Qiyamət günündən sonra.Yəni cəza çəkdikdən sonra cəhənnəmdən çıxıb cənnətə daxil olacaqlar...
İnsan dünyasını dəyişdikdən sonra bərzəx həyatını yaşayacaqdır. Məsələn indi ölü sayılanlar (bərzəxdə) bizim kimi (diri olanlar kimi) Qiyamət gününü gözləyirlər. Həmin gün hələ yetişməyib. Qiyamət günü bütün canlılar öləcəkdir. Sonra o saat hamı Allahın istəyi ilə diriləcəkdir. Kimi əbədi olaraq cənnətə, kimi cəhənnəmə yollanacaqdır. Bir qismi, cəhənnəmə düşüb, ordan təzədən cıxarılıb cənnətə düşəcəkdir.
Bərzəx həyatı - qəbir həyatıdır. Orda da genişlik, mükafat, əzab vardır. Amma bu müvəqəti həyatdır.