Перейти к содержимому


Публикации Farisi

56 публикаций создано Farisi (учитываются публикации только с 28-апреля 23)



#38287 Şiələrə suallar

Отправлено автор: Farisi 17 февраля 2010 - 22:16 в Şiə-sünni dialoqu

Salam aleykum, şiyə məzhəbinə görə hansı əməllər və yaxud cinayətlər ölüm hökmü ilə cəzalandırılır?

Dindən çıxanın(mürtəd kishinin),Cadugarın (amma hədisdədə buyruldugu kimi yalnız boynunu vurmaq olar),Terrorcunun,İcki və narkotik maddə satanın cəzası ölümdür.Sonuncusu ifrat dərəcəsində olarsa...



#33699 Şiələrə suallar

Отправлено автор: Farisi 22 января 2010 - 20:24 в Şiə-sünni dialoqu

Məhəmmədin (s) sonuncu peyğəmbər olmasının mənası budur ki, ondan sonra yeni şəriət və müqəddəs kitab gətirən bir peyğəmbər olmayacaq. Yanı İslam sonuncu dindir. İsa (a) rəcət edəndə də, məhz İslama tabe olacaq və İmam Mehdinin (a) arxasında namazda iştirak edəcək. Peyğəmbərin (s) xatəm olması və İsanın (a) rəcət etməsi arasında nə ixtilaf ola bilər ki?[/size][/font]


Üzr istəyirəm amma İsa(ə) rəcət etməyəcək. İsa(ə) İmam Zaman(ə.f) kimi zühur edəcək. Rəcəti isə edənlər edəcək. Sadəcə mövzu rəcət mövzusu deyil deyə səthi yanaşıram.

Əhsən! "Mehdî ise onun ismi değil lâkabıdır. Mehdi'nin çıkması kıyametin aiâmetlerindendir. O, dini kuvvetlendirecek, yer yüzünde adaleti yayacak ve tüm müslümanlar kendisine uyacaklardır. Mehdî'den sonra Hz. İsa inecek ve Deccâl'ı öldürecektir. Bir rivayete göre ise, Mehdî ile Hz. İsa birlikte "inecekler ve Deccâl'ı birlikte öldüreceklerdir. Hz. İsa, namazında Mehdiye uyacaktır.

Bəzəndə deyilirki birinci dəccal ortaya cixacaq sonra İmam Zaman sonra Hz İsa



#33273 Qamət Süleymanovun "cavab"larına bir baxış

Отправлено автор: Farisi 20 января 2010 - 16:01 в Şiə-sünni dialoqu

3sheyx nisa 93 ALLAH buyurur ki kim bir momini qesden oldurerse onun yeri ebedi qalacagi cehennemdir. ibn abbas deyir ki bu en son enen ayelerdendir bunu hec bir aye nesx etmeyib . axi biz bilirik ki cehennemde ebedi yalniz kafirler qalacaq

Cavab: 3. Şəriətdə əgər cьmlələr belə gəlirsə, bцyьk gьnah sahibi ьзьn, mənası odur ki, əbədiyyən olmasa da, uzun mьddət qalacaq.



Quran deyir ebedi bu deyir uzun muddet



#33752 Son Xəbərlər

Отправлено автор: Farisi 23 января 2010 - 09:18 в Ümumislam mövzular

Beləsinin sələfidən nə fərqi?



#34104 Son Xəbərlər

Отправлено автор: Farisi 25 января 2010 - 12:57 в Ümumislam mövzular

Qardash burda Irani gunahlanirmag lazim deyil.Iranda haqq yolunda olanlar shukur Allaha coxdur.Amma duzdu her yerin yaxshisida var piside.Irandan bu deyqe tranzit olke kimi istifade olunur.Narkotika ordan kecir amma tebii ki gizli yolla.Ve fikir versek gorerik ki Irandan narkotik getirenlerin 95 % sirf Azerbaycanli olur.Iranda pozgunculuqda var amma onlarda hele xan rejiminden qalan insanlardi.

P.S Meni yandiransa odur ki Azerbaycan (mescid soken,eza meclislerine qarshi cixan,zemanesinin imamini tanimayan dovlet)gelib Iran haqda istediyin oz qezetinde yazir.



#36316 Vəhhabilərin "allah"ı

Отправлено автор: Farisi 08 февраля 2010 - 12:22 в Şiə-sünni dialoqu

Men bu temani oxudum allah henbeli qardashdan razi olsun ebu sufyan yersiz deliler getirirdi beke ozu ne yazib ozude bilmirdi,sadece insanlari bu delile saptirmaq isteyir.

Baş ayaq oxumusan deyəsən



#33748 "Allah, Muhamməd, ya Əli"

Отправлено автор: Farisi 23 января 2010 - 08:53 в Şiə-sünni dialoqu

Allah Muhammad ya Ali. dedim indi men kafir oldum? ya mushrik?
Temani baglamag yaxshi olardi.

Bunlarin eqidesine gore eledide ))Teymiyye neneleri ile Abdul vahab babalari ele emr edib



#33697 "Allah, Muhamməd, ya Əli"

Отправлено автор: Farisi 22 января 2010 - 20:07 в Şiə-sünni dialoqu

ALLAH MUHƏMMƏD YA ƏLİ



#35291 Ömərlə Ümm Gülsümün nigahı

Отправлено автор: Farisi 02 февраля 2010 - 14:55 в Şiə-sünni dialoqu

1.Men basha dushmurem korpe ushagi bagra basmaq olmaz?
2.Yaxud Peygember(s.a.v)-in nevesi,Ali(r.a) ve Fatime(r.a)-inin qizina sahib chixmag uchun deymezmi yalvarmaga?
3.Pis shey isteyib meger?
4.Bu sherefe kim nail olmag istemezki?


bərəkallah. rəvayətdə deyilir ki, qız deyir: əgər xəlifə olmasaydız burnunuzu dağıdardım. Ömər bbunu edərdi?
yalvarmalı olsaydı, Fatiməni(s.a) istəyəndə edərdi.

sen mene denen gorum balaca ushag omer(r.a) onu niye opmek istediyini ne basha dushub?
ola bilmezki basha dushub amma sehv basha dushub?
Fatime(r.a)-ni isteyende terki ovla edib yalvarmayib,sonra ne sozun vvar?


gör Ömər onu necə öpüb bağrına basıbsa uşaq anlayıb ki, nə niyyətlə öpür. bir də ki, özü dizüstə deyir də niyə elə öpür - mənə ərə gəl. səhv sən başa düşürsən. özü də o barədə səhvsən ki, Öməri bu əməli etməyə layiq bilməklə.
yox bir teyyul ərz edib. Fatimə(s.a) ilə evlənmək üstün olardı ya Ümmu Gülsümlə. Ömər özü sonrala Əli(ə) barədə danışanda deyilir ki, ona 3 şey bəxş edilib ki, biri mən də olsaydı bəs idi.. onlardan biri də Fatimə(s.a) ilə evli olmasıdır.

balaca ushag ne bilir evlenmek nedi?balaca ushaglar bir birini opur,indi demek isteyirsenki onlar ele bilirler pis ish gorurler?
bir sozle sohbetin etimi tokdu :)

duz deyibde Fatime(r.a)ile evlenmeyib ,amma qizi ile evlenib,amma onun evezinde ona ele shey qismet olubki Ali(r.a)-ya qismet olmayib.ummu gulsum ile evlenmek!

Nə uşaq,uşaq salmısan.60 yaşında Omar 5 yaşında qız uşağına elçi göndərir,sonra dakı ona əl-qol atır.Bunun adın nə qoymaq olar.
Mən Ömərdən çox şey oxumuşdum amma pedafil olmağın bilmirdim.

Düzü elə məndə bilmirdim.Amma indi bildim.Sağ olsun sələfilər həqiqətləri bizə göstərirlər



#33695 Tahavi deyir Allahın iki ayağı var?

Отправлено автор: Farisi 22 января 2010 - 20:06 в Şiə-sünni dialoqu

Bənzətmə deyilee sən bənzədirsən.
Allahı lazımınca qiymətləndirməyənlər. Halbuki Qiyamət günü yer bütünlüklə onun ovcunun içində olacaq, göylər isə onun sağ əli ilə büküləcəkdir». (əz-Zumər 67).

Siz nəyə görə bu ayəni öz bildiyiniz kimi qəbul edirsiniz?Məgər Allahı lazımınca qiymətləndirmək onu insana bənzətməkdi?Nəuzubillah sən necə idda edirsən ki tanrının əli var?Əgər bunu qəbul edirsənsə onda Allahın damarları bədənində qanıda olmağın qəbul eləməlisən.Deməli sən öz rəbbivə insan nisbəti verirsən.Allah səni hidayət versin



#38422 Imam Əli ibn Abu Talib (a) fəzilətləri

Отправлено автор: Farisi 18 февраля 2010 - 13:11 в Şiə-sünni dialoqu

Əvvəla onu deyim ki yazıları oxuyuram amma bir dənədə sələfi ya sünni görmədim.Amma indi ömərin fəzilətindən mövzu olseydi doluşmuşdular.Sonrada özlərini müsəlman sayırlar.Bir daha təsdiq olundu ki siz səhabələri ƏHLİ BEYT dən çox hörmətli Allah sizi ömərlə bizidə ağam Əli(ə) la məşhur eləsin.Mövzunu açan qardaş Allah razı olsun səndən



#33702 Əbu Bəkrin xilafəti

Отправлено автор: Farisi 22 января 2010 - 20:53 в Şiə-sünni dialoqu

Əbu Bəkrin xilafətinin qəsbi olmamasına dair dəlil gtirən olmad!!!

Dəlil gətirə bilməzlər axı necə gətirsinlər?Onlar dəlil gətirdikcə Qədr Xumu inkar edəcəklər.Allah hidayet eləsin



#35327 əhli beytin əqidəsi peyğəmbərin və sə...

Отправлено автор: Farisi 02 февраля 2010 - 18:37 в Şiə-sünni dialoqu

Sualıma cavab gəlmədi Abu Osman gedib Osmana yasin oxumağa oi bağışla sizdə yasin oxumaq şirk sayılırda yadımnan çıxmışdı )



#35464 əhli beytin əqidəsi peyğəmbərin və sə...

Отправлено автор: Farisi 03 февраля 2010 - 13:54 в Şiə-sünni dialoqu

Abu Osman hardasan hanı sualımın cavabı?



#35286 əhli beytin əqidəsi peyğəmbərin və sə...

Отправлено автор: Farisi 02 февраля 2010 - 14:35 в Şiə-sünni dialoqu

Indi mənim bir sualım var.İslamı ilk qəbul etmiş şəxs Peyğəmbərin ən yaxın insanı olan İmam Əli(ə) daha fəzilətli olub yoxsa Əvvəli bütpərəst sonrası qondarma xəlifəlik olan və peyğəmbər qızına əziyyət verən Ömər Əbu Bəkr Osman?



#35120 əhli beytin əqidəsi peyğəmbərin və sə...

Отправлено автор: Farisi 01 февраля 2010 - 12:58 в Şiə-sünni dialoqu

Abu Osman qardaş ,tema açmısan onda buyur qardaş suallarımıza tam cavab ver. Əhli-beytin hamısın say və dediyin hədisi yaz və mənbəyini göstər.Xahiş edirəm.Havadan havaya yazma.Bir az ciddi olaq heç olmasa bu mövzuda.Mən qorxuram ki,sən artıq ilişmisən.
Onları yazandan sonra səhabələrin hec olmasa iyirmisinin adını yaz.Bu da vacibdir.Sonra müqayisə edək ki,əhli-beytlə və səhabələr Peyğəmbərin yolun necə gediblər.

Ər-Rəhman və ər-Rəhim Allahın adı ilə.
Aburza qardaş! Əhli beytin kim olduğu mərufdur. Mən, uzunçuluğa yol verməmək üçün, müxtəsər yazdım. O ki, qaldı, əhli beytin kimliyi barədə dəlillərə bu da məlumdur. Peyğəmbərin əhli beyti sədəqə yeyilməsi haram olan kəslərdir. Bunlar Peyğəmbərin zövcələri və zürriyətidir. Bunlar, Əbdül-Muttalibin – bəni Haşimin nəslindən olan bütün müsəlman kişi və qadınlar.
Qurandan dəlili: Əl-Əhzab surəsi , 32-34-üncü ayələr.
Sünnədən dəlili: (Bu barədə hədis həddən artıq çoxdur. Bunlardan, yalnız, ən önəmlilərinin nömrələrini yazıram) Əl-Buxari "Səhih" (4793 saylı hədis), Müslüm "Səhih" (3573 saylı hədis), Əbu Davud "Sünən" (984 saylı hədis) və s.
Sonra, sən yazırsan ki, səhabələrdən heç olmasa, iyirmisinin adını yaz. Səhabələrin böyükləri və fəzilətliləri mərufdur. Bunlar: Əbu Bəkr əs-Siddiq, Ömər, əl-Faruq, Osman əz-Zinnureyn, Əli bin Əbu Talib, Əbdurrəhman bin Auf, Sad bin Əbu Vaqqas, əz-Zubeyr bin əl-Əvvam, Talha bin Ubeydulla, Əbu Ubeydə bin əl-Cərrah, Abbas, Abdulla bin Abbas, Abdulla bin Məs`ud, Abdulla bin Ömər,Həsən bin Əli, Hüseyn bin Əli, Həmzə, Bilal, Salman, Ammar, Ubey bin Kəb (Allah hamısından razı olsun) və s.

Assalam aleykum.Nə danışırsan sən??Cahiliyyə dövründəkilərin məntiqidi bu? İmam Əli(ə) Əbu bəkr Osman Ömərdən sonra gəlir ))Sənin bu 3 xəlifən Salman qədər fəzilətə sahib olublar hec olmasa?Ümumilikdə möminlər içində Salman qədər fəzilətlisi olub?Ömərin əqidəsi bəyəm peyğəmbərin əqidəsi olub?



#35285 əhli beytin əqidəsi peyğəmbərin və sə...

Отправлено автор: Farisi 02 февраля 2010 - 14:31 в Şiə-sünni dialoqu

1. Əli və Fatimə (ranhuma) nə üçün qızları Ümmü Külsümü "kafir" Ömər bin əl-Xəttaba (ra) ərə verdilər?

Ömərin Ümmü Külsümlə evlənməsi haqqında müxtəlif nəzərlər mövcuddur.
Şeyx Müfid bu izdivac haqda yazır: "Ümmü Külsümün Ömərlə evlənməsini təsdiqləyən hədis səhih deyil. Çünki hədisin raviləri sırasında Zübeyrin adı mövcuddur. Zübeyr isə müvəssəq (etibarlı, güvənli) deyil. Bu hədis İmam Əliyə olan düşmənçiliyə görə uydurulub". (Biharul-Ənvar, c. 42, səh. 107-109)
Əllamə Məclisi isə bu izdivacın təqiyyə və çarəsizlik üzündən baş tutmasını yazır. (Həmin mənbə)
Bəzilərin fikrincə isə bu İzdivac Ömərin İmam Əlini (ə) təhdid etməsi ilə baş tutub. (Səfinətul-bihar, c. 6, səh. 385)

2. Peyğımbər (sas) nə üçün iki qızı Ruqiyyə və Ümmü Külsümü "kafir" Osman bin Əffana (ranhum) ərə verdi?

Bəzi şiə tədqiqatçılarının nəzərincə, Osmanın xanımlarının heç biri Peyğəmbərin (s) qızları olmamışdır. Osmanın həyat yoldaşları ya həzrət Xədicənin (ə) əvvəlki ərindən olan qızları və ya da o möhtərəm xanımın (ə) bacısı uşaqları olmuşdur. Bu haqda olan dəlillər:
1- Peyğəmbər Fatimə (ə) qədər o qızlarla ünsiyyətdə olmamış və tarix kitablarında bu haqda heç bir fakt göstərilməmişdir.
Habelə, Müşrik və kafirlər Peyğəmbərə (s) zülm edən zaman yalnız Fatimənin (s) atasından müdafiə etməsinin şahidi olur və digər qızlardan heç bir soraq olmadığını görürük.
2- Mübahilə hadisəsində Peyğəmbər (s) bütün doğmalarını səhnəyə gətirərkən məlum qızların da oarada olamsının şahidi olmuruq.
3- Tarixdə Osmandan başqa digərlərinin Ümmü Külsüm və Rüqəyyə üçün elçi düşmələri göstərilmir.
Və digər dəlillər ki, müfəssəl məqalələrdə qeyd edilib.
Bütün bunlarla yanaşı belə bir izdivac baş tutubsa da, bu, İslam cəmiyyətinin manafeyi naminə olmuşdur. Necə ki, İslam peyğəmbəri (ə) İslam peyğəmbəri (s) Əbu Bəkr Və Ömərin qızları ilə evlənməklə islamı yaymaq məqsədi ilə onların tayfaları ilə sıx ünsiyyət yaratmaq istəmişdir. Öz qızlarını da belə şəxslərə verməsi eyni mahiyyət kəsb edir.

3. İmam hz. Həsən (ra) nə üçün, xilafəti "kafir" Muaviyyəyə (ra) təhvil verdi?


Прикрепленный файл  __mam_H__s__n.doc   38К   3 Количество загрузок:
3 cu sualivin cavabida budu yukle oxu



#37428 "Abəsə" surəsi

Отправлено автор: Farisi 14 февраля 2010 - 10:15 в Qur'an və onun təfsiri

11) Bəzi islam alimlərinin fikrinə görə, Əbəsə surəsinin ilk yeddi ayəsində Allah- Təala olduqca şiddətli, sərt və kəskin şəkildə öz hiddətini izhar edərək, kor kişiyə ehtiramsızlıq edən şəxsi, tənqid atəşinə tutmuşdur. Çünki ayələrdəki danlaqlardan əlavə, ilk iki ayədə məzəmmət olunan şəxsin adı çəkilməmişdir. Bu da onu aşkarlayır ki, Allah- Təala bu şəxsdən üz çevirmiş və ona nifrət etdiyi üçün adını çəkməmiş və ona işarə belə etməmişdir. Sonra isə son iki ayədə ona müxaciət edərək, birbaşa ağır şəkildə məzəmmət etmişdir.


Belə olan halda ayədəki şəxsdən məqsəd Məhəmməd peyğəmbərin(s) olmadığı aydınlaşır. Cünki ilahi peyğəmbərlər heç bir zaman Allahın qəzəbinə, nifrətinə düçar olan əməllər etməzlər.Və belə şəxsləri hikmətli Allah heç bir vaxt peyğəmbərlik məqamına da layiq görməz.


12) Məşhur islam alimlərinin nəzərinə görə ayədə tənqid olunan kəs, yəni; kor kişini təhqir edən şəxs, Peyğəmbər(s)-ın söhbət etdiyi müşriklərdən, bəni-Üməyyə müşriklərindən biri olmuşdur. Çünki Peyğəmbər(s) bu zəngin və varlı şəxslə söhbətə məşqul olan zaman, kor kişi onların yanına gəlib, Həzrət Məhəmməd(s)-dan ona öz dini haqqında danışmasına israr edərkən, bəni- Üməyyədən olan bu şəxs, onu ələ salaraq, məsxərə etdi.Və ondan uzaqlaşdı.


Elə buna görə də ayə nazil olaraq bu işi sərt və şiddətli şəkildə tənqid etdi. Çünki o, bu əmələ varlılara həris və düşgün olması və kasıblara qarşı çirkin, dəyərsiz münasibət bəslədiyi üçün, əl atmışdı.


13) Bəhs olunan yeddi ayənin heç birində, Məhəmməd peyğəmbərin(s) adı çəkilməmiş, bəlkə ona heç işarə də, olunmamışdır. Üçüncü ayədə zahirdə müraciət tərəfi peyğəmbər(s)olsa da, həqiqətdə, ayənin əvvəlində sanki belə deyilir "De ona, ey Məhəmməd". Beləliklə ayədə əsl müxatəb Peyğəmbər(s) deyil, bəni- Üməyyədən olan bir şəxsdir. Bununla da, söylənilən rəvayətin yalan olması və əsl hadisənin necə baş verdiyi aydınlaşır.


لا تَمُدَّنَّ عَيْنَيْكَ إِلى‏ ما مَتَّعْنا بِهِ أَزْواجاً مِنْهُمْ وَ لا تَ�*ْزَنْ عَلَيْهِمْ وَ اخْفِضْ جَنا�*َكَ لِلْمُؤْمِنِين



#33753 "Abəsə" surəsi

Отправлено автор: Farisi 23 января 2010 - 09:31 в Qur'an və onun təfsiri

Z.Bünyadov və V.Məmmədəliyevin tərcümələri بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ عَبَسَ وَتَوَلَّىٰ
(Peyğəmbər) qaşqabağını töküb üzünü çevirdi.

Amma Əlixan Musayevin tərcüməsində بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ عَبَسَ وَتَوَلَّىٰ
O qaşqabağını sallayıb üzünü yana çevirdi.
Bildiyime gore burada Velid ibn Mugeyre ye xitab edilir



#37427 "Abəsə" surəsi

Отправлено автор: Farisi 14 февраля 2010 - 10:14 в Qur'an və onun təfsiri

Və ya:


فَبِما رَ�*ْمَةٍ مِنَ اللَّهِ لِنْتَ لَهُمْ وَ لَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لانْفَضُّوا مِنْ �*َوْلِكَ فَاعْفُ عَنْهُمْ وَ اسْتَغْفِرْ لَهُمْ وَ شاوِرْهُمْ فِي الْأَمْرِ فَإِذا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللَّهِ إِنَّ اللَّهَ يُ�*ِبُّ الْمُتَوَكِّلِين



"Allahın rəhməti səni onlara qarşı xoşrəftar və mərhəmətli etdi. Əgər tünd xasiyyət və daş qəlbli olsaydın xalq sənin ətrafından dağılardı."


Və yaxud:

وَ ما أَرْسَلْناكَ إِلاَّ رَ�*ْمَةً لِلْعالَمِينَ

"Biz səni aləmlərə rəhmət olaraq göndərdik."


7) Qurani- Kərim buyurur:

وَدُّوا لَوْ تُدْهِنُ فَيُدْهِنُون


"Kafirlər çox istəyirlər ki, sən onlarla razılığa və sazişə üz gətirəsən, onlar da səninlə razılaşsınlar."


Sonra isə Allah–Təala Peyğəmbər(s)-ı bu işdən çəkindirərək, kafirlərlə yaxınlığın qadağan olmasını bildirir. Necə ola bilər ki, Peyğəmbər(s) Allahın əmrinə etinasızlıq edib, müşriklərə tərəf meylli olsun?


8) Diqqət etmək lazımdır ki, "من استغنا" ibarətindən məqsəd özünü öyüb, var- dövlətinə görə başqalarından üstün tutan , sərvətiylə insanlara təkəbbür edən şəxslərdir.


Və həmçinin "تصدي" ibarətindən məqsəd də, susuz insanın suya olan hərisliyi kimi olan şiddətli bir meyl və həvəsdir. Deməli tənqid olunan şəxs, hədsiz dərəcədə zəngin və lovğa şəxslərə düşkündür. Elə buna görə də sonrakı ayələr qəti şəkildə bu əməli pisləyərək , o şəxsi şiddətli formada tənqid edir və hədələyir. Belə olan halda necə iddia edə bilərik ki, söylənilən ayələr Həzrət Məhəmməd(s) haqqəndadır? Halbuki o, heç bir zaman belə xasiyyətlə tanınmamışdır.


9) Qurani-Kərimdə buyurulur:

"Heç vaxt kafirlərə verdiyimiz nemətlərdə gözün olmasın. Onların var- dövlətinə və zənginliyinə görə kədərlənmə. Öz rəhmət və mərhəmət qanadlarını möminlərin üzərinə sal."


Bu ayə islamın ilk dövrlərində nazil olmuşdur. Beləliklə necə iddia oluna bilər ki, Həzrət Məhəmməd(s) Allahın nazil etdiyi bu mübarək ayəyə etinasızlıq edərək, kor kişini təhqir etsin və varlı müşriklərin İslama cəlb olmasına daha çox əhəmiyyət versin?


10) Bir çox alimlərin nəzərlərinə əsasən "Qələm" surəsi "İqrə" surəsindən bilafasilə sonra nazil olmuşdur. Belə olduğu halda necə ola bilər ki, Peyğəmbər(s) peyğəmbərliyinin ilk dövründə "əzəmətli və kamil əxlaqa hakim" adlandırılsın, amma bir müddət sonra kor kişiyə haqsız yerə qəzəblənərək, kobudluq etdiyi üçün Allah tərəfindən tənqid edilıb, məzəmmət olunsun?



#37425 "Abəsə" surəsi

Отправлено автор: Farisi 14 февраля 2010 - 10:14 в Qur'an və onun təfsiri

Halbuki, bu rəvayət bir çox cəhətdən səhih və düzgün sayıla bilməz:


1) Söylənilən rəvayət mənbə və sənəd baxımından etibarlı deyildir. Çoxsaylı məşhur islam alimləri bu hədisə etina olunmamasına təkid etmişlər . Çünki hədisi söyləyən şəxslər onu etibarlı və səlahiyyətli mənbəyə əsaslandırmamış və həmçinin rəvayəti nəql edənlərin arasında tanınmamış və kimliyi məlum olmayan şəxslər də mövcuddur. Belə ki, iddia edilən hadisənin baş verdiyi zamana ən yaxın yaşamış və onu sonrakı nəslə rəvayət etmiş şəxslər, İbn Abbas və Aişədir ki, onlar da, o vaxt ya dünyaya gəlməmiş və yaxud da, südəmər uşaq olmuşdur.


2) Hədisin mətni də, ziddiyyətli formada nəql olundğu üçün, rəvayətlərin arasında müxtəlif paradokslar mövcuddur.


Aişə bir yerdə İbn Ümm Məktumun Peyğəmbər(s)-ın yanına gəldiyində, O həzrətin(s) müşriklərin rəhbələrilə söhbətə məşğul olduğunu deyir. Başqa bir yerdə isə Peyğəmbərin bəzi məsələləri Qüreyşin rəhbərlərilə müzakirə etdiyini söyləyir və onların Əbu Çəhl və Ütbə olmasına diqqət çəkir. Digər rəvayətində də, o, bu şəxslərin Ütbə və Şeybədən ibarət olduğunu söyləyir. İbn Abbasa görə isə onlar Ütbə, Abbas və Əbu Cəhl idi. Amma Ənəsin rəvayətinə görə Peyğəmbər(s) bir nəfərlə, yəni؛ Übəyy ibn Xələflə danışırdı. Əbu Malik isə Peyğəmbərlə (s) danışan şəxsin Üməyyə ibn Xələf olduğunu deyir. Mücahid onların Ütbə ibn Rəbiə və Üməyyə ibn Xələf olduğunu iddia edir. Mücahid başqa bir yerdə isə onun yalnız qüreyşli adi bir şəxs olduğuna israr edir.


3) İşarə olunan ayələrxitab etdiyi şəxsi qaraqabaq, adamayovuşmaz, qatı və tünd xasiyyətli bir insan kimi tanıdır. Bir halda ki, tarix boyu belə bir xüsusiyyət nə Quran, nə Peyğəmbər(s)-ın dostları və nə də düşmənləri tərəfindən ona nisbət verilməmişdir. Həqiqətdə o dövrün insanları Peyğəmbər(s)-ın gözəl əxlaqa malik olduğuna və mehriban həmsöhbət olduğuna həmişə etiraf etmişlər.Bir sıra müfəssirlərin yazdıqlaına əsasən o Həzrət(s) insanlara qarşı o qədər səmimi və məhəbbətlə davranırdı ki, hətta əl görüşdükdə belə öz əlini qarşı tərəfin əlindən əvvəl geri çəkməzdi ki, bəlkə onun xətrinə dəyə bilər. Bəs necə ola bilər ki, İslam dinini öyrənmək məqsədilə gələn şəxsə qarşı etinasızlıq və hörmətsizlik etsin? Bütün ilahi peyğəmbələr heç zaman xalqı onlardan uzaqlaşdıracaq əməllərə əl atmırlar. Çünkü belə hərəkətlər onların vəzifələrinin naqis və natamam qalmasına gətirib çıxarır ki, bu da öz nöbəsində yol verilməzdir.


4) Söylənilən ayələr tənqid etdiyi şəxsi zəngin və varlı insanlara meyllı olmaqda, amma yoxsul və kasıb xalqa etinasızlıq etməkdə təqsirləndirir.
Halbuki, Həzrət Məhəmməd (s) belə xüsusiyyətə malik deyildi. O, daim yoxsul insanlara qarşı daha da mehriban davranlrdı. Və həyatı boyu insanları var-dövlətlərinə qiymətləndirmədi.



#37417 Dindarlarla polis arasında toqquşma olub

Отправлено автор: Farisi 14 февраля 2010 - 09:04 в Ümumislam mövzular

Lənət olsun belələrinə.Axırki Azərbaycan təkbirədə qadağa qoydu..



#37424 "Abəsə" surəsi

Отправлено автор: Farisi 14 февраля 2010 - 10:13 в Qur'an və onun təfsiri

Əbəsə surəsinin ilk yeddi ayəsi varlılara və zəngin insanlara onların mal-dövlətinə görə meyilli olan, sonsuz ehtiram bəsləyərək, hörmətlə yanaşan, amma kasıb, yoxsul və fağır insanlara aşağı gözlə baxan, onları əskik və dəyərsiz sayan bir şəxsin əməlinə etiraz olaraq nazil olmşdur.


Lakin bəziləri bu ayələrin Peyğəmbər(s)-ın haqqında nazil olmasına diqqət yönəldərək bu haqqda bir sıra əsassız iddialar irəli sürmüşlər. Belə ki, onlar İbn Abbas, Aişə və başqalarının rəvayətlərinə istinad edərək, söylənilən ayənin Peyğəmbər(s)-la birbaşa əlaqəli olduğuna təkid edirlər. Guya ki, bir gün Həzrət Məhəmməd(s) kafir bə müşriklərin rəhbərlərini İslam dininə dəvət etmək məqsədilə söhbətə məşğul olduğu zaman, İbn Ümm Məktum adlı bir kor kişi onların yanına gələrək, Peyğəmbər(s)-dan ona öz dini haqqında məlumat verməyi tələb etdi. O, bu istəyində olduqca israrlı və inadlı idi. Amma Peyğəmbər(s) kor kişinin istəyinə e,tiraz əlaməti olaraq, üzünü turşudub, bir daha ona etina etmədi. Elə bu vaxt Allah tərəfindən Əbəsə surəsinin ilk yeddi ayəsi nazil olaraq, Peyğəmbər(s)-ı bu hərəkətinə görə danladı. Nəticədə o, öz əməlinə peşman olub, kor kişidən üzr istəyərək, ona nəvaziş göstərdi.



#33269 Şiə cavab verir

Отправлено автор: Farisi 20 января 2010 - 14:50 в Şiə-sünni dialoqu

Ne fayda var bu sələfilərə oy bagishlayin vovkalara nə qədər göstərsən bu videolardan yenədə dediklərin deyəcəklər.



#37426 "Abəsə" surəsi

Отправлено автор: Farisi 14 февраля 2010 - 10:14 в Qur'an və onun təfsiri

5) Bəhs olunan ayələrin birində deyilir:

وَ ما يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّى"Sən nə bilirsən, bəlkə o, iman , paklıq və təqva axtarışındadır?"


"Sən nə bilirsən, bəlkə o, iman , paklıq və təqva axtarışındadır?"


Bu şəkildə yalnız elə şəxsə müraciət oluna bilər ki, o, öz tayfasının və yaxud da xalqın imanlı olması üçün kifayət qədər və lazımı miqdarda ürək yandırmır. Deməli əgər ayə Peyğəmbərə (s) xitabən söylənilibsə, belə nəticə almaq olar ki, o, öz vəzifəsini, peyğəmbərliyini yerinə gətirmək üçün həvəsli deyil və ilahi risalətinə etinasız yanaşır. Bir halda ki, bu mümkün deyil. Çünki Allah-Təala öz hikmət, elm və qüdrətilə yalnız öz vəzifəsini artıqlamasıyla və ən ali dərəcədə yerinə yetirən şəxsləri peyğəmərlik məqamına layiq görür. Əks təqdirdə həm ilahi hikməti, elmi, və həmcinin peyğımbərlərin göndərilmə hədəfi sual altında qalacaq.


6) Qurani- Kərimin başqa ayələri Peyğəmbərin (s) necə də, ali əxlaqa və gözəl, üstün keyfiyyətlərə malik olduğunu bəyan edir. Və bu ayələr O Həzrətin (s) dini öyrənmək istəyən kor bir şəxsə qarşı etinasızlıq, hörmətsizlik etməsini qeyri-mümkün sayır. Belə ki, buyurulur :

وَ إِنَّكَ لَعَلى‏ خُلُقٍ عَظِيم

"Və həqiqətən sən əzəmətli və kamil əxlaqa hakimsən."




Рейтинг@Mail.ru