Перейти к содержимому


Публикации hənbəli

176 публикаций создано hənbəli (учитываются публикации только с 30-марта 23)



#23212 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 15 ноября 2009 - 17:12 в Şiə-sünni dialoqu

Yuxarıda əz-Zeylaidən gətirdiyin sitatı necə də gözəl kopya eləmisən, yekə kişisən, biz internetdən ərəbcə tapdığımız məlumatı öz zəhmətimiz ilə tərcümə edib burda yerləşdirəndə, xətrinə dəyir ki, sizin şiə kitablardan nəsə istifadə edirik...guya gördüyümüz işin adı kopya etməkmiş...
sən isə o qədər yazıqsan ki, ərəbcəsi nədir...tərcüməsini də kopya edirsən,...başından bir cümləni dəyişmisən, indi guya bu sənin öz tərcümən sayılır...))) müsibətsən!

digər forumların reklamı qadağandır!

Yuxarıda qardaşın sualını nəzərə alaraq bu barədə kiçik bir məlumatı burada yerləşdirmək istəyirəm. Bu hədis aliminin bəzi illətləri izah etməsidir. Məşhur hədis hafizi əz-Zeylai əl-Hənəfi, rahiməhullah, hədis alimləri içində edilən bəzi xətalardan danışır və bu arada bizə dəyərli məlumatlar verir. əz-Zeylai deyir:

فائدة: مجرد الكلام في الرجل لا يسقط حديثه‏‏
ولو اعتبرنا ذلك لذهب معظم السنة، إذ لم يسلم من كلام الناس، إلا من عصمه اللّه، بل خرج في ‏"‏الصحيح‏"‏ لخلق ممن تكلم فيهم، ومنهم جعفر بن سليمان الضبعي‏.‏ والحارث بن عبد الأيادي‏.‏ وأيمن بن نابل الحبشي‏.‏ وخالد بن مخلد القطواني‏.‏ وسويد بن سعيد الحرثاني‏.‏ ويونس بن أبي إسحاق السبيعي‏.‏ وغيرهم، ولكن صاحبا الصحيح رحمهما اللّه إذا أخرجا لمن تكلم فيه، فإنهم ينتقون من حديثه ما توبع عليه، وظهرت شواهده، وعلم أن له أصلًا، ولا يروون ما تفرد به، سيما إذا خالفه الثقات، كما أخرج مسلم لأبي أويس حديث‏:‏ ‏"‏قسمت الصلاة بيني وبين عبدي‏"‏‏:‏ لأنه لم يتفرد به، بل رواه غيره من الأثبات، كمالك، وشعبة، وابن عيينة، فصار حديثه متابعة، وهذه العلة راحت على كثير ممن استدرك على ‏"‏الصحيحين‏"‏ فتتساهلوا في استدراكهم، ومن أكثرهم تساهلًا، الحاكم أبو عبد اللّه في ‏"‏كتابه المستدرك‏"‏، فإنه يقول‏:‏ هذا حديث على شرط الشيخين، أو أحدهما، وفيه هذه العلة، إذ لا يلزم من كون الراوي محتجًا به في الصحيح أنه إذا وجد فبي أي حديث، كان ذلك الحديث على شرطه لما بيناه، بل الحاكم كثيرًا ما يجيء إلى حديث لم يخرج لغالب رواته في الصحيح، كحديث روي عن عكرمة عن ابن عباس، فيقول فيه‏:‏ هذا حديث على شرط البخاري ‏"‏يعني لكون البخاري أخرج لعكرمة‏"‏، وهذا أيضًا تساهل، وكثيرًا ما يخرج حديثًا بعض رجاله للبخاري، وبعضهم لمسلم، فيقول‏:‏ هذا على شرط الشيخين، وهذا أيضًا تساهل، وربما جاء إلى حديث فيه رجل قد أخرج له صاحبا ‏"‏الصحيح‏"‏ عن شيخ معين لضبطه حديثه وخصوصيته به، ولم يخرجا حديثه عن غيره لضعفه فيه، أو لعدم ضبطه حديثه، أو لكونه غير مشهور بالرواية عنه، أو لغير ذلك، فيخرجه هو عن غير ذلك الشيخ، ثم يقول‏:‏ هذا على شرط الشيخين، أو البخاري‏.‏ أو مسلم، وهذا أيضًا تساهل، لأن صاحبي ‏"‏الصحيح‏"‏ لم يحتجا به إلا في شيخ معين، لا في غيره، فلا يكون على شرطهما، وهذا كما أخرج البخاري‏.‏ ومسلم حديث خالد بن مخلد القطواني عن سليمان بن بلال‏.‏ وغيره، ولم يخرجا حديثه عن عبد اللّه بن المثنى، فإن خالدًا غير معروف بالرواية عن ابن المثنى، فإذا قال قائل في حديث يرويه خالد بن مخلد عن ابن المثنى‏:‏ هذا على شرط البخاري‏.‏ ومسلم، كان متساهلًا، وكثيرًا ما يجيء إلى حديث فيه رجل ضعيف، أو متهم بالكذب، وغالب رجاله رجال الصحيح، فيقول‏:‏ هذا على شرط الشيخين‏.‏ أو البخاري، أو مسلم، وهذا أيضًا تساهل فاحش، ومن تأمل كتابه ‏"‏المستدرك‏"‏ تبين له ما ذكرناه، قال ابن دحية في كتابه ‏"‏العلم‏"‏ المشهور‏:‏ ويجب على أهل الحديث أن يتحفظوا من قول الحاكم أبي عبد اللّه، فإنه كثير الغلط، ظاهر السقط، وقد غفل عن ذلك كثير ممن جاء بعده، وقلده في ذلك‏.


"Fayda: bir ravi haqqında tənqidi söz söylənsə də, sadəcə bu söz onun hədisini etibardan salmaz.
Əgər biz bunu qəbul etsək o zaman sünnətin böyük bir hissəsi aradan qalxmış olur, çünki yalnız Allahın qoruduğundan başqa insanlardan heç kəs tənqiddən qurtulmayıb. Əksinə hətta "əs-Səhih"də haqqında cərh gəlmiş çox ravidən hədis təxric olunmuşdur. Onlar arasında Cafər bin Suleyman əd-Dabəi, əl-Haris bin Abd əl-Ayədi, Aymən bin Nəbil əl-Həbəşi, Xalid bin Muxlid əl-Qatəfəni, Suveyd bin Said əl-Hurasani, Yunus bin Əbi İshaq əs-Səbii və başqaları vardır. Lakin iki "əs-Sahih" kitabının sahibləri (Buxari və Muslim), rahiməhuməllah, cərh edilmiş bir ravidən hədis rəvayət etdikdə, onun tabe olunan, ortada şahidləri olan və əslinin olduğu bilinən hədislərini seçərdilər. Yalnız həmin ravinin tək olaraq rəvayət etdiyi hədisləri - xüsusilə də əgər rəvayət etdiyi hədis siqa ravilərin hədislərinə müxalif olarsa - rəvayət etməzdilər. Məsələn: Muslim, Əbu Uveysdən "Namaz (Fatihə surəsi) Mənimlə qulum arasında bölünmüşdür." hədisini rəvayət etmişdir, çünki bu hədisi yalnız o tək olaraq rəvayət etməmişdir, ..........................."


"Nəsb ər-Rayə li Əhədis əl-Hidayə", 1/342-343


Sən normal şəkildə müzakirə etməyi öyrən, sonra səninlə söhbət edərik...get ərəb dilini də yaxşı-yaxşı öyrən...
Kstati, İbn Əbil-Hədid də şiədir..."əs-Siyasə" kitabı da İbn Quteybəyə aid deyil, şiələr uydurub onun adına nisbət ediblər. Sənin kimi falşifkaların işidir...



#23211 Təhrif ittihamları

Отправлено автор: hənbəli 15 ноября 2009 - 16:57 в Şiə-sünni dialoqu

Xahiş edirəm ki, normal bir yuzer normal bir şey yazsın!



#23183 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 15 ноября 2009 - 00:53 в Şiə-sünni dialoqu

Bu mövzu Buxarinin raviləri haqqındadır.

Heç kəsdən gizli deyil ki, bütün forumda Buxariyə qarşı gülməli bir inkvizisiya başladıblar,
deyirdilər ki, bəs Buxari nə üçün nasibilərdən hədis rəvayət edib? Mən də onun üçün bu bölmədə Buxarinin hədis rəvayət etdiyi şiələr barəsində xəbər verdim ki, artıq bu boş-boş söhbətlərə son qoyulsun!
Mövzunu məqsədi bu idi...



#23178 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 15 ноября 2009 - 00:15 в Şiə-sünni dialoqu

Sən gəl belə eləmə...konkret oğlansansa, konkret bir misal çək!
Hədisi gətir və hər təbəqədə neçə ravinin hədisi rəvayət etdiyini göstər! Amma xahiş edirəm ki, burada eləmə...başqa mövzu aç və göstər! Bununla da söhbət qurtarsın, daha niyə söhbəti uzadırıq, elə deyilmi?



#23169 Meymun nə meymundur?

Отправлено автор: hənbəli 14 ноября 2009 - 22:48 в Hədislər

hənbəli, bu boyda zıppıltı yazmağa ehtiyac yoxdur. bu hədis onlarla hədis var ki, onların yanında toya getməlidir.


hə...nəsə...sən deyəndir! İşinlə məşğul ol!



#23168 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 14 ноября 2009 - 22:46 в Şiə-sünni dialoqu

əz-Zəhəbi deyir:

فالشيعي الغالي في زمان السلف وعرفهم هو مَن تَكَلَّم في عثمان والزبير وطلحة ومعاوية وطائفة ممن حارب عليا رضى الله عنه ، وتعرض لسبهم .
والغالي في زماننا وعرفنا هو الذي يكفر هؤلاء السادة ، ويتبرأ من الشيخين أيضا ، فهذا ضال معثَّر

"Sələfin zamanında və onların adətlərində "İfrata varmış şiə", Osman, Zubeyr, Talha, Muaviyə və Əliyə - radiyallahu anhu - qarşı vuruşmuş kəslər haqqında danışan, onları söyənlərə deyilirdi. Bizim zamanımızda isə, bizim örfümüzdə iəs o kəslərə ifrata varmış deyilir ki, o, bu seyyidləri kafir sayır və Əbu Bəkr ilə Ömərdən bəraət edir və bu, yolunu azmış bədbəxtdir.."


Qısacası mən deyəndəki, əz-Zəhəbiyə görə əl-Buxaridə rafizi ravi yoxdur, bununla bizim indi gördüyümüz rafiziləri qəsd edirəm...əz-Zəhəbi isə öz sözlərində izah edərkən deyir ki, o kəslər ki, Buxarinin raviləri arasındadır və onlara ifratçı şiə və ya rafizi kimi adlar deyilmişdir, onlar əvvəlki zamandakılardır, yəni indikilər deyil...



#23167 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 14 ноября 2009 - 22:37 в Şiə-sünni dialoqu

Əvvəlki adətinizə sadiq qalmısız...

Qısaca ortada hər şey aydındır, Buxari öz kitabında, şiələrin özlərinin söylədiyi kimi imamlarının əshabından hədislər rəvayət edib. Bu sabitdir.

İndi söhbəti qarışdırmaq üçün ortaya lazımsız söhbətlər lazım deyil.
Eyni şey nasibilərə də aiddir, Buxari hər iki tərəfdən hədis rəvayət etmişdir, Buxari o kəslərdən hədis rəvayət edib ki, onlar Buxariyə görə doğru sözlü olublar. Bütün bunlar günəş kimi aydındır...
Amma tərsliyin üsü qalın olur... Buxari niyə ondan rəvayət edir?! Artıq bu sualların rəngi də çıxıb...

Elməddin, sən mütəvatirin nə olduğunu öyrən, daha sonra suallarına cavab verərəm. Bir hədisin 5 - 6 və ya 10 və ya 20 və ya daha çox kitabda qeyd edilməsi hədisi mütəvatir etməz...



#23149 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 14 ноября 2009 - 20:50 в Şiə-sünni dialoqu

فالشيعي الغالي في زمان السلف وعرفهم هو مَن تَكَلَّم في عثمان والزبير وطلحة ومعاوية وطائفة ممن حارب عليا رضى الله عنه ، وتعرض لسبهم .
والغالي في زماننا وعرفنا هو الذي يكفر هؤلاء السادة ، ويتبرأ من الشيخين أيضا ، فهذا ضال معثَّر


Bu, əz-Zəhəbinin sözləridir...



#23147 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 14 ноября 2009 - 20:44 в Şiə-sünni dialoqu

.Buxari özü necə bu raviləri "rafizi" hesab edib yoxsa sadəcə olaraq ümum mə`nada əhli-beyti sevən "bezvredni" şiyələr kimi qəbul edib?


Eyni sualı da nasibilər haqqında vermək olar...

...................
Ona görə də əz-Zəhəbi qeyd edir ki, həmin ravilərdə şiəlik olub, lakin rafizilik olmayıb...bu əz-Zəhəbinin gəldiyi nəticədir. ...............


Bir az öncə isə bu postunda yazmısan
http://313news.net/f...&...ost&p=23121


Sən özün əz-Zəhəbidən gətirdiyin sitatı yaxşı oxusaydın problemi anlayardın,...ilk dövrlərdə rafd deyilərkən Əliyə qarşı vuruşanlara nifrət etmək, onları söymək qəsd olunurdu.
əz-Zəhəbinin zamanında isə rafizilik deyiləndə, səhabələrin çoxunu söymək və daha başqa müsibətlər qəsd olunur. Bu ikisi arasında fərq vardır.



#23143 Təhrif ittihamları

Отправлено автор: hənbəli 14 ноября 2009 - 20:07 в Şiə-sünni dialoqu

Sadə bir sual vermək istəyirəm.
Təhrif nədir? Bir şeyə nə zaman təhrif deyilər.

1. Əgər mən bir şeyi yazıb, sonra onun xəta olduğunu anlayıb düzəliş etsəm, bu təhrif sayılırmı?
2. Bir şey əgər kitabın orijinalında mövcud deyilsə, lakin sonradan əlavə olunubsa, həmin əlavəni çıxartmaq təhrif sayılırmı?



#23142 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 14 ноября 2009 - 19:59 в Şiə-sünni dialoqu

Sənə zəhmət Buxarinin bu raviləri barədə də bizə faydalı mə`lumatlar ver:

1. İsmayıl b. Əbu Uveys
2. İmran b. Hittan
3. Həriz b. Osman
4. Yunis b. Yezid
5. Fuleyh b. Suleyman
6. Əmr b. Əl-As
7. Abdullah b. Salim Əl-Əş`əri
8. Ziyad b. İləqa
9. Muhəmməd b. Ziyad Əl-Əlhani
10. Huseyn b. Numeyr
11. İshaq b. Suveyd
12. Bəhz b. Əsəd
13. Abdullah b. Saleh b. Muhəmməd
14. İshaq b. Muhəmməd b. İsmail b. Abdullah
15. Sabit b. Əclan
16. Mərvan b. Əl-Həkəm
17. Humeyd b. Əbu Humeyd Ət-Təvil Əl-Bəsri
18. Omər b. Əli b. Atə
19. İkrimə .
......................



İradlarını qeyd elə ki, o yöndə cavab verək...yoxsa onların hər biri haqqında uzun bioqrafiya yazmağa ehtiyac yoxdur!



#23140 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 14 ноября 2009 - 19:07 в Şiə-sünni dialoqu

Elməddin, birincisi sən deyirsən ki, Buxari rəvayət etməyib, sonra da deyirsən ki Kutubi Sittə rəvayət edib...Bəs Buxari Kutubi Sittədən sayılmır?
İkincisi Buxari onları ona görə rəvayət etməyib ki, çünki sənin işarə etdiklərin nəinki mütəvatir, heç səhih belə deyil...Bu da sənin cavabındır!
Hətta o qədər səhih hədis var ki, Buxari onları kitabına almayıb, çünki Buxarinin özünün şərtləri olub kitabı üçün...indi sənin kimi bir oğlan durub Buxariyə etiraz etməsi yersizdir.



#23137 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 14 ноября 2009 - 18:35 в Şiə-sünni dialoqu

Heyif ki, o zaman sənin kimi oğul yox idi ki, Buxariyə isbat etsin ki, həmin o hədislər onun "əs-Səhih" üçün qoyduğu şərtlərə uyğun gəlir. İndi əgər həmin oğulluğu edə bilirsənsə, ayrı bir yerdə mövzu aç və isbat elə. Amma ilk əvvəl əl-Buxarinin şərtlərini qeyd elə və sonra həmin hədislərin onun şərtlərinə uyğun olduğunu da göstər! Sənə uğurlar!

:( :)

bu fırlatmaq sizlərdə son variantdı hə? nə söz oyunu edirsən? adlarını çəkdiyim hədislərin hamısı "mütəvatirdir". şiə, sünnü fərqi yoxdu hərkəs, hamı tərəfindən nəql olunub. məsələn Qədiri Xum hədisi. bu hədis mütəvatirdir. dəlilidə sizin kitablardır. özüdə "kutubi sittə". Tirmizi nəql edib, Nəsai ® nəql edib, Ebu Davud nəql edib, İbn Macə nəql edib, Müslüm (yarımçıq) nəql edib. necə olu ki, şiə sünnü hərkəsin mütəvatir dediyi, nəql etdiyi hədisi Buxari nəql etmir. Buxarinin şərtlərindən danışdın mən bilmirəm bəlkə onun şərti budur ki, hədisdə mütləq ya Peyğəmbər ya da Əhli beyt təhqir olunmalıdır?


Elməddin...adına bir daha bax və yuxarıda yazdıqlarına bax...

Əgər bir şey mütəvatirdirsə, onda Buxariyə nə ehtiyac vardır?! Elə deyilmi?
Buxarinin şərtlərini bilmirsənsə, o zaman nə üçün Buxariyə etiraz edirsən?
Sən hələ həmin hədislərdən birinin Buxarinin şərtlərinə uyğun olduğunu ayrı bir mövzuda isbat elə, qaldı ki, hədisin mütəvatir olması...
İstəsən, özün bilərsən...beləki, gülcü bir iddia ortaya atmısansa, o zaman buyur bunun mütəvatirliyini isbat eylə!



#23136 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 14 ноября 2009 - 18:32 в Şiə-sünni dialoqu

İmam əz-Zəhəbiyə bunu isbat etməyə ehtiyac yoxdur, İmam əz-Zəhəbinin kitablarını oxusaydın, hər iki görüşün nədən irəli gəldiyini görərdin. Sadəcə olaraq əz-Zəhəbi Buxaridə rafiziliklə ittiham olunmuş ravilərdən danışarkən, onlarda rafiziliyin olduğunu inkar etmişdir. Məsələn, Abdurrazzaq əs-Sananinin halında onun Ömərə tənə etməsindən danışarkən qeyd edir ki, bəs sənədində irsəl mövcuddur. Ona görə də əz-Zəhəbi qeyd edir ki, həmin ravilərdə şiəlik olub, lakin rafizilik olmayıb...bu əz-Zəhəbinin gəldiyi nəticədir. Digərləri isə başqa nəticəyə gəliblər..

Sizin öz alimləriniz Buxarinin həmin şiə ravilərini imamların əshabı arasında qeyd edirlər, yəni sizin öz şahidliyiniz ilə Buxari həmin imam səhabələrindən hədisləri rəvayət etmişdir.

Bu da onu göstərir ki, Buxarinin kimdənsə rəvayət etməsi ona rəğbət bəsləməsi anlamına gəlməz.



#23134 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 14 ноября 2009 - 18:20 в Şiə-sünni dialoqu

Şiə alimi ət-Tusi həmin bu Abdullah bin Şəddədi öz ricəl kitabında İmam əs-Sadiqin əshabı arasında zikr edir.


Hə, səhv gedib...ət-Tusi onu İmam Əlidən rəvayət edənlər arasında qeyd etmişdir, əs-Sadiqin əshabından qeyd etməmişdir.
o cümlə əz-Zəhəbinin "Siyər"ində yoxdur, Zəhəbinin kitabında sünni qaynaqları verilib, ...ət-Tusi haqqında məlumatları şiə saytlarından götürdüm, verdiyim linkləri orada qoymaqla bioqrafiyası haqqında tam məlumat üçün yerləşdirmişəm!

Tutuşdur və gör ki, yazdıqlarımın neçə faizi sizin kitaba uyğun gəlir! )))



#23131 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 14 ноября 2009 - 18:07 в Şiə-sünni dialoqu

Məncə bu qədər kifayət etməlidir...
Biz bu siyahını davam edə bilərik...
Məsələn Malik bin İsmayıl, Əbu Nueym əl-Fadl bin Dukeyn, Əbu Abdurrahmən Muhamməd bin Fudeyl, Adi bin Sabit, Əbu İshaq Amr bin Abdilləh əl-Kufi, Muhamməd bin Cəhadə əl-Kufi və sair və ilə axir...

Gördüyümüz kimi əl-Buxari rafizilərdən rəvayət etmişdir. Ümumiyyətlə başa düşmək lazımdır ki, Buxarinin kimdənsə hədis rəvayət etməsi onu sevməsi və ya bidətini qəbul etməsi anlamına gəlməz. Yəqin ki, yuxarıdakı misallardan sonra bunu anladınız. Ümüd edirəm!



#23127 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 14 ноября 2009 - 17:34 в Şiə-sünni dialoqu

Heyif ki, o zaman sənin kimi oğul yox idi ki, Buxariyə isbat etsin ki, həmin o hədislər onun "əs-Səhih" üçün qoyduğu şərtlərə uyğun gəlir. İndi əgər həmin oğulluğu edə bilirsənsə, ayrı bir yerdə mövzu aç və isbat elə. Amma ilk əvvəl əl-Buxarinin şərtlərini qeyd elə və sonra həmin hədislərin onun şərtlərinə uyğun olduğunu da göstər! Sənə uğurlar!



#23124 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 14 ноября 2009 - 17:18 в Şiə-sünni dialoqu

Hənbəli, bizim rical kitablarından olan "Ricaluş-şiə fi əsanidis-sunnə" (müəllif Şeyx Muhəmməd Cəfər) kitabından nə gözəl kopyalar və tərcümələr edirsən. Şeyx Muhəmmədin kitabın əvvəlində yazdıqlarını necə tərcümə etməyə cür`ətin çatar?


Götür mənim yazdıqlarımı və yoxla gör ordakılarla eynidir yoxsa yox?!

Bir də xahiş edirəm ki, mövzunu bulandırmayasan...
Bu mövzuda isbat edirik ki, əl-Buxari kimlərəsə təəssübkeş olmayıb, hansı firqəyə, hansı məzhəbə aid olmasından asılı olmayaraq, doğru sözlü ravilərdən rəvayət etmişdir. İndi maneə olma...qoy mövzumuzu davam edək!



#23123 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 14 ноября 2009 - 17:14 в Şiə-sünni dialoqu

Ubeydullah bin Musa əl-Absi, İbn Əbil-Muxtar, Əbu Muhamməd

http://www.islamweb....m.php?ids=16527

İmam, hafiz, abid.
Əbu Ubeyd əl-Acurri rəvayət edir ki, Əbu Davud onun haqqında demişdir: "entuziast bir şiə idi, hədis rəvayət etmək caizdir."
əz-Zəhəbi dedi: "İbadət əhli olmuşdur, Həmzənin camaatından idi, onun ədəbi ilə əxlaqlanmışdı, lakin onda bədbəxt şiəçilik olmuşdur və onu əhalisi şiəliyin əsasını qurmuş olan vətənindən (yəni Kufədən) götürmüşdür."
İbn Məndə deyir: "Əhməd bin Hənbəl insanları Ubeydullahın yanına yollayardı və o, rafizilikdə tanınardı. Adı Müaviyə olan heç kəs onun evinə daxil ola bilməzdi. Deyirlər ki, bir gün onun yanına Müaviyə bin Salih əl-Əşari daxil oldu. Ondan adını soruşdu: Dedi: "Müaviyə" Dedi: "Vallahi, səninlə danışmaram, səninlə oturub duranlarla da danışmaram."

əl-Buxari "əs-Səhih"də ondan rəvayət etmişdir.

Əbu Said Abbad bin Yaqub əl-Əsdi ər-Ravacini əl-Kufi

http://www.islamweb....m.php?ids=14392

əl-Buxari ondan "əs-Səhih"də rəvayət etmişdir.

Əbu Hatim onun haqqında deyir: "Şeyxdir, siqadır."
İbn Adiy deyir: "Onda şiəlikdə ifratçılıq var idi."
Abdan siqa birindən rəvayət edir ki, Abbad sələfləri (yəni səhabələri) söyərdi.
Əli bin Muhamməd əl-Həbibi deyir: Salehdən rəvayət edir: Abbad həmişə Osmanı - radiyallahu anhu - söyərdi və onu belə deyərkən eşitdim: "Allah Talha və Zubeyri Cənnətə daxil edəcək qədər ədalətsiz deyildir, Əliyə beyət etdikdən sonra onunla vuruşdular."
İbn Cərir deyir: Onu belə deyərkən eşitdim: "Kim hər gün namazında Muhammədin ailəsinin düşmənlərindən bəraət etməzsə, onlarla birlikdə həşr olunacaq."



#23113 Buxarinin şiə raviləri

Отправлено автор: hənbəli 14 ноября 2009 - 14:56 в Şiə-sünni dialoqu

İmam Buxari şiələr tərəfindən ittiham olunur ki, o, şiələrə qarşı təəssübkeş olmuş. İttiham edirlər ki, o nasibilərdən xaricilərdən rəvayət etmişdir.
Ona qarşı atılmış ittihamlardan da biri bu idi ki, əl-Buxari İmam Cəfərdən hədis rəvayət etməmişdir. Bunun cavabını daha əvvəl verdik ki, onun İmam Cəfərdən rəvayət etməməsi ona qarşı qərəzli olmasını göstərirsə, o zaman belə çıxır ki, əl-Buxari çox adama qarşı qərəzli olub. Məsələn İmam Şafidən də rəvayət etməmişdir. Bu, cavab olaraq kifayət etməlidir.

Gəlin baxaq görək Buxaridə şiə ravilər kimlərdir?
"Abdulməlik bin Ayən əl-Kufi, Zərara bin Ayənin qardaşı, əl-Kəşşi deyir ki, əqidəsi müstəqim olmuşdur (yəni, şiə, imamiyyə olmuşdur). Şiə ricəl kitablarında qeyd olunur ki, əs-Sadiq onun qəbrini ziyarət etmişdir.
Ondan Səhih əl-Buxari, Muslim, ət-Tirmizi və ən-Nəsai də rəvayət vardır.
Əbu Hatim deyir: "Sidq əhlidir, hədisdə salehdir, hədisləri (şahidlik üçün) yazılmalıdır."
İbn Hibban onu siqalardan sayır və deyir: "Şiələrdən idi."
əl-Uqeyli dedi: "Şiə rafizi idi, rəy sahibi idi."
İbn Hacər deyir: "saduqdur (doğru sözlüdür), şiədir". əz-Zəhəbi dedi: "şiədir, saduqdur."
əl-Humeydi Sufyanın belə dediyini nəql edir: "Bizə şiə Abdulmalik bin Əyan rəvayət etdi. Bizə görə rafizi idi, rəy sahibi idi."

davamı var...

Abduləziz bin Səyah əl-Əsdi
http://www.islamweb.net/hadith/display_hbo...&pid=285028

əl-Buxari və Muslim ondan rəvayət ediblər.
Yəhya bin Main və Əbu Davud onun siqa olduğunu deyirlər.
Əbu Zura deyir: "Onda bir bəis yoxdur. Şiələrin böyüklərindəndir." İbn Hacər deyir: "Şiə olmuşdur."

Abdurrazzəq bin Humməm əs-Sənani

http://www.islamweb.net/newlibrary/showalam.php?ids=16360


Buxari, Muslim, Əbu Davud və Tirmizi ondan rəvayət ediblər.

əz-Zəhəbi deyir: "Abdurrazzəq bin Humməm bin Nafi, böyük hafiz, Yəmənin alimi, Əbu Bəkr əl-Humeyri, siqadır, şiədir."
əl-İcli deyir: "yəmənlidir, siqadır." yenə deyir: "şiələrdən olmuşdur."
İbn Adiy deyir: "Abdurrazzəqın çox hədisləri var, müsəlmanların siqaları və imamları onun yanına səfər edib ondan hədis yazıblar. Onun hədislərində bir bəis görməyiblər, sadəcə olaraq onu şiəliyə aid edirlər. Fəzilətlər barəsində elə hədislər rəvayət edib ki, siqalardan heç kəs bunda ona müvafiq olmamışdır və onu tənqid edənlərin ondan tutduqları ən böyük eyib bu olmuşdur."

Şeyx ət-Tusi onu İmam əs-Sadiqin əshabı arasında zikr etmişdir. (bax: "Ricəl əş-Şeyx ət-Tusi", 265, rəq: 3805)

قال أبو جعفر العقيلي : حدثنا أحمد بن بكير الحضرمي ، حدثنا محمد بن إسحاق بن يزيد البصري ، سمعت مخلدا الشعيري ، يقول : كنت عند عبد الرزاق ، فذكر رجل معاوية ، فقال : لا تقذر مجلسنا بذكر ولد أبي سفيان !

"Əbu Cafər əl-Uqeyli deyir: "Əhməd bin Bukeyr əl-Hadrami bizə rəvayət etdi: Muhamməd bin İshaq bin Yəzid əl-Basri bizə rəvayət etdi: Mixləd əş-Şueyrini belə deyərkən eşitdim: "Abdurrazzəqın yanında idim, bir nəfər Muaviyyənin adını zikr etdi və o, dedi: "Əbu Sufyanın oğlunun adını çəkib məclisimizi bulandırma!"


قال العقيلي سمعت علي بن عبد الله بن المبارك الصنعاني يقول : كان زيد بن المبارك ، قد لزم عبد الرزاق ، فأكثر عنه ، ثم خرق كتبه ، ولزم محمد بن ثور ، فقيل له في ذلك ، فقال : كنا عند عبد الرزاق ، فحدثنا بحديث معمر ، عن الزهري ، عن مالك بن أوس بن الحدثان . . . الحديث الطويل فلما قرأ قول عمر لعلي والعباس : فجئت أنت تطلب ميراثك من ابن أخيك ، وجاء هذا يطلب ميراث امرأته ، قال عبد الرزاق : انظروا إلى الأنوك ، يقول : تطلب أنت ميراثك من ابن أخيك ، ويطلب هذا ميراث زوجته من أبيها ، لا يقول : رسول الله -صلى الله عليه وسلم- قال زيد بن المبارك : فلم أعد إليه ، ولا أروي عنه .

"əl-Uqeyli deyir: Əli bin Abdilləh bin Mubarək əs-Sənani'ni belə deyərkən eşitdim: Zeyd bin əl-Mübarək həmişə Abdurrazzaqın yanında olurdu, ondan çox rəvayət etmişdir, sonra kitablarını cırdı və Muhamməd bin Səurun yanına qoşuldu. Ondan bunun səbəbi soruşuldu: Dedi: "Abdurrazzaqın yanında idik, Muammərin əz-Zuhridən, onun da Malik bin Əus bin əl-Hədsəndən hədisini rəvayət etdi..uzun hədisi rəvayət edir, Ömərin Əliyə və Abbasa sözlərini oxudu: "Sən öz qardaşın oğlundan olan mirasını, bu isə öz xanımının mirasını tələb etməkdən ötrü gəlibsiz. Abdurrazzaq dedi: "Bu cahilə fikir verin, deyir: "Sən qardaşın oğlundan olan mirası, bu isə zövcəsinin atasından olan mirasını tələb edir və "Allahın Elçisi, salləllahu aleyhi va səlləm" demir: "Zeyd bin əl-Mubarək dedi: "Ondan sonra ona bir də geri qayıtmadım və ondan bir şey rəvayət etmədim."


Həzrəti Ömərə "Ənuk" demişdir, İbnul-Mənzur deyir ki, ənuk anlamaqdan aciz və cahil olan birinə deyilir.

Bütün bununla belə əl-Buxari həmin bu Abdurrazzaqdan çoxlu hədis rəvayət etmişdir.

Abdullah bin Şəddəd

http://www.islamweb.net/newlibrary/showalam.php?ids=16439

Kutubi Sittədə rəvayətləri vardır. yəni həm Buxari, həm Muslim, həm də Nəsai, Tirmizi, Əbu Davud və İbn Macə ondan rəvayət edir.
Siqadır.
İbn Sad deyir: "Siqa olmuşdur, az hədis rəvayət etmişdir, şiə olmuşdur."
Ata bin Saib dedi: "Abdullah bin Şəddədi belə deyərkən eşitdim: "Sübhdən zöhrə qədər minbərdən durmağı və Əli bin Əbi Talibin - radiyallahu anhu - fəzilələrini rəvayət edib, ordan düşdükdən sonra boynumun vurulmasını arzu edirəm."

Şiə alimi ət-Tusi həmin bu Abdullah bin Şəddədi öz ricəl kitabında İmam əs-Sadiqin əshabı arasında zikr edir.

Abdullah bin AbdulQuddus ər-Razi

əl-Buxari onu kitabında şahid kimi istifadə etmişdir.

İbn Hacər "Təqrib ət-Təhzib"də onun saduq olduğunu deyir:
Əbu Ubeyd əl-Acuri dedi: "Rafizilikdə ittiham olunub."
əz-Zəhəbi dedi: "Kufəli rafizidir."
İbn Hacər dedi: "rafizilikdə ittiham olunub."
İbn Adiy deyir: "rəvayət etdiklərinin hamısı əhli-beytin fəzilətləri haqqındadır."

Auf bin Əbi Cəmilə əl-Arabi

http://www.islamweb.net/newlibrary/showalam.php?ids=16732

əl-Buxari "əs-Səhih"də ondan rəvayət edir. Eləcədə Muslim, Tirmizi, Əbu Davud, Nəsai və İbn Macə də ondan rəvayət etmişdir.

əz-Zəhəbi deyir: "Bidətinə baxmayaraq Basranın alimlərindən olmuşdur...İbnul-Mubarək dedi: "Bir bidət ilə kifayətlənmədi, özündə iki bidəti birləşdirdi, həm qədəri idi, həm də şiə." əl-Ənsari dedi: "Davud bin Əbi Hindi gördüm, Aufu vurub deyərdi: "Vay sənə, ay qədəri!" Bəndər dedi: "Qədəri, rafizi olmuşdur." Deyirəm (yəni əz-Zəhəbi deyir:) "Lakin siqadır, çox rəvayət edənlərdəndir."

Rafizi, şiə olmasına baxmayaraq əl-Buxari ondan rəvayət etmişdir.
Bir də İmam əz-Zəhəbinin sözləri bizə yenə də onu göstərir ki, əz-Zəhəbi rafizi olduğunu söyləməklə bərabər onun siqa olduğunu da demişdir, yəni yalançı olmadığını demişdir. Lakin bəzi cahillər hələ də bunu anlaya bilmirlər, onlar əz-Zəhəbini onunla ittiham edirlər ki, guya əz-Zəhəbi bir kəsi şiə olduğuna görə rəvayətlərini qəbul etməzmiş...



#23110 Meymun nə meymundur?

Отправлено автор: hənbəli 14 ноября 2009 - 14:08 в Hədislər

Buna iki cür cavab verilmişdir. Alimlərimizdən bəziləri bu hədisin əl-Buxarinin "əs-Səhih" əsərinin əslindən olmadığını deyirlər.
əl-İmam əl-Qurtubi "əl-Cami li Əhkəmil-Quran" kitabında (1/442) deyir:
"Onun zikr etdiyi Amrın hekayəsinə gəldikdə, əl-Humeydi "Cəmus-Sahiheyn"də deyir: "Əbu Məsud əd-Diməşqi hekayət edir ki, Amr bin Huseynin "əs-Səhiheyn"də Huseynin ondan rəvayət etdiyi bir hekayəsi vardır; dedi: Cahillikdə bir meymun gördüm, meymunlar onun üzərinə toplaşıb onu daşladılar, mən də onlarla daşladım."
İbn Məsud bu şəkildə hekayət etmişdir, bunu əl-Buxarinin kitabın hansı hissəsində rəvayət etdiyini qeyd etmir. Biz bu hekayəni axtardıq və onu bəzi əlyazmalarda tapdıq, əlyazmaların hamısında mövcud deyildi. Bunu "Əyyəmul-Cəhiliyyə" kitabında zikr etmişdir.
ən-Nueymi'nin əl-Fərabri'dən rəvayətində əslən bu rəvayətdən heç bir əsər-əlamət yoxdur. Ola bilsin ki, bu, əl-Buxarinin kitabına daxil edilmişdir.
əl-Buxarinin "ət-Tarix əl-Kəbir"də rəvayət etdiyi şəkli isə belədir: Nueym bin Həmməd mənə Əbi Bəlc və Huseyndən, onlar da Amr bin Məymundən rəvayət edərək dedilər: "Cahillikdə bir meymun gördüm, üzərinə başqa meymunlar toplaşaraq onu daşa tutdular, mən də onlarla daşladım." Bu rəvayətdə "zina etmişdi" sözləri qeyd olunmamışdır.
Bu rəvayət səhih olarsa, bu onu göstərir ki, əl-Buxari bunu sadəcə ona görə kitabında rəvayət etmişdir ki, bu rəvayət Amr bin Məymunun cahillik zamanına yetişdiyinə dəlalət edir və onun cahillik zamanı etdiyi zənnə fikir verilməməlidir.
Əbu Ömər "əl-İstiyab" kitabında Amr bin Məymunu zikr etmiş, onun kunyəsinin Əbu Abdullah olduğunu qeyd etmişdir. "Kufənin tabiin nəslinin böyükləri arasında sayılır, cahillikdə meymunların daş-qalaq hadisəsini görən də o olmuşdur; əgər bu rəvayət səhihdirsə, çünki raviləri məchuldur. Həm də əl-Buxari bunu Nueymdən, o isə Huşeymdən, o da Amr bin Məymun əl-Avdi dən müxtəsər olaraq rəvayət etmişdir: dedi: "Cahillikdə bir meymun gördüm, üzərinə başqa meymunlar toplaşaraq onu daşa tutdular, mən də onlarla daşladım." Eynilə Abbad bin əl-Avvam bunu Huseyndən Huşeymin rəvayət etdiyi kimi müxtəsər şəkildə rəvayət etmişdir.
Hekayə isə tam şəklində Abdulməlik bin Muslim'in İsa bin Hittandan rəvayətinə əsaslanır və onların hər ikisi də dəlil sayılmaz.
Üstəlik bir camaat elm əhlinə görə mükəlləf olmayan birinə zina ismini aid etmək, heyvanlar arasında həddləri tətbiq etmək münkərdir.
"

İbnul-Əsir əl-Cəzəri "Usd əl-Ğabə" kitabında deyir:
"Bu rəvayət "Səhih əl-Buxari"yə daxil olunmuş rəvayətlərdən biridir."
http://islamport.com...Web/266/867.htm

Şeyx əl-Albani deyir:
"Bu əsər münkərdir, çünki insan meymunların evləndiyini necə bilə bilər?! Və necə bilə bilər ki, irzlərini qorumaq onların əxlaqlarındandır və kim xəyanət edərsə onu öldürərlər?! Sonra təsəvvür et ki, bu hadisə həqiqətən də baş vermişdir, bəs o zaman Amr bin Meymun haradan bildi ki, o meymun zina etmişdir?!"
"Muxtəsər Sahih əl-Buxari", 2/535, Məktəbə əl-Məarif

Bu rəvayətin əl-Buxarinin "əs-Səhih" kitabının əslindən olmadığını deyənlər, bunun üçün dəlil olaraq həm də rəvayətin bab ilə uyğun olmadığını göstərirlər. Çünki babın adı "əl-qasəmə fil-cahiliyyə"dir, yəni cahillikdə qasəmə və "qasəmə" bir kəsi öldürmə davasında təkrar-təkrar and içməyə deyilir. Bu hədisin "cahillikdə "qasəmə" ilə əlaqə nədir? Məhz bu uyğunsuzluğa görə də bu rəvayətin Buxarinin kitabının əslindən olmadığını söyləyirlər. Bəzi əlyazmalarda bu rəvayət "cahillik günləri" başlığı altında keçməkdədir, ona görə də alimlərdən bəzilərinə görə bu rəvayət əl-Buxarinin tələbələri tərəfindən "əs-Səhih"ə daxil edilmişdir. İbnul-Cəvzi isə bu rəvayəti ümumiyyətlə "əl-Məvduat" kitabına daxil etmişdir.

Lakin o alimlər ki, bu rəvayətin sabit olduğunu deyirlər, onlar buna bir neçə cür cavab verirlər.
1. Onlar qeyd edirlər ki, bu bir rəvayətdir, hədis deyildir, səhabə sözü deyildir. Amr bin Meymun cahiliyyə zamanını görmüş bir tabiindir, çünki peyğəmbər - salləllahu aleyhi va səlləm - zamanında yaşamış, lakin onu görməmişdir.
2. əl-Buxari bunu kitabında onun üçün qeyd etmişdir ki, bununla tabii sayılan Amr bin Məymunun cahillik zamanına şahid olduğunu isbat etsin.
3. Bu rəvayətdə xüsusi bir şey yoxdur. Bu rəvayət meymunların evlənməsini, zina etmələrini və daş-qalaq etmələrini isbat etmir. Bu rəvayət sadəcə ondan xəbər verir ki, Amr bin Məymun cahillik zamanında meymunların bir meymunu daşladığını görüb və onların zinaya görə daşladığını zənn edib və bu, Amrın öz təxəyyülü, öz anlayışıdır.
İbn Quteybə - rahiməhullah - bu barədə deyir:
"Dedilər ki, siz rəvayət edirsiz ki, meymunlar bir meymunu zinaya görə rəcm ediblər...
Biz bu istehzaya cavab olaraq deyirik: Meymunlar haqqındakı hədis peyğəmbərdən - salləllahu aleyhi va səlləm - rəvayət olunmamışdır. nə də ki, səhabədən gəlməyib, bu, sadəcə Amr bin Məymunun zikr etdiyi bir şeydir...ola bilsin ki, meymunların bir meymunu daşladığını görüb və elə zənn edib ki, onu zinaya görə rəcm ediblər və bunu heç kəs yəqinliklə bilə bilməz, yalnız zənn ilə təxmin edə bilər, çünki meymunlar özləri haqqında xəbər vermirlər, meymunların bir-biri ilə yatdığını görən onların zina edib etmədiyini bilməz, bu sadəcə bir zənndir...."

"Təvil Muxtəlif əl-Hədis", səh: 255



#22798 Əhli-beyt məzhəbi sayilan şiəliyi qəbul ed...

Отправлено автор: hənbəli 11 ноября 2009 - 05:47 в Şiə-sünni dialoqu

:victoryL:



#22796 Əhli-beyt məzhəbi sayilan şiəliyi qəbul ed...

Отправлено автор: hənbəli 11 ноября 2009 - 03:54 в Şiə-sünni dialoqu

Bu Şəltut isə elə indiki Əzharın Şeyxindən çox uzaq düşməyib. ət-Ticani isə cahilin biridir, sözün düzü onun o "necə zəlalət olundum" kitabına Şeyx Xamisin cavab yazması ürəyimi ağrıdır ki, o cahilə ümumiyyətlə cavab verməyə dəyməzdi...kitabı başdan axıra qədər cahilliklə doludur.

Birincisi sən kimsən ki, alimi təhqir edirsən?
İkincisi, sənin "elm xəzinəsi" olan Xəmisinə dair "Əliyə (a) atılan böhtanlar" adlı geniş mövzu var. Gir gör Xəmisin nə gündədir. Kişinin oğlu Ticanidə "oşıbka" tutur, özə isə...
Üçüncüsü, sən bu mövzularda nə gəzirsən? Sən ki, daha ağır mövzulara girişməyi xoşlayırdın. Keç 2-ci səhifəyə və Abu Sufyan ordusunun qoyduğu sualları cavablandır. Yoxsa çəkinirsən? Deyəsən hər dəfə "xəta etmişəm" sözünü eşidəndən sonra ağır depressiyalara düşürdün ki, bəs necə ola bilər ki, o boyda bar-bar bağıran alimlərim xəta idibmişlər, mən isə kişi-kişi onların fetvasına getmişəm. Yoxsa sərf edəndə cavab verirsən, sərf etməyəndə itib-batırsan.
Dördüncüsü, sən deyirdin o Şeyx İlahi Zahirin bərbad və yalanla dolu "dəlillərinə" söykənən? İndi hansı üznən gelib hələ söhbət "çürüdürsən"? Evin heç şüşədəndə deyil, amma Əhli-beyt (a) qalasına daş atırsan.
P.S Tərcümə et və bizi öz tərcümələrinlə feyziyab et.


Özünü gülünc vəziyyətə qoyma...mən xətamın nə xətasını olduğunu çox gözəl izah etmişəm, xəta İhsan İlahi Zahirin də deyildi, xəta mənim diqqətsizliyimdən olub, sitatın harada başlayıb harada bitdiyinə diqqət etməmişəm, iki ayrı sitatı bir-birinə daxil edərək tərcümə etmişəm...bu isə olan şeydir, bunda heç bir yalan yoxdur, aydındır? Bu İhsan İlahi Zahirin də xətası deyildi...
Abu Sufyan ordusu fırıldaqçıdır, fırıldağı da göstərilib, qara hayküyün biridir, müzakirə ədəbindən uzaq...özü bunu çox gözəl bilir! əlinə nə keçirsə yazıb ortaya tökür, bir insan ərəb dilində adi məsələləri bilmir, qaldı ki, ondan daha yuxarı meydana tullansın! Sən isə ümumiyyətlə müsibətsən, Buxari ilə İmam Cəfərin hansı zamanlarda yaşadığından xəbərin yoxdur...savadsızlıq eləmisən, savadsızlığını da udquna-udquna boynuna alırsan...hələ başqa biyabırçılıqlardan danışmıram.
Moderator olduğun halda camaata nümunə olmaq əvəzinə, məscid əhlinə "qatıq" deyirsən...


Burda müzakirə qaydaları deyilən bir şey yoxdur! Əgər müzakirə qaydalarına riayət ediləsi olunsa, o zaman çox gözəl şəkildə istənilən müzakirəni eləmək olar. Bu foruma müzakirə üçün xüsusi qaydalar lazımdır, çünki əgər İslamı və şəri bir məsələ zikr olunacaqsa, hər istənilən şəxs öz havasından söz deyib mövzunu "dəlixanaya" çevirəcəksə, o zaman bunun nə müzakirə havası qalacaq ki?!
Bir məsələni bitirmədən, o biri məsələyə keçməzlər...Ümumi hər kəs tərəfindən qəbul olunmuş meyarları müəyyən etmədən ümumiyyətlə müzakirə etməyin nə faydası? Heyif ki, bunlara riayət edən yoxdur...



#22794 Uzunqulaqdan hədis

Отправлено автор: hənbəli 11 ноября 2009 - 03:40 в Hədislər

Ok...mən sizin yazınıza etiraz ola biləcək bir yazı yazmamışdım, sənin sualın yersizdir, biz onların möminlərin anası olduğunu dediyimiz zaman bununla qəsd olunanın heç də anaya aid olan hər bir şeyin onlara aid olduğunu demirik, biz bununla qəsd etdiyimiz budur ki, onların xüsusi hörmət statusu vardır.
İndi sən özün düşün ki, bu haramlığın nə mənası vardır ki? Nəyə görə onlarla evlənmək haram buyurulmuşdur? Sən bir bunun üzərində düşün! Əgər onlar peyğəmbərin ölümündən sonra da onun xanımları kimi statuslarını saxlamasaydılar və bu, peyğəmbərə əziyyət olmasaydı, o zaman nə üçün onlarla evlənmək qadağan edilmişdir?!


möhtərəm, mən yenə qeyd edirəm ki, analıqdan məqsəd evlənməyə olan qadağadır. əlbəttə, heç kəs iddia etmir ki, Peyğəmbərin(s) zövcələri biehtiramdırlar. əgər belə olsaydı, Hz.Əli(ə) Cəməldən sonra Aişə xanımı 40 nəfər kişi paltarında olan qadınla obratnı Mədinəyə göndərtməzdi. yəni ona heç bir şey etmədi əksinə, hörmət göstərərək Mədinəyə qaytartdırdı. amma onun və yaxud kimsənin səhvlərini qeyd etmək heç də onlara bihörmət yanaşma deyildir. Quranda Allah Peyğəmbərin(s) xanımları ilə evlənmək məsələsinə bir də, həmin surənin 53-cü ayəsində qayıdır. yuxarıda qeyd etdiyim alimlərin təfsirinə müraciət etsən görərsən bu ayə nəyə görə nazil olub vəsəhabə adlandırdığınız şəxs nə fikirləşirdi ki, bu ayə nazil olub.



Siz mənim sualımı cavablandırmadınız, yazımı bir daha oxuyun. Onlara nə üçün hörmət etmək lazımdır ki? Bunun üzərində düşünün! Yuxarıda sizin şiə qardaşlarınız onun adına olmayan şeylər yazırlar, bunu da elə canla başla edirlər ki, gəl görəsən... Hardadır ehtiram? Bir digəri isə onu münafiq adlandırır, insan sizin əqidənizə təəccüb edir, ehtiramdan danışırsız, həm də onun haqqında olmayan şeylər yazır, onu kafir, münafiq adlandırır, ona yalandan ləkələr yaxırsız...Çox bomba ehtiram anlayışınız vardır...sözüm yoxdur!



#22788 Uzunqulaqdan hədis

Отправлено автор: hənbəli 11 ноября 2009 - 02:31 в Hədislər

Ok...mən sizin yazınıza etiraz ola biləcək bir yazı yazmamışdım, sənin sualın yersizdir, biz onların möminlərin anası olduğunu dediyimiz zaman bununla qəsd olunanın heç də anaya aid olan hər bir şeyin onlara aid olduğunu demirik, biz bununla qəsd etdiyimiz budur ki, onların xüsusi hörmət statusu vardır.
İndi sən özün düşün ki, bu haramlığın nə mənası vardır ki? Nəyə görə onlarla evlənmək haram buyurulmuşdur? Sən bir bunun üzərində düşün! Əgər onlar peyğəmbərin ölümündən sonra da onun xanımları kimi statuslarını saxlamasaydılar və bu, peyğəmbərə əziyyət olmasaydı, o zaman nə üçün onlarla evlənmək qadağan edilmişdir?!




Рейтинг@Mail.ru