qardaşım, niyə allah bu şəxsin günah etməsinə manə olur, lakin bəzi başqa şəxslərin günah etməsinə manə olmur?
təşəkkürlər diqqətinə görə.
1. O, uşaq deyildi, gənc idi və kafir idi. Öldürülməsi ilə valideyninə qarşı edəcəyi zülmün qarşısı alınıb.
2. Zatən həmin kafir gənc günahkarlığı ucbatından öldürülür və öldürülərkən də kafir olaraq ölür. Ayədən də açıq -aşkar görünür ki, məqsəd valideyninə qarşı edəcəyi zülmün qarşısını almaqdır. Bu, bir bəla idi ki, valideynlərdən dəf edilmişdi. Əlbəttə Allah bəlaların qarşısını alandır.
3. Allah insanı faili-muxtar qərar verir. Yəni, insanın günah etməklə etməmək arasındakı seçimi öz əlindədir.
Ən doğrusunu Allah bilir!
Dəyməz qardaşım, buyur.