Перейти к содержимому


Публикации Vey-sal

643 публикаций создано Vey-sal (учитываются публикации только с 29-марта 23)



#87064 Şiələrə suallar

Отправлено автор: Vey-sal 27 декабря 2011 - 23:53 в Şiə-sünni dialoqu

Allah razı olsun qardaşım...

Qardaş,
Allah sizdən də razı olsun. Allah amanında...



#87065 Şiələrə suallar

Отправлено автор: Vey-sal 27 декабря 2011 - 23:55 в Şiə-sünni dialoqu

Gecə müstəhəb namazının qaydalarını yazın, Allah xətrinə.
Neçə rəkətdir, niyyəti necə edək, və s qaydaları.



#87048 Şiələrə suallar

Отправлено автор: Vey-sal 27 декабря 2011 - 20:00 в Şiə-sünni dialoqu

Qiyamət günündən sonra.Yəni cəza çəkdikdən sonra cəhənnəmdən çıxıb cənnətə daxil olacaqlar...



İnsan dünyasını dəyişdikdən sonra bərzəx həyatını yaşayacaqdır. Məsələn indi ölü sayılanlar (bərzəxdə) bizim kimi (diri olanlar kimi) Qiyamət gününü gözləyirlər. Həmin gün hələ yetişməyib. Qiyamət günü bütün canlılar öləcəkdir. Sonra o saat hamı Allahın istəyi ilə diriləcəkdir. Kimi əbədi olaraq cənnətə, kimi cəhənnəmə yollanacaqdır. Bir qismi, cəhənnəmə düşüb, ordan təzədən cıxarılıb cənnətə düşəcəkdir.

Bərzəx həyatı - qəbir həyatıdır. Orda da genişlik, mükafat, əzab vardır. Amma bu müvəqəti həyatdır.



#87045 Şiələrə suallar

Отправлено автор: Vey-sal 27 декабря 2011 - 19:43 в Şiə-sünni dialoqu

Salam Aleykum...İslamda Cəhənnəmdən çıxmaq barədə dolğun məlumat haradan tapa bilərəm???Məad adlı kitabda bu ayə Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir.Hud 107 dəlil kimi göstərilir.
Bəzi saytlarda isə bu ayə İçinizdən hər kəs oraya varid olacaqdır. (Bu,) Rəbbinin (əzəldən) müəyyən etdiyi qəti bir qərardır.onra Biz müttəqiləri (oddan) xilas edəcək, zalımları isə orada diz üstə çökmüş halda tərk edəcəyik Məryəm71-72


Qardaş Quran surələrindən başqa Peyğəmbərin (S) sünnətində bu barədə coxlu səhih hədislər vardır. Bir qismində deyilir ki, Allah-Tala bəzi müsəlmanları cəhənnəmlə pak edib, cənnətə salacaqdır.
Siz hansı cənnətdən (cəhənnəm) soruşursunuz; bərzəx həyatindan yoxsa Qiyamət günündən sonra?



#82995 Şiələrə suallar

Отправлено автор: Vey-sal 26 октября 2011 - 11:56 в Şiə-sünni dialoqu

Bismillah,hədis var deyir pişik əhli-beytdəndir,onun artığı ilə dəstəmaz almaq olar...
Mənası:Əhli-beyt burda bizim etiqad etdiyimiz 5nəfər deyil,sadəcə ev əhli mənasındadır,yəni pişik ev heyvanıdır,evdə saxlanılması caizdir,problem yoxdur."Onun artığı ilə dəstəmaz almaq olar",yəni bir qabdakı sudan içsə,o su nəcis olmaz,yenə də pak olacaq və dəstəmaz alınmasında heç bir işkal yoxdur


Bu barədə müctəhidlərimizin rəyi olubmu?



#87100 Şiələrə suallar

Отправлено автор: Vey-sal 28 декабря 2011 - 17:29 в Şiə-sünni dialoqu

Bismillah,gecə nafiləsi 11 rəkətdir,4 dəfə sübh namazı kimi 2 rəkət namaz qılınır,gecə namazı niyyəti ilə.Sonra 2 rəkət Şəf'i namazı niyyəti ilə(qiyamda:Fatihə-Nas-Fələq),sonra da 1rəkət Vitr namazı niyyəti ilə qılınır(qiyamda:Fatihə-Fələq-Nas-3dəfə İxlas(Tovhid)).Qunutda:70dəfə "əstəğfirullahə rəbbi va ətubu iləyh",300dəfə "ələfv".(ƏSAS YER):40 mömini qunutda dua etmək,"Allahumməğfir li fulan",fulan-ın yerinə insan adı olur,məsələn Kənan qardaş))) (hərçənd mömin olmasaq da)...Əgər ad bilməsəz,belə ki,mömin adı ağlınıza gəlməsə "Allahumməğfir li mumininə vəl muminat" deyilir,yəni möminləri bağışla,əslində,bu daha yaxşıdır,bütün möminlər dua olunur.
Qiyamda mənim yazdıqlarım müstəhəb variantdır,yəni bu cür də olar,ən az-"pis" variantda vacib namazlarımızın qiyamı kimi,Fatihə və İxlas.Amma burası tam yadımda deyil,çoxdan oxumuşdum.(əgər "Məfatinul Cinan" varsa oxuya bilərsiz ordan)...Hər-halda yazdıqlarım da,əksəriyyətin bildiyi surələrdir...Qunut onsuzda müstəhəbdir,amma gecə namazı elə bu qunuta görə qılınır desəm yalan olmaz)) 40 mömini dua etmək gecə namazının əsas hissəsidir.70 və 300dəfə deyilən zikrlər,müstəhəbdir,yəni edilməyə də bilər.Qeyd edildiyi şəkildə 40 möminçün duadan sonra,hətta öz dilimizdə dua edə bilərsiz(müstəhəbdə istənilən dildə olar),yəni Allahdan hacətlərinizi istəyə bilərsiz...Amma burda,deyəsən,zatla təvəssül olmaz!Çünki namazdayıq,o da ibadətdir.Mən bu cür düşünürəm,amma "Nəbiyə(savv) xatir...",burda problem yoxdur...
P.S səhvim olsa deyin,öyrənim mən də,bildiklərim bunlar idi
P.S.S dünyada bu namaz kimi adamı düzəldən bir namaz yoxdur.Xəlvətdə gecə yarısı tək Allahla söhbət,bəh-bəh!!Hayıf mən məhrumam,əgər siz qılırsızsa,yaxud kiməsə deyəcəksizsə,məni də dua edin,bu namazı qılma fəzlini Allah əta etsin,Amin!


Amin!
InşəAllah dualarımızla...
Allah sizdən razı olsun.



#87101 Şiələrə suallar

Отправлено автор: Vey-sal 28 декабря 2011 - 17:32 в Şiə-sünni dialoqu

Gecə namazı 11 rəkətdir.
1. 8 rəkəti gecə nafiləsidir ki, hərəsi 2 rəkət olmaqla 4 namazdır.
(qaydası Sübh namazı kimidir).
2. 2 rəkət “Şəfi” namazı (qaydası sübh namazı kimidir- qunut yoxdur).
3. 1 rəkət “Vətr” namazıdır.
Qaydası belədir: 1həmd, 3 qul huvəllah, 1 fələq, 1 nəs surələrini oxumaq lazimdır.
Nəs və Fələq surələrini bilməyənlər,İxlas sürəsini deyə bilərlər.
“ Vətr” namazının qunutunda
Əvvəlcə “ Allahummə məğfirli muminina muminat vəl muslimina muslimat” deyib sonra 40-mömin şəxsin adını çək və de:
Əllahum məğfirli:(məsələn: Ayətullah Behçət)
Sonra—70 dəfə: Əstəfrullahə rəbbi və ətubu iləyh.
Sonra 300 dəfə de: “Əl əfv”
Sonra 7 dəfə “Haza məqamul aizi bikə minənnar. Rəbbiğfirli vətub ələyyə innəkə əntə təvvabul ğəfurul rəhim.
Ruku, Səcdə, Təşəhhüd, Salamlar.


Sağ olun, Qardaş.
Allah köməyiniz olsun.
Allah əcr versin!



#89067 Şiələrə suallar

Отправлено автор: Vey-sal 11 февраля 2012 - 15:25 в Şiə-sünni dialoqu

Bismillah,qardaş,bilirəm eee,mənimçün maraqlıdır ki,şiə təfsiri necədir.Ərəbi,farsı bilən olsa baxıb desin ki,ayənin şəni-nüzulu nədir.Heç ateisti qoyuram qırağa,mənim özümə ayənin təfsiri maraqlıdır
P.S onu düz deyirsən,dedikləri iddialar ya buxaridəndir,ya da sünnü təfsirindən)) ibn bazdan da yazan var ))

Bismillah, "Həcc-52"-nin təfsirini ruscadan azəriyə tərcüməsinə cəhd edirəm.

Möminlər (inanclı adamlar) arasında elələri vardır ki, şeytanla rastlaşdıqda onun vəsvəsəsini o saat hiss edər və onu özündən qovub uzaqlaşdırar. Amma, onlardan elə adamlar da var ki, daım şeytanla ünsiyyətdədir. Quran ayələrində (...) məhz belələri nəzərdə tutulur (P.S. yəni şeytanla ünsiyyət və dostluq edenlər)

Əgər bundan əvvəlki ayələrdə bütpərəstlərin Allahın dinini məhv etmək cəhdindən deyilirsə, hansı ki onlar məsxərəyə qoyurdular (dini), burada isə Quran xəbərdarlıq edir;
İslam düşmənlərinin sövdası (məqsədi) coxdan mövcuddur və İblis əsirlərlə (tarixən) Peyğənbərlərə onların müqəddəs işlərinə əngəl olmuşdur.

Ayədə deyilir:
"Biz səndən əvvəl də elə bir rəsul, elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın!

Lakin Allah Şeytanın vəsvəsəsini batil (yox) edər. Sonra isə Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!"

Allah-Tala üçün bunu etmək çətin deyil, O hər şeydən ucadır və hər şeyi biləndir. O hər şeydən xəbərdardır və buna görə şeytanın vəsvəsəsini (sövdasını) batil edir.

Qardaşım mən bunu rus və azərbaycan dillərini bildiyim səviyyədə və (mənasına uyğun) tərcümə etdim.
Qeyri-dəqiqliyə görə məsuliyyət daşımıram.
Allah amanında!


http://quran.al-shia.../43.htm#link299

Mən bunu "al-İslam" nikli qardaşın qoyduğu mənbədən (şiyə təfsiridir) rus dilindən tərcümə etmişəm.
Sizi nə qane etmir?

Burda qəliz heç nə yoxdur. Və uzun-uzadı təfsirə nə ehtiyac?
Şeytan Allahın elçilərinə mane olmağa çalışır. Allah-Tala öz elçilərinin və ayələrinin paklığını Özü nəzarətdə saxlamışdır. Nəticədə şeytanın əməli puç (yox) olub, ayələr isə möhkəmdirlər.



#89042 Şiələrə suallar

Отправлено автор: Vey-sal 10 февраля 2012 - 22:37 в Şiə-sünni dialoqu

Bismillah,Allah razı olsun,amma bunun heç olmasa ingilisi varsa deyin,rusca yaxşı bilmirəm(..Özünüz ümumi mənanı da yaza bilərsiz.


Хадж 52.
Комментарий

Среди верующих есть такие, кто, соприкоснувшись с сатаной, немедленно чувствуют это и гонят его от себя, но есть и такие, с кем сатана постоянно находится в контакте. Именно их имеет в виду Коран, говоря: «…приставим Мы шайтанов, которые станут их закадычными друзьями».[[334]]

Если в предыдущих аятах говорилось о настойчивых попытках язычников уничтожить религию Аллаха, над которой они всячески глумились и издевались, то здесь Коран предупреждает, что заговоры врагов веры – явление далеко не новое и что честолюбивые сатанинские соблазны испокон веку подстерегали пророков на их святом поприще. Аят гласит:

И не посылали Мы до тебя никакого посланника или пророка без того, чтобы, когда выражал он пожелание, сатана не подбросил в его пожелание чего-либо [суетного]

Но Господь никогда не оставлял Своих посланников один на один перед лицом тщеславных соблазнов сатаны, которые Он развеивал, одновременно укрепляя Свои знамения.

Сделать это Аллаху не составляет никакого труда, ибо Он Всеведущ и Премудр, а потому знает обо всех происках и заговорах и знает, как свести их на нет. В заключение аят гласит:

Но Аллах сводит на нет то, что подбрасывает сатана. Потом Аллах утверждает Свои знамения, ибо Он – Всеведущий, Мудрый


Bismillah, "Həcc-52"-nin təfsirini ruscadan azəriyə tərcüməsinə cəhd edirəm.

Möminlər (inanclı adamlar) arasında elələri vardır ki, şeytanla rastlaşdıqda onun vəsvəsəsini o saat hiss edər və onu özündən qovub uzaqlaşdırar. Amma, onlardan elə adamlar da var ki, daım şeytanla ünsiyyətdədir. Quran ayələrində (...) məhz belələri nəzərdə tutulur (P.S. yəni şeytanla ünsiyyət və dostluq edenlər)

Əgər bundan əvvəlki ayələrdə bütpərəstlərin Allahın dinini məhv etmək cəhdindən deyilirsə, hansı ki onlar məsxərəyə qoyurdular (dini), burada isə Quran xəbərdarlıq edir;
İslam düşmənlərinin sövdası (məqsədi) coxdan mövcuddur və İblis əsirlərlə (tarixən) Peyğənbərlərə onların müqəddəs işlərinə əngəl olmuşdur.

Ayədə deyilir:
"Biz səndən əvvəl də elə bir rəsul, elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın!

Lakin Allah Şeytanın vəsvəsəsini batil (yox) edər. Sonra isə Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!"

Allah-Tala üçün bunu etmək çətin deyil, O hər şeydən ucadır və hər şeyi biləndir. O hər şeydən xəbərdardır və buna görə şeytanın vəsvəsəsini (sövdasını) batil edir.


Qardaşım mən bunu rus və azərbaycan dillərini bildiyim səviyyədə və (mənasına uyğun) tərcümə etdim.
Qeyri-dəqiqliyə görə məsuliyyət daşımıram.
Allah amanında!



#89041 Şiələrə suallar

Отправлено автор: Vey-sal 10 февраля 2012 - 21:50 в Şiə-sünni dialoqu

Bismillah,Allah razı olsun,amma bunun heç olmasa ingilisi varsa deyin,rusca yaxşı bilmirəm(..Özünüz ümumi mənanı da yaza bilərsiz.Mən niyə soruşdum qoy deyim.Ateistlər sünnü təfsirinə əsasən bir şey deyiblər.Hansı sünnü təfsirinə baxdım onları dediyi oldu,çatmadı mənə,dedim görüm nə məsələdir bu.Demək,sünnülər yazır kii,Nəbi(s) Nəcm surəsini oxudu,«Ne dersiniz Lât ve Uzzâ'ya? Üçüncüsü olan diğer Menât'a?» (Necm, 19-20) ayəsi gələndə şeytan dilinə vəsvəsə etdi və Nəbi(s)«İşte bunlar ulu beyaz kuğulardır. Şefâat-ları umulur.» dedi!Məkkə müşrikləri də dedilər ki,O,bu günə qədər ilahlarımız üçün yaxşı şey deməmişdir.Sonra Nəbi(s) səcdə etdi,müsəlmanlar da,müşriklər də səcdə etdi.Allah da Həcc 52-ni göndərdir...
Məsumun dilinə belə bir şəkildə Şeytan necə vəsvəsə edir,anlamıram!Mənə şiə təfsiri maraqlıdır ki,bizimkilər də bunu yazıııb?!Yazsa da fərq etməz ee,Qurana etiqadda,əlhəmdulillah,möhkəmik.Sadəcə çatmır mənə.Siz bir zəhmət qısa olaraq təfsiri deyin,ya da ingilis-türk versiyasını qoyun.

Qardaşım belə halda Ziya Bünyadov və V. Məmmədəliyevin tərcüməsindən istifadə etməyi tövsiyyə edirəm:

http://quran.az/17/15

Həcc 52.

Z.Bünyadov-V.Məmmədəliyev 
(Ya Rəsulum!) Biz səndən əvvəl də (şəriət sahibi olan) elə bir rəsul, (şəriət sahibi olmayıb onun ardınca gedən) elə bir nəbi (peyğəmbər) göndərmədik ki, o, (hər hansı bir şeyi) arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah Şeytanın vəsvəsəsini batil (yox) edər. Sonra isə Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!

Əlixan Musayev  Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, (ayələrimizi)(oxumaq) istədikdə şeytan onun oxuduğuna gizlicə (vəsvəsə) verməsin. Lakin Allah şeytanın gizlicə təlqin etdiyini yoxa çıxarar. Sonra da Allah Öz ayələrini möhkəmlədər. Allah Biləndir, Müdrikdir.



#87240 Şiələrə suallar

Отправлено автор: Vey-sal 31 декабря 2011 - 13:26 в Şiə-sünni dialoqu

Bismillah,naməhrəmlər yığışıb gedirlər harasa xeyir iş görməyə.Məsələn,bir-iki başçı danışır,sonra da gedirlər qocalar evinə.Ola bilər kimsə harama da düşsün,yəni 2-3ü bir-birini tanıyanda(o da hansısa şəbəkədən),qalanları tanımır və s.Bu cür biryerdə yol getməyin hökmü nədir???

Bismillahir Rəhmanir Rəhim!

Cavab:
"Bu əməlin heç bir içkalı yoxdur. Əsası odur ki, naməhrəmlər bir yerdə təmizliyə (hamama) getməsinlər."

Əs-Salamun Ələykum və Rəhmətullahi və Bərəkatuhu!


Mərceyi-təqlid: Ayətullah Veysəlinin ofisi. 31.12.2011. (Ərdəbil. İran) :gizildish:



PS: İlahi bu zarafatıma görə məni bağışla!



#82841 Şiələrə suallar

Отправлено автор: Vey-sal 23 октября 2011 - 20:46 в Şiə-sünni dialoqu

Bismillah,məni daim düşündürən və bir az da qəribə sualdır,bəlkə də cavabsız,yəni biz bilmirik.
1.Xanım Zəhra(sə) üstündür,yaaa 11İmam(ə)??


Imamət xanım Fatimei-Zəhranın (Ə) vücudundan əmələ gəlmişdir. Yəni O, olmasa idi, imamət olmayacaqdı.
Buna görə də Xanım (Ə) bütün imamlardan (Ə) üstündür

(DİQQƏT:İmam Əli(ə) nəzərdə tutulmur,çünki o 100%üstündür,məlum məsələ).

Mən başa düşdüm siz nə demək istəyirsiniz. Bununla bərabər sizə bir kiçik məsləhət verim; 100% - "mütləq" (absalyut) deməkdir. Bu sualda əgər cüzi şübhə varsa, onda burda mütləqlik yoxdur.
Ümumiyyətlə belə müqayisələr o, qədər də məsləhətli deyildir.


2.Xanım Zeynəb(sə) üstündür,yaa Əbəlfəzl Abbas(ə)???

Hər ikisi üstün şəxsiyyətlərdir. Amma heç biri 14 məsumlardan deyillər



#81791 Şiələrə suallar

Отправлено автор: Vey-sal 06 октября 2011 - 01:34 в Şiə-sünni dialoqu

Bismillah,çoooox xahiş edirəm bunun cavabını DƏQİQ bilən yazsın.Sistani ağa(rə) arxadan yaxınlığı kəharətli məkruh bilir,yaaa haram??Mənbə ilə olsa lap yaxşı,hər-halda 100%bilən yazsın,xahiş olunur...


Mən biləni haram saymır. Amma yenə dəqiqləşdirmək lazımdır.



#76272 Şiələrə suallar

Отправлено автор: Vey-sal 05 июля 2011 - 00:27 в Şiə-sünni dialoqu

hə nəsə cavab yoxdur

Sənə catmır? 3 sinif də oxumamısan? Bura tıkla:
CAVAB:
http://313news.net/f...dpost__p__12227



#76285 Şiələrə suallar

Отправлено автор: Vey-sal 05 июля 2011 - 01:02 в Şiə-sünni dialoqu

hə nəsə cavab yoxdur

Sənə catmır? 3 sinif də oxumamısan? Bura tıkla:
CAVAB:
http://313news.net/f...ost__p__1222yi7

men hec yere tiklayn deyilem isteyir tikla ya mixla teleb etdiyim seyi yaz

Mən artıq tıkladım.
Gedib Qamətin hüzurunda əmr edəsiniz. Bura siyələrin saytıdır.
Hə deyəsən, Qamətə atdılar... Əvəzinə Əbu Zeydlər peyda olub. Onun maskası şəfafdır, özü də materialı möhkəmdir. Gec-tez ona da atarlar. Öz bossları atarlar -Əbu Zeydə. Qamətin duxu catırdı publikaya çıxmağa, təzəsi daha qorxaqdır və tənbəldir.
Allah sizi hidayət etsin!



#76269 Şiələrə suallar

Отправлено автор: Vey-sal 05 июля 2011 - 00:20 в Şiə-sünni dialoqu

Exi bunlarda hal hazirda quran yoxdur axi,bunlarin qurani Mehdidedir,delili nece getirsin?Lenet oxudugu insanlarin tertib etdiyi qurandan?



yalançıya və dayısı Muaviyəyə Allahın lənəti olsun əgər bizim Quranımız yoxdursa! :rolleyes:
Yalançıya Allahın və dayısına ( Muaviyəyə) lənəti olsun əgər Əbu Bəkrdən qabaq Quran yox idisə! :rolleyes:


Qardaş, bunlar siz yazan sünnilər deyillər. Nəsibidirlər bunlar.
Bunların Quranı sənin-mənimə bölməsi bunların kütlüyünə dəlalətdir. Bunlar bilmirlər ki, Allahın Quranı vahid kitabdır.
Bunların Allahı troposferdən bunlar üçün Quran (əstaqfrulla) yozub, tərtib edir. Ona görə bunlar belə danışırlar



#76264 Şiələrə suallar

Отправлено автор: Vey-sal 05 июля 2011 - 00:12 в Şiə-sünni dialoqu

Cənab şiələr sizin əqidənizə görə imamlar peyqemberlerden ustundur.Ve deliliniz də qurandandir.Xahis edirem hemin quran ayesini bura yerlesdirin.Ve sonra izah edin.Niye tenbellik edirsiniz ki.Meger sizden cetin bir sey teleb edirem?

Zəhmət çək "İmamlar və Peyğəmbərlər" mövzusunu oxu. Bu mövzunun 3, 4, 5, 9 və digər postlarda Quran ayələri ilə Qardaşlar sübut edirlər
http://313news.net/f...dpost__p__12227



#75885 Şiələrə suallar

Отправлено автор: Vey-sal 28 июня 2011 - 23:06 в Şiə-sünni dialoqu

Sonda da qeyd olunub ki,Peyğəmbərlər(s) diridirlər və Allaha ibadət edirlər.
Çox maraqlıdır kim istəsə alsın(bir çox yerlərdə satış kimi görmüşəm).Adı:"Ziya",müəllif:"Hacı Valeh Lənkərani",yaşıl üzlü kitabdır.120səh.-dir!


Mən Hacı Valehi tanıyıram. Savadlı şiyə qardaşımızdır. Bu əsər Valehin diplom işi olub. O, hələ 90-cı illərdə vəhabilərin maskalarını cırırdı.
Kitab, cox sadə dildə yazılıb və hədislərlə zəngindir.



#79089 Şiələrə suallar

Отправлено автор: Vey-sal 14 августа 2011 - 11:41 в Şiə-sünni dialoqu

ona ne mane olur foruma gelmeye ,,?


Imamı (ə) sevənlər və İmamın davamçıları forumdadılar. Sizi və sizin şeyxləri forumda yıxıb sürüyürlər.
Siz forumda adi şiyələrə cavab verə bilmirsiniz.
İmam (ə) zuhur edəndə siz sican deşiyi axtaracaqsınız, qardaşım. İmam (ə) foruma gəlməyəcəkdir. O (ə) yanlış həyatımızı cihad meydanına döndərəcəkdir. İmam və əhli-beyt aşiqləri (ə) həqiqət naminə şəhid olacaqlar. Siz isə ayaq altında qalıb əziləcəksiniz. Hazırlaşın cəhənnəm odunun istiliyinə. Amma, nə faydası...



#79285 Şiələrə suallar

Отправлено автор: Vey-sal 16 августа 2011 - 21:03 в Şiə-sünni dialoqu

mene basha sal,sen nece sonuncu imamin davamcisisanki,ondan elinde 1 denede kitab yoxdu.shie imamlarinin kitablari niye yoxdu?


Hz. Mehdi’yle İlgili Hadisleri Rivayet Eden Sahabeler Ve Hz. Mehdi’ye İnan Alimler

http://abna.ir/data....ng=10&id=253573


İmam Mehdi’nin Müslümanlara Tavsiyeleri

http://abna.ir/data....ng=10&id=253306

Said Nursi’nin Dilinden Hz. İmam Mehdi (a.s)
http://abna.ir/data....ng=10&id=252718

Qəriban hələlik bu məqalələrlə tanış ol.



#81585 Şiələrə suallar

Отправлено автор: Vey-sal 30 сентября 2011 - 23:03 в Şiə-sünni dialoqu

bele bir sualim var- shekilin,shekil cekdirmeyin,ister foto,ister resm,isterde bashqa shekiller, umumen shekilin hokmu shiyede necedir? bilenler yazsin.mumkunse hansi mucdehid nece gorub...


Ayətullah Məhərrəm Şirazı

1 Toy mərasimlərində şəkil çəkdirmək [Baxmaq]
Dindar bacılar adətən pis hicablı və bəzənmiş halda olduqları toy və nişan məclislərində fotoaparat qarşısında dayanıb fotoqraf bacılara şəkil çəkdirə bilərlərmi? Bunu da demək lazımdır ki, belə şəkillərin çıxarılması naməhrəm kişilər vasitəsi ilə baş verir.

Qadınların qadınlar vasitəsilə fotoşəkil çəkdirmələrinin eybi yoxdur, amma naməhrəm kişilərin əlinə düşərsə, onları tanıyarlarsa və fəsad mənbəyinə çevrilərsə, işkalı var.

2 Taxta üzərinə şəkil həkk etmək [Peşələr]
Mən bir müddət olar ki, bəzi şəkilləri taxtanın üzərində qabarıq şəkildə həkk edir və güzəranımı bu yolla təmin edirəm. Çünki bədən həcminin bir hissəsini, özü də taxta üzərində həkk etməyin deyil, ruhu olan kamil heykəl düzəltməyin haram olduğunu eşitmişdim, Mənin bu yolla güzəranımı təmin etməyim şəri cəhətdən caizdirmi?

Şəri cəhətdən belə qabarıq naxışların eybi yoxdur, lakin çalışın ki, qeyri-islami dinlərin və məzhəblərin yayılmasına səbəb olan naxışlar və ya əxlaqi baxımdan fəsada səbəb olan şəkillər olmasın.

3 Taxta üzərinə şəkil həkk etmək [Heykəltəraşlıq]
Mən bir müddət olar ki, bəzi şəkilləri taxtanın üzərində qabarıq şəkildə həkk edir və güzəranımı bu yolla təmin edirəm. Çünki bədən həcminin bir hissəsini, özü də taxta üzərində həkk etməyin deyil, ruhu olan kamil heykəl düzəltməyin haram olduğunu eşitmişdim, Mənin bu yolla güzəranımı təmin etməyim şəri cəhətdən caizdirmi?

Şəri cəhətdən belə qabarıq naxışların eybi yoxdur, lakin çalışın ki, qeyri-islami dinlərin və məzhəblərin yayılmasına səbəb olan naxışlar və ya əxlaqi baxımdan fəsada səbəb olan şəkillər olmasın.

Mən bildiyimə görə Xamenei ağa da, həmçinin işkalı olmadığını qeyd edib (bəzi şərtləri çıxmaqla).



#81489 Şiələrə suallar

Отправлено автор: Vey-sal 28 сентября 2011 - 21:35 в Şiə-sünni dialoqu

Bismillah,bunun cavabını kimsə verə bilər,zəhmət deyilsə??


Bismillah, Kənan Qardaş güldürdün bizləri,
"aı-fath haradadır" sualıyla. Hər halda, Moskvada deyil mən bilən.
Əgər azadlıqdadırsa, hər yerdə inet vardır, girib bizlərə baş çəkərdi. Birdən bizim admini dindarların yanına göndərərlər. :gizildish: (Zarafatdır!) Diktatura və represiyadır. Bir az ehtiyatlı olun, qardaşlar.

Məsləhət bilirəm bu barədə "forumun inqilabi qərərgahı" mövzusunda yaz.



#81329 Şiələrə suallar

Отправлено автор: Vey-sal 26 сентября 2011 - 15:54 в Şiə-sünni dialoqu

İmam Xomeynini bilmirəm amma Xamenei 100% deyib :) Allah islah eləsin.... Budurda sizin əqidəniz.


Mənbəyə görə çox sağ ol. Mən təqlid üçün Xamenei ağanın risalələrini əsas tuturam. Bilirdim ki, mərceyi-təqlid 100% belə deməyib. Siz qoyduğunuz mənbə ilə bunu bir daha təsdiqlədiniz.
İslam dünyasının rəhbəri qeyd edir ki, əgər tək olan Allaha şərik qoşmurlarsa, onda onların hökmü müşriklərin hökmü kimi deyildir və onlar nəcis sayılmırlar. Biz nəcis yalnız bütpərəstləri sayırıq. Hətta, məsivilər (xacpərəstlər) İsanı (ə.s) Allaha şərik qoşurlar, biz onları belə nəcis saymırıq.



#81001 Şiələrə suallar

Отправлено автор: Vey-sal 22 сентября 2011 - 18:07 в Şiə-sünni dialoqu

Birincisi bizim şəriətdə sənin misal gətirdiyin istisnalar (donuz əti, küfr və s.) bildirilib. İzdivac barəsində Allahın əmr etdikdən sonra istisnaya Qurandan dəlil gətir.
İkincisi sən Lutun əməl etdiyi şəriət barədə hansı biliklərə maliksən? Məsələn hətta ondan sonra Bənu İsrail ovladlarından olan peyğəmbər iki bacıyla evlənib, hansı ki İslamda bu qadağandır. İmam Əli məncə İslam şəriəti ilə hökm verirdi.


Ay balam, iki bacıya evlənmək deyəndə ki, əgər bir bacı ölüb, Allahın rəhmətinə gedibsə o, biri bacıya evlənmək İslamda qadağan deyil.
Məsələn, Ayətullah Əraki iki qızını Ayətullah Xorasaniyə ərə vermişdir.



#75435 Şiələrə suallar

Отправлено автор: Vey-sal 14 июня 2011 - 01:19 в Şiə-sünni dialoqu

Amma meni hech kim artiq yeqin etdiyim MUAVIYEYE HEZRET DEYEN firqeye devet etmesin. O achiq aydin menim dushmenimdir! bunda yeqinliim var.
Allahdan umid edirem ki, bu savadsizliqima baxmayaraq, urekden ve teessubkeshliyi qiraqa qoyaraq bashladiqim bu arashdirmanin sonunda meni (belke de digerlerini de) getdiyim yolun ALLAHIN heqiqeten pak ve Kamil buyurduqu ISLAM yolu olduquna YEQINIM OLAR.


Hələ ki qardaşım, sizin ürəyiniz şübhə ilə doludur. Sizin İslamda yeganə "aydınlığınız" Muaviyənin islamdan uzaq adam olduğuna əmin olmağınızdır. Çox şadam və razıyam. Amma, xahış edirəm ki, siz ətraflı izah edəsiniz niyə Müaviyə və ona həzrət deyənlər İslamdan uzaqdırlar? Niyə onlar sizin düşməninizdir?
Gəlin burdan başlayaq.
Çünki, bu sizin yazdıqlarınızda yeganə "işıq gələn" istiqamətdir.
Allah köməyiniz olsun.




Рейтинг@Mail.ru