Перейти к содержимому


Публикации hənbəli

176 публикаций создано hənbəli (учитываются публикации только с 29-апреля 23)



#12699 Quranda məcaz varmı?

Отправлено автор: hənbəli 21 июля 2009 - 17:19 в Qur'an və onun təfsiri

Maraqlı olan budur ki, nə üçün ərəb dilini bilməyənlər bu mövzunu müzakirə edirlər. Mən bu mövzunun ərəb dilini bilənlər üçün belə uzun çatışmalı mövzu olduğunu görmüşəm, indi ərəb dilini bilməyənlər bu mövzudan nə çıxaracaq?



#12053 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 14 июля 2009 - 19:13 в Şiə-sünni dialoqu

yəni kim inanırsa təbərani,ibn cövzi,beyhəqi belə bir hədis rəvayət edib, həmin müsəlman mütləq olaraq bu alimləri kafir saymalıdır


Kişi...sənə cavab verməyəcəm, deyəcəklər ki, təkəbbürlük etdi ona görə cavab vermədi.
Cavab verib cahilliyini göstərəcək, yenə deyəcəklər ki, təkəbbürlük etdi özünü göstərdi. Sənə necə başa salacağımı izah elə...!!!
Gözlərini aç və bax...İbnul-Cövzi bu hədisi "əl-Mövduat" kitabında rəvayət edir..."əl-Mövduat" isə o deməkdir ki, "uydurma hədislər"...
İkincisi isə əl-Beyhəqi həmin kitabda hədisi qəbul etmir, hədisin zəifliyini göstərir. Üstəlik əl-Beyhəqi sifətlər haqqında gələn ayələri təvil edir.

əl-Qadi Əbu Yalə səhih saymışdır, lakin onun hədis haqqındakı izahını da təqdim etdim.

Üstəlik sən gərək bu barədə bir şeyin "zahiri anlamı" nə deməkdir, onu bir araşdır...mənim burada istifadə etdiyim bir termindir, sənin azərbaycan dilində anladığın məna deyildir. Ona görə də anlamırsan, Allah bilir!



#11957 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 13 июля 2009 - 19:07 в Şiə-sünni dialoqu

Abu Sufyan ordusu...səndə üz var öz aramızdır.
Mənə müxtəlif qamuslardan misal gətirib "əl" sözünün cəm şəklini isbat etmək istəyirsən. Ümumiyyətlə əgər iki sözün arasındakı fərqi bilirsənsə əl sözünün cəm şəklini mənə nə üçün isbat edirsən?! Sözünü çoxaltmaq üçün? Səsinə qüvvət vermək üçün?
Mən sənin hər bir söhbətinə cavab verməyə hazıram. Amma axı bu mövzu nə üçün açılıb? indi sən elə düşünürsən ki, burada hər nə sual yazırsansa mən onlara cavab verməyə borcluyam? Mövzuya aidiyyatı olmayan məsələləri ortaya atma! Qurandakı mütəşabih ayələrin təvili mövzusu başqa bir mövzudur. Sən isə bu mövzunu açmısan ki, əhli-sünnətin məxluqa oxşar bir ilaha ibadət etdiyini isbat etmək üçün... Ya iddianı isbat elə, ya da mövzunu qarışdırma!
Ərəb dilindəki cahilliyin ortadadır...boş yerə özünü öldürmə, hər şeydən əvvəl müzakirə ədəbini öyrən, sonra meydana atıl!
Yazılarını oxuyub nə yazdığını anlaya bilirik..."əl" sözünün cəmini mənim gözümə niyə soxursan? Daha əvvəl əl sözünün əmələ gəlməsi barədə dastandan dəm vururdun, indi isə ortada heç dəxli olmadan "əl" sözünün cəm şəklini isbat edirsən.

Nəsə..sən istirahət etsən bu forum da bir az istirahət edər!



#11376 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 03 июля 2009 - 05:16 в Şiə-sünni dialoqu

Əssəlamu aleykum

Əbu Sufyan ordusu!
Sənin bunları gətirməklə nəyi isbat etmək istəyirsən?
Sənin burda yazdıqların içində bir çox savadsız iddialar var...məsələn, əl-Qadi Əbu Yalə - rahiməhullah - vahabi deyil, onu vahabi alimi saymaq cahillikdir. Bilən səbəbini çox gözəl bilir.
Sənin öyrənmək istədiyin nədir? Bu hədislər haqqında əhli-sünnət alimlərindən muhaqqiqlərin görüşü nədir?
Onların hədisin səhihliyi haqqında dedikləri sözləri öyrənmək istəyirsən?
Bu hədisləri qəbul edənlər onları zahiri mənasındamı qəbul edir, yoxsa təvil edirlər?
Yəni, sən nəyisə iddia edirsənsə, həmin iddianı bir qədər ətraflı yaz ki, oxuyan nə istədiyini anlasın!
Yazın tökürsən, ətrafında da bir iki çırtma çalanların var..özünü xoşbəxt hiss edirsən!
Əvvəla bilmək lazımdır ki, əl-Qadi Əbu Yalə mühəddis deyildir, fiqh alimdir və xüsusilə də onun İbtal ət-Təvilət kitabı tənqid olunmuş bir kitabdır, içində münkər hədislər rəvayət etmişdir. əz-Zəhəbi deyir: (Siyər Əaləm ən-Nubələ, 18/90) "Kitabında zəif və uydurma hədislər topladığı üçün aimlər ona qarşı çıxdılar..."
Qaldı ki, İmam Əhmədin sözlərinə və sən həmin sözləri burada tərcümə etmisən, lakin əziyyət olmasaydı kitabın təhqiqinə də baxıb görərdin ki, orada muhaqqiq yazır ki, sənədində tanımadığı ravı vardır. Ədalətli ol və tam araşdır.
İmam Əhmədə gəldikdə isə "əl-Muntəxab min İləl əl-Xalləl" (səh: 285)də İmam Əhməddən gələn rəvayətdə hədisin münkər olduğunu demişdir.
Qısacası...sənin burada yazdıqlarının hamısının gözəl cavabı vardır, lakin cədəldən qaçmaq istəyirəm...Nəyi sübut etmək istəyirsənsə aydın yaz!



#12055 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 14 июля 2009 - 19:16 в Şiə-sünni dialoqu

ona görə olmuşdur ki, Əli(ə) İslamın yayılmasına görə onlarla müharibədə iştirak edib onları cəhənnəmə vasil etdiyinə görədir.


Sən öz çaldığın havaya görə oynaya bilərsən, amma məclisdə belə bir hava çalınmamışdır.
Sən ən azından müharibədə kafirlərlə müamilənin necə olduğunu öyrən, sonra onu Həzrəti Əli ilə Müaviyyə arasındakı müharibə ilə qiyas elə...
Üstəlik...şəxsi zəminə görə düşmənçilik eləmək budur ki, kimsə sənin qohumunu öldürüb ona görə düşmənçilik edirsən...buna şəxsi zəmində düşmənçilik deyirlər.



#12152 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 15 июля 2009 - 17:11 в Şiə-sünni dialoqu

Bu Ahmed ultra təkfirçidir!!!
Nəsə, Ahmed, incimə amma bundan sonra məndən hər hansı bir sualına cavab gözləmə!



#13362 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 26 июля 2009 - 16:40 в Şiə-sünni dialoqu

Mövzunu açıb iddia etmisən ki, əhli-sünnət məxluqa bənzər bir ilaha iman gətirir...mən isə sənin yalan dediyini göstərdim. Nə İbn Əbi Yalə, nə də başqası belə bir şey demir...sənin problemin bundadır ki, sən lüğət elmlərində cahilsən, bir şeyin zahirini təsdiqləmək onun hərfi mənasını qəbul etmək deyildir!!! Həqiqətini qəbul etmək, sadəcə başqa mənaları nəfy edib həmin sifətlərin Allaha aid mahiyyətini və keyfiyyətini bilmədiyimiz sifətlər olduğuna etiqad gətirməkdir. Bu isə o deməkdir ki, ALLAHın əli dedikdə onun özünə məxsus bir sifəti olduğunu deyirik, orqan deyil, cism deyil, hissələrə ayrılmaz, heç bir şeyə bənzəməz...keyfiyyətini bilmədiyimiz bir sifətdir...indi sən mənim məxluqa bənzər bir ilaha iman gətirdiyimi isbat elə...sonra mövzunu davam edə bilərsən! Çünki mənim dediklərim alimlərimizin dedikləridir...Əgər mənim sözümdə təşbih olduğunu isbat etsən...o zaman sənin burda yazdıqların doğru olacaqdır...isbat etməsən...boş yerə yazıb doldurmaqla bir şeyə nail olmayacaqsan...mən sənin içüzünü çoxdan açmışam, sən yazıb tökməklə elə təəssürat yaradırsan ki, guya millət sənin qarşında yazdıqlarına cavab vermir...daha anlamırsan ki, millət sənin cahilliyini görüb mövzunu davam eləmək istəmir...

Sən ümumiyyətlə bəlağə elmi haqqında hansısa bir kitab oxumusan?

Hanbali ezizim meger sizin alimlera Allaha el uz ayag demayi yalniz shyeler deyir?
Ela ehli sunni alimleri sizi Allaha el uz ayag iddia edan kimi taniyirlar
Useymin oz kitabinda yazir (al agidatul al safaraniyye)
ما ظاهرها فهو المعنى اللائق بالله حقيقة دون المجاز ، فالمراد باليد يد حقيقية تأخذ وتتصرف وتقبض وتبسط ، وكذلك أيضا المراد بالأصابع أصابع حقيقية يأخذ الله بها ما أراد من خلقه ، وكذلك المراد بالعين ، وهكذا بقية الصفات

Zahir deyanda Allaha mecazi demirik ne ki var onu deyirik.El yani hegigi el hansi ki tutur galdirir ve edir barmag deyanda da hemcini eladir ve istediy sheyi galdirir,goz deyandada hamcinin.

http://www.ibnothaim...cle_18166.shtml


İbn Useymin deyir: "Lakin zahirə gəldikdə isə bu Allaha layiq həqiqi mənadır, məcaz deyildir. Əl ilə qəsd olunan həqiqətdir, götürür, təsərruf edir, bağlayıraçır. Eynilə barmaqlarla qəsd olunan həqiqi barmaqlardır, Allah onlarla yaratdıqlarından istədiyini götürür, eynilə göz ilə qəsd olunan da bunun kimidir və digər sifətləri də eynidir."

Altından xətt çəkdiklərimi İbn Useyminin öz sözləri olduğunu zənn etmə, çünki bütün bu sifətlər, Yəni Allah yerləri və göyləri əli ilə götürür, istədiyi kimi təsərrüf etməsi, əlinin açılması və digər buna bənzər sifətlər Quranda və səhih sünnətdə gəlmişdir. İbn Useymin də bütün bunları isbat edir. Buna isbat deyirlər..bununla nə məxluqa bənzədir, nə də bu sifətlərin ALLAHın sifətləri olmasını inkar etmir. Sən gərək İbn Useyminin bu sözlərindən əvvəl qeyd etdiyi digər sözlərini də qeyd edərdin:

فكل هذه ألفاظ تدل على مسميات هي بالنسبة إلينا أبعاض وأجزاء ، أما بالنسبة لله فلا نقول إنها أبعاض وأجزاء ؛ لان البعض والجزء ما يمكن انفصال بعضه عن بعض ، وهذا بالنسبة لله عز وجل مستحيل ، ولهذا لم نر أحداً يقول : إن يد الله بعض منه أو جزء منه ، أو إن وجهه جزء منه أو بعض منه ، فلا يقال هذا في حق الله عز وجل ؛ لان البعض والجزء ما صح انفصاله عن الأصل ، وهذا بالنسبة لله أمر مستحيل ، إذا نسميها يدا ووجها وعينا وأصبعا وقدما ، وما أشبه ذلك ، لكننا لا نسميها بعضا أو جزءا .

"Bütün bu ləfzlər öz adlarına görə bizə nisbətdə hissələr və cüzlərdir. Lakin Allaha nisbətdə isə bunların hissələr və cüzlər olduğunu demirik, çünki hissə və cüz bir hissəsi başqa hissəsindən ayrı olan şeylərə deyilir. Bu isə Allaha nisbətdə imkansızdır, buna görə də heç kəsin "Allahın əli onun bir hissəsidir, ondan bir cüzdür" və ya "onun üzü ondan bir hissədir" dediyini görmürük. Allahın haqqında belə şeylər söylənilməz, çünki hissə və cüz öz əslindən ayrılması mümkündür, belə bir şey isə Allah haqqında imkansızdır. Biz bunları əl, üz, göz, barmaq, ayaq və buna bənzər şəkildə adlandırırıq, lakin bunların hissələr və cüzlər olduğunu demirik."
Bu sözlərindən sonra deyir:

"ولنضرب لذلك مثلا باليد ، فإذا قالوا إن ظاهر اليد أن تكون مثل أيدي المخلوقين ، قلنا : كذبتم ليس هذا ظاهرها ؛ لان هذه اليد أضيفت إلى الله ، فلا يمكن "أن يكون المضاف إلى الله كالمضاف للمخلوقين ، بل المضاف إلى الله يكون لائقا بالله عز وجل ، ووصف كل موصوف يناسبه .

"Buna misal olaraq əli misal göstərək. Əgər desələr ki, əl sözünün zahiri mənası məxluqların əlidir, onlara belə cavab verərik: Siz yalan dediniz, bunun zahiri mənası bu deyil, çünki bu "əl" Allaha izafə olunmuşdur, o zaman Allaha izafə olunan şeyin məxluqlara izafə olunan şey kimi olması mümkün deyildir. Əksinə Allaha izafə olunan şey, Allahın Özünə layiq olan bir şeydir və hər vəsf olunan şeyin vəsfi onün özünə münasibdir."
Problem məhz bununla əlaqədardır...bəziləri elə zənn edirlər ki, biz zahir deməklə Allahı məxluqa bənzətmiş oluruq...bu isə yalandır...çünki biz belə bir şey demirik. Bu yalnız məqsədi anlamamaqdan irəli gəlir.

Yuxarıda isə əlin açılması, bağlanması, götürməsi kimi sifətlər səhih nasslarda gəldiyi üçün bunları təsdiq edirik. Dediyim kimi bu məzhəbə isbat etmək, nəfy etməmək və məxluqa bənzətməmək məzhəbi deyilir. Bu eynilə şiə imamlarından da nəql olunmuş görüşdür.

ومنها: ما رواه هشام بن إبراهيم ، قال : (قال العباسي قلت له - يعني أبا الحسن عليه السلام - : جعلت فداك أمرني بعض مواليك أن أسألك عن مسألة قال : ومن هو ؟ قلت : الحسن بن سهل . قال : في أي شيء المسألة ؟ قال : قلت في التوحيد ، قال : وأي شيء من التوحيد ؟ قال : يسألك عن الله، جسم أو لا جسم ؟ قال : فقال لي : إن للناس في التوحيد ثلاثة مذاهب: مذهب إثبات بتشبيه ، و مذهب النفي ، ومذهب إثباتٍ بلا تشبيه. فمذهب الإثبات بتشبيه لا يجوز ، ومذهب النفي لا يجوز ، والطريق في المذهب الثالث إثبات بلا تشبيه )([6]).

ومنها: ما رواه محمد بن عيسى بن عبيد ، قال : (قال لي أبو الحسن عليه السلام : ما تقول إذا قيل لك : أخبرني عن الله عز وجل شيء هو أم لا ؟ قال فقلت له : قد أثبت الله عز وجل نفسه شيئًا حيث يقول : {قُلْ أَيُّ شَيْءٍ أَكْبَرُ شَهَادَةً قُلِ اللَّهُ شَهِيدٌ بَيْنِي وَبَيْنَكُمْ}([7]) فأقول : إنه شيء لا كالأشياء ، إذ في نفي الشيئية عنه إبطاله ونفيه ، قال لي : صدقت وأصبت ، ثم قال لي الرضا عليه السلام : للناس في التوحيد ثلاثة مذاهب : نفي ، وتشبيه ، وإثبات بغير تشبيه ، فمذهب النفي لا يجوز ، ومذهب التشبيه لا يجوز لأن الله تبارك وتعالى لا يشبهه شيء ، والسبيل في الطريقة الثالثة إثبات بلا تشبيه)

Qısacası "Əbul-Həsəndən - aleyhissələm - soruşdular: Əgər sənə "bizə Allahdan onun "şey" olub olmaması haqqında xəbər ver!" desələr nə cavab verərsən? Dedi: Deyərəm ki, Allah Azzə və Cəllə özünün "şey" olduğunu isbat etmişdir, beləki demişdir: "Hansı şey şahidlikdə ən böyükdür? De: Allah mənimlə sizin aranızda şahiddir." Deyirəm: "O, bir şeydir, lakin digər şeylər kimi deyildir, çünki Onun şeyliyini inkar etmək onu ibtal və nəfy etməkdir." Mənə dedi: Doğru söylədin, isabət etdin. Sonra Rida - aleyhissələm - mənə dedi: "İnsanlar tövhiddə üç məzhəbdirlər, nəfy, təşbih və bənzətmədən isbat etmək. Nəfy etmək məzhəbi caiz deyildir, bənzətmək (təşbih) məzhəbi də caiz deyildir, çünki Allah Ucadır, ona heç bir şey bənzəməz. Çıxış yolu üçüncü yoldur, bənzətmədən isbat etmək..."

Biz də bütün səhih xəbərlərdə nə gəlibsə hamısını təsdiq edirik, isbat edirik...bunların hamısının ALlaha layiq sifətlər olduğunu, keyfiyyətini anlamadığımız sifətlər olduğunu deyirik. "Allahın əli yoxdur" deyərək bunu nəfy etmirik və "Allahın əli məxluqların əli kimidir" deyərək təşbih etmirik. Əksinə deyirik "Allah Özü əlinin olduğunu xəbər vermişdir və biz də deyirik ki, Allahın Özünə layiq əli vardır, məxluqun əlinə bənzəməz, heç bir şeyə bənzəməz, orqan deyildir, hissə deyildir, cüz deyildir."



#13339 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 26 июля 2009 - 15:25 в Şiə-sünni dialoqu

Mövzunu açıb iddia etmisən ki, əhli-sünnət məxluqa bənzər bir ilaha iman gətirir...mən isə sənin yalan dediyini göstərdim. Nə İbn Əbi Yalə, nə də başqası belə bir şey demir...sənin problemin bundadır ki, sən lüğət elmlərində cahilsən, bir şeyin zahirini təsdiqləmək onun hərfi mənasını qəbul etmək deyildir!!! Həqiqətini qəbul etmək, sadəcə başqa mənaları nəfy edib həmin sifətlərin Allaha aid mahiyyətini və keyfiyyətini bilmədiyimiz sifətlər olduğuna etiqad gətirməkdir. Bu isə o deməkdir ki, ALLAHın əli dedikdə onun özünə məxsus bir sifəti olduğunu deyirik, orqan deyil, cism deyil, hissələrə ayrılmaz, heç bir şeyə bənzəməz...keyfiyyətini bilmədiyimiz bir sifətdir...indi sən mənim məxluqa bənzər bir ilaha iman gətirdiyimi isbat elə...sonra mövzunu davam edə bilərsən! Çünki mənim dediklərim alimlərimizin dedikləridir...Əgər mənim sözümdə təşbih olduğunu isbat etsən...o zaman sənin burda yazdıqların doğru olacaqdır...isbat etməsən...boş yerə yazıb doldurmaqla bir şeyə nail olmayacaqsan...mən sənin içüzünü çoxdan açmışam, sən yazıb tökməklə elə təəssürat yaradırsan ki, guya millət sənin qarşında yazdıqlarına cavab vermir...daha anlamırsan ki, millət sənin cahilliyini görüb mövzunu davam eləmək istəmir...

Sən ümumiyyətlə bəlağə elmi haqqında hansısa bir kitab oxumusan?



#11804 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 09 июля 2009 - 23:33 в Şiə-sünni dialoqu

Mən nasibiliyin küfr olduğunu yazdım, lakin millətdən çıxaran küfr olduğunu yazmadım. Küfr olduğunu yazdım çünki səhih hədislərdə sabit olmuşdur ki, Əliyə qarşı kin və nifrət nifaq əlamətidir.
Əgər kimsə əhli-beytə onların peyğəmbərin - salləllahu aleyhi va səlləm - sevimliləri olduğuna görə düşmənçilik edərsə, belələrinin kafir olmasında heç bir alim ixtilaf etmir.
Lakin kimsə Əhli-Beytdən hər hansı birilə şəxsi zəmində düşmənçilik edərsə...belə biri doğru görüşə görə kafir deyildir. əl-Buxarinin raviləri içində nasibilikdə ittiham olunan ravilər vardır və onlar nasibilikdə ona görə ittiham olunurlar ki, Həzrəti Əliyə qarşı ədavətləri olub, bunun isə səbəbi Həzrəti Əlinin onların qohumlarını döyüşdə qətl etməsidir. Ona görə də Şam əhli arasında bu şəkildə nasibilik yayılmışdı.
Əhli-Sünnət alimlərin İmam əş-Şəvkani "İrşadul-Ğabi" kitabında nasibiləri mütləq olaraq təkfir etmişdir.
Bir də əl-Buxari əs-Səhihində şiyələrdən də rəvayət etmişdir, əl-Buxari belələrindən rəvayəti caiz görür, əl-Buxariyə görə təvil ilə bidətə düşən kəs və bununla belə sözündə ədalətli və hifzində sabit biri ilə havasına tabe olan bidət əhli arasında fərq vardır. Doğrusunu Allah bilir!



#13366 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 26 июля 2009 - 16:51 в Şiə-sünni dialoqu

Get tayını tap!



#11885 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 11 июля 2009 - 15:25 в Şiə-sünni dialoqu

Nardarani
Mövzudan kənar çıxmayaq, mövzu qarışacaq...



#11489 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 05 июля 2009 - 16:59 в Şiə-sünni dialoqu

al-Fath soruşur:
"Qardaşım, əgər ilk dövrün alimləri bu hədisləri səhih adlandırıblarsa bu o demək deyil ki, biz də bu gün onları o cür qəbul edirik. Bizdən fərqli olaraq Siz hədis əhlisiz və aqidənizi hədislər üzərində qurursuz. Bəs nəyə əsasən Siz Quran ayələrinin zahiri mənasını götürürsüz, amma hədisləri şərh edirsiz?"

Əgər sizin ilk dövr alimləriniz hədisləri qəbul edirsə və sizə görə bu problem deyilsə, o zaman nə üçün eyni məntiqi bizim üçün də tətbiq etmirsiz?! Yəni, Abu Sufyan burada bir iki şey nəql edir və bütün sünnilər Allahının sanki "cavan, üzü tüksüz, gur və buruq saçlı" olmasına etiqad etdiyini qələmə verir. Yoxsa burda yazdıqlarının nə faydası var ki?
Əhli-sünnət alimlərində belə bir qayda var. İstər Quran ayələri olsun, istərsə də səhih sünnət olsun! Qaydaya əsasən mütəşabih dəlilləri zahirinə görünə qəbul etmək lazımdır, lakin əgər dəlillər bunların təvilinə imkan verirsə, o zaman təvil edirik. Yəni, biz etiqad edirik ki, məhdud əqlimiz ilə Allahın dərk edə bilmərik və məhdud əqlimiz ilə Allahın özünü vəsf etdiyi şeyləri həqiq mənalarına oturda bilmərik. Belə şeylər yalnız dəlillərlə isbat olunur. Ona görə də qarşımızda bu gün mütəşabihlər haqqında saysız firqələr vardır və hər biri öz ağlına görə təvil edirlər. Biz isə ən əmin və ən arxayın yola üstünlük veririk. Bu isə daha yuxarıda izah etdiyim yoldur. Yəni, bütün bunların hamısına iman gətiririk...Allah iki əlimlə yaratdım deyirsə, biz də deyirik ki, Allah iki əli ilə yaratmışdır...Eyni zaman da çox güclü vurğu ilə vurğulayırıq ki, bu əl keyfiyyətini, həqiqətini bilmədiyimiz bir sifətdir. Şəkksiz, şübhəsiz ki, Allah cism deyildir, orqanlardan, hissələrdən ibarət deyildir. Heç bir şeyə bənzəməz...Kim onu məxluqa bənzədərsə küfr etmişdir və millətdən çıxmışdır. Bu çox sadə bir şeydir, lakin problem bizim ağlımızdadır... "əl" deyən kimi ətdən, sümükdən ibarət bir əl ağlımıza gəlir. Necəki şeytan deyən kimi ağlımızı iki buynuzlu, quyruqlu əcaib bir məxluq gəlmir. Çünki daha əvvəl belə bir şey görməmişik və öz ağlımıza uyğun şəkildə təsəvvür edirik. Necəki hal hazırda dünyanın ən fantaziyalı mütəfəkkirləri, yazarları science-fiction sahəsində kitab yazarkən yeni bir şey gətirə bilmirlər. Hamısı bir-birinə bənzəyir, şünki ağıl daha əvvəl gördüklərinə əsaslanır. Daha əvvəl dediyim kimi, bu sadəcə ağlımızın məhdud olmasından ibarətdir. İnsan öz ağlına əsasən Allahın ayələrini inkar etməkdən qorxmalıdır. Görəsən kim deyə bilər ki, Allah Adəmi iki əli ilə yaratmamışdır? Halbuki Allah özü bunu bizə xəbər verir. Əgər əl qüdrət mənasında olsaydı, o zaman 1. Allah nə üçün sayla məhdudlaşdırmışdır. 2. O zaman Allahın sözündə heç bir fayda qalmır, o zaman Adəmin yaradılşı ilə digər yaradılışlar arasında heç bir fərq qalmaz. Elə ona görə də İblis Allaha deyə bilər ki, "Məni də iki əlinlə yaratmısan?!" Bu ərəb dilini bilənlər üçün aydın bir məsələdir...
Bizim məzhəbimiz budur, bunda təşbih və təcsim yoxdur.
Userlərdən biri soruşdu ki, yuxarıda yazdığım məzhəblərin hamısı mı, əhli-sünnət məzhəbləridir? Cavab budur ki, xeyr...yalnız sonda qeyd etdiyim məzhəb əhli-sünnətin məzhəbidir və ilk dövr alimlərə nəzər salan bunu görəcəkdir. Daha sonradan isə bəzi alimlər dəlilsiz təvilə baş vurmuşdur. Lakin cəhmiyyə, mötəzilə və mücəssimə məzhəbləri əhli-sünnətdən sayılmaz. Bəzi alimlər ümumi mənada əşariləri əhli-sünnətə daxil edir, lakin xüsusi mənada isə əhli-sünnətə aid deyillər.



#11488 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 05 июля 2009 - 16:38 в Şiə-sünni dialoqu

al-Fath'in salamını almağı unutdum, çox üzr diləyirəm. Əleykum əssələm va rahmətullahi va bərakətuh

Abu Sufyan adlı user elə zənn edir ki, mən hədislərin münkər olduğunu deyə bilmirəm. Bu mənanı haradan çıxardığını anlamıram, amma nəsə... burada alimlərimizin bu hədislər haqqındakı fikirlərini yazıram, alimlərimiz bu hədisləri münkər sayırlar. Aşağıda təfsilatı ilə izah etmişəm.

İbn Abbasdan gələn rəvayətlər Həmməd bin Sələmə ətrafında dövr edir. Onun bu rəvayətlərinə etimad olunmayacağını bir neçə tərəfdən isbat etmək olar.
1. əl-Beyhəqi’nin dediyi kimi Həmməd bin Sələmə yaşlandıqda hafizəsi korlanmışdır və bu hədisləri nə zaman rəvayət etməsi məlum deyildir.
2. İmam əl-Buxari onun hədislərini tərk etmişdir, çünki ona görə Həmməd bin Sələmə çoxlu xəta edən ravidir, lakin Muslim ictihad edərək Sabit’in ondan hafizəsi korlanmamışdan əvvəl rəvayət etdiyi hədislərini qəbul etmişdir. Bu hədislərin sayı isə on iki dənədir və şahid qismində rəvayət olunmuşdur.
3. İbn Sad “ət-Tabəqat əl-Kubra” əsərində (7/282) onun haqqında deyir: “Münkər hədislər rəvayət edir” və İmam əz-Zəhəbi “əl-Mizan” kitabında (2/364) rəvayət yollarını qeyd etdikdən sonra deyir: “Bu, Həmməd’in rəvayət etdiyikləri içində ən münkəridir.” Daha sonra deyir: “Əgər bu rəvayətlər səhih olsaydı, yuxuda görmək kimi bir görmə olardı.”
4. Həmməd bin Sələmə sifətlər haqqında tək başına bir çox hədis rəvayət etmişdir və bu hədisləri ondan başqa heç kəs rəvayət etməmişdir. İbn Adiy “əl-Kamil” əsərində bu hədislərdən bir neçəsini qeyd etmişdir və bu hədisi də onların arasında zikr etmişdir.
5. Həmməd bin Sələmə’nin Basra əhlindən rəvayətlərində zəiflik vardır. Ona görə də İbn Tahir “Şurut əl-Əimmə əl-Xamsə” əsərində (bax: əl-Ğumari, “Qavlul-Əsəd”, səh: 27) deyir: “Buna əsasən Muslim, Həmməd bin Sələmə’nin hədislərini rəvayət etməkdə üzrlü görülür, çünki o, onun Sabit əl-Bənani, Əyyub əs-Səxtəyani kimi məşhurlardan rəvayət etdiklərini kitabına almışdır. Çünki Hamməd daim Sabit’in yanında olmuş və onunla uzun müddət dostluq etmişdir, beləki Sabit’in səhifəsi, hafizəsi korlanmamışdan əvvəl olduğu kimi hafizəsi korlandıqdan sonra da onun zikrində və hifzində qalmışdır. Lakin onun basralılardan rəvayət etdiyi hədislərə gəldikdə isə, Muslim onlardan rəvayət etdiyi hədislərdən heç birini kitabına almamışdır, çünki onun basralılardan rəvayətlərində çoxlu ğarib hədislər vardır. Bu isə onların hədisləri üzərində çox az çalışması səbəbilədir.” Bu hədisi isə o, Qatədə’dən rəvayət etmişdir, Qatədə isə Basra əhlindəndir və hədis isə həmin ğariblərdəndir. İmam Muslim “ət-Təmyiz”də deyir: “Hamməd bin Sələmə, Qatədə’dən rəvayətlərində çoxlu xəta edir.” (bax: İbn Racəb, “Şərh İləl ət-Tirmizi”, 2/508)
6. Hamməd elmdə böyük bir alim olmasına baxmayaraq, bir çox vəhmləri olmuşdur. əz-Zəhəbi onun haqqında deyir: “Onun vəhmləri vardır.” Bu isə siqa və böyük alim olmasına baxmayaraq, bir çox kəsin qurtula bilmədiyi bir şeydir.
Vəhm və xəta belə alimdən gözlənilə bilər. Onun məhz bu hədislərdə xəta etməsini isbat edən dəlillərlə qarşılaşdıqda isə xəta etdiyini əminliklə söyləyə bilərik. Bu dəlillərdən biri onun Sabit’dən, onun da Ənəsdən rəvayət etdiyi hədisdir. əd-Dəraqutni “əl-Əfrad”da deyir: “Əbu Bəkr Əhməd bin İsa əl-Xavvas bizə rəvayət etdi, Sufyan bin Ziyad bin Adəm bizə rəvayət etdi, Əbu Rabiə Fəhd bin Auf bizə rəvayət etdi; Hamməd bin Sələmə bizə Sabit’dən, o da Ənəsdən rəvayət etdi: Allahın Elçisi – salləllahu aleyhi va səlləm – dedi: “Rəbbimi ən gözəl surətdə gördüm.” Lakin bu hədisi Hamməd bin Sələmə’dən rəvayət edən Fəhd bin Auf’dur və o, zəifdir. Bura qədər dediklərimiz Hamməd bin Sələmə ilə bağlı idi.
Sənədin digər illəti isə Qatədə’dir. Qatədə isə tədlis etməyinə görə məşhurdur. əl-Hafiz İbn Hacər onu “Tarif Əhlit-Təqdis bi Məratibil-Məfsufin bit-Tədlis” adlı kitabında (səh: 102, Dar əl-Kutub əl-İlmiyyə, hicri 1405) müdəllislərin üçüncü təbəqəsinə aid etmişdir. Bu təbəqələr arasındakı fərqi bilməyən müsəlmanlar üçün bunu elə əl-Hafiz İbn Hacərin öz sözləri ilə izah edək: “Bu kəslər çox tədlis edənlərdir və açıq şəkildə hədisi eşitdiklərini bildirmədikcə imamlar onların hədislərini dəlil olaraq qəbul etmirlər. İmamlardan bəziləri ümumiyyətlə onların hədislərini rədd edir, bəziləri isə qəbul edir.” əş-Şubə deyir: “Qatədə’nin ağzına baxardım və əgər “həddəsənə” desə hədisini yazardım, əks təqdirdə yazmazdım.” (bax: əl-Ğumari, “Qavlul-Əsəd”, səh: 29) Bu hədisdə də Qatədə bu hədisi eşitdiyini bildirməmişdir, əksinə “ananə” ilə rəvayət etmişdir.
Digər illət isə hədisin iztirablı olmasıdır. İkrimə bəzən bunu İbn Muaz bin Afra’dan rəvayət edir. İbn Muaz isə məchuldur. Elə əl-Qadi Əbu Yalə özü “İbtal ət-Təvilət” kitabında İmam Əhmədin bu barədə sözünü nəql etmişdir. Əhməd deyir: “İsnadında iztirab vardır.” (bax: “İbtal ət-Təvilat”, 1/140)
Bu hədis həm də başqalarının İbn Abbasdan rəvayət etdikləri hədisdən çox fərqlidir. Buna görə də Şeyx Nasiruddin əl-Albani – rahiməhullah – “Muxtəsar əl-Uluv”da (səh: 118) İmam əz-Zəhəbi’nin hədisin sənədini “ceyyid” saymasına etiraz edərək deyir: “Müəllif – rahiməhullah – isnadın zahirinə baxmış və onu güclü saymışdır, çünki onu Əhməd yolu ilə gətirmişdir; Əsvad bizə rəvayət etdi; Hamməd bin Sələmə bizə Qatədə’dən, o İkrimədən, o da İbn Abbas’dan rəvayət etdi. Bütün ravilər siqadır, hamısı Muslim’in raviləridir. Lakin Hamməd bin Sələmənin böyüklüyü və qüdrətinə baxmayaraq, Sabit’dən başqasından rəvayət etdikləri hədislərdə problem vardır. Buna görə də Muslim onun yalnız Sabit’dən rəvayət etdiklərini kitabına almışdır. Buna görə də əl-Hafiz “ət-Təqrib”də deyir: “Siqadır, abiddir, Sabit’dən rəvayətdə insanların ən güclüsüdür.” Həyatının sonunda hafizəsi dəyişmişdir və Hişam əd-Dustavai’nin rəvayətinə həm sənəd, həm də mətn baxımından müxalif olmuşdur...”
Hədis İbn Abbas’dan başqa yolla da rəvayət olunmuşdur. ət-Tabərani “əs-Sünnə”də deyir: “Əli bin Said ər-Razi bizə rəvayət etdi: Əhməd bin İbrahim əd-Duruqi bizə rəvayət etdi; Həccac bin Muhamməd bizə İbn Cureyc’dən, o da Dahhək’dən, o da İbn Abbas’dan rəvayət edir...”
Bu hədis bir neçə səbəbə görə səhih deyildir.
1. ət-Tabərani’nin şeyxi Əli bin Said ər-Razi hafiz olsa belə, alimlər onu zəif saymışdır. İbn Yunus deyir: “Alimlər onu zəif saymışlar.” Həmzə bin Yusuf deyir: “əd-Dəraqutni’dən onun haqqında soruşdum, dedi: “Hədisində bir şey yoxdur, elə hədislər rəvayət etmişdir ki, onları mutabi qismində belə istifadə etmək olmaz.” Sonra dedi: “Nəfsimdə ona qarşı bir şey vardır. Misirdəki əshabımız onu zəif sayıblar” və əli ilə işarə edərək dedi: “o, belədir...belədir...” və əlini silkələyərək “o, siqa deyildir” dedi. (bax: əl-Hafiz İbn Hacər, “Lisənul-Mizən”, 4/231)
2. İbn Cureyc mudəllisdir. əd-Dəraqutni deyir: “İbn Cureycin tədlisindən uzaq durulmalıdır, çünki onun tədlisi çox qabihdir. Yalnız zəif ravilərdən eşitdiyi hədislərdə tədlis edir.” Tədlis etdiyi zəif ravilərə İbrahim bin Əbi Yəhya, Musa bin Ubeydə və digərlərini aid etmək olar. Bu hədisin sənədində də “ananə” ilə rəvayət etmişdir. İmam Abdullah bin Əhməd deyir: “İbn Cureycin rəvayət etdiyi hədislərdən bəziləri uydurma hədislərdir, çünki İbn Cureyc kimdən hədis rəvayət etdiyinə fikir verməzdi.” əl-Xalləl bu sözlərin eynisini əl-Əsrəmdən nəql etmişdir.
3. Həccac bin Muhamməd ömrünün axırında hafizəsi korlanmışdır. Yəhya bin Main onun hafizəsinin korlandığını görmüş və oğluna demişdir: “Onun yanına heç kəs getməsin!”

Keçək Umm Tufeyl’in rəvayətinə.
əl-Xatib “Tarix Bağdad” kitabında (13/311) Nueym bin Hamməd’in tərcümeyi-halında deyir: “əl-Həsən bin Əbi Bəkr və Osman bin Muhamməd bin Yusuf əl-Alləf bizə xəbər verdi; onların ikisi də dedi: Muhamməd bin Abdullah bin İbrahim əş-Şafi bizə xəbər verdi; Muhamməd bin İsmayıl – və o, ət-Tirmizi’dir – bizə rəvayət etdi; Nueym bin Hamməd bizə rəvayət etdi; İbn Vəhb bizə rəvayət etdi; Amr bin əl-Haris bizə Said bin Əbi Halal’dan, o da Mərvan bin Osman’dan, o da Uməra bin Amir’dən, o da Ubey bin Kəb’in xanımı Umm Tufeyl’dən rəvayət edir ki, peyğəmbəri – salləllahu aleyhi va səlləm – belə deyərkən eşitmişdir: “Rəbbini yuxuda ən gözəl surətdə, gur saçlı gənc, ayağında xuf və üstündən qızıl ayaqqabı, üzündə qızıl örtük olaraq görmüşdür.” Bunu ət-Tabərani “əl-Kəbir”də (25/143), əl-Beyhəqi “əl-Əsma vas-Sifat”da (səh: 446-447) və İbnul-Cəvzi “əl-Məvduat”da (1/125) rəvayət etmişdir. əl-Buxari (bax: əl-Buxari’nin “ət-Tarix” əsəri; 6/500), Əhməd bin Hənbəl, Yəhya bin Main, ən-Nəsai (bax: “Tarix Bağdad”, 3/311) və İbn Hibban (“əs-Siqat”, 5/245) bu hədisi tənqid etmişlər. əl-Hafiz İbn Hacər “Təhzib ət-Təhzib”də (10/95) deyir: “Bu hədisin mətni münkərdir.”
Yəhya bin Main bu hədisi rəvayət etdiyinə görə Nueym bin Hamməd’i tənqid etmişdir. Abdulxaliq bin Mənsur deyir: “Yəhya bin Main’i gördüm, sanki Nueym bin Hamməd’i Umm Tufeyl’in ruyə hədisinə görə ayıblayırdı. Belə deyirdi: “Belə bir hədisi rəvayət etməsi ona yaraşmır.”
Bu hədisin sənədində Mərvan bin Osman vardır. əl-Xatib “ət-Tarix” əsərində (13/311) ən-Nəsai’nin Umm Tufeyl’in bu hədisi eşitməsindən sonra dediyi sözləri nəql etmişdir: “Əbu Bəkr Muhamməd bin Əhməd əl-Həddad deyir: Əbu Abdurrahmən ən-Nəsai’ni belə deyərkən eşitdim: “Mərvan bin Osman kimdir ki, onun Allah Azzə və Cəllə haqqındakı rəvayəti doğru sayılsın?!”
əz-Zəhəbi “əl-Mizən” əsərində (3/160) Mərvan bin Osman haqqında deyir: “Onu Əbu Hatim zəif saymışdır. Əbu Bəkr Muhamməd bin Əhməd əl-Həddad əl-Fəqih deyir: Əbu Abdurrahmən ən-Nəsai’ni belə deyərkən eşitdim: “Mərvan bin Osman kimdir ki, onun Allah Azzə və Cəllə haqqındakı rəvayəti doğru sayılsın?!” Bunu Umm Tufeyl’in hədisi barəsində söyləmişdir.“
İbnul-Cəvzi “əl-İləl əl-Mutənəhiyə” kitabında (1/15) deyir: “Əbu Bəkr əl-Xalləl “əl-İləl” kitabında zikr edərək deyir: Muhamməd bin Əli mənə xəbər verdi; Muhənnə mənə rəvayət etdi; dedi: Əbu Abdullah bin Hənbəl’dən bu hədis haqqında soruşdum. Üzünü məndən çevirdi və dedi: “Münkər bir hədisdir” dedi: “Tanınmır, bu adam isə məchuldur, bununla Mərvan bin Osmanı qəsd edir. Eləcədə Umarə bin Amir də tanınmır.”
əl-Hafiz İbn Hacər “əl-İsabə fi Marifətis-Sahabə” kitabında (8/246) Umm Tufeyl’in tərcümeyi halını verərkən bu hədisi zikr edir və deyir: “Mərvan tərk olunmuşdur.”
Uməra bin Amir haqqında isə əz-Zəhəbi deyir: “Tanınmır” və əl-Buxari onu zəif ravilər arasında qeyd etmişdir. (bax: “ət-Tarix əl-Kəbir” 6/500)
əl-Hafiz İbn Hacər “əl-Lisan” (4/278) əsərində deyir: “İbn Hibban “əs-Siqat” əsərində Uməra bin Amir’in Umm Tufeyl’dən rəvayət etdiyi ruyə haqqındakı hədisi zikr edir və deyir: “Münkər bir hədisdir, Uməra heç zaman Umm Tufeyl’dən hədis eşitməmişdir. Bu hədisi zikr etməkdə məqsədim budur ki, hədisə baxan aldanmasın və hədisi dəlil olaraq qəbul etməsin.”
Buna bənzər bir digər hədis Ənəs’dən rəvayət olunur. Bunu əl-Xatib əl-Bağdadi “ət-Tarix”də (10/134) və İbnul-Cəvzi “əl-Məvduat”da (1/115) rəvayət etmişdir. Bu hədisin sənədində Qasim bin İbrahim əl-Malati vardır. əd-Dəraqutni onun haqqında deyir: “Yalançıdır”. əl-Xatib deyir: “Əcaib və batil şeylər rəvayət edir.” (bax: “Tarix Bağdad, 12/446; “Lisanul-Mizən”, 4/456)
Bu hədislər uydurmadır, ən yaxşı halda çox zəifdir. İmam əs-Subki “ət-Tabəqat” əsərində (2/58) hədislərin münkər olduğuna hökm etmişdir. İmam əd-Darimi “ən-Nəqd” əsərində (səh: 163) deyir: “Bu hədisi və illətini Allaha daha yaxşı bilir! Lakin mən bunu çox münkər sayıram, çünki bu hədis Əbu Zərrin hədisinə ziddir, beləki o, Allahın Elçisindən - salləllahu aleyhi va səlləm – soruşmuşdur: “Rəbbini gördünmü?” Dedi: “Nurdur, necə görüm?!” Eləcədə Aişənin – radiyallahu anhə - sözü də buna ziddir, beləki demişdir: “Kim Muhammədin Rəbbini görməsini iddia edərsə, Allaha böyük bir iftira atmışdır” və sonra “Onu gözlər dərk etməz!” ayəsini oxudu. Bizim bu barədə görüşümüz budur!”
əl-İmam İbn Quteybə əd-Dinəvari “Müxtəlif əl-Hədis”də (38, 89) bunu zəif saymışdır. İmam əz-Zəhəbi “Siyər Əaləm ən-Nubələ”də (10/113) deyir: “Bu münkər bir xəbərdir, Allahdan dinimizdə salamatçılıq diləyirik. Hədis nə əl-Buxari, nə də Muslim’in şərtinə uyğun deyildir. Raviləri ittiham olunmasa belə, xəta və unutqanlıqdan məsum deyillər.”
əl-Hafiz Muhamməd bin Əhməd bin Abdulhadi “Risalə Latifə fi Əhədis Mutəfərriqa Daifə” əsərində (səh: 57) bunu zəif saymışdır.
Lakin bu hədisləri burada qeyd etməklə və bəzi nəqllər gətirib hədislərin səhihliyinin əhli-sünnət alimləri tərəfindən qəbul edildiyini iddia etməklə nəyin isbat olunduğu qaranlıq qalır! Ortaya belə bir sual çıxır? Şiələrin iddia etdiyi kimi əhli-sünnətdən bu hədisləri qəbul edənlər Allahı məxluqa bənzədirmi? Yəni, Allahın hissələrdən və ya orqanlardan ibarət olduğuna inanırmı? Elə tutaq ki, “İbtal ət-Təvilət” kitabının sahibi məşhur hənbəli alimi əl-Qadi Əbu Yalə’nin hədislər haqqında fikrinə baxaq! əl-Qadi – rahiməhullah – bu hədisləri qeyd etdikdən sonra (1/146) deyir:
“Biz bu hədisləri Allahın orqanlara sahib olması və hissələrdən ibarət olması, halının dəyişməsi mənasında qəbul etmirik, sadəcə zat, nəfs, vəch, iki əl və göz və digər bunun kimi sifətləri dilimizdə söylədiyimiz kimi eynilə bu sifətləri də dilimizdə işlədirik. Hədisdəki “üzündə tük bitməmiş, buruğ saçlı gənc” sözü ilə Allahın məxluqa bənzər olması isbat olunmur, biz bu sözləri sadəcə xəbərlərdə gəldiyi kimi dildə tələffüz etməklə təsdiqləyirik və mənalarını anlamırıq...” əl-Qadi Əbu Yalə bu sözləri ilə bir daha təsdiqləyir ki, hədisdəki təsvirlər Allaha aiddir və heç cür bizim ağlımıza gələn gənc oğlan surəti deyildir. Qısaca desək, əl-Qadi burada sadəcə hədisin sözlərini təsdiqləmiş və mənasının bilinmədiyini söyləmişdir. Bu, əl-Qadi Əbu Yalə’nin məzhəbidir.
Alimlərdən bəziləri də bu hədisləri sadəcə röya olaraq izah etmişlər, necəki Yusuf – aleyhissələm – yuxusunda valideynlərini və qardaşlarını Günəş, ay və ulduzlar şəklində görmüşdür. İmam İsmayil əl-Acluni – rahiməhullah – “Kəşful-Xafə” əsərində (2/392) deyir: “Rəvayətlərdən bəzilərində “qəlbi ilə gördü” şəklində rəvayət olunmuşdur. Əgər hədis yuxuda röya kimi yozularsa ortada heç bir problem qalmır, lakin ayıq olduğu hala həml olunarsa, buna İbnul-Humməm belə cavab vermişdir ki, bu, surətin hicabıdır. (Əli) əl-Qari dedi: Sanki bununla qeyri həqiqi təcəllini qəsd etmişdir və Allahu Təalənin zat və sifət baxımından bir çox növ təcəllisi vardır, lakin Allah Təalə cism və zat baxımından surətdən münəzzəhdir.”
Hədisin səhihliyinə hökm vermək Allahı məxluqa bənzətmək anlamına gəlmir. Çünki alimlər bunu sizin qələmə verdiyiniz kimi qəbul etmirlər.
Lakin əhli-sünnətin muhaqqiq alimlərinin dedikləri kimi bu hədislər münkərdir. Hədislər münkər olduqdan sonra ortada heç bir problem qalmır.
əl-Qadi Əbu Yalə’nin bu hədisləri bir kitaba toplayıb onları isbat etməsi ilə məqsədi qarşı tərəfdə təfritə varmış firqələri rədd etmək idi, çünki qarşı tərəf istər Quran, istərsə də səhih hədislərdə gəlmiş Allahın sifətlərini ya inkar edir, ya da dəlilsiz təvil edirlər. Hər kəsə məlumdur ki, insanlar çox zaman qarşı tərəfi rədd edərkən öz məzhəbində ifrata varırlar, ona görə də deyirik ki, əl-Qadi Əbu Yalə - rahiməhullah – bu münkər hədisləri isbat etməklə ifrata varmışdır. Alimlər isə bunda hədis əhlindən olmadığına görə üzrlü görürlər.
Bu hədisləri rəvayət etdiklərinə görə bizim alimlərə dil uzatmaq məncə əsassızdır, çünki hədislərin zahirlərini təqdiqləməklə yanaşı, onlar təşbihi və təcsimi inkar edirlər. Lakin sizin öz imamlarınızın əshabından bəziləri açıq şəkildə təcsimə inanıblar və imam Rida bunu onların əleyhinə inkar etmişdir. Əbul-Həsən Əli bin İbrahim bin Haşim dedi: atam mənə Əhməd bin Muhamməd bin Əbi Nasr’dan, o da Əli bin Musa ər-Rida’dan – aleyhissələm – rəvayət etdi: (ər-Rida) dedi: “Ey Əhməd! Sizinlə Hişam bin əl-Həkəm’in əshabı arasında tövhiddəki ixtilaf nədir?” Dedim: “Sənə fəda olum! Biz Allahın surəti olduğunu dedik, çünki rəvayət olunan hədisdə Allahın Elçisi – salləllahu aleyhi va alihi – Rəbbini gənc bir oğlan surətində görmüşdür. Hişam bin əl-Həkəm isə cismi inkar edir.” Dedi: “Ey Əhməd! Peyğəmbər – salləllahu aleyhi va alihi – Səmaya götürüldükdə və Sədratul-Muntəha’ya yetişdikdə hicabda iynə ucu boyda deşik açıldı və Əzəmətli nurdan Allah ona gostərmək istədiyi qədərini gördü. Siz isə bənzətmək istəyirsiz. Tərk et bunu ey Əhməd! Bunu anlaya bilməzsən, bu böyük bir məsələdir! (bir başqa rəvayətdə isə deyir: "Bunu tərk et ki, böyük bir məsələyə düşməyəsən!” Bunu əl-Məclisi “Bihərul-Ənvar”da (3/307), Əli bin İbrahim əl-Qummi “Təfsir əl-Qummi”də (1/20), Şeyx əl-Huveyzi “Təfsir Nur əs-Səqaleyn”də (5/155), Şeyx ət-Tarihi “Məcmə əl-Bəhreyn”də (2/116) rəvayət edir. Maraqlı tərəf budur ki, İmam ər-Rida – radiyallahu anhu – bu hədisi inkar etmir, sadəcə bunun anlaşılmaz olduğunu deyir. Bizim hənbəli alimlərimizdən bir çoxu bu yöndə gəlmiş bir çox batil hədisi qəbul ediblər, lakin onlardan heç biri cism, orqan və buna bənzər təşbih etiqadında olmayıblar. Sadəcə bunları Allahın sifətləri kimi qəbul edib, iman gətirib, keyfiyyətini düşünməyə çalışmayıblar və həqiqətini Qiyamət gününə saxlayırlar. Görəsən bunun harası təşbihdir?! Əgər sizin məntiqinizlə getsək gərək İmam ər-Rida haqqında da eyni cür danışaq, haşa, onlar belə şeydən uzaqdırlar. Kitablarınız da bundan da münkər sözlər gəlmişdir, üstəlik ilk alimləriniz həmin hədisləri qəbul edirlər. Misal vermək istərdim, lakin misala ehtiyac yoxdur...



#11487 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 05 июля 2009 - 16:28 в Şiə-sünni dialoqu

Allahın 2 əli var deməklə yəni kəmiyyətdən istifadə etmək səncə artıq sayıla bilən cism təsəvvür etmək deyil?
Sağ əl, sol əl, ayaq, barmaq, göz ............deməklə qismlərə böldükdə cism təsəvvür etmək deyil? Ən azından Allahınızı sadalanan qismlərə bölməmisiniz?

أَوَلَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُمْ مِمَّا عَمِلَتْ أَيْدِينَا أَنْعَامًا فَهُمْ لَهَا مَالِكُونَ

Məgər Bizim öz əllərimizlə onlar üçün davarlar(mal-qaranı) yaratdığımızı və özlərinin de onlara sahib olduqlarını görmürlərmi?!(Yasin-71)

Burada Allah 2 əlimlə yox, əllərimizlə yaratdıq deyir. Ərəb dilində bildiyin kimi cəm 3 və 3-dən artığa şamil olur. Siz isə deyirsiniz ki, Allahın məhz 2 əli, sağ əl və sol əli var. Bəs onda yuxarıdakı ayəni nəzərə alanda ən azından 3-cü əl barədə nə deyə bilərsən?

وَالسَّمَاء بَنَيْنَاهَا بِأَيْدٍ وَإِنَّا لَمُوسِعُونَ

Biz göyü əl ilə yaratdıq ve Biz onu genişlendiririk.(51-47)

Burda nə deyəcəksən? Allah tək əl ilə yaradıb?

Allahı unutqanlıqla, istehza etməklə, utanmaqla, xəstələnməklə və s. ilə vəsf edirsinizmi? Bu barədə ayə və hədislər var. Hələlik bunlara sənin tə`birinlə desək normal dildə cavab ver. İnşaAllah sonrası da olar.


Burada iki sual vermisən. Birinci sualına əsasən guya Allah "iki əl" sözünü zikr etmir, lakin əllərim sözünü zikr edir. Bunun üçün ayəni misal g
tirmisən. Lakin deyəsən digər ayəni unutmusan? Allahu Təalə İblisə deyir: ما منعك أن تسجد لما خلقت بيدي "İki əlimlə yaratdığıma səcdə etməyə sənə nə mane oldu?" Bu ayədə Allahu Təalə özü "iki əl" işlədərək məhdud say bildirmişdir.
Qaldıki/ cəm siğəsində gəlməsinə...bunda heç bir ziddiyət yoxdur/ bu ərəblərin dilində geniş yayılmışdır. Onlar "əllərimiz" deyirlər, lakin hamı bilir ki/ ərəblərin də digər millətlər kimi iki əli mövcuddur.

İkinci sualına gəldikdə isə, gətirdiyin ayədə ümumiyyətlə "əl" sözü işlənməmişdir. Ya sən ərəb dilindən qafilsən, ya da qafil olan biri səni aldatmışdır. "أيد" kəliməsi ilə "يد" kəliməsi arasındakı fərqi də bilmirsən. Birincisi "dəstək,qüvvə" anlamındadır...ikincisi isə "əl" deməkdir. Ona görə də heç bir alim sənin gətirdiyin həmin ayəni "mütəşabih"lər sırasına aid etməmişdir. Çünki ərəb dili baxımından orada heç bir işkal yoxdur.

Bir də qeyd edim ki, Abu Sufyan ordusu, sən məni tanımırsan...ona görə də yazılarında bir qədər tonunu aşağı sal! Sən mövzunu açanda elə bərk getmisən ki, sanki mövzu ilə nəyisə isbat edirsən. Nasibi və bunun kimi adlardan uzaq ol...nasibilik küfrdür, əgər belə edəcəksənsə, onda mən də sənin kimilərə rafizi adını yapışdıraram. Amma hələ ki, sənə heç bir şey demək istəmirəm, sənin ədalət və insafını gprmək istəyirəm.
"Fath" təkıb edir ki, mövzu normal diskussiya olsun!
Bir də xahişim budur ki, bir məsələ bitməmiş o biri məsələləri ortaya qatmayın. Linkləri orya atmayın, içinizdən insaflı, adil və elmli biriləri müzakirədə iştirak etsin ki, aləm bir-birinə qarışmasın! Bir də qərəzlilikdən uzaq olmağa çalışaq, bu haqqı axtaranların sifətidir. Ədəb və əxlaq normalarını gözləyək...müzakirəmiz belə davam edərsə, oxuyanlar yazılarımız xoşluqla oxuyar.



#11457 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 04 июля 2009 - 23:08 в Şiə-sünni dialoqu

Allaha şükür ki, öz məzhəbimi öz alimlərimdən öyrənirəm və heç bir şiədən məzhəbim haqqında məlumat almağa ehtiyac yoxdur.
Sənin yazdıqlarının cavabı vardır, Allahın iznilə qarşıda bu cavabını burada yerləşdirəcəm.
Amma qısa olaraq burda bir şeyi aydınlaşdırmaq istəyirəm.
Heç bir əhli-sünnət alimi Allah haqqında sizin zənn etdiklərinizi söyləmir...Haşa, Allahı bundan tənzih edirlər. Əgər kimsə deyilən sözlərin məğzini anlamırsa, bu onun öz qafilliyidir. Bu məsələdə bir neçə məzhəb var. Quranda və Sünnətdə gələn sifətlər haqqında bir neçə yanaşma mövcuddur.
1. Bir qrup ümumiyyətlə Allahı hər bir şeydən tənzih edirlər, tənzihdə o qədər ifrata varıblar ki, Allahın həm sifətlərini, həm də isimlərini inkar edirlər. Açıq aydın Allahın "əs-Səmi" və ya "əl-Basir" olmadığını deyirlər və bu isimləri elə təvil edirlər ki, sanki Allahın Quranda özünü vəsf etməsi faydasız olur.
2. Digər qrup isə yalnız sifətləri inkar edir, isimləri isbat edirlər.
3. Sifətlərdən bəzilərini qəbul edir, digərlərini nəfy edirlər...qəbul etdikləri sifətləri isə təvil edirlər.
4. Bir digər qrup isə sifətlərdə Allahı məxluqa bənzədirlər.
5. Hənbəlilər isə səhih sünnətdə və Quranda gəlmiş sifətlərin hamısını qəbul edirlər və bir əsl olaraq onları zahiri mənalarına həml edirlər. Əgər bir başqa dəlil təvilə imkan verirsə, təvil edirlər. Lakin xüsusilə qeyd edirlər ki, bu sifətlərin arxasındakı həqiqət bizlərə məlum deyildir, onların keyfiyyətini biz bilə bilmərik. Biz sadəcə Allahın özü haqqında bizə xəbər verdiklərini təsdiq edir, öz əqlimizə tabe olaraq hər hansı bir sifəti inkar etməkdən qorxuruq. Çünki bu məsələlər ağıl ilə dərk olunmaz. Ona görə də alimlərimiz açıq şəkildə deyir ki, Allahın iki əli, iki gözü, danışması, eşitməsi Onun Özünə məxsus, Özünə yaraşan kamil sifətləridir. Biz bunların həqiqətini dərk etməkdən acizik və qəti olaraq bildiririk ki, bu sifətlər nə orqanlardır, nə də Allah hissələrdən ibarət deyildir, Allah məxluqa bənzəməz...Alimlərimiz bunu eynilə Allahın hakim olması ilə, qullarından kimlərinsə hakim olması kimi izah edirlər. Allahın sağ olması, Onun bizim sağ olmağımız kimi sağ olması anlamına gəlməz. Allahın nəfzi bizim nəfsimiz kimi deyildir. İsa - aleyhissələm - deyir: "Mən Sənin nəfsindəkini bilmirəm, Sən mənim nəfsimdəkini bilirsən!" Biz bununla Allahın nəfsinin olduğuna, lakin bu nəfsin Allaha layiq bir nəfs və bu sifətin kamillik sifəti olduğuna, naqislik sifəti olmadığına etiqad edirik.
Ona görə də bu hədisləri bura muncuq kimi düzüb elə təsəvvür oyatmayın ki, əhli-sünnət alimləri məxluqa bənzər bir ilaha etiqad edirlər. Kim belə düşünürsə ya şirrir, pis niyyətli biridir, ya da cahildir!
İndi heç kəs bundan sonra durub yalandan iddia etməsin ki, sünnilər məxluqa bənzər bir ilaha ibadət edirlər. Belə bir iddia onun tərəfindən iftiradır...əgər sadəcə hədis nəql etməklə nəyisə isbat etdiyini zənn edirsə, biz onun açdığı o qapıdan içəri girib öz taktikası ilə onun özünü biyabır etməyə qadirik. Çünki öz kitabları bundan da münkər hədislərlə doludur! Özü də elə hədislər ki, bunların ilk dövr alimləri bu hədislərin səhihliyində ittifaq edirlər.
Lakin əgər kimisə xüsusi olaraq mövzudakı ilk hədislər haqqında əhli-sünnətin fikri maraqlandırırsa, normal dildə sualını versin və biz ona lazım olan məlumatı çatdıraq.
Hələlik!



#11799 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 09 июля 2009 - 22:57 в Şiə-sünni dialoqu

Ahmed
Mən İmam Ridadan gətirilən o söhbətə inanmıram, lakin misal olaraq Əbu Sufyana gətirdim ki, heç olmasa dayanıb yüz dəfə ölçsün sonra biçsin! Mən ona dedim ki, bu barədə öz kitablarından başqa hədislər də gətirə bilərəm və sizin öz alimlərinizin həmin hədislərin səhihliyinə etiqad etdiyini də isbat etmək olar. Sonra eynilə sənin metodunla sual verə bilərəm ki, sizin alimləriniz cahil idi? Yoxsa sən öz alimlərinizdən daha yaxşı bilirsən...

İkincisi isə mən alimlərimizdən bəzilərinin sözlərini digərlərinin sözləri inkar etmişəm...

Qısacası, Ahmed, mövzu barədə yazacağın bir şey varsa buyur...



#11490 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 05 июля 2009 - 17:06 в Şiə-sünni dialoqu

Salam gardashim.
Siz umumiyyetle Hanbalide zaif hedis olmasini gabul edirsiz?
Imam Kurtubini ve ya imam Beyhagini gabul edirsiz?
Imam hanbali ozu gazi olmayib bas na ucun onun mazhabi var?


Əleykəssələm
Birinci sualı anlamadım. Əgər sən hənbəli məzhəbinin zəif hədisi qəbul edib etməməsini soruşursansa, bunun cavabı budur ki, hənbəlilər zəif hədisi müəyyən şərtlərlə qəbul edirlər.
1. Birinci şərt budur ki, hədis gərək çox zəif olmasın, yəni hədisin raviləri içində mətruk və ya bənzəri ravilər olmasın. Əgər ravilərdən kimsə hifzi zəifdirsə, o zaman bu hədis ihticaca yarayır. Bir də hədisin mətni münkər olmamalıdır.
2. Hənbəlilər, Quran və Sünnətdən məsələ barədə dəlil olmadıqda, səhabə görüşlərinə müraciət edirlər. Əgər səhabə görüşlərindən bir dəlil yoxdursa, belə bir hədisi o zaman qəbul edirlər. Əgər zəif hədis də olmazsa, əqli dəlillərə yönəlirlər.
Alimləri qəbul edirik...alimləri qəbul etmək onları hər bir nöqtədə qəbul etmək deyildir. Mən hənbəliyəm, lakin bu o demək deyil ki, hər bir hənbəli aliminin sözü mənim üçün hüccətdir.
Sonuncu sualın isə qəribədir. Əbu Hənifə də qazi olmamışdır, əksinə qazilik vəzifəsindən boyun qaçırmışdır. Bir də alimin məzhəbi qaziliyinə görə deyil, elminə görə qəbul olunur və yayılır.



#11788 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 09 июля 2009 - 22:12 в Şiə-sünni dialoqu

Heç olmasa əvvəlki xətanı əl-Cövhəri ilə yola verirdin, amma sonuncu xətan isə müsibətdir. İki söz arasındakı fərqi də bilmirsən:Sənə bir qədər daha aydın göstərim. Birinci söz:
أيدٍ əlif-ləm ilə yazıldıqda: الأيدي yəni, bu söz يد sözünün cəmidir.
İkinci söz:
أيدٌ əlif-ləm ilə yazılanda da eyni şeydir: الأيدُ bu söz isə sadəcə "qüvvət" deməkdir.

Nəsə, sənə nəsihətim vardır. Hər şeydən əvvəl normal şakildə müzakirə etməyi öyrən, çünki sənin müzakirə metodun budur ki, bacardığın qədər çox şey yazmaqdır və nəyin mövzuya aidiyyatı olub olmaması sanki əhəmiyyət kəsb etmir.
Sözümü sənə dedim, bəzi şeylərdə düzəliş et...sonra səninlə məmnuniyyətlə müzakirə edərik...



#11615 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 07 июля 2009 - 20:20 в Şiə-sünni dialoqu

Sənin sualına bir daha cavab verirəm.
Quranı Kərimdə “əl” sifəti üç şəkildə gəlmişdir. Birinci tək olaraq gəlir:
وَقَالَتْ الْيَهُودُ يَدُ اللَّهِ مَغْلُولَةٌ
“Yəhudilər dedilər ki, Allahın əli bağlıdır.”
Digər ayələrdə isə “musənnə” olaraq gəlmişdir:
لِمَا خَلَقْتُ بِيَدَيَّ
“İki əlimlə yaratdığıma…”
بَلْ يَدَاهُ مَبْسُوطَتَانِ
“Əksinə iki əli də açıqdır..”
Başqa ayələrdə isə cəm şəklində gəlmişdir:
مِمَّا عَمِلَتْ أَيْدِينَا
“Əllərimizin etdiklərindən...”
Sual verən soruşdu ki, nə üçün Allah əllər sözünü cəm şəklində işlədir və onun dediyinə görə “cəm” şəkli ərəb dilində ən az üç sayına dəlalət edir.
Bunun cavabı belədir: Kəlimənin musənnə şəklində gəlməsi açıq bir nassdır. Mufrəd şəkildə gəlməsi isə “cins” ifadə edir və ərəblər mufrəd şəklini sayca daha çox şey üçün istifadə edərkən bununla cins qəsd olunur.
“Əl” sözü isə cəm şəklində gəlməsinə baxmayaraq, yenə də “iki” sayına dəlalət edir. Bunu iki yöndən izah etmək olar.
Birinci: Lüğət alimlərindən bir qrupa görə cəm şəkli say etibarı ilə ən azı “iki”yə dəlalət edir. Yəni, onlara görə ikini qəsd edərək cəm şəklini istifadə etmək olar və bunun üçün Qurandan bəzi ayələri dəlil gətirirlər: məs Allahu Taələ Quran Aişə və Hafsa barəsində deyir:
إن تتوبا إلى الله فقد صغت قلوبكما
“Əgər Allaha tövbə etsəniz. Çünki qəlbləriniz meyl etmişdir..”
Burada Allah iki qəlbə cəm şəkli istifadə etmişdir. Aydındır ki, Aişənin bir qəlbi və Hafsanın da bir qəlbi mövcuddur və iki nəfərin iki qəlbi olacaqdır. Alimlərin bu qrupuna görə cəm şəkli ən az “iki” sayına dəlalət edir. Lakin lüğət alimlərinin əksəriyyəti onlarla razılaşmırlar. Onlara görə yuxarıdakı ayə və digər bəzi ayələr nəhv illətinə görə cəm şəklində gəlmişdir. Onlar deyirlər: Əgər müsənnə cəm damirinə və ya müsənnə damirinə izafə olunarsa, sözü müsənnə deyil, cəm şəklində söyləmək daha fasihdir, lakin müsənnə olaraq da söyləmək olar. Yəni “قلوبكما” daha fasihdir və bu, Quranda gəlmişdir. Lakin “قلباكما” şəklində də söyləmək olar.
Əgər birinci qrup alimlərin sözünə dayansaq, ortada heç bir işkal qalmır, çünki onlara görə cəm şəkli ən az “iki” sayına dəlalət edir. Lakin lüğət alimlərinin əksəriyyətinə əsaslansaq, onların izah etdikləri kimi “أَيْدِينَا” sözündə də “iki əlimiz” anlaşılmalıdır. Bunun cəm şəklində gəlməsinin səbəbi isə yuxarıda söylədiyim kimi, cəm damirinə izafə olması səbəbilədir. Yəni “bizim iki əlimiz” sözü daha fasih dildə “أيدينا” şəklində deyilir. Lakin “يدانا” şəklində də söyləmək olar.
Bu izah etdiklərim lüğət baxımından yanaşmadır. Şəri yanaşma isə fərqli mövzudur.
Daha sonra isə sual verən başqa bir ayəni ortaya atmışdır.
والسماءَ بَنيناها بأيْدٍ
“Səmanı da qüvvəmizlə bina etdik!”
Onun iddiasına görə buradakı “أيد” sözü “əl” sözünün cəm şəklidir. Mən isə belə bir iddianın qafillik olduğunu dedim və ona qısa bir izah verdim. Əksinə o, mənim dediyim izah üzərində düşünsəydi heç bir problemi qalmazdı. Lakin öz adəti üzərinə inadkarlığına davam etdi. “Abu Sufyan ordusu” daha sonra öz sözünü dəstəkləmək üçün lüğət alimlərindən olan əl-Cövhərinin sözünü gətirmiş və daha sonra böyür-başını düzəltmək üçün Vasif Məmmədəliyev ilə Ziya Bünyadovun tərcüməsini misal vermişdir.
Qaldı ki, “əl-Cövhəri” məsələsinə...Abu Sufyan ordusu yenə bununla elə təəssürat oyatmaq istəyir ki, sanki bu məsələdə alimlər arasında ixtilaf vardır. Lakin həqiqət belədir ki, alimlər arasında məsələdə ixtilaf yoxdur. Bunu bir neçə cür izah edəcəm inşəAllah!
Lüğət alimləri əl-Cövhərinin “əs-Sihəh” əsərini çox tərifləmişlər, lakin bununla belə orada xətaların və vəhmlərin də olduğunu qeyd ediblər. Əlsində “əs-Sihəh” əsərinə iyirmidən çox alim haşiyə və ixtisarlar yazaraq düzəlişlər ediblər.
Və “Kəşf əz-Zunun” sahibi deyir: “İmam Əbu Muhamməd Abdullah bin Bəri “əs-Sihah” kitabına haşiyə yazmış və bu haşiyəsində “şin” hərfinə qədər çatmışdır. Deyirlər: Adını “ət-Tənbih val-İfsah ammə vaqaə min əl-Vəhm fi Kitəb əs-Sihəh” qoymuşdur.”
İmam ibn Bəri bu kitabını yazaraq əl-Cövhəri’nin bir çox xətalarına düzəliş etmişdir. “əs-Sihəh” kitabına ondan başqa alimlər də haşiyələr yazmışdır. Bu alimlərin adları üçün “Kəşf əz-Zunun” kitabında əl-Cövhəri’nin tərcümeyi halına müraciət et. Bu kitabı bir də İmam Muhamməd bin Əbi Bəkr bin Abdulqadir ər-Razi ixtisar etmiş və adını “Muxtar əs-Sihəh” qoymuşdur. Kitaba bir çox düzəlişlər etmiş və vəznləri tədbit etmişdir. əl-Cöhhəri’nin “əs-Sihəh” kitabında etdiyi xətalardan biri də məhz sənin gətirdiyin sözlərdir və İmam ər-Razi yuxarıdakı sözlərdən sonra deyir:
قلت قوله تعالى { بِأَيْد } أي بقوة وهو مصدر آد يئيد إذا قوي وليس جمعا ليد ليذكر هنا بل موضعه باب الدال وقد نص الأزهري على هذه الآية في الأيد بمعنى المصدر ولا أعرف أحدا من أئمة اللغة أو التفسير ذهب إلى ما ذهب إليه الجوهري من أنها جمع يد
“Deyirəm: Allahu Təalənin “biƏydin” sözünün anlamı “qüvvətimlə” deməkdir. Və bu söz bir şeyin güclənməsi üçün istifadə olunan “آد” və “يئيد” felinin məsdəridir. “Əl” sözünün cəm şəkli deyildir ki, burada qeyd olunsun, əksinə onun yeri “dəl” babındadır və əl-Əzhari bu ayə barəsində “əlƏyd” sözündə bir mənalı olaraq bunun məsdər olduğunu qeyd etmişdir. Lüğət və təfsir alimlərindən hər hansı birinin əl-Cövhərinin dediyi kimi bunun “əl” sözünün cəm olması görüşünü qəbul etdiyini bilmirəm.”
Məsələ aydındır, əl-Cövhəri xəta etmişdir. Çünki ərəb dilində belə bir şey ya məsmu’ olaraq, ya da qiyas olaraq bilinə bilər, lakin belə bir iddia heç bir qayda ilə uyğun gəlmir. Bu şübhələr bəzi avam mötəzili, qədəri, cəhmi firqələri tərəfindən ortaya atılmışdır. İmam Əbul-Həsən əl-Əşari – rahiməhullah – “əl-İbanə” adlı kitabında deyir:
وقد اعتل معتل بقول الله تعالى ( 1 / 130 ) : ( والسماء بنيناها بأيد ) من الآية ( 47 / 51 ) قالوا : الأيد القوة فوجب أن يكون معنى قوله تعالى : ( بيدي ) بقدرتي قيل لهم : هذا التأويل فاسد من وجوه :
أحدها : أن الأيد ليس جمع لليد لأن جمع يد أيدي وجمع اليد التي هي نعمة أيادي وإنما قال تعالى : ( لما خلقت بيدي ) من الآية ( 75 / 38 ) فبطل بذلك أن يكون معنى قوله : ( بيدي ) معنى قوله : ( بنيناها بأيد

“Allahu Təalənin “Səmanı da qüvvəmizlə bina etdik” ayəsinin dəlil gətirərək deyirlər ki, ayədəki “əlƏyd” sözü qüvvət anlamındadır, o zaman Allahın “iki əlimlə” sözü də “qüdrətimlə” mənasında olmalıdır. Onlara belə cavab verilir: Belə bir təvil bir neçə yöndən fasiddir:
Birinci: “əlƏyd” əl sözünün cəm şəkli deyildir, çünki “əl” sözünün cəm şəkli “أيدي“ -dir və nemət mənasında olan “اليد” sözünün cəm şəkli isə “أيادي” dir. Allahu Təalə “iki əlimlə yaratdığıma” deyərkən bununla “iki əlim” sözünün “qüvvət ilə bina etdik” sözündəki məna olması batil bir izahdır.”
(əl-Əşari, “əl-İbanə” 1/129
)
Sual verə bilərlər ki, necə olur ki, əl-Cövhəri kimi alim belə xətaya yol verə bilir?! Buna belə cavab vermək olar:
Ola bilsin ki, bu xəta onun xətası deyildir, lakin tələbələrinin xətasıdır. Çünki məlumdur ki, əl-Cövhəri həyatının sonunda dəli olmuş və bu şəkildə vəfat etmişdir. Vəfat etdikdə “əs-Sihəh” kitabı vərəqlərdə qara-qura içində idi və onun tələbəsi bunu yenidən qələmə almışdır. “Əbcəd əl-Ulum” sahibi deyir (3/8) “Öldükdən sonra “əs-Sihəh” kitabı qaralama içində qaldı və onun tələbəsi İbrahim bin Salah bunu yenidən köçürdü və bir çox yerdə xətalar etdi.”
Digər səbəb isə alimlərin öz etiqadlarına uyğun olaraq lüğət elmində xətalı ictihadlar etməsidir. Belə misallar çoxdur və bunların ən çoxu isə əz-Zəməxşari kimi mötəzili alimin lüğət elminə mötəzilənin fikirlərini daxil etməsidir. Məsələn “bismilləh” sözündəki “bə” hərfinin istianə yoxsa musahəbə üçün olması barədə görüş. Əz-Zəmaxşari “əl-Kəşşaf”da bunun musahəbə üçün gəldiyini deyir, çünki mötəziləyə görə insan əməllərində sərbəstdir və buna görə də əz-Zəmaxşəri bunun istianə üçün olmasını uyğun görməmişdir. Yaxud da ona görə “لن” təbid ifadə edir, bu isə yenə onun mötəzili əqidəsi ilə bağlı olaraq lüğətə daxil etdiyi fikirlərdəndir. Ona görə də əl-Bilqini deyir ki, “əl-Kəşşaf” kitabından itizalat fikirlərini maqqaşla bir-bir çıxarmışdır.
Eyni şey əl-Cövhərinin şanı üçün də mümkündür, o da digər alimlər kimi etiqadına əsasən lüğət elmində xətalar edə bilər, xüsusilə də əgər bu sözü ondan başqa lüğət aliminin demədiyini bildikdən sonra xəta etməsində şübhə qalmır. Məlumat üçün onu da qeyd edim ki, əl-Cövhəri əqidədə mötəzili olmuşdur və ona təşəyyu nisbət olunur.
Lakin bütün bunları yazmağa daha əvvəldən ehtiyac yox idi, çünki mən sənə açıq-aydın bir dəlil verdim. Sənə dedim ki, heç bir alim bu ayəni mütəşabih ayələrdən saymır. Sən deyəsən mənim bu sözümü anlamamısan, sözümün mənası budur ki, əgər ayədəki “əlƏyd” sözü əl sözünün cəm şəkli olsaydı, o zaman alimlər bunu mütəşabih ayələrdən sayardılar, necəki “əl” sözünün keçdiyi digər ayələri mütəşabihlərdən sayırlar. Sənə dediyim bu izah mövzunun əvvəlindən sənə kifayət etməli idi, lakin görürəm ki, kifayət etməmişdir.
Daha sonra isə “yəd” sözünün “məhmuzul-fə” olub olmaması barədə ixtilaf olduğunu qeyd edirsən. İlk növbədə bunu nə üçün ortaya atdığını anlamıram, çünki “məhmuzul-fə” olsa da, olmasa da ixtilaf sözün ilk hərfində deyildir. İkincisi isə, bu sözün “məhmuzul-fə” olması barədə heç bir ixtilaf yoxdur. Əgər sən bununla ərəblərin “قَطَعَ اللهُ أَدَيْه” sözünü qəsd edirsənsə, bununla heç bir ixtilaf ortaya çıxmır. İbn Cinni rəvayət edərək Əbi Əli’nin belə dediyini nəql edir: “Bu bir şey deyildir!” Yəni, bunda heç bir dəlil yoxdur...Bunun üçün “Lisanul-Arab” kitabına bax.

Bir də burda "əl" sözünün haradan əmələ gəlməsi barədə bir dastandan danışdın, nəzərə alsaq ki, onsuzda vaxtının çoxunu boş-boş şeylər yazmaqla yazılarını çoxaldırsan, o zaman gəl tənbəllik etmə və həmin dastanı da yerləşdir. Görək nə dastanıdır...
Artıq bütün mövzunu qarışdırmısan bir-birinə və həmin dastanı burada yazmasan səninlə davam etmək fikrim yoxdur...
Üzümü tutub səmimi kəslərə bir söz demək istəyirəm. Mövzu boyu həs kəs göstərməyib ki, əhli-sünnət alimləri təşbihə və ya təcsimə inanırlar. İndi mən əhli-sünnət olaraq bu iddianı inkar etdim və bu barədə izah yazdım. Əgər kimsə bunun əksini sübut edə bilirsə, buyursun...onu da deyim ki, internete tez-tez gire bilmirem...vaxt olan kimi cavab yazaram. Lakin bu hayküyçü "Abu Sufyan ordusu" kimi etməməyi xahiş edirəm.
Allah amanında!

Qırmızı rənglə yalmız administrasiya yaza bilər. Sizə xəbərdarlıq edirəm! Qaydaları oxuyun.



#11614 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 07 июля 2009 - 19:41 в Şiə-sünni dialoqu

İnsanlarla mübahisə etdikdə iki növ insanla qarşılaşmışam. Birinci növ insan cahilliyini boynuna alır, lakin öz bildiyini tərk etmək istəmir..müəyyən səbəblərə görə. İkinci növ insanlarda isə mürəkkəb cahillik müşahidə etmişəm, onlar nəyisə bildiklərini zənn edirlər, belə insanlarla mübahisə etdikdə onların dəlili yalnız qışqırmaq, hay-küy qoparmaq, dəxli olmayan şeyləri ortaya atmaq və ya sadəcə çox danışmaqla qarşı tərəfi yormağa çalışmaqdır. Abu Sufyan, sən də elə onlar kimi hərəkət edirsən! Səbrli ol və bir məsələni bitirməmiş yazıb tökürsən ortaya...kopyalayıb doldurursan, elə zənn edirsən ki, nə qədər çox yazsan o qədər sözün güclü olacaq! Bir də mən sənin üçün tərcümə bürosu açmamışam burda ki, sənin yazılarını tərcümə edim. Arada bir internetə girib yazılarına göz atıram və imkan daxilində ortaya atılmış şübhələrə cavab verirəm.
Elə düşünmə ki, sənin çaldığınla oynamağa həvəsliyəm...əgər bu şəkildə davam edəcəksənsə, o zaman məncə bu müzakirəni elə burdaca dayandırmaq məsləhətlidir. Çünki bütün mövzunu yazılarınla korlayırsan, əgər elm tələbəsisənsə yazılarında elm ədəbini gözlə və ortaya söz atıb “bunun tərcüməsini sən elə!”...”bunun sənin üçün saxlamışam..” deyərək sözlərlə oynama. Bura show deyil. İnanıram ki, bir çox müsəlmanlar bura haqqı axtarmaq üçün gəlirlər. Elə deyilmi?!

Yaxşı keçək əsas məsələlərə!

Birinci: Hamməd bin Sələmə...

Yazılarımda heç bir yerdə Hamməd bin Sələmə’nin zəif ravi olduğunu deməmişəm. Açıq şəkildə yazmışam ki, Hamməd bin Sələmə Muslimin ravilərindəndir, bu isə o deməkdir ki, siqadır.
İkincisi isə ravinin siqa olması onun rəvayət etdiyi hədislərin hamısının qəbul olunması anlamına gəlmir. Hədis elmini bilən bunu bilir!
Allaha şükür ki, yazılarımda diqqətliyəm və nə yazdığımı bilirəm...Hamməd bin Sələmə elə bir ravidir ki, onun haqqında mövcud olan şübhələr səbəbi ilə əl-Buxari onun rəvayətini tərk etmişdir. Yəni, onu ihticac üçün tərk etmişdir, lakin mutabiatda istifadə etməsi isə onu rəvayətlərinin qəbul olunması anlamına gəlmir. əl-Buxari kitabında tənqid olunmuş raviləri mutabiatda istifadə edir. Sənin əl-Hafiz İbn Hacərdən gətirdiyin sözlər də mənim dediyimi təsdiq edir. Sən belə yazmısan:
لم يخرج عنه البخاري معتمدا عليه بل استشهد به في مواضع ليبين أنه ثقة وأخرج أحاديثه التي يرويها من حديث
Buxari ona e`timad etdiyi halda ondanrəvayət etməyib, Lakın digər yerlərdə isə onun siqə(güvənilr, etimadlı, fısqırıq) olduğunu bəyan etmək üçün onu şahid kimi gətirib və ondan hədislər rəvayət edib......................

Tərcüməni oxuyan elə başa düşür ki, əl-Buxari Hamməd bin Sələməyə etimad edir, lakin İbn Hacər ərəbcə belə demir. İbn Hacər deyir ki, “əl-Buxari ondan etimad etdiyi bir ravi kimi heç bir hədis rəvayət etməmişdir, lakin bəzi yerlərdə onu şahid qismində gətirmişdir ki, onun siqa olduğunu bəyan etsin!” Aydın olur ki, əl-Buxari bir ravi kimi ona etimad etməmişdir, çünki ətrafında çox şübhələr vardır. Muslim isə onun Sabit’dən rəvayətlərini qəbul etmişdir. Məncə yuxarıda bunu geniş şəkildə izah etmişəm. Bir də əl-Buxari’nin Hamməd bin Sələməni tərk etməsi mənim sözüm deyil, İbn Tahir və digər hədis alimlərinin sözüdür. Əgər Hamməd haqqında mövzu açmaq istəyirsənsə, buyur başqa bir mövzu aç və sənə orada daha geniş material verim!
Amma elə atmosfer yaratmağa çalışma ki, guya mən Hammədi zəif çıxarmışam və hədisi buna görə zəif saymışam. Əgər belə düşünürsənsə, o zaman mənim yazdıqlarımdan bir şey anlamamısan.
Qısaca desək, Hamməd siqa ravidir (baxmayaraq ki, bəziləri onu yalanda ittiham ediblər, lakin mən onun siqa olduğunu qəbul edirəm) və onun siqa olması hədisi səhih çıxarmır. Problem onun basralılardan rəvayətindədir və onun hafizəsinin korlanmasındadır.
İkincisi isə yuxarıda hədis alimlərimizin hədis haqqındakı hökmlərini yazdım və sitat gətirdim ki, ravilərin hamısı siqa olsa da, hədis münkərdir.
Bir də hədis yalnız Hamməd bin Sələmə ilə bağlı deyil, ortada digər problemlər də vardır.

Yazılarından görmək olar ki, sənin hədis elmi haqqında özünəməxsus anlayışın var. Nə vaxtdan hansısa ravinin çox hədis rəvayət etməsi onun rəvayətlərinin güclü olması anlamına gəlir?! O qədər ravi var ki, çoxlu hədislər rəvayət edib, lakin bununla belə hədis uydurmada ittiham olunub...bunu bilmən lazımdır!

Bir mövzuya bir anda on mövzu qatırsan. Bilmək olmur ki, sən burada nəyi müzakirə etməyə çalışırsan?
Bu mövzuda ortaya çıxan suallar bunlardır:
1.Əhli-Sünnət həqiqətən də Allahın məxluqa bənzəməsinə etiqad edirmi? Bəs qəbul etdikləri o hədislər haqqında nə deyirlər?
2. əl-Qadi Əbu Yalə kimdir? Nədə ittiham olunub? Onun haqqında deyilənlər doğrudurmu?
3.Hamməd bin Sələmənin rəvayət etdiyi bütün hədislər qəbul olunmalıdırmı?
4.Ortaya o qədər Quran ayələri gətirib hamısı haqqında aydınlıq tələb olunur!
5. Əl məsələsi Quranda necə gəlib, niyə bəzi yerdə mufrəd, bəzi yerdə musənnə, bəzi yerdə isə cəm siğəsi ilə gəlmişdir?
6. əl-Əydu sözü əl kökündənmi əmələ gəlir? əl-Cövhəri deyir ki, ayədəki əl-əyd sözü “yəd” sözünün cəmidir. Yəd sözünün “fə”sinin həmzəli olduğunu da deyənlər vardır! Bütün bunlara necə cavab vermək olar?

Bu ağlımda olan suallardır...dediyim kimi bu metod hay-küy salanların metodudur. Niyə normal şəkildə müzakirə edə bilmirsən?! Hər bir mövzunu ayrılıqda müzakirə etməyə hazıram. Lakin hər bir mövzuda belə qarmaqarışıqlıq olacaqsa, indidən deyirəm ki, faydasız şeylərə girməyi xoşlamıram...

Bu mövzunun məğzi budur ki, əhli-sünnət alimləri sifətlər və ya mütəşabihlər haqqında nə deyirlər? Onlar həmin sifətləri qəbul etməklə Allahı məxluqa bənzədirlərmi? Əsl sual budur!
Sualın da cavabı yuxarıda verildi. Qısaca izah etdim ki, heç bir əhli-sünnət alimi Allahı məxluqa bənzətmir, onlar ilk növbədə həmin sifətləri anlamağa çalışmırlar, qaldı ki, bu sifətləri məxluqa bənzətsinlər.
Onların kitablarında tez-tez bu sözlərlə qarşılaşırsan: “Bütün bu sifətlər Allaha layiq kamillik sifətləridir...” “Bizim bu sifətləri anlamamız onları inkar etməyə səbəb ola bilməz!” “Bu sifətləri dəlil olmadan təvil etmək olmaz!” “Allaha bənzər, tay, misal ola biləcək heç bir şey yoxdur.” “Allah hissələrə bölünməz, orqanlardan ibarət deyildir, onu heç bir şey əhatə etməz, nə məkan, nə də zaman...və sair və ilə axir...”



#11491 Vəhhabilərin "allah"ı

Отправлено автор: hənbəli 05 июля 2009 - 17:16 в Şiə-sünni dialoqu

Kürsi ilə Allah arasında dörd barmaq fərq olması barədə gələn hədislər də münkərdir. Bunu Şeyx əl-Albani – rahiməhullah – münkər hədislərdən saymışdır. Şeyx əl-Albani həm də “əs-Silsilə əd-Daifə” əsərində (rəq: 867) Allahın kürsidə oturması barədəki hədis barədə deyir: “ Uydurmadır” və sonrakı səhifədə deyir: “Xülasə budur ki, hədis bu məzmunla uydurmadır və hədisdə çox münkər bir söz vardır və bu, Allahın Tabərakə va Təalə kürsidə oturmasıdır. Belə bir sözün səhih bir hədisdə gəldiyini bilmirəm.”



#13918 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: hənbəli 29 июля 2009 - 19:19 в Şiə-sünni dialoqu

Çox gözəl! Razılaşaq bununla. (Gəribə budur ki, Sizin kitablarda bu hallara ras gələndə, bu alimlərin xətasıdır deyirsiz, amma şiə kitablarında olanda şiə alimlərinin yalanı. Buna cavab yazmasaz da olar, bunu bizim mövzuya aid etmirəm, ümumi dedim).

Təbəri də öz Tarixində (cild 5 səh. 2734, Zikr Zavaj Umar) yazır:
Ömər Aişəyə Üm Gülsüm bintə Əbu Bəkri almaq istədiyini deyir və Aişə ona cavab verir ki, "Bu mənim əlimdədir". Amma Üm Gülsüm onu rədd edir. Aişə Əmr bin Ası xahiş etdi ki, Ömərlə bu haqda danışsın və o Ömərə Əbu Bəkrin qızı Üm Gülsümü yox, Əlinin qızı Üm Gülsümü almağı məsləhət gördü.

Mən belə başa düşürəm ki, Siz (və alimləriniz) deyirsiz ki, Ömər əvvəl Əbu Bəkrin qızını almaq istəyir, amma o razı olmur və Ömər Əlinin qızını alır. Bu belədirsə Sizə iki sualım var:
Birincisi: Əhli sünnət imamı və mühəddisi Şah Əbdül Haq Dəhləvi yazır:

"Əsma bintə Üməys əvvəl Cəfər ibn Təyyarın arvadı idi. O şəhid olduqdan sonra Əbu Bəkrə ərə getdi. Bu evlilikdən sonra onun iki uşağı oldu, Mühəmməd və Ümm Gülsüm. Onun vəfatından sonra Əsma Əliyə ərə getdi və Ümm Gülsüm onun evinə girdi. Bu həmin Ümm Gülsümdür ki, Ömər onunla evləndi".
İmam of Ahl'ul Sunnah al Muhaddith Shah Abdul Haq Delavi (Rijal Mishkat page 115)

İkincisi: Deməli Əlinin evində iki Üm Gülsüm böyüyüb? Buna dəlil nədir?


Birincisi...biz nə xətadırsa, onu göstəririk...nəyin təhrif olduğunu görürüksə onu da göstəririk...yuxarıdakı yazıda açıq aydın yazı xətası olduğu aydındır... Kimin əsassız yerə təhrif ittihamı etməsi ortadadır. əl-Buxari mövzusuna baxmaq kifayət edər...

Təbəri də öz Tarixində (cild 5 səh. 2734, Zikr Zavaj Umar) yazır:
Ömər Aişəyə Üm Gülsüm bintə Əbu Bəkri almaq istədiyini deyir və Aişə ona cavab verir ki, "Bu mənim əlimdədir". Amma Üm Gülsüm onu rədd edir. Aişə Əmr bin Ası xahiş etdi ki, Ömərlə bu haqda danışsın və o Ömərə Əbu Bəkrin qızı Üm Gülsümü yox, Əlinin qızı Üm Gülsümü almağı məsləhət gördü.


Bu və buna bənzər iddialara bir neçə cür cavab vermək olar:
1. Bu rəvayətlərin heç birində Ömərin Əbu Bəkrin qızı ilə evlənməsi haqqında heç bir şey qeyd olunmur, ona görə bunun mövzumuz ilə əlaqəsi yoxdur. Çünki biz Ömərin kimlə evləndiyini və ya Ömərin doğurdan da Əlinin qızı ilə evlənməsi tarixi bir faktdır yoxsa şiələrin iddia etdiyi kimi bir iddiadır? Biz bunları müzakirə edirik...
2. Onu da qeyd etməliyəm ki, Ömərin Əbu Bəkrin qızı Umm Kulsum’un əlini istəməsi haqqında səhih heç bir şey gəlməmişdir. Bu barədə İbn Cərir ət-Tabəri rəvayət edərək deyir: “əl-Mədəini dedi: “Əbu Bəkrin qızı Umm Kulsumun əlini istəmişdi və o, yaşca kiçik idi...” Bu rəvayətin eynisini İbn Kəsir əd-Dəməşqi “əl-Bidayə van-Nihayə” kitabında İbn Cərirdən nəql etmiş, lakin bunu ondan nəql etdiyini zikr etməmişdir. Bu rəvayətin muttəsil bir sənədi yoxdur. Bunu ət-Tabəri gördüyünüz kimi əl-Mədəini’dən rəvayət edir. əl-Mədəini hicri 244 və ya 245-ci ildə vəfat etmişdir. ət-Tabəri isə hicri 310-cu ildə vəfat etmişdir. Bu iki alimin ölümü arasında 82 il vardır. Sözsüz ki, ət-Tabəri ondan bir şey eşitməmişdir. Üstəlik əl-Mədəini öz rəvayətlərinin çoxunu sənədsiz rəvayət edir. Bunu da əlavə edək ki, əl-Mədəini zəif bir ravidir. əz-Zəhəbi “Mizənul-İtidəl” kitabında deyir: “Əli bin Muhamməd Əbul-Həsən əl-Mədəini əl-İxbəri, çoxlu kitab sahibidir. İbn Adiy onu “əl-Kamil” kitabında (zəif ravilər haqqında kitabdır) zikr edərək deyir: “Əli bin Muhamməd bin Abdilləh bin Əbi Seyf əl-Mədəini, Abdurrahmən bin Sumrə’nin mövlasıdır. Hədisdə güclü deyildir. Xəbərlər rəvayət etmişdir, sənədlə rəvayət etdiyi rəvayətlərin sayı azdır.” (əz-Zəhəbi, “Mizanul-İtidəl”, 3/351 (rəq: 1295) )
3. Ömərin evləndiyi Umm Kulsum'un Əlinin deyil, Əbu Bəkrin qızı olması imkansızdır. Bunun bir neçə səbəbi vardır. Birinci səbəb budur ki, Əbu Bəkrin qızı Əlinin himayəsi altında böyüməmişdir. Çünki Umm Kulsumun anası Əsma bint Umeys deyildir və bu barədə tarixi heç bir şahidlik gəlməmişdir. Əksinə Umm Kulsum bin Əbi Bəkrin anası Həbibə bint Xaricə bin Zeyddir, Əsma deyildir. Əli isə Həbibə ilə deyil, Əsma ilə evlənmişdir və Əbu Bəkrin uşaqları arasında Əlinin himayəsi altında böyüyən Əbu Bəkrin Əsma bint Umeysdən olan oğlu Muhamməd bin Əbi Bəkrdir. Ona görə də Umm Kulsum bint Əli deyildikdə bunun Əlinin əli altındakı Əbu Bəkrin qızı olduğunu söyləmək cahillikdir və heç bir tarixi fakta əsaslanmır. əş-Şeyx əş-Şəblənci “Nur əl-Əbsar” kitabında deyir: “Umm Kulsum onun (Əbu Bəkrin) qızları içində ən kiçiyidir. Anasının adı Həbibə bint Xaricə bin Zeyd’dir. Əbu Bəkr ölərək onu dul buraxmışdır və o, bu zaman Umm Kulsum’dan hamilə idi. Əbu Bəkrin vəfatından sonra dünyaya gəlmişdir və onunla Talha bin Ubeydullah evlənmişdir.” (“Nur əl-Əbsar”, səh: 701)
Üstəlik məlumdur ki, Ömər öləndən sonra onun dul qalmış zövcəsi Cafər bin Əbi Talibin oğulları olan Aun bin Cafər ilə Muhamməd bin Cafər ilə evlənmişdir. Əgər Ömərin evləndiyi Umm Kulsum Əbu Bəkrin qızı olsaydı, belə çıxır ki, Umm Kulsum anadan bir qardaşlarına ərə getmişdir. Çünki əgər Umm Kulsum bint Əbi Bəkrin anası Əsma bint Umeysdirsə, o zaman Aun bin Cafər və Muhamməd bin Cafərin də anası həmin Əsma bint Umeysdir. Əuzu billəh...təbii ki, belə bir iddia yaxşı düşünülmədən ortaya atılmış bir yalandır. Başqa bir dəlil isə budur ki, Əbu Bəkrin qızı Umm Kulsum Ömər ilə deyil, Talha bin Ubeydullah ilə evlənmişdir. Əbu Bəkrin qızı Umm Kulsumun tərcümeyi halını yazan heç bir tarix və nəsəb alimi yoxdur ki, onun Ömər ilə evləndiyini qeyd etsinlər. İbn Xalkən “Vafiyyət əl-Ayən” kitabında (3/07) Umm Kulsum bint Əbi Bəkr haqqında deyir: “Onunla Talha bin Ubeydullah evlənmişdir və ondan Muhamməd adında oğlu olmuşdur, Məkkənin valisi idi və ondan həm də Zəkəriyya və Aişə’ni dünyaya gətirmişdir. Sonra Talha qətl edilir və onunla Abdurrahmən bin Abdilləh bin Əbi Rabia əl-Məxzumi evlənmişdir.” Üstəlik Umm Kulsum bint Əbi Bəkr atasının ölümündən sonra dünyaya gəlmişdir və o, Əbu Bəkrin qızları arasında yaşca ən kiçiyidir. əl-Hafiz İbn Hacər deyir: “Umm Kulsum bint Əbi Bəkr əs-Siddiq ət-Təymiyyə, tabiidir, anasının qarnında olarkən atası (yəni Əbu Bəkr) ölmüşdür və o, atasının ölümündən sonra dünyaya gəlmişdir.” (“əl-İsabə”, 4/964) Deməli aydın olur ki, Əbu Bəkrin qızı Umm Kulsum Ömərin xilafətinin ilk ilində dünyaya gəlmişdir. Ömər isə on il xilafətdə olmuşdur. Ömər ölərkən Umm Kulsum’un hələ 9 yaşı belə tamamlanmamışdı. Necə olur ki, Ömərdən Zeyd və Ruqeyyə adında iki uşağı olmuşdur?! Tarixdən məlumdur ki, Ömər hicri 27-ci ildə Umm Kulsumu Əlidən istəmişdir və həmin bu zamanda Əbu Bəkrin qızının hələ dörd yaşı tamamlanmamışdı. Lakin Əlinin Qızı Umm Kulsum isə peyğəmbərin – salləllahu aleyhi va səlləm – vəfatından əvvəl dünyaya gəlmişdir. Adi insan ağlı da təsdiq edir ki, Ömər Əbu Bəkrin qızı ilə deyil, Əlinin qızı ilə evlənmişdir və ondan iki uşağı olmuşdur.

Qaldı ki, Abdulhaqq əd-Dəhləviyə...bunun cavabı belədir:
1. Əgər Şeyx əd-Dəhləvi bunu doğurdan da deyibsə, o zaman ondan əvvəl belə bir söz deyən alim olmamışdır və əd-Dəhləvinin hicri 11-ci əsrdə yaşadığını nəzərə alsaq 11 əsrdən sonra bunu haradan çıxardığı müəmmalı qalır və bununla da sözlərin əsassız olduğu anlaşılır.
2. Yuxarıda qeyd etdiyim səbəblərə görə Ömərin Əbu Bəkrin qızı ilə evlənməsi imkansızdır.
3. Sonunda isə Şeyx əd-Dəhləvinin bu sözlərini netdə nə qədər axtardımsa rastlaşmadım, əgər kimdəsə onun sözlərinin ərəbcəsi varsa...zəhmət olmasa təqdim etsin və sözləri haradan gətirdiyinə bir link atsın (hardan olursa olsun)... heç olmasa bu sözlərin də digər sözlər kimi əsassız olmadığını görək.

Əgər kimsə yuxarıda yazdıqlarımla razı deyilsə, səbəbini yazsın!



#13907 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: hənbəli 29 июля 2009 - 18:35 в Şiə-sünni dialoqu

Amma həmin sözə oxşar kəlmələr var. məsələn 4,472 deyesən.

Nə varsa dəqiq yaz araşdıraq...görək doğurdan varmı yoxsa yox!



#12683 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: hənbəli 21 июля 2009 - 15:18 в Şiə-sünni dialoqu

Bismilləh
Allahın izni ilə bu mövzu barədə fikrimi bildirmək istərdim, lakin hər şeydən əvvəl bəzi şeylər dəqiqləşdirmək istəyirəm.

Nardarani yazır:

“Heysemi dedi: “Bu hedelemek xeyr bereketdir. Omerin bu xeyr bereketi taninmishdir” (Mecmeuz zevahid c 4 she 2722)”

əl-Heysəmi’nin kitabını nə qədər axtardımsa sənin bu sözlərinə rast gəlmədim. Ola bilər ki, sən həmin sözlərin ərəbcəsini burada yerləşdirəsən?! İnşəallah cavabını gözləyəcəm... ya da "əl-Məcmə" kitabının hansı nəşrindədir? Səhifəsini də dəqiqləşdir...çünki Umm Kulsum ilə fihrista əsasən tapdığım bütün hədislərə baxdım, heç birində belə bir şey rast gəlmədim.

əl-Fəth yazır:

İbn hacər "əl-İsabə" səh 323-də yazır:
Ümm Gülsün hələ anasının bətnində idi ki, Əbu Bəkr 13 Hicri ilində vəfat etdi. Ömər onunla 17 Hicri ilində evləndi və onun o vaxt 4-5 yaşı var idi.

əl-İsabə kitabını nə qədər o yana bu yana çevirdim bu sözləri tapa bilmədim. Fihristə baxdım, həm Umm Kulsim bint Əli, həm də Umm Kulsim bint Əbi Bəkrin qeyd edildiyi bütün yerlərə baxdım, belə bir şyə rast gəlmədim. əl-Fəth bu yazdıqlarını bir daha dəqiqləşdir. Mənim araşdırdığım qədəri ilə "əl-İsabə" kitabında belə bir söhbət yoxdur. Yalana bənzəyir, ola bilsin ki, hansısa ingilis saytında yazıblar...sən də götürüb burada yazmısan. Doğrusunu Allah bilir!

Sonra Abdulqadir əd-Dəhləvi'nin sözlərinə link varsa, təqdim etsəz yaxşı olar. Çünki mən Abdulqadir əd-Dəhləvinin "Ricəlul-Mişkət" kitabını axtardım tapa bilmədim. Bu kitabı axtararkən onun risalələrinin birlikdə çap olunduğu bir məcmuya rast gəldim və orada əksinə onun ayrılıqda bir risalə yazıb bu evliliyi isbat edən risaləsinin adını oxudum. Bu da müəmmalı qalır.
Digər məsələlərə keçməmişdən qabaq bunları dəqiqləşdirmək istərdim...inşəAllah sonra bir-bir digər məsələlər də cavab verməyə çalışacağıq. Allahın izni ilə!



#13799 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: hənbəli 28 июля 2009 - 17:48 в Şiə-sünni dialoqu

Orda tapmadızsa bura baxın:
Tarix Xəmis cild 2 səh 239 Zikr Zavaac Umar yazır:

Ümm Gülsüm Əbu Bəkrin qızı idi və o kiçik qız uşağı idi. Onun anası xristian idi. Əbu Bəkr vəfat edərkən o hamilə idi və Ümm Gülsümü onun vəfatından sonra dünyaya gətirib. O böyüyərkən Ömər ibni Həttab onu Aişədən istədi və o qəbul etdi, amma Ümm Gülsüm bintə Əli onun istəyini rədd etdi və Aişə buna razı oldu.

Həmin şey Ibn Quteybə əl Maarif səh 76, Zikr Aulad Əbu Bəkr:
Həmin şey Riyad əl Nadira cild 1 səh 303, Zikr Aulad Əbu Bəkr:

Ömərlə Ümm Gülsümün igahı 17 Hicri ilində baş vermişdir. O vaxt Ümm Gülsümün 4-5 yaşı olardı. Deməli o 12, ya 13-cü Hicri ilində anadan olub.

Tarix Abul Fida, cild 1 səh 171
"al-Faruq" Şibli Numani, cild 2 səh 539


Yuxarıda əl-Fəthin sitatında hərflərini böyütdüyüm və altından xətt çəkdiyim sözlər Tarixul-Xamis kitabında yoxdur, bunu kim əslində dəyişibsə təhrif etmək üçün edib (bunu əl-Fəthin etdiyini iddia etmirəm), ola bilsin ki, ingilis dilli təhrifçilər ediblər.
İbn Quteybənin "əl-Məarif" kitabında da belə şey qeyd olunmur, əksinə "əl-Məarif" kitabında Ömərin Əlinin qızı Umm Kulsum ilə evləndiyi qeyd olunmuşdur. Əbul-Fida tarixinə də sonra baxaram...görək elə bir şey var yoxsa yox...

kstati..."Tarixul-Xamis" kitabının ikinci cildini burdan yükləmək olar:
http://www.archive.o...sse/khmais2.pdf




Рейтинг@Mail.ru