Перейти к содержимому


Публикации Neqsi Cahan

167 публикаций создано Neqsi Cahan (учитываются публикации только с 29-апреля 23)



#91234 Şiələrə suallar

Отправлено автор: Neqsi Cahan 02 мая 2012 - 19:07 в Şiə-sünni dialoqu

Vəhhabilər belə bir şayiəni yayıblar ki, Quranın qiraəti elmində şiələrin heç bir xidməti yoxdur. Bütün xidmətlər əhli-sünnəyə məxsusdur



Bismillahir-Rəhmanir-Rəhim



Vəhhabilər belə bir şayiəni yayıblar ki, Quranın qiraəti elmində şiələrin heç bir xidməti yoxdur. Bütün xidmətlər əhli-sünnəyə məxsusdur.

Əvvəla onu qeyd etmək lazımdır ki, bu mövzunun ümumiyyətlə Vəhhabilərə aidiyyəti yoxdur. Çünki onlar cəmi 200 ildir ki, İslamın düşmənləri tərəfindən yaradılıblar.



Həqiqət isə bundan ibarətdir:

1-Qurani-Kərim bir kitabdır ki, ilk öncə bu kitabı tilavət etmək lazımdır. Qurani-Kərimi tilavət edən şəxslər hər cür milli, irqi, dil, rəng və sair təəssübkeşlikdən uzaq olmalıdır ki, bu şeytani sifətlərə malik olan adam Qurani-Kərimi nə qədər çox qiraət etsə belə hər an Allahdan uzaqlaşır.

Qurani-Kərim “Nəhl” surəsinin 98-ci ayəsində buyurur:

“Quranı oxuyanda qovulmuş şeytandan uzaq olaraq Allaha pənah apar”

2- Qurani-Kərim Allah tərəfindən nazil olub. Qurani-Kərimin ayələrinə əsasən Quran “dərk etmək” “anlamaq” “təfəkkür etmək” “yada salmaq” “saflaşmaq” “iman gətirmək” və “əməl etmək” üçün nazil olmuşdur.

Buna görə də Qurani-Kərimi qiraət etmək zəruriliyi yalnız başlanğıc, başqa sözlə desək birinci addımdır. Qiraətdən daha mühüm və vacib olan isə Qurani-Kərimin mənası üzərində düşünərək ayələrin məqsədini anlamaq, başa düşmək, sonra o mənalara iman gətirmək, daha sonra isə ona əməl etməkdən ibarətdir. Deməli, hər hansı bir insan 7 qiraət əvəzinə hətta 14 qiraət üslubunun hamısı ilə Qurani-Kərimi oxusa belə amma “dərketmə” , “iman” və “əməl” olmazsa belə bir qiraətin də, belə bir qiraəti edən adamında faydası yoxdur.

Həzrət Muhəmməd səllallahu əleyhi və alihi və səlləm buyurur:

“Nə qədər quran oxuyanlar var ki, onlar Quran oxuyanda Quran onlara lənət oxuyur.”

3-Əhli-sünnənin əqidəsinə əsasən İslam xəlifəsinin əleyhinə qiyam edən və mübarizə aparan adam “kafir” , “müşrik” , “tüğyankar” , “azmış” və “yağı” hökmündədir. Şəkksiz Cəməl, Siffeyn və sair müharibələrdə İslam xəlifəsi ilə müharibə edənlər Qurani-Kərimi yaxşı qiraət edən adamlar olublar.

4- Qurani-Kərimin ilk Qaresi, yəni qiraətçisi həzrət Muhəmməd səllallahu əleyhi və alihdir, və Peyğəmbər əhli-sünnədən olmayıb.

Bütün müsəlmanların icmasına görə Qurani-Kərimin ikinci qaresi həzrət Əli əleyhissalamdır ki, o da əhli-sünnədən olmayıb.

5- Qurani-Kərimin qiraətinin formalaşmasında və inkişafında Ərəb dilinin qrammatikası ən başlıca yerlərdən birini tutur. Ərəb qrammatikasının əsasını qoyan, yəni banısı həzrət Əli əleyhissalamın səhabəsi Əbul Əsvəd Ədduəlidir ki, o da əhli-sünnədən olmayıb və şiədir.

6- Qurani-Kərimin qiraəti mövzusunda kimin ilk əsər yazması barəsində müsəlman alimləri tərəfindən 2 nəzər var. Alimlərin bir dəstəsinin nəzərinə əsasən Qurani-Kərimin qiraəti barəsində ilk əsərin müəllifi Yəhya ibn Yəmərdir ki, o da əhli-sünnədən olmayıb və şiədir. Alimlərin başqa bir dəstəsinin nəzərinə əsasən isə Qurani-Kərimin qiraəti barəsində ilk əsərin müəllifi imam Cəfər Sadiq əleyhissalamın səhabəsi Əban ibn Təğləbdir ki, o da əhli-sünnədən olmayıb və şiədir.

7-Qurani-Kərimin qiraəti mövzusunda çoxlu adamlar olmasına baxmayaraq onlardan yalnız 7 nəfəri qiraət məktəbi və qiraət üslubu yarada bilmişdir. Onlara “qurraus saba” yəni “yeddi qare” deyilir. Qurani-Kərimin qiraəti mövzusunda öz sözlərini demiş bu yeddi qare hicri-qəməri tarixi ilə 2-ci əsrin ikinci yarısında yaşamışlar. Bu yeddi qare Qurani-Kərimin qiraəti təbəqəsinin 3-cü mərhələsinə aiddirlər. Bəziləri daha 3 nəfəri, bəziləri isə 3 və 4 nəfəri də qarelərin siyahısına daxil edərək onların sayını 10 və ya 14 etmək istəmiş amma o biri yeddi qare məşhurlaşa bilməmiş, onların qiraəti münasib və uyğun sayılmamışdır. 7 məşhur Qare bunlardır:

1-İbn Kəsir Maliki;

2-Nafe Mədəni;

3-Asim Kufi;

4-Həmzə Kufi;

5-Kəsai Kufi;

6-Əbu Əmr ibn Əla Bəsri;

7-İbn Amir.

Qurani-Kərimin qiraəti fənninin yaradılmasının baniləri sayılan bu 7 nəfərin beşi (Asim, Nafe, Həmzə, Kisai, Əbu Əmr) şiə, 2-si isə (İbn Kəsir, İbn Amir) əhli-sünnədən olub. Göründüyü kimi 7 qarenin 5-i əhli-sünnədən olmayıb.

8- Hal hazırda bütün dünyada yayımış və insanların əllərində mövcud olan Qurani-Kərim Həfsin rəvayəti əsasında tərtib edilmiş Asim Kufinin qiraətidir. Yuxarıda göründüyü kimi Asim Kufi əhli-sünnədən olmayıb və şiədir.

9- Yeddi Qarenin ustadları arasında ən məşhur ustad Asim Kufinin müəllimi olmuş Əbu Əbdurrəhman Səlmidir ki, onun da Qiraət ustadı həzrət Əli əleyhissalam olmuşdur. Alimlərin nəzərinə əsasən Asim Kufini 7 qarenin içində ən məşhur edən onun ustadının Əbu Əbdurrəhman Səlmi olmasıdır. Əbu Əbdurrəhman Səlmi də əhli-sünnədən olmayıb və siədir.

10- Bu qədər sübutlarla yanaşı əgər şiələr Quranın yaşaması və qorunması üçün heç bir şey etməmiş olsaydılar belə bütün müsəlman cəməyyəti üçün Qurani-Kərimin “qiraəti” , “tilavəti” , “dərkedilməsi” , “ayələrin mənasına iman” , “ ayələrə əməl” üçün ən möhtəşəm öyrətmə üslubu və təcəlli olan imam Hüseyn əleyhissalamın Kərbəla hərəkatı qiyamət gününədək kifayət edərdi.


Tədqiqatçı Rza Əzizoğlu

Ustad114@gmail.com

http://www.islammaar...News&NewsId=324



#91208 Qamət Süleymanovun "cavab"larına bir baxış

Отправлено автор: Neqsi Cahan 01 мая 2012 - 18:07 в Şiə-sünni dialoqu

Teymiyyyenin və Yezitin nəvələrindən olan nasibi Əhli beyt düşməni qametin növbəti həyasız cavabalrından biri.


capture-20120501-185653.jpg
Tarix 10 Jan 2012, 14:15
Sual:5 Başa düşmədiyim daha bir məqam – bəzi alimlər deyir ki,Hüseyn səhv edib bu məsələlərdə.Başa düşmürəm,peyğəmbər nəvəsinin elmi hər hansı başqa birindən az olacaq ki,hələ alimlər ona –peyğmbər nəvəsinə nəyi düz nəyi səhv etdiklərini izah edirlər ?

Cavab:
5.Hüseyn (radiyALLAHU 'anhu) məsum deyildi, ona görə də Məkkədən Kufəyə çıxanda səhabələr, hətta qardaşı da bu addımı atmamağı tövsiyə etdilər. Yəni bu təkcə alimlərin fikri deyil, elə onun öz əhli-beytinin fikridir.


Qamet Quran oxuyursanmı?Əlivi vicdanla qəlbivin üzərinə qoy aç Quranı və Əhzab surəsi 33cü ayəni oxu.
Buyur məndə sənə təqdim edirəm oxu bəlkə Allah səni hidayət elədi. :rolleyes:

«Həqiqətən Allah Təala yalnız siz Əhli-beytdən pislik və çirkinlikləri uzaqlaşdırıb və sizi pak və pakizə etmək istəyib». («Əhzab», 33)






#91212 Qamət Süleymanovun "cavab"larına bir baxış

Отправлено автор: Neqsi Cahan 01 мая 2012 - 22:08 в Şiə-sünni dialoqu

Bes bu bedbextler, Peygambar(s) hedisini gebul etmirler ki Imam Huseyn ve Imam Hasan Cennetin cavanlaridir? Ikincisi ela bu vehabilerin egidesine gore sahabalarin sahvini demak olmaz, eger beladirse demak Imam Huseyn hemde peygambarin sehabesidir CUNKI PEYGAMBARI GORUB,axi neca ola bilerir ki Imam Huseynda bu vahabiler sahv axtarirlar. Ucuncusu gamet yalan deyir, cunki Imam Huseynin(a) gardashi Hanafiyya imamin tapshirigi ila galib yezide garshi tebligat ile meshgul idi.

Bu vehabilerde agil ile tefekkur haramdir cunki ozleri deyirler ki agil sahv eda biler, ve bu sababdan hadisleri ve guran ayelerini neca yazilib ela gabul edir. )))



Bunun səbəbi odur ki, onlar (dildə) iman gətirdilər, sonra isə (ürəklərində gizli) kafir oldular. Buna görə də onların ürəklərinə möhür vurulmuş, özləri isə anlamaz kimsələr olmuşlar.Munafiqun,ayə 3


Qamətə ərəb dilində səhih hədisləri göstərsəkdə möhürlənmiş qəlbinə təsir edənməyəcəyik.
Allah hidayət eləsin qaməti və qamətin arxasınca gedənləri.



#90989 Sələfilərə suallar

Отправлено автор: Neqsi Cahan 25 апреля 2012 - 15:56 в Şiə-sünni dialoqu

Vəhhabilər iddia edir ki,Allahın əli,ayağı və digər organları mövcüddur.
Həqiqətəndə Allahın əli.ayaqı vardımı?
Əgər əl.ayaqı vardısa bu əl ayaq ətdəndirmi?
Əgər ətdəndirsə bu ət qocalırmı?İnsna orqanalrı kimi dəyişikliklər olurmu?



#91236 Sələfilərə suallar

Отправлено автор: Neqsi Cahan 02 мая 2012 - 21:04 в Şiə-sünni dialoqu

Yoldaş sələfilər haçan suallarımıza cavab verəcəksiz?


Bu nə dərəcədə düzgün bir addımdır?məqsəd nədir bu oxşarlıqda?
Изображение



Kəbənin yanında ingilis simvolu!
Vəhhabilərin İslam irsinə etinasızlığı və onunla mübarizə aparması və qərb mütəxəssislərinə inanmaları Kəbə evinin yanında, Məkkənin “Əbrac əl-Bəyt” otellər kopleksinin üzərində, böyük bir səhvlə, ingilis simvolunun tikilməsinə səbəb oldu.
Saat bürcü adlanan bu tikili Londonun “Big ben” saatı ilə inkar olunmaz oxşarlıqlara malikdir.
Bu hündür bürcün Allah evinin yanında tikilməsi ziyarətçilərin çoxlu etirazına səbəb oldu. Belə ki, onlar bu hündürlükdə binanın Kəbənin yanında tikilməsini Allah evinə hörmətsizlik və ziyarətçilərin dua və ibadətə diqqətinin azalması kimi dəyərləndirdilər.
“Big ben” London şəhərinin simvollarından biridir və hər il minlərlə xarici turist ora baxmağa gəlirlər. Bura həmişə London və İngiltərənin simvolu kimi istifadə olunub.
İslam mədəniyyətinə etinasızlıq və qərb mütəxəssislərinə inam bundan öncə də bəzi problemlərin qarşıya çıxmasına və xristian və missioner simvollarının İslam aləminə girişinə zəmin yaratmışdı.
Misal olaraq Dubay bürcünün dizayneri bir neçə il öncə, bir müsahibədə bildirmişdi ki, mən dünyanın ən böyük xaçını İslam ölkələrinin ürəyində tikməyə nail olmuşam.
Belə ki, böyük Dubay bürcünə qurudan baxdıqda bir şey görsənməsə də, dənizdən baxdıqda xaça oxşayır.
islammektebi.org



#90704 Quran təhrİf olunmayıb

Отправлено автор: Neqsi Cahan 19 апреля 2012 - 09:00 в Şiə-sünni dialoqu

2240.jpg

Şeyx Məhəmmədcavad Fazil Lənkəranin "Quran təhrif olunmayıb" adlı kitabı

Прикрепленный файл  Tahrif_tamam-latin-asl.doc   266К   3 Количество загрузок:




#90706 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Neqsi Cahan 19 апреля 2012 - 09:20 в Şiə-sünni dialoqu




#90703 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 19 апреля 2012 - 08:41 в Şiə-sünni dialoqu

188. De: "Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövm üçün qorxudan və müjdələyənəm".

Peyqamberim Salallahu aleyhi vesellem quran dediyi kimi qeybi bilmirdi,siz ise shishirdib tehrif elemekle meshgulsunuz.Allah qorusun sherrinizden.
indi getirin menasini tehrif elemek istediyiniz hedisleri.


Peyğəmbər qeybi bilmirdisə necə İmam Əli (ə) Qədr gecəsində şəhid ediləcəyini bildirmişdi?


Ömərin xilafəti dövründə Mədinədə bir gün xütbədə ikən "Ya Sariye! Dağa, dağa!" deyə qışqırmasıdır. Sariye, Ömərin komandiridir. O əsnada İranda Atəşpərəstlərə qarşı döyüşməkdədir. Ömərin səsini eşidər. Ordunu dağa çəkər və qalib gəlir.
Celaleddin Süyuti, Tarihul Hulefa, s.117, Sadeddin Taftezanî, Şerhul Akaid, s. 78-79


Ömər mobil telefon əlaqəsi yaratmışdı?necə oldu ki.döyüşçüsü məlumatlandırıldı?Qeybdən xəbər verməyi bilir Ömər?


http://www.youtube.com/watch?feature=player_embedded&v=MxcgDp5iz8g
gördüyünüz videoda nəsibi Şeyx Adnan əl-Arur nəsibilərə aid tvlərdən birində canlı verilişdə danışır. Rəsulullahın s. a. a qeybi bilmədiyini, qeybi təkcə Allahın bildiyini söyləyir. Qurandan bu mövzudakı ayələri dəlil olaraq təqdim edərək öz ağlı ilə təfsir edir. Şeyx sözlərini bitirincə İraqlı bir Şiə studiyaya zəng vurur və şəxsən Quran və əhli sünnə qaynaqlarından Rəsulullahın s. a. a qeybi Allahın icazəsi ilə bildiyini ortaya qoyur, daha sonra şeyxin dəlil olaraq buyurduqu ayələrində mənasını açıqlayır. qısacası bu nəsibi Şeyxini yerin dibinə soxan bir verliş.


Rəsulullah (s.ə.v) aramızda ayağa qalxdı və o zamandan qiyamətə qədər nə olacaqsa heç bir şey buraxmadan hamısını xəbər verdi. Onları öyrənən öyrəndi, unudan unutdu. Onları Rəsulullahın bu səhabələri bilər. Bir adam birindən ayrılıb da sonra təkrar gördüyündə onu tanıyıb üzünü xatırladığı kimi mən də Rasülullahın bu söylədiklərindən bir-şey meydana gəldimi dərhal xatırlayıram.
Səhihi Buxari Dəri 9, Kitab 92, Səhifə 397


İdda edə bilərsən ki,imamlar necə olur qeybi bilir?Onu deyim ki,Həzrəti Məhəmmədin (s.a.a.s) Harunu,Elm şəhərinin qapısı olan Əli və onun 11 övladı Peygemberimizin varisləridirlər.
İmamlar, Rəsulullaha verilən elmin varisləridirlər. Süneni Əbu Davud, Kitab 35, Səhifə 4231



Sən Buxairni yalançı,gopçu olduqunu boynuna aldın və onun yalandan hədis nəql etdiyini bildirdin ey :nasibi:
İndi isə Quran ayəsini öz qandıqın kimi təfsir emtəklə bir daha zəlalətə ugradın təbrik edirəm səni lom vəziyyətində qaldın :gizildish:

Səni anlayıram bəsirətin şeytan üçün açıqdır,amam imamların qeybi msələsi dəfələrlə müzkairə olunub və hər dəfəsində sübut göstərilibdir.

Buyur oxu bu yaəni gör necə qanacaqsan?

http://quran.az/12/37
(Yusif) belə cavab verdi: “Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını (gördüyünüz yuxuların dünyada nə ilə nəticələnəcəyini və ya yeməklərin nədən ibarət olacağını) sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim!

Necə olur ki,qeybi bilir?
Ay ibn teymiyyə və yezit tayfasının davamçısı əvvəl oxu düşün gör nə dnaışırsan sonra yaz brua özüvü niyə belə piz vəziyyətdə qoyursanki?
Başa düşürük savadsızsan.elmsizsən,əlavə olaraq imansızssan amma heç olmasa yazdıqlaırmızı oxu az da olsa bəhrələn. :rolleyes:


Nizamidən çox oxum sonra Məcnun olub çöllərə düşərsən ay :nasibi:




#90596 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 17 апреля 2012 - 00:15 в Şiə-sünni dialoqu

Allah razı Neqsi Cahan qardaşım.

Çoxundan xəbərsiz idim. Sayəndə öyrəndim.

Cəzəkumullahu Xayran!



Amin cümləmizdən əziz qardaşım.Sevindim ki,inşAllah sizlərə dəyərli olacaq bir məlumatlar paylaşdım. :rolleyes:



#90771 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 22 апреля 2012 - 18:35 в Şiə-sünni dialoqu



Bismilləh.

Əs-salamu aleykum va rahmətullahi va bərakətuhU!

Qardaşım, əhsən günün olsuN!

Allah səndən də razı olsun , Allah elminə bərəkət versün!

MaşaAllah! Sənün sayəndə nə qədər bilmədiyimiz şeyləri öyrənirik )

Qaldı kİ, AZERİTÜRKƏ, qardaşım, mən ondan bəzi xahişlər eləmişəm ola bilsin ki, onlarla məşğuldu.

1. DAHİ NİZAMİYƏ QULAQ asır bəlkə də.

2. Deyilənlərə görə Dahi Şekspir, Dahi Puşkin və s. dahilər dahi Nizamidən ilham alıb əsərlər yaradıblar. əxidən xahiş eləmişdim ki, onların əsərlərini bir araşdırsın . Bəlkə onlar da ilk üç xəlifəsinin fəzilətləri haqqında nə isə yazıblar :rolleyes:


Odur ki, qardaşım, boş ver getsün! )

Qoy youtubedə, orda, burda başını qatsın birtəhər günlərini yola versün. Axırda da dünyadan beləcə köçsün və qiyamət günü xəlifəsi yezİT ilə məşhur olsun!

O öz seçimini edib!

Yenə də ümid edirəm ki, haqqı görər.
Ona görə də ALlah onu və onun kimi digər vahabiləri islah eləsün, hidayət eləsün! AmiN! )


Ve Aleykümə Salam qardaşım.Sənin sayəndə öyrənirik çalışırıq biz də hərdən nəsə yazaq əziz insan :)

Öyrəşmişdim hər səhər foruma daxil olub azeriturukun gülməli rəylərini oxuyum :rolleyes:
2-3 gündür yəqin sən dediyin kimi Nizmaidən ilhamlanıb keçib Şekspirə qulaq asmaqa :gizildish: Heç olmasa hərdən gəlib öz gülməli əqidəsinə uygun gülməli rəylər yazsın oxuyaq keifmiz açılsında :loool:

Qardaşım gözü görə-görə uçuruma gedir daha ümid qalıb Allaha.Bəlkə Allah Əhlibeytin hörmətinə onun qəlbinə iman salar.



#90593 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 17 апреля 2012 - 00:04 в Şiə-sünni dialoqu

Изображение


Baki Muselman qiz mektebinde ana dili dersi.1907-ci il lovhede Ya Ali yazilib



#90788 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 22 апреля 2012 - 23:01 в Şiə-sünni dialoqu

Peyğəmbərdən © belə rəvayət edilir «Hikmət 10 yerə bölünmüşdür, Əliyə 9-u, digər bütün insanlara isə bir bölümü verilmişdir. Əli o bir qisimdə də hər kəsdən daha elmlidir».

Əbu Nəim İsfahani «Hilyətul övliya» cild 1 səh 65 («Fəzailu-Əli»də);
Məhəmməd Cərzi «Əsnəl-mətalib» səh 14;
Məhəmməb ibn Yusif Gənci «Kifayətul-talib» bab 48;
Müttəqi «Kənzul-ummal» cild 5 səh 156 və 401;
Süleyman Bəlxi «Yənabiul-məvəddə» bab 14;
Məhəmməd ibn Təlxə «Mətalibus-süal» səh 21.



#90592 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 17 апреля 2012 - 00:02 в Şiə-sünni dialoqu

Изображение

Yoxdur Peyğəmbər tək bir insanpərvər,
Kişilik yolunu tək Əli gedər.



#90571 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 16 апреля 2012 - 23:40 в Şiə-sünni dialoqu

Изображение

‎...Ey xoş ol kəslər Mühəmməd Müstəfani sevdilər,
Oldular aşiq Əliyyəl Mürtəzani sevdilər.
Sidqü ixlas ilə pənc ali-əbani sevdilər,
Çardəh məsum tək müşgülgüşanı sevdilər,
Daxi onlardan gözəl yaxşı cəmaət görmədim...

Molla Pənah Vaqif



#90572 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 16 апреля 2012 - 23:40 в Şiə-sünni dialoqu


Изображение
Sual verən şair,gözlə cavabın,
Deyim dərdin mən bir bağrı kababın,
Ürəyi lalə tək dağlı Zeynəbin,
Yanan ocağının qurbanıyam mən.

Xorasan şahının,qərib Rizanın,
Doqquz min yarası olan Ozanın,
Zülfüqar sahibi mərd Mürtəzanın,
Oğlu Ələmdarın qurbanıyam mən.

Leyla oğul deyib ağlayan zaman,
Lərzəyə düşmüşdü ərşü asiman,
Quranda yazılan lölöü mərcan,
Bu böyük adların qurbanıyam mən.

Yüz iyirmi dörd min Nəbiyyü Əkrəm,
Şəmşirəm sizə mən sadiq nökərəm,
Qəbul et arzumu ey kani kərəm,
Əziz ismibarın qurbanıyam mən.

Aşıq Şəmşir



#90570 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 16 апреля 2012 - 23:39 в Şiə-sünni dialoqu


Изображение

Hər nə desən,eşq ondan üstündür,
Eşq-Heydər Əmirəl-Möminindir.

Rumi! Əlinin sirrindən heç kim agah deyil,
Çünki hər bir kəs ilahinin sirrindən agah deyil.

Cəlaləddin Rumi



#90563 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 16 апреля 2012 - 23:32 в Şiə-sünni dialoqu

Изображение

...Ey könül, mənzili-məxsudə yetişmək müşkül,
Olmasa piri-muğan şəfqəti həmrah bizə.
Cümlə aləm,nə qəm,olsun bizə düşmən,Sərraf,
Bəsdi Mövlamız Əliyyi-Vəliyyullah bizə.

Hacı Rıza Sərraf
Hacı Soltanın "Həzrəti Əli (ə) və dünya ədəbiyyatı" kitabından



#90562 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 16 апреля 2012 - 23:31 в Şiə-sünni dialoqu


Изображение
İki ləfzdür leyk mənadə bir,
Əli Müstəfa, Mustəfadur Əli.

Edib cilvə zatında mehr sifat,
Ki,ayineyi-həq nümadur Əli.

Qoyub başinə əfsər hələta,
Cahanda şəhi-övliyadur Əli...

Olub gülşəni- "Qüds"ə daim bahar,
O gülzarə eyni-səfadur Əli.

Mirzə Həsib Qüdsi Bakılı
Hacı Soltan "Həzrəti Əli (ə) və dünya ədəbiyyatı" kitabından



#90573 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 16 апреля 2012 - 23:42 в Şiə-sünni dialoqu

Изображение

Neçə il zülfüqar nə yerdə qaldı,
Neçə min ənbiya səndən dərs aldı.
Üzündə niqabi bir ərəb gəldi,
Özü öz tabutun götürən Əli.

Mənim pirim Kövsər üstə Saqidi,
Möminlərin yeri cənnət bağıdı,
Qurbaninin bu gün müşkül çağıdı,
Cəmi müşkülləri bitirən Əli.

Aşıq Qurbani,
Həzrəti Əli və dünya ədəbiyyatı kitabından



#90574 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 16 апреля 2012 - 23:43 в Şiə-sünni dialoqu

Изображение

Əqidə rəsulu oldu Nəbimiz,
Mərdin inadından inciməz Əli.
Qətli kafər şəmşir səlli Heydərin,
Qövqadə yorulmaz,inciməz Əli.

Dəm-qəm dolu qoşa bu iki sin,
Qazma sən əzvaca bu iki sin,
Alı gözəl bildi bu ikisin:
Bir gözəl Mühəmməd,bir gözəl Əli.

Aşıq Alı.
Həzrəti Əli (ə) və dünya ədəbiyyatı kitabından



#90584 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 16 апреля 2012 - 23:53 в Şiə-sünni dialoqu



Şahi-mərdan,miri-meydan,səfləri yaran Əlidir!
Yol bilən,haqqa gedən yola rəhbər olan Əlidir!
Изображение


Hər kim Əlini tanımadısa,iki dünyada da kor oldu,
Necə kor olmasın,çünki hər şeyin əsli Əlidir.

Vilayət nöqtəsində bil ki,əvvəl o vardı,
Həm hikmət nöqtəsində sonuncusu da,bil ki,Əlidir

Peyğəmbərdən sonra rəhbər olaraq Heydərdən başqasını axtarma,
"Sən məndənsən" sözünü eşit və bil ki,bizə öyrətmən Əlidir.

"Ya Rəbb,mənə ya Əli" deməyi sən söylədin,
Sənin məhrəminin yoldaşı o idi,ondan ötrü "Ya Əli"dir.

Əlidən kim ayrı qalsa Nəbidən də uzaq qalar.

Seyid Yəhya Bakuvi



#90583 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 16 апреля 2012 - 23:51 в Şiə-sünni dialoqu

Изображение

Eşq badəsini qədəhə tökdülər,
Eşqin ardınca aşiqi şövqləndirdilər.
Əbu Əlinin canında və ruhunda İmam Əli (ə)-ın
Məhəbbətini südlə şəkəri qarışdıran kimi qarışdırdılar.

Əbu Əli ibn Sina



#90582 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 16 апреля 2012 - 23:50 в Şiə-sünni dialoqu

Изображение

Üzün səhifəsinə ləmyəzəl (Allah) xətti ilə,
İki Əli adı simmetrik yazılıb.
Bir "Lam" iki "ayn" iki simmetrik "ya",
Aydın və aşkar xətt ilə qaş,göz,burun çəkilib.

Əbu Əli ibn Sina



#90581 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 16 апреля 2012 - 23:50 в Şiə-sünni dialoqu

Изображение

Əli iman,Əli eymən,Əli imandur aləmdə,
Əli əmni,Əli sərvər,Əli məxluq üçün sərdar.
Əli hər şey ona məlum,Əli alim,Əli ələm,
Əli müdrik,Əli hakim,Əli qövlündədir muxtar.
Əli yavər,Əli nasir,Əli mənsur olub daim,
Əli qalibdür olmuşdur müzəffər bir sipəhsalar.
Əli munis,Əli izzət,Əli əfzəl cahan içrə,
Əli lütfi inayətdir,Əli ənvər,Əli ənvar.
Əli fateh,Əli fəttah,Əli ruhə verən rahət,
Əli bəhri səxavətdir,ona Rəhmanı olmuş yar.
Əli səfdə dayanmışdır,Əli safi,Əli sufi,
Əli gənci vəfa kani,Əli səftər,Əli kərrar.
Əli bəxşiş,Əli nemət,Əli ənam verən kəsdir,
Əli şiri xuda olmuş,Əlidür qatili küffar,
Əli əfzəldi hər kəsdən Mühəmməd ümməti içrə,
Əgər sən pak möminsən buna sidq ilə qıl iqrar...

Hafiz Şirazi



#90561 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Neqsi Cahan 16 апреля 2012 - 23:30 в Şiə-sünni dialoqu

Изображение

Əlinin nuri Yəqubi qurtardı nari-fərağətdən.
Əlinin nuri bir zərrə təcəlla eylədi Turə,
Düşüb bihuş Musa yeddi gün məst oldu taqətdən.
Əlinin nuri dar üstə xilas etdi Məsihani,
Əlidür eyliyən aləmləri bir nur zülmətdən.
Əlidür qatili-Əntər,Əlidür qalei-xeybər,
Alanda Xeybəri məhbut olub aləm o qüdrətdən...

Mirzə Məhəmməd Təqi Qumru Dərbəndi
Hacı Soltanın "İslam idman antalogiyası" kitabından




Рейтинг@Mail.ru