Перейти к содержимому


Публикации qulam

23 публикаций создано qulam (учитываются публикации только с 21-апреля 23)


#103383 Teyr hədisi

Отправлено автор: qulam 19 апреля 2020 - 00:54 в Hədislər

Qeyd olunan "teyr" hədisini hafiz əl-Heysəmi nəql etdikdən sonra ət-Təbəraninin nəql etdiyi hədisinin sənədilə bağlı buyurub:
 
 رواه البزار والطبراني باختصار ورجال الطبراني رجال الصحيح غير فطر بن خليفة وهو ثقة
 
əl-Bəzzar və ət-Təbərani hədisi ixtisar şəkildə nəql etmişlər.ət-Təbəranin nəql etdiyi hədisin sənədinin raviləri Fitr ibn Xəlifə istisna olmaqla yerdə qalanlar "əs-Səhih"in (Buxari və Müslümün) raviləridir.Fitr ibn Xəlifə də güvənilən şəxsdir. (Yəni hamısı güvənilən ravilərdir)
 
"Məcməuz-zəvaid və mənbəul-fəvaid",c.9,s.24,hədis 14727.
 
Əhli-sünnənin böyük hədis alimlərindən olan Şəmsuddin Zəhəbi bu teyr (quş əti) hədisi haqqında buyurub:"Bu hədisin sənəd yolları çoxdur və mən bunun sənədləri haqqında bir kitab yazmışam".(Yəni hədis mütəvatirdir)
 
Mənbə:"Təzkirətil-huffaz",c.3,s.1042.



#103382 Səqəleyn hədisi

Отправлено автор: qulam 17 апреля 2020 - 21:03 в Hədislər

Salam aleykum. Mümkünsə Səqəleyn hədisin bizim mənbələrdən ərəb dilində linkin bura atardınız. Allah xatirinə

Əleykə salam

https://saqaleyn.wor...e-menbelerinde/




#103379 Quranın təvili uğrunda vuruşan Əlidir (ə.s)

Отправлено автор: qulam 13 апреля 2020 - 22:09 в Hədislər

أخبرنا أبو جعفر محمد بن علي الشيباني بالكوفة من أصل كتابه ثنا أحمد بن حازم بن أبي غرزة ثنا أبو غسان ثنا عبد السلام بن حرب ثنا الأعمش عن إسماعيل بن رجاء عن أبيه عن أبي سعيد رضي الله عنه
قال ابن أبي غرزة : و حدثنا عبيد الله بن موسى ثنا فطر بن خليفة عن إسماعيل بن رجاء عن أبيه عن أبي سعيد رضي الله عنه قال : كنا مع رسول الله صلى الله عليه و سلم فانقطعت نعله فتخلف علي يخصفها فمشى قليلا ثم قال : إن منكم من يقاتل على تأويل القرن كما قاتلت على تنزيله فاستشرف لها القوم و فيهم أبو بكر و عمر رضي الله عنهما قال أبو بكر : أنا هو قال : لا قال عمر : أنا هو قال : لا و لكن خاصف النعل عليا فاتيناه فبشرناه فلم يرفع به رأسه كأنه قد كان سمعه من رسول الله صلى الله عليه و سلم


هذا حديث صحيح على شرط الشيخين و لم يخرجاه
تعليق الذهبي قي التلخيص : على شرط البخاري ومسلم


Bizə Əbu Cəfər Muhəmməd ibn Əli əş-Şəybəni xəbər verdi,bizə Əhməd ibn Həzim Əbu Ğarəzə nəql etdi,bizə Əbu Ğassən nəql etdi,bizə Abd əs-Səlam ibn Hərb nəql etdi,bizə Aməş nəql etdi,o da ismail ibn Racədən,o da Atasından,o da Əbu Səid əl-Xudridən r.a. İbn Əbu Qarəzə dedi:Və bizə Ubeydullah ibn Musa nəql etdi,bizə Fitr ibn Xəlifə nəql etdi,o da İsmail ibn Racədən,o da Atasından,o da Əbu Səid əl-Xudridən r.a.(Əbu Səid) deyir:Rəsulullahla (salləllahu aleyhi və alihi və səlləm) birgə olduqda ayyaqqabısı cırılmışdır və Əli Onun ayaqqabısını tikdiyinə görə (bizlərdən bir qədər) geri qaldı.Rəsulullah bir az gedikdən sonra dedi:"Quranın nazil olması uğrunda (müşrüklərlə) mənim vuruşduğum kimi sizlərində içinizdən birisi olacaç ki,Quranın təvili uğrunda vuruşacaq". Camaat bu sözün marağında idi.Əbu Bəkr və Ömərdə onların içində idi.Əbu Bəkr dedi: O mənəm? Rəsulullah buyurdu:Xeyr.Ömər dedi:O mənəm? Rəsulullah buyurdu:"Xeyr, ayaqqabını yamıyan Əli".Əbu Səid əl-Xudri:Biz gəldik Əliyə müjdə verək ki,(Rəsulullah sənin üçün belə söz dedi) heç belə başını da qaldırmadı.Elə bil ki,bunu Rəsulullahdan (salləllahu aleyhi və alihi və səlləm) özü eşitmişdir.

əl-Hakim deyib:Bu hədis şeyxeynin (Buxari,Muslim) şərtinə əsasən səhihdir.Onlar nəql etməyiblər.
əz-Zəhəbi ət-Təlxis də deyib:Buxari və Müslümün şərtinə əsasən (səhih)


Mənbə:əl-Mustədrək alə əs-Səhiheyn,4/214 hədis 4621

http://islamport.com...n/1/22/480.html

 

Yuxarıdakı tərcümədə cüzü xəta edib İmam Əlinin (ə) adını yazmamışdım.Daha doğrusu budur.




#103377 İmam Mehdinin (ə) hal-hazırda mövcudluğu

Отправлено автор: qulam 01 апреля 2020 - 22:51 в Hədislər

محمد بن يحيى، عن محمد بن الحسين، عن ابن محبوب، عن إسحاق بن عمار قال: قال أبو عبد الله عليه السلام: للقائم غيبتان: إحداهما قصيرة والأخرى طويلة، الغيبة الأولى لا يعلم بمكانه فيها إلا خاصة شيعته، والأخرى لا يعلم بمكانه فيها إلا خاصة مواليه

 

İmam Cəfər Sadiq (ə) buyurdu:"Qaim (ə.f) iki dəfə qeyb olacaqdır.Bunlardan biri qısa müddətdir və digəri isə uzun müddətdir.Birinci qeyb olmasında harada olduğunu xüsusi tərəfdarları bilsə də,ikinci qeyb olmasında ancaq xüsusi dostları biləcəklər".

 

Mənbə:"Üsuli-Kafi",1/340,Höccət kitabı,bab 80,hədis 19.
Hədisin sənədini Şeyx Əli Ali Muhsin səhih bilmişdir.

 
 
 
 



#103376 İmamların (Ə) Adı Nəyə Görə Quranda Qeyd Edilməyib?

Отправлено автор: qulam 30 марта 2020 - 11:17 в Hədislər

Hansı səbəbdən İmamların (ə) adları Qurani-Kərimdə qeyd edilməyib? Bu sualın cavabını İmam Cəfər Sadiq (ə) öz səhabəsi olan Əbu Bəsirə gözəl şəkildə izah etmişdir. Bu suallar günümüzdə də çox aktualdır və hesab edirik ki, İmam Sadiqin (ə) bu barədə gözəl izahı həqiqi düşünənlər üçün bir ibrət olacaq.

 

Əbu Bəsir belə rəvayət etmişdir: "İmam Cəfər Sadiqdən (ə) Azzə və Cəllə olan Allahın: "Allaha itaət edin, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə itaət edin" (“Nisa” 59) ayəsi haqqında soruşdum.

İmam Sadiq (ə) buyurdu: "Bu ayə Əli ibn Əbu Talib, (ə) Həsən (ə) və Hüseyn (ə) haqqında nazil olmuşdur". (Çünki bu üç İmam (ə), ayənin nazil olması zamanı yaşayırdılar).

Söylədim: "İnsanlar deyirlər ki: "Əlinin (ə) və Əhli-Beytinin (ə) adı Azzə və Cəllə olan Allahın Kitabında niyə keçmir?"”.

İmam Sadiq (ə) buyurdu: "Onlara deyin ki, Rəsulullaha (s) namaz qılmaqla əlaqədar əmr də nazil etmişdir. Ancaq Allah bu namazların üç rükətmi, dörd rükətmi olacağını açıqlamamışdır. Namazların rükət sayını Allahın Rəsulu (s) açıqlamışdır.

Ona zəkat verməklə əlaqədar əmr də nazil olmuşdur. Lakin insanlara, bunun qırx dirhəmə bir dirhəm verilməsi, Allahın Rəsulu (s) açıqlayana qədər açıqlanmamışdır.

Həcclə əlaqədar əmr də nazil olmuşdur. Amma “Kəbənin ətrafında yeddi dəfə təvaf edin” şəklində bir açıqlama gətirilməmişdir. Bu açıqlamanı Allah Rəsulu (s) etmişdir.

"Allaha itaət edin, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə itaət edin" (“Nisa” 59) ayəsi də Əli, (ə) Həsən və Hüseyn (ə) haqqında nazil olmuşdur. Peyğəmbər (s) Əli (ə) ilə əlaqədar belə buyurmuşdur: "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır".

Həmçinin söyləmişdir: "Sizə Allahın Kitabını və Əhli-Beytimi (ə) tövsiyə edirəm. Çünki mən Azzə və Cəllə olan Allahdan, hovuz başında mənim yanıma qayıdana qədər bu ikisini bir-birindən ayrılmamasını istədim. O da bu istəyimi qəbul etdi”.

Daha sonra: "Əhli-Beytimə (ə) bir şey öyrətməyə cəhd etməyin, onlar sizdən daha çox bilirlər. Onlar sizi hidayət qapısından çıxarmaz və azğınlıq qapısından içəri daxil etməzlər" buyurmuşdur.

Əgər Allah Rəsulu (s) bu açıqlamanı etməsəydi, qeyriləri əmr sahibi səlahiyyətinə sahib olduqlarını iddia edəcəkdilər. Lakin Azzə və Cəllə olan Allah, Peyğəmbəri (s) təsdiq etmək məqsədilə belə buyurmuşdur: "Allah (xüsusi yaradılış iradəsi ilə) siz (Peyğəmbərin) Əhli-Beyt(in)dən (əqidə, əxlaq və əməllərdə) hər cür (növ) pisliyi təmizləmək və sizi – paklığın bütün cəhətlərində – pak etmək istəyir". (“Əhzab” 33)

Allah Rəsulu (s) Əli, (ə) Həsən, (ə) Hüseyn (ə) və Fatiməni (s. ə) Ümmü Sələmənin evində bir örtüyün altında qoydu. Sonra belə buyurdu: "Allahım! Hər Peyğəmbərin (ə) bir ailəsi və yaxınları vardır. Mənim ailəm və yaxınlarım da bunlardır".

Ümmü Sələmə xanım: "Mən sənin əhlin deyiləmmi?" deyə soruşdu. Peyğəmbər (s) buyurdu: "Sən mütləq xeyirli bir məqama sahibsən. Lakin mənim əhlim və yaxınlarım bunlardır..."””.

 

(Mənbə: "Üsuli-Kafi", 1/286-287, Höccət kitabı, 64-cü bab və hədis 1)

Əllamə Məclisi və digər alimlərimiz bu hədisin sənədini səhih bilmişlər.

 

Yəni, bu hədisin mənası budur ki, namaz, zəkat və həcc ümumi olaraq Quranda gəlib. Bu əməllərin qaydalarınının bəzilərini Allah Rəsulu (s) açıqlayıb. Və beləcə də "Allaha itaət edin, Peyğəmbərə və sizdən olan əmr sahiblərinə itaət edin" (“Nisa” 59) ayəsi də nazil olub və Allah Rəsulu (s) qeyd olunan məsələləri açıqladığı kimi, əmr sahiblərinin də kimlər olmasını açıqlayıb.

Həzrət Peyğəmbərin (s) öz açıqlamasına əsasən, əmr sahibləri Peyğəmbərin (s) Əhli-Beytidir (ə). Müqəddəs Quranda İmamların (ə) adları gəlməsə də, onlara "əmr sahibləri" olaraq işarə olunmuşdur. Necə ki namaz, zəkat və həcc kimi əməllərə işarə olunduğu kimi.




#103375 səhabənin ədaləti

Отправлено автор: qulam 29 марта 2020 - 14:14 в Əqidə və fiqh

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عَبْدِ العَزِيزِ ، حَدَّثَنَا أَبُو عُمَرَ الصَّنْعَانِيُّ ، مِنَ اليَمَنِ عَنْ زَيْدِ بْنِ أَسْلَمَ ، عَنْ عَطَاءِ بْنِ يَسَارٍ ، عَنْ أَبِي سَعِيدٍ الخُدْرِيِّ ، عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ، قَالَ : لَتَتْبَعُنَّ سَنَنَ مَنْ كَانَ قَبْلَكُمْ ، شِبْرًا شِبْرًا وَذِرَاعًا بِذِرَاعٍ ، حَتَّى لَوْ دَخَلُوا جُحْرَ ضَبٍّ تَبِعْتُمُوهُمْ ، قُلْنَا : يَا رَسُولَ اللَّهِ ، اليَهُودُ وَالنَّصَارَى ؟ قَالَ : فَمَنْ

 
Əbu Səid əl-Xudri nəql edir:"Peyğəmbər (s) beyə buyurdu:"Şübhəsiz sizlər,sizdən öncəkilərin yolunu qarış-qarış,arşın-arşın izləyib gedəcəksiz.Hətta onlar kərtənkələ yuvasına girmiş olsalar belə onlara tabe olacaqsız".Biz (səhabələr) dedik:"Ey Allahın Rəsulu! (s) Yəhudi və Nəsraniləri nəzərdə tutursuz?".Allahın Rəsulu (s) dedi:"Bəli,onlardan başqa kim olacaq?! 
 
Mənbə:"Səhih Buxari",əl-İtisam kitabı,bab 14,hədis 2.(6928) 



#103374 İmam Mehdinin (ə) hal-hazırda mövcudluğu

Отправлено автор: qulam 25 марта 2020 - 21:57 в Hədislər

Bu hədisləri Şeyx Hürr Amili ®,İmam Rzanın,İmam Cavadın,İmam Hadinin və İmam Həsən Əsgərinin (ə) əshabından olan Fəzl ibn Şazanın (vəfatı hicri qəməri 260) "muxtəsər isbətir-racət" kitabından öz kitabına köçürüb və nəql etmişdir.Fəzl ibn Şazan güvənilən ravi və qeyd etdiyim İmamların (ə) əshabındandır.

 
Şeyx Hürr Amili ® buyurur:
 
و روى الثقة الصدوق الفضل بن شاذان في كتاب إثبات الرجعة قال 
 
حدثنا محمّد بن عبد الجبار قال: قلت لسيدي الحسن بن علي عليه السّلام يا ابن رسول اللّه جعلني اللّه فداك أحب أن أعلم من الإمام و حجة اللّه على عباده من بعدك؟ فقال عليه السّلام: إن الإمام و حجة اللّه من بعدي ابني سميّ رسول اللّه صلّى اللّه عليه و آله و سلّم و كنيّه الذي هو خاتم حجج اللّه و آخر خلفائه، قال: ممن هو يا ابن رسول اللّه؟ قال: من ابنة ابن قيصر ملك الروم ألا إنه سيولد و يغيب عن الناس غيبة طويلة ثم يظهر

Doğru danışan və güvənilən Fəzl ibn Şazan özünün "isbətir-racət" kitabında rəvayət edib və deyib:
 
Bizə Muhəmməd ibn Abdul-Cəbbər nəql edib və deyib:"Seyyidim Həsən ibn Əliyə (ə) (İmam Həsən Əsgəriyə) dedim:"Ey Allah Rəsulunun (s) oğlu! Allah məni sənə fəda etsin.Səndən sonra Allahın bəndələri üzərinə höccətinin və imamın kim olduğunu bilməyi daha çox istərdim".İmam Həsən Əsgəri (ə) dedi:"Məndən sonra imam və Allahın höccəti oğlumdur ki, O Allah Rəsulunun (s) adaşı və həmkünyəsidir.O şəxsdir ki,Allahın höccətlərinin xatəmidir və onun xəlifələrinin axırıncısıdır".Dedim:"Ey Allah Rəsulunun (s) oğlu! O kimdəndir?"(Yəni, anası kimdir?) Dedi:"Qeysərin (yəni,) Rum hökmdarının oğlunun qızındandır,lakin o doğulacaq.Uzun (müddətli) qeyb(ət)lə insanlardan gizli olacaq və sonra isə zühur edəcəkdir".
 
و قال: حدثنا محمّد بن علي بن حمزة العلوي قال: سمعت أبا محمّد عليه السّلام يقول: قد ولد وليّ اللّه و حجته على عباده و خليفتي من بعدي مختونا، ليلة النصف من شعبان سنة خمس و خمسين و مائتين عند طلوع الفجر
 
(Fəzl ibn Şazan) dedi:Bizə Muhəmməd ibn Əli ibn Həmzə əl-Aləvi nəql etdi və dedi:"Əbu Muhəmmədin (ə) (İmam Həsən Əsgərinin) belə dediyini eşitdim:"Allahın vəlisi,onun bəndələri üzərinə olan höccəti və məndən sonra olan xəlifəm (yəni,oğlum İmam Mehdi)  iki yüz əlli beşinci ilin Şaban ayının ortasının (on beşinin) gecəsi, sübh çağı sünnət olunmuş halda doğuldu" 
 
و قال: حدثنا إبراهيم بن محمّد بن فارس النيسابوري عن أبي محمّد عليه السّلام و ذكر حديثا فيه أنه دخل عليه و عنده غلام فسأله عنه، فقال: هو ابني و خليفتي من بعدي، و هو الذي يغيب غيبة طويلة و يظهر بعد امتلاء الأرض جورا و ظلما فيملأها عدلا و قسطا 
 
(Fəzl ibn Şazan) dedi:Bizə İbrahim ibn Muhəmməd ibn Faris ən-Nisəburi nəql etdi və dedi:Əbu Muhəmmədin (ə) (İmam Həsən Əsgərinin) yanına daxil oldum və onun yanında bir oğlan uşağı var idi.Onun barəsində sual etdikdə İmam Həsən Əsgəri (ə) buyurdu:"O, mənim oğlum və məndən sonra xəlifəmdir.O şəxsdir ki,uzun müddətli qeybə çəkiləkdir.Yer üzü zülm və haqsızlıqla dolduqdan sonra zühur edib haqq və ədalətlə doldurcaqdır".
 
Mənbə:Şeyx Hürr Amili,"isbətul-hudət",5/196,197,hədis 679,682 və 683. 44-cü fəsl.
 
Birinci hədisi nəql edən Muhəmməd ibn Abdul-Cəbbər və həmçinin ona Muhəmməd ibn Əbu Sahbən də deyiblər.O güvənilən ravi və İmam Cavad,İmam Hadi və İmam Həsən Əsgərinin əshabındandır.Bu hədisin sənədi səhihdir.  
 
İkinci hədisi nəql edən Muhəmməd ibn Əli ibn Həmzə əl-Aləvi fəzilətli şəxsdir,güvəniləndir və hədisin sənədi səhihdir. 
 
Üçüncü hədisi nəql edən İbrahim ibn Muhəmməd ibn Faris ən-Nisəburi İmam Hadi və İmam Həsən Əsgərinin (ə) əshabındandır.Ricalda problemsiz bir şəxsdir.Hədisin sənədi səhihdir.
 
Fəzl ibn Şazanın "muxtəsər isbətir-racət" kitabı burdadır. Hədis 9,11 və 12-yə müraciət etmək olar.
 



#103373 İmam Mehdinin (ə) hal-hazırda mövcudluğu

Отправлено автор: qulam 14 марта 2020 - 21:16 в Hədislər

حدّثنا محمّد بن إبراهيم بن إسحاق رضي‌الله‌عنه قال : حدّثني أبو عليّ بن همام قال : سمعت محمّد بن عثمان العمري ـ قدَّس الله روحه ـ يقول : سمعت أبي يقول : سئل أبو محمّد الحسن بن عليٍّ عليهما‌السلام وأنا عنده عن الخبر الّذي روي عن آبائه عليهم‌السلام : « أنَّ الأرض لا تخلو من حجّة لله على خلقه إلي يوم القيامة وأن من مات ولم يعرف إمام زمانه مات ميتة جاهليّة » فقال عليه‌السلام : أنَّ هذا حق كما أنَّ النهار حق ، فقيل له : يا ابن رسول الله فمن الحجّة والامام بعدك؟ فقال ابني محمّد ، هو الامام والحجة بعدي ، من مات ولم يعرفه مات ميتة جاهليّة. أما أنَّ له غيبة يحار فيها الجاهلون ، ويهلك فيها المبطلون ، ويكذّب فيها الوقاتون ، ثمَّ يخرج فكأنّي أنظر إلى الاعلام البيض تخفق فوق رأسه بنجف الكوفة
 
Bizə Muhəmməd ibn İbrahim ibn İshaq Allah ondan razı olsun nəql etdi və dedi:Mənə Əbu Əli (Muhəmməd) ibn Həmmam nəql etdi və dedi:Muhəmməd ibn Osman əl-Amirinin Allah onun ruhunu müqəddəsləşdirsin belə dediyini eşitdim:Atamın (Osman ibn Səid əl-Amirinin) belə dediyini eşitdim:"Əbu Muhəmməd Həsən ibn Əlidən (ə) (İmam Həsən Əsgəridən) atalarından (ə) rəvayət olunan"yer üzü Qiyamət gününədək-Allahın məxluqatı üzərində höccəti olmadan boş qalmayacaqdır" və "kim zamanının imamını tanımadan ölsə,cahiliyyət (dövrünün) ölümü halında ölmüşdür"xəbəri haqqında soruşdular.Mən də onun yanında idim.O,(ə) belə dedi:"Bu gündüzün bir həqiqət olduğutək həqiqətdir".Ona (ə) dedilər:"Ey Allah Rəsulunun (s) oğlu,səndən sonra imam və höccət kimdir?".Buyurdu:"Məndən sonra imam və höccət oğlum Muhəmməddir.(İmam Mehdidir) Kim onu tanımadan (və imamlığını qəbul etmədən) ölsə,cahiliyyət halında ölmüşdür.Bilin ki,onun bir qeybi vardırdır ki,cahillər orada çətinliyə düşəcək,batilə uyanlar həlak olacaq,vaxt təyin edənlər isə yalan danışacaqlar.Sonra çıxacaqdır (zühur edəcəkdir).Sanki ağ bayraqlar görürəm ki,Nəcəfdə,Kufədə onun başının üzərində dalğalanır".
 
Mənbə:Şeyx Səduq,"Kəməlud-din" bab 38,hədis 9.Zülqərneynlə bağlı mövzudan sonra gələn hədislər bölümü.  
 
Bu hədisi Ayətullah Şeyx Muhəmməd Asif Muhsini mötəbər bilmişdir.
Mənbə:"Mucəmul-əhədisil-mutəbər",2/327,hədis 1474.
 
Həmçinin bu hədisi Əllamə Ayətullah Mirzə Muhəmməd Təqi Musəvi İsfəhani səhih bilmişdir.
ما رواه  الصدوق في الصحيح، عن عثمان بن سعيد العمري
Səduq səhih olaraq Osman ibn Səiddən nəql etmişdir.(sonra hədisi nəql edir)
Mənbə:"Mikyəlul-məkərim",1/72, hədis 21.



#103372 İmam Mehdinin (ə) hal-hazırda mövcudluğu

Отправлено автор: qulam 13 марта 2020 - 23:33 в Hədislər

Əhməd ibn İshaq ibn Səd əl-Əşari deyib:"Əbu Muhəmməd Həsən ibn Əlinin (ə) (İmam Həsən Əsgərinin) yanına daxil oldum.Ondan özündən sonrakı canişin barədə soruşmaq istəyirdim.Özü sözə başlayaraq dedi:"Ey Əhməd ibn İshaq,Allah təbərak və təalə nə Adəmin (ə) dövründən bu yana yer üzünü məxluqat üzərində höccət olmadan boş qoymuşdur,nə də Qiyamət qopanadək boş qoyacaqdır.Onun sayəsindədir ki,bəlanı yer sakinlərinin üzərindən dəf edir.Ona görədir ki,yağış yağdırır və yer üzünün (nemət və) bərəkətlərini çölə çıxarır".Mən dedim:"Ey Allah Rəsulunun (s) oğlu,səndən sonra imam və canişin (xəlifə) kimdir?".O,(ə) tələsik ayağa qalxdı,evə daxil oldu,sonra çiynində üç yaşlı bir oğlan uşaqla qayıtdı.Onun üzü on dörd gecəlik ay kimi parıldayırdı.Buyurdu:"Ey Əhməd ibn İshaq,əgər Allah dərgahında və höccətlərinin yanında xətir-hörmətin olmasaydı,bu oğlumu sənə köstərməzdim.O,Allah Rəsulunun (s) adaşı və həmkünyəsidir.O elə bir kəsdir ki,yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq və ədalətlə dolduracaqdır".Ey Əhməd ibn İshaq, onun məsəli bu ümmət arasında Xızır (ə) və Zülqərneyn kimidir.Allaha and olsun ki,o elə bir şəkildə qeybə çəkiləcək (onun elə uzun bir qeyb dövrü olacaqdır) ki,həmin zaman ərzində yalnız o kəs həlak olmaqdan qurtuluş tapacaq ki,Allah azzə və cəll onu imamət inancında sabitqədəm və fərəcin tezləşməsi üçün duada müvəffəq etmişdir".Əhməd ibn İshaq deyir:"Dedim:"Ey mövlam,bir nişanə varmı ki,qəlbim onunla xatircəm olsun?".O uşaq (ə) fəsahətli ərəb dilində danışaraq buyurdu:"Mən Allahın yer üzündə Onun (gizli) saxladığı (Bəqiyyətullah) və düşmənlərindən intiqam alanam.Ey Əhməd ibn İshaq,gördükdən (və müşahidə apardıqdan) sonra əlamət axtarma!".Əhməd ibn İshaq deyir:"Mən şad-xürrəm halda çölə çıxdım.Həmin günün sabahısı onun (İmam Əsgərinin) yanına qayıdıb dedim:"Ey Allah Rəsulunun (s) oğlu,mənim boynuma qoyduğun minnətin sayəsində şadlığım çoxdur.Bəs (de görüm) onun barəsində baş verəcək Xızır və Zülqərneynin malik olduğu bənzərlik (sünnət) nədir?".Buyurdu:"Ey Əhməd,uzunmüddətli qeybdir".Dedim:"Ey Allah Rəsulunun (s) oğlu,onun qeybi uzun çəkəcəkdir?".Dedi:"Rəbbimə and olsun ki,belədir.O yerə qədər ki,ona inananların çoxu (dindən) dönəcəklər.Yerdə qalan yalnız o kəsdir ki,Allah əzzə və cəll ondan vilayətimiz üçün əhd-peyman almış,qəlbində iman yazmış (qoymuş) Özü tərəfindən bir ruh vasitəsilə onu dəstəkləmişdir.Ey Əhməd ibn İshaq,bu Allahın əmrindən olan bir əmr,Onun sirrindən olan bir sirr,qeybindən olan bir qeybdir.Buna görə də sənə verdiyimi götür,onu gizli tut şükr edənlərdən ol ki,sabah illiyyunda (Cənnətin ən ali mərtəbəsində) bizimlə birlikdə olasan".
 
Mənbə:Şeyx Səduq,"Kəməlud-din" bab 38,hədis 1. 
 
Bu hədisin sənədini Şeyx Əli Kurani səhih bilmişdir.    
 
 كمال الدين:2/384، بسند صحيح عن أحمد بن إسحاق بن سعد الأشعري قال: دخلت على أبي محمد الحسن بن علي عليهما السلام وأنا أريد أن أسأله عن الخلف بعده ، فقال لي مبتدئاً: يا أحمد بن إسحاق إن الله تبارك وتعالى لم يخل الأرض منذ خلق آدم عليه السلام ولا يخليها إلى أن تقوم الساعة من حجة لله على خلقه ، به يدفع البلاء عن أهل الأرض ، وبه ينزل الغيث ، وبه يخرج بركات الأرض . قال: فقلت له: يا ابن رسول الله فمن الإمام والخليفة بعدك ؟ فنهض عليه السلام مسرعاً فدخل البيت ، ثم خرج وعلى عاتقه غلام كأن وجهه القمر ليلة البدر من أبناء الثلاث سنين ، فقال: يا أحمد بن إسحاق لولا كرامتك على الله عز وجل وعلى حججه ما عرضت عليك ابني هذا ، إنه سمي رسول الله صلي الله عليه و آله وكنيه ، الذي يملأ الأرض قسطاً وعدلاً كما ملئت جوراً وظلماً . يا أحمد بن إسحاق مَثَلُهُ في هذه الأمة مثل الخضر عليه السلام ومثله مثل ذي القرنين ، والله ليغيبن غيبة لاينجو فيها من الهلكة إلا من ثبته الله عز وجل على القول بإمامته ووفقه للدعاء بتعجيل فرجه . فقال أحمد بن إسحاق: فقلت له: يا مولاي فهل من علامة يطمئن إليها قلبي ؟ فنطق الغلام عليه السلام بلسان عربي فصيح فقال: أنا بقية الله في أرضه ، والمنتقم من أعدائه ، فلا تطلب أثراً بعد عين يا أحمد بن إسحاق . فقال أحمد بن إسحاق: فخرجت مسروراً فرحاً ، فلما كان من الغد عدت إليه فقلت له: يا ابن رسول الله لقد عظم سروري بما مننت عليَّ فما السنة الجارية فيه من الخضر وذي القرنين؟ فقال: طول الغيبة يا أحمد ، قلت: يا ابن رسول الله وإن غيبته لتطول ؟ قال: إي وربي حتى يرجع عن هذا الأمر أكثر القائلين به ولا يبقى إلا من أخذ الله عز وجل عهده لولايتنا ، وكتب في قلبه الإيمان وأيده بروح منه . يا أحمد بن إسحاق: هذا أمر من أمر الله ، وسر من سر الله ، وغيب من غيب الله ، فخذ ما آتيتك واكتمه وكن من الشاكرين تكن معنا غداً في عليين
 
Mənbə:"əl-mucəmul-məvzuiyyu li-əhədisil-imamil-Məhdi",səh 278,33-cü fəsl.    
 
(Əbu Əli) Əhməd ibn İshaq ibn Səd əl-Əşari (əl-Qummi) həmin şəxsdir ki, İmam Cavad,İmam Hadi və İmam Həsən Əsgərinin (ə) əshabındandır. 



#103371 İmam Mehdinin (ə) hal-hazırda mövcudluğu

Отправлено автор: qulam 12 марта 2020 - 23:57 в Hədislər

Əhməd ibn İshaq ibn Səd deyib:"Əbu Muhəmməd Həsən ibn Əli Əsgərinin (ə) belə dediyini eşitdim:"Özümdən sonra insanlar arasında yaradılış və əxlaq baxımından Allah Rəsuluna (s) daha çox bənzəyən xələfi (canişinim oğlum Mehdini)  göstərməyənədək məni (bu) dünyadan çıxartmayan (canımı almayan) Allaha həmd olsun.Allah təbərak və təalə bu xələfi (İmam Mehdini) qeybdə olduğu dövrdə qoruyacaq,sonra isə ortaya çıxaracaqdır.Beləcə,(mənim canişinim) yer üzünü zülm və haqsızlıqla dolduğu kimi haqq və ədalətlə dolduracaqdır".
 
Mənbə:Şeyx Səduq,"Kəməlud-din" bab 38,hədis 7.Zülqərneynlə bağlı mövzudan sonra gələn hədislər bölümü.
 
Bu hədisin sənədini Şeyx Əli Kurani səhih bilmişdir.     
 
كمال الدين:2/408، بسند صحيح: حدثنا المظفر بن جعفر العلوي السمرقندي رضي الله عنه قال: حدثنا جعفر بن محمد بن مسعود العياشي ، عن أبيه ، عن أحمد بن علي بن كلثوم ، عن علي بن أحمد الرازي ، عن أحمد بن إسحاق بن سعد قال: سمعت أبا محمد الحسن بن علي العسكري عليهما السلام يقول: الحمد لله الذي لم يخرجني من الدنيا حتى أراني الخلف من بعدي ، أشبه الناس برسول الله صلي الله عليه و آله خلقاً وخلقاً ، يحفظه الله تبارك وتعالى في غيبته ، ثم يظهره الله فيملأ الأرض عدلاً وقسطاً كما ملئت جوراً وظلماً
 
Mənbə:"əl-mucəmul-məvzuiyyu li-əhədisil-imamil-Məhdi",səh 278,33-cü fəsl.  
 
Əhməd ibn İshaq ibn Səd, İmam Cavad,İmam Hadi və İmam Həsən Əsgərinin (ə) əshabındandır.



#103370 İmam Mehdinin (ə) hal-hazırda mövcudluğu

Отправлено автор: qulam 12 марта 2020 - 22:47 в Hədislər

Muhəmməd ibn İbrahim əl-Kufi nəql edir:"Əbu Muhəmməd (ə) (İmam Həsən Əsgəri) adını mənə çəkdiyi birinə kəsilmiş bir qoyun göndərdi və dedi ki,bu,oğlum Muhəmmədin (Mehdinin) əqiqəsidir".(Əqiqə qurbanı uşağın doğulması ilə kəsilən bir qurbandır)
 
Mənbə:Şeyx Səduq,"Kəməlud-din",bab 42,hədis 10.
 
Bu hədisin sənədini Şeyx Əli Kurani səhih bilmişdir   
 
ففي كمال الدين:2/432 ، بسند صحيح عن محمد بن موسى بن المتوكل قال: حدثني عبد الله بن جعفر الحميري قال: حدثني محمد بن إبراهيم الكوفي ، أن أبا محمد عليه السلام بعث إلي بعض من سماه لي بشاة مذبوحة وقال: هذه عقيقة ابني محمد
 
Mənbə:"əl-mucəmul-məvzuiyyu li-əhədisil-imamil-Məhdi",səh 280,33-cü fəsl.
 
Həsən ibn Munzir Həmzə ibn Əbul-Fəthdən nəql edərək deyir:"Bir gün yanıma gəlib mənə dedi ki,müjdə olsun,dünən axşam evdə Əbu Muhəmmədin (ə) (İmam Həsən Əsgərinin) bir körpəsi doğulub və mənə bunu gizlətməyimi göstəriş verdi.Mən dedim ki,onun adı nədir? Dedi ki,Muhəmməd adlandırıb və Cəfəri ilə künyələndirib".
 
Mənbə:Şeyx Səduq,"Kəməlud-din",bab 42,hədis 11.
 
Bu hədisin sənədini Şeyx Əli Kurani səhih bilmişdir.      
 
 كمال الدين:2/432، بسند صحيح: حدثنا محمد بن علي ماجيلويه رضي الله عنه قال: حدثنا محمد بن يحيى العطار قال: حدثنا الحسين بن علي النيسابوري قال: حدثنا الحسن بن المنذر ، عن حمزة بن أبي الفتح قال: جاءني يوماً فقال لي: البشارة ، ولد البارحة في الدار مولود لأبي محمد عليه السلام ، وأمر بكتمانه ، قلت: وما اسمه؟ قال: سمي بمحمد وكني بجعفر
 
Mənbə:"əl-mucəmul-məvzuiyyu li-əhədisil-imamil-Məhdi",səh 274,33-cü fəsl.  
 
Əhməd ibn Həsən ibn İshaq əl-Qummi deyib:"Xələf Saleh (ə.f) (İmam Mehdi) doğulduqda mövlamız Əbu Muhəmməd Həsən ibn Əli (ə) tərəfindən babam Əhməd ibn İshaqa bir namə gəlib çatdı ki,orada (İmam Həsən Əsgəri) öz dəstxətti ilə-hansı ki imzalı məktublar bu dəstxətlə sadir olurdu-belə yazılmışdır:"Bizim bir körpəmiz doğulmuşdur ki,sənin yanında gizli,camaatdan məxvi olmalıdır.Çünki biz bunu yaxınlığına görə yalnız yaxına,dostluğuna görədə də yalnız dosta aşkar edirik.Sənə (bu səbəbə görə) bildirmək istədik ki,Allah ona xatir səni sevindirsin,necə ki,bizi onun vasitəsilə sevindirmişdir.Vəssəlam!".
 
Mənbə:Şeyx Səduq,"Kəməlud-din",bab 42,hədis 16.  
 
Bu hədisin sənədini Şeyx Əli Kurani səhih bilmişdir.     
 
كمال الدين/433، بسند صحيح: حدثنا أبو العباس أحمد بن الحسين بن عبد الله بن مهران الأبي الأزدي العروضي بمرو: قال: حدثنا أحمد بن الحسن بن إسحاق القمي قال: لما ولد الخلف الصالح عليه السلام ورد عن مولانا أبي محمد الحسن بن علي عليهما السلام إلى جدي أحمد بن إسحاق كتاب ، فإذا فيه مكتوب بخط يده عليه السلام ، الذي كان ترد به التوقيعات عليه ، وفيه: ولد لنا مولود فليكن عندك مستوراً وعن جميع الناس مكتوماً فإنا لم نظهر عليه إلا الأقرب لقرابته والولي لولايته ، أحببنا إعلامك ليسرك الله به مثل ما سرنا به ، والسلام 
 
Mənbə:"əl-mucəmul-məvzuiyyu li-əhədisil-imamil-Məhdi",səh 278,33-cü fəsl.  
 
Əslində  أحمد بن الحسن بن إسحاق القمي  Əhməd ibn Həsən ibn İshaq əl-Qummi deyil, أحمد بن الحسن بن أحمد بن إسحاق القمّي Əhməd ibn Həsən ibn Əhməd ibn İshaq əl-Qummidir.Sadəcə sənəd də belə gəlib.Əhməd ibn Həsən ibn İshaq əl-Qumminin babası İshaq deyil,yəni özünün dediyi kimi Əhməd ibn İshaqdır.Əhməd ibn İshaq,İmam Cavad,İmam Hadi və İmam Həsən Əsgərinin (ə) əshabındandır.



#103369 İmam Mehdinin (ə) hal-hazırda mövcudluğu

Отправлено автор: qulam 12 марта 2020 - 00:37 в Hədislər

Abdullah ibn Cəfər əl-Himyəri nəql edir:"Mən və Şeyx Əbu Əmr (Osman ibn Səid əl-Amiri) Allah ona rəhmət eləsin Əhməd ibn İshaqın yanında bir yerə yığışmışdıq. Əhməd ibn İshaq mənə qaş gözlə işarə edərək,ondan (Əbu Əmr Osman ibn Səiddən) xələf (İmam Mehdi) barəsində soruşmağımı istədi.Dedim ki:"Ey Əbu Amr! Səndən bir şey soruşmaq istəyirəm.Amma səndən soruşmaq istədiyim məsələ barəsində hər hansısa bir şübhəm yoxdur.Çünki mən inanıram və dinim də elə qərar verir ki,yer üzü heç bir zaman höccətsiz qalmayacaqdır.Qiyamətə qırx gün qalanda höccət yer üzündən götürülər və tövbə qapısı bağlanar:"Rəbbinin bəzi dəlilləri gəldiyi gün,əgər əvvəlcədən iman gətirməyibsə və ya imanı ilə bir xeyir qazanmayıbsa,o günki inanması fayda verməz..."(Ənam 158) Bunlar,Allahın yaratdıqları varlıqların ən pisidir.Qiyamət onların başına qonar.Amma mənim istədiyim qəti inamımın bir az da möhkəmlənməsidir.Necə ki,İbrahim (ə) də Rəbbindən ölüləri necə diriltdiyini göstərməsini istəmişdir:"Allah:"Məgər sən inanmırsan?" dedi.İbrahim isə:"Bəli,inanıram,amma ürəyim rahat olsun deyə..."(Bəqərə 260) Mənə Əbu Əli Əhməd ibn İshaq,Əbul-Həsəndən (ə) (İmam Hadidən) belə rəvayət etdi:"Ondan (İmam Hadidən) soruşdum:"Kiminlə münasibət yaradım və ya dinimin hökmlərini kimdən öyrənim,yaxud da kimin sözlərini qəbul edim?" (İmam Hadi) ona (Əbu Əli Əhməd ibn İshaqa) belə deyib:"əl-Amiri (Əbu Əmr Osman ibn Səid əl-Amiri) mənim güvənilən adamımdır.Məndən sənə nə gətirərsə,o məndəndir və mənim icazəmlə sizə gətirmişdir.Məndən rəvayət edərək sənə bir şey deyərsə,deməli,məndən deyir.Onu dinlə və itaət et.Çünki inanılan sağlam bir kəsdir".Mənə Əbu Əli (Əhməd ibn İshaq) buna oxşar bir sualı Əbu Muhəmmədə (ə) (İmam Həsən Əsgəriyə) verdiyini və onun özünə belə dediyini rəvayət etdi:"əl-Amiri (Əbu Amr Osman ibn Səid əl-Amiri) və oğlu ( Muhəmməd ibn Osman əl-Amiri) güvənilən iki insandır.Sənə mənim adımdan bir xəbər çatdırarsa,deməli məndəndir.Sənə mənim adımdan bir şey deyilərsə,deməli,məndən deyirlər.Onları dinlə və onlara itaət et.Çünki onlar sağlam və güvənilən şəxsərdir.Bu,vəfat edən iki İmamın (ə) səninlə bağlı sözləridir".Əbu Amr (Əbu Amr Osman ibn Səid əl-Amiri) səcdə etdi və ağlamağa başladı.Sonra söylədi:"Bilmək istədiyin şeyi soruş".Dedim ki:Sən,Əbu Muhəmməddən (ə) (İmam Həsən Əsgəridən) sonra onun yerinə keçəcək xələfi (oğlu İmam Mehdini) görmüsənmi?"Dedi:"Bəli,Allaha and içirəm ki,gördüm və onun boyu belə idi.Əlləri ilə sağlam və güclü olduğunu ifadə etdi".Dedim:"Soruşmaq istədiyim bir sual da var".Dedi:"Söylə".Sual etdim:"Adı nədir?".Cavab verdi:"Bunu soruşmağınız sizə haramdır və mən də öz-özümə bunu deyə bilmərəm.Mənim bir şeyi halal və ya haram qılma səlahiyyətim yoxdur,sadəcə,ondan öyrəndiklərimi deyirəm.Çünki, sultana (Abbasi xəlifəsi Mutəmidə) görə Əbu Muhəmməd (ə) (İmam Həsən Əsgəri) vəfat etmiş və arxada yerinə keçəcək bir övlad qoymamışdır.Mirasını da bu xüsusda haqqı olmayan bir nəfər (yalançı Cəfər) paylaşdırmış və almışdır.Uşaqları diyarbədiyar gəzir.Heç kəs onları tanımağa və onlara bir şey verməyə cəsarət edə bilmir.Əgər adını desəm,arxasınca düşərlər.Elə isə Allahdan qorxun və bundan çəkinin".
 
Mənbə:"Üsuli-Kafi",1/329-330, Höccət kitabı, bab 77, hədis 1.
 
Bu hədisin sənədini Şeyx Əli Kurani (və digərləri) səhih bilmişdir. Şeyx Əli Kurani sənədin səhihliyini etiraf etdikdən sonra rəvayəti müxtəsər şəkildə nəql etmişdir.
  
ما رواه الكليني في أصول الكافي بسند صحيح: عن محمد بن عبد الله ومحمد بن يحيى جميعاً، عن عبد الله بن جعفر الحميري، قال: اجتمعت أنا والشيخ أبو عمرو رحمه الله عند أحمد بن إسحاق فغمزني أحمد بن إسحاق أن أسأله عن الخلف ، فقلت له: يا أبا عمرو إني أريد أن أسألك عن شئ وما أنا بشاك فيما أريد أن أسألك عنه ، إلى أن قال بعد إطراء العمري وتوثيقه على لسان الأئمة عليهم السلام ،فخر أبو عمرو ساجداً وبكى ثم قال: سل حاجتك . فقلت له: أنت رأيت الخلف من بعد أبي محمد عليه السلام ؟ فقال: إي والله ورقبته مثل ذا وأومأ بيده..(ويأتي بتمامه 
 
Mənbə:"əl-mucəmul-məvzuiyyu li-əhədisil-imamil-Məhdi",səh 281,34-cü fəsl.   
 
Əbu Əli Əhməd ibn İshaq,İmam Cavad,İmam Hadi və İmam Həsən Əsgərinin (ə) əshabındandır. Abdullah ibn Cəfər əl-Himyəri  İmam Hadi və İmam Həsən Əsgərinin (ə) əshabındandır.Əbu Amr Osman ibn Səid əl-Amiri,İmam Hadi və İmam Həsən Əsgərinin (ə) əshabındandır O İmam Mehdinin (ə.f) dörd naibindən birincisi olmuşdur.



#103368 İmam Mehdinin (ə) hal-hazırda mövcudluğu

Отправлено автор: qulam 11 марта 2020 - 00:17 в Hədislər

Müaviyə ibn Həkim,Muhəmməd ibn Əyyub ibn Nuh və Muhəmməd ibn Osman əl-Amiri Allah ondan razı olsun deyiblər"Biz qırx nəfər Əbu Muhəmməd Həsən ibn Əlinin (ə) (İmam Həsən Əsgərinin) evində idik.O,övladını bizə göstərdi və dedi:"Bu məndən sonra sizin imamınız və üzərinizdəki xəlifəmdir.Ona itaət edin.Məndən sonra dininizdə təfriqəyə düşməyin,yoxsa həlak olarsız.Bilin ki,bu gününüzdən sonra onu görməyəcəksiniz".Dedilər:(İmam Həsən Əsgərinin) Yanından çıxdıq və bir neçə gün keçdikdən sonra Əbu Muhəmməd (ə) dünyasını dəyişdi".
 
Mənbə:Şeyx Səduq,"Kəməlud-din",bab 43,hədis 2.  
 
Bu hədisin sənədini Şeyx Əli Kurani səhih bilmişdir  
 
كمال الدين:2/435 ، بسند صحيح ، عن معاوية بن حكيم ومحمد بن أيوب بن نوح ومحمد بن عثمان العمري قالوا: عرض علينا أبو محمد الحسن بن علي عليهما السلام ، ونحن في منزله وكنا أربعين رجلاً فقال: هذا إمامكم من بعدي وخليفتي عليكم ، أطيعوه ولاتتفرقوا من بعدي في أديانكم فتهلكوا ، أما إنكم لاترونه بعد يومكم هذا ! قالوا فخرجنا من عنده فما مضت إلا أيام قلائل حتى مضى أبو محمد عليه السلام
 
Mənbə:"əl-mucəmul-məvzuiyyu li-əhədisil-imamil-Məhdi",səh 285,34-cü fəsl  
 
 
Gördüyünüz kimi İmam Həsən Əsgəri (ə) öz canişinini yəni İmam Mehdini (ə.f) öz əshabına göstərmişdir.İmam Həsən Əsgərinin (ə) bilin ki,bu gününüzdən sonra onu görməyəcəksiniz deməsi İmamın (ə.f) qeyb olma məsələsinə işarədir.



#103367 İmam Mehdinin (ə) hal-hazırda mövcudluğu

Отправлено автор: qulam 10 марта 2020 - 22:53 в Hədislər

Abdullah ibn Cəfər əl-Himyəri deyib:"Muhəmməd ibn Osman (ibn Səid) əl-Amiriyə-Allah ondan razı olsun dedim ki,mən sənə İbrahimin (ə) öz Rəbbinə ünvanladığı sualı verirəm.O vaxt ki ona belə dedi:"Ey Rəbbim,ölüləri necə diriltdiyini mənə göstər!"(Rəbbi ona):Məgər sən inanmırsan?"- dedi.(İbrahim) dedi:"Əlbətdə (inanıram) amma qəlbim rahat olsun"(Bəqərə 260) Elə isə, bu işin sahibi (İmam Mehdi) haqqında mənə xəbər ver,onu görmüsənmi?( Muhəmməd ibn Osman əl-Amiri) Dedi:"Bəli.Onun bu cür boynu vardır"-və əli ilə öz boynunu göstərdi".
 
Mənbə:Şeyx Səduq,"Kəməlud-din",bab 43,hədis 3.
 
Bu rəvayətin sənədini Şeyx Əli Kurani səhih bilmişdir  
 
ما رواه الصدوق بسند صحيح عن أجلاء المشايخ قال: حدثنا محمد بن الحسن رضي الله عنه قال: حدثنا عبد الله بن جعفر الحميري قال: قلت لمحمد بن عثمان العمري رضي الله عنه: إني أسألك سؤال إبراهيم ربه جل جلاله حين قال:  رَبِّ أَرِني كَيْفَ تُحْيِي الْمَوْتَى قَالَ أَوَلَمْ تُؤْمِنْ قَالَ بَلَى وَلَكِنْ لِيَطْمَئِنَّ قَلْبِي فأخبرني عن صاحب هذا الأمر هل رأيته؟ قال: نعم ، وله رقبه مثل ذي وأشار بيده إلى عنقه
 
Mənbə:"əl-mucəmul-məvzuiyyu li-əhədisil-imamil-Məhdi"səh 281,34-cü fəsl  
 
Abdullah ibn Cəfər əl-Himyəri  İmam Hadi və İmam Həsən Əsgərinin (ə) əshabındandır.Muhəmməd ibn Osman (ibn Səid) əl-Amiri, İmam Həsən Əsgərinin (ə) əshabındandır və İmam Mehdinin (ə.f) ikinci naibidir.Bu rəvayətə görə o İmam Mehdini (ə.f) görmüşdür.



#103366 İmam Mehdinin (ə) hal-hazırda mövcudluğu

Отправлено автор: qulam 10 марта 2020 - 20:53 в Hədislər

Musa ibn Cəfər ibn Vəhb əl-Bağdadi nəql edir:"Əbu Muhəmməd (İmam Həsən Əsgəri (ə)) tərəfindən bir imza(lı sənəd) çıxdı.(Orada belə yazılmışdır:) Onlar belə güman ediblər ki,bu nəsli kəsmələri üçün məni qətlə yetirmək istəyirlər.Halbuki izzət və cəlal sahibi olan Allah onların sözünü (ürəklərində tutduqları bu pozğun fikri) təkzib etmişdir.Həmd Allaha məxsusdur".(Yəni mənim nəslimi kəsə bilməyəcəklər. Allah qoymayacaqdır və mənim oğlum olacaq)
 
Mənbə: Şeyx Səduq,"Kəməlud-din" bab 38,hədis 3.Zülqərneynlə bağlı mövzudan sonra gələn hədislər bölümü.
 
Bu hədisin sənədini Şeyx Əli Kurani səhih bilmişdir
 
وفي كمال الدين:2/407، بسند صحيح عن موسى بن جعفر بن وهب البغدادي أنه خرج من أبي محمد عليه السلام توقيع: زعموا أنهم يريدون قتلي ليقطعوا هذا النسل ! وقد كذب الله عز وجل قولهم، والحمد لله
 
Mənbə:"əl-mucəmul-məvzuiyyu li-əhədisil-imamil-Məhdi",səh 277,33-cü fəsl



#103365 İmam Mehdinin (ə) hal-hazırda mövcudluğu

Отправлено автор: qulam 10 марта 2020 - 20:35 в Hədislər

Əli ibn Muhəmməd Həmdan əl-Qalanisidən nəql edir:"Həmdan əl-Qalanisi deyir ki,Amiriyə dedim:"Əbu Muhəmməd (İmam Həsən Əsgəri (ə)) vəfat etdi,lakin yerinə keçəcək bir nəfər (canişin) qoymadı? Amiri cavab olaraq mənə dedi:"Vəfat etdi,amma sizin üçün bir xələf (canişin) qoydu.Əli ilə göstərdi ki,boyu da bu qədərdir".

 
Mənbə:"Üsuli-Kafi",1/329,Höccət kitabı,bab 76 hədis 4.
 
Bu rəvayətin sənədini Şeyx Əli Kurani səhih bilmişdir.
 
 ما رواه في الكافي بسند صحيح: عن علي بن محمد وهو ابن بندار الثقة ، عن مهران القلانسي الثقة قال: قلت للعمري: قد مضى أبو محمد ؟ فقال لي: قد مضى ولكن خلف فيكم من رقبته مثل هذه ، وأشار بيده
 
Mənbə:"əl-mucəmul-məvzuiyyu li-əhədisil-imamil-Məhdi",səh 281,34-cü fəsl
 
əl-Amiri,Əbu Amr Osman ibn Səiddir.İmam Hadi və İmam Həsən Əsgərinin (ə) əshabındandır O İmam Mehdinin (ə.f) dörd naibindən birincisi olmuşdur.
 
Əhməd ibn Muhəmməd ibn Abdullah belə rəvayət etmişdir:"Zübeyr Allah ona lənət etsin öldürüldüyü vaxtda Əbu Muhəmməd (İmam Həsən Əsgəri (ə)) tərəfindən bir xəbər gəldi:"Allahın qəyyum etdiklərinə zülm edərək Allaha qarşı hörmətsizlik edənlərin cəzası budur.O məni öldürəcəyini və nəslimi kəsəcəyini iddia edirdi.Allahın qüdrətini görmürmü?"(İmam Həsən Əsgərinin (ə) hicrətin) iki yüz əlli altıncı ilində bir oğlu oldu və adını mim hə mim dəl qoydu".
 
Mənbə:"Üsuli-Kafi",1/329,Höccət kitabı,bab 76 hədis 5.
 
Bu hədisin sənədini Şeyx Əli Kurani səhih bilmişdir.  
 
الكافي:1/329 ، و514 ، بسند صحيح: عن أحمد بن محمد بن عبد الله قال: خرج عن أبي محمد عليه السلام حين قتل الزبيري لعنه الله: هذا جزاء من اجترأ على الله في أوليائه يزعم أنه يقتلني وليس لي عقب فكيف رأى قدرة الله فيه؟وولد له ولد سماه م ح م د في سنة ست وخمسين ومائتين
 
Mənbə:"əl-mucəmul-məvzuiyyu li-əhədisil-imamil-Məhdi",səh 277,33-cü fəsl
 
 
( Adını mim hə mim dəl qoydu yəni Peyğəmbərimizin (s) adını qoydu.Peyğəmbərimizin (s) adının hərflərinin parçalanmış formasıdır  mim hə mim dəl.Şeyx Tusinin əl-Ğeybə kitabında hədis 198-də وولد له ولد وسماه محمدا سنة ست وخمسين ومائتين adını Muhəmməd adlandırdı gəlmişdir.İmam Həsən Əsgəri (ə) İmam Mehdinin (ə.f) adını Peyğəmbərimizin (s) adını qoymuşdur.)
 
  حدثنا محمد بن محمد بن عصام رضي الله عنه قال: حدثنا محمد بن يعقوب الكليني قال: حدثنا علي بن محمد قال: ولد الصاحب عليه السلام للنصف من شعبان سنة خمس و خمسين ومائتين 
 
Bizə Muhəmməd ibn Muhəmməd ibn İsam Allah ondan razı olsun nəql etdi və dedi:Bizə Muhəmməd ibn Yəqub əl-Kuleyni nəql etdi və dedi:Bizə Əli ibn Muhəmməd (ibn Bundər) nəql etdi və dedi:"Sahib (ə.f) (hicrətin) iki yüz əlli beşinci ilində Şəbanın ortasında doğulmuşdur"
 
Mənbə:Şeyx Səduq,"Kəməlud-din" bab 42,hədis 4.



#103364 İmam Mehdinin (ə) hal-hazırda mövcudluğu

Отправлено автор: qulam 04 марта 2020 - 01:03 в Hədislər

Şeyx ət-Tusi İmam Həsən əl-Əskərinin (əleyhis-səlam) Əbu Haşim əl-Cəfəriyə övlad sahibi olacağı barədə xəbər verdiyini əks etdirən bir rəvayət nəql etmişdir:
 
وَرَوَى سَعْدُ بْنُ عَبْدِ اللَّهِ عَنْ أَبِي هَاشِمٍ الْجَعْفَرِيِّ قَالَ: كُنْتُ مَحْبُوساً مَعَ أَبِي مُحَمَّدٍ عليه السلام فِي حَبْسِ الْمُهْتَدِي بْنِ الْوَاثِقِ فَقَالَ لِي يَا بَا هَاشِمٍ إِنَّ هَذَا الطَّاغِيَ أَرَادَ أَنْ يَعْبَثَ‏ بِاللَّهِ فِي هَذِهِ اللَّيْلَةِ وَقَدْ بَتَرَ اللَّهُ عُمُرَهُ وَجَعَلَهُ لِلْقَائِمِ مِنْ بَعْدِهِ وَلَمْ يَكُنْ لِي وَلَدٌ وَسَأُرْزَقُ‏ وَلَداً. قَالَ أَبُو هَاشِمٍ فَلَمَّا أَصْبَحْنَا شُغِبَ الْأَتْرَاكُ عَلَى الْمُهْتَدِي فَقَتَلُوهُ وَوَلِيَ الْمُعْتَمِدُ مَكَانَهُ وَسَلَّمَنَا اللَّهُ تَعَالَى‏.
 
 
Səd ibn Abdullah, Əbu Haşim əl-Cəfərinin belə dediyini nəql edir: Mən Əba Muhəmməd – yəni, imam Həsən əl-Əskəri - (əleyhis-səlam) ilə birlikdə əl-Muhtədi ibn əl-Vasiqin zindanında həbs olunmuşdum. Mənə belə dedi: “Ey Əba Haşim, bu zalım bu gecə Allahla zarafat etmək qərarına gəlib, lakin Allah onun ömrünü kəsəcək. Onun canişinini onun yerinə otuzduracaq. Mənim də övladım yoxdur, lakin tezliklə mənə də övlad əta olunacaq.” Əbu Haşim deyir: “Səhər olan kimi türklər onu devirib öldürdülər və Mötəmid də onun yerində oturdu. Allah Təala da bizə nicat verdi.”
 
Şeyx ət-Tusi, Kitab əl-ğeybə, səh. 205; Muəssisə əl-məarif əl-İslamiyyə, 1-ci çap, 1411 h.q; təhqiq: Şeyx İbadullah Tehrani və Şeyx Əli Əhməd Nasehin təhqiqi ilə
Sənədi səhihdir
 
Əbu Haşim əl-Cəfəri siqə ravilərdəndir. İmam Həsən əl-Əskəri (əleyhis-səlam) İmam Mehdinin (əccələllahu fərəcəh) varlığını ona xəbər vermişdir. Mərhum Şeyx əl-Kuleyni aşağıdakı rəvayəti səhih sənədlə nəql etmişdir:
 
مُحَمَّدُ بْنُ يَحْيَى عَنْ أَحْمَدَ بْنِ إِسْحَاقَ عَنْ أَبِي هَاشِمٍ الْجَعْفَرِيِّ قَالَ: قُلْتُ لِأَبِي مُحَمَّدٍ عليه السلام: جَلَالَتُكَ تَمْنَعُنِي مِنْ مَسْأَلَتِكَ فَتَأْذَنُ لِي أَنْ أَسْأَلَكَ فَقَالَ: سَلْ قُلْتُ: يَا سَيِّدِي هَلْ لَكَ وَلَدٌ؟ فَقَالَ: نَعَمْ فَقُلْتُ: فَإِنْ حَدَثَ بِكَ حَدَثٌ فَأَيْنَ أَسْأَلُ عَنْهُ؟ قَالَ: بِالْمَدِينَةِ.
 
Məhəmməd ibn Yəhya Əhməd ibn İshaqdan, o da Əbu Haşim əl-Cəfəridən onun belə dediyini nəql edir: Əba Muhəmmədə (əleyhis-səlam) ərz etdim: “Sizin əzəmət və cəlalınız sizə sual verməkdən məni çəkindirir. İcazə verirzinizmi sizə bir sual verim?” Həzrət (əleyhis-səlam) buyurdu: “Buyur, soruş!” Ərz etdim: “Ey mənim ağam, sizin oğlunuz varmı?” Buyurdu: “Bəli, var.” Ərz etdim: “Əgər sizə nəsə olsa, biz suallarımızı harada ondan soruşaq?” Buyurdu: “Mədinədə.”
 
Əbu Cəfər əl-Kuleyni, Üsul min əl-Kafi, c. 1, s. 328, Nəşr edən: İslamiyyə, Tehran, 2-ci çap, 1362 ş.
 
 
Məhəmməd ibn Əli ibn Bilal deyir ki, İmam Həsən əl-Əskəri (ə) ona iki dəfə öz oğlunun olduğu barədə xəbər verib. Mərhum Şeyx əl-Kuleyni və Şeyx əl-Müfid belə bir rəvayət nəql ediblər:
 
عَلِيُّ بْنُ مُحَمَّدٍ عَنْ مُحَمَّدِ بْنِ عَلِيِّ بْنِ بِلَالٍ قَالَ: خَرَجَ إِلَيَّ مِنْ أَبِي مُحَمَّدٍ قَبْلَ مُضِيِّهِ بِسَنَتَيْنِ يُخْبِرُنِي بِالْخَلَفِ مِنْ بَعْدِهِ ثُمَّ خَرَجَ إِلَيَّ مِنْ قَبْلِ مُضِيِّهِ بِثَلَاثَةِ أَيَّامٍ يُخْبِرُنِي بِالْخَلَفِ مِنْ بَعْدِه.‏
 
Əli ibn Məhəmməd, Məhəmməd ibn Əli ibn Bilalın belə dediyini nəql edir: İmam Həsən əl-Əskəri (ə) vəfatından iki il əvvəl mənə özündən sonra olan canişini barəsində xəbər vermişdi. Sonra vəfatından üç gün əvvəl də canişini barəsində mənə ondan xəbər yetişdi.
 
Əbu Cəfər əl-Kuleyni, Üsul min əl-Kafi, c. 1, s. 328, Nəşr edən: İslamiyyə, Tehran, 2-ci çap, 1362 ş.
Şeyx Müfid, Əl-İrşad, c. 2, s. 348, Nəşr edən: Dar əl-Mufid, Beyrut, 2-ci çap, 1414 h.q/1993 m; Muəssisətu Al əl-Beytin (ə) təhqiqi ilə

Sənədi səhihdir.

http://hadis.313news...adith/a-39.html

 

Əbu Haşim Cəfəri güvənilən ravidir və İmam Rzanın,İmam Cavadın, İmam Hadinin və İmam Həsən Əsgərinin (ə) əshabındandır. Muhəmməd ibn Bilal güvənilən ravidir və İmam Hadinin və İmam Həsən Əsgərinin (ə) əshabındandır.

Gördüyümüz kimi İmam Həsən Əsgəri (ə) öz əshabına oğlunun olması və ondan sonra onun xəlifəsi (canişini) olması ilə əlaqədər məlumat vermişdir.Bu şəxs İmam Mehdidir (ə.f) 




#103363 İmam Mehdinin (ə) hal-hazırda mövcudluğu

Отправлено автор: qulam 03 марта 2020 - 01:01 в Hədislər

Hal hazırda qeyd edəcəyim dəlillərdə İmamlar (ə) açıq aşkar bildirəcəklər ki,İmam Həsən Əsgərinin (ə) övladı olacaq və Onun övladı on ikinci İmam (ə) olacaqdır. Yəni İmam Mehdi (ə.f) Həmçinin də bu o deməkdir ki, İmam Mehdi (ə.f) İmam Həsən Əsgərinin (ə) oğludursa  o doğulmuşdur.

 

1) Mərhum Xəzzaz əl-Qummi “Kifayət əl-əsər” kitabında İmam Cəfər əs-Sadiqdən (əleyhis-səlam) səhih sənədlə bir rəvayət nəql edir:

 

Hüseyn ibn Əli bizə hədis söylədi və dedi: Harun ibn Musa bizə hədis söylədi və dedi: Məhəmməd ibn əl-Həsən bizə hədis söylədi və dedi: Məhəmməd ibn əl-Həsən əs-Səffar bizə Yəqub ibn Yeziddən, o da Məhəmməd ibn Əbu Umeyrdən, o da Hişamdan hədis söylədi və dedi:

 
Mən Cəfər ibn Məhəməd əs-Sadiqin (əleyhis-səlam) yanında idim. Bu zaman Müaviyə ibn Vəhəb və Əbdül-Məlik ibn Əyən daxil oldular... Sonra İmam (əleyhis-səlam) buyurdu: Vaciblərin ən fəzilətlisi və insana ən vacib olanı Allahı tanımaq və Allah qarşısında bəndəlik iqrar etməkdir. Allahı tanımağın ən aşağı həddi budur ki, (insan bilə ki) Ondan başqa ilah yoxdur, Onun oxşarı və bənzəri yoxdur. İnsan bilməlidir ki, Allah qədimdir, sabitdir, aradan getməz varlıqdır. O, (nəyəsə) bənzədilmə ilə və (Onun barəsində düşünülməsi) batil olan bir şey ilə vəsf olumaz. “Onun kimisi yoxdur, O, eşidən və görəndir.”
 
Bundan sonra (vacibatın ən üstünü) Peyğəmbəri tanımaq və onun peyğəmbərliyinə şəhadət verməkdir. Peyğəmbəri tanımağın ən aşağı həddi isə budur ki, (insan) onun peyğəmbərliyini təsdiq etsin, onun gətirdiyi kitab, əmr və ya qadağanın Allah tərəfindən olduğunu iqrar etsin.
 
Bundan sonra isə İmamı tanımaqdır. Hansı ki, çətinlik və asanlıqda ona – xüsusiyyəti, sifəti və adı ilə birgə – iqtida edilir (Çətinlik və asanlıqda xüsusiyyəti, sifəti və adı bəlli olan İmama iqtida və itət edilir – müt.). İmamı (ə) tanımağın ən aşağı həddi budur ki, (insan) İmamın peyğəmbərlikdən başqa digər bütün işlərdə Peyğəmbərin misli olduğunu və onun varisi olduğunu bilə.  Və bilə ki, ona itaət etmək Allaha və Peyğəmbərə (s) itaət etməkdir. İnsan onun hər əmrinə təslim olmalı, bilmədikərini ondan soruşmalı və onun sözünə qulaq asmalıdır (onun sözünü əxz etməlidir).
 
Yenə də insan bilməlidir ki, Allah Rəsulundan (səllallahu əleyhi və alihi) sonra imam Əli ibn Əbu Talib, ondan sonra Həsən, ondan sonra Hüseyn, sonra Əli ibn Hüseyn, sonra Məhəmməd ibn Əli, sonra mən, sonra oğlum Musa, sonra onun oğlu Əli, sonra oğlu Məhəmməd ibn Əli, sonra oğlu Əli ibn Məhəmməd, sonra isə onun oğlu Həsən ibn Əli, ondan sonra isə onun oğlu Həzrət Hüccətdir (ə.f)…
 
Əbul-Qasim Əli ibn Muhəmməd əl-Xəzzaz əl-Qummi, Kifayət əl-əsər fi ən-nas əla əl-əimmə əl-isna aşər, s. 260-264, Seyyid Əbdül-Lətif əl-Hüseyni əl-Kuhkəməri əl-Xoi, Nəşr edən: İntişarat, Qum, 1400 h.q.
 
2) Şeyx Səduq səhih sənədlə nəql edir:
 
Abdullah ibn Cundəb İmam Kazimin (ə) belə buyurduğunu rəvayət edir: Səcdə halında belə de:
 
İlahi, mən Səni, mələklərini, peyğəmbərləri, rəsulları şahid tututam ki, Sən Allah mənim rəbbim, İslam dinim, Məhəmməd peyğəmbərim, Əli, Həsən, Hüseyn, Əli ibn Hüseyn, Məhəmməd ibn Əli, Cəfər ibn Məhəmməd, Musa ibn Cəfər, Əli ibn Musa, Məhəmməd ibn Əli, Əli ibn Məhəmməd, Həsən ibn Əli və Hüccət ibn Həsən ibn Əli (əleyhimus-səlam) mənim imamlarımdır. Mən onları sevirəm və onların düşmənləri ilə düşmənəm.
 
İlahi, səni qanı üç dəfə tökülən məzluma and verirəm!...
 
Şeyx Səduq, Mən la yəhzuruh əl-fəqih, c. 1, s. 329, Nəşr edən: Camieye mudərrisine hovzeye elmiyyeye Qom; Əli Əkbər Qəffarinin təhqiqi ilə
 
3) Şeyx Səduq səhih sənədlə nəql edir:
 
Əhməd ibn Ziyad ibn Cəfər əl-Həmədani (Allah ondan razı olsun) bizə hədis söylədi və dedi: Əli ibn İbrahim ibn Haşim atasından, o da Əbdüs-Səlam ibn Saleh əl-Hərəvidən bizə hədis söylədi və dedi: Dibiibn Əli əl-Xuzayinin belə dediyini eşitdim: mövlam Rza (əleyhis-səlam) üçün bir qəsidə oxudum:
 
Ayələrin açıqlanıb təfsir edildiyi yer boş qalıb indi
 
Vəhyin nazil olduğu yer isə susuz bir çöl kimi qurudu
 
Şeirin
 
İmam Zühur edəcək, bu zühur qaçılmazdır,
 
Allahın adı və bərəkətləri ilə zühur edəcək.
 
Aramızda hər batili haqqdan ayıracaq.
 
Yaxşı və pis əməl sahiblərinə öz layiq olduqlarını verəcək.
 
hissəsinə yetişərkən İmam (əleyhis-səlam) bərk ağladı. Sonra başını qaldırıb mənə baxdı və buyurdu: “Ey Xuzayi, Ruhul-Qudus sənin dilinlə bu iki beyti oxudu. Heç bilirsənmi ki, bu imam kimdir və nə vaxt qiyam edəcək?” Dedi: “Xeyr, lakin bu qədər bilirəm ki, sizin nəslinizdən olan bir imam yer üzünü fəsaddan təmizləyəcək, onu ədalətlə dolduracaq.”
 
İmam (əleyhis-səlam) buyurdu: Ey Dibil, məndən sonra imam oğlum Məhəmməd, ondan sonra onun oğlu Əli, ondan sonra onun oğlu Həsən, ondan sonra isə onun oğlu Hüccət əl-Qaim əl-Müntəzərdir (ə.f). İman əhli onun qeybəti dövründən Həzrətin (ə.f) intizarını çəkəcək, zühur edəndən sonra isə ona itaət edəcəklər. Əgər dünyanın ömrünə bir gün qalsa belə, Allah o günü o qədər uzadar ki, İmam (ə.f) zühur etsin, dünyanı zülmlə dolduğu kimi ədalətlə doldursun. Lakin nə zaman zühur edəcək? Heç kim o vaxtı təyin edə bilməz.
 
Atam Musa ibn Cəfər öz atasından, o da öz atalarından, o da Əli ibn Əbu Talibdən (əleyhis-səlam) nəql edirlər ki, Peyğəmbərdən (səllallahu əleyhi və alihi) soruşdular: “Sizin nəslinizdən olan Həzrət Qaim (ə.f) nə zaman zühur edəcək?” Həzrət (s) buyurdu: “Onun gəlməsi Qiyamət gününün gəlməsi kimidir.” Allah Təala Quranda buyurur:
 
(Ya Rəsulum!) Səndən saat (qiyamət günü) haqqında onun nə vaxt qopacağını soruşurlar? De: “O ancaq Rəbbimə məlumdur. (Qiyamətin) qopacağı vaxtı Allahdan başqa heç kəs bilə bilməz. Göylərdə və yerdə (Allahdan qeyri) bir kimsənin onu bilməsi çətindir. O sizlərə ancaq qəflətən gələr!” Sən onun haqqında bir şey bilirsənmiş kimi onlar (səndən) israrla soruşarlar. De: “O ancaq Allah dərgahında məlumdur, lakin insanların əksəriyyəti (bunu) bilməz!” (əl-Əraf, 187)
 
Şeyx əs-Səduq, Uyunu əxbar ər-Rza, c. 2, s. 265-266, Nəşr edən: Muəssisə əl-Ələmi lil-mətbuat, Beyrut, 1404 h.q/1984 m; Şeyx Hüseyn Ələminin təhqiqi ilə  
 
4) Şeyx Kuleyni səhih sənədlə nəql edir:
 
Əshabımızdan bir qrupu Əhməd ibn Məhəmməd əl-Bərqidən, o da Əbu Haşim Davud ibn əl-Qasim əl-Cəfəridən, o da İmam Cavaddan (əleyhis-səlam) belə buyurduğunu nəql edirlər:
 
Həzrət Əmir əl-muminin (əleyhis-səlam) oğlu Həsənlə birlikdə gəlib Məscid əl-hərama daxil oldu və oturdu. İmam Həsən də (əleyhis-səlam) Salmanın qoluna söykənmişdi. Xoş simalı və xoş qiyafəli bir kişi yaxınlaşıb Əmir əl-mumininə (əleyhis-səlam) salam verdi. Həzrət də (əleyhis-səlam) cavabını verdi. O kişi də bundan sonra oturaraq Əmir əl-muminindən (əleyhis-səlam) soruşdu: “Ey Əmir əl-muminin, sənə üç sual verəcəyəm. Əgər o sualların cavabını versəniz, başa düşəcəyəm ki, Peyğəmbərdən (səllallahu əleyhi və alihi) sonra hakimiyyətə baş qoşan camaat sənin barəndə səhvə yol veriblər və bu işlə özlərini qınayıblar, dünya və axirətdə amanda deyillər. Amma əgər suallarıma cavab verməsən, biləcəyəm ki, sən də onlarla bərabərsən.” Əmir əl-muminin (əleyhis-səlam) buyurdu: “İstədiyini soruş!” Kişi dedi: “De görüm, insan yatanda onun ruhu hara gedir? Necə olur ki, insan bəzən xatırlayır, bəzən də unudur? Necə olur ki, insan övladı dayıları və əmiləri kimi olur? Yəni, onlardan genetik olaraq bəzi xüsusiyyətləri irs aparır?”
 
İmam Əli (əleyhis-səlam) üzünü İmam Həsənə tutub buyurdu: “Ey Əba Məhəmməd, bu sualların cavabını sən ver!” İmam Həsən (əleyhis-səlam) də suallara cavab verdi. Kişi dedi:
 
Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq bir ilah yoxdur və mən buna həmişə şəhadət verirəm və şəhadət verirəm ki, Məhəmməd (s) onun rəsuludur və mən buna həmişə şəhadət verirəm.
 
Şəhadət verirəm ki, sən (Həzrət Əliyə işarə edərək) Peyğəmbərin vəsisisən və onun vəzifəsini icra edənsən və mən buna həmişə şəhadət verirəm.
 
Şəhadət verirəm ki, sən (Həzrət Həsənə işarə edərək) Həzrət Əlinin vəsisisən və onun vəzifəsini icra edənsən və mən buna həmişə şəhadət verirəm.
 
Şəhadət verirəm ki, Hüseyn ibn Əli qardaşı Həsənin vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
 
Şəhadət verirəm ki, Əli ibn Hüseyn atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
 
Şəhadət verirəm ki, Məhəmməd ibn Əli atasının vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
 
Şəhadət verirəm ki, Cəfər ibn Məhəmməd atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
 
Şəhadət verirəm ki, Musa ibn Cəfər atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
 
Şəhadət verirəm ki, Əli ibn Musa atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
 
Şəhadət verirəm ki, Məhəmməd ibn Əli atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
 
Şəhadət verirəm ki, Əli ibn Məhəmməd  atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
 
Şəhadət verirəm ki, Həsən ibn Əli atasının vəsisi və onun vəzifəsini icra edəndir və mən buna həmişə şəhadət verirəm.
 
Şəhadət verirəm ki, Həsənin (yəni, İmam Həsən əl-Əskərinin) övladlarından bir kişi zühur edəcək. Onu ad və künyə ilə çağırmaq olmaz. O, yeri zülmlə dolduğu kimi ədalətlə dolduracaq.
 
Allahın salamı, rəhməti və bərəkəti sənin üzərinə olsun, ey Əmir əl-muminin! Sonra isə qalxıb getdi.
 
Əmir əl-muminin (əleyhis-səlam) buyurdu: “Ey Əba Məhəmməd, arxasınca get gör hara gedir?”
 
İmam Həsən (əleyhis-səlam) bayıra çıxdı və buyurdu: “Ayağını bayıra qoyan kimi hansı tərəfə getdiyini anlamadım. Sonra Əmir əl-mumininin (əleyhis-səlam) yanına qayıdıb bunu ona xəbər verdim.” Həzrət (ə) buyurdu: “Ey Əba Məhəmməd, onu tanıdın?” Dedim: “Allah, Peyğəmbər (s) və Əmir əl-muminin daha yaxşı bilirlər.” Dedi: “O, Xızır (əleyhis-səlam) idi.”
 
Əbu Cəfər əl-Kuleyni, Üsul min əl-Kafi, c. 1, s. 525, Nəşr edən: İslamiyyə, Tehran, 2-ci çap, 1362 ş.
 
Gördüyümüz kimi bu hədislərdən aydın oldu ki,İmam Həsən Əsgərinin (ə) övladının olacağı açıq aşkar bilidirilib və İmam Mehdi (ə.f) İmam Həsən Əsgərinin (ə) oğludur. 



#103362 İmam Mehdinin (ə) hal-hazırda mövcudluğu

Отправлено автор: qulam 02 марта 2020 - 23:10 в Hədislər

Təəssüflər olsun ki, Əhli-Beyt  (ə) məktəbinə qarşı zidd olan bəzi şəxslər sosial şəbəkələrdə hələ də öz zəif dəlillərindən əl çəkməyib və iddia edirlər ki,şiələrin mənbələrinə əsasən İmam Həsən Əsgərinin (ə) övladı olmayıb və onun xələfi (canişini) olmamışdır.Yəni İmam Həsən Əsgərinin (ə) övladı olmayıb, İmam Mehdi (ə.f) Onun oğlu deyil, doğulmayıb və şiələr olmayan bir şeyə inanırlar.Yuxarıda İmam Həsən Əsgərinin (ə) övladı xələfi olması ilə bağlı İmam Hadinin (ə) və İmam Həsən Əsgərinin (ə) dilindən dəlilləri gördük.İndi isə keçək bəzi dəlillərə.

Hal hazırda qeyd edəcyim dəlil onu göstərir ki,Qaim yəni İmam Mehdi (ə.f) İmam Hüseynin (ə) doqquzuncu övladıdır.Və həmçinin burdan çıxan dəlilin biridə budur ki,İmam Mehdi (ə.f) on birinci  İmam olan İmam Həsən Əsgərinin (ə) oğludur və doğulub.Yəni İmam Mehdi (ə.f) İmam Hüseynin (ə) doquzuncu övladıdırsa bu o deməkdir ki,İmam Hüseynin (ə) səkizinci övladı olan İmam Həsən Əsgərinin (ə) dünyadan köçməmişdən qabaq oğlu olmalıdır ki,həmən bu oğul İmam Hüseynin (ə) doquzuncu övladı sayılsın.Hədisdən çıxan dəlil budur və bu baş vermişdir.

 

 Şeyx Səduq "əl-Xisal" kitabında səhih sənədlə Salman əl-Farsidən nəql edir:

 

حَدَّثَنَا أَبِي رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا سَعْدُ بْنُ عَبْدِ اللَّهِ بْنِ أَبِي خَلَفٍ قَالَ حَدَّثَنِي يَعْقُوبُ بْنُ يَزِيدَ عَنْ حَمَّادِ بْنِ عِيسَى عَنْ عَبْدِ اللَّهِ بْنِ مُسْكَانَ عَنْ أَبَانِ بْنِ تَغْلِبَ عَنْ سُلَيْمِ بْنِ قَيْسٍ الْهِلَالِيِّ عَنْ سَلْمَانَ الْفَارِسِيِّ رَحِمَهُ اللَّهُ قَالَ: دَخَلْتُ عَلَى النَّبِيِّ صلى الله عليه وآله وإِذَا الْحُسَيْنُ عَلَى فَخِذَيْهِ وهُوَ يُقَبِّلُ عَيْنَيْهِ ويَلْثِمُ فَاهُ وهُوَ يَقُولُ أَنْتَ سَيِّدٌ ابْنُ سَيِّدٍ، أَنْتَ‏ إِمَامٌ‏ ابْنُ‏ إِمَامٍ،‏ أَبُو الْأَئِمَّةِ، أَنْتَ حُجَّةٌ ابْنُ حُجَّةٍ، أَبُو حُجَجٍ تِسْعَةٍ مِنْ صُلْبِكَ تَاسِعُهُمْ قَائِمُهُمْ.
 

Atam bizə hədis söylədi və dedi: Səd ibn Abdullah ibn Əbu Xələf bizə hədis söylədi və dedi: Yəqub ibn Yezid  mənə Həmmad ibn İsadan, o da Abdullah ibn Muskandan, o da Əban ibn Təğlibdən, o da Suleym ibn Qeys əl-Hilalidən, o da Salman əl-Farsidən onun belə dediyini nəql edir: "Peyğəmbərin (səllallahu əleyhi və alihi) yanına daxil oldum, gördüm ki, Hüseyn (əleyhis-səlam) onun dizinin üstündə oturub. Peyğəmbər (səllallahu əleyhi və alihi) onun gözlərini və dodaqlarını öpür və ona deyirdi: "Sən bu ümmətin seyyidi və bu ümmətin seyidinin oğlusan. Sən imam oğlu imam və İmamların atasısan. Sən hüccət oğlu hüccətsən və sənin sülbündən olan doqquz hüccətin atasısan. Onların doqquzuncusu Qaim olanlarıdır". 

 

 Şeyx Səduq, əl-Xisal, c. 2, s. 475, Nəşr edən: Müqəddəs Qum şəhəri müəllimlər cəmiyyətinin tabeliyindəki "İslami nəşr" müəssisəsi, Qum; təhqiq: Əli Əsğər əl-Ğifari

http://hadis.313news...adith/a-42.html

 

Şeyx Səduq səhih sənədlə nəql edir:

 

حَدَّثَنَا أَحْمَدُ بْنُ زِيَادِ بْنِ جَعْفَرٍ الْهَمَدَانِيُّ قَالَ حَدَّثَنَا عَلِيُّ بْنُ إِبْرَاهِيمَ بْنِ هَاشِمٍ عَنْ أَبِيهِ عَنْ مُحَمَّدِ بْنِ أَبِي عُمَيْرٍ عَنْ غِيَاثِ‏ بْنِ إِبْرَاهِيمَ عَنِ الصَّادِقِ جَعْفَرِ بْنِ مُحَمَّدٍ عَنْ أَبِيهِ مُحَمَّدِ بْنِ عَلِيٍّ عَنْ أَبِيهِ عَلِيِّ بْنِ الْحُسَيْنِ عَنْ أَبِيهِ الْحُسَيْنِ بْنِ عَلِيٍّ عليهم السلام قَالَ‏: سُئِلَ أَمِيرُ الْمُؤْمِنِينَ عليه السلام عَنْ مَعْنَى قَوْلِ رَسُولِ اللَّهِ صلى الله عليه وآله إِنِّي مُخَلِّفٌ فِيكُمُ‏ الثَّقَلَيْنِ‏ كِتَابَ اللَّهِ وَعِتْرَتِي مَنِ الْعِتْرَةُ؟ فَقَالَ: أَنَا وَالْحَسَنُ وَالْحُسَيْنُ وَالْأَئِمَّةُ التِّسْعَةُ مِنْ وُلْدِ الْحُسَيْنِ تَاسِعُهُمْ مَهْدِيُّهُمْ وَقَائِمُهُمْ لَا يُفَارِقُونَ كِتَابَ اللَّهِ وَلَا يُفَارِقُهُمْ حَتَّى يَرِدُوا عَلَى رَسُولِ اللَّهِ صلى الله عليه وآله حَوْضَه‏.
 
Əhməd ibn Ziyad ibn Cəfər Həmədani bizə hədis söylədi və dedi: Əli ibn İbrahim ibn Haşim atasından, o da Məhəmməd ibn Əbu Umeyrdən, o da Ğiyas ibn İbrahimdən, o da İmam Sadiqdən (ə), o da İmam Məhəmməd Baqirdən (ə), o da atası İmam Səccaddan (ə), o da atasın İmam Hüseynin (ə) belə buyurduğunu nəql edir: Əmir əl-möminindən (ə) Peyğəmbərin (s) buyurduğu “Aranızda iki ağır əmanət qoyub gedirəm, biri Allahın kitabı, digəri isə itrətim” hədisində “itrətin” kimlər olduğu haqqında soruşdular. Həzrət (ə) buyurdu: Mən, Həsən (ə), Hüseyn (ə) və Hüseynin (ə) nəslindən olan doqquz imam. Doqquzuncuları onların Mehdiləri və Qaimləridir (İmam Zamandır (ə.f)). Peyğəmbərin (s) hovuzuna yetişənədək nə Quran onlardan, nə də onlar Qurandan ayrılmazlar.
 
Şeyx Səduq, Uyunu əxbar ər-Rza (ə), c.1, s.60; İntişarat Şərif ər-Rza, Qum
 
Şeyx Səduq mötəbər sənəd ilə nəql edir:
 
حدثنا علي بن عبدالله الوراق الرازي قال: حدثنا سعد بن عبدالله قال: حدثنا الهيثم بن أبي مسروق النهدي، عن الحسين بن علوان، عن عمر ابن خالد، عن سعدبن طريف، عن الاصبغ بن نباته، عن عبدالله بن عباس قال: سمعت رسول الله صلى الله عليه وآله يقول: أنا وعلي والحسن والحسين وتسعة من ولد الحسين مطهرون معصومون
 
Bizə Əli b. Abdullah Vərraq ər-Razi rəvayət etdi və dedi: bizə Sad b. Abdullah rəvayət etdi və dedi: əl-Heysəm b. Əbi Məsruq ən-Nəhdi bizə Huseyn b. Ulvandan, o da Ömər b. Xaliddən, o da Sad b. Tarifdən, o da Əsbağ b. Nubatədən, o da Abdullah b. Abbasdan belə dediyini rəvayət etdi: Rəsulullahın (s.ə.a) belə dediyini eşitdim: Mən, Əli, Həsən, Hüseyn və Hüseynin nəslindən doqquz (imam) pak və məsum şəxslərik
 
 Şeyx Səduq, Kəmaluddin və təmam ən-nemə, s.280
 
Hədislərdən gördüyümüz kimi İmam Mehdi (ə.f) İmam Hüseynin (ə) doqquzuncu övladıdır və bu o deməkdir ki İmam Hüseynin (ə) səkkizinci övladı olan İmam Həsən Əsgərinin (ə) dünyadan köçməmişdən qabaq bir övladı olmalıdır ki,bu övlad İmam Hüseynin (ə) doqquzuncu övladı sayılsın.Hədisdən çıxan dəlil budur və bu baş vermişdir.



#103361 İmamların (Ə) Mübarək Qəbirlərinə Səcdə Etmək Olarmı?

Отправлено автор: qulam 27 февраля 2020 - 12:15 в Əqidə və fiqh

Bəziləri iddia edib deyirlər ki, guya Əhli-Beyt (ə) məktəbində Allahdan qeyrisinə, məsələn Peyğəmbərin (s) və ya İmamların (ə) qəbrinə səcdə etmək icazəlidir. Bununla da bəzi insanlarda Əhli-Beyt (ə) məktəbinə qarşı süstlük yaradırlar.

Lakin bu məsələ qətiyyən bu cür deyil və kökündən yalandır. Təəssübsüz insan təsdiq edər ki, bu məsələdə meyar – hansısa cahil insanın hərəkəti deyil, bu mövzu ilə bağlı Əhli-Beyt (ə) məktəbinin elm əhli olan alimlərinin nəzəri olmalıdır. Yəni ola bilsin ki, hansısa avam insan bu haram olan əməli yerinə yetirsin – yəni Peyğəmbərin (s) və ya İmamların (ə) qəbrinə səcdə etsin. Lakin bu, əsla o demək deyil ki, bu əməl Əhli-Beyt (ə) məktəbində icazəlidir. Ona görə də hansısa iddianı sübut etmək üçün bir məlumatsız insanın əməlinə yox, o məktəbin alimlərinin rəylərinə müraciət etmək lazımdır.

 

İndi isə gəlin bu mövzu ilə bağlı Əhli-Beyt (ə) məktəbinin bəzi mərcəyi-təqlid olan alimlərinin nəzərlərinə diqqət yetirək:

 

"Allah Təaladan başqası üçün səcdə etmək haramdır. Avam camaatdan bəzilərinin İmamların (ə) qəbirləri müqabilində alınlarını yerə qoymaları Allaha şükür etmək niyyəti ilə olsa, eybi yoxdur; əks halda (yəni şükür üçün olmazsa) – haramdır".

 

Bəzi mənbələr:

- İmam Xomeyni ® “Tovzihul-Məsail”, məsələ 1090

- Seyyid Əli Xameneyi, “Fiqh-təlimi”, səh. 189

- Muhəmməd Fazil Lənkərani ®, “Tovzihul-Məsail”, məsələ 1111

- Seyyid Əli Hüseyni Sistani, “Tovzihul-Məsail”, məsələ 1099

- Vəhid Xorasani, “Tovzihul-Məsail”, məsələ 1099

- Məkarim Şirazi, “Xuləsətul-əhkəm”, məsələ 409

 

Gördüyümüz kimi, bu məsələ kökündən yalandır və Əhli-Beyt (ə) məktəbində bu işə icazə yoxdur.

 

Allahdan qeyrisinə səcdə etməyin yasaq olmasının bəzi dəlillərini təqdim edirik.

"Gecə, gündüz, Günəş və Ay – Onun (tövhid, qüdrət və rübubiyyət) nişanələrindəndir. Əgər siz (yalnız) Ona ibadət edirsinizsə, Günəşə və Aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin". (Fussilət 37)

"Məscidlər Allaha məxsusdur (ibadət niyyəti ilə olan səcdələr, namaz vaxtları, bütün məscidlər və insanın bədəninin səcdə zamanı yerə dəyən yeddi üzvü – hamısı Ona məxsusdur). Belə isə, Allahla birgə heç bir kəsi (sitayiş etmək məqsədilə) çağırmayın". (Cinn 18)

 

Qaldı ki, mələklərin Həzrət Adəmə (ə) səcdə etmə məsələsinə – bu sırf Allahın əmri idi. Mələklər də məhz Uca Allahın əmrinə itaət edib, Həzrət Adəmə (ə) səcdə etdilər. Və deməli, onların səcdəsi – əslində Allaha səcdə etmək sayılır. Çünki, bu işi Allah Təala onlara əmr etmişdi və onlar da əmrə tabe olmuşdurlar.

Bu fikir İslam alimləri tərəfindən təsdiq edilmişdir və o cümlədən, Ayətullah Xoyi bunu öz əsərlərində əks etdirmişdir.

 

(Mənbə: Ayətullahul-uzma Xoyi, "Əl-Bəyan" təfsiri)




#103359 mənzilət hədisi

Отправлено автор: qulam 13 декабря 2019 - 18:04 в Hədislər

İmam Əlinin (ə) fəziləti ilə bağlı bir hədisə nəzər salaq. Bu mübarək hədisdə Həzrət Rəsuli-Əkrəm (s) Musa peyğəmbər (ə) kimi Allaha dua etmişdir. Musa peyğəmbər (ə) qardaşı Harunla (ə) bağlı Allahdan nələri istəmişdirsə, əziz Peyğəmbərimiz (s) də Həzrət Musa peyğəmbər (ə) kimi İmam Əli (ə) ilə bağlı Allaha o cür dualar etmişdir.

 

Elə bu səbəbdəndir ki, başqa bir hədisdə də Peyğəmbərimiz (s) buyurmuşdur: "Əlinin mənə olan nisbəti – Harunun Musaya olan nisbəti kimidir və (lakin) məndən sonra peyğəmbər yoxdur".

 

Qeyd olunan hədislərə və Quran ayələrinə əsasən deyə bilərik ki, İmam Əli (ə) Peyğəmbərin (s) vəziri, köməkçisi, qardaşı, arxası və təbliğ işlərində Onun (s) şərikidir. Bu fəzilət Allah tərəfindən fəqət İmam Əliyə (ə) verilmişdir.

 

Abdullah ibn Cəfər əl-Himyəri mötəbər sənəd ilə İmam Baqirdən (ə) nəql edir: "Peyğəmbər (s) Ərəcdə olarkən belə buyurmuşdur: "İlahi, Sənin bəndən Musa (ə) dua etdi və Sən onu cavablandırdın. Öz tərəfindən ona sevgi yaratdın. Səndən istədi ki, onun sinəsini genişləndirəsən, işini asanlaşdırasan, ailəsindən onun üçün bir vəzir qərar verəsən və dilindəki düyünü açasan.

Mən Səndən bəndən Musanın (ə) istədiyini diləyirəm ki, sinəmi genişləndirəsən, işimi asanlaşdırasan, ailəmdən qardaşım Əlini (ə) mənə vəzir edəsən"”.

(Mənbə: "Qurbul-isnad" hədis 90)

 

Quran-Kərimdə Musa peyğəmbərin (ə) qardaşı Harunla bağlı etdiyi dualar bunlardır:

"Bağışlayan və mehriban Allahın adı ilə.

(25) Dedi: “Ey Rəbbim, sinəmi genişləndir (mənə çoxlu səbir və hövsələ ver).

(26) İşimi mənə asanlaşdır (peyğəmbərliyin yerinə yetirilməsində mənə kömək et).

(27) Dilimdən (məqsədin çatdırılmasına mane olan) düyünü aç

(28) ki, sözümü başa düşsünlər.

(29) Ailəmdən mənə bir vəzir və yardımçı ver.

(30) Qardaşım Harunu.

(31) Arxamı onunla möhkəmləndir.

(32) Və onu işimə (İlahi tapşırığın Sənin tərəfindən çatdırılması işinə) şərik et

(33) ki, Səni (qibtilərin və fironçuların arasında aşkarcasına) pak sifətlərlə çox mədh edək və (şəriki olmaqdan) pak (və uzaq) bilək.

(34) Və Səni çox yad edək.

(35) Çünki Sən bizi (biz əhli-beyti, həmçinin bizim Səni pak sifətlərlə mədh etməyimizi və Səni yada salmağa bağlılığımızı) həmişə görürsən”.

(36) (Allah) buyurdu: “Ey Musa, şübhəsiz, istədiklərinin hamısı sənə verildi"”.

/“Taha” 25-36”/




#103318 Əhli-Sünnə Mənbələrində İmam Hüseynin (Ə) Fəzilətləri

Отправлено автор: qulam 27 сентября 2019 - 23:46 в Hədislər

1. Əbu Səid əl-Xudri nəql edir: "Allahın Rəsulu (s) belə buyurub: "Həsən və Hüseyn (ə) cənnət cavanlarının seyyidləridir (ağalarıdır)”.

Tirmizi deyib: "Bu hədis – həsən səhihdir".

(Mənbə: "Sünən Tirmizi", 5/656, hədis 3768)

 

2. Üsəmə ibn Zeyd nəql edir: "Həzrət Peyğəmbər (s) buyurub: "Həsən və Hüseyn (ə) mənim oğullarım və qızımın oğullarıdır. İlahi, mən onları sevirəm, sən də onları sev və onları sevənləri də sev"”.

Tirmizi deyib: "Bu hədis – həsəndir (mötəbərdir)”.

(Mənbə: "Sünən Tirmizi", 5/656, hədis 3769)

 

3. Yalə ibn Murra nəql edir: "Allahın Rəsulu (s) belə buyurub: "Hüseyn (ə) məndən və mən də Hüseyndənəm. Allah Hüseyni (ə) sevəni sevsin"”.

Tirmizi deyib: "Bu hədis – həsəndir (mötəbərdir)”.

(Mənbə: "Sünən Tirmizi", 5/658, hədis 3775)

 

4. İmara ibn Umeyr nəql edir: "Ubeydullah ibn Ziyadın (lən) və adamlarının başları gətirildikdə, Rəhbədə məscidə düzüldü. Mən də onların yanlarında idim və camaat “gəldi, gəldi!” deyirdilər. Bir ilan gəlib başların arasında dolaşdı və sonra isə Ubeydullah ibn Ziyadın burnunun deşiklərindən burnuna daxil oldu və bir qədər sonra xaric olub getdi. Sonra insanlar yenə “gəldi, gəldi!” dedilər. İlan bu işi iki və ya üç dəfə etdi".

Tirmizi deyib: "Bu hədis – həsən səhihdir".

(Mənbə: "Sünən Tirmizi", 5/660, hədis 3780)

 

5. Əş-Şəbiy deyir: "Yuxumda əllərində nizə olan adamların göy üzündən enib, Hüseynin (ə) qatillərindən intiqam aldıqlarını gördüm. Çox keçmədi ki, Muxtar onları öldürdü".

Hafiz əl-Heysəmi deyib: "Ət-Təbərani rəvayət edib və sənədi həsəndir" (mötəbərdir).

(Mənbə: "Məcməuz-zəvaid və mənbəul-fəvaid", 9/314, hədis 15151)

 

6. Aişə nəql edir: "Allah Rəsulunun (s) üzərində qara yundan naxışlı bir örtük olduğu halda (evdən) çıxdı. Həsən ibn Əli (ə) gəldi və onu həmin örtükə daxil etdi. Sonra isə Hüseyn (ə) gəldi, onu da birgə daxil etdi. Sonra Fatimə (s.ə) gəldi və onu da örtükə daxil etdi. Sonra Əli (ə) gəldi və onu da örtükə daxil etdi.

Sonra Allah Rəsulu (s) belə buyurdu: "Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!". (“Əhzab” 33)

(Mənbə: "Səhih Müslüm", Peyğəmbər (s) Əhli-Beytinin (ə) fəziləti babı, hədis 2424)

 

7. Səd ibn Əbu Vəqqas nəql edir: “"Gəlin oğullarımızı və oğullarınızı, xanımlarımızı və xanımlarınızı, nəfsimizi (özümüzü) və nəfsinizi (özünüzü) çağıraq, sonra isə dua edib yalançılara Allahın lənət etməsini diləyək!” (“Ali-İmran” 61) ayəsi nazil olanda, Allah Rəsulu (s) Əli, Fatimə, Həsən və Hüseyni (ə) çağıraraq: "İlahi! Mənim ailəm bunlardır!" dedi"”.

(Mənbə: "Səhih Müslüm", Əli ibn Əbu Talibin (ə) fəzilət babı, hədis 2404)

 

8. Əhmədin belə dediyini eşitdim: “Eşitdim ki, Əbu Bəkr dedi: “Əl-Xuldinin belə dediyini eşitdim: "Bədənimdə çox sayda böyük yaralar var idi. Həmin nahiyəni Hüseynin (ə) qəbrinin torpağına sürtdüm və yatdım, ayıldığımda həmin yerdə heç bir yaranın izinin qalmadığını gördüm"””.

(Mənbə: "Ət-Tuyuriyyat", 3/912)

 

9. Əbu Hüreyrə nəql edir: “Rəsulullah (s) dedi: "Həsən və Hüseyni (ə) sevən şəxs – məni sevmiş, onlara nifrət (düşmənçilik) edən – mənə nifrət etmişdir"”.

Əbdül-Bəqi deyib: “"Əz-Zəvaid"də ravilərin siqə sənədi isə səhihdir".

(Mənbə: "Sünən İbn Macə", 1/51 hədis 143)

 

10. Əbu Səid əl-Xudri nəql edir: “Rəsulullah (s) dedi: "Canım əlində olan Allaha and olsun ki, hər kim Əhli-Beytə nifrət edərsə, Allah o kişini cəhənnəmə daxil edər"”.

Şuəyb əl-Ərnəut deyib: “Sənədi həsəndir (mötəbərdir)”.

(Mənbə: "Səhih ibn Hibban", Əhli-Beytin (ə) fəziləti babı, 15/435, hədis 6978)

 

11. Hüseyn bin Əli (ə) buyurur: "Kimin gözləri bizə görə yaşarsa və ya bir damla göz yaşı axıtsa – Uca Allah onu Cənnətdə məskunlaşdırar".

(Mənbə: "Fəzailus-səhabə", 2/840, hədis 1154)

 

12. Əbu Qubeyl belə nəql edir: "Hüseyn ibn Əli (ə) qətlə yetirildikdə, günəş elə bir şəkildə tutuldu ki, hətta günün gündüz çağı göydə ulduzlarda görsəndi. Elə zənn etdik ki, odur (yəni Qiyamətdir)”.

Hafiz əl-Heysəmi buyurub: “"Ət-Təbərani nəql etmişdir və sənədi həsəndir (mötəbərdir)”.

(Mənbə: "Məcməuz-zəvaid və mənbəul-fəvaid", 9/197)

 

13. Əhməd ibn Hənbəl, İbn Abbasın belə dediyini nəql edir: "Günorta vaxtı yuxu aləmində Allah Rəsulunu (s) tozlu və saçı-başı dağınıq vəziyyətdə gördüm. Əlində də içi qanla dolu bir şüşə var idi. Peyğəmbərə (s) dedim: “Atam-anam sizə fəda olsun, bu nədir?”.

Buyurdu ki, Hüseynin (ə) və əshabının qanıdır.

Mən o gündən etibarən bu hadisənin nə zaman olacağını izləməyə başladım”.

(Hədisi İbn Abbasdan nəql edən ravi) Əmmar deyir: “Biz o günü təyin elədik və sonradan anladıq ki, Hüseyn (ə) o gündə öldürülmüşdü".

İbn Kəsir deyib: "Əhməd güclü sənəd ilə nəql etmişdir".

(Mənbə: "Əl-bidəyə və ən-nihəyə", 8/202, İmam Hüseynin (ə) məqtəli fəsli)

 

14. Aişə və ya Ümmü Sələmə nəql edir: "Allah Rəsulu (s) buyurdu: "Əvvəllər yanıma gəlməyən bir mələk otağıma yanıma gəlib, mənə dedi: "Sənin bu oğlun Hüseyn (ə) öldürüləcək. Əgər istəsən, onun öldürüləcəyi yerin torpağından sənə gətirim"”.

Allah Rəsulu (s) buyurdu: "Bundan sonra mələk qırmızı rəngli torpağı mənə uzatdı"”.

Vəsiyullah ibn Muhəmməd Abbas deyib: "Sənədi səhihdir".

(Mənbə: "Fəzailus-səhabə", 2/965, hədis 1357)

 

15. Abdullah ibn Nəciyy atasından nəql edir: "O, Əli (ə) ilə birgə yola çıxır. O, Əlinin (ə) su qabının daşıyanı idi. Siffeynə gedərkən Neynəvaya çatanda, Əli (ə) uca səslə belə dedi: "Səbir et, ey Əba Əbdullah! Səbir et, ey Əba Əbdullah, Fərat kənarında".

Mən (Nəciyy) dedim: "Ya Əba Əbdullah, nə deməkdir?".

Həzrət Əli (ə) buyurdu: "Bir gün Peyğəmbərin (s) yanına daxil olanda, gözlərindən möhkəm surətdə yaşların axdığını gördüm. Dedim: “Ey Allahın Rəsulu (s), səni kimsə qəzəbləndirib? Nə üçün gözlərindən sel kim yaşlar axır?".

Peyğəmbər (s) buyurdu: "Bir az əvvəl Cəbrail (ə) yanımdan getdi. O, mənə Hüseynin (ə) Fərat çayının yanında öldürüləyəcəyini dedi və soruşdu ki, istəyirsənmi sənə onun torpağını qoxuladım?”.

Dedim: “Bəli”.

Sonra o, əlini uzatdı, bir ovuc torpaq götürüb, mənə verdi və mən də gözlərimə hakim ola bilməyib, ağlamağa başladım"”.

Hüseyn Səlim Əsəd deyib: "Sənədi həsəndir (mötəbərdir)”.

(Mənbə: Müsnəd Əbu Yalə", 1/298, hədis 363)

 

16. Zeyd ibn Ərqəm nəql edir: "Peyğəmbər (s) Fatimə (s.ə), Həsən (ə) və Hüseyn (ə) üçün belə buyurub: "Mən sizə qarşı savaşanlarla – savaş, sülh içində olanlarla – sülh içindəyəm"”.

İbn Hibbana görə sənədi səhihdir. Hüseyn Səlim Əsəd də deyib: "Sənədi həsəndir (mötəbərdir)”.

(Mənbə: "Məvariduz-zəman ilə zəvaid ibn Hibban", Əhli-Beytin fəziləti babı, hədis 2244)

 

17. Həzrət Peyğəmbər buyurub: "Cəbrail (ə) yanıma gəlib, mənə xəbər verdi ki, “sənin ümmətin oğlun Hüseyni (ə) öldürəcək”. O, Hüseynin (ə) öldürüləcəyi yerdən mənə qırmızı torpaq gətirdi".

Albani deyib: "Səhihdir".

(Mənbə: "Səhih əl-Cəmius-səğir"1/73, hədis 61)

 

18. Ümmü Sələmə buyurur: "Mən cinlərin Hüseyn ibn Əliyə (ə) növhə deyib ağladıqlarını eşitdim".

(Peyğəmbərin (s) digər həyat yoldaşı) Məymunə xanım buyurur: "Mən cinlərin Hüseyn ibn Əliyə (ə) növhə deyib ağladıqlarını eşitdim".

Hafiz əl-Heysəmi buyurur: "Təbərani nəql etmişdir və onun sənədinin raviləri əs-Səhihin (Buxari və Müslümün) raviləridir”.

(Mənbə: "Məcməuz-zəvaid və mənbəul-fəvaid", 9/199, hədis 15179-15180)

 

19. Aməş nəql edir ki, bir kişi İmam Hüseynin (ə) qəbrinə hörmətsizlik etdi. “Buna görə də onun ailəsinə müsibətlər üz verdi. Əlləri və ayaqları şikəst oldu, dəli oldular, cüzam və müxtəlif xəstəliklərə tutuldular və kasıblaşdılar".

Hafiz əl-Heysəmi deyir: "Təbərani nəql etmişdir və onun raviləri – əs-Səhihin (Buxari və Müslümün) raviləridir.

(Mənbə: "Məcməuz-zəvaid və mənbəul-fəvaid", 9/131, hədis 15168)

 

20. Əba Rəca əl-Utari belə dedi: "Nə Əlini, (ə) nə də Əhli-Beytdən bir kəsi söyməyin. Bəlhuceymdən olan bir qonşum: "Görürsünüz bu fasiq Hüseyn ibn Əlini?! Allah onu öldürsün" demişdi. Allah onu iki ulduzla gözlərindən vuraraq kor etdi".

Hafiz əl-Heysəmi deyir: "Təbərani nəql etmişdir və onun raviləri əs-Səhihin (Buxari və Müslümün) raviləridir”.

(Mənbə: "Məcməuz-zəvaid və mənbəul-fəvaid", 9/229, hədis 15157)

 

 



#103317 İmamlar (Ə.s) Özlərindən Hədis Söyləyiblərmi? Və Onların Hədisləri Mürsəldirmi?

Отправлено автор: qulam 30 июня 2019 - 23:38 в Hədislər

Bəziləri belə bir yersiz iddia ortaya atırlar ki, Əhli-Beyt (ə) məktəbinə aid olan hədislərin sənədlərinin çoxu mürsəldir. Mürsəl hədis – zəif hədis hökmündədir. Mürsəl hədis ona deyilir ki, məsələn bir şəxs Peyğəmbəri (s) görməyə-görməyə ondan hədis nəql edir. Yəni Peyğəmbəri (s) görməyən şəxs, təbii ki, o Həzrətin (s) özündən hədis eşitməyib və kimdənsə nəql edir. Buna əsasən, belə hədisin sənədinə mürsəl deyərlər.

Burada bir haşiyəyə çıxaq ki, istisna olaraq, bəzi hədis nəql edən şəxslərin mürsəl hədisləri səhih hökmündədir.

Belələri iddialarında o yerə çatırlar ki, bəzi Əhli-Beyt İmamları (ə) üçün də deyirlər ki, onlar Həzrət Peyğəmbəri (s) bilavasitə görmədikləri halda Peyğəmbərdən (s) hədis nəql ediblər və bu səbəbdən bu hədislərin sənədi guya mürsəl hökmündədir.

Məsələn İmam Sadiqdən (s) hədis nəql ediləndə ki, Həzrət Peyğəmbər (s) bu cür və bu cür buyurub və onlar deyirlər ki, bir halda ki, İmam Sadiq (ə) Peyğəmbəri (s) görməyibdir, bu səbəbdən iddia edirlər ki, belə hədislər guya mürsəldir.

Əlbəttə ki, bu cür iddiaçılar İmam Əli (ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) üçün istisnalar edirlər, çünki, bu əziz İmamlar (ə) Həzrət Peyğəmbəri (s) görüblər və bilavasitə o Həzrətin (s) özündən hədis eşidiblər.

Keçək bu iddiaların cavabına.
Əvvəla bunu qeyd etməliyik ki, bizim əlimizdə olan nəqli dəlilllərə (hədislərə) əsasən, Əhli-Beyt İmamları (ə) – Həzrət Peyğəmbərin (ə) haqq olaraq on iki xəlifəsidir (canişinləridir) və Peyğəmbərin (s) elminin varisləridirlər. Yəni Peyğəmbərin (s) elmi və eləcə də, o Həzrətin (s) söylədiyi hədislər – Əhli-Beyt İmamlarının (ə) yanında Allahın izni ilə hər zaman hazır və mövcud olmuşdur.

Məsum İmamlar (ə) nəsil olaraq vəhy ailəsinə mənsub olduqları üçün, Peyğəmbərin (s) elmi və hədisləri, Allahın izni ilə, İmamlara (ə) silsilə ilə ata və babaları vasitəsilə yetişmişdir. İmamlar (s) özlərindən hədis nəql etməmişdirlər və söylədikləri hədislər – ata və babalarından eşidilərək, silsiləvi surətdə Həzrət Peyğəmbərin (s) birbaşa özündən yetişən hədislər olmuşdur.

Beləliklə, İmamların (ə) söylədikləri hədislərin sənədlərini, qətiyyən mürsəl adlandırmaq olmaz. Bu hədislər sənəd baxımından zəncirvari olaraq İmamlara (ə) ata və babalarından yetişmişdir və ilk mənbə olaraq, Həzrət Peyğəmbərdən (s) birbaşa nəql edilən hədislərdir.

Məsum İmamlar (ə) Peyğəmbərdən hədis nəql edərkən, hər dəfə hədisin sənədində “ata və babalarımdan belə eşitdim və onlar da Peyğəmbərdən (s) belə eşitdilər” kimi ibarələr işlətməyə lüzum görməyiblər. Çünki, onların ardıcılı olan və onları sevən şəxslər bilirlər ki, İmamlar (ə) hədisləri ata və babalarından, onlar da bilavasitə Həzrət Peyğəmbərdən (s) nəql ediblər.

İndi isə keçək bu barədə İmamların (ə) hədislərdə öz buyuruşlarına.

İmam Baqir (ə) buyurmuşdur: "Ey Cabir, Allaha and olsun, əgər biz (Əhli-Beyt)camaatla öz rəyimizə əsasən danışıb hədis söyləsəydik, mütləq həlak olardıq.
Biz (Əhli-Beyt) onlara Peyğəmbərdən (s) bizə qalan, camaat qızıl və gümüşü yığıb-topladıqları kimi, bizim də böyüklərimizin (ata və babalarımızın) miras apararaq yığıb-topladıqları rəvayətlərə əsasən hədis danışırıq".

İmam Sadiq (ə) buyurmuşdur: "Əgər biz (Əhli-Beyt) camaata öz rəyimizlə və həvayi-nəfsimizdən fətva versəydik, mütləq həlak olardıq.
Lakin bunlar (söylədiklərimiz) Peyğəmbərdən (s) olan rəvayətlər və elmin köküdür ki, böyüklər böyüklərdən (atamız babalarımızdan) miras aparır.
Camaat qızıl və gümüşlərini yığıb-topladıqları kimi, biz də bunu yığıb toplamışıq".

İmam Sadiq (ə) buyurmuşdur: "Biz Rəbbimizin Peyğəmbəri (s) üçün açıqladığı və onun da bizə bəyan etdiyi dəlillərə əsaslanırıq. Əgər belə olmasaydı, (avam)camaat kimi olardıq".
(Mənbə: Şeyx Səffar, “Bəsairud-dərəcat”, 6-cı hissə, 14-cü bab)

İmam Sadiq (ə) buyurmuşdur: “Mənim hədisim – atamın hədisidir. Atamın hədisi isə babamın hədisidir. Babamın hədisi isə Hüseynin və Həsənin (ə) hədisidir. Hüseynin və Həsənin (ə) hədisi isə Əmirəl-möminin Əlinin (ə) hədisidir. Əmirəl-möminin Əlinin (ə) hədisi isə Allah Rəsulunun (s) hədisidir. Allah Rəsulunun (s) hədisi də Azzə və Cəllə olan Allahın sözüdür".
(Mənbə: “Üsuli-kafi”, Elmin fəziləti ktabı, 17-ci bab)

İmam Sadiq (ə) buyurmuşdur: "Bizim hədisimiz – Allahdan və Onun Rəsulundandır. Bizim axırıncımızın sözü – əvvəlinci olanımızın sözüdür və əvvvəlincimizin sözü isə axırıncımızın sözünü təsdiq edər".
(Mənbə: “Rical əl-Kəşşi”, səh. 164)

Hədislərdən gördüyümüz kimi, İmamların (ə) hədisləri – böyükləri olan ata və babalarının hədisləridir və onların da hədisləri – Həzrət Peyğəmbərin (s) özünün hədisləridir.
Yəni İmamlardan (ə) olan hədislər – qeyd etdiyimiz və başqa xüsusi dəlillərə də əsasən, mürsəl hökmündə deyillər. Əksinə – ən möhkəm dəlil və sübuta əsaslanır.
İmamların (ə) sözləri (hədisləri) ilham yolu ilə ya Allahdandır ya da ki, ata-babaları vasitəsi ilə Peyğəmbərdən yetişən (s) hədislərdir.

Allah Rəsulunun (s) hədislərini oxuyub, əməl etməyi Allah bizlərə nəsib etsin!




Рейтинг@Mail.ru