Перейти к содержимому


Публикации Gunahkar

7 публикаций создано Gunahkar (учитываются публикации только с 30-марта 23)


#99457 Vusal114 Gardashimizin atasi dunyasini deyishib

Отправлено автор: Gunahkar 10 августа 2013 - 15:55 в Дискуссии на общие темы

ALLAH rəhmət etsin. ALLAH səbr və əcr versin. ALLAH gələn günlərinizi xeyirli etsin.



#99456 Ramazan Bayraminiz Mubarek

Отправлено автор: Gunahkar 10 августа 2013 - 15:49 в Поздравления

Bütün müsəlmanları müqəddəs Fitr bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. ALLAH gələn günlərinizi bir-birindən daha da xeyirli etsin. Amin.



#98850 Ərəb şeyxinin əliaçıqlığı

Отправлено автор: Gunahkar 04 июня 2013 - 19:23 в Şiə-sünni dialoqu

Rəqqas belə olar eee... Yanında da rəqqasəsi... SƏLƏFİ şeyxi söküüür...




#98270 Клиники в Иране

Отправлено автор: Gunahkar 04 марта 2013 - 19:25 в Здоровье

mene iranda goz lazer eletdirmek uchun uygun xestexana adi deye bilersiz ve harda yerleshdiyini zehmet olmasa?


Göz xəstəlikləri ilə əlaqədar, Yaxın Şərqinə ən böyük xəstəxanası İrandadır. Adres; İran, Tehran, Meydane Qəzvin (Qəzvin dairəsi), Bimaristane Farabi. Farabi xəstəxanası. Bu xəstəxana dövlət xəstəxanasıdır. Saytı da belədir: http://www.farabihos...om/default.aspx
Bombalamaq üçün kardinatları: http://maps.google.c...009978&t=k&z=17

Bu sahədə möhtəşəm özəl xəstəxana da var. Nur xəstəxanası. Saytı belədir: http://www.noorvision.com/
Adresi də belə: Tehran, Vəliəsr (əc) xiyabanı, Zəfərdən bir az yuxarıda, İsfəndiyar bulvarının əvvəli, 96.
Tehran, Xiyabane Vəliəsr (əc), balatər əz zəfər, ibtidaye bolvare Esfəndiyar, şomareye 96, bimarestane Nur. (تهران- خيابان وليعصر(عج)، بالاتر از ظفر،ابتداي بلوار اسفنديار، شماره96)
Bombalamaq üçün kardinatları özü təqdim edib: http://www.noorvisio...pages.aspx?id=7

P.S. Dünən göz xəstəliyi ilə əlaqədar bura gəlmiş bir şəxslə həmsöhbət oldum. Mənə dedi: "Mən öz ölkəmdə Zərifə Əliyeva klinikasını qoyub bura niyə gəlməliyəm ki?"
Cavabı tapanlar yazılı şəkildə İlham Əliyevə göndərə bilərlər... :gizildish:



#98269 Клиники в Иране

Отправлено автор: Gunahkar 04 марта 2013 - 19:07 в Здоровье

Salam Aleykum!
Mənə təcili İranda onkoloji sahədə fəaliyyətda olan klinikalar lazımdır.
Orada əlaqəsi olan ya da heç olmasa əlaqə nömrəsi və ya tanıdığı yaxşı bir həkim varsa mənə bildirin Allah rizasına.


Mən onkologiya (xərçəng və bəd xassəli şişlər) sahəsində "Məsud" klinikasını məsləhət görürəm. Klinika özəldir, şəraiti yüksək səviyyədədir. Klinika Tehranda, Əmirabad xiyabanında yerləşir.
Bu sahə üzrə doktor Məsud İrəvani çox savadlı və təcrübəli həkimdir. Peyvənd işi ilə də məşğul olur. Bir ay əvvəl həkimin qəbulu 20.000 tümən, yəni 4 manat 40 qəpik idi. Bizim pulla havayı... ("Bəxt üzüyü" filmindən)
Klinikanın adresi: Tehran, xiyabane Əmiraba, ruberuye daneşkədeye fizik, klinike Mesud.
Yəni: Tehran, Əmirabad xiyabanı, fizika universitetinin qarşısı, Məsud klinikası.



#98268 Клиники в Иране

Отправлено автор: Gunahkar 04 марта 2013 - 19:00 в Здоровье

Hamıya salam. Gec də olsa, bəzilərinə lazım ola bilər deyə, bura bəzi cavabları yazmaq istəyirdim.
İranda müalicə almaq üçün qiymətə görə narahatçılığa heç bir əsas yoxdur. Qətiyyən. Bunun bir neçə səbəbi var:
1. Xarici ölkədə həm gəzintidəsən, həm də müalicə məqsədi.
2. Azərbaycandakı kimi sizə firma dərmanları yazılmayacaq.
3. Xəstəliyinizi bilməyən və ya öz sahəsi olmayan həkim sizi mütəxəssis həkimin qəbuluna göndərəcək.
4. Bir probleminiz olsa, dövlət tərəfindən sizin şikayətinizə mütləq baxılacaq.

Məsləhətlər:
1. Unutmayın ki, buradakı həkimlərin də nəfsi, maddi maraqları var.
2. Deməyin ki, bu əməliyyatı Azərbaycanda bizə 10-12 min dollara etmək istəyirdilər. Çünki ola bilsin həkim İranda 2 min dollar olan həmin əməliyyatı sizə guya endirim edərək 6-7 min dollara edər, siz də çox sağ ol deyərsiniz.
3. Taksi şoferləri, gömrükdə pul dəyişənlər və gömrük ətrafındakı alverçilər bir az gülmə şəkər ola bilərlər.

Yadıma düşənlər olsa, yenə də əlavələr edə bilərəm.



#97016 "Dörd xəlifə" şiə mənbələrində

Отправлено автор: Gunahkar 18 декабря 2012 - 17:37 в Şiə-sünni dialoqu

İki il keçdi... :gizildish:




Рейтинг@Mail.ru