Перейти к содержимому


Публикации Elmeddin

3 публикаций создано Elmeddin (учитываются публикации только с 17-апреля 23)


#103388 Fadl B. Şazan Imam Əli Ər-Rzanın Əshabındandırmı?

Отправлено автор: Elmeddin 21 августа 2020 - 13:36 в Hədis elmi

2. Fazl b. Şazan imam Əli ər-Rzanın səhabəsidir: Yuxarıda Nəcaşi və Tusidən verdiyimiz məlumatlardan da göründüyü kimi Fazl fəqih və mütəkəllim olan, bu tayfanın dəyərli alimlərindən, güvənilir rəvayətçilərindən birisidir. Və bu şəxs 3 imamın; Məhəmməd ət-Təqi, Əli ən-Nəqi və Həsən əl-Əskərinin -ələyhiməssələm- səhabələrindəndir. Bəs bu şəxs imam Əli ər-Rzanın da səhabəsidirmi? Rical alimlərindən heç kim bunu təsdiqləmir. Ancaq Nəcaşi "onun ər-Rzadan da rəvayət etdiyi deyilmişdir" məlumatını verir. Yəni kimlərsə bunu deyib ancaq bu tam sübuta yetirilməmiş, dəqiqləşdirilməmişdir. ancaq məlum məsələdir ki, bir güvənilir şəxs özü haqqında bir məlumat verdikdə bu dəlil olaraq istifadə ediləcəkdir. Eynən güvəndiyiniz bir şəxsin sizə "mən dünən filan yerdə idim" dediyi halda onun bəyanın əsas götürüləcəyi kimi. Fazl b. Şazanın imam Əli ər-Rzadan -ələyhissələm- hədis eşitməsi, imamın yanında olması isə onun öz dilindən sabit olmuşdur. Şeyx Səduq "Uyunu əxbar ər-Rza a.s" kitabında deyir:

 

حدثنا عبد الواحد بن محمد بن عبدوس النيسابوري العطار رضي الله عنه قال: حدثنا علي بن محمد بن قتيبة النيسابوري قال: قلت للفضل بن شاذان لما سمعت منه هذه العلل: أخبرني عن هذه العلل التي ذكرتها عن الاستنباط والاستخراج، وهي من نتائج العقل أو هي مما سمعته ورويته؟ فقال لي: ما كنت لاعلم مراد الله تعالى بما فرض ولا مراد رسول الله (ص) بما شرع وسن ولا أعلل ذلك من ذات نفسي بل سمعتها من مولاي أبي الحسن علي بن موسى الرضا عليهما السلام المرة بعد المرة والشئ بعد الشئ فجمعتها فقلت له: فأحدث بها عنك عن الرضا عليه السلام قال: نعم.

mənə Abdulvahid b. Abdus əl-Neysaburi əl-Attar r.a danışdı, dedi: mənə Əli b. Məhəmməd b. Quteybə ən-Neysaburi danışdı, dedi: Fazl b. Şazana dedim: "bu zikr etdiyin səbəblərdən mənə xəbər ver, bunlar istinbat edərək çıxardığın əqli nəticələrdir yoxsa eşidib rəvayət etdiyin bir şeydirmi?" mənə dedi: "mən Allahın fərz buyurduqlarının səbəblərini (özüm) əldə edə biləcək birisi deyiləm.  Rəsulullahın s.a.a əmr etdiklərinin və sünnətlərinin səbəbini də bilmirəm. Bu dediyim səbəblər də nəfsimdən dediyim şeylər yox mövlam Əbul Həsən Əli b. Musa ər-Rzadan -ələyhiməssələm- bir-bir eşidib topladığım şeylərdir." Ona dedim: "bunları sənin vasitənlə ər-Rzadan -ələyhissələm-rəvayət etməyimə icazə verirsənmi?" dedi: "hə."

Səduq, "Uyunu əxbar ər-Rza a.s", 1/127, bab 34, hədis 2

 

Görüldüyü kimi Fazl b. Şazan özü imam Əli ər-Rzanın -ələyhissələm- yanında olduğunu, ondan eşitdiyini bildirir ki, bu da onun imamın səhabəsi olduğunu, imamdan rəvayətlərinin muttasıl olduğunu göstərir.




#103387 Fadl B. Şazan Imam Əli Ər-Rzanın Əshabındandırmı?

Отправлено автор: Elmeddin 21 августа 2020 - 12:54 в Hədis elmi

1. Fazl b. Şazanın bioqrafiyası: Fazl, imamiyyənin məşhur alimlərindəndir. Elə ki, öz dövründə imamiyyənin rəsilərindən sayılırdı. Nəcaşi onun haqqında deyir:

 

الفضل بن شاذان بن الخليل أبو محمد الأزدي النيشابوري (النيسابوري) كان أبوه من أصحاب يونس، و

روى عن أبي جعفر الثاني، وقيل [عن] الرضا أيضا عليهما السلام وكان ثقة، أحد أصحابنا الفقهاء والمتكلمين. وله جلالة في هذه الطائفة

Fazl b. Şazan b. Xəlil, Əbu Məhəmməd əl-Əzdi ən-Neysaburi. Atası Yunus (b. Əbdürrəhman)-ın əshabından idi. Fazl b. Şazan Əbu Cəfər əs-Sani (imam Məhəmməd ət-Təqi)-dən rəvayət etmişdir. ər-Rza (imam Əli ər-Rza)-dan -ələyhiməssələm- da rəvayət etdiyi deyilmişdir. Və O, siqa (güvənilir)-dir, fəqih və kəlamçı əshabımızdandır. Bu tayfa içərisində cəlaləti vardır.

 

Nəcaşi, "əl-Fihrist", səhifə 306-307, 840-cı ravi

 

Şeyx Tusi isə onun haqqında deyir:

 

الفضل بن شاذان النيشابوري، فقيه متكلم، جليل القدر

Fazl b. Şazan ən-Neysaburi, fəqih, mütəkəllim, qədri uca birisidir.

 

Tusi, "əl-Fihrist", səhifə 197, 563-cü ravi

 

Tusi digər kitabı olan "Rical"da onu imam Əli ən-Nəqi (bax: "Rical ət-Tusi", səhifə 390, 5740-cı ravi) və imam Həsən əl-Əskərinin (bax: "Rical ət-Tusi", səhifə 401, 5881-ci ravi) -ələyhiməssələm- səhabələri içərisində qeyd etmişdir.




#103378 Fadl B. Şazan Imam Əli Ər-Rzanın Əshabındandırmı?

Отправлено автор: Elmeddin 09 апреля 2020 - 14:18 в Hədis elmi

Bismilləhir Rahmənir Rahim

Əlhəmdulilləhi Rabbil ələmin

Əllahummə səlli ələ Muhəmmədin və əl-i Muhəmməd

 

Fadl b. Şazan hicri 2-ci (miladi 8-ci) əsrdə yaşamış hədis və kəlam alimlərindəndir. İmamlarımızdan -ələyhiməssələm- Əli ər-Rza, Məhəmməd ət-Təqi, Əli ən-Nəqi və Həsən əl-Əskərinin əshabındandır. Ancaq Onun imam Əli ər-Rzanın əshabından olmasında ixtilaf edilmişdir. İnşəAllah bu yazıda əvvəlcə Fadl b. Şazanın kimliyi haqqında məlumat verəcəm daha sonra isə onun imam Əli ər-Rzanın əshabından olub olmadığı haqqında məlumat verəcəm.





Рейтинг@Mail.ru