Перейти к содержимому


Публикации RahilMR

57 публикаций создано RahilMR (учитываются публикации только с 28-апреля 23)



#75693 Şiələrə suallar

Отправлено автор: RahilMR 24 июня 2011 - 10:09 в Şiə-sünni dialoqu

Salam aleykum və rəhmətullah.
Hər ikisi doğrudur. Əsas olan odur ki, mən bilirəm ki, hacətim Allahdan qeyrisinin iradəsi ilə gerçək olan deyil.

Bu ona bənzəyir ki,
bir bulaq var. suyu axır, arx vasitəsilə gəlir bir qədər kənara, və mən gedib arxdan su içirəm.
DİQQƏT EDİN!
mən suyu arxdan içirəm, amma bilirəm ki, bulaqsız o arx quruyar. nəinki mənə su verə bilməz, hətta özü belə suya həsrət qalar.
mənə suyu hasil edən arx yox, bulaqdır. arx bir vasitədir.

Allah göylərin və yerin nurudur. Hər xeyir Ondandır.

Məncə bu misal kifayətdir, İNŞALLAH.



#75833 Şiələrə suallar

Отправлено автор: RahilMR 27 июня 2011 - 14:42 в Şiə-sünni dialoqu




#81081 Şiələrə suallar

Отправлено автор: RahilMR 24 сентября 2011 - 14:37 в Şiə-sünni dialoqu

buna deyirler "geldik cixdiq tupike"
1.bura shiyeler sual bolumudur,zehmet cekin cavab verin, "sahibi zaman"sozunun insana aid edilmesi siz shiyelerin ishidir. bu iddianiza qurandan subut isteyirem.bilmirsinizse kecek o biri suala.
2. men demishem terbiyesizlere cavab yazmiram. hec cavab verilecek bir sualda gormurem.mene heleki yazilanlar yersiz sozlerdir.bir de tekrarlayiram siz shiyelere-SAHIBI ZAMAN-in dediyiniz 12-ci imam oldugunu quranla subut edin.


Bu suallara qurandan dəlil var.
Amma əvvəl sənə verilən suala cavab ver, sonra.



#76345 Şiələrə suallar

Отправлено автор: RahilMR 05 июля 2011 - 16:27 в Şiə-sünni dialoqu


Abu zeydin nağıllarından yenə yerləşdir də nə olar.
Udquna-udquna danışsın, biz də qulaq asaq.

Onun kimilərini çox görmüşəm. Ya elmsizin birini oturdurlar qabaqlarına, dəlil sübutu yığıb tökürlər. o yazıq da heç bilmir söhbət nədən gedir. başını tavlayıb hə hə deyir.
Ya da öz tanışlarından birinə danışırlar. Sonra da verirlər publikaya ki, HƏƏƏƏ şiələrin "BÖYÜK" alimini Abu zeyd bağladı.
Öz aramızdı yaxşı metoddur.
Amma kişiyə (yəni şiəyə) yaraşmaz. Çünki şiənin mövlası Əli(ə) elə olmayıb.
Abu Zeydin mövlası muaviyyə isə.......



#75641 Şiələrə suallar

Отправлено автор: RahilMR 21 июня 2011 - 11:28 в Şiə-sünni dialoqu

Əraf surəsi 172,173,174-cü ayələrin "Əl Mizan" təfsirində.
Xatırladıram ki "Əl Mizan" təfsirindən geniş və mənalı təfsir hələ yazılmayıb !!!
Türkcə olduğu üçün də üzr istəyirəm.



Forumun qaydalarına əsasən mövzularda uzun materialların (kopi-peystlərin) yerləşdirilməsi qadağandır. Onlara ya link verilməli, ya da foruma yüklənməlidir (attach).



#75646 Şiələrə suallar

Отправлено автор: RahilMR 21 июня 2011 - 15:34 в Şiə-sünni dialoqu

Əraf surəsi 172,173,174-cü ayələr "Əl Mizan" təfsirində.

Прикрепленные файлы




#75611 Şiələrə suallar

Отправлено автор: RahilMR 20 июня 2011 - 13:03 в Şiə-sünni dialoqu

Allahin Salami ve Rehmeti Olsunher bir muselmanin uzerine.
Allahin izni ile haqq axtarmaqa davam.
Shiye teriqetinde bezi mqamlar var ki meni chox chekindirir. Bunlardan en esaslarindan biri ile bashlayim. Xahish edirem shiyelikde Imamlardan (e) ve Peyqemberimizden (s) nese istemek meselesini izah edesiniz. Ehli Sunneden qardashlar bir neche Quran ayesi getirerek bunun kufr olduqunu bildirir. teessuf ki ayeler yadma gelmir. Bu barede hyazir bir meqale ve ya hetta kitab nese hazir bir material varsa xahish edirem verin oxuyum. Sizleri chox eziyyete salmaq istemirem. INSHALLAH olmesek qalsaq hele suallar davam edecek. Allah komeyiniz olsn


Şirk


Qarşı cərgədəkinin yançağına səcdə eləmək caizdir, amma Allah üçün alnı torpağa qoymaq şirkdir?
Və yaxud da Əbu Hənifənin dediyi kimi ayaqqabıya ibadət caizdir, amma Allah üçün torpağa səcdə yox?

"Əbu Hənifə deyir ki, bir şəxs ayaqqabıya ibadət edib Allaha yaxınlaşa bilirsə, bunda heç bir eyb yoxdur."
Xətib Bağdadi - Bağdadın tarixi, səh. 4900

http://az.313news.ne...icle/a-103.html



#75640 Şiələrə suallar

Отправлено автор: RahilMR 21 июня 2011 - 11:19 в Şiə-sünni dialoqu

Allahin Salami ve Rehmeti Olsunher bir muselmanin uzerine.
Allahin izni ile haqq axtarmaqa davam.
Shiye teriqetinde bezi mqamlar var ki meni chox chekindirir. Bunlardan en esaslarindan biri ile bashlayim. Xahish edirem shiyelikde Imamlardan (e) ve Peyqemberimizden (s) nese istemek meselesini izah edesiniz. Ehli Sunneden qardashlar bir neche Quran ayesi getirerek bunun kufr olduqunu bildirir. teessuf ki ayeler yadma gelmir. Bu barede hyazir bir meqale ve ya hetta kitab nese hazir bir material varsa xahish edirem verin oxuyum. Sizleri chox eziyyete salmaq istemirem. INSHALLAH olmesek qalsaq hele suallar davam edecek. Allah komeyiniz olsn


Şirk


Qarşı cərgədəkinin yançağına səcdə eləmək caizdir, amma Allah üçün alnı torpağa qoymaq şirkdir?
Və yaxud da Əbu Hənifənin dediyi kimi ayaqqabıya ibadət caizdir, amma Allah üçün torpağa səcdə yox?

"Əbu Hənifə deyir ki, bir şəxs ayaqqabıya ibadət edib Allaha yaxınlaşa bilirsə, bunda heç bir eyb yoxdur."
Xətib Bağdadi - Bağdadın tarixi, səh. 4900

http://az.313news.ne...icle/a-103.html


Hamıdan çox-çox üzr istəyirəm. mən bunu başqa forumda yazacaqdım sehven bura yazmışam.
Haqqınızı halal edin !!!



#75609 Şiələrə suallar

Отправлено автор: RahilMR 20 июня 2011 - 11:55 в Şiə-sünni dialoqu

Allahin Salami ve Rehmeti Olsunher bir muselmanin uzerine.
Allahin izni ile haqq axtarmaqa davam.
Shiye teriqetinde bezi mqamlar var ki meni chox chekindirir. Bunlardan en esaslarindan biri ile bashlayim. Xahish edirem shiyelikde Imamlardan (e) ve Peyqemberimizden (s) nese istemek meselesini izah edesiniz. Ehli Sunneden qardashlar bir neche Quran ayesi getirerek bunun kufr olduqunu bildirir. teessuf ki ayeler yadma gelmir. Bu barede hyazir bir meqale ve ya hetta kitab nese hazir bir material varsa xahish edirem verin oxuyum. Sizleri chox eziyyete salmaq istemirem. INSHALLAH olmesek qalsaq hele suallar davam edecek. Allah komeyiniz olsn


Allahın salamı, rəhməti və bərəkəti olsun haqqı axtaran, gördükdə inkar etməyən qövmə.

Mənim əziz qardaşlarım. Bu məsələdə çox incə bir nöqtə var ki, bunu mütləq vurğulamaq lazımdır.
İstər Peyğəmbər olsun, istər imam, istərsə də Allah övliyalarından hər hansı biri və yaxud adi bir insan Allahu Təalanın iradəsi xaricində, yəni müstəqil formada heç bir şey etməyə qüdrəti çatmaz!

Aydındır ki, hərgah bir insan başqasından kömək istəsə, o da həmin işi yerinə yetirməyə qadir olsa onda bu qüdrət iki cür təsəvvür olur:
1-Bəzən bu qüdrət maddi və təbii qüvvələr çərçivəsində olur. Məsələn, bir şəxs başqasından ona bir qab su verməsini istəyir.
2-Bəzən bu qüdrət qeybi qüdrət olur, maddi və təbii qüvvələrin fövqündə və onlardan xaricdə olur. Məsələn, bir kəs İsa ibni Məryəm (ə) kimi Allahın layiqli bəndələrinin əlacsız xəstəlikləri müalicə edə bilməsinə, özünün müqəddəs nəfəsi ilə onlara şəfa verə bilməsinə inansın.
Aydındır ki, belə bir qeybi qüdrətə inanmaq Allahın qüdrət və iradəsinə arxalınıb istinad etməklə olsa, heç vaxt şirkə səbəb olmaz. Çünki maddi və təbii qüdrəti insana əta edən Allah, qeybi qüdrətləri də Özünün bəzi saleh bəndələrinə əta edə bilər.
İndi yuxarıdakı sualın cavabında deyirik ki, ilahi övliyaların qeybi qüdrətlərinə etiqad bəsləmək iki cür təsəvvür olunur:
1-Bir şəxs üçün, "müstəqil təsirin mənşəyi” ünvanı ilə qeybi qüdrətin olmasına inanmaq və o qüdrəti əsl cilvələndirək, belə ki, Allahın işini Allahdan asılı olmayan şəkildə ona isnad verək. Şübhəsiz, Allahın qüdrətinə bağlı olmayan belə bir müstəqil qüdrətə etiqad bəsləmək şirkə səbəb olur. Çünki bu halda Allahdan başqasının müstəqil qüdrətə və əsalətə malik olduğuna inanır, Allahın işini ona mənsub edirik, halbuki bütün qüvvələrin mənşəyi aləmlərin rəbbi olan Allahdır.
2-Allahın layiqli bəndələrindən bəzisinin qeybi qüdrətə malik olmasına inanmaq və eyni zamanda onun, Allahın sonsuz qüdrətindən qaynaqlandığını bilmək. İlahi övliyalar Allahın izni ilə bu sonsuz qüdrətin büruz etmə və cilvələnmə vasitəsidir, onlar özləri heç bir vəch ilə müstəqil deyilləræ əksinə həm öz varlıqlarında, həm də qeybi qüdrətdən istifadə etməklərində böyük Allaha arxalanırlar. Aydındır ki, belə bir etiqad ilahi övliyaları Allah hesab etmək, yaxud ilahi işləri onlara aid etmək mənasına deyildir, çünki bu halda Allahın saleh bəndəsi Allahın izni və Onun qaçılmaz iradəsi ilə özünün Allah verən qeybi qüdrətindən istifadə edərək onu izhar edir. Qurani-Kərim bu barədə buyurur:
وَ مَا كَانَ لِرَسُولٍ اَنْ يَاْتِيَ بِآيَةٍ اِلاَّ بِاِذْنِ اللّهِ
"Heç bir peyğəmbər (öz yanından) möcüzə gətirə bilməzæ yalnız Allahın izni ilə gətirə bilər.” ("Ali İmran” surəsi, ayə:49)
Deməli belə bir etiqad nəinki şirkə səbəb olmur, əksinə tovhid və yeganəpərəstlik prinsipi ilə tamamilə uyğundur.
Quran nəzərindən Allah övliyalarının qeybi qüdrəti
İslamın asimani kitabı tam aşkar şəkildə Allahın izni ilə belə bir möcüzəli qüdrətə layiq olan layiqli bəndələrdən bir qrupunun adını çəkir. Onlardan bəzilərini qeyd edirik:
1-Həzrəti Musa (ə)-ın qeybi qüdrəti
Mütəal-Allah Öz peyğəmbəri Musaya fərman verir ki, əsanı daş parçasına vursunæ bu zaman ondan içməli, sərin su axmağa başlayır:
وَ اِذِ اسْتَسْقَي مُوسَي لِقَوْمِهِ فَقُلْنَا اضْرِب بِعَصَاكَ الْحَجَرَ فَانفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْنًا
"Musa öz qövmü üçün Allahdan su istədikdə ona dedik: "Öz əsanı daşa vur!” (Bu zaman) ondan 12 çeşmə yarılıb axmağa başladı.” ("Nəml” surəsi, ayə:16)
2-Həzrəti İsanın qeybi qüdrəti
İsa (ə)-ın qeybi qüdrəti Quranın müxtəlif yerlərində bəyan olmuşdur. Onlardan bir nümunəni qeyd edirik:
اَنِّي اَخْلُقُ لَكُمْ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَاَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِاِذْنِ اللّهِ وَ اُبْرِيءُ الاَكْمَهَ وَ الاَبْرَصَ وَاُحْيِي الْمَوْتَي بِاِذْنِ اللّهِ
"İsa dedi: Mən palçıqdan bir heykəl düzəldib ona üfürürəm, Allahın izni ilə həqiqi bir quş surətinə düşüræ anadangəlmə koru, xora xəstəliyinə tutulanı Allahın izni ilə sağaldıram, Allahın izni ilə ölüləri dirildirəm...” ("Rəsailul-əşr” (Şeyx Tusi), səh.111)
3-Həzrəti Süleymanın qeybi qüdrəti
Quran Süleyman peyğəmbərə əta olunan qeybi qüdrətləri belə bəyan edir:
وَ وَرِثَ سُلَيْمَانُ دَاوُودَ وَقَالَ يَا اَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنْطِقَ الطَّيْرِ وَ اُوتِيْنَا مِن كُلِّ شَيْءٍ اِنَّ هَذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ
"Süleyman Davudun varisi oldu və dedi: Ey insanlar, bizə quşların dili öyrədilib, hər növ nemətlər bizə əta olunub. Həqiqətən bu, aşkar fəzl və mərhəmətdir.” ("Bəqərə” surəsi, ayə:213)
Şübhəsiz, Musanın əsasının daşa dəyməsi ilə böyük bir daş parçasından içməli su axması, yaxud İsa tərəfindən palçıqdan həqiqi quş yaradılması, əlacsız xəstəliklərə şəfa verilməsi, ölülərin dirildilməsi, həmçinin Süleyman peyğəmbərin quşların dilini bilməsi xariqul-adə bir iş olub, təbii qanunlardan kənardadır ki, bu da qeybi qüdrətin aşkar bir nümunəsidir. Halbuki Quranın bu və digər çoxlu ayələri Allahın layiqli bəndələrinin qeybi qüdrətini bəyan edir. Quranın bu aşkar məzmununa – ilahi övliyaların xariqul-adə qüdrətə malik olmasını göstərən bu ayələrə inanmağımız şirkə, yaxud dində bidətə səbəb olarmı?!
Saleh bəndələrin qeybi qüdrətinə inanmaq onları Allah hesab etmək, yaxud Allahın işlərini onlara aid etmək mənasına deyildir. Çünki belə bir etiqad onların ilahiləşdirilməsinə səbəb olsaydı, onda Quran nəzərindən Musa, İsa, Süleyman və sair peyğəmbərlər məbud hesab olunmalı idi, halbuki bütün müsəlmanların bildiyi kimi, Qurani-Kərim Allah övliyalarını Allahın bəyənilmiş bəndələri hesab edir.
Deməli, Allah dərgahında əziz olan insanların qeybi qüdrətinə iman gətirmək əgər Allahın sonsuz və yenilməz qüdrətinə arxalanmaqla yanaşı olarsa, həmçinin onların Allahın qüdrətinin göstərilməsi üçün bir nümunə və vasitə olduğuna etiqadla yanaşı olarsa nəinki şirk deyil, əksinə həqiqi tovhidlə tamamilə uyğundur. Çünki tovhidin meyarı budur ki, dünyada olan bütün qüdrət və qüvvələri Allaha mənsub edək, bütün qüdrət və hərəkətlərin mənşəyinin Allah olduğunu bilək.



#75616 Şiələrə suallar

Отправлено автор: RahilMR 20 июня 2011 - 14:11 в Şiə-sünni dialoqu

Salam aleykum,cumeniz bereketli olsun.Ehli shia qardaslardan bir sual sormaq isteyirem.Rashidi xelifeler vaxtinda shielerin hansi fiqh kitablari olub?Olubsa bir zehmet kitabin ve muellifin adini qeyd etmeyinizi xahis edirem.Onceden tesekkurler.


Raşidi xəlifələrin dövründə nə şiələrin, nə də sünnilərin fiqh kitabı olmayıb. Həzrət Əli (ə) ümmətin arasındaydı, kitaba nə ehtiyac?

Cox sagolun cavaba gore,amma ona benzedi ki ALLAH var qurana ne ehtiyac?


SHEHRİYAR, fiqh kitabı o zaman lazım olar ki, vəhyin təcüməçisi qeybda olsun.
Hz Əli (ə) ilahi vəhyin tərcüməçisi idi.
O özü NATİQİ QURAN idi.



#78500 Sual-Cavab

Отправлено автор: RahilMR 04 августа 2011 - 14:56 в Ümumislam mövzular

Bismillah,mən və dostum Qafqazda oxuyuruq.Bizim evdən ora qədər gedib gələnəcən 44 km-i keçir.Adət halına düşüyündən çox güman ora gedəndə tədris ili boyu biz müsafir sayılmırıq.Bəs bu 3 ay-yayda necə.Avqurtun 15-dən əlavə dərslər var,həm də mübarək ramazan ayıdır..Bilmək istərdik ki,ora bizim indi getməyimiz oruca problem yaratmır ki??Çünki səfərə çıxan oruc tutmamalıdır..
P.S dərs də saat 10dan-14-ə kimidir,zöhr veriləndə biz qayıtMAmış oluruq..


QARDAŞIM,
Bakinin çıxış məntəqələrindən 1-i də Şamaxinkanın son binalarıdır. Şər'i məsafə də oradan hesablanır.
Oradan Sumqayıta (saray yolu ilə) 21 < 22 km-dir.
Əgər şəhərdə qalansansa Xırdalana rahat gedib gələ bilərsən.
UCA ALLAH ibadətlərinizi qəbul etsin !!!



#78744 Sual-Cavab

Отправлено автор: RahilMR 07 августа 2011 - 10:07 в Ümumislam mövzular

Zəhmət deyilsə "qəsr" anlayışını bir qədər açıqlayın. Tutaq ki, mənim Moskvadan Bakıya 5-10 günlük səfərim Ramazan ayına təsadüf edir. Mən müvəqqəti Bakıda olsam belə orucumu Ramazan ayında tutmaq istəyirəm. Bu qəsrdir? Yəni mənim Bakıda müvəqqəti oruc tutmağa ixtiyarım yoxdur? Yoxsa könüllü olaraq tuta da bilərəm, ya da saxlayıb qayıdandan sonra daimi yaşadığım məmləkətdə qəza şəklində tuta bilərəm?


Qardaş, burda bir xüsusa toxunmaq lazımdır.
əgər sənin haçansa gəlib Bakıda yaşamaq fikrin varsa, və məsələn "filan yaşım olanda gedib Bakıda yaşayacam. ora mənim ata-baba yurdumdu. və s." kimi planların varsa onda yolda olduğun müddət heç, Bakıda qaldığın vaxtda (1,2 gün də olsa) namaz tam, oruc yerində olmalıdır. yəni Bakıdan vətən kimi istifadə etməlisən.
Əks hald məsələ Kənan qardaşın dediyi kimidir.



#79815 Sual-Cavab

Отправлено автор: RahilMR 26 августа 2011 - 11:58 в Ümumislam mövzular

kirve anlayisi bir milli enenedir vessalam


Allah razı olsun qardaş.



#75698 Sual-Cavab

Отправлено автор: RahilMR 24 июня 2011 - 15:54 в Ümumislam mövzular

Salam qardaşlar.

mən düşünürdüm ki, nəyə görə qardaşlar əhli sünnə forumlarında onların iftiralarına cavab vermirlər?!

NƏHAYƏT bu gün mənə aydın oldu.

Mən bir neçə gün idi ki, aşağıdakı forumda bir selef-le yazışırdım.
Naqis elmimlə iftiralarına cavab verməyə çalışırdım.
Sonda nə görsəm yaxşıdır?!
Məzhəblərini darmadağın edən cavablar qarşısında onların sözü bu oldu: "səni də göndərərəm qardaşlarıvın yanına"
Başa düşdüm ki, cavab sərf etməyəndə accountu bağlayırlar vəssalam.

Hamıdan xahiş edirəm bura bir baş çəksin. (furqan nickli istifadəçi mənəm)

http://selef.my1.ru/forum/2-5-11

223 cü cavabı silmişdi yenidən yerəşdirdim

Burada özümü öymək və s niyyətim yoxdur, öyüləcək bir şeyim də yoxdur. sadəcə onların aciz qaldıqda XƏNNASlıq (NAS,4) etmələrini nəzərlərinizə çatdırmağı özümə borc bildim.

Allah hamınızdan razı olsun.



#82999 Sual-Cavab

Отправлено автор: RahilMR 26 октября 2011 - 13:01 в Ümumislam mövzular

Jelatinin hökmü
http://www.makaremsh...stefta/?mit=720



#79782 Sual-Cavab

Отправлено автор: RahilMR 25 августа 2011 - 14:20 в Ümumislam mövzular

Salam aleykum qardaşlar. Bir sual var.

islamda kirvə anlayışı varmı?
və ya kirvə məfhumunun islamla bir əlaqəsi varmı?


əvvəlcədən təşəkkür edirəm!



#80995 Sual-Cavab

Отправлено автор: RahilMR 22 сентября 2011 - 11:52 в Ümumislam mövzular

Salam aleykum gardaşlar, bir sualı var :

1. Cammat namazlarda (zöhr və əsr) bilirəm ki 1-ci və 2-ci rükətlərdə Pişnamaz Fatihə və surəni deyəndə zikr eləmək müstəhəbidir bəs diqqər səsnən gılınan camaatnam qilinan namazlarda bu məsələ caizdi ya yox ? Məsələdə muctehidlərin nəzəri eynidir yoxsa fərg var, zəhmat olmasa bilənlər yazardı.


və aleykum əssəlam.

Ahəstə qılınan namazlarda zikr demək (məs: lə iləhə illəllah, subhənəllah, və s.) müstəhəbdir. ucadan qılınan namazlarda isə imamın oxuduğuna qulaq asmalısan. iqtida edən Bismillahir Rəhmanir Rəhim-i zikr niyyəti ilə desə olar. qeyri halda (bəzi müctehidlərin rəyinə görə məs:Aətullah Xamenei) cuz'i surə(nin tərkib hissəsi) sayılır və namazı batil edir.
Allah qəbul eləsin. AMİN !



#78850 Mən elmin şəhəriyəm, Əli onun qapısıdır

Отправлено автор: RahilMR 09 августа 2011 - 10:44 в Hədislər

Hər kəs bu ŞƏHƏRƏ (s) qapıdan (ə) girməsə O OĞRUDUR.
Oğrunun da əli kəsilməlidir.



#80840 Sələfilərə suallar

Отправлено автор: RahilMR 20 сентября 2011 - 16:15 в Şiə-sünni dialoqu

Buxarinin "müqəddəs" GORU.

http://lh6.ggpht.com...40/CIMG5416.JPG

http://pics.livejour...01rdtr/s320x240

buxarinin qəbri tovhiddir, amma Peyğəmbər balalarının (S.Ə,A,V) müqəddəs məzarı şirkdir ??!!



#76039 üsülda BILMƏMƏZLIK üzrlüdür?!

Отправлено автор: RahilMR 02 июля 2011 - 17:31 в Əqidə və fiqh

bu dünyada Allahın hüccətini görən,və unudmayan axirətdə də nicat tapanlardan olacaq.


Heç bilirsən indi Allahın HÖCCƏTİ kimdir?



#75680 üsülda BILMƏMƏZLIK üzrlüdür?!

Отправлено автор: RahilMR 23 июня 2011 - 14:39 в Əqidə və fiqh

و في تفسير العياشي، عن رفاعة قال: سألت أبا عبد الله عن قول الله:
«و إذ أخذ ربك من بني آدم من ظهورهم ذريتهم»
قال: نعم لله الحجة على جميع خلقه أخذهم يوم أخذ الميثاق هكذا و قبض يده.


Tefsir'ul-Ayyaşî'de verilən məlumata görə, Rıfaa belə rəvayət edir: abu abdullahdan(İmam Cəfər Sadiqdən (r.a), "Bir zaman Rəbbin adəmoğullarından, onların bellərindən gələn nəsli almışdı." ayəsinin mənasını soruşdum. Mənə belə cavab verdi: "Bəli, insanların Allaha qarşı qiyamət günü dəlil kimi gətirə biləcəkləri heç bir səbəbləri yoxdur." Sonra əlini yumaraq, "Söz alma günündə onları bu şəkildə almışdı." dedi.
bu rəvayəti Muhamməd Hüseyn Tabatabainin al- mizan quran təfsir kitabından oxuya bilərsən
bax burdan
sabah inşallah başqa bir rəvayət yerləşdirəcəyəm.
birdə yazanda təhqir, və böhtan tipli yazılar işlətmə,bəlkə ola bilsin görüşdük,mənim səndən nə qədər yaşlı olduğumu görüb utanarsan.
birdə ərəb dilini bilməmək ayıb deyil.
bilməyə bilməyə ərəb dili bilirəm demək ,başqalarının ......
mən özüm, ərəb dilini oxuyub hardasa 20 faiz sözləri başa düşürəm,burda utanmalı bir şey yoxdur
bir də ki, bu saytda ərəb dilini bilən bir sənin kimi, şiyə(yəni saxta şiyə) var. istəsən onun adını verərəm sənə.



iradın nədir?
nəyi subut aləmək istəyirsən?



#75857 üsülda BILMƏMƏZLIK üzrlüdür?!

Отправлено автор: RahilMR 28 июня 2011 - 10:34 в Əqidə və fiqh

iradın nədir?
nəyi subut aləmək istəyirsən?[/size]

sənin əqidən yoldaşın deyir ki, cahillik üzrlüdür.
səndə deyirsən ki,mizan təfsiri ən yaxşı təfsirdir.
və həmin mizan təfsirində imamlardan gələn rəvayətlərdə,əqidə məsələsində cahilliyin üzrsüz olması yazılıb.
3 rəngli həyat isə bunları rədd edir.


Sən əvvəlcə bildir görüm, Allahın səndən əhd aldığı zamanı (əraf,172) xatırlayırsanmı?



#75593 üsülda BILMƏMƏZLIK üzrlüdür?!

Отправлено автор: RahilMR 19 июня 2011 - 14:23 в Əqidə və fiqh

buna misal Salman əl farisini gətirə bilərəm.


BİSMİLLAH
muaviyyənin (lə) adinin arxasinda RA yaza bilirsiz,
Amma Səlman Farsi (rə) kimi adli sanlı səhabənin adının
arxasina hec ne yaza bilmirsiz?!

BUDUR SİZİN SƏHABƏLƏRƏ OLAN EHTİRAMİVİZ !!!



#76173 üsülda BILMƏMƏZLIK üzrlüdür?!

Отправлено автор: RahilMR 04 июля 2011 - 12:16 в Əqidə və fiqh

Imam Sadiq əleyhissəlam dedi
””--Allah-taala Həzrət Adəm əleyhissalamı yaratdığı gündən Qiyamətə qədər yer üzü heç vaxt hüccətsiz olmamış və olmayacaqdır. İstər zahiri və aşkar hüccət olsun, istərsə də qeybdə və batındə olan hüccət. Əgər yer üzündə ilahi bir hüccət olmasa, Allaha ibadət olunmaz”

İmam (ə) burada yer üzü deyir. Bu da zahiri höccətdir.
"...qeybdə və aşkarda..." - hədisi düz yaz.

4. ci sualda odur ki, səncə insana batini hüccət böyük anlam daşıyır yoxsa zahiri hüccət ?
5 cü sən demək isteyirsən ki, cahil kafirlərə batini hüccəti(qorxunu,sıxıntını) imam Mehdi çatdırır?


Bu məsələlər sənlik deyil.



#76183 üsülda BILMƏMƏZLIK üzrlüdür?!

Отправлено автор: RahilMR 04 июля 2011 - 13:16 в Əqidə və fiqh

deməli tutaqkı,sən dediyin kimidirsə,onda sənin sözündən elə çıxır ki, yer üzündə batini hüccəti Allah gah çatdırır,gah saxlayır ?(nəuzubilləh,bu əqidəni hardan götürmüsüz siz ?)

elə çıxmır. batini hüccət həmişə var. bunu dərk edən var dərk etməyən var.

Bu məsələlər sənlik deyil.

bu nə cür danışmağdı danışırsan ? bir şeyin cavabını bilirsənsə yaz,bilmirsənsə de ki, mənlik deyil, bilmirəm.
daha özüvü yuxarıdan aparmaq nəyə lazım ?

özümü yuxarı tutmaqdan Allaha sığınıram.
Sadəcə insan hər dərk etdiyi şeyi başa sala bilmir. bu daha çox mənəvi məsələ olduğu üçün gərək özün götür-qoy edəsən.

Məndən BU QƏDƏR.




Рейтинг@Mail.ru