Bismilləh,
Quranda peyğəmbərlərin etdiyi belə bir dua var:
Cahil olmaqdan Allaha sığınıram.
Subhənallah, biri həyasız deyir, digəri boş-baş, vova deyir.Halbuki, mən onlara "şiə" sözündən başqa heç bir söz deməmişəm. Bu da özlərinin qəbul etdiyi sözdür.
Əvəlcə bütün müsəlman qardaşlarımı salamlayıram!
Dəyərli "Selefi Turan" qardaşım! Əgər sizin işiniz "mövzudan yayınmaq, söhbəti fırlatmaq"dırsa onda qardaşların dediyi sözlər doğrudur!
Müsəlmana belə hərəkətlər yaraşmaz. Allah sizə hidayət versin.
Allah "hidayət olunmayanlara" hidayət etsin!
Moderator bunları niyə görmür, başa düşmürəm. Halbuki bu da qaydalara ziddir.
Həqiqətən Allah istədiyini doğru yola hidayət edir, istədiyini də azdırır.
Allah hər şeyi görür mənim qardaşım! Digər məsələyə gəlincə isə Tanrının işinə qarışmaq olmaz!
Meşədən sual verirsən dənizdən cavab verir. Dağdan danışırsan, çaydan cavab verir. Özünü də elə hesab edir ki, guya mənə güclü elmi cavablar verir və məni susdurur.
Mənə yuxarıda yazılanlara burda cavab yazmağa icazə vermirlər ki, mövzunun adı "Şiələrə suallar" -dır. Başqa forumda inşəAllah bu sualların cavabını yazacam. Haqqı qəbul edən insanlar yuxarıdakı sualların cavabsız qalmasını açıq-aydın görür.
Dəyərli qardaşım! Forumlar insanlar arasında fikir alış-verişi almaq, müəyyən məsələləri mübahisə etmək və bir-birimizi məlumatlandırmaq üçün yaranmışdır! Və hər bir insanın fikri azaddır! Çünki Allah insanlara "seçmək" hüququ vermişdir. Buyurun, heç kimdən çəkinməyin! Fikirlərinizi söyləyin, suallarınızı verin, biz də əlimizdən gəldiyincə cavablandırmağa çalışaq!
Ona görə mən şiələrə yeni suallar verirəm:
1) Şiələr əqidəsinə görə heç bir yozma etməədən ayədəki ləfzi təsdiq etmək olar?
Məsələn kimsə desəki: "(Allah) buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”"
Yaxud kimsə namazda bu sözü desə həmin adam Allahı maddiləşdirməkdə ittiham olunacaq?
Dəyərli qardaşım! Qurani-Kərim Allahın göndərdiyi bir kitabdır! Və orada bir kəlimə, bir ayə -- 1 hadisəyə deyil, yüzlərcə hadisəyə işarə edir! Və Quranda insanları düşündürən yazı tərzi varki, buna da "məcaz" deyilir! Fikrimcə sizin bu sualınızı yuxarıdakı qardaşım savadlı və məntiqli bir şəkildə cavablandırdı...
2) Aşağıdakı linkdə verilən hədislərin hökmü nədir? Onları küfr hesab edirsiniz, yoxsa onlara iman gətirirsiniz?
Imam Huseyn haqqinda shia uydurmalari
Qardaşım, verdiyiniz bu fail kampyuturumda təəssüf ki, açılmadı... Daha sonra nəzər yetirməyə çalışacam...
3) Quranda bütün surələr "Bismilləh" ilə başladığı halda şiələrin bir çox hissəsi işə "Allah, Məhəmməd, ya Əli" kəlməsi ilə başlayır. Bunun dəlili nədir? Peyğəmbər (s) belə bir şey edibmi?
"Selefi_Turan" qardaşım!
Bu adları bir yerdə söyləmək o şəxsləri Allahla bərabər etmək demək deyildir! Səhv başa düşməyin, əgər bu termini bu şəkildə yozmusunuzsa - bu sizin öz cahilliyinizdən irəli gəlir. Digər məsələyə gəlincə isə Məhəmməd (s.a) və Əli (ə) Allahın ən yaxın dostlarıdır! Nə Məhəmməd - Tanrı, nə də Əli - Allahdır!! Bu məsələ haqqında uzun-uzun danışa bilərik...