Перейти к содержимому


Публикации Lelli

1 публикаций создано Lelli (учитываются публикации только с 01-Декабрь 19)


#14132 Hədis elmi ilə tanışlıq

Отправлено автор: Lelli 01 Август 2009 - 09:42 в Hədis elmi

Hədis kəlməsi «yeni» mənasında işlənildiyi kimi, söz, xəbər mənalarında da işlənir. Bu kəlmədən törəyən bəzi fellər isə xəbər vermək, nəql etmək kimi mənalar verir.

Hədis kəlməsi zamanla Peyğəmbərdən (s.a.s) rəvayət edilən xəbərlərin ümumi adı olaraq işlənmişdir. Kəlimə Rəsulullah (s.a.s) tərəfindən də birbaşa bu mənada işlədilmişdir.

İslam şəriətinə görə hədis: Peyğəmbərin (s.a.s) dedikləri, etdikləri, görüb qadağan etmədikləri, əxlaqi və zahiri sifətləridir. Rəsulullah (s.a.s.) Allahdan aldığı vəhyi yalnızca insanlara çatdırmaqla qalmamış, eyni zamanda onları açıqlamış və öz həyatında da tətbiq edərək bizə örnək olmuşdur. Bu səbəblə ona yaşayan Quran deyilmişdir.

İslam alimləri ümumiyyətlə, dini mövzularla bağlı hədislərin Allah tərəfindən Peyğəmbərə (s.a.s) vəhy edilmiş olduğunu qəbul edirlər. Belə ki, Peyğəmbər (s.a.s) və onun əshabından nəql edilən bəzi xəbərlər bunun gerçək olduğunu ortaya qoyur.
Rəsulullahdan (s.a.s) belə rəvayət edilmişdir:
«Mənə kitab (Quran), bir də onunla birlikdə onun kimisi (sünnət) verildi.»
Əbu Davud «Sünən» 2/505

Yuxarıda qeyd edilən hədislərdən də aydın olur ki, Quran və hədis (daha geniş ifadəsiylə sünnət), Allah tərəfindən Rəsulullaha (s.a.s) göndərilmiş vəhy olma baxımından eynidirlər. Ancaq Quran ləfzi və mənası yönündən bir bənzərinin gətirilə bilinməməsi baxımından fərqlidir........




Рейтинг@Mail.ru