Salam Aleykum!
Mənə təcili İranda onkoloji sahədə fəaliyyətda olan klinikalar lazımdır.
Orada əlaqəsi olan ya da heç olmasa əlaqə nömrəsi və ya tanıdığı yaxşı bir həkim varsa mənə bildirin Allah rizasına.
Mən onkologiya (xərçəng və bəd xassəli şişlər) sahəsində "Məsud" klinikasını məsləhət görürəm. Klinika özəldir, şəraiti yüksək səviyyədədir. Klinika Tehranda, Əmirabad xiyabanında yerləşir.
Bu sahə üzrə doktor Məsud İrəvani çox savadlı və təcrübəli həkimdir. Peyvənd işi ilə də məşğul olur. Bir ay əvvəl həkimin qəbulu 20.000 tümən, yəni 4 manat 40 qəpik idi. Bizim pulla havayı... ("Bəxt üzüyü" filmindən)
Klinikanın adresi: Tehran, xiyabane Əmiraba, ruberuye daneşkədeye fizik, klinike Mesud.
Yəni: Tehran, Əmirabad xiyabanı, fizika universitetinin qarşısı, Məsud klinikası.