Перейти к содержимому


Публикации Abu_Ubeyda_ibn_Carrax

11 публикаций создано Abu_Ubeyda_ibn_Carrax (учитываются публикации только с 21-апреля 23)


#51485 Qamət Süleymanovun "cavab"larına bir baxış

Отправлено автор: Abu_Ubeyda_ibn_Carrax 25 мая 2010 - 15:05 в Şiə-sünni dialoqu

Nasibilyin bura ne dexli var ki?!
Allah hidayet versin sizlere!Amin!



#20963 Əhli sünnə və camaatın Yezid ibn Müaviyəy...

Отправлено автор: Abu_Ubeyda_ibn_Carrax 24 октября 2009 - 10:19 в Şiə-sünni dialoqu

Ümimilikdə belə nəticəyə gəlirik ki, sələfilərə görə İmamın (əleyhissalam) öldürülməsi Yezidin (Allah ona lənət eləsin!) əli olmayıb. Bu sadəcə məmur özbaşınalığıdır. :)

Yezidin tebiyi ki gunahi var ve ona gorede cavab verecek.

Yezidin ne gunahi varki?Belke gunahlandirdigin meseleleri zehmet chekib qeyd edesen,Bizde behrelenek.

Sizde onun gunahlarina aid hazir siyahiviz ola ola mennen niye sorushursan?



#20411 Yezid xəlifəliyə layiq idi yoxsa yox? Onun xilafəti.

Отправлено автор: Abu_Ubeyda_ibn_Carrax 21 октября 2009 - 09:41 в Şiə-sünni dialoqu

gele sene yazinin davami


Ey atacığım! Bəs niyə ona lənət oxumursan?
- Ey oğulcuğum! Sən atanın kiməsə lənət oxuduğunu nə zaman gördün?

ne var ki burda serf etmeyen????? :rolleyes:

Yezidi lenetlemeyen adamlardan sizin zehleniz gedir axi.



#20248 Əhli sünnə və camaatın Yezid ibn Müaviyəy...

Отправлено автор: Abu_Ubeyda_ibn_Carrax 20 октября 2009 - 11:12 в Şiə-sünni dialoqu

Ümimilikdə belə nəticəyə gəlirik ki, sələfilərə görə İmamın (əleyhissalam) öldürülməsi Yezidin (Allah ona lənət eləsin!) əli olmayıb. Bu sadəcə məmur özbaşınalığıdır. :blushL:

Yezidin tebiyi ki gunahi var ve ona gorede cavab verecek.



#20247 Yezid xəlifəliyə layiq idi yoxsa yox? Onun xilafəti.

Отправлено автор: Abu_Ubeyda_ibn_Carrax 20 октября 2009 - 11:11 в Şiə-sünni dialoqu

yazdiqlarim sizin ktablardandir....

Saleh İbn Əhməd İbn Hənbəl (a.r.e.) deyir: Atama dedim: Bəziləri Yezidi sevdiklərini deyirlər. Atam dedi: Oğlum! Allaha və axirət gününə iman gətirən kimsə Yezidi sevərmi?

Niye o yazinin, bir hissesini getirmisen, bes davamini niye yazmamisan?
Yagin serf elemir, ona gore.



#16400 Əhli sünnə və camaatın Yezid ibn Müaviyəy...

Отправлено автор: Abu_Ubeyda_ibn_Carrax 07 сентября 2009 - 12:16 в Şiə-sünni dialoqu

Əhli Sünnə və Camaat bu beyəti məqbul sayırlar. Lakin iki şeyə bu beyətə irad tutublar.

Birinci: Bu yolla xəlifə təyin etməsi, yəni, rəhbərliyi oğluna verməsi yeni bidətidir. Rəhbərliyin ötürülməsi ilk vaxtlarda məşvərətlə qeyri qohumları rəhbər təyin etməklə həyata keçirildiyi halda o, rəhbərliyi özündən sonra oğluna verməklə rəhbərliyi varisliyə çevirdi. Belə vəziyyətdən sonra bu hərəkəti kim qəbul edərdi. Şəxsiyyətindən asılı olmayaraq bu üsulla rəhbər seçmək bəyənilən deyildir. Ona görə alimlər rəhbərliyin varisliyə çevrilməsini qəbul etmirlər.

İkinci: O vaxt Yeziddən başqa, İbn Ömər, İbn əz-Zubeyr və Həsən kimi rəhbərliyə layiq olan digər insanlar var idi.
İbn əl-Ərəbi deyir: Rəhbər seçimini şuranın öhdəliyinə buraxmayan, qohumlarını bu işə qatan Müaviyə artıq xeyirli üslubu tərk etmişdi. Qaldı ki, oğlunu rəhbər təyin etməsi bəyənilən əməl olsun. Lakin o oğlu üçün hamıdan beyət aldı və insanlar ona beyət etdilər və şəriətə görə onun xilafəti məqbul sayıldı [əl-Əvasim Minəl Qəvasim: səh 228.].
Bidətçilər öz baxışlarına görə xilafəti yalnız Əli və onun övladlarında görürlər. Həqiqətdə onlar yalnız Yezidin beyətinə irad tutmurlar, Əli və onun övladlarından başqasına edilən hər bir beyəti pisləyirlər. Bu əsasla onlar, beyət olunan şəxsin kimliyindən asılı olmayaraq Əbu Bəkrin, Ömərin, Osmanın və Müaviyənin beyətini də pisləyirlər. Onların etiqadına əsasən rəhbərlik qiyamətə qədər Allah tərəfdən Əli və övladlarına tapşırılmışdır.



#16225 Sünni qardaşlarımıza

Отправлено автор: Abu_Ubeyda_ibn_Carrax 04 сентября 2009 - 17:25 в Şiə-sünni dialoqu

1. Sen mene bidene qurannan yaxuddaki sunneden delil getire bilersenmi ki onlar zamamnin huccetin statusunu dashiyir ve sen dediyin kimi Allahin xelifesidir.
2. Ne uchun Allaha lazimdir ki onlar yalniz sen dediyin Allahin xelifesi olsun?
3. Eger onlar Allah terefinden sen dediyin kimi sechilmish Allahin xalifesidirse onda o adamlar uchun ummetin ustunde xelife olmaq hech bir problemdir, hele deil mi?



#16188 Sünni qardaşlarımıza

Отправлено автор: Abu_Ubeyda_ibn_Carrax 04 сентября 2009 - 10:37 в Şiə-sünni dialoqu

Ahli - sunne egidesine gore imamlarin saylri sizin kimi deil (yaniki xachperestler kimi 12 apostol), bizde imamlar choxdur.

Allaha pənah aparıram! Yanı sən demək istəyirsən ki, bu əqidə xaçpərəstlərdən keçib? Peyğəmbərə (s) böhtan atırsan?

Cabir ibn Səmrədən rəvayət edərək deyir: - Eşitdim ki, Peyğəmbər (s) deyir: "On iki əmir olacaq: Daha başqa bir söz də dedi ki, eşitmədim. Atam dedi ki, o, deyir: "Onların hamısı Qureyşdəndir".


Səhihi-Buxari. Cild 9. Səh 250. "Əl-əhkam" kitabı. "Səyəkunu isney aşara əmirən" babı.
"Məktəbətur riyaz" mətbəəsi


Müslim öz səhihində rəvayət edərək dedi: "Qiyamət günündən din qalacaq və ya sizin üçün on iki xəlifə gələçək ki, onların hamısı qureyşdəndir.”

Səhihi-Müslim. "Əl-imarət" kitabı. "Ən-nasutəbi'ə li qureyş" babı. Cild 4. Səh 482.
"Darduş-şə'b bişərhin-nəcəbi" mətbəəsi.


Mənə 12 xəlifənizi say! Bizim 12 xəlifələrimizi gözəl tanıyırsan, öz haqq xəlifələrinizi say.


Hədislərdə gələn 12 xəlifədən söhbət gedir. Bəyəm şiələrin dediyi 12 imam hamısı xəlifə olub?



#16187 Sünni qardaşlarımıza

Отправлено автор: Abu_Ubeyda_ibn_Carrax 04 сентября 2009 - 10:36 в Şiə-sünni dialoqu

Ahli - sunne egidesine gore imamlarin saylri sizin kimi deil (yaniki xachperestler kimi 12 apostol), bizde imamlar choxdur.

Bəs mötəbər hədislərdə gələn 12- imam kimlərdi?

Hədislərdə gələn 12 xəlifədən söhbət gedir. Bəyəm şiələrin dediyi 12 imam hamısı xəlifə olub?



#16136 Sünni qardaşlarımıza

Отправлено автор: Abu_Ubeyda_ibn_Carrax 03 сентября 2009 - 13:58 в Şiə-sünni dialoqu

Ahli - sunne egidesine gore imamlarin saylri sizin kimi deil (yaniki xachperestler kimi 12 apostol), bizde imamlar choxdur.



#15629 Yezid xəlifəliyə layiq idi yoxsa yox? Onun xilafəti.

Отправлено автор: Abu_Ubeyda_ibn_Carrax 25 августа 2009 - 10:03 в Şiə-sünni dialoqu

İbn Kəsir [əl-Bidayə vən-Nihayə: 8, 236.], Abdullah ibn Muti və onun tərəfdarlarının hadisəsini rəvayət edir. Rəvayətdə deyilir: Onlar Əli ibn Əbu Talibin oğlu, Həsən və Hüseynin ata bir qardaşı Məhəmməd ibn əl-Hənəfiyyənin yanına gəlib Yezidin xəlifəliyini tanımaqdan boyun qaçırmasını tələb etdilər. Məhəmməd ibn əl-Hənəfiyyə isə bundan imtina etdi.

İbn Muti dedi: Yezid ibn Müaviyə içki içir, namazları tərk edir.
Məhəmməd dedi: Mən Yezidin sizin dediklərinizi etdiyini görməmişəm. Mən onun yanına gedib bir müddət orada qalmışdım. Mən onun namazlara dəvamiyyətli olduğunun, xeyirxah işlərə can atdığının, fiqhi məsələləri araşdırdığının və sünnəyə riayət etdiyinin şahidi olmuşam.
Onlar dedilər: O bunları özünü sənə göstərmək üçün edirdi.
Məhəmməd dedi: O mənim nəyimdən qorxur və ya məndən nə umurdu? Mən sizə dediklərimi sübut edimmi?
Onlar dedilər: Biz dediklərimizin şahidi olmasaq da bunlar həqiqətdir.
Məhəmməd dedi: Allah bu cür şahidliyi qadağan etmişdir deyib Allahın bu ayəsini oxudu: "Ondan qeyri ibadət etdikləri (Allah yanında heç bir kəs üçün) şəfaət edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər" [Zuxruf surəsi: 86.].
Yezidə içki içmək, meymunlarla oynamaq, pis işlərlə məşğul olmaq və s. kimi pis işləri nisbət etmək heç bir mötəbər rəvayətdə öz əksini tapmamışdır. Müsəlmanın ədalətli və belə işlərdən pak olması prinsipinə əsasən biz də bu deyilənlərə inanmırıq. Ona görə biz deyirik ki, doğrusunu Allah bilir. Məhəmməd ibn əl-Hənəfiyyənin rəvayətinə zahiri baxışdan görsənir ki, Yezid deyildiyi kimi fasiq deyildi. Yezidin necəliyi haqda Allah daha yaxşı bilir. Nə edibsə o haqda da Rəbbinə cavab verəcəkdir. Gəlin elə fərz edək ki, deyilənlər doğrudur. Amma bu əməllər heç bir vəchlə tarixdə baş verən tərzdə rəhbərə qarşı üsyan etməyə əsas vermir. Biz bu haqda qarşıda danışacayıq.

Möminlərin əmiri Yezid ibn Müaviyənin xəlifəliyi (Hicri 60-64)
Hicrətin altımışıncı ilində Yezidin xəlifəliyinə beyət edildi. Bu vaxt onun otuz dörd yaşı var idi. Mədinədə olan Hüseyn ibn Əli və Abdullah ibn Zubeyr ona beyət etməmişdilər. Onlardan Yezidə beyət etmələri tələb olunduqda Abdullah ibn Zubeyr dedi: Qoyun bu gecə fikirləşim sonra sizə öz fikrimi deyərəm.
Onlar dedilər: Yaxşı.
Gecə düşdükdən sonra Abdullah ibn Zubeyr beyət etmədən Mədinədən çıxıb Məkkəyə qaçdı.
Hüseyn ibn Əlidən beyət etmək tələb olunduqda o dedi: Mən gizlində beyət edən deyiləm. Mən camaat arasında beyət edəcəyəm.
Onlar dedilər: Yaxşı.
Gecə düşdükdən sonra o da Abdullah ibn Zubeyrin ardınca Məkkəyə getdi.




Рейтинг@Mail.ru