Перейти к содержимому


Публикации *KıZıLBAŞH*

10 публикаций создано *KıZıLBAŞH* (учитываются публикации только с 29-марта 23)


#89511 Şiələrə suallar

Отправлено автор: *KıZıLBAŞH* 29 февраля 2012 - 22:58 в Şiə-sünni dialoqu

Bismilləh,

Quranda peyğəmbərlərin etdiyi belə bir dua var:

Cahil olmaqdan Allaha sığınıram.

Subhənallah, biri həyasız deyir, digəri boş-baş, vova deyir.Halbuki, mən onlara "şiə" sözündən başqa heç bir söz deməmişəm. Bu da özlərinin qəbul etdiyi sözdür.



Əvəlcə bütün müsəlman qardaşlarımı salamlayıram!

Dəyərli "Selefi Turan" qardaşım! Əgər sizin işiniz "mövzudan yayınmaq, söhbəti fırlatmaq"dırsa onda qardaşların dediyi sözlər doğrudur!


Müsəlmana belə hərəkətlər yaraşmaz. Allah sizə hidayət versin.


Allah "hidayət olunmayanlara" hidayət etsin! :rolleyes:


Moderator bunları niyə görmür, başa düşmürəm. Halbuki bu da qaydalara ziddir.

Həqiqətən Allah istədiyini doğru yola hidayət edir, istədiyini də azdırır.


Allah hər şeyi görür mənim qardaşım! Digər məsələyə gəlincə isə Tanrının işinə qarışmaq olmaz!


Meşədən sual verirsən dənizdən cavab verir. Dağdan danışırsan, çaydan cavab verir. Özünü də elə hesab edir ki, guya mənə güclü elmi cavablar verir və məni susdurur.


:nasibi: :pravila: :nasibi:


Mənə yuxarıda yazılanlara burda cavab yazmağa icazə vermirlər ki, mövzunun adı "Şiələrə suallar" -dır. Başqa forumda inşəAllah bu sualların cavabını yazacam. Haqqı qəbul edən insanlar yuxarıdakı sualların cavabsız qalmasını açıq-aydın görür.


Dəyərli qardaşım! Forumlar insanlar arasında fikir alış-verişi almaq, müəyyən məsələləri mübahisə etmək və bir-birimizi məlumatlandırmaq üçün yaranmışdır! Və hər bir insanın fikri azaddır! Çünki Allah insanlara "seçmək" hüququ vermişdir. Buyurun, heç kimdən çəkinməyin! Fikirlərinizi söyləyin, suallarınızı verin, biz də əlimizdən gəldiyincə cavablandırmağa çalışaq! :rolleyes:


Ona görə mən şiələrə yeni suallar verirəm:
1) Şiələr əqidəsinə görə heç bir yozma etməədən ayədəki ləfzi təsdiq etmək olar?
Məsələn kimsə desəki: "(Allah) buyurdu: “Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?”"
Yaxud kimsə namazda bu sözü desə həmin adam Allahı maddiləşdirməkdə ittiham olunacaq?


Dəyərli qardaşım! Qurani-Kərim Allahın göndərdiyi bir kitabdır! Və orada bir kəlimə, bir ayə -- 1 hadisəyə deyil, yüzlərcə hadisəyə işarə edir! Və Quranda insanları düşündürən yazı tərzi varki, buna da "məcaz" deyilir! Fikrimcə sizin bu sualınızı yuxarıdakı qardaşım savadlı və məntiqli bir şəkildə cavablandırdı...


2) Aşağıdakı linkdə verilən hədislərin hökmü nədir? Onları küfr hesab edirsiniz, yoxsa onlara iman gətirirsiniz?

Imam Huseyn haqqinda shia uydurmalari


Qardaşım, verdiyiniz bu fail kampyuturumda təəssüf ki, açılmadı... Daha sonra nəzər yetirməyə çalışacam...

3) Quranda bütün surələr "Bismilləh" ilə başladığı halda şiələrin bir çox hissəsi işə "Allah, Məhəmməd, ya Əli" kəlməsi ilə başlayır. Bunun dəlili nədir? Peyğəmbər (s) belə bir şey edibmi?



"Selefi_Turan" qardaşım!

Bu adları bir yerdə söyləmək o şəxsləri Allahla bərabər etmək demək deyildir! Səhv başa düşməyin, əgər bu termini bu şəkildə yozmusunuzsa - bu sizin öz cahilliyinizdən irəli gəlir. Digər məsələyə gəlincə isə Məhəmməd (s.a) və Əli (ə) Allahın ən yaxın dostlarıdır! Nə Məhəmməd - Tanrı, nə də Əli - Allahdır!! Bu məsələ haqqında uzun-uzun danışa bilərik...



#89541 Şiələrə suallar

Отправлено автор: *KıZıLBAŞH* 01 марта 2012 - 22:59 в Şiə-sünni dialoqu

Allahın göndərdiyi dinin formasını və mahiyyətini dəyişirsiniz.


Peyğəmbərdən sonra dinimizə cahil inancları soxuşduran və Peyğəmbərin sözünü yerə salan, xilafət və puldan gözü dönmüş kafirlərə Allah lənət etsin!


Dində yenilik edən iddia edir ki, Allah və onun elçisi (s) bilməyiblər ki, sən deməmişdən belə gözəl əməl də var imiş.


Görünür var imiş...


Dinin əsas atributlarından biri də məsciddir. Allaha ibadət evidir. Peyğəmbər (s) dövründə, Əli (rad) xəlifəliyi dövründə məscidlər qəbirsiz olub.
İndi də elə olmalıdır. Yeni ibadət məkanı kəşf edibsiniz: məscid ilə qəbir birlikdə.


Uyy daaa!! Kəbədəki qəbirlər? Görünür yeni namaz üslubu və azan kəşf olunub!!

Həm də bunu Peyğəmbərdən sonra "Xristafor Kalumb (rad)" soxuşdurub!


Allah sizə hidayət versin.


Allah "hidayət olunmayanlara" hidayət etsin! :rolleyes:

Ey şiələr, vallahi ki, bu Əlinin (rad) yolu deyil.


Yalan demə! Bu "Bakı-Şamaxı" yoludur! :blushL:


Necə xristinanlar İsanın Allahın olduğunu uydurdular
Eləcə də şiələr Əlinin imam olmasını uydurdular.


Fərqidəsiniz mi ey qardaşım! Siz şiələri "kafirliklə" günahlandırırsınız!!! Amma hədis və ayələrdə birini kafirliklə ittiham etmək sadə bir şey deyil! Əgər bu sübut olunmasa....... Allah köməyiniz olsun! Siz bizi nə ilə ittiham edirsiniz? Xahiş edirəm dəyərli soydaşım, fikrinizi bildirin! İnşaAllah sizi səhv anlamışam. Çünki bu elə belə bir məsələ deyil! Hətta "Mâlik, əl-Muvatta', Kitâbu’l-Kəlâm, Məkrûh Olan Kelâm Bâbı (2/984, H:1), Əhməd (2/112) İbnu Ömər radıyellâhu anhumâ"də belə nəql olunur:

"Kim Mömin bir qardaşına' ey kafir! "Desə, kafirlik ikisindən birinə dönər."

Və başqa bir hədisdə isə:

"Hansı adam bir adamı kâfirlikle ittiham etsə və əgər o adam dediyi kimi (kafir) isə (bir mes'ûliyyeti yoxdur); deyilsə, o kafir özü olar."


Allah elə etsin ki, mən sizi yalnış anladım... Yoxsa sizin sonunuz Allah eləməsin çox pis bir şəkildə bitər, əziz qardaşım! :unsure:



#89517 Şiələrə suallar

Отправлено автор: *KıZıLBAŞH* 01 марта 2012 - 00:24 в Şiə-sünni dialoqu

Sən yuxarıda ayələri yozmaqla məşğulsan. Özün böyük səhvlər edirsən. Məsələn "Əl" bizim üçün (insanlar üçün) ehtiyacdır. Nə bilirsən Allah üçün nədir? Allah bizə bənzəmir axı. Belə yozmaqla Allahı insanlara bənzədirsən.


Yəni bunu şiələr yozur, nəin ki vəhabilər?? Yəni İbn Teymiyyə bir şiə alimidir!

Həə?? Yəni Allahı insana bənzədirik?


Dediyin hədis əgər sizin kitablardandırsa yuxarıda qeyd etdiyim küfr hədisləri olan kitabları da qeyri mötəbər adlandırıram, həmin kitabları yazan alimləri də qeyri mötəbər adlandırıram.


:goodL:


Doğru söz:
Necə xristianlar İsanın Allahın oğlu olduğunu uydurdular,
Eləcə də şiələr Əlinin imam olduğunu uydurdular.


Çox gözəl bir şəkildə sübut etdiniz! Həqiqətən Əlinin bir imam olmadığına inandım! Sizə öz minnətdarlığımı bildirirəm! Siz doğrudan da səhih, və mötəbər mənbəələrlə bunu isbat etdiniz!! :flowers1:



#89516 Şiələrə suallar

Отправлено автор: *KıZıLBAŞH* 01 марта 2012 - 00:12 в Şiə-sünni dialoqu

Birincisi "Bismillah" yox, "Bismilləh" olmalıdır.


Dəyərli qardaşım!

İslam dini nə "ərəbləşmək" nədə ki "farslaşmaq" deməkdir! Ən əsası isə biz TÜrkük! Kiçik ləhcə fərqinin olması normaldır!

Sən mənim 1-ci sualıma yenə tam cavab vermədin. Niyə Səhih Buxaridə və Səhih Müslimdəki hədislərdəki "Allahın əli" ifadələrinin "qüvvət və qüdrət" məənasında yozmursan?
Niyə sənin təbirincə desək vəhhabilərin "Allahın əli var" kəlməsini "qüvvəti və qüdrəti var" mənasında yozmursan?
Nəfsivə uyğun gəlmir?


‘Rəbbimiz, gecənin üçde biri qaldığında her gecə dünya semasından enərək buyurur ki ‘Mənə kim dua eder ki, duasına qəbul edim. Kim bir şey istər ki, ona istədiyini verim. Kim de bağışlanmağını tələp edər ki, onu mağfiret edeyim.

Mənbəə:

İbn Teymiyyə, Mecmuul-Fetava, Beyrut çapı, ty., V, 416.

------------------------------------------------------------------

Sizcə Allah yalnız "səma"dadır?? Yəni Allah hər yerdə deyil?? Yəni Allah o qədər kiçikdir ki, səmadan yer üzünə enir? Yəni Allah əslində dünyaya yerləşəcək qədər kiçikdir? Yəni Allah ağaclarda, daşda torpaqda, bir sözlə hər bir yerdə bizim yanımızda deyil?? Məgər Allah gecə saat 12:00 olanda uçan eşşəyinə minib yerə enir?

Mən burada sizin və digər "əxi yoldaş"larınızın fikirlərinə təsir göstərmək istəmirəm! Əlbətdə ki, hər bir insanın öz iradəsi, və azad düşüncəsi var! Lakin sizin "alim" dediyiniz insanlar Allahı cisim adlandırırsa o zaman İslamın "Bütpərəstlikdən" nə fərqi var??

Həə... deməli Allahın əli var! Allahın uçan eşşəyi var! Allahın evi səmadadır! Deməli belə bir nəticə çıxardım ki, gərək Allahın şəklini çəkim! Və internetdə hər kəsə göstərim! -- Yəni doğurdan mı sizin məntiqiniz budur????


Ümumiyyətlə Sələf əqidəsində (səhabələrin əqidəsində) Quran və Sünnədə gələn Allahın xüsusiyyətləri ilə bağlı 4 şərt var:
1) iman gətirmək
2) keyfiyyətini soruşmamaq
3) bənzətməmək
4) yozmamaq



Axı siz həm ayələri yozur, həm də bənzədirsiniz? Doğrumu düşündüm?? :rolleyes:

iman gətirmək - Məsələn biz "Allahın əli var" dedikdə ayədə Allah özü hansı mənada nəzərdə tutaraq bu sözü demişdir, həmin mənada deyirik. ki, "Alahın əli var". Allahın ayədə dediyi "ləfzi" -ifadəni təsdiq edirik.


:blink:


keyfiyyətini soruşmamaq - keyfiyyətini soruşmaq olmaz. "Necədir?", "nədəndir?" bu kimi sualları vermək olmaz. Çünki Allah pak və müqəddəsdir, bütün nöqsanlar uzaqdır. Heç bir tayı-bənzəri yoxdur.




Məgər "Filankəsin 6 barmağı var" dedikdə siz filankəsin 6 barmağının olmasını beyninizdə təsəvvür edə bilməyəcək qədər düşüncəsizsiniz?? :shades:


bənzətməmək - Allahın heç bir tayı bənzəri yoxdur.



Həə həə.. Əlbətdə, tamamilə doğrudur!!! Amma Allahın "insanlar kimi əli var, bir də uçan eşşəyi..." :rolleyes:


yozmamaq - Quranda ayədə gəlir: onlar Onun istədiyindən başqa heç nə qavraya bilməzlər.
Bizim məntiqimiz, dərrakəmiz Allahın xüsusiyyətlərini tam mənada dərk etməyə qadir deyil. Nöqsanlı məntiqimizlə yozsaq səhv edərik.


Ufff, qardaşş!!! Sizin bu dedikləriniz yuxarıda yazdığlarınızla uyğun gəlirmi??


Biz sadəcə Allahın ayədə dediyi "ləfzi" (ifadəni) təsdiq edərək deyirik ki, "Allahın əli var"


Əlaa!! Super!! Siz bu deyiminizlə yuxarıdakı bütün fikirlərinizi alt-üst etdiniz! və 25% bonus, 300 point topladınız!! Əlavə 2 illik lisenziya və özünüzə 5 müsəlman qardaş qazandınız!! :yahoo:

Deməli.. biz sadəcə Allahın cism olduğunu düşünən bir şiə - yəni "kafirik"! :cray:



#89512 Şiələrə suallar

Отправлено автор: *KıZıLBAŞH* 29 февраля 2012 - 22:59 в Şiə-sünni dialoqu

4) Peyğəmbər (s) işə başlayanda nə deyərdi? Sizdə bununla bağlı hədis varmı? Olmaması çox təəccüblü olar, çünki Peyğəmbər (s) 23 dəvət aparıb, on minlərlə səhabə onu görüb. Həmin hədisləri imkan varsa yazın.



Dəyərli qardaşım! Sizin bu sualınız "mənasızdır"! Verdiyiniz bu sual -- "Elnur evə piyada gedəndə ayaqla gedir mi? Sizin buna dair sübutunuz var mı?" ya da "Yumurtanı bişirdikdə nə səbəbdən qayğanaq olur Bu prosesi sübut edə bilərsiniz mi?" -- və başqa mənasız suallar kimidir! Sizcə bu sualları cavablandırmağa ehtiyac varmı???


5) "Allah, Məhəmməd, ya Əli" kəlməsinin mənası necə izah olunur?


Alah - yeri göyü yaradan, nə cism nə də məxluq olan bir varlıq!

Məhəmməd - Allahın elçisi və qulu!

Əli - Məhəmmədin vəlisi, vəsisi, Allahın qulu və dostu!

Niyə "Allah" və "Məhəmməd" kəlmələrindən əvvəl "ya" sözü yoxdur, "Əli" kəlməsindən əvvəl "ya" sözü var?


"Bir kilo pamidor, 2 kilo kartoşka 3 kilo xiyar" -- cümləsində nə səbəbdən, "pomidor""kartoşka" sözlərinin önündə "və" bağlayıcısı işlənmədi, amma "xiyar" kəliməsinin önündə "və" bağlayıcısı işləndi?


6) "Allah, Məhəmməd, ya Əli" kəlməsi aşağıdakı ayələrə zidd deyilmi?

25:68
Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.

27:62
yaxud əli hər yerdən üzülüb darda qalan birisi Ona dua etdiyi zaman onun duasını qəbul buyuran, (sizdən) şəri sovuşduran, sizi yer üzünün varisləri edən kimsə? Məgər Allahla yanaşı başqa bir tanrımı var? Siz nə az düşünüb danışırsınız?


Əstağfirullah!!! Qardaşım sizdə "ağıl""məntik" anlayışları varmı??

Yoxsa hər şey bu " :nasibi: " məntiqi ilə yozulur?


7) Xirstianların bir işə başlayanda dediyi "Ata, oğul, müqəddəs ruhun adı ilə" üçəmindən şiələrin "Allah, Məhəmməd, ya Əli" kəlməsi nə ilə fərqlənir?


Ufff, siz sual verərkən - "Ahaa! Gör nə güjdü sual tapmışam!!" məntiqi ilə mi düşünərək verirsiniz? Sizdən və "selefi" qardaşlarınızdan artıq dərəcədə xahiş edirəm! Sual verərkən ciddi və məntiqli suallar verin! Qeyri-ciddi suallarla mövzunun mahiyyətini pərdələməyin!! Və hər bir sualı verməzdən öncə qarşınızdakı insanın "vəhabi" əqidəsi ilə deyil, "şiə" məntiqi ilə düşündüyünü və sualları beynində analiz edərək cavablandırdığını nəzərə alın!! :rolleyes:

Mövzuya gəlincə isə -- Xristianların hamısı deyil, yalnız Katolik və Protestantlar bu düşüncədədir! Yəni bu - İsanı Allahın oğlu olduğunu iddia edən və onu Allahla bərabərləşdirən bir axmaq düşüncədir! Müsəlman inancına gəlincə isə biz Əlini Alahın "qulu", Məhəmmədin "əəənnnn yaxın dostu" olaraq görürük!

Bir də... az qala unutmuşdum.. Sizin və yoldaşlarınızın bu şəkildə düşünmələri normaldır! Axı siz ":nasibi:"siniz :rolleyes:



#89540 Şiələrə suallar

Отправлено автор: *KıZıLBAŞH* 01 марта 2012 - 22:55 в Şiə-sünni dialoqu

Peyğəmbər (s) oxumağı və yazmağı bilmədiyini deyən master_ier idi.


Əvvəlcə bütün müsəlman qardaşlarımı salamlayıram!

Dəyərli "Selefi_Turan" soydaşım!

Mağarada Cebrail (ə)-la Muhəmməd (s.a) arasında nə oldu? Kısaca Peyğəmbərə göndərilən ilk ayə nə idi?

"Oxu"?? :rolleyes:


İkincisi Peyğəmbər (s) həmin sözü deyəndə təbii ki, sağ idi və həmin məsciddə qəbri yox idi.

İndin həmin məsciddə Peyğəmbər (s) qəbrinin olması bu xüsusi bir haldır.
Sonra O, (s) dünyasını dəyişdiyi zaman onu (s) öldüyü yerdə Aişənin hücrəsində dəfn edirlər.


Kimlər???


Aişənin hücrəsi həmin vaxtlar məscidin içində deyildi, məscidə bitişik. Peyğəmbər (s) evindən məscidə ayrıca qapı açılırdı. Çox sonralar hansısa xəlifə (dəqiq bilmirəm) tərəfindən məscid genişləndirilən zaman şeyxlər bu işə razılıq vermir. Lakin xəlifə şeyxlərə qulaq asmır, məscidi genişləndirir. Qəbir məscidin içində qalır. İndi də məscidi söküb düzəltmək olmaz ki, ümmət arasında böyük fitnə düşər.


Dəyərli qardaşım! Xahiş edirəm ki, bu forumun və mövzunun ciddiyyətini nəzərə alasınız! Məgər biz burada nağılmı danışırıq??


Sən "qəbir üstündə məscid tikilməsi" ilə bağlı sən gətirdiyin dəlil ki:
nə qadağan deyilsə, caizdir.


Anladığım qədəriylə sizin düşüncə tərziniz bu şəkildədir:
__________________________________________________________________

A)-"Sən ayaqqabı geyinirsən! Birdə ayaqqabını əlivə geyinmə!!"

-------------------------------------------------------------------

C)-"Xeyir! Mən ayaqqabını əlimə geyinmirəm! Ayağıma geyinirəm!"

-------------------------------------------------------------------

A)-"Bəs niyə, əlinlə ayaqqabıya toxunursan? Deməli sənin "ayaqqabın" sadəcə olaraq "əlqabıdır"! Hahahahaha......"


________________________________________________________________________
========================================================================


Siz elə danışdınız ki, sanki insanlar qəbirin qarşısında namaz qılır!! Sanki müsəlmanlar hər yoldan keçən insanı məscidin düz mərkəzində dəfn edir!

Qardaşım, heç bir məzar məscidin içində deyil! Məscid, yəni Allaha ibadət olunan bina -- "Həyət"; "Eyvan""Məscid" hissələrinə bölünür ki, övliyaların qəbirləri "həyət", əksər hallarda isə "eyvanda" dəfn olunur!! Sankki məzarın yerləşdiyi ərazi ilə Allaha ibadət olunan zona, eyni yerdədir.

Məntiq?? :rolleyes:


Əsassızdır. Çünki, dində yenilik etmək qadağandır.

Əl Maidə, 3
Bugün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım.


Bəli, əsassızdır! Çünki dində yenilik etmək qadağandır! Yalnız bunu "Ömər ibn Xəttab, Əbu Bəkr və Osman" edə bilər! Axı Ömər Peyğəmbərin əəənnn yaxın dostu, Allahın sadiq quludur!! Hələ "Qədir-Xum" hadisəsində Məhəmməd (s.a) onun əlindən tutaraq "Mən kimi mövlasıyamsa, Ömərdə onun mövlasıdır! Sən mənim varisim və canişinimsən ey Ömər!!" - demişdir! İnan mənə bu söylədiklərim həm şiə, həm də sünni mənbəələrində var! Okey? :okL:

Və bu hadisədən sonra Allah Maidə surəsinin 3-cü ayəsini göndərmişdir! Deməli Allah "Məhəmməd və Ömər İbn Xəttab" vasitəsi ilə dinimizi kamil etmişdir! Həzrəti Ömər (ə)-ın bu səviyyəyə çatmasına görə onun bütün əməllərinə göz yumuruq! Buna görə də azanın dəyişdirilməsi və namazın əlibağlı qılınmasına normal yanaşmalıyıq! Eyy müsəlmanlar, yalnış mı xatırladım?? :rolleyes:


Din Peyğəmbər (s) dövründə tamamlanıb.



Əlbətdə, Peyğəmbərin və Peyğəmbərdən sonra gələn 2 xəlifənin....


Dində yenilik etmək olmaz.



+100 :okL:

Kimsə yenilik edirsə deməli iddia edir ki, dində nəsə çatışmır və kamil deyil.


Məndə deyirdim axı -"Əl-İmam Əl-Hâfız Huccetü'l-İslam Müslim İbnu'l-Həccac əl-Quşəyri ən-Nişaburi" "Səhih-Müslim" əsərində belə şeylər niyə yazır?? Akazıvıçka, Ömər nə etdiyini yaxşı bilirmiş! :rolleyes:


Bunu da etsək daha gözəl olar.



Bunu da etsək, lap yerinə oturar!!

Şərabın suya qatılaraq içilməsi, birinin bağına icazəsiz girmək, hamilə qadının qabırğasını sındıraraq, bətnindəki uşağın və onun ölümünə səbəb olmaq, başqasının qapısına od vuraraq, evinə daxil olmaq və başqa-başqa saleh əməllər... :rolleyes:



#89519 Sələfilərə suallar

Отправлено автор: *KıZıLBAŞH* 01 марта 2012 - 00:35 в Şiə-sünni dialoqu

Dəyərli Əbdul Vəhhabın davamçıları!

Muhammed İbn Əbdul Vahhab"ın "Mister Hemfer""Lawrence" ilə nə əlaqəsi var?



#89520 Danilmaz faktlar

Отправлено автор: *KıZıLBAŞH* 01 марта 2012 - 00:47 в Şiə-sünni dialoqu

Siz danin faktlari


Hansı faktları?


lenet,soyush gondermekde devam edin.


:blink: Axı kim söyüş göndərir???


.Peyqamber salallahu aleyhi ve alihi vesselmden gelen hedisde sehabelere soyenlere lenet edildiyi deyilir.


Hansı sehabələri??


Allahin ve peyqamberinin leneti cox agirdir...Allah momin bendelerini bundan qorusun.


Amin...



#89521 Danilmaz faktlar

Отправлено автор: *KıZıLBAŞH* 01 марта 2012 - 00:51 в Şiə-sünni dialoqu

Dəyərli Qardaşım!

Diqqət çəkməyi çox yaxşı bacarırsınız!

Mövzunun adını "Danılmaz Faktlar" qoyaraq məni elə bir düşüncəyə saldınız ki, dedim indi nurda nə faktlar var? Siz öz yazdığlarınızın "fakt" olduğuna inanırsınızmı?

Alla ağıl-fikir və ən əsası məntiq versin!!



#89522 Əbu Bəkrin "peyğəmbərlər irs qoymur" sözünün yalan olmasına sübut

Отправлено автор: *KıZıLBAŞH* 01 марта 2012 - 00:52 в Şiə-sünni dialoqu

Deməli Əbu Bəkr yalançıdır!

Deməli Əbu Bəkr ikiüzlüdür!

Doğrudurmu sünni qardaşlar? :rolleyes:




Рейтинг@Mail.ru