənmi ?


Şiə alimlərinin fikrini öyrənmək istəyirsənsə buyur :
http://abna.ir/data....ng=10&Id=277095


cox gozel.. Mene sizin feqihlerin bu barede fikri maraqli idi.. Xais edirem yuxaridakilarada cavab verin. Men sizin feqihlerin fikrine hormet edirem.Buyurun yazin,sebrli olun



#89991 Şiələrə suallar

Отправлено автор: Sunnah 03 апреля 2012 - 13:23 в Şiə-sünni dialoqu

Ve Hz.Alinin adini cekmiyenin Azani Azan hokmundedir? Veya Hz.Alinin adini Azanda cekmeyi Vacib emel bilib deyerse Azan batildi ya yox? Feqihlerin reyleri zehmet olmasa bildirin.



#89989 Şiələrə suallar

Отправлено автор: Sunnah 03 апреля 2012 - 13:07 в Şiə-sünni dialoqu

Aleykum əs-salam va rahmətullahi va bərakətuhu qardaş.

1. Azan və İqamədə Hz.Əlinin(ə) adının çəkilməsi müstəhəb olduğu üçün çəkilir.
Bu barədə məsumlardan(s.a.s) və sahabələrindən rivayətlər varid olub. Peyğəmbər (s.a.s) Etməyibsə də bidət deyil. Ona görə də ilk növbədə bidətin nə olmasını anlamanız lazımdır. Peyğəmbərin (s.a.s) etmədiyi bir şeyin bidət sayılacağı təqdirdə Əbu BƏkrin, Ömərin və sonrakıların da bidət etməsi barədə istənilən sayda dəlillər gətirmək mümkündür ki, heç bir halda inkar etməyiniz mümkün deyildir. O zaman, əvvəlcə gərək siz özünüz ilk iki qəsbkar xəlifənin əməllərini Quran və sünnətlə əlaqələndirəsiniz. Onlardan sonra gələnlərin də əməllərini gərək Quran və sünnətlə əlaqələndirəsiz.
Bəli, şiə fəqihlərinin də müstəhəb əməl bilməkləri üçün hədiddən ziyadə dəlillər vardır.
Ətraflı müzakirə etmək istəsəniz buyurun, bu barədə xüsusi mövzu açın müzakirə edək. Amma, əvvəlcə, xahiş edirəm, BİDƏT haqqında mövzu açın ki, əvvəlcə bidətin nə olduğunu dəqiqləşdirək.


yeni movzu acmaga ehtiyac yoxdvr.Bu movzunun adi "SHIELERE SUAL"dir.Mese size Sual verdim,cavab almaq ub me tutarli delil vermelisiz.Hz.Abu Bakr , hz Omar bidet edib veya etmiyib bu basqa movzudur.Heleki biz danisiriq Azanda Hz.Alinin adini cekmek bidetdir yoxsa yox. TUTARLI delillerle .Eger feqìler bunu musteheb emel bilirlerse feqihlerin fikirlerin Alimin adini bildirmekle buyurun yazin.



#89986 Şiələrə suallar

Отправлено автор: Sunnah 03 апреля 2012 - 11:26 в Şiə-sünni dialoqu

Salam Aleykum, mende sizin sohbetleri mueyyen hisselerin izlemiwem.. Menimde SHIElere suallarim var.
Ve xais edirem Suallarima tutarli bir delil getirilsin, Quranla elaqelendirilsin.
1.Azan ve Iqamede Hz. Alinin adini niye cekirsiz?Bunu Peygember s.a.s edibmi?Etmiyibse bidetdirmi? Size gore bu Musteheb bir emeldirse , ve bunu SHIE feqihleri musteheb bir emel hesab edirlerse buna delillerinizi getirin zehmet olmasa.
Bu sualima cavabi etrafli verin sonra novbeti suallara kecey insallah.




Рейтинг@Mail.ru