Перейти к содержимому

Публикации Ekspert_1982

72 публикаций создано Ekspert_1982 (учитываются публикации только с 11-мая 23)

#32791 Şiələrə suallar

Отправлено автор: Ekspert_1982 17 января 2010 - 21:48 в Şiə-sünni dialoqu

Sual: Nə üçün şiələr həzrət Peyğəmbərin adı çəkiləndə salavat deyir, sünnilər isə demirlər?

Cavab: Qur’anda buyurulur: «Həqiqətən, Allah və onun mələkləri peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər, siz də ona salavat göndərin və layiqincə salamlayın.»[40] Bu ayədən əlavə bir çox rəvayətlərdə müsəlmanlara tapşırılır ki, həzrət Peyğəmbərin (s) adı, ləqəbi və künyəsi deyilərkən salavat göndərsinlər. Sünnilərin ən mö’təbər kitablarından olan «Səhihe Müslimdə» nəql olunur ki, həzrət Peyğəmbər buyurdu: «Müəzzin azan deyəndə azanın cümlələrini onun kimi deyin və mənə salavat göndərin. Həqiqətən, mənə salavat göndərən kəsə Allah on salavat göndərər.»[41]

Buna əsasən də şiələr Peyğəmbərin (s) adı çəkilərkən ona salavat göndərməyi özlərinə vəzifə bilirlər. Sünnə əhli isə hətta azanda Peyğəmbərin adı çəkilərkən salavat çəkməməklə savabdan məhrum olurlar. Bu məhrumiyyət Əhli-beytdən uzaq düşənlərin cəzasıdır.

#30363 Şiələrə suallar

Отправлено автор: Ekspert_1982 06 января 2010 - 21:31 в Şiə-sünni dialoqu

o DUZDURKI iSA PEYGENBER GELECEK?
mene cox maraqlidir,onun Isa oldugunu hardan bileceyik?

Narahat olma! Imanın varsa, mütləq biləcəksən!

#34161 Şiələrə suallar

Отправлено автор: Ekspert_1982 25 января 2010 - 16:49 в Şiə-sünni dialoqu

Bu kitab Mədinədə olarkən yazılmış və sünni mənbələrdən «Səhihe-Buxari», «Səhihe-Müslim kitablarından, «Məscidün-nəbi» kitabxanasından və İbn Bazın yazılarından istifadə edilmişdir. Əvvəlki iki kitabı sünnilər, sonuncunu isə vəhhabilər mö’təbər hesab edirlər.

Sual: Nə üçün şiələr möhürə, daşa, torpağa və ya həsirə səcdə edir, sünnilər isə bunu zəruri saymırlar?

Cavab: Şiə fəqihləri həzrət Peyğəmbər (s) və imamların buyuruqlarına əsasən fətva vermişlər ki, səcdə edilən şey ya torpaq, ya da torpaqdan göyərən və yeməli, geyməli olmayan, mə’dəndən çıxmamış şey olmalıdır. Bir sözlə xalı-xalça və digər dünya malları insanın diqqətini cəlb etdiyindən onun ixlasını azaldır. Belə şeylərə səcdə qadağandır.[56] Möhür heç bir xüsusiyyətə malik olmadığından və onu gəzdirməklə təmizliyə riayət etmək mümkün olduğundan onunla namaz qılmaq münasib bilinmişdir. Şiəlikdə möhürdən əlavə daşa, mərmər döşəməyə, ağaca, həsirə kağıza, gil təsbehə səcdə etmək caizdir. Sünnilər isə hər şeyə, eləcə də xalçaya səcdə etməyi düzgün sayırlar. Onlarda da səcdə yerinə aid şərtlər var. Məsələn, səcdə yeri quru olmalı, yumşaq olmamalıdır.[57]

Məscidün-nəbidə bir vəhhabi dedi: «Nə üçün şiələr məscidin daş döşəməli hissəsində namaz qılırlar? Məgər behişt oradadır.» Cavabında dedim: Əvvəla, şiələr öz fəqihlərinin fətvasına əsasən daş döşəmə üzərində namaz qılırlar. İkincisi, siz də belə etməlisiniz, çünki mö’təbər kitabınız olan «Səhihe Buxari»də nəql olunur ki, Allahın Rəsulu (s) buyurmuşdur: «Yer mənim üçün səcdə və təyəmmüm yeri qərar verilmişdir.»[58] Amma sizin üstündə namaz qıldığınız xalılar yer deyil və siz Allahın rəsulunun göstərişinə əməl etmirsiniz. Bundan əlavə xalılar daim ayaq altında olduğundan onlara səcdə etmək sağlamlığa zərərdir. Mən əlimdəki gil təsbehə səcdə edərəm, amma o çirkli xalçaya yox. Siz də ona səcdə etməyin.

Həmsöhbətim gülümsünüb dedi: «Bizim fiqhimizdə xalıya səcdə etmək caizdir.»

Soruşdum ki, əgər bu xalılar yaş olsa, ona səcdə edərsənmi? Bildirdi ki, xeyr, quru bir tərəfə gedərəm. Dedim ki, məgər həmin quru yer behiştdir?! İşarəmi başa düşüb gülümsündü. Soruşdu ki, bəs nə üçün bə’zi şiələr xalıya səcdə edir? Dedim: onlar siz vəhhabilərin qorxusundan belə edirlər. Bə’zi şiə fəqihlərinin fətvasına görə vəhdəti qorumaq, təfriqədən çəkinmək məqsədi ilə Məkkə və Mədinə kimi yerlərdə xalıya səcdə etmək olar.

Bu izahımdan xoşhal olan həmsöhbətim dedi: «Mən vəhhabi deyiləm, malikiyəm. İşin nə yerdə olduğunu bilmək istəyirdim.» Sonra vəhhabilərə nifrətini bildirdi və dedi ki, onlar təəssübkeş və quru adamlardır.

#34165 Şiələrə suallar

Отправлено автор: Ekspert_1982 25 января 2010 - 16:56 в Şiə-sünni dialoqu

Bu kitab Mədinədə olarkən yazılmış və sünni mənbələrdən «Səhihe-Buxari», «Səhihe-Müslim kitablarından, «Məscidün-nəbi» kitabxanasından və İbn Bazın yazılarından istifadə edilmişdir. Əvvəlki iki kitabı sünnilər, sonuncunu isə vəhhabilər mö’təbər hesab edirlər.

Sual: Nə üçün biz şiələr həzrət Məhəmməd (s) ailəsinə də («ali-Muhəmməd») salavat göndərir, sünnilər isə yalnız Peyğəmbərin (s) özünə salavat göndərməklə kifayətlənirlər?

Cavab: Şiələr bu məsələdə sünnilərin də nəql etdikləri rəvayətə əsaslanırlar. Nəql olunur ki, həzrət Peyğəmbərdən (s) necə salavat göndərmək barədə soruşulduqda buyurdu: «Deyin «əllahummə səlli əla muhəmmədin və ali muhəmməd» Bu rəvayət sünnə əhlinin Qur’andan sonra ən mö’təbər kitabı sayılan «Səhihe Buxari»də nəql olunur.[66] Eyni hədis «Səhihe Müslim» kitabında da nəql edilmişdir.[67] Sünnə əhlinə bütün namazların təşəhhüdündə, meyit namazlarında, Peyğəmbərin (s) ziyarətində, cümə namazının xütbəsində bu şəkildə salavat göndərmək tapşırılır. Dörd sünni məzhəbindən birinin imamı olan Şafei öz şer’ində deyir:

Allahın Rəsulunun Əhli-beytinə

Məhəbbəti Qur’an vacib buyurmuş.

Əhli-beytə salam göndərməyənin

Namazını dərgahından ayırmış

Bu kitab Mədinədə olarkən yazılmış və sünni mənbələrdən «Səhihe-Buxari», «Səhihe-Müslim kitablarından, «Məscidün-nəbi» kitabxanasından və İbn Bazın yazılarından istifadə edilmişdir. Əvvəlki iki kitabı sünnilər, sonuncunu isə vəhhabilər mö’təbər hesab edirlər.

Sünnə əhli də şiələr tək ali-Məhəmmədə salavat göndərməli olduqları halda, bu əmrə yalnız yuxarıda sadalanan hallarda əməl edirlər. Adi halda salavat göndərən sünnə əhli yalnız Peyğəmbərin (s) adını çəkir. Əhli-beyt, xüsusi ilə də həzrət Zəhra haqqındakı hədislərə e’tinasızlıq təəccüb doğurur. «Səhihe Müslimin» müəllifi Müslim ibn Həccac Peyğəmbər (s) ailəsinə, xüsusən də həzrət Fatiməyə (s) məhəbbəti ilə seçilir. O, səhabələrin fəzilətlərindən danışır, hər dəfə onların adını çəkəndə hörmət və «rəziəllahu ənh» işlədir. Müəllif yalnız Fatimənin (s) adını çəkərkən «əleyhəssəlatu vəssəlam» sözlərini qeyd edir.[68] Olsun ki, Müslim ibn Həccac həzrət Peyğəmbərin (s) «Fatimə mənim tənimin yarısıdır» buyuruğunu nəzərə almışdır. Doğrudan da, Qur’an Peyğəmbərə (s) salam göndərməyi əmr edirsə və Fatimə (s) Peyğəmbərin təninin yarısıdırsa, nə üçün ona salam göndərilməməlidir.

İstənilən vəchlə Əhli-beytin adını çəkməməyə çalışan sünnə əhli zəruri yerlərdə bu işə məcbur olduqda ya astadan deyir, ya da səhabələri də əlavə edərək diqqəti yayındırır. Hansı ki, sünni fiqhinə görə Məhəmməd və ali-Məhəmmədə salam göndərmədən ibadətlər və dualar qəbul olunmur.

#30471 Sələfilərə suallar

Отправлено автор: Ekspert_1982 07 января 2010 - 17:07 в Şiə-sünni dialoqu

VVV

qaqaş sualuva cavab verildidə, men pul alan insanları tanıyıram, ozləri də dəfələrlə ağızlarından qaçırıblar. Qaldı ki yazmısan sroçnu pul lazimdi onun üçün də sənə ləzzətli təklif elədim. İndi özün götür qoy elə ......YOX əgər pul da istəmirsənsə ondan da üstün sənə yol deyim .....LƏBBEYK de keç ŞİƏ əqidəsinə haram puldan çəkin həmin o pulları Allah sənə halallıqla qismət eləsin.

qaqaş,sənin təklifin heç ləzzət eləmədi.tanıdığın pul alan insanlardan hər tərəfli öyrənib mənə desən ləzətti olar...

Mən faktla danışmağı xoşlayıram. Burda yazdıqlarım da ya gördüklərimdi, ya da şahidi olduqlarımdı (sözsüz ki, Quran ayələri, hədislər, kitablardakı yazılardan başqa). İndi də bir faktı qeyd edəcəm.

2002-ci ildə məşq edən zaman yanımızda uşaqlar var idi. Yaşları az idi. Namaz qılırdılar (vəhhabi-sələfi namazı). Söhbət əsnasında onlardan biri ağzında qaçırtdı:
"Namaz qılmağıma görə mənə ayda 3 şirvan (şirvanın şirvan vaxtı) pul verirlər". Yanındakı da onu dümsüklədi.........

#33320 Sələfilərə suallar

Отправлено автор: Ekspert_1982 21 января 2010 - 10:39 в Şiə-sünni dialoqu

Axırda sən bunları qaçırdacaqsan buradan, sonra da qaşına-qaşına oturacaqsan burda ki, kimin iynəsini vurasan. Etmə--eləmə! Xahiş mikonəm!

Qardaş, artıq qaçıblar! Eşitməmisən ki, şiələrlə bəhsin haram olması barədə fətva verilib. Çünki bəhs eləyirlər, düşüncə tərzi və imanı olanlar dönüb olurlar şiə, bunların da sırası get-gedə azalır. Hətta müxtəlif vasitələr də kömək eləmir. Ona görə də bəhs haram buyurulub.

#30194 Sələfilərə suallar

Отправлено автор: Ekspert_1982 06 января 2010 - 09:07 в Şiə-sünni dialoqu

Deyəsən mənim suallarım çətin olub....

#23097 Sələfilərə suallar

Отправлено автор: Ekspert_1982 14 ноября 2009 - 11:51 в Şiə-sünni dialoqu

Hə qardaşlar... Bir neçə sual da mən verim...

1. Nəyə görə Abdulvahhabın adı, dövrünün 800 aliminin arasında yoxdur.

2. Qəbir ziyarəti niyə şirkdir?

3. Niyə Quran ayələrindən qaçıb, hədisə üstünlük verirsiz?

Hələlik bu qədər.....

#30686 Sələfilərə suallar

Отправлено автор: Ekspert_1982 08 января 2010 - 12:27 в Şiə-sünni dialoqu

mesheni canavar terk edende orda cakkallar ulashar...
................................................................................
..............

Subhani
guya sen mende sevh tapdin?Diffetklerini gormursen opecatlakari gorursen?,gerek sene yalvarmaga bashlayimki meni ban etmeyesen,yoxsa deli olaram..
................................................................................
......................
_MOLLA_
sene deim axi danishma!,sen yenede danishdin?!:D,siz ne dilinde basha dushursunuz bilmirem..
10 defedirki deyirem vahabi deyilem,kor tuttugunu buraxmayandakimi sizde ele dediyinizi buraxmirsiniz..
bele eminsen Vahabi oldugumdan?..Inandigin allaha and verki vahabiyem!,men verdimki Deyilem!,indi Allah hemin adamin cezasini versin!..
ewwi,men kime ne deyirem eeeeeeeee,kora yolmu gosterirem?
................................................................................
.........................................................................
Şair
sair ne tez qocaldin sen...
................................................................................
................................................................................
.
...
Ekspert_1982

mende faktlari xoshlayiram..
siz ogeder adam taniyirsinizki pulla dine gelenleri,ne olarki bir fakt kimi onlari cagirasiniz ve oz dillerinden eshidek bu sozleri..
sadece gelsin ve desinki-men filan mebleqde pul almisham namaz qilmagima gore.!.
yoxsa sen dediyin fakt deyil...efsaneder...,yox, hec efsanede deyil,nagildir!..
senin duz ve ya yalan danishdigini kim subut eder?
mende faktlar xoshlayiram..
................................................................................
................................................................................
.
................
ne ise..
sizinla yaxshi idi,sizsiz darixacam..,ozunuze baxin..
................................................................................
................
birde imkaniviz olsa реклама запрещена-da olana movzuya bash cekin..

<a href="http://forum.реклама запрещена/index.php?showtopic=72028" target="_blank">http://forum.реклама запрещена/index.php?showtopic=72028</a>

mene sizin fikriniz vacimdir..
Assalamu Aleykum Varahmatulah

Ay MOLLAdeyən! Allahıma and olsun ki, mən olmuş əhvalatı yazdım! Sən də Allah and iç ki, bu nağıldı!

Birdə ki, o uşaq idi ağzından təsadüfən qaçırtdı. Mən dəvət eləsəm, guya gəlib deyəcəklər ki, namaz qıldığına görə pul alır?

#27234 Sələfilərə suallar

Отправлено автор: Ekspert_1982 15 декабря 2009 - 22:18 в Şiə-sünni dialoqu

Niyə Azərbaycanda 2001-ci ilə kimi şiə-sünnü söhbəti ötəri idi, amma 2001-ci ildən sonra, yəni əhli sünnə adı altında sələfilik-vəhabilik yayılandan sonra bu məsələ aktuallaşdı?

Bir-birinə fərq qoymayan, dostluq edən, bir-birinin yaxşı və pis günündə bir yerdə olan, hətta bir yerdə namaz qılan şiə və sünnülər niyə sələfilik-vəhabilik gələndən sonra az qala düşmən oldular?

Niyə Azərbaycanda görünməmiş bir hadisə, yəni məscid partladılması, özü də Əbu Bəkr məscidinin partladılması baş verdi?

Nəyə görə baş verən hər qanlı terrorun altından sələfilik-vəhabilik çıxır?

Niyə? Niyə? Niyə?

#28179 Allahı görmək olarmı?

Отправлено автор: Ekspert_1982 23 декабря 2009 - 01:13 в Şiə-sünni dialoqu

Bir dəfə yazmışdım, yenə də yazıram.

Əl-Ənam surəsi, 103-cü ayə:
Gözlər onu görüb dərk etməz, o gözləri dərk edər!

Bu o dəməkdir ki, gözlər onu görsə də dərk edə bilməz, ona görə də görməyəcək!

Ayənin sonrasında isə buyurulur:
O lətifdir (cismlikdən uzaqdır).

Cismlikdən uzaq nə deməkdir? Yəni əhli sünnə qardaşların dediyi kimi, Allahın ayağı və ya əli yoxdu! Əgər varsa, onda cism sayılır. Əgər cism sayılırsa, nəyə görə Allah cismlikdən uzaq olduğunu deyir? Bunu iddia etmək Quranın əksinə getmək deməkdir! Bir ayəni qəbul etməyən, bütün ayələri qəbul etməmiş sayılır.

Cism nədir? Eni, uzunu, hündürlüyü olan şeyə cism deyilir. Yəni maddiyyat, yəni gözlə görünən! Materialist-ateist alimləri belədir. Görəsən daha kim belə fikirləşir?

#27238 Allahı görmək olarmı?

Отправлено автор: Ekspert_1982 15 декабря 2009 - 22:30 в Şiə-sünni dialoqu

Əl-Ənam surəsi, 103-cü ayə:
Gözlər onu görüb dərk etməz, o gözləri dərk edər!

Bu o dəməkdir ki, gözlər onu görsə də dərk edə bilməz, ona görə də görməyəcək!

Ayənin sonrasında isə buyurulur:
O lətifdir (cismlikdən uzaqdır).

Cismlikdən uzaq nə deməkdir? Yəni əhli sünnə qardaşların dediyi kimi, Allahın ayağı və ya əli yoxdu! Əgər varsa, onda cism sayılır. Əgər cism sayılırsa, nəyə görə Allah cismlikdən uzaq olduğunu deyir? Bunu iddia etmək Quranın əksinə getmək deməkdir! Bir ayəni qəbul etməyən, bütün ayələri qəbul etməmiş sayılır.

Cism nədir? Eni, uzunu, hündürlüyü olan şeyə cism deyilir. Yəni maddiyyat, yəni gözlə görünən! Materialist-ateist alimləri belədir. Görəsən daha kim belə fikirləşir?

#27478 Vəhabilik.

Отправлено автор: Ekspert_1982 17 декабря 2009 - 01:17 в Şiə-sünni dialoqu

Salam aleykum!

Bura daxil olan və namaz qılmayan insanlar üçün "VƏHHABİLƏR" haqqında bir-iki kəlmə yazmaq istəyirəm ki, təkamülə varsınlar!

Deməli belə.
Ümumiyyətlə Azərbaycanda, 2001-ci ilə kimi sünnü-şiə söhbəti ötəri idi. Hamı bir-birini qəbul edir, dostlaşır və birlikdə namaz qılırdı. Ta ki, 2001-ci ilə kimi!
2001-ci ildən bu yana, çoxdan (konkret desək 1998-ci ildən) gözlənilən planın 2-ci mərhələsi həyata keçirilməyə başladı. 1-ci mərhələ "QAMƏT" kimi pul qulu tapmaq idi. Onu eləmişdilər. 2-ci mərhələdə sosial, yəni maddi cəhətdən çətin vəziyyətdə olan şəxsləri pul və iş yeri vasitəsilə "VƏHHABİLİYƏ" cəlb etmək idi. Bu da hardasa uğurla nəticələndi. Çünki savadı, əqidəsi və pulu az olanlar bu firqəyə üz tutdular. 3-cü mərhələ isə, ərəb dilini bilən, "VƏHHABİLƏRİN" düşünən beyinlərindən sayılanların təbliğatı idi. Bu nədən ibarətdir. Şirin dillə İslamın gözəlliyindən danışılır, ora-bura .rılır, psixoloji olaraq təzyiq olunur. Daha sonra Amerikada icad edilən yazı gipnozundan, yəni "NLP" adlı vasitədən istifadə edilir. Amerikada kəşf edildikdən sonra Ərəbistana ötürülən bu gipnoz növü, elə ordan da Azərbaycana gəldi. NLP o deməkdir ki, oxuduğun kitab səni gipnoz edir. Yəni sözlər və cümlələr elə qurulur ki, birbaşa beyinə təsir edir. Bütün bunlardan sonra, əqidə əsasları əvəzinə fiqh elmi öyrədilir. Əslində isə əqidə əsasları əvvəl, daha sonra isə fiqh öyrədilməlidir. Bu da sona yetdikdə, Abdulvahhabın kitabını verirlər ki, ala oxu, Allahın təkliyindən danışılır. Dini savadı olmayan da onu götürür, fikirləşir ki, burda pis nə var ki, Allahın təkliyindən danışılır da! Bu da axırıncı mərhələ, artıq yeni bir "VƏHHABİ" hazırdır. Eyni zamanda özləri batil əqidə ola-ola, başqalarına rafizi deyirlər. Pul, iş yeri, gipnoz və sairə vasitələr ilə namaza gələn insanların halını özünüz fikirləşin!
2001-ci ildən bu yana, "VƏHHABİLƏR" təşrif buyuran vaxtdan Azərbaycanda şiə-sünnü söhbəti aktuallaşdı. Lakin bir şey var ki, bunlar "ƏHLİ SÜNNƏ" deyillər. "ƏHLİ SÜNNƏ" belə olmur. Bunlar bir azdan başı yuxarı gəzməyi də haram, şirk sayacaqlar.....
Ey müsəlmanlar! Diqqətli olun! Əvvəl Quran, sonra isə başqa kitab oxuyun! Uymayın yalançı, uydurma hədislərə. Hər şeyə sözlə deyil, dərrakə ilə, Allah elmi ilə münasibət göstərin. Aldanmayın şirin vədlərə. AMİN!

Oxuyanların hamısına təşəkkür. Oxuyub fikirləşənlərə 2 dəfə təşəkkür.

Vaxtıvızı aldığıma görə, haqqınızı halal edin! Allaha əmanət olun!

#33551 Vəhabilik.

Отправлено автор: Ekspert_1982 22 января 2010 - 10:37 в Şiə-sünni dialoqu

mən də etibarlı adamam,sənə nəsə desəm inanacagsan?

Adam bir şey deyəndə və ya yazanda, düşünməlidi. Deyəsən tərəfini saxladığın, bəlkə də üzvü olduğun məzhəbin nümayəndəsi kimi səndə də məntiq haramdır. Düşünmək sizin məzhəbdə yoxdu?

1. Onu sən deyirsən ki, etibarlı adamsan! Mən ki səni tanımıram, hardan bilim ki, sən etibarlı adamsan?

2. Mən etibarlı adamlar deyəndə, sınanmışlardan və savadlı qardaşlardan danışıram. Sən sınanmamısan və savadın da hələ ki görünmür.

3. Etibarlı ola bilərsən, bunu inkar etmirəm. Amma bunu sən yox, başqası deməli idi! Burda artıq təkəbbürlüyə yol verdin. Şeytan (iblis) təkəbbürlük etdiyinə görə cənnətdən cəhənnəmə vasil oldu.

mən sənə belə yazıram ki,sən başa düşəsən ki,belə əsas gətirmək olmaz.mən heç səni tanımıram,hələ galsın ki,tanışlarıvı

mənim etibarlı olduğum-olmadığımı məni tanıdığım adamlardan öyrənə bilərsən.lazım olsa calaşdıra bilərəm sizi...

bir də mövzudan kənar sual:özün özünü tərifləmək təkəbbürlüy sayılır?

Bəli! Əgər qeyri-ibadətdəndirsə təkəbbürlük sayılır!

#34154 Vəhabilik.

Отправлено автор: Ekspert_1982 25 января 2010 - 16:27 в Şiə-sünni dialoqu

bəzi kitablarda Həzrət Əlininin (A.r.o) özünü tərifləməsinə munasibətin necədir?

Sən və sənin kimilər öz batil və məntiqsiz suallarınızla adamı imandan çıxararsız!

Mən başa düşə bilmirəm, sən mənim yazdıqlarımı yaxından oxuyursan, yoxsa uzaqdan? Ağılnan oxuyursan, yoxsa ağılsız? Azərbaycan dilini bilirsən, yoxsa yox? Ay bala! Mən dedim axı: "Əgər qeyri-ibadətdəndirsə təkəbbürlük sayılır". İmam Əlinin (ə) tərifləri ona bəxş edilmiş üstünlüklərdir. Bu tərif ibadətli tərifdir. Hansı ki, burda Allahın nemətlərindən söhbət gedir.

Burda hava-həvəslə danışma. Əvvəl oxu, sonra fikirləş, cümlələri "rastamoşka" elə, sonra da yaz!

#47091 Vəhabilik.

Отправлено автор: Ekspert_1982 07 апреля 2010 - 01:26 в Şiə-sünni dialoqu

Onsuz da İslamın dünyada terrorizm mənbəyi kimi qələmə verilməsi, xüsusi orqanların əməklərinin nəticəsidir. Hansı ki, vəhhabilər bu nəticənin 95%-ni təşkil edir. Hələ başa düşmürlər ki, onları kamikadzeliyə yollayan "rəhbərlər", İslamın gözdən salınması üçün təlim keçmiş agentlərdir.

#28177 Vəhabilik.

Отправлено автор: Ekspert_1982 23 декабря 2009 - 00:55 в Şiə-sünni dialoqu

2001-ci ildən bu yana, çoxdan (konkret desək 1998-ci ildən) gözlənilən planın 2-ci mərhələsi həyata keçirilməyə başladı. 1-ci mərhələ "QAMƏT" kimi pul qulu tapmaq idi. Onu eləmişdilər. 2-ci mərhələdə sosial, yəni maddi cəhətdən çətin vəziyyətdə olan şəxsləri pul və iş yeri vasitəsilə "VƏHHABİLİYƏ" cəlb etmək idi.

Vahabilere pul vermirler.Yalan sohbetdi.Pul verilenler bahailer ve xristian sektalaridir.

Pul vermirlər? Sən mənim yazdığımı ya tam oxumamısan, ya da sərf edən hissəsinə cavab yazmısan.

2002-ci ildə bir uşaq söhbət zamanı ağzından qaçırtdı: "Mənim namaz qılmağıma görə mənə ayda 3 şirvan pul verirlər".

#31505 Vəhabilik.

Отправлено автор: Ekspert_1982 13 января 2010 - 12:55 в Şiə-sünni dialoqu

sənin öz nöqteyi nəzərin yoxdur?yoxsa sən bu kitabı heç oxumamısan, kiminsə dilinnən deyirsen ki düz deyil?

Mən öz nöqteyi-nəzərimi yazanda, sən qarnını tutub "gülməkdən cırıldın". Nə qədər çalışıram iynə-sap tapa bilmirəm!

lap məktəb illəri yadıma düşdü,1-ci 2-ci siniflər...

Əsas məsələlərdən biri də odur ki, Abdulvahhab kitabında 1 mənaya gəlib çatır: "Bizdən (yəni vəhhabilik) başqası kafirdir, ölümə məhkumdu".

Mənə bir şey maraqlıdı! Dövrünün 800 aliminin siyahısında, bu "ağıllı" adam, dəhşətli dərəcədə "islamı sevən" insan niyə yoxdu. Halbuki, Atası Vahhab və qardaşı Süleymanın adı o siyahıdadı. Niyə???

oxumamısan de oxumamışam,səni nə asan var nə də kəsən

Əvvəla sənin neçənci sinifdə oxumağıvı bilmirəm! Sonra isə etdiyin söhbətin cavabı 1-ci və 2-ci sinifin səviyəsində olduğuna görə yadıva köhnə illərin düşür!

Eyni zamanda yaxşı ki, sən məni tanımırsan! Tanısan asıb-kəsməkdən danışmarsan!

Sonda onu da deyim ki, Abdulvahhabla bağlı verdiyim sualın cavabını tapdın? Fırlatmadan cavab istəyirəm.....

#28178 Vəhabilik.

Отправлено автор: Ekspert_1982 23 декабря 2009 - 01:06 в Şiə-sünni dialoqu

Onlarin hedislerinde var ki,Muhammed qebrin ustunde bina tikene lenet edib.Bu hedisler uydurma ola biler?Qebrin ustunde bina tikmemek kimin maraqinda ola biler ki,bele bir hedisler uydursun.Mence duzdur.Muselmanlar get gede xristian ve yehudilere oxshayiblar.Esasen de shie ve sufilerin timsalinda bu bariz gorsenir.

Hədis? Mən sənə daha güclü mənbə gətirirəm Qurandan:
Ər-Kəhf (Mağara) surəsi, 21-ci ayə ------ "(İnsanları-Tərsusun əhalisini) onların halı ilə beləcə tanış etdik ki, Allahın (məxluqatın öləndən sonra diriləcəyi haqqındakı) və’dinin doğru olduğunu və qiyamətin qopacağına əsla şübhə olmadığını bilsinlər. O zaman (Tərsusdakı mö’minlər və kafirlər) öz aralarında onların (əshabi-kəhfin) işi (və ya insanın öləndən sonra dirilib-dirilməyəcəyi, dirilmənin yalnız ruhla, yaxud ruh və bədənlə birlikdə olacağı kimi dini məsələlər) barəsində mübahisə edirlər. (Nəhayət, əshabi-kəhf öldükdən sonra kafirlər) dedilər: "Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə e’tiqad etdiyini) daha yaxşı bilir!" Onların (əshabi-kəhfin) haqqındakı mübahisədə qalib gələnlər (mö’minlər) isə: "Onların (məzarı) üstündə (Allaha ibadət etmək məqsədilə) bir məscid tikəcəyik!" - dedilər.

İndi özün fikirləş. Allah bu ayədə qəbrin üstündə ibadət məqsədilə məscid tikməyi mədh eləyir. Hansı insanda curət çatır ki, bunu inkar edib şirk adlandırsın?!

Hədis istəyirsən? Bu da sənə Məhəmməd (s.a.a.s) peyğəmbərdən səhih hədis: "Hansı hədis ki,Quranı təsdiqləmir və ya onun əksinədirsə, həmin hədisi çırpın divara".
İndi bil ki, onların hədisləri səhih hədis deyil. Çünki Quranın əksinədir. Əgər onların olduğu yoldasansa, tezliklə qayıt. Əgər deyilsənsə, diqqətli ol, özüvü çirkaba salma.

Allah köməyimizdə olsun! Amin!

#30366 Vəhabilik.

Отправлено автор: Ekspert_1982 06 января 2010 - 21:37 в Şiə-sünni dialoqu

Allah senden razi olsun,bir yonlu melumat vermesende,yeterice gulush verdin:):umora::)
senin yazdiqlarina hegigetende bisavadlar inanar!:lol:
yenede sag ol..(melumata gore,nezerde tutariqki gipnoza dushmeyek..)..telepartaciya etmirler tesadufen?:lol:

Ay yazıq! Bütün forumçular sənə gülür, sən kimə gülürsən? Gülürsən ki, sən də o gündəsən?

Gözlərivi aç yaxşı-yaxşı oxu! Sənin tərəfində durduğun məzhəb, yəni vəhhabilik bura ayaq basandan sonra, Azərbaycanda görünməmiş şeylər baş verdi. Get bunları fikirləş və ağla. Ağla ki, bu qədər bidətin içində mən nəyə gülürəm? Özüvə sual ver. Get güzgüyə bax, bəlkə adam cildində olduğunu başa düşdün.

#31217 Vəhabilik.

Отправлено автор: Ekspert_1982 11 января 2010 - 21:30 в Şiə-sünni dialoqu

sənin öz nöqteyi nəzərin yoxdur?yoxsa sən bu kitabı heç oxumamısan, kiminsə dilinnən deyirsen ki düz deyil?

Mən öz nöqteyi-nəzərimi yazanda, sən qarnını tutub "gülməkdən cırıldın". Nə qədər çalışıram iynə-sap tapa bilmirəm!

Əsas məsələlərdən biri də odur ki, Abdulvahhab kitabında 1 mənaya gəlib çatır: "Bizdən (yəni vəhhabilik) başqası kafirdir, ölümə məhkumdu".

Mənə bir şey maraqlıdı! Dövrünün 800 aliminin siyahısında, bu "ağıllı" adam, dəhşətli dərəcədə "islamı sevən" insan niyə yoxdu. Halbuki, Atası Vahhab və qardaşı Süleymanın adı o siyahıdadı. Niyə???

#31308 Vəhabilik.

Отправлено автор: Ekspert_1982 12 января 2010 - 12:18 в Şiə-sünni dialoqu

Buna bizim mahalda "vəhhabi ağacı" deyirlər. Vəhhabi şəcərəsi. Xoşum gəldi bu şəkildən.

Изображение

Diqqətlə şəkilin yuxarısına baxanda, MASONLARIN işarəsinə rast gəlirik!!!

#30016 Vəhabilik.

Отправлено автор: Ekspert_1982 05 января 2010 - 10:13 в Şiə-sünni dialoqu

Bismillah.

Salam aleykum!

Bura daxil olan və namaz qılmayan insanlar üçün "VƏHHABİLƏR" haqqında bir-iki kəlmə yazmaq istəyirəm ki, təkamülə varsınlar!

Deməli belə.
Ümumiyyətlə Azərbaycanda, 2001-ci ilə kimi sünnü-şiə söhbəti ötəri idi. Hamı bir-birini qəbul edir, dostlaşır və birlikdə namaz qılırdı. Ta ki, 2001-ci ilə kimi!
2001-ci ildən bu yana, çoxdan (konkret desək 1998-ci ildən) gözlənilən planın 2-ci mərhələsi həyata keçirilməyə başladı. 1-ci mərhələ "QAMƏT" kimi pul qulu tapmaq idi. Onu eləmişdilər. 2-ci mərhələdə sosial, yəni maddi cəhətdən çətin vəziyyətdə olan şəxsləri pul və iş yeri vasitəsilə "VƏHHABİLİYƏ" cəlb etmək idi. Bu da hardasa uğurla nəticələndi. Çünki savadı, əqidəsi və pulu az olanlar bu firqəyə üz tutdular. 3-cü mərhələ isə, ərəb dilini bilən, "VƏHHABİLƏRİN" düşünən beyinlərindən sayılanların təbliğatı idi. Bu nədən ibarətdir. Şirin dillə İslamın gözəlliyindən danışılır, ora-bura .rılır, psixoloji olaraq təzyiq olunur. Daha sonra Amerikada icad edilən yazı gipnozundan, yəni "NLP" adlı vasitədən istifadə edilir. Amerikada kəşf edildikdən sonra Ərəbistana ötürülən bu gipnoz növü, elə ordan da Azərbaycana gəldi. NLP o deməkdir ki, oxuduğun kitab səni gipnoz edir. Yəni sözlər və cümlələr elə qurulur ki, birbaşa beyinə təsir edir. Bütün bunlardan sonra, əqidə əsasları əvəzinə fiqh elmi öyrədilir. Əslində isə əqidə əsasları əvvəl, daha sonra isə fiqh öyrədilməlidir. Bu da sona yetdikdə, Abdulvahhabın kitabını verirlər ki, ala oxu, Allahın təkliyindən danışılır. Dini savadı olmayan da onu götürür, fikirləşir ki, burda pis nə var ki, Allahın təkliyindən danışılır da! Bu da axırıncı mərhələ, artıq yeni bir "VƏHHABİ" hazırdır. Eyni zamanda özləri batil əqidə ola-ola, başqalarına rafizi deyirlər. Pul, iş yeri, gipnoz və sairə vasitələr ilə namaza gələn insanların halını özünüz fikirləşin!
2001-ci ildən bu yana, "VƏHHABİLƏR" təşrif buyuran vaxtdan Azərbaycanda şiə-sünnü söhbəti aktuallaşdı. Lakin bir şey var ki, bunlar "ƏHLİ SÜNNƏ" deyillər. "ƏHLİ SÜNNƏ" belə olmur. Bunlar bir azdan başı yuxarı gəzməyi də haram, şirk sayacaqlar.....
Ey müsəlmanlar! Diqqətli olun! Əvvəl Quran, sonra isə başqa kitab oxuyun! Uymayın yalançı, uydurma hədislərə. Hər şeyə sözlə deyil, dərrakə ilə, Allah elmi ilə münasibət göstərin. Aldanmayın şirin vədlərə. AMİN!

Oxuyanların hamısına təşəkkür. Oxuyub fikirləşənlərə 2 dəfə təşəkkür.

Vaxtıvızı aldığıma görə, haqqınızı halal edin! Allaha əmanət olun!

#31314 Vəhabilik.

Отправлено автор: Ekspert_1982 12 января 2010 - 12:34 в Şiə-sünni dialoqu

Qardaş bu şəkli görmüşəm! Şəkilin ortasına 5 ulduz yerləşdirəndə, mason sözü əmələ gəlir.

#32781 Vəhabilik.

Отправлено автор: Ekspert_1982 17 января 2010 - 21:10 в Şiə-sünni dialoqu

sənin öz nöqteyi nəzərin yoxdur?yoxsa sən bu kitabı heç oxumamısan, kiminsə dilinnən deyirsen ki düz deyil?

Mən öz nöqteyi-nəzərimi yazanda, sən qarnını tutub "gülməkdən cırıldın". Nə qədər çalışıram iynə-sap tapa bilmirəm!

lap məktəb illəri yadıma düşdü,1-ci 2-ci siniflər...

sənin öz nöqteyi nəzərin yoxdur?yoxsa sən bu kitabı heç oxumamısan, kiminsə dilinnən deyirsen ki düz deyil?

Mən öz nöqteyi-nəzərimi yazanda, sən qarnını tutub "gülməkdən cırıldın". Nə qədər çalışıram iynə-sap tapa bilmirəm!

Əsas məsələlərdən biri də odur ki, Abdulvahhab kitabında 1 mənaya gəlib çatır: "Bizdən (yəni vəhhabilik) başqası kafirdir, ölümə məhkumdu".

Mənə bir şey maraqlıdı! Dövrünün 800 aliminin siyahısında, bu "ağıllı" adam, dəhşətli dərəcədə "islamı sevən" insan niyə yoxdu. Halbuki, Atası Vahhab və qardaşı Süleymanın adı o siyahıdadı. Niyə???

oxumamısan de oxumamışam,səni nə asan var nə də kəsən

Əvvəla sənin neçənci sinifdə oxumağıvı bilmirəm! Sonra isə etdiyin söhbətin cavabı 1-ci və 2-ci sinifin səviyəsində olduğuna görə yadıva köhnə illərin düşür!

Eyni zamanda yaxşı ki, sən məni tanımırsan! Tanısan asıb-kəsməkdən danışmarsan!

Sonda onu da deyim ki, Abdulvahhabla bağlı verdiyim sualın cavabını tapdın? Fırlatmadan cavab istəyirəm.....

sən mənə konkret cavab ver,bu kitabı oxumusan ya yox?

inşaallah,bu məsələni bağlayag,keçərik başqa suallara...

Bilmək istəyirsənsə, oxumamışam və hələ ki, oxumaq fikrində deyiləm! Çünki hələ daha vacib kitablar var. İnşaalah səni də tanış eliyərəm! Tələsmə! Qardaşlardan eşitdiklərimi, gördüklərimi və şahidi olduğum şeyləri yazmışam.

Bağla deyirsən bağlayaq. Sual istəyirsən? Onu da təşkil eliyərik.....

bax,bu başqa məsələ.bu kitabı oxumayana qədər M.ibn-abdulWahhabın əqidəsini muzakirə edə bilməyəcəksən.yaxşı olar ki,bu söhbətə girişməyəsən.

eşitməyə galsa,mən o qədər şey eşitmişəm...

Baxır eşitdiyin mənbəyə. Səni bilmirəm, mən etibarlı qardaşlardan eşitmişəm!

Рейтинг@Mail.ru