Перейти к содержимому


Публикации İstifadəçi

141 публикаций создано İstifadəçi (учитываются публикации только с 04-мая 23)



#68950 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 18 января 2011 - 12:04 в Əqidə və fiqh

İmam Əli (ə) maddi olaraq dünyasını dəyişib, İmam Zaman (əc) isə, maddi olaraq həyatdadır. Onlar maddi cəhətdən keçmiş və gələcəyə aid deyillər. Mənəvi məqam baxımından isə, İmam Əli (ə) İmam Məhdidən (əc) üstündür.


3 - (723) ... Haris b. Muğirə belə rəvayət etmişdir: Əbu Abdullahın (Cəfər Sadiq əleyhissəlam) belə dediyini eşitdim: «Rəsulullah buyurdu ki: «Biz, əmr etmə, anlama, halal və haram barəsində eyni istiqamətdə hərəkət edərik. Lakin Rəsulullah (sallallahu əleyhi və alihi)'nin və Əlinin (əleyhissəlam) bu barədə üstünlükləri var1

__________
1-Hədisin orijinalında keçən "əmr" dən məqsəd, ya imamət və hilâfettir və ya itaət edilməsi zəruri olan əmr etmə səlahiyyətinin. Bəzi rəvayətlərdə Hz. Əlinin digər imamlardan üstün olduğu mənasına gələn ifadələr yer alır. Bu rəvayətlərdən biri də yuxarıdakı hədisdir. Bir başqa rəvayətdə isə Emir'ül-möminin ləqəbinin yalnız Hz. Əli üçün istifadə edilməsi lazım olduğu vurğulanır.


Əllamə Kuleyni r.a, "əl Kafi", cild 1, Hüccət kitabı, hədis 723



istifadəçi nicki ilə yazan qardaşım, görürsənki imam Cəfər Sadiq ə.s Rəsulullah s.ə.ə və Hz. Əlinin ə.s üstün olduğunu vurğulayır.

Əvvəla, biz imamlarda üstünlük axtarmırıq. Şiəlikdə imamət prinsipi budur ki, dövrün imamına itaət, digərlərini isə haqq olaraq təsdiq etmək lazımdır, necə ki, sonuncu peyğəmbərə (s.ə.s) (onun risalətinə, çatdırdığı, indi də yaşadığımız şəriətinə) itaət, digərlərini də haqq olaraq təsdiq etmək Nübuvvətin şərtidir.

İndi ki, üstünlük söhbətini özünüz açdınız, buyurun, oxuyun:

İmam Baqir (ə): "Agah olun! Əgər mən o zamanı dərk etsəydim (görsəydim) öz canımı bu əmrin sahibi üçün qoruyub saxlayardım". ("Əl-Ğeybət, Nömani, səh 273")
İmam Baqir (ə): "Atam-anam ona fəda olsun! O, mənimlə eyni addadır və mənim künyəmdəndir. Atam o kəsə fəda olsun ki, dünyanın hər yerini, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaq".
İmam Baqir (ə): "Ey Əba Həmzə! Allahın labud (qaçılmaz) qərar verdiyi şeylərdən biri də bizim Qaimimizin qiyamıdır. Hər kəs dediyim şeylərdə şəkk etsə, Allah-Təala ilə ona kafir olan bir halda görüşəcəkdir. Atam-anam o kəsə fəda olsun ki, mənimlə eyni adda və eyni künyədədir, mənim nəslimdən yeddinci şəxsdir. Atam-anam o kəsə fəda olsun ki, yer üzünü haqsızlıq və zülmlə dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır.
Ey Əba Həmzə! Hər kəs onun zamanında olsa və onun fərmanlarına təslim olsa, sanki Muhəmməd və Əliyə təslim olmuşdur və ona behişt vacib olacaqdır. Onun əmr və fərmanlarına təslim olmayan şəxsi Allah-Təala behiştdən məhrum edəcək və onun yeri cəhənnəm olacaqdır, ora zalımlar üçün necə də pis yerdir". (Biharül-Ənvar, 51-ci cild, səh 129)
İmam Sadiq (ə): "Əgər onun dövründə olsaydım, həyatımın bütün müddətini ona xidmətdə keçirərdim". (Əl-Ğeybət, Nömani, səh 272)
İmam Musa Kazim (ə): "Atam o kəsə fəda olsun ki, Allah yolunda danlayanların məzəmməti ona heç bir təsir qoymaz. Atam fəda olsun o kəsə ki, Allahın əmri ilə qiyam edər".
İmam Riza (ə): "Atam-anam ona fəda olsun! O, cəddim Rəsulullahla eyni adda, mənə və Musa ibni İmrana oxşayır".

Heç kim kimdənsə üstün olduğu halda, ata-anasını ona fəda eləməz, ömrü boyu onun xidmətində olmağı arzulamaz! İstəyir mənəvi məqam baxımından olsun, istəyir digər baxımdan.



#68838 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 15 января 2011 - 21:36 в Əqidə və fiqh

Onda hər düz olanı əlavə eliyək azana da hə? Məsələn, bir cümlə burdan artıraq ki, "Fatimə (ə) xanımlar xanımıdı", sonra Məhərrəmlikdə artıraq ki, "Hər gün Aşura, hər yer Kərbəla" və s. hə? Onda da noldu ki? Həzrət Əlinin (ə) vilayətinə şəhadət birbaşa sünnədən, Əhli-beytdən (ə) gəlir. Əgər başqa cür varianta istinad edirsənsə dəlil gətir.

Məsələ boynumuzda vacib olan beyətin və itaətin şəhadətlə təsdiqlənməsindədir. Söhbəti haradan hara aparırsan. Azandakı şəhadəteyn Allaha və Rəsuluna olan itaətin təsdiqidir. Nisa 59-a baxsaq, itaət təkcə Allah və Rəsuluna deyil, həm də zamanın əmr sahibinə, imamadır. Nəinki "həm də", hətta imama itaət və beyət olmasa, digər itaətlər puç olar. Qısa desəm, "Zamanının imamını tanımayan cahiliyyə ölüsü kimi ölər" hədisinə əsasən. Mən də imama itaətin və beyətin təsdiqini aparıb salamlardan sonra deyəsi deyiləm ki, digər 2 şəhadətin yanında deyəsiyəm də.


İndi vaxtım yoxdur, istəsəniz, yuxarıda dediyim kimi, postları yeni mövzuya köçürüb orda davam edərik. Hərçənd ki, düşünürəm moderlər pozacaq bu postları. Allah salamat eləsin.



#72810 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 26 апреля 2011 - 18:37 в Əqidə və fiqh

'İstifadəçi', İmam(ə.f) İnşəAllah zühür edəndə yanında olan 313 nəfər insan məsum olacaq?Onlarada beyət edəcəksən,yoxsa sən ancaq məsumlara beyət edirsən?
İmam(ə.f) yəqin ki,hər dövlətə başcı kimi öz nümayəndələrini göndərəcək,sən onları rədd edəcəksən ki,məsum deyil,yoxsa onlara beyət edəcəksən?

Sən ümumiyyətlə məsum olmayanları, tağut hesab edirsən?
İnsan gərək məsum olsun,olmasa deməli tağutdur?

Mövzu qeyb dövründə imam Zamana (ə) olan beyət haqqındadır. Məsumluq islam hakimiyyəti qurub idarə etmək üçün şərtdir. Bu iş üçün Allah tərəfindən məhz 12 nəfər seçilib. Mən məsum olmayanı tağut hesab eləmirəm, məsum olmayıb məsumun (ə) hakimiyyəti içində islam adıyla hakimiyyət qurub rəhbəriyyət əldə edəni, (imamın adından) beyət alanı tağut bilirəm.


Mən loru dildə yazdım ki, "tağut" kimi sözlərlə heç kimi yükləmıyəm. Sən elementar müzakirədən qaçma. Yuxarıdakı 225 -ci postumda, İmamın (ə) "Qeybəti-suğra"dan "Qeybəti-kubra"ya keçidinin 3 versiyasını yazamışam. Siz ki, məntiqlə danışırsız. Sizin yazdığınız bütün postlar ondan xəbər verir ki, siz 1-ci və 2-ci versiyanı qəbul edirsiz. Biz şiyələrin mövqeyi 3-cü versiyaya uyğun gəlır. Bu şiyəlıyin fundamental əsasları ılə bağlıdır.
Sən isə başqa mövzudan və ziddiyyətdən yazırsan.
Yazı üslubunun Allahın əcrinə heç bir dəxlı yoxdur. Allah hamımıza əcr versin, İnşəallah.

Mənim məzhəbim Cəfəri məzhəbidir. Cavabımı da elə 3-cü versiyaya uyğun yazdım. Onları danan yoxdur ki. Ona görə dedim ki, təzə bir şey yazmamısan.



#68855 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 16 января 2011 - 14:57 в Əqidə və fiqh

Mənim mehdiçilərə indiyədək açıq qalmış cəmi-cümlətanı bir sualım var:
İmam Məhdi (əc) nə vaxtdan İmam Əlinin (ə) imamı olub ki, onun adını azan və iqamədən silib, İmam Məhdinin (əc) adını azan və iqaməyə əlavə edirsiniz?

P.S. Cavabsız suallar silsiləsindən...

Əvvəla, biz "mehdiçi" deyilik, "mehdiçi" adı ilə tanıdıqlarınız (İraqda və s.) tamam başqa əqidəli insanlardır.
Sualına gəldikdə isə, imam Zaman (ə) ziyarətnaməsini oxumusan yəqin ki. Məfatihül-Cinan-da var. Oxumamısansa, oxu, bu cümlələr ordandır:
"Salam olsun sənə, ey Allahın, yerdə və göydə olanların höccəti. ŞƏHADƏT VERİRƏM Kİ, HƏQİQƏTƏN SƏN KEÇMİŞ VƏ QALAN HƏR KƏS ÜÇÜN ALLAHIN HÖCCƏTİSƏN."
Sən İmam Əli (ə)-ı istər "keçmiş"ə, istərsə də "qalan"a aid etsən, imam Məhdi (ə) bu zamanda KEÇMİŞ VƏ QALAN HƏR KƏS ÜÇÜN Allahin Höccətidir.



#68952 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 18 января 2011 - 12:05 в Əqidə və fiqh

Salam eleykum, cox uzr isteyirem, Senden ferqli olaraq biz Tekje Imam Zaman Agaya yox diger mesumlarinda adini cekmekle onlara beyet elediyimizi subute yetiririk, ikinjisi qardawim sen deyirsen ki, hal hazirda Imam Zaman aga(e.f) zamanin Agasi, Allahin yer uzerinde Hucceti olduquna gore ezanda ve Iqamede Eliyyen Veliyullah yox Aganin adinin cekilmeyinin vacib olduqunu buyurursan,onda sen mene bir subut getirki, Imama Zaman Agadan onceki imamlarin dovrunde Ezan ve Iqamede her zamanin oz Imaminin adi cekilib?????inandirim seni axtarsanda tapa bilmeyejen ,amma bizim elimizde olan senedlere istinaden yaxwi bilir ki, her Imamin zanaminda Imam Ali eleyhisalamin adi cekilib neyinki diger Mesum Imamlarin.Ve Emirelmomininen leqebide ancaq Imam Ali eleyhisama mexsusdur,Eger Imam Zaman Aganin hokumeti dovrunde Imam ALi eleyhisalamda recet edib cismen dunyaya qayitsa onda Imam Zaman Aganin ozu Imam Ali eleyhisalama beyet elemiw olar neyinki Imam Ali eleyhisalam,cunki Hezreti Ali eleyhisalam diger mesum Imamlarin hem atasi hemdeki Agasidir.Imam Zaman agaya canimiz,malimiz ve butun ezizlerimiz ,ovladlarimiz qurban olsun.Men eger ezanda ve ya Iqamede Imamin adini cekmiremse o demek deyil ki,men Imama beyet elemirem,eksine men Imami qelben sevir ve onun zuhrunu Allahdan isteyirem.Allah seni ve senin kimileri hidayet elesin bizide onun icinde olmaqnan.weytan hereni bir yolnan azdirir,imkan vermeki sende azasan.ugurlar

Və əleykə səlam. Bizim boynumuzda yalnız dövründə yaşadığımız imama beyət vacib olar. Sizin beyət anlayışınız tamamilə səhvdir, beyətin nə olduğunu diqqətlə araşdırın. Digər suallarınıza da əvvəlki postlarımda cavab axtarın.



#68857 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 16 января 2011 - 15:40 в Əqidə və fiqh

KEÇMİŞ VƏ QALAN HƏR KƏS ÜÇÜN Allahin Höccətidir.

Hz.Əlinin(ə.s.) dövründə hər kəs ücün, Höccət kim iydi?
Azan namaza dəvətdir ora hər sözü əlavə eləmək olmaz.
Sənin məntiqinlə,onda hər bir İmamın dövründə Əliyyən HucətullAh yox, həmin dövrün İmamının adı cəkilməli idi.
Hec bir İmamın dövründə isə belə şey olmayıb.
Birdə ki,onu haradan cıxarmısız ki,Azanda bu sözləri deməklə beyəti təzələmiş oluruq?Məgər Azan beyət təzələmək ücündür yoxsa namaza cağırışdır?

Hz Əlinin (ə) dövründə huccət Əli (ə) idi, sonrakı dövrlərdə hər dövrün öz imamı huccət idi, indiki dövr üçün də Hz Məhdi (ə) Allahın huccətidir. Mən o sözü özümdən yazmamışam ki, sənin və mənim oxuduğum ziyarətnamədən gətirmişəm. Yəni bu gün üçün Hz Məhdi (ə) keçmiş və qalan hər kəs üçün Allahın huccətidir.
"Əliyyən Huccətullah" şəhadətinin azanda müntəzəm deyilməsi 11 imamın dövründə şəriətdə sabit olmayıb, bu, çox sonralar alimlər tərəfindən şiə məzhəbində şiəliyi bildirən bir şüar kimi azan və iqamədə müntəzəm deyilib. Hökmü də qəsdi-qürbətdir.
Azanda şəhadəteyni demək üsulun (Tövhid və Nübuvvət) təsdiqidir, itaəti vacib olan İmamətin təsdiqini harda deməliyik bəs? Azandakı 3 şəhadət üsulda itaəti, beyəti təsdiq etməkdən ibarətdir.

Bu qədər yazdıqlarımdan bir şey başa düşməmisinizsə, daha nə yazım bundan artıq? Eyni şeyləri təkrar-təkrar yazıb durursuz.

İstəsəniz yeni mövzu açıb postları ora köçürərsiz, istəməsəniz də pozarsız.



#68949 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 18 января 2011 - 12:03 в Əqidə və fiqh

Azanda əsas iki şəhadətdir

Şiəlikdə isə əsas 3 (itaət) şəhadətdir (Tövhid, Nübuvvət və İmamət)



#68863 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 16 января 2011 - 17:30 в Əqidə və fiqh

Bütün suallarınıza növbəti yazıda cavab axtarın. Əgər tapmasanız, onda ağıl sahibi deyilsiniz. Məndən bu qədər.


Bəqərə 255
Dində heç bir məcburiyyət yoxdur. Hidayət azğınliqdan aydın şəkildə ayrılmışdır. Buna görə kim tağutu danıb, Allah iman gətirsə, elə bir möhkəm ipdən yapışmışdır ki, qırlıması mümkün deyildir. Allah eşidən və biləndir.
Bəqərə 256
Allah iman gətirənlərin dostu və başçısıdır. Onları qaranlıqlardan nura tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları nurdan zülmətlərə tərəf çıxarırlar. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.

Allaha pənah aparırıq qovulmuş şeytanın şərindən, Allahın əmrindən çıxan şeytanın şərindən, əmmamə qoyub əba geyinən şeytanın şərindən, o şeytanın şərindən ki, hər an insanları düz yoldan çəkindirib əyri yola yönəldir. Əyri yolu ona uyanlara düz göstərir, necə ki, Rəsuli Əkrəmin (s.ə.s) vəfatından sonra ümmətin çoxunu əyri yola yönəltdi. İndi də belədir. Rəsuli Əkrəm (s.ə.s) buyurmuşdur: Məndən sonra ümmətimin başçıları 12 məsum imamlardır ki, kim bunlara itaət etsə, mənə itaət etmişdir. Kim mənə itaət etsə, Allaha itaət etmişdir.
Nisa 59
Ey iman gətirənlər, itaət edin Allaha, Rəsuluna və aranızda olan Əmr sahiblərinə! (Vəliyyu Əmrə)
Rəsuli Əkrəm (s.ə.s) Qədir-Xum günündə Allah tərəfindən gələn hökmü bəyan etmişdir: “Ey camaat, mən peyğəmbərəm, Əli isə mənim canişinimdir. Bilməlisiniz ki, bu imamlığın sonu qiyam edən Məhdi (ə)-la sona çatacaq. O, dində qələbə sahibidir. O, sitəmkarlardan intiqam alacaq. Bilin ki, o, alınmaz qalaların fatehi və onları yerlə-yeksan edəndir. Müşrik qəbilələrə qələbə çalacaq və Allah dostlarının nahaq tökülmüş qanlarının intiqamını alacaq. O, dinin köməyidir. O, dərin dərgahlardan su çəkəcək. O, hər istedad sahibini öz istedadı və hər cahili öz cəhaləti ilə tanıyır. O, Allahın seçdiyi hər elmin varisi, hər biliyin malikidir. Onun elmi Allah tərəfindəndir. O, yetişmiş və kamil insandır. Bütün işlər onun ixtiyarındadir. O, baqi qalan höccətdir və ondan sonra höccət qalmayacaq. Haqq yalnız onunladır. Nur yalnız onun yanındadır. O, həmişə qalibdir. Hər şey onun əlindədir. Heç kim ona qələbə çala bilməz. Allahın yer üzündə vəlisi, camaat içində hakimi, gizli və aşkarda Allahın əmin amanıdır.”
Peyğəmbər (s.ə.s) Allahdan gələn bu hökmdə imamətin əməliyyəsini və nəzəriyyəsini bəyan etdi.
Gəlin nəzər salaq Rəsuli Əkrəm (s.ə.s) dünyadna köç edəndən sonra Əbu Bəkr, Ömər ibn Xəttab, Osman və onların tərəfdarları çeytanın hiyləsinə uyub nə etdilər. İlahi hakimiyyət məsum imam Əli (ə)-da olduğu halda, Əbu Bəkr, Ömər, Osman öz tərəfdarları ilə məşvərət edib, çirkin siyasət işlədib özlərindən xəlifə seçdilər, Allahın hökmündən çıxdılar. Islam dünyasına çirkin siyasətləri nəticəsində böyük zərbə vurdular və dinə bidət gətirdilər. Hz Əli (ə): “Meydana çıxan hər yeni bidət köhnənin üzərində inkişaf edər. Bidətlərdən çəkinin, aydın hidayət yoluna yönəlin.”
İlahi hakimiyyətdə İslam dininin rəhbəri məsum imam olmalıdır, əgər məsum deyilsə, onda hakimiyyət Əbu Bəkrin, Ömərin, Osmanın, Müaviyyənin, Yezidin, Abbasilərin batil hakimiyyətləridir. İndi də belədir. İmam Zaman (ə)-a beyət edən tərəfdarları şiə, tağuta, küfrə, batil hakimiyyətə beyət edənlər nadan və cahillərdirlər. Necə ki, Rəsuli Əkrəmdən gələn hədisdə deyilir:
“Kim zamanın imamını tanımadan dünyadan gedərsə, cahiliyyət dövründəkilər kimidir.”
“Məni haqq olaraq müjdəçi kimi göndərənə and olsun ki, o, qeybdə olanda onun imam olması əqidəsində möhkəm duranlar qırmızı kükürddən də az tapılacaqlar”. (Mizanul-Hikmət, səh 84, hədis 555)
“And olsun canımı əlində tutan Allaha, bəndənin əməli o surətdə ona faydalı olacaq ki, bizim haqqımızı tanımış olsun. Siz məndən sonra Əhli-Beytimlə imtahan olunacaqsız.”
Bütün məsum imamların haqlarını əllərindən alıblar. İmam Hüseyn (ə)-ın Kərbəla hadisəsi buna açıq-aşkar dəlildir. Neçə min qoşunundan yanında ancaq şiələri qaldı. İmama bağladıqları beyətə sadiq qaldılar və şəhadət məqaməna yüksəldilər. Allahn lənəti olsun Yezidə və onun tərəfdarlarına. Məgər onlar imamı tanımırdllar? Tanıyırdılar, imama beyət eləmək istəmirdilər. Bütün məsum imamların dövründə də belə olub, indi də belədir. Adlarını “şiə” qoyub hansı məzhəbə qulluq etdikləri dolayı yolla məlumdur. Deyirik ki, imam Cəfəri Sadiq (ə)-ın məzhəbiyik. İmam Cəfəri Sadiq (ə) buyurmuşdur: “Allah tərəfindən olmayan zalım rəhbərin vilayətini qəbul edən kimsənin dini yoxdur.” (Mizahul-Hikmət, səh 330, hədis 2295)
Bəqərə 269:
Hikməti istədiyi şəxsə verir. Kimə hikmət veribsə, doğrudan da çoxlu xeyir verilmişdir. Əsl ağıl sahiblərindən başqa heç kəs öyüd almaz.
Rəsuli Əkrəm (s.ə.s): “Məndən sonra imamlar 12 məsumdur ki, onların da 9-u Hüseynin (ə) nəslindəndir. Bu imamətin Məhdisi də bizdəndir. Hər kəs məndən sonra onlardan yapışsa, deməli Allahın ipindən yapışıb. Onları tərk edən Allahı tərk edib.”
12 məsum imamlar haqdırlar, inkarı mümkün olmayan həqiqətdir. 11 imam dünyasını dəyişib. Hal-hazırda imam Zaman (ə)-ın zəmanəsində və vilayətində yaşayırıq. O məsum imamın vilayətini qəbul etməliyik. Necə ki, buyurur:
“Mən Allahın yer üzündəki əmanəti və onun düşmənlərinin intiqamçısıyam.” (Buharül Ənvar, c 52, səh 24)
“Hər kim bizə zülm etsə, zalımlardan sayılar və Allahın lənəti ona şamil olar.” (Kəmalüddin, səh 521)
İmam Əli (ə): “Allahın bəndələrindən hansı biri cövrə, zülmə dözməyən, ədalətin ta özü olan dində dünyada nizamsızlığa səbəb olmayan, həm dini, həm də dünyəvi qaydaları təbliğ edən sözlərimiz eşitdi və eşitdikdən sonra qəbul etmədi, sənin dininə yardım göstərmədi, sənin dinini üstün etməkdən çəkindisə, ey şahidlərin ulusu, sənin ona şahid olmağına, onun əleyhinə yer üzündə və göylərdə olanların hamısının şahidlik etməsini diləyirik. Sən də ona daha yardım etmə, etməyəcəksən də; onu günahı ilə əzablandır, əzablandıracaqsan da. Canıma and olsun, imamət bütün insanların bir yerə toplanıb rəy vermələri ilə yaranmadığı kimi, zatən də buna imkan yoxdur. Bilin ki, mən iki növ adamla mübarizədəyəm: Biri bu haqqı olmayan şeyi iddia edənlər, o biri özünə lazım olanı etməyənlər. Xəyanətin ən böyüyü ümmətə xəyanət etmək, hiylənin ən pisi imama hiylə gəlməkdir. Allah qarşısında sənə vacib olan işlərə görə Allahdan çəkin. Tanımadığına görə üzrünün qəbul edilməyəcəyi şeyi tanı. Tanıması lazım olan şeyə doğru qayıt, onu öyrən. Çünki itaət üçün açıq-aydın dəlillər var. Tutulması lazım olan yol aydın bəllidir. Gediləcək yer aşkardır. İşi bilənlər ağla çatanlar o yolu tutarlar. Yaman adamlar bunun əksini edərlər. Kim o yoldan azarsa, haqdan ayrılar, azğınlıq yoluna düşər. Allahın nemətlərinə naşükürlük edər, əzaba uğrayar.”
“Yaradılışdan əvvəl, yaradılışla və yaradılışdan sonra mütləq bir hüccət var.” (Üsuli Kafi)
İndi də belədir, ikincisi yoxdur, ola da bilməz. İmam Cəfəri Sadiq (ə)-ən Əhd duasında “əhdən və əqdən və bəyətən” kəlmələrinə diqqətlə nəzər salsaq, aydın olar ki, insanları imam Məhdi (ə)-a beyətə çağırır. İmamın “Hər yer Kərbəla, hər gün Aşura” deməkdə məqsədi nə idi? Bilirik ki, bir Kərbəla, bir Aşura olub. Bu günki Kərbəla imamının qeybdə olmasının illəti və səbəbi nədir?
İmam Cəfəri Sadiq (ə):
“Şiələrin cahil və nadanlarının, ağcaqanadın qanadı qədər dini olmayanların rəftarı bizi incidir.” (İhticac c 2, səh 474)
“Əgər şiələrimiz çiyinlərində olan əhdi-peymana əməl etsəydilər, onların bizimlə görüş səadəti təxirə düşməzdi.” (Biharül Ənvar, c 53, səh 177)
“And olsun Allaha, şüşə kimi sınacaqsınız, həqiqətən şüşə öz vəziyyətinə qayıdır, vallahi, siz dolça kimi sınacaqsınız, dolça sındıqdan sonra öz vəziyyətinə qayıdır. And olsun Allaha, töküləcəksiniz, parçalanacaqsınız, sizdən yalnız azacıq bir dəstə qalacaqdır.”
Nəql olunan hədislərə nəzər salsaq, aydın olar ki, az bir dəstə qalacağından xəbər verilir. İslam və müsəlman ölkələrinə nəzər salsaq, çoxluq olduğunu görərik. Haqq dinində ancaq az bir dəstə var. Onlar o kəslərdir ki, zamanın imamına itaət edirlər.
Fatimeyi Zəhra (s.ə) xanım buyurub:
“Allah-Təala biz Əhli-Beytdən itaət etməyi islam ümmətində ictimai nəzmin bərpasının səbəbi, bizim imamətimizi isə vəhdət amili və təfriqələrdən amanda qalmağın vasitəsi qərar vermişdir. Allah Qədir-Xum hadisəsindən sonra heç kim üçün üzr və bəhanə qoymamışdır.”
Rəsuli Əkrəm (s.ə.s) belə buyurdu:
“Asimanlara (meraca) getdikdə, ərşdə belə bir yazı gördüm: “Allahdan başqa heç bir məbud yoxdur, Muhəmməd Allahın Rəsuludur, Əlinin vasitəsilə ona kömək etdim və onu qüvvətləndirdim.” Orada çoxlu nurlar - Əli, Fatimə, Həsən, Hüseyn, Əli ibni Hüseyn, Muhəmməd ibni Əli, Cəfər ibni Muhəmməd, Musa ibni Cəfər, Əli ibni Musa, Muhəmməd ibni Əli, Əli ibni Muhəmməd, Həsən ibni Əlinin nurlarını gördüm. Allahın hüccətinin nuru bütün nurların arasında dürdən olan ulduz kimi parıldayır. Soruşdum: pərvərdigara, bu kimdir və bu nurlar nədir? Nida gəldi: Ey Muhəmməd, bunlar Əlinin, Fatimənin, onun iki övladı – Həsən, Hüseynin, səndən sonra gələn və Hüseynin övladlarından olan imamların nurlarıdır. Onların hamısı bütün eyib və nöqsanlardan pak və məsumdur. Bu isə, huccətdir ki, dünyanı haqq-ədalətlə dolduracaqdır.” (Hədisi Qüdsi, səh 474)
Rəsuli Əkrəm (s.ə.s) buyurub:
“Xoş o adamın halına ki, mənim Əhli-Beytimin Qaimini görə, qiyam etməzdən qabaq ona iqtida edə, onun dostu ilə dost, düşməni ilə düşmən olan və ondan qabaqkı hidayətedici imamları da qəbul edə. Bunlar mənim dostlarım, mehri-məhəbbətimi qazananlar və ümmətim içərisində ən əzizlərimdir.” (Biharül Ənvar 52-129)
İmam Hüseyn (ə) Yezidin qoşununa buyurmuşdur: “Dininiz yoxdur, heç olmasa, azad kişilərdən olun!” Məgər Yezidin qoşununda olanların namazı, orucu yox idi? Var idi. Amma sureyi Həmddə olan Siratəl mustəqimi tanımırdılar. Məsum imama, hidayət edənə, beyətləri yox idi. Onlar azğın, qaniçən zalıma beyət edirdilər. İndi də elədir, min ildən çoxdur ki, məsum imama beyət olunmur, min ildən çoxdur ki, adlarını dində alim qoyub, bu beyətin üsulunu aramayıblar. Min ildən çoxdur ki, müsəlmanlar zəmanə imamına beyət etmədən dünyadan gediblər. Bu cür alimlərə nə ad qoymaq olar? Hərənin neçə milyon müqəllidi var, daha doğru desək, tərəfdarları var. Bu tərəfdarların beyətsiz namazı və orucu necə olacaq? Beyətsiz insanın heç bir əməli qəbul olunmur. Kərbəla hadisəsindən faydalanmaq lazımdır. Din əgər namaz və orucla tamamlansaydı, Rəsuli Əkrəmdən (s.ə.s) sonra, küfrə boyun əyib namaz qılanların halı yaxşı olardı. Halbuki bu, belə deyil. Hürri Dilavərin tövbə edib imam Hüseyn (ə)-a beyətə gəlməsi müsəlmanlar üçün aydın bir nümunədir. Vəhhabın nə namazı var idi, nə də islam idi. İmamı düzgün tanıyıb beyət etməsi onu şəhadət məqamına yüksəltdi.
Allah-Təala zəmanə imamına beyət etməyi islam ümmətində ictimai nəzmin bərpasının səbəbi, imaməti isə vəhdət amili və təfriqələrdən amanda qalmağın vasitəsi qərar vermişdir.
“Əgər möminsinizsə, Bəqiyyətullah sizin üçün daha xeyirlidir.” (Hud 86)
“Yapışın Allahın qırılmayan ipindən ki, təfriqəyə düşməyəsiz.” (Ali İmran 103)”
İmam Məhdi (ə)-ın 4 naibi olub, Qeybəti suğradan sonra onun naibi olmayacağını bildirib. Kim naiblik iddiasında olsa, kəzzabdır.
Rəsuli Əkrəmdən (s.ə.s):
“Ümmətimin arasında bidətlər yaranan zaman alim öz elmini üzə çıxarmalıdır. Kim belə etməsə, Allahın lənəti olsun ona.” (Əl Kafi, c 1, səh 54, hədis 2)
İmam Məhdi (ə):
“Bil ki, Allahın heç kimlə qohumluğu yoxdur. Hər kim məni inkar etsə, məndən deyil və o, Nuhun oğlu kimidir.”
Maidə 35:
“Ey iman gətirənlər, Allahdan qorxun, ona tərəf vəsilə axtarın və onun yolunda cihad edin, bəlkə nicat tapdınız.”
İmam Cəfəri Sadiq (ə):
“İzzət və hörmət odur ki, haqla üz-üzə gələndə onun qarşısında baş əyəsən.” (Biharül Ənvar, c 78, səh 228, hədis 105)

Bu, heç bir dəlil ilə inkarı mümkün olmayan həqiqətdir ki, hər bir müsəlmanın yaşadığı müddətdə zamanın imamına bey'əti olmalıdır. Bu, əvvəl də belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. Ancaq indiki zamanda bey'ətin şərait və şərti başqadır. Belə ki, imam fürudan qaibdir. "Yer üzü höccətsiz ola bilməz" dəlilinə binaən, üsulən isə zahirdir. Bəs bu şərait və şərt daxilində biz öz boynumuzda olan vacib bey'əti necə əmələ gətirə bilərik? Bunun ancaq bir şərti var - o həzrətin hüccətullah olduğuna şəhadət vermək (Əşhədu ənnə məvlana Məhdiyyən Huccətullah). Digər şərti bu bey'ətin gün ərzində təzələnməsidir. Bu şərti əmələ gətirmək üçün ən münasib zəmin azan və iqamədir. Lakin azan və iqamə müstəhəb, bey'ət isə vacibdir. Nə etməli? Buradan hökmü-sanəvi irəli gəlir. Vacibi tərk etmək mümkün olmadığından, zərurət irəli gəlir ki, azan və iqamə vacib sayılsın. Bütün bunları nəzərə alıb azan və iqaməni vacib bilirəm. Bu hökm ədalətdən uzaq deyil, bəlkə ədalətin özüdür.

Zəmanə İmamına beyəti olmayan muctəhidə təqlid haramdır. Qeybət dövrü İmam Zamana beyətin üsulunu bilməməzlik üzündən olmuş olsa belə.

Məsrəfində beyət vacib olduğundan, zəmanə imamına beyəti olmayan müctəhidə xums vermək haramdır. O Həzrətin qeybəti zamanında o Həzrətə beyətin üsulunu bilməməzlik üzündən olmuş olsa belə.

Ənam 126:
“Bu, sənin Rəbbinin doğru yoludur. Doğrudan da, öyüd gətirən bir dəstə üçün ətraflı bəyan etdik.”

İmam Həsən Əsgəri (ə):
“Onların gücsüz şiələrə vurduğu ziyan Yezidin qoşununun Hüseyn ibni Əliyə və onun dostlarına vurduğu ziyandan çoxdur, çünki qoşundakılar onların canını və malını aldı, ancaq bu pis əməl alimlər... bizim aciz şiələrimizin qəlblərinə şəkk-şübhə salaraq azdırdılar.”

İmam Məhdi (ə):
“Mən vəsilərin sonuncusuyam. Allah mənə xatir şiələrimi və əhlimi bəlalardan qoruyar.”

Biz haqqı batilin başına çırparıq ki, onu parça-parça etsin, batil məhv olub aradan gedəndir.



#68951 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 18 января 2011 - 12:04 в Əqidə və fiqh

əlavə olaraq bunu demək istəyirəm ki, bütün imamlar ə.s imam Əlinin ə.s vilayəti altındadırlar. düzdür, onların hamısı imamdır ancaq Onlar ə.s Əlinin ə.s vilayətindədirlər. necə ki, digər nəbi və rəsulların ə.s hamısı nübüvvətə sahibdir ama buna baxmayaraq Onlar ə.s Rəsulullahın s.ə.ə risaləti daxilindədir eyni şəkildə imamlarda ə.s Allah tərəfindən təyin edilib ancaq Onlar ə.s Əlinin ə.s vilayəti daxilindədirlər.

Əvvəla, vilayət Allahındır. Bu vilayət nə peyğəmbərin (s.ə.s), nə də məsum imamların (ə) şəxsi mülkiyyətidir. Peyğəmbər (s.ə.s) və imamlar (ə) Allahın vilayətində yaşayıblar, onların isə insanlar üzərində vilayəti olub. Daha dəqiq desək, bu vilayətdə (Allahın vilayətində) insanlar üzərində rəhbəriyyətləri olub. Bu rəhbərliyə isə onları Allah təyin edib. Necə ki, hədisdə deyilir:
Əmmar ibn Yasir ® nəql etmişdir ki, Allahın Peyğəmbəri (s) belə buyurmuşdur: "Mənə iman gətirən, məni təsdiq edən hər bir kəsi Əli ibn Talibin dostluq və rəhbərliyinə vəsiyyət edirəm. Hər kəs onun vilayətini qəbul etsə, mənim vilayətimi, rəhbərliyimi qəbul etmiş və hər kəs mənim vilayətimi qəbul etsə, Allahın vilayətini qəbul etmişdir". (İbn əl-Məğazili, "Mənaqib", səh 231, Səhihi-Müslim "Kitabül-iman", 1-ci cild, səh 61)

"Görürsən ki, burda deyir Əlinin vilayətini" - deyərək hədisi o yan-bu yana dartmaq istəyənlərçün: Peyğəmbər (s.ə.s) öz dövründə kimin vilayətini camaata anlatmalı idi, əlbəttə ki, Əlinin (ə). Çünki özündən sonra imam, Allahın vilayətinin hakimi o idi. Onun vilayətini dərk etməyən, itaət etməyən şəxs əlbəttə ki, digər imamların da vilayətlərini qanmayacaqdı.
Vilayətdə hakimlik peyğəmbərdə idi, o, insanlara təkcə Əli (ə) vilayət və rəhbərliyini deyil, 12 imamın vilayət və rəhbərliyini vəsiyyət etdi. Siz hansı əsasla bu vilayəti yalnız Əli (ə)-a aid edir, digər imamları da onun vilayəti altına salırsız? Bənzətməsi sizdən uzaq olsun, heç kəsin xətrinə dəyməsin, yəhudilər Musada, xristianlar İsada qaldığı kimi, siz də Əli (ə)-da qalıb, ondan bu yana keçə bilmirsiz?

İmam Həsən Əsgəri (ə) buyurur: "Oğlum Məhdini inkar edənlər o adama bənzəyirlər ki, bütün peyğəmbərləri qəbul etmiş, amma Muhəmmədin (s.ə.s) peyğəmbərliyini inkar etmişdir. Allah peyğəmbərini (s.ə.s) inkar edənlər isə bütün peyğəmbərləri inkar edən kimidir. Ona görə də bizim sonuncumuza itaət əvvəlincimizə itaət, sonuncumuzu inkar əvvəlincimizi inkar kimidir". (İnkar söhbətini heç kim üstünə götürməsin, hədisin bir hissəsini nəzərə çatdırmaqçun yazmışam.)

Digər peyğəmbərlər Rəsulullahın (s.ə.s) şəriətinə əməl ediblər, yoxsa özlərinə verilən və ya insanlara şəriət çatdıran əvvəlki peyğəmbərlərin şəriətinə?

O dövrdə Allahın vilayətinə Allah tərəfindən təyin olunan rəhbər imam Əli (ə) idi, indiki zamanda isə Allahın vilayətinə Allah tərəfindən təyin olunan rəhbər imam Zaman (ə)-dır. Bunu başa düşmək nə çətin iş olub sizinçün?

P.S. Neçə il əvvəl Bakıda İrandan gələn Hicrani adında biri vardı. Bilmirəm burda nə işə baxırdı, neyçün gəlmişdi, müctəhid nümayəndəsi idi bəlkə də. Bəlkə də kimsə tanıyır. Neysə, o vaxt onun yanına gedib bu mövzuda danışanlar olmuşdu. Hicrani demişdi ki: "Baba, bu məsələ İraq şiələrindən çıxsaydı, biz bunu qəbul eliyərdik, İran şiələrindən çıxsaydı, biz bunu qəbul eliyərdik, amma bu məsələ şurəvilərdən çıxıbsa, biz bunu qəbul eliyə bilmərik. Siz 70 il Sovetin əsarətində yaşamısız".

İndi də, məsələ aydındır, dava yorğan davasıdır.



#68948 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 18 января 2011 - 12:02 в Əqidə və fiqh

Səlam əleykum. Əvvəla, mövzunu köçürdüyünüzə görə təşəkkür edirəm.

Bismillah,istifadəçi adlı user,bizə ehtiyac yoxdur ki,kimin Höccətullah olduğunu isbat edəsən.Birincisi ziyarətnaməyə istinad heç də güclü sənəd deyil.İkincisi,isə sənə neçə dəfə dedim ki,dəlilin varsa ki,həmin şəhadəti azanda demək caizdir buyur sübut elə.Bir də hansısa bir səhabə deyə bilərsənmi ki,o desin ki,biz azanda,iqamədə filan(yəni onun dövründəki İmam(ə)) İmamın(ə) rəhbərliyinə şəhadət verirdik.Xahiş edirəm bu suala cavab ver.Özü də mənə dəlil lazımdır,nəqli dəlil.Əgər bacarmırsansa,onda bu gündən bu bidətdən əl çək.Hər nə olursa olsun,əgər əlavə olunubsa azana və ya iqaməyə bidətdir,hətta düz olsa belə!!!


Bismillah,ay qardaş,səndən xahiş edən olmaı ki,Əhli-beyt(ə)-ın haqq olmağını bizə sübut edəsən.Sizin də vaxalar kimi,deyəsən,suala cavab vermək əvəzinə söhbəti fırlatmaq adətinizdir.Sən şiəsən axı,belə eləmə dəəə.Bir müsəlman kimi dediyinə sübut istədim.Yazdım ki,mənə nəqli dəlil lazımdır,sənədi ilə birlikdə.Bir dənə dəlil de dəəəə.Bizə əlavə məlumat lazım deyil(bu mənada ki,əgər şəhadətin caizliyini bəhs ediriksə).Səndən bir şey də soruşdum ki,siz müctehid qəbul edirsiz???Xahiş edirəm suallara cavab ver!


Görünür ki, sön o yazını diqqətlə oxumamısan, ötəri göz gəzdirmisən. Nə isə.
De görək, sən "nəqli dəlil" deyəndə nəyi nəzərdə tutursan? Elə bir hədis axtarırsan ki, onun mətnində eynilə "Əşhədu ənnə Məhdiyyən Huccətullah" cümləsi olsun? Və hədisdə bu cümlənin azanda "Əliyyən Huccətullah" əvəzinə deyilməsi yazılsın?

Sən hansı dəlillə "Əliyyən Huccətullah" şəhadətini azanda deyirsən? Deyəcəksən hədislərdə gəlir. Gəlsin də. Peyğəmbər zamanından gəlir, o dövrdə huccət Əli (ə) idi, əlbəttə ki, onun adı çəkilməli idi. Amma çəkilirdimi? Qədir-Xumdakı beyətdən sonra neçə nəfər qaldı imama beyətdə? Sonra imamı şəhid etdilər, sonra Həsən (ə) vaxtındakı hadisələr, sonra Hüseyn (ə)-ın Kərbəla hadisəsi... İmamları gözlərinin qabağında ola-ola iman gətirmirdilər, itaət etmirdilər, onları qətlə yetirirdilər, qaldı ki, adlarına azanda şəhadət veriləydi. Siz də deyirsiz o birilərin adı öz dövrlərində azanda çəkilibmi. Çəkməyiblər? Çəkəydilər! Mən neyniyim ki, çəkməyiblər. Başları imamları qətlə yetirməyə qarışmışdı. Beyət və itaət rəiyyətin işidir, imamlar kiməsə məcburən beyət etdirəsi idilər? Bunu camaat deməli idi, bunu camaat təsdiqləməli idi, necə ki, beyəti də onlar özləri eləməli idilər.

Sonrası da, imamət bir vəzifədir ki, bu vəzifəyə Allah tərəfindən 12 rəhbər təyin olunub və bu 12 rəhbər bu vəzifəni bir-birinə təhvil verərək, dünyadan gediblər. Onlar (ə) hamısı bu məqama çatıblar. Ancaq onların rəhbəriyyətinin təyinatı yer üzü olub, biri dünyadan gedərkən bu rəhbəriyyət digərinə keçib. Loru dildə desək, bu stol, bu kreslo, bu vəzifə bir nəfərlikdir, eyni vaxtda burda 2 və daha çox rəhbər otura bilməz. Bu gün yer üzünün rəhbəri, imamı, yer üzündə Allahın höccəti imam Zaman (ə)-dır. Əli (ə)-ın imamət dövrü onun dünyadan getməsi ilə tamamlandı, bu vəzifə oğlu imam Həsən (ə)-a keçdi. Əli (ə)-ən vilayəti min neçə il əvvəl idi, indi Məhdi (ə.c)-ən vilayətidir. Yəni bunu anlamaq bu qədərmi çətindir? Elə bil, dədəmin adını deyirəm azanda, imamımın adına şəhadət verirəm də, itaəti və beyəti boynumda vacib olan imamımın. Hansı ki, dövrlərində müsəlmanlar bu itaəti və beyəti başa düşsəydilər, təsdiqləsəydilər, imamların başlarına o müsibətlər də gəlməzdi.

"Müctehid qəbul edirsiz?" - nə mənada? Bu məsələ (imamət, imama itaət və beyət, bu itaətin və beyətin təsdiqi) üsuli məsələdir, burda müctəhid nəsə fətva verməlidir? "İtaət edin Allaha, Rəsuluna, sizdən olan Əmr sahiblərinə!" - bu, Allahın əmridir, Allahın əmrini təsdiqləməkdən ötrü əvvəl müctəhid icazə verməlidir, sonra biz təsdiqləməliyik? Nə vaxtdan Allahın əmrinə müctəhidin icazəsi ilə itaət olunur? Nə vaxtdan Allahın höccəti müctəhidin icazəsi ilə təsdiqlənir?



#68956 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 18 января 2011 - 12:40 в Əqidə və fiqh

Bismillah,sən nə danışırsan.Elə bu dövrdə də İmam Hüseynə(ə) beyət vacibdir.Bunun fəlsəfəsi isə odur ki,mən imaməti qəbul edirəm,mən Kərbəlada olsa idim İmam Hüseynə(ə) qoşulardım.O biri postda yazmısan ki,şiəlikdə 3dür(tovhid,nübuvvət,imamət).Birincisi əqidə əsasından söhbət getmir,azanda nəyin deyilib deyilməməsindən danışırıq.İkincisi şiədən əlavə biz Peygəmbər(s) sünnəsi,müsəlmanıq.Peygəmbər(s) deməyib bunu,vsyo,demək deməmək lazımdır.Mənim postuma yazmısan nəqli dəlil nədir??Nəqli dəlil-hədis və ya rəvayər.Şiənin 4əsas və başqa mötəbər kitabları var.Bunlardan birindən çox yox,bircə dənə səhoh hədis yaz ki,o şəhadət caizdir.Bacarmırsansa söhbəti uzatma,mövzu bağlansın!Səndən neçə dəfə xahiş etdim ki,bu suallara cavab ver:Müctehid sayırsan??Kimə təqlid edirsən???O şəhadətin caizliyi üçün səhih hədiss yaz!!

Eyni zamanda birdən çox imama beyət olmur.
Azanda deyilən şəhadətlər elə əqidə əsasları olan Tövhid, Nübuvvət və İmamətə olan itaətin şəhadətlə təsdiqidir. Sən də 3 şəhadət verirsən, mən də. Fərq odur ki, mən zamanda höccət olan, itaəti ve beyəti boynumda vacib olan imamı təsdiq edirəm, sən isə keçmiş höccəti, hansı ki, ona olan beyət yalnız öz zamanındakılara vacib olub.
Sənin postuna cavab olaraq mən çox şey yazmışam, müctəhid barədə sualına da. Hamısını oxumadan üstündən keçmə.
Əsəbiləşərək fontun ölçüsünü və nidaların sayını da çoxaltma.



#72820 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 26 апреля 2011 - 19:35 в Əqidə və fiqh

Buyur suallarıma cavab ver! Nala-mıxa vurma! ))

Sənə yazmışdım axı uzunçuluq etmə, qısa və konkret yaz. Mən sənin qədər bekar deyiləm.
Mən iki şər (tağut) arasında seçim etmək məcburiyyətində qalmamışam. Mən məsum İmamın (ə) mövcud və aşkar vilayətini tanıyıb, onu təsdiqləyib, ona beyət etmişəm və bütün tağut hakimiyyətlərin və qeyri-məsum hakimlərin şərindən ona pənah aparıram.
Yazdığın mövzuların çoxu, o mövzularda sizin gətirdiyiniz hədislər də əvvəldə müzakirə olunub.
Allah səni axirətdə (başda Xameneyi olmaqla) qeyri-məsum rəhbərlərinlə məşhur etsin, onların məqamını sənə də qismət etsin, məni isə onlardan çox-çox uzaq tutsun, inşəallah. Sidq ürəklə bir "Amin" de, səninlə söhbəti bağlayaq. Səhər salamat.



#73555 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 10 мая 2011 - 08:50 в Əqidə və fiqh

hanəfi, yuxarıda mövzudan kənar yazıblar, sən də o yazılara sitat gətirib mövzuya uyğun olmayan şeydən danışırsan. Bunun üçün Şiə-sünni dialoqu forumu var, bu mövzu səhabələri müzakirə etmək üçün deyil. Moderdən də xahiş edirəm, davam etmək istəsə, postu ora köçürüb davam etsin.



#73254 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 04 мая 2011 - 21:42 в Əqidə və fiqh

Həmd olsun Allaha ki, düşmənlərimizi axmaqlardan qərar verib!


Biz sizi bu işinizdən elə xəbərdar edirik ki, onu eşitmək, görmək kimi olsun!
İmam Zaman (ə)-ın 4-cü naibinə yazdığı məktubda zühurunun əsas əlamətlərindən biri yer üzünün zülmlə dolmasıdır.
Bir insanı istər cismən, istərsə də mənən öldürmək zülmdür.
Qurani Kərimin Maidə surəsinin 32-ci ayəsində belə hökm olunur: "...kim bir kəsi öldürməyən və ya yer üzündə fəsad törətməyən bir insanı öldürsə, bütün insanları öldürmüş kimidir və kim belə bir insanı diriltsə, bütün insanları diriltmiş kimidir..."
Ayədən görünür ki, öldürüb-diriltməkdə məqsəd, insanların mənəviyyatlarını öldürüb-diriltməkdir. Çünki, insan cismən ölü olanı diriltməyə qadir deyil. Ayənin hökmünə əsasən bir insanın mənəviyyatını öldürmək, bütün insanların mənəviyyatını öldürməkdir. Bu isə böyük zülmdür. Bu deyilənlərə binaən bir insanın mənəviyyatını öldürmək, yer üzünü zülmlə doldurmaqdır.
Müxtəlif sözləri bir-birinə yapışdırıb, bəzədiyin beyət moizəsi ilə insanları beyətin həqiqətindən və İmamdan uzaqlaşdırıb mənəviyyatlarını öldürürsən. Biz - beyət əhli zülm eliyə bilmirik. Biz camaatı beyətin həqiqətinə və İmam tanımağa çağırdığımızdan ədalətə dəvət etmiş oluruq. Bu işdə də zülm yoxdur. Əgər dəvət ediriksə, biz Allah Təbərakə Təalanın istəyini yerinə yetiririk, əgər müxalif yaradırıqsa, İmamın zühurunu yaxınlaşdırırıq. Buna görə, bizim işimizdə ziyan yoxdur. İmama bağlı olan kəslərin xasiyyətləri budur, belədir.
Bizim sizinlə bəhs etməməyimiz nə biliyimizin azlığından, nə də qorxudandır. Sizin bu işinizdə mütləq xeyir gördüyümüzdən sizinlə bəhs etmək istəmədik. Siz dünyanı zülmlə doldurmağa qədəm basdığınızdan işin xeyri bizi sevindirir. Bizə yer üzünü zülmlə dolduran kəslər hava, su kimi lazım idi. Çünki, yer üzü zülmlə dolmasa, İmam Zaman (ə) zühur etməyəcək. Biz Allahdan istəyirdik ki, sizin kimiləri meydana çıxsın. Bizim əlimizdən gəlməyən işi siz gördünüz. Buna görə sən və sənin kimilərə "çox sağ ol" deyirik. Allah sizə əcr verdirsin, sizi bu yolda davamlı, əhlinizi çox qərar versin!
Kaş... Kaş ki, sizdən çox ola idi!

Salam olsun öz axirətini əlindən verərək özünə ziyan verib, bizim işimizə xeyir verənə.


Zamanın İmamına beyəti olmayan hər bir kəs, istər alim ola, istər əvam, dindən kənardır! Şayəd islamdır. Əgər bu, ğeybət zamanı, beyətin üsulunu bilməməzlik üzündən olmuş olsa belə.



#73692 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 12 мая 2011 - 18:58 в Əqidə və fiqh

Əleykə salam.
Eyni şeyləri təkrar yazmayacağam. İmam Zamana (ə) vacib olan beyət və bu beyətin üsulu haqqındakı dəlilləri deyirsənsə, mövzuda yazılıb, axtar tap, oxu.

Dəlil tapa bilməsən, çerez Xameneyi beyət elə. Sizə görə fərqi yoxdur onsuz da.

1.Ey imamın "əsgəri" iftira atmağı da sizə imam öyrədib ?
2.Dəlilləri də elə sənin kimi , sənin əqidəndə olanlar uydurublarsa lazım deyil mənə!
Dəlilin varsa buyur burda yaz özü də ərəbcə mətni ilə! Yoxdursa nala-mıxa vurma!
3.Bizdə çerez Xameneyi imama beyət etmək harda yazılıbsa buyur göstər! haqqımızda dediyin bu böhtanı sübut eləməsən yalançısan və münafiqsən! Buyur cavabını gözləyəcəyəm! :rolleyes:
4.Buyur konkret göstər görüm çerez Xameneyi İmama beyət etmək məsələsi hansı əqidədədir :rolleyes:
5.Və buyur göstər görüm sən BİRBAŞA İMAMA NECƏ BEYƏT etmisən, bizim də ÇEREZ XAMENEYİ İmama beyət eləməyimizi də sübut elə!
Sübut edə bilməsən, məhşər günü XAMENEYİNİN CƏDDİNİN ÜZÜNÜ GÖRMƏK SƏNƏ QİSMƏT OLMASIN! Buyur ! Sübutunu gözləyəcəyəm! Onsuz da da düşmənimiz , iftira atanımız az deyildi, biri də sən! Nə fərqi var ki, düşmən bir oldu , ya min oldu ? Əsas odur ki, əqidən sabit olsun! O barədə şükür ALlaha problemimiz yoxdur!
Konkret cavab gözləyəcəyəm səndən nala-mıxa vurma!




Müsəlmanların üzərində rəhbəriyyət və imamət bu zamanda İmam Məhdi (ə)-a məxsusdur, sən hələ də dövrün imamının vilayətini tanıya bilməyib, özünə Xameneyi kimi bir rəhbər tapmısansa, buna mən neyləyim? Zəhmət çək, imamını tanı. İmamını tanımayanlarçün peyğəmbər (s.ə.s) bilirsən də nə deyib?..

Elədir ki, var. Amma. Amması odur ki, İmama(ə.f) o buyurduğu yolla beyət. Yəni çerez müctehid.

İmam Zaman (ə) harda buyurub ki, mənə birbaşa deyil, çerez müctəhid beyət edin???

O hədisi dəfələrlə yazmışıq.

Sənə bir zəhmət, bir də yaz, bilmədim hansı hədisi deyirsən.

Adi insanlar kimə təqlid etməlidirlər hədisi


O vaxt xristian din xadimləri insanlar üzərində hakimiyyətləri olsun deyə, həqiqətləri gizlədərək, Allaha itaətin yalnız "çerez kilsə" mümkün olduğunu iddia edərək, bunu insanların beyninə necə yeritmişdilərsə, indi də sizin müctəhidlər öz hakimiyyətlərini saxlamaqdan və xums yeməkdən ötrü, Zamanın İmamına (ə) vacib olan beyətin "çerez vilayəti-fəqih", "çerez Xameneyi", "çerez müctəhid" olduğunu bu qədər avamın beyninə yeridib, illərdir insanların dünyadan beyətsiz getməsinə bais olublar. Eyni ssenari təkrar olunur.

Xoş getdin.



#73538 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 09 мая 2011 - 17:28 в Əqidə və fiqh

Mövzudan kənar danışıb doydunuzsa, onda bu söhbəti dinləyin, məhz elə mövzu haqqındadır.

Alternativ 1
Alternativ 2



#73677 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 12 мая 2011 - 15:34 в Əqidə və fiqh

Mövzudan kənar danışıb doydunuzsa, onda bu söhbəti dinləyin, məhz elə mövzu haqqındadır.

Alternativ 1
Alternativ 2


Qardaş, salam aleykum!
Sən özün nə zamansa bir dəlil yazacaqsan ? :rolleyes:

Əleykə salam.
Eyni şeyləri təkrar yazmayacağam. İmam Zamana (ə) vacib olan beyət və bu beyətin üsulu haqqındakı dəlilləri deyirsənsə, mövzuda yazılıb, axtar tap, oxu.

Dəlil tapa bilməsən, çerez Xameneyi beyət elə. Sizə görə fərqi yoxdur onsuz da.



#73716 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 12 мая 2011 - 23:08 в Əqidə və fiqh

O vaxt xristian din xadimləri insanlar üzərində hakimiyyətləri olsun deyə, həqiqətləri gizlədərək, Allaha itaətin yalnız "çerez kilsə" mümkün olduğunu iddia edərək, bunu insanların beyninə necə yeritmişdilərsə, indi də sizin müctəhidlər öz hakimiyyətlərini saxlamaqdan və xums yeməkdən ötrü, Zamanın İmamına (ə) vacib olan beyətin "çerez vilayəti-fəqih", "çerez Xameneyi", "çerez müctəhid" olduğunu bu qədər avamın beyninə yeridib, illərdir insanların dünyadan beyətsiz getməsinə bais olublar. Eyni ssenari təkrar olunur.

Xoş getdin.

O vaxt Allahsız kafirlər müsəlman haqqında hər nə iftira gəldi söyləməkdən çəkinmədikləri kimi bu gün də sizin kimi bir yığın avamın beyninə yalan,uydurma, iftira dolu şeyləri yükləyib üstümüzə göndərirlər ki. ağzıvıza nə gəldi danışasız.Dəlilsiz, isbatsız! Nə qədər ki, sənin kimi münafiqlər var! Mən xoş gəlirəm , xoş gedirəm! :rolleyes:
Çünki, haqq yolda olmağımın dəfələrlə şahidi oluram.
2.Hələ də sənin dediklərin barədə, "çecez Xamneyi beyət" , "çerez müctəhid beyət" məsələsini bircə cümlə ilə də olsa sübut eləməyini gözləyirəm.Bilirsən əslində müsəlmanlar haqqında "onlar Abdullah ibn Səbanın ardıcıllarıdır" deyən zındıqlardan sizin fərqiniz yoxdur.Onlar da sizin kimi avam-avam, nə gəldi danışırlar siz də! :rolleyes:
3.Buyur cavab gözləyəcəyəm sizdən, fikir HOCALARIVA deginən bir iddia edəndə onun əsasını da versinlər sizə! Yoxsa, belə ağzıvıza nə gəldi danışmağıvız düzgün çıxmır axı, ayıbdı.Nə oldu yer elədi sənə ? :rolleyes:
4.Sən heç imamıvın bircə cümləsininin original mətnini yaza bilmirsən ( sübut kimi) nə imama beyət eləməkdən danışırsan ?
5.Mən sənə demişdim əgər yalançı ,münafiq deyilsənsə buyur sübut göstər! Deyəsən , əsl kimliyivi boynuva alırsan! :rolleyes:

Hə, hə, sən söhbətini elə =))
Arada yuxarıdakı postda sitat gətirdiyim, əqidə yoldaşının İmama (ə) "çerez müctehid" beyət eləmək haqda yazdığı yazını da zəif gözlərinlə axtar, oxu. Gözün görmürsə, yenə böyüdüm :D
Görürük kimə yer eləyir, mən 2 kəlmə yazanda, sən həyəcanla, hay-həşirlə 10 kəlmə yazırsan.



#76000 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 02 июля 2011 - 01:21 в Əqidə və fiqh

Məsumdan qeyrisinə beyət edən mürtəddir!


Salam Istifadəçi!

Bununla nə demək istəyirsiz?

Kim və nə vaxt qeyrisinə beyət etdi?

Əleykə salam.

Məsələn: http://www.islamtime...72.a,lmw.p.html

Sonra, prikol üçün bu linkdəki 2284 nömrəli sualı (sualın 2-ci hissəsini) və ona verilən cavabı oxu: http://haqyolu.com/f...ndex/2/page:457

Sizin müctəhidlər şiəlikdə hər bir zamanda məsum İmama vacib olan beyəti bu gün mümkünsüz sayır, amma özləri camaatla beyət edir və bu qədər camaatı Yer üzünün məsum İmamına (ə) beyətdən yayındıraraq, özlərinə təqlid etdirməklə (guya ki, müctəhidə təqlid etməklə insanların boynunda zamanın İmamına (ə) vacib olan beyət yerinə yetir), dünyadan beyətsiz yola salıb mürtəd edirlər.



#75987 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 01 июля 2011 - 22:59 в Əqidə və fiqh

Məsumdan qeyrisinə beyət edən mürtəddir!



#76381 İmam Zamana (əc) beyət və onun qaydaları

Отправлено автор: İstifadəçi 06 июля 2011 - 00:12 в Əqidə və fiqh

Məsumdan qeyrisinə beyət edən mürtəddir!

Müsəlmanları təkfir etdiyinizə və mürtəd hesab etdiyinizə görə, elə 1-ci mürtəd sizsiniz. Dediyinizi əsaslandırın.

Hansı müsəlmanları? Peyğəmbər (s.ə.s) buyurmayıbmı zamanının imamını tanımadan ölən cahiliyyə ölüsü kimidir? Hədisdəki "imam"da məqsəd məsum imamlar deyil ki? Zamanının imamını tanıyan adam qeyri-məsuma beyət edər? İmamını tanımamağı bir yana, hələ özünə qeyri-məsum rəhbər tapıb ona beyət edən adam mürtəd də olar, o yana da keçər.
Bu, peyğəmbərin (s.ə.s) vəsiyyətinə "bir qoz" deməkdir.




Məsumdan qeyrisinə beyət edən mürtəddir!

İmamlarımız qeyri məsumlara beyət edib ya yox?

Sən elə düşünürsən ki, ediblər? Sən bilirsən ki, qəlbən olunmayan beyət - beyət sayılmaz? Özünüz bu forumda Əli (ə)-ın 3 xəlifəyə beyət edib-etməməsini müzakirə etmisiz ki, get o mövzunu yaxşı-yaxşı oxu. İmamlardan (ə) hansınınsa qəlbən hansısa qeyri-məsuma beyət etdiyinə dair Cəfəri məzhəbində sübut var? Eləcə də onların sadiq şiələrinin.



Məsumdan qeyrisinə beyət edən mürtəddir!

Kİm məgər Məsumdan qeyrisinə MUTLƏQ ŞƏKİLDƏ beytə edib ki ?

Özünüzdən beyət növləri düzəltməyin, mütləq, qeyri-mütləq, nə bilim daha nə...
Əli (ə) Nəhcül-Bəlağədə buyurur ki, beyət birdir, iki deyil, ona başqa bir rəy qatıla bilməz. Malalama qeyri-məsum rəhbərlərinin aldığı, onların haqqı olmayan beyəti.

İslamda 2 cür beyət - mütləq şəkildə məsuma, qeyri-mütləq şəkildə isə qeyri-məsuma olunan beyət yoxdur. Beyət birdir, ancaq zamanın məsum imamına, zamanın məsum imamı da Hz Məhdi (ə)-dır, beyət də birbaşa onadır.

Fiqh bilicisi olmaq heç kəsə islam adıyla hakimiyyət qurmaq, imamın (ə) adından və ya öz adından beyət almaq, naiblik iddiası etmək hüququ vermir.



#67626 Sual-Cavab

Отправлено автор: İstifadəçi 28 декабря 2010 - 01:19 в Ümumislam mövzular

Əssalamu aleykum. Belə bir yazı çatıb mənə:

İslami hakimiyyət
Peyğəmbər (ə) buyurub: "Məndən sonra İslam dininin 12 xəlifəsi olacaqdır." Bu da heç bir dəlil ilə inkarı mümkün olmayan bir həqiqətdir ki, 12 xəlifədə məqsəd məsum imamlardır.
Bu nəzəriyyəni Peyğəmbər (ə) Qədir-Xumda əməliyyəyə çevirdi. Özündən sonra İslami hakimiyyətə Əli (ə)-ı hakim təyin etməklə, hakimin mütləq məsum olmasının yeganə şərt olduğunu bildirdi. Amma Peyğəmbər (ə)-ın vəfatından sonra İslamın bu prinsipinə əməl olunmadı və İslami hakimiyyətə "qeyri məsumdan hakim olar" nəzəriyyəsi gətirildi. Bu nəzəriyyəni Əbu Bəkr, Ömər, Osman və bu kimi digər şəxslər həyata keçirdilər. Sünni məzhəbinin bünövrəsi sayılan bu firqə İslami hakimiyyətdə hakim olaraq məsumdan qeyrisinin hakimliyini qəbul etdi.
İslama gətirilən bu bidətlə də, İslamın faciəsi başlandı.
İmam Əli (ə)-ın, Xanım Fatimeyi-Zəhra (s.ə.)-nın, İmam Həsən (ə)-ın, İmam Hüseyn (ə)-ın və digər məsum imamların və onların tərəfdarlarının başlarına gətirilən müsibətlər, onların qətlə yetirilmələri və ümumiyyətlə, İslamda o gündən bu günə qədər baş verən bütün faciələr və İslamın tənəzzülü bu bünövrə prinsipin dəyişdirilməsi nəticəsində oldu, yəni İslami hakimiyyətdə məsumdan qeyrisini hakim bildilər.
Əslində isə şiə məzhəbinə görə, məsumdan qeyrisinin hakimiyyəti İslami sayılmır. Çünki yalnız ismət pilləsində olan şəxs İslamda hakim ola bilər.
Yuxarıda deyilənlərə binaən, İslami hakimiyyətdə məsumdan qeyrisinin hakimiyyətini qəbul edən, istər alim olsun, istərsə də cahil, yəni kütlədən sayılan hər bir kəs məsum İmamların (ə) nahaq tökülmüş qanlarına həmin zalımlarla şərikdirlər və şiəlikdə heç bir haqqları yoxdur!


Yazının mənbəyini bilmirəm, bəlkə kimsə izah edə bilər. "məsumdan qeyrisinin hakimiyyəti" nə mənada deyilirki?



#79926 Ramazan Ayı 2011

Отправлено автор: İstifadəçi 29 августа 2011 - 01:00 в Ümumislam mövzular

Risalələr arasında ciddi fərqlər var. Çünki ağanın başqa risalələrində heç bu məsələ ümumiyyətlə yoxdu. Bəlkə də nəzəri dəyişib?
Amma bunun prinsipcə, əhəmiyyəti yoxdur. Çünki Sistani ağa 4 yol müəyyən edib ki, bunların arasında şəriət hakiminin hökmü yoxdur. Amma yəqin yaradan halda əməl etmək olar.

Mən deyərdim tərcümələrdə fərq var. Ayrı-ayrı vaxtlarda çap olunan risalələrdə məsələlər fərqli nömrələnir, ancaq bəzi məsələlərin mətni də dəyişir bəzən (məsələni daha ətraflı və ya əksinə, daha yığcam əhatə etməklə). Nəzəri dəyişməyin deyə bilmərəm, ancaq sonrakı risalələrdə yoxdursa, elə çıxır bu məsələni risalədən kənarlaşdırıblar.

P.S. Bir də, vusal114, imkan varsa, o şəkilləri hansı saytdan götürdüyünü yazardın. http://moonsighting.com saytını bilirəm, bunu isə yox.



#79921 Ramazan Ayı 2011

Отправлено автор: İstifadəçi 29 августа 2011 - 00:41 в Ümumislam mövzular

Məndə evdə iki dənə risalə var(yəni biri 2000 ilin capıdır o biri 2010 ilin capı)O RİSALƏLƏRİN İKİSİNDƏ DƏ 1740 məsələdə belə yazılıb:

Şəri hakimin hökm etməsi ilə ayın əvvəli sübut edilməz.Bu halda ehtiyata riayət etmək daha övladır.(Sistani ağa.məsələ 1740)

Söhbətinizə qarışmıram, ancaq gördüm məndəki risalədə də Məsələ 1740 belə yazılıb, dedim qeyd edim:

Изображение
Изображение



#79941 Ramazan Ayı 2011

Отправлено автор: İstifadəçi 29 августа 2011 - 05:42 в Ümumislam mövzular

Şəkillərə baxanda belə çıxır ki, ayın 29-u gecə Ayın ölkəmizdə görünməsi ümumiyyətlə mümkün deyil. Ayın 30-u isə yalnız optik cihazlarla görünə bilər.

Bəli, 29-u ölkəmizdə mümkün deyil, amma cənubi Amerikada görünməsi mümkündür, çox güman ki, görünəcək. 30-u isə ölkəmizdə görünməsi çətin mümkün olsun, ancaq bizim üfüqdən çox-çox əvvəlki üfüqlərdə ay görünəcək (ayın 30-unun qrafikinə bax: http://moonsighting.com/1432shw.html), hətta hava şəraiti imkan versə, İranda da görünə bilər.


Bir-iki sayta baxdım ki, orada deyilir ki, yeni ay avqustun 30-u səhər 7-dən başlayır. Yəni 29-u axşam görmək mümkün deyil.

Bəlkə 29-u yazıblar, səhv salmırsan ki? Məsələ ondadır ki, astronomiyada Ayın Yer ətrafında öz orbiti üzrə dövrə vurması bir neçə üsulla ölçülür. (Orbital periodlar: http://en.wikipedia..../Orbital_period) Qəməri təqvim ayları da sinodik periodla hesablanır (Günəş və Yerə nəzərən), bu da yuvarlaq olaraq 29.53 sutkaya bərabərdir. Yəni sinodik hesabla Ay Yer ətrafında 29.53 sutkaya bir dövrə vurur. Astronomiyada sinodik periodla yeni ayın doğuşu hesablanarkən, ayın orbital hərəkət zamanı Günəşlə Yerin düz ortasında dayandığı vaxt əsas götürülür və astronomiyada "New moon" (Təzə ay) adlanır (http://en.wikipedia.org/wiki/New_moon). Bu doğuş isə Şəvval ayı üçün 29 avqust, 03:03-də verilib (bizim saat qovşağını (+4:00) nəzərə alsaq, 07:03). Ona görə dedim ki, ayın 30-una hansı metodla astronomik ay doğuşu verə bilərlər, mənə çatmadı. Vəssəlam, yerdə qalan hesablamalar artıq şəriətə tətbiq üçündür, hansı ölkədə və ya hansı üfüqdə gözlə görünə bilər, ya yox və s. Çünki astronomiya elmi termin kimi ilk gözlə görünən ayı "Təzə ay" hesab eləmir, onun verdiyi "Təzə ay" isə heç cürə gözlə görünmür, ona görə ki, həmin vaxtda Ay Yerlə Günəşin arasına keçir, Günəş onun yalnız arxasını işıqlandırır, Yerdən görünən hissəsinə isə işıq çatmır, nəticədə Yerdən görünmür. Astronomiya Təzə ayın start nöqtəsini məhz burdan götürür.
Sən də qeyd etmisən, fiqh müasir dövrə (konkret olaraq ay təqviminin hesablanmasında) cavab vermir, razıyam.

Quran deyir ki, Günəş də, Ay də müəyyən olunmuş nizamla hərəkət edir. Yəni ki, Ay onsuz da nizamla dövrə vurur. İnsanlara qalır təqvim aylarını buna uyğun bölərək ayların əvvəl-axırını hesablasınlar. Ancaq ümumi baxanda müasir dövrdə ay təqviminin hesablanması hardasa 3 variantda mümkündür:
1. Dədə-baba qaydası ilə, gözlə görüb ayı başlamaq, gözlə görüb ayı bitirmək, hazırki şəriətimiz də belə deyir.
2. Gözlə görmədən, astronomik cədvəllərə əsaslanıb, ayın ölkəmizdə də olmasa, bizim üfüqdəki başqa ölkələrdə görünməsini, yaxud dünyada bir neçə ölkədə görünməsini nəzərə alıb yeni ayı başlamaq. Türkiyə, Səudiyyə və bir çox ölkələr bu variantla gedir.
3. Bir astronomik doğuşdan növbəti astronomik doğuşa qədər məsafəni bir qəməri ay kimi hesablamaq.

Bu variantlar Qəməri təqvimi hesablamaq üçün nəticə etibarilə, hamısı keçərlidir (şər'i cəhətdən demirəm). Çünki hansıyla hesablasan, nəticədə 1 qəməri il ərzində 6 dənə 29, 6 dənə 30 günlük ayımız olacaq, 1 ilimiz də 354 gün olacaq. Ancaq şəriət yalnız o dövrdəki üsulu ortaya qoyur, gözlə görməyi. O dövrdəki insanlara başqa hansı üsul deyilə bilərdi ki? Ancaq gözlə görüb oruc tutmaq, gözlə görüb bayram etmək. Odur ki, indi başqa variantları şəriətə tətbiq edib-etməmək və necə etmək problemi var müasir fiqhdə. Bu artıq ictihadlıqdır, müctəhidlər də ola bilər ehtiyat edib bu variantları keçərli bilmirlər və ya fikirləri fərqlənir, nəticədə hər il belə ixtilaf düşür. Nə isə.

Mənə bir şey maraqlıdır, neçə adama bunu sual vermişəm, amma qane edən cavab almamışam.
Mümkündür ki, dünyada iki ayrı-ayrı miladi günlərində bir qəməri gün qeyd olunsun? Yəni belə deyək də, tutaq ki, Ramazan bayramını dünyanın bir hissəsi 30-unda, digəri hissəsi isə 31-ində qeyd etsin. Məsələn, bir variant ola bilər ki, bizdə ayın 30-u daxil olsun və həmin günü bayram edək, ancaq hələ ABŞ-da ayın 29-u olsun, 10-12 saatdan sonra onlarda da ayın 30-u olsun, onlar da bayram etsin, bunu nəzərdə tutmuram. Bu zatən eyni gün hesab olunur.
Ancaq bir də ola bilər ki, bizdə ayın 30-unun məğribində ay görünməsin, ancaq 10-12 saatdan sonra ABŞ-da (30-unun məğribində) ay görünsün. Ordakılar ayı gördüklərinə görə 30-unu bayram edə bilərlər, buna şübhə yox, ancaq biz artıq ayın 31-i bayram edərik. Nəticədə iki fərqli gündə bir bayram qeyd olunar. Bilmək istəyirəm ki, buna şəriətdə dəlil varmı ki, iki fərqli gündə bir qəməri gün qeyd oluna bilər? Bu artıq çaş-başlıq üzündən fərqlənən bayram günləri deyila, praktiki olaraq mümkün olan bir şeydir. O dövrdə müsəlmanların Amerika, Avstraliya ilə bir əlaqələri olmayıb ki, bunun praktiki olaraq mümkün olduğunu bilsinlər. Bəlkə də elə biliblər onlar Ayı görürlərsə, dünyanın hər yerindəkilər də görür. Ona görə maraqlıdır ki, indi buna "mümkündür" deyirlərsə, bunun dəlili nədir.

P.S. "30-unun məğribi" dedikdə, 29-unun axşamındakı məğribi nəzərdə tutmuşam, qəməri gün ki, məğribdən başlayır, 29-u axşam görünən hilal ay 30-u üçün təzə ayın birinci gününü təyin edir, ona görə. Həm də nümunə kimi yazmışam, məhz avqust ayını demirəm.




Рейтинг@Mail.ru