Перейти к содержимому


Публикации Abu Sufyan ordusu

95 публикаций создано Abu Sufyan ordusu (учитываются публикации только с 18-мая 23)



#98622 Sual-Cavab

Отправлено автор: Abu Sufyan ordusu 26 апреля 2013 - 01:23 в Ümumislam mövzular

Səlamətul-Quran min ət-Təhrif səh: 368, Müəllif: Fəthullah əl-Muhəmmədi

لكن نصّ كلام المجلسي رحمه الله هكذا:

"وجدت في رسالة قديمة سنده هكذا:

جعفر بن محمّد بن قولويه عن سعد الأشعري القمّي أبي القاسم رحمه الله وهو مصنفه، روى مشايخنا عن أصحابنا عن أبي عبد الله عليه السلام قال: قال أمير المؤمنين عليه السلام: وساق الحديث إلى أن قال: باب التّحريف في الآيات التي هي خلاف ما أنزل الله عزّ وجلّ ممّا رواه مشايخنا رحمة الله عليهم عن العلماء من آل محمّد صلوات الله عليه وعليهم..."


فقوله "مما رواه مشايخنا" كلام "سعد الأشعري القمّي" لا "المجلسي" ـ كما زعم الدكتور القفاري ـ ولا اعتبار للرسالة لإرسال سندها، والمجلسي رحمه الله أورد الرّسالة بتمامها ـ وهي تستوعب ستّ صفحات من بحار الأنوار ـ لتحقيق هدفه في "بحار الأنوار" لجمع الأخبار وعدم ضياعها.

وأمّا متن الرسالة ـ وهو المهم في المقام ـ فأكثر رواياته من باب اختلاف القراءات، وهذا يدلّنا على انّ كلمة التّحريف في عنوان "باب التّحريف في الآيات..." تعمّ كل التغيير والتبديل ولو من باب القراءة لا إسقاط الكلمات

Lakin əl-Məclisinin r.a. sözləri bu cürdür:

Sənədi bu cür olan qədimi bir risalədə rast gəldim ki:

Cəfər bin Muhamməd bin Qavalveyh risalənin müəllifi Sə`d əl-Əş`əri əl-Qummi Əbul-Qasimdən (r.a.) rəvayət etdi:
Şeyxlərimiz Əshabımızdan rəvayət etdi: Əbu Abdullah a.s. buyurdu: Əmirul-Muminin a.s. buyurdu. Hədisi nəql edərək dedi: Ali Muhamməddən (s.a.a.s) olan Alimlərdən (a.s.) şeyxlərimizin (r.a.) bizə rəvayət etdiklərindən " Ayələrdə Allah Azzə va Cəllənin nazil etdiklərinin xilafına olan təhrif" fəsli.


"Şeyxlərimizin (r.a.) bizə rəvayət etdiklərindən" sözləri Doktor əl-Ğifarinin (vəhhabi "alimi") düşündüyü kimi əl-Məclisinin deyil, Sə`d əl-Əşəri Əl-Qumminin sözləridir. Sənədində irsal (kəsik) olduğu üçün risalə e`tibarsızdır. Əl-Məclisi r.a. Biharul-Ənvar kitabındakı hədəfinə nail olmaq yə`ni bütün xəbərləri toplamaq və məhv olub itməkdən qorumaq üçün risaləni (Biharul-Ənvar kitabında) bütövlükdə nəql etmişdi ki, buda "Biharul-Ənvar"ın 6 səhifəsini təşkil edir.

Risalənin mətni isə öz növbəsində mühimdir. Rəvayətin əksəriyyəti qiraətlərdə ixtilaf barəsindədir. Bu da onu göstərir ki, burada təhrif dedikdə qiraətdə olan dəyişikliklər nəzərdə tutulur, sözlərin və yaxud ayələrin itməsi deyil....



#98625 Sual-Cavab

Отправлено автор: Abu Sufyan ordusu 26 апреля 2013 - 14:37 в Ümumislam mövzular

Əlavə izaha ehtiyyac varmı?
Vəhhabilərin "alim"ləri adətləri üzrə öz cəfəngiyyatları ilə müqəllidlərini "pod udar" qoyurlar.

Moder, zəhmət olmasa bu sual-cavabı "Quran Təhrif Olunmayıb mövzusuna köçürün.



#98620 Sual-Cavab

Отправлено автор: Abu Sufyan ordusu 26 апреля 2013 - 00:39 в Ümumislam mövzular

Biharul-ənvar 89/60


ووجدت في رسالة قديمة سنده هكذا : 47 جعفر بن محمد بن قولويه ، عن سعد الاشعري القمي أبي القاسم رحمه الله وهو مصنفه روى مشايخنا عن أصحابنا ، عن أبي عبدالله عليه السلام قال : قال أميرالمؤمنين عليه السلام : وساق الحديث إلى أن قال : باب التحريف في الايات التي هي خلاف ما أنزل الله عزوجل مما رواه مشايخنا رحمة الله عليهم عن العلماء من آل محمد صلوات الله عليه وعليهم .

Sənədi bu cür olan qədimi bir risalədə rast gəldim ki:
47. Cəfər bin Muhamməd bin Qavalveyh risalənin müəllifi Sə`d əl-Əş`əri əl-Qummi Əbul-Qasimdən (r.a.) rəvayət etdi:
Şeyxlərimiz Əshabımızdan rəvayət etdi: Əbu Abdullah a.s. buyurdu: Əmirul-Muminin a.s. buyurdu. Hədisi nəql edərək dedi: Ali Muhamməddən (s.a.a.s) olan Alimlərdən (a.s.) şeyxlərimizin (r.a.) bizə rəvayət etdiklərindən " Ayələrdə Allah Azzə va Cəllənin nazil etdiklərinin xilafına olan təhrif" fəsli.



#98626 Sual-Cavab

Отправлено автор: Abu Sufyan ordusu 26 апреля 2013 - 14:48 в Ümumislam mövzular

abu zeyd məqaləsində yazır: Həmçinin o, Biharul-Ənvər adlı kitabında Quranın təhrifinə dair belə bir bölüm də açmışdır: “Bəbut-Təhrif fil-Əyətil-ləti hiyə xiləfu mə ənzəlallah” (Allahın nazil etdiklərinin xilafına olan ayələrdə təhrif bölümü).
BİRİNCİ ƏMANƏT:“QURAN” http://forum.feqih.c...ic.php?f=6&t=85



Çox "güclü məqalə"dir. Xüsusən də "nəticə" bölməsinin elmi dəyəri var. Çox təəssüf ki, İslam mövzuları vəhhabilərin və yaxud onların himayədarlarının sayəsində qəsdən bazar mövzuları səviyyəsinə salınıbdır.



#98653 Sual-Cavab

Отправлено автор: Abu Sufyan ordusu 28 апреля 2013 - 15:16 в Ümumislam mövzular

Həmin mənbədən cavab olaraq nə gəldi?



#96720 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 07 декабря 2012 - 23:34 в Əqidə və fiqh

Qardaş anladığım qədər bu tərcümədir. Müəllifin kim olduğunu öyrənmək olar?

Bu mətnin əsl müəllifinə deyərdim ki, zəncir vurmağı, fars sözləri ilə dolu olan və əksəriyyət tərəfindən başa düşülməyən mərsiyyələri, iran üslubunda ağlaşmaları da yığışdırın ki, bəlkə əzadarlıq müasir forma alaraq daha cəlb edici olar.
Əql sahibləri bir neçə İranlı alimdən ibarət deyil, bu məzhəbin əziyyətini çəkən çoxlu sayda həyatda olan və Allahın rəhmətinə qovuşmuş alimlərdir.
Bu əməlin qiyama əsl qiymət verilməsinə qarşı sədd hesab olunması subyektiv fikirdir. Azərbaycanımızda şiəliyin əsl qiymətinin verilməsinə qarşı səddlərdən biri də İrandır, farsdır indi nə edək?



#96716 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 07 декабря 2012 - 19:35 в Əqidə və fiqh

bu ayəyə dayanaraq hər kəs öz qohumunu, yaxınını itirəndə götürüb başına qılınc vura, köz üstündə yeriyə, zəncir ilə özünü döyə bilərmi?


Xeyr bu ayə məsum bir şəxsin faciəsi müqabilində səbrsizlikdən xəbər verir, hər kəsin deyil.



#96803 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 12 декабря 2012 - 02:22 в Əqidə və fiqh

Zərərli olduğunu Xameneyi ağa və Məkarim ağa buyururlar. Deməli bu, onlar üçün sübut olunub.


Maraqlıdır, bu gün Kərbalaya ziyarətə gedərkən terror nəticəsində ölmək ehtimalı ola-ola nəyə görə bu əməl müctehidlər tərəfindən qadağan olunmayıb? Hərçənd ki, nə baş yarmaqdan, nə də zəncir vurmaqdan hələ bu günə kimi nəinki ölən olmayıb, heç ciddi zərər belə görməyiblər. Ümumiyyətlə İraqa səfər bu gün çox təhlükəlidir amma nədənsə İranlı müctehidlər iran camaatını İraqa səfərdən çəkindirmir.


Zərərdən ehtiyyat edən qardaşlar,
Ölüm təhlükəsi sizi bu günkü gündə İmam Hüseyni (a.s.) ziyarət etməkdən çəkindirirmi?


Bədənə xəsarət, əziyyət vermək haramdır deyən qardaşlar dəliliniz nədir? Yoxsa hamı deyir biz də deyəkdir?



#96805 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 12 декабря 2012 - 02:56 в Əqidə və fiqh

Hz.Ayətullah Xamenei çıxışların birində buyurmuşdur: "Kommunistlər Azərbaycanı ələ keçirdikdən sonra İslami abidələri məhv etməyə başladılar. Onlar İslamdan əsər-əlamət qoymamağı qarşılarına məqsəd qoymuşdular. Amma yeganə şey ki, onlar keçirilməsinə icazə verirdilər o başa qılınc(qəmə) vurmaq olmuşdur. Sual oluna bilər axı necə ola bilər ki, namaz qılmağı, Quran oxumağı və s. qadağan edən bir cərəyan buna icazə versin? Cavabı budur ki, onlar qəmə vurmağı saxlamaqla İslama və şiəlyiyə qarşı təbliğat aparırdılar. Çünki düşmən belə xurafatların vasitəsilə dinin əleyhinə gözəl təbliğat edə bilir. Və xurafatlar meydana çıxdıqda xalis dinin adı bədnam olur".


Kommunizm zamanı başa harada qılınc vururdular? Kommunizmdə müzeyləri, kino və teatrları çıxmaq şərtilə başqa yerdə qılınc görən olub? Zəncir yaxud sinə vurmaq desələr haradasa inandırıcı olar.

Kommunizm başa qılınc vurmağı icazə vermək üçün ilk növbədə əzadarlıq məclislərinin keçirilməsinə icazə verilməli idi. Bildiyim qədər də buna icazə verilmirdi. Əzadarlıq məclisləri gizli şəkildə, qeyri-rəsmi həyata keçırılirdi. Yox əgər icazə verilirdisə yuxarıdakı məntiqlə əzadarlıq məclisi başdan-ayağa xürafat olduğu üçün icazə verilirdi?

Bir anlıq mənə elə gəldi ki, kommunizm zamanı İran kəşfiyyatı indiki kimi işləmirmiş.

Hacı, biz müvəqqəti nigahı tərk etmirik, ona görə ki, buna bizim şəriətimiz icazə verir. Qəmə isə bizim şəriətimizdə haramdır.



Qəmə vurmaq öz-özlüyündə bizim şəriətdə haram deyil. Qadağan edən müctehidlər də bu gün üçün qadağan ediblər, əməlin zatında haram olduğunu demirlər, deməzlərdə.
Müvəqqəti nikahı şəriətimiz caiz bilir hamı isə mız qoyur, söz atır. Nə vacibdir nədəki bu günkü gündə müstəhəb, qadağan etsələr məzhəbimiz də tənələrdən qurtulmazmı?



#96715 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 07 декабря 2012 - 19:19 в Əqidə və fiqh

Yuxarıda da dəfələrlə qardaşlar tərəfindən bildirilib ki, söhbət əməlin caizliyindən gedir vacibliyindən yox. İstəyən bu əməli yerinə yetirər istəməyən yox. Bəzən müxaliflər tərəfindən belə bir suala rast gəlirik ki, nəyə görə filan alim aşura mərasimində sinə vurmur, zəncir vurmur, başını yarmır və s.? Sanki, bu əməlləri yerinə yetirmək vacibdir. Bu cür cahillər sadə şeyi unudurlar ki, alim öz payına düşən, DAHA ƏHƏMİYYƏTLİ olan moizəsini edir, tarixi xatırladır, məclis iştirakçılarını ağladır və s. Bu halda qeyri-alimlərin payına isə ağlamaq, mərsiyə, sinə və zəncir vurmaq, bəzi yerlərdə tətbir, başa torpaq tökmək və s. düşür.

Yəqub peyğəmbər və imam (hər ikisinə Allahın salamı olsun) bizə öz əməlləri ilə ümum qanunu çatdırıblar, diqqət elə! Bu qanun ondan ibarətdir ki, məsum bir şəxsin faciəsi müqabilində intihar etməmək (şəriətin ana qanunlarına zidd olmamaq) şərtilə səbirsizlik göstərmək caizdir. Faciə müqabilində səbirsizlik GENİŞ ANLAYIŞdır. Bura ağlamaq, yaxa cırmaq, sinə vurmaq, başa gözə vurmaq, başa torpaq tökmək, zəncir vurmaq, baş yarmaq və s. hamısı daxildir.


Ümumiyyətlə istər Quran ayələri istərsə də hədislər bizə ümumi və xüsusi qanunları çatdırır. O alimlərin işidir ki, hər hansı bir əməl barədə xüsusi bir ayə, yaxud hədis olmadıqda umummənalı ayə yaxud hədis vasitəsiləkonkret bir əməl barədə hökm çıxarmağa çalışırlar. Niyə İmam filan əməli etmədi, niyə peyğəmbər filan sözü demədi cəhalətdən başqa bir şey deyil. O qədər mübah, caiz əməllər var ki, peyğəmbər və imamlar onu etməyiblər.

Tətbirin ilkin dərəcəli hökmü kimliyindən asılı olmayaraq bütün alimlərə görə mübahdır, müstəhəb, caiz və yaxud haram olmağı isə ikinci dərəcəli hökmdür, diqqət elə! Bu isə alimlərin nəzərlərindən asılı olaraq dəyişə bilir.

İynə batırmağın, baltanın isə aşura hadisəsi ilə əlaqəsi yoxdur. Həmin dövrdə silah, qılınc xəncər, ox və s. olub. Əhli-beytə və tərəfdarlarına əziyyət bu silahlar vasitəsilə verilib. Xeymələr yandırılaraq qadınlara və uşaqlara əziyyət verilib. Əsirlər zəncirlənərək səhrada və küçələrdə zorla hərəkət etdirilib. Bundan başqa tətbirdən fərqli olaraq nə bədənə iynə batırmaq nədəki balta ilə kəsmək kiminsə nəzərində əzadarlığın şüarlarından hesab edilmir. Hətta bu günlərdə reklamı gedən aşura günü qan vermə aksiyası özü-özlüyünda gözəl əməl olmağına baxmayaraq əzadarlıq şüarı deyildir.



#97009 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 17 декабря 2012 - 21:18 в Əqidə və fiqh

Allah razı olsun!
Əgər səhv etmirəmsə bu rəsm əsərləri kommunizmə qədərki dövrü təsvir edir? O dövrə bax indiyə bax, hardan-hara gəlib çıxmışıq.



#96804 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 12 декабря 2012 - 02:40 в Əqidə və fiqh

əziz qardaşım, gördüyün kimi burada tətbir haqqında dəlil istəyənlər "bizə dəlil gətirin" deyirlər. əgər onlar sənin sözünü etdiyin "Peyğəmbər (s.a.s.) başını yarmaqla qanını axıdırsa" məsələsindən xəbərdar olsalar daha nə üçün "məsumlar a.s-dan bu məsələdə bir şey varid olubmu?" deyə soruşurlar ki? yaxşısı budur ki, haqqında danışdığınız bu dəlili də nəql edin.


Başı kəsici alətlə yarmaq adını nə qoyursan qoy yenə fe`l olaraq baş yarıb qan çıxartmaq kimi qalır. İstəyir həcamət adlandırılsın istərsədə tətbir. Dəyişən niyyətdır. Baş yarıb qan çıxarmaq zərərli və zatında haram bir şey olsa idi Peyğəmbər s.a. bunu etməzdi.



#96713 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 07 декабря 2012 - 17:37 в Əqidə və fiqh

Qəribə yanaşma nümayiş etdirirsən. Mən ümum məlumat üçün bildirirəm ki, ALİMLƏRİN rəvayət barədə nəzərləri MÜXTƏLİFdir, sən isə rəvayətin səhih olmadığını sübut etməyə çalışırsan. Sanki baş yarmağın caiz olduğuna inananlar hamılıqla bu rəvayətin səhih olduğunu iddia edirlər!? Rəvayət mürsəl olduğu halda belə (ən pis halda belə) bəzi alimlərin nəzərinə görə FİQHİ MƏSƏLƏdə istifadəyə yararlıdır. Yasir əl-Həbibin də söylədiyi budur, diqqət et!
Məlumat üçün bildirim ki, "mürsəl hədis" GENİŞ ANLAYIŞdır fərqli görüşlər var. Həmçinin mürsəl hədisin höcciyyəti barədə də nəzərlər fərqlidir.

Səhv etmirəmsə sən hədisin məchul olduğunu bildirirsən yəni ravinin adına heç bir rical kitabında rast gəlinmir. Mirdamada görə məchul hədis 2 qismdir, istilahi məchul və lüğəvi məchul. O zaman bu hədis lüğəvi məchul hədisdir, bu cür hədisin nə zəifliyinə nədəki səhihliyinə hökm verilmir daha sənin söylədiyin kimi uydurma və s. hökmü verilmir.


Əllamə Məclisi səhv edə bilər bunu heç kim inkar etmir, eləcədə adlarını çəkdiyin alimlərlər də səhvdən sığortalanmayıblar. Söhbət Əllamənin sözünün qiymətindən gedir, sənin söylədiyin kimi "sadəcə......" deyil, diqqətli ol!









#96479 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 22 ноября 2012 - 04:05 в Əqidə və fiqh

Həmçinin Sə`səə b. Suhan əl-Əbdinin qoşunu barədə olan rəvayəti də "tətbir" tərəfdarları dəlil olaraq göstərirlər. Səsəə b. Suhan İmam Əlinin (a.s.) səhabələrindən olduğu bildirilir. Qısaca:

Sə`səənin qoşunu Bəhreyndən Kərbəlaya İmam Hüseynə (a.s.) kömək etmək məqsədilə yola düşürlər. Lakin onlar Kərbəlaya çatanda döyüş artıq başa çatmışdır. Bəni Əsəddən qəbrin yerini öyrənirlər. Qəbrin yanına çatanda özlərini torpağın üstünə atıb, üzlərinə, sinələrinə vura-vura ağllayırlar. Sonra isə qılıncları qınından çıxarıb başlarını yarırlar. Axan qan İmam Hüseynin (a.s.) qəbrinin torpağı ilə qarışır. Bu hadisə İmamın (a.s.) şəhadətindən 9 gün sonra baş vermişdir.




#96480 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 22 ноября 2012 - 11:12 в Əqidə və fiqh

Xanım Zeynəb (s.a.) haqqında olan rəvayətə gəldikdə isə məhz Yasir əl-Həbibin cavabının xülasəsi budur:

Xanım Zeynəbin (s.a.) hərəkəti bizə höccətdir. Dəlil:

1. İmam Səccad (a.s.) buyurub:"
“Ey mənim bibim, sən müəllimsiz alim, dərk sahibisən”
2. Xanım bu əməli İmamın (a.s.) qarşısında etmiş, İmam (a.s.) onun bu əməlinə e`tiraz etməmişdir.

Rəvayət mürsəl olsada, mötəbərdir və məzmununa əməl olunur. Dəlil:

1. Əllamə Məclisi bə`zi mötəbər kitablarda bu rəvayətin mürsəl halda Muslim əl-Cəssasdan rəvayət olunduğunu bildirir.
2. Rəvayətin mürsəl olmağı bəzi cahillərin anladığı kimi onun zəifliyi və yaxud qeyri-səhih olması yox, sənədinin ixtisar olunması deməkdir. Əgər bu cür cahillər fiqhi istidlali kitablara müraciət etsələr gündəlik əməl etdiyimiz bir çox şəri hökmlərin mürsəl rəvayətlərdən istinbat olunduğunu asanlıqla görə bilərlər.
3. Əllamə əl-isfahani bu rəvayətin səhih olmasına hökm vermişdir.
4. Qədimdə və indiki zamanda alimlərin bu rəvayətə etimad göstərməsi insanda onun səhih olmasına əmniyyət yaradır.



#96471 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 21 ноября 2012 - 22:27 в Əqidə və fiqh

Əleykəs-salam və rəhmətullahi va barakətuh!

Cümlənizin xoş günlərini görək inşaallah! Ustadı mən olanın axırı............)). Problemsiz həyat yoxdur. İnşaallah bir müddətdən sonra yenə əvvəlki kimi fikirlərimizi bölüşərik.

Yuxarıda sadə suallar ilə müraciət etmişəm. Fikirlərinizi bilmək mənim üçün maraqlı olardı. Özün də buyurdun ki, din kimlərinsə zövqü ilə oturub-durmur, ələlxüsus da cahillərin, nasibilərin fikri ilə.
Sadə bir misal: Milyonlarla müsəlman Kəbə (cansız daş parçası) ətrafında dövrə vururlar, hərvələ edirlər, daş atırlar. Bir anlığa bu səhnəyə bir qeyri-müsəlman kimi kənardan tamaşa edək və fikir bildirək. Bizə fikirləşməyi heç kəs qadağa etməyib.
Baş yarmağın caiz olduğunu bildirənlərin dəlilləri ilə də inşaallah tanış olarıq.




#96460 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 21 ноября 2012 - 15:28 в Əqidə və fiqh

Yuxarıdakı yazılar "baş yarmağa" qarşı çıxanların fikirləridir. Yaxşı olardı ki, qarşı tərəfi də dinləyək.
Baş yarmağın orqanizmə zərərinin müctehid tərəfindən təyin olunmağı məni qane etmir. Fikrimcə bunu ya proffesional həkim, yada özüm təyin etməliyəm.
Mənə görə bu günkü məclislərimiz olduqca süstdür və günü-gündən də süstləşir. Onun-bunun tənəsindən qorxa-qorxa elə bir günə düşmüşük ki, .......Allah eləməmiş bir gün də görəcəyik ki, əzadarlıq məclislərimiz yubiley xarakteri alıb, beş-üç qalstuklu kişi ilə sadə hicaba riayət etməyən qadın-"islam alimi" oturub "məlikməmməd nağılı" danışırlar.
Bu minval ilə Allah eləməmiş günlərin bir günü göz yaşlarını, mərsiyyələri, sinə vurmaqları da dəfn edəcəyik. Məgər bu əməlləri topa-gülləyə tutan azdır?



#96452 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 21 ноября 2012 - 09:39 в Əqidə və fiqh

İctimai məsələ olması sənin şəxsi fikrindir yoxsa əlində yetərli əsasın var?

Aydındır ki, bu cür mərasimlər şiə məzhəbini gözdən salır, vəhhabilər bundan məharətlə istifadə edirlər. Həmçinin də kəsici əşyalar insan bədəninə nəzərə çarpacaq dərəcədə ziyan vurur.


Şəxsən mənim vəhhabinin gözündə qalxmaq fikrim yoxdur. Ümumiyyətlə vəhhabinin fikri mənim üçün sıfrdır. Qardaşların şəxsi fikirlərinə də hörmətlə yanaşıram.
Əgər zərərli olduğu sübut edilə bilsə, zərərin həddini kim və necə tə`yin edir?




#96484 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 22 ноября 2012 - 11:47 в Əqidə və fiqh

Ələykəs-salam va rahmatullahi va barakətuh. Canımız bədəni tərk etməyənə qədər bu əzadarlığı bərpa etmək üçün nə etsək yenə də azdır.

Bəzilər Xanımın (s.a.) İmam Hüseynin (a.s.) vəsiyyətinə qarşı çıxaraq səbrsizlik göstərdiyini bildirirlər. Bu iddiaya qarşı dəlil:

1. İmam Hüseyn (a.s.) bacısına daim yox, məhz hadisə anında səbrli olmağı vəsiyyət etmişdir.
2. Bu hadisədən sonra İmamların (a.s.) bu müsibətə nisbətdə səbrsizlik göstərməkləri Xanımın vəsiyyətə qarşı çıxmamasına dəlalət edir.

Bütün müsibətlər zamanı səbr etmək tövsiyyə olunub lakin məsumların müsibəti, ələl-xüsus da İmam Hüseyn (a.s.) müsibəti istisnadır. Buna sübut Quran ayəsi və çoxlu sayda rəvayətlərdir.

Rəsulullah səlləllahu əleyhi və alihi və səlləmin dəfni zamanı buyurmuşdur:
Səbr gözəldir, lakin sənin ayrılığına dözmək olmur. Ağlayıb-sızlamaq pisdir, lakin bu sənin müsibətinə aid deyil. Sənin müsibətini görmək çox çətindir. Bundan əvvəl gördüyümüz və sonra görəcəyimiz müsibətlərin hamısından ağırdır.

İmam Sadiq (ə) buyurub: «İmam Hüseyn (ə) üçün ağlamaq və şivən salmaqdan başqa hər bir ağlamaq və şivən etmək məkruhdur.»



#96488 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 22 ноября 2012 - 12:41 в Əqidə və fiqh

Təşəkkür edirəm! Əgər Peyğəmbər (s.a.s.) başını yarmaqla qanını axıdırsa bizim narahat olmağımızı anlaya bilmirəm. Baş yarmağa tə`nə edənlər dolayısıyla Peyğəmbərə (s.a.s) tənə etmiş olurlar.



#96670 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 02 декабря 2012 - 15:38 в Əqidə və fiqh

Qulam, deyəsən qardaşlardan da bəziləri mənim kimi hiss etdilər ki, sanki fətvalar təhrif olunmuş formada çatdırılıb. Yazılanlar bir qrup müctehidin fətvalarından başqa bir şey deyil. Həmin siyahıdan da böyük siyahı ilə əks tərəfin fətvalarını görmək mümkündür. Fiqhi bir məsələdir, hərəsinin öz nəzəri var.

Elməddin, əziyyət çəkib fikir bildirmisən. Lakin mənə elə gəldiki sən yazılanları diqqətsiz oxumusan, ya da ki, mənim yazılarım anlaşılmaz dildədir. İstəsən cümlə-cümlə yenidən nəzərdən keçirə bilərik?



#96668 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 02 декабря 2012 - 15:19 в Əqidə və fiqh

Sən bunu başa salmaq istəyirsənsə Qurandan insanların tənəsindən qorxmamaqla bağlı ayələri yaz.
Ümumiyyətlə dini insanların tərifinə və tənəsinə görə yaşamırlar, sizin əsas problemlərinizdən də biri budur.
Ona görə baş yarmağa, ağlaşma etməyə, mərsiyə deməyə, əzadarlıq etməyə başlamışdınız ki, özünüzü camaata göstərəsiniz.
İndi görəndə ki, baş yarmağı və zəncir vurmağı camaat bəyənmir bundan çəkinməyə başlayıbsınız.
Sizin dininiz camaata şou göstərməkdir.


Yuyulmamış çömçə kimi ortalığa düşməkdənsə, bir şey olmadığın halda milçək kimi ürəyimizi bulandırmaqdansa, ayələri xatırlat ki, inşaallah faydası olar. Sizin-bizim deyib ümumiləşdirmə. Mənim belə bir problemim yoxdur. Problemi olanlar istəsələr buyurub fikir bildirsinlər. Anladığım qədər özünə gündə bir ad qoyan vəhhabilik (nasibilik) yuvasının quşusan. Bu mövzu sənin kimilər yeri deyil.



#96629 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 28 ноября 2012 - 20:27 в Əqidə və fiqh

Hənbəli 84, sənə malades! Tam zamanında özünü yetirdin. Mən də qardaşlara bildirmək istəyirdim ki, sənin kimilərın tənəsınə, mızına etina etmək doğru deyil.



#96489 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 22 ноября 2012 - 13:10 в Əqidə və fiqh

mən bilmək istəyirəm, bu məsələnin caiz olması haqqında məsumlar a.s-dan bir nəql var?

Məhz "tətbir" kəlməsi ilə rəvayət yoxdur. "Cəzə" kəliməsi ilə vardır. "Tətbir"in də "cəzə"nin misdaqlarından biri olduğu bildirilir.
Həmçinin "tətbir"in rəvayətlərdə gələn "ağlatma" kəliməsinin misdaqlarından olduğu bildirilir.

və yaxud, məsumların səhabələrindən r.a, mütəqəddim əshabımızdan bu əməl haqqında bir şey varid olub?

Xanım Zeynəbin (s.a.) və Səsəə b. əl-Cəssas əl-Əbdinin (r.a.) rəvayətləri

əgər varid olmayıbsa bu məsumlar a.s, onların səhabələri və mütəqəddim əshabımız əzərində əməlin tanınan bir şey olmadığına dəlil deyildirmi? mən bu məsələdə Seyyid Muhsin əl-Əmin r.a-ın yazdığı risaləni məsləhətli görürəm. o burada tətbir məsələsini tarixi baxımdan da incələmişdir.

Tarixi araşdıranda tarixi şəraiti nəzərə almaq lazımdır. Sadə bir misal: Bu gün 22.11.2012 tarixdə azadarlıq məclislərində kəsici alətlə baş yara bilərik, əlbəttə kəsici aləti məscidə gətirib çıxara bilsək?



#96448 Baş yarmağın (tətbirin) hökmü nədir?

Отправлено автор: Abu Sufyan ordusu 20 ноября 2012 - 23:43 в Əqidə və fiqh

Dinimiz, məzhəbimiz kimin gözündən düşür, nasibilərin, əhli-beyt düşmənlərinin, İmam Hüseyn qatillərinin törəmələrinin?
Baş yarmağın, zəncir vurmağın bədənə zərərini ölçən olub? Bəlkə əksinə xeyri var, heç bu haqda düşünmüşükmü?





Рейтинг@Mail.ru