Перейти к содержимому


Публикации N_ن_N

78 публикаций создано N_ن_N (учитываются публикации только с 30-марта 23)



#103060 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Отправлено автор: N_ن_N 15 августа 2015 - 13:20 в Hədislər

Yenə də səsi-sorağı gəlmir vəhhabilərin.

 

Bir maraqlı hədisə diqqət edək.

 

"“Münafiqin üç əlaməti vardır: Yalan danışır, vədinə əmələ etmir, ona edilən əmanətə xəyanət edir.”

 

Bu hədis müxaliflərin nəzərində səhihdir. Buxaridə də Muslimdə də keçir bu hədis. Qəribədir ki, Əli(ə) Əbu Bəkrlə Ömərə nisbət verdiyi sifətlər arasında bu sifətlər də var.




#103214 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Отправлено автор: N_ن_N 10 апреля 2016 - 20:17 в Hədislər

 

 

 

salam aleykum..men anlamiram ki Ali a.s ve Abbas r.a aralarinda ki mubahise ne idid ki Abbas Ali a.s bu sozleri deyir!  bunlar heresi oz meselesi ucun gelmeyibler ki ? birde ki Abbas Ali a.s barede bu sozleri demesi yalandi...cunki Abbas Ali a.s RasuluLLAHin vesisi ve velisi olmasini bilirdi!  Seqife hadisesinde Aby Bekre biyat etmiyenlerin biride Abbas idi!

 

 

 

Va Aleykum əs-salam va rahmətullahi va bərakətuhu. Bu rivayət öz-özlüyündə səhih deyil. Ancaq müxaliflər üçün səhihdir.  :rolleyes:

 

:D  :D  :D

 

 

Bəli qardaşım. Rəvayətin öz-özlüyündə səhih olmaması o deməkdir ki, müxaliflər tərəfindən nəql olunub. Bizim üçün müxaliflərin nə dediyinin öz-özlüyündə heç bir önəmi yoxdur. Biz Əlinin (ə) o ikisinə münasibətinin necə olduğunu Muslimdən yaxud digər muxalifdən öyrənməmişik. Bizə əhli-beyt (ə) ardıcıllarının vasitəsilə mütəvatir şəkildə gəlib çatıb Əlinin (ə) onlara münasibəti. Yəni, onlar qəbul etsələr də etməsələr də biz günəşin mövcud olduğunu qəbul edirik. Onlar bunu inar edirlər  deyə biz də bu həqiqəti inkar edə bilmərik. 




#103199 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Отправлено автор: N_ن_N 17 февраля 2016 - 13:02 в Hədislər

Hamıya salam olsun.NUN qardaş əla hədisdir.Bəli nədənsə,vahabilərin səsi gəlmir))

 

Bu hədisi ilk dəfə eşidən vəhhabilər şoka düşürlər, stress keçiririlər, deppresiyaya giririrlər. İnana bilmirlər. Elə fikirləşirlər ki, "rafizilərin uydurması"dır. Uzun müddət bu şokun təsirindən çıxa bilmirlər. Müəyyən qədər özlərinə gələndən sonra gedirlər "elm tələbələrinin" yanına, bəziləri belə rəvayətin Səhihi-Muslimdə olduğunu inkar edir, insaf deyilən şeydən azdan-çoxdan payı olan bəziləri isə  bu rivayəti "şərh edirlər", bir neçə seans keçəndən sonra bir qədər özlərinə gəlirlər. Ancaq yenə də öz "elm tələbələri" tərəfindən aldadıldıqları şübhəsi  ilə həyatlarını davam edirlər. Ağlını işlətməyi bacaranlar isə səhv yolda olduğunu başa düşüb yenidən haqq yola qayıdırlar. Bəli, bunun da şahidi olmuşuq.) Valhəmdu lilləhi Rabbil aləmin.




#103203 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Отправлено автор: N_ن_N 19 февраля 2016 - 16:30 в Hədislər

 

salam aleykum..men anlamiram ki Ali a.s ve Abbas r.a aralarinda ki mubahise ne idid ki Abbas Ali a.s bu sozleri deyir!  bunlar heresi oz meselesi ucun gelmeyibler ki ? birde ki Abbas Ali a.s barede bu sozleri demesi yalandi...cunki Abbas Ali a.s RasuluLLAHin vesisi ve velisi olmasini bilirdi!  Seqife hadisesinde Aby Bekre biyat etmiyenlerin biride Abbas idi!

 

 

 

Va Aleykum əs-salam va rahmətullahi va bərakətuhu. Bu rivayət öz-özlüyündə səhih deyil. Ancaq müxaliflər üçün səhihdir.  :rolleyes:




#103129 Əlimizdəki Quranın təhrif olunduğuna etiqad edənin hökmü nədir?

Отправлено автор: N_ن_N 01 января 2016 - 11:49 в Əqidə və fiqh

Əssələmu aleykum.

 Qardaşlar, internetimdə bəzən problemlər yaranır deyə foruma çox gələ bilmirəm. Hələlik müvəqəti olaraq da olsa bu problem həll olunub Əlhəmdu lilləh. :) 

 

Keçək mövzuya. Mövzu ətrafında müəyyən fikirlər səsləndirildi, müəyən müzakirələr aparıldı. Lakin, bu müzakirələr sadəcə müzakirə idi. Məqsəd sadəcə müzakirə etmək idi, isbat və ya inkar etmək yox :) 

 

İndi isə mövzuya işıq tutmaq üçün istərdim ki, mütəvatir mövzusuna toxunaq. Nə deməkdir mütəvatir? NƏ bilirik onun haqqında? Neçə cür olur mütəvatir? Əgər mütəvatir mövzusu aydın olsa, əsas mövzunu anlamaq daha çox asanlaşacaq inşaAllah.




#102914 Əhli-Sünnə Mənbələrində Quranın Təhrif Olunması

Отправлено автор: N_ن_N 04 июня 2015 - 11:48 в Şiə-sünni dialoqu

Salam.Özüvüz gözəl bilirsiniz ki,Əhli Sünnənin yaxud şiələrin hədis toplumlarında bu cür hədislər mövcuddursa-onların hamısı batil və qeyri-səhihdir.Əslində,şiələrin hədis toplumlarında Quranın təhrif olunması haqqda müxtəlif qissələrlə rastlaşmaq mümkündür,lakin hamıya bəllidir ki,bu cür hədislərin batilliyi aşkardır-istər şiələrin qatında,istər Əhli Sünnənin.Doğrudurmu?


Bismilləh. Vas-salam va rahmətullahi va bərakətuhu.
Bəli, doğrudur.



#103227 Şiələrə suallar (II hissə)

Отправлено автор: N_ن_N 09 мая 2016 - 15:27 в Şiə-sünni dialoqu

abdhalim, sən nəyi öyrənmək istəyirsən? Hədislərin sənədi barədə olan nəzəri, yoxsa məzmunu barədə olan nəzəri? 




#103155 Şiələrə suallar (II hissə)

Отправлено автор: N_ن_N 10 февраля 2016 - 12:50 в Şiə-sünni dialoqu

şiyəlere sualım var, xəndək döyuşu haqqda,deyirsiz ki, imam əli,ve resul .sa.s. dan başqa butun möminler qorxdu çixmaxa abdevednen ,
yani sizin momin saydiqlarinizda var idi,xendek,ezhab döyusunde, salman alfarsi,əmmar ve sair..
yani onlarda qorxdu?

 

Biz "bütün möminlər qorxdu" demirik. Biz səhabələrin arasında hər bir cəhətdən ən üstünü Əlidir (ə) deyirik. Bu bir.

İkincisi budur ki, fikrimcə Əbduvud Qureyşdən özünə bab olan, adlı-sanlı rəqib axtarırdı və onları səsləyirdi. Əbu Bəkr, Ömər, Osman ona bab ola biləcək şəxslərdən idilər. Vallahu əiləm!




#102915 Yəzid niyə "sevilmir"?

Отправлено автор: N_ن_N 04 июня 2015 - 12:05 в Şiə-sünni dialoqu

بسم الله الرحمن الرحيم

السلام عليكم و رحمة الله و بركاته


Vəhhabilərlə söhbət zamanı Yəziddən (l.ə) söz düşərkən bəziləri "nə söymürük, nə öymürük" deyirlər. Yəzidin (l.ə) bəd əməllərini etiraf edib məhz bu əməllərinə görə sevmədiklərini qeyd edirlər. Sualım özlərinə "əhli-sünnə vəl-camaat" deyən, "sələfi" deyən həmin vəhhabiləridir və sual çox sadədir :

Əgər Yəzidi (l.ə) həqiqətən də sevmirsizsə, onun sevilməməyinin səbəbləri arasında İmam Hüseyni (ə) və yaxınları Kərbəlada şəhid etməsi hadisəsi də varmı?



#103244 Sual-Cavab

Отправлено автор: N_ن_N 01 июня 2016 - 12:44 в Ümumislam mövzular

qardaşlar, bir mövzunuda sizlərdən öyrənmək istərdim. hədis elmində جمع قران metodu var. bu metod haqqında ətraflı məlumat verməyinizi sizlərdən istərdim. forumun hədislər bölməsində yeni mövzu açıb orada açıqlasazda olar.
təşəkkürlər.

 

"Cəmul-qərain vəş-şəvahid" üsulundan təkcə hədisdə istifadə edilmir. Daha geniş bir anlayışdır. Hansısa bir  iddianın və ya məzmunun doğruluğunun isbatı üçün kənar dəlillər, ipucları, "şahidlər" bir araya toplanaraq həmin iddianın və ya məzmumun doğru olub-olmadığına qərar verilir. 




#103243 Sual-Cavab

Отправлено автор: N_ن_N 01 июня 2016 - 12:41 в Ümumislam mövzular

 




#103242 Sual-Cavab

Отправлено автор: N_ن_N 01 июня 2016 - 12:40 в Ümumislam mövzular

salam. hər vaxtıvız xeyir.
misal üçün hansısa bir pis varlı insandan pul oğurluq edib və həmin pulu yoxsula vermək bildiyim gədər OLMAZ.

bəs xızırın özgə şəxsin gəmisini deşməsi dərəcədə düzgündür?

*hər iki şəxsin məqsədi yaxşılıq etməkdir.

 

Və əleykum əs-salam.

1. Oğurluq haramdır. Bəli, olmaz.

2. Hər şeyin mülkiyyəti Allaha məxsusdur. Allahın əmri, istəyi və rizası ilə görülən iş çəkdiyiniz misalla müqayisə edilə bilməz.

3. Sizin çəkdiyiniz misalda oğurluq edib pulu yoxsula vermək şəxsi qərardır, "ictihaddır". Həm də iş haram üzərində qurulur. Lakin, haqqında danışdığımız hadisələrdə isə qərarlar isə özbaşına qəbul edilmiş qərarlar deyildi.

 

"Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb  çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbr edə bilmədiyin şeylərin yozumu budur!” (Kəhf surəsi, 82)

 

Doğrusunu Allah bilir! 




#103230 Sual-Cavab

Отправлено автор: N_ن_N 09 мая 2016 - 17:45 в Ümumislam mövzular

 


qardaşım, niyə allah bu şəxsin günah etməsinə manə olur, lakin bəzi başqa şəxslərin günah etməsinə manə olmur?
təşəkkürlər diqqətinə görə.

 

 

1. O, uşaq deyildi, gənc idi və kafir idi. Öldürülməsi ilə valideyninə qarşı edəcəyi zülmün qarşısı alınıb. 

2. Zatən həmin kafir gənc günahkarlığı ucbatından öldürülür və öldürülərkən də kafir olaraq ölür. Ayədən də açıq -aşkar görünür ki, məqsəd valideyninə qarşı edəcəyi zülmün qarşısını almaqdır. Bu, bir bəla idi ki, valideynlərdən dəf edilmişdi. Əlbəttə Allah bəlaların qarşısını alandır.

3. Allah insanı faili-muxtar qərar verir.  Yəni, insanın günah etməklə etməmək arasındakı seçimi öz əlindədir. 

 

Ən doğrusunu Allah bilir! 

 

Dəyməz qardaşım, buyur.




#103216 Sual-Cavab

Отправлено автор: N_ن_N 22 апреля 2016 - 11:21 в Ümumislam mövzular

و عليكم السلام و رحمة الله و بركاته

 

Hər vaxtınız xeyir qardaşım. İçki əvvəldən haram idi.




#103220 Sual-Cavab

Отправлено автор: N_ن_N 24 апреля 2016 - 00:16 в Ümumislam mövzular

Mənim əziz qardaşım,

1. Əgər diqqət etsəniz "tədricən qadağan olunmuşdur" demir, "tədricən bəyan olunmuşdur" deyir. Yəni. hökm var, sadəcə həmin hökm tədricən bəyan olunur. Bu iki fikir arasında ciddi fərq var. 

2. Nisa surəsində qadınlar ilə əlaqəli hökmlər açıqlanır. Əgər Quranda hardasa "çəkidə aldatmamaq" əmr olunursa, o demək deyil ki, həmin əmrə qədər icazəli idi, lakin sonra qadağan olundu. 


 

Ən doğrusunu Allah bilir!




#103225 Sual-Cavab

Отправлено автор: N_ن_N 09 мая 2016 - 15:22 в Ümumislam mövzular

salam əleykum!
quranda olan bir əhvalat maraqlı gəldi. niyə allah xızır peyğəmbərə uşağın (və ya gəncin) hələm gələcəkdə edə biləcəyi günaha görə öldürmək əmri verdi?

 

 

و عليكم السلام و رحمة الله و بركاته

 

"Edə biləcəyi" yox, "edəcəyi dəqiq olan" günaha görə. Məhz buna görə də burda qəribə bir şey yoxdur.  




#103076 Rəcm "ayəsi"

Отправлено автор: N_ن_N 15 сентября 2015 - 21:14 в Şiə-sünni dialoqu

 


Va Aleykum əs-salam va rahmətullahi va bərakətuhu!

Şükür Allaha qardaşım. Siz necəsüz?

Deməli, bunlara heç cür inanmaq olmaz! ))

Qardaşım, nə vaxtdı bu mövzu açılıb. Bəlkə sən vahabilərdən bir izahat eşitmisən ? :rolleyes:

Elhemdulilleh men de bobatam aga)) Exi bunlar meselelere etrafli, dolgun, deqiq ve duzgun izahat vere bilseydiler ele biz de kecib vehabi olardiq da ne vardi ki))) Bunlarin bura yazdiqlarindan bawqa bir izahat ewitmemiwem. Ancaq bunu deyirler ki Wie Alimleri r.a.3 cur nesxin mumkunluyunu qebul edibler. Vessalam))

 

 

Təki həmişə yaxşı olasan mənim əziz qardaşım. Bu vəhhabilər belədirlər də. Üç səhifə ora-bura fırlatdılar, amma, bir cavab vermədilər. Ay nə bilim alimlər elə deyirlər, alimlər belə deyirlər.

 

Sual vermişik ki, əgər Ömərin iddia elədiyi rəcm "ayə"sinin mətni nəsx olunubsa onda mənbələrdəki məşhur mətn hardandır? 

Öz aləmlərində guya səhv tutdular ki, Buxaridə bu mətn yoxdu ay nə bilim nə ))

 

halbuki, özləri də bilirləree mənbələrində bu mətn var və alimləri də qəbul edirlər. Məsələn:

 

 

Bu videoda vəhhabi ağalarından biri həmin mətndən danışır)

İndi təsəvvür edirsənmi qardaşım? "Ayənin" mətni nəsx olunub, amma öz müxaliflərin mənbələrində bu mətn var. Belə çıxır ki, "Ayə"ni Qurandan "Allah çıxardıb" daha sonra müxaliflərin mənbələrinə salıb! Tövbə əstəğfirullah!

 

Bax, söhbət bundan gedir. Bunlar da yapışıblar ki, filan şiə alimi tilavətin nəxsini qəbul edib... Heç elə deyilee. Lap, guya elə olsa nə olacaq ki? Məgər sual tilavətin nəsxidi? Bunlar həqiqətən ya mövzunu başa düşməyiblər, ya da adətləri üzrə qoyublar özlərini - yumşaq desək- başa düşməməzliyə! )

 

İNdi bunlar deyirlər ki, tilavət nəsx olunub. Yəni, mətn Qurandan çıxarılıb. Deməli, Allah məsləhət bilməyib ki, mətn Quranda qalsın. Amma, müxaliflərin mənbələrində qalıb. İndi sual budur ki, əgər həmin "ayəni" bunların kitablarına Allah salıbsa Allah mətni Qurandan çıxardıb - nəuzubilləh- bunların kitablarına niyə salıb? Nəuzubilləh "Ayə" Qurana layiq olmayıb, ya Quran "ayə"yə?

Yox əgər Allahın Qurandan "Çıxartdığı ayə"ni müxaliflərin hədisçiləri götürüb öz kitablarına salıblarsa ...naprasno... Oçen naprasno! A kişi, Allah bu "ayənin" mətnini öz kitabından məsləhət bilib  çıxardıbsa, sən niyə və nə ixtiyarla götürüb onu öz kitabına salırsan??

Hələ maraqlıdır ki, bunlar "ayənin" nəsx olunmuş mətnini hardan tapıblar? )

 

Biri çıxıb bir fərli başlı cavab vermir ki, fikirlərini biləsən. Bizi görən kimi, başlayırlar "rafizilər", "müşriklər" nə bilim nə...




#103148 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 17 января 2016 - 01:16 в Şiə-sünni dialoqu

Al-Fath bağışla mən bilmirdim ki sən şiyə alimi Feyz Kaşanidən ağıllısan smile.gif
O boyda alim deyir ki Kuleyni Qurani Kərimin təhrifinə inanıb amma sən deyirsən yox!?
Allah sənu güldürsün.Kefimi xeyli açdın.İnnən belə hər kəs Feyz Kaşanidən dəlil gətisə məndə Al-Fath səndən dəlil gətirəcəm.
Al-Fath təqiyyə eləmədən düzünü de Feyz Kaşani səhvdir Kuleyni haqqında söhbətdə ya sən?

 

1. Sənə kim deyir ki, əl-Kaşani (r.a) Kuleyninin (r.a) -NƏZƏRDƏ TUTDUĞUN MƏNADA- təhrifinə inandığını deyir?

Halbuki, təhrifin müxtəlif mənaları var. Həmçinin "Qurandan azaltma", yaxud, "Qurandan azalmanın" müxtəlif mənaları var. Axı, sən hansı dəlilə əsasən deyir ki, əl-Kaşani (r.a) sən nəzərdə tutduğun mənanı deyir? :rolleyes:

2. Alimin sən deyən mənanı nəzərdə tutduğu FƏRZ EDİLSƏ BELƏ bu onun Kuleyni (r.a) haqqında zahirən başa düşdüyüdür, öz rəyidir, öz fikridir. Yəni, bu fikrində təkid eləmir.

3. FƏRZ EDƏK Kİ, əl-Kaşani (r.a) mərhum əl-KUleyninin (r.a) təhrifə inandığını deyib. Məsələ burasındadır ki, bunun əksini deyən alimlər də N qədərdir. Yəni, al-Fathın dediyi sözün alimlərə istinadı var. İndi sən nə bilirsən ki, bizim alimlərimizdən hansı hansından "boyda" böyükdür?

4. Söhbət ağıllı olub olmamağa nə dəxli var? Zəhmət olmasa bunu izah edərsən.

5. Yaxşı bəs sizin alimləriniz -Haşa!- İmam Əlidən (ə) ağıllıdılar ki, İmam Əli (ə) Əbu Bəkrlə Öməri yalançı,vəfasız,xain, günahkar,zalım, facir hesab etdiyi halda onlar bunun tamamilə əksini iddia ediblər? :rolleyes:

Yoxsa, Əbu Bəkrlə Ömər -haşa!- peyğəmbərdən (s) daha ağıllıdılar ki, BUXARİ KİMİ SÜNNİ ALİMLƏRİNİN NƏQL ETDİKLƏRİ RƏVAYƏTLƏRDƏ İDDİA EDİLƏNƏ GÖRƏ- peyğəmbərin (s) etmədiyi bir işi xeyirli hesab etdilər, Quranı "topladılar"?

Özü də "topladıqları" Quran da naqis şəkildə idi. BU naqislik ta Osmanın dövrünə qədər davam etdi. Əksini iddia edirsənsə sən BUxaridən daha ağıllısan ki, əksini iddia edirsən? :rolleyes:  Buxarinin Quranın toplanması barədə nəql etdiyi rəvayətlərdə bunu açıq-aşkar görmək mümkündür.

 

Qalan fikirlərin isə lağ-lağıdır, mənasız söz yığınıdır. Bunun belə olduğunu artıq izah etdim.




#103147 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 17 января 2016 - 00:55 в Şiə-sünni dialoqu

Sizin sevdiyiniz alimlərdən olan Kuleyni Qurani Kərimin təhrifinə inanıb.Mənə əxbarilər,mühəddislər haqqında danışmağa ehtiyac yoxdur.
Şeyx Kuleyni Qurani Kərimin təhrifinə inanıb bunu sizin alim Feyz Kaşani deyib.
Kəşəni deyir:

فالظاهر من ثقة الاسلام محمد بن يعقوب الكليني طاب ثراه أنه كان يعتقد التحريف والنقصان في القرآن لأنه كان روى روايات في هذا المعنى في كتابه الكافي ولم يتعرض لقدح فيها مع أنه ذكر في أول الكتاب أنه كان يثق بما رواه فيه


Siqatul-İslam Muhamməd bin Yaqub əl-Kuleynidən zahir olan budur ki, o Qurandakı təhrif və nöqsana etiqad edirdi, çünki o bu mənada rəvayətləri "əl-Kafi" kitabında rəvayət etmişdir və rəvayətlərdəki murdarlıqlara etiraz etməmişdir, həm də kitabının əvvəlində qeyd etmişdir ki, kitabında rəvayət etdiklərini səhih saymışdır."

 

1. Bu məsələni al-Fath sənə izah edib və kifayət qədər gözəl izah edib, huccəti tamamlayıb. Sağ olsun.  Əlavə olaraq bunu demək istəyirəm ki, "zahir olan budur ki" sözündən məqsəd qətiyyən deyil. Yəni, "Kuleyni açıq-aşkar, qəti şəkildə təhrifə inanırdı" demir alim. "Zahir olan budur ki" fikrindən məqsəd "zahirən başa düşülən budur" kimi mənalardır. Yəni, "zahirən belə başa düşülür", yaxud, "mən zahirən bunu başa düşürəm". Təbii ki, bu zahirdə başa düşüləndir. Lakin, batində, yəni əslində həqiqət necədir, bu barədə fikir bildirilmir. Xülasə, alim təkid etmir, sadəcə öz rəyini, şəxsi nəzərini, zahirən başa düşdüyünü deyir.

 

2. Ancaq sən bu izahdan sonra yazmısan.

 

Al-Fath mənə nağıl danışma.
1.Məndə Usuli Kafi kitabı tərcümə var amma sən dediyin frazaya orda rast gəlməmişəm.
2.Sən Kaşanin fikrini mənə deyirsən mən isə Kuleynidən danışıram.
Diqqətli ol.

Kəşəni deyir:
Siqatul-İslam Muhamməd bin Yaqub əl-Kuleynidən zahir olan budur ki, o Qurandakı təhrif və nöqsana etiqad edirdi, çünki o bu mənada rəvayətləri "əl-Kafi" kitabında rəvayət etmişdir və rəvayətlərdəki murdarlıqlara etiraz etməmişdir, həm də kitabının əvvəlində qeyd etmişdir ki, kitabında rəvayət etdiklərini səhih saymışdır."

 

 

1. Al-Fath sənə nağıl danışmır, həqiqəti deyir. Amma, sən heç olmasa gedib araşdırmaq əvəzinə deyir "nağıl danışma". Özün də elə iddialı-iddialı yazmısan ki, "nağıl danışma", guya özün həqiqət danışırsan :rolleyes: 

2. Bizim nəyimizə lazımdır səndə nə var, nə yox, nəyi necə əldə etmisən? :rolleyes:  Həqiqət budur ki, əl-Kafi kitabında deyilən məsələ var:

http://shiaonlinelib...١/الصفحة_56#top

 

Bu linkdən axırıncı abzasa diqqət elə!

 

3. Sən KUleynidən danışırsansa bəs niyə Kuleyninin özünün birbaşa təhrif barədə nəzərini yazmırsan Kaşaninin fikrini yazırsan? Qəribə müzakirə aparırsan. Özün Kuleyninin  "əleyhində" Kaşanidən (r.a) "sitat" gətirirsən. Ancaq sənin yalanını ifşa edib elə Kaşaninin (r.a) özündən Kuleyninin (r.a) lehində sitat gətiriləndə deyirsən "Sən Kaşanin fikrini mənə deyirsən mən isə Kuleynidən danışıram". Guya sən özün Kuleyninin (r.a) fikrini demisən? Sən də elə Kaşaninin (r.a) fikrini demisən də ay Allah saxlamış! :rolleyes:

 

4. Bəlkə sən özün bir az diqqətli olasan Omar? Yazmısan:

Kəşəni deyir:
"Siqatul-İslam Muhamməd bin Yaqub əl-Kuleynidən zahir olan budur ki, o Qurandakı təhrif və nöqsana etiqad edirdi, çünki o bu mənada rəvayətləri "əl-Kafi" kitabında rəvayət etmişdir və rəvayətlərdəki murdarlıqlara etiraz etməmişdir, həm də kitabının əvvəlində qeyd etmişdir ki, kitabında rəvayət etdiklərini səhih saymışdır."

 

"Zahir olan budur ki" məsələsini artıq izah etdik. Bundan əlavə, Kuleyninin əl-Kafidə rəvayət etdiyi bütün hədisləri səhih sayması məsələsi yalnışdır. Çünki, əl-Kuleyni (r.a) bütün rəvayət etdiklərini səhih saymamışdır.




#103149 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 17 января 2016 - 11:18 в Şiə-sünni dialoqu

Bu məsələni bir az da izah edək.

Deməli, Kaşani (r.a) Kuleyni (r.a) haqqında deyir ki, "Siqatul-İslam əl-Kuleynidən zahir olan budur ki, Quranın təhrifinə və onda nöqsanın olduğuna etiqad edirdi." Bununla bərabər Kaşani (r.a) təhrifi və nöqsanı inkar edir. Omar da deyir ki, əl-Kaşani (r.a) özü təhrifi inkar edir, Kuleyninin (r.a) təhrifi inkar etdiyini demir. Əksinə deyir ki, Kuleyni (r.a) təhrifə etiqad edirdi.

 

1. Artıq izah etdik ki, Kaşani (r.a) təkid etmir ki, KUleyni (r.a) bu etiqadda idi. belə olsaydı "Siqatul-İslam əl-KUleyni ..etiqad edirdi" deyərdi, "Siqatul-İslam əl-KUleynidən zahir olan budur ki, ... etiqad edirdi" deməzdi. Bu da o deməkdir ki, Kaşaninin (r.a) nəzəri zənnidir, yəni, öz nəzəri, rəyidir, qəti deyil. Belə ki, Kuleyninin (r.a) həqiqətən də belə bir nəzərinin olması barədə yəqinliyə çatmayıb. Nə özündən birbaşa eşitməyib, nə də kimdənsə Kuleyninin (r.a) belə dediyini nəql etməyib.

2. Məsələ burasındadır ki, Kaşaninin (r.a) Kuleyni haqqında dediyi sözün zahirindən də o başa düşülmür ki, guya O, Kuleyninin (r.a) -OMARIN DEDİYİ MƏNADA - təhrifə inandığını deyib. Ola bilər ki, Kaşani (r.a) KUleyninin (r.a) başqa mənada təhrifə və nöqsana inandığını deyib. Ən doğrusunu Allah bilir.

3. Hər bir halda... Kaşaninin (r.a) Kuleyni (r.a) haqqında OMARIN NƏZƏRDƏ TUTDUĞU FİKRİ  dediyi fərz edilsə belə, bununla Kuleyninin (r.a) həqiqətən də bu etiqadda olduğu nəticəsini çıxarmaq olmaz. Əvvəla ona görə ki, heç Kaşani özü bu barədə qəti söz demir. İKincisi ona görə ki, təkcə bir nəfərin şəxsi fikri, rəyi, ictihadi bütün bir məzhəb üçün dəlil deyil. Bir sıra şiə alimləri , elm əhli  Kaşaninin (r.a) bu rəyinə etiraz etmiş, rəyinin doğru olmadığını tutarlı dəlillərlə isbat etmişlər. Bu rəyin xətalı olduğu barədə dəlillər kifayət qədərdi.

4. ƏN AZINDAN OMAR, eləcə də digər vəhhabilər ARAŞDIRIB ÖYRƏNMƏLİ İDİ Kİ, Kaşaninin (r.a) bu fikrini başqa şiə alimləri qəbul edirlər ya yox? Ümumiyyətlə şiə alimləri arasında Kuleyninin (r.a) belə etiqadda olub-olmadığı barədə fikir ayrılığı var ya yox? Daha sonra bu fikir ayrılığının nədən qaynaqlandığını, hansı tərəfin dəlillərinin daha güclü olduğunu, hansı nəzərin daha məşhur olduğunu öyrənməli idi. Lakin, Omara və vəhhabi qardaşlarına bütün bunlar sərf eləmir. Onlar öyrəşiblər alimlərimiz haqqında hər nə gəldi danışmağa. Məsələ burasındadır ki, bunlar heç özləri də məsələnin əslini bilmirlər. Baş bilənləri, bunların "elmli" qardaşları bu cür yersiz şübhələri "copy-paste" edib atıblar bunların beyinlərinə. Bunlar da başlayıblar həmin proqram əsasında danışmağa.

5. Omar QƏTİYYƏTLƏ iddia edir ki, KUleyni (r.a) təhrifə inanıb. Dəlili nədir? Guya Kaşaninin (r.a) sözü. Halbuki, heç Kaşani özü belə QƏTİYYƏTLƏ fikir bildirməyib. Bundan əlavə Kaşaninin (r.a) sözünün zahirindən Omarın iddia etdiyi məna başa düşülmür. Xülasə, OMARIN iddiası batildir. :rolleyes:

 

Əslində bu məsələni daha geniş izah etmək olar. Lakin, fikrimcə ağıllı adamlar üçün bu qədəri də kifayətdir.

P.S

Kiməsə bu məsələ hansısa qaranlıq bir məqam qalsa buyursun.




#103150 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 17 января 2016 - 11:44 в Şiə-sünni dialoqu

Subhani bunları bəyəm sizin alim Feyz Kaşani bilmirdi?
Əgər bilirdisə onda böhtan atıb,əgər bilmirdisə onda vay o məzhəbin aliminə ki cahil ondan çox bilir smile.gif

Dərd bəyəm təkcə Kuleynin dərdidir?? Elə həmin kitabda Quranın təhrifinə inanan daha başqa adamların adıda keçir.

Onun ustadı Əli ibn Ibrahim Qümmi də elə; onun təfsiri belə rəvayətlərlə doludur, o, bu işdə xüsusi səy göstərir. Eləcə də şeyx Əhməd ibn Əbu Talib Təbərsi (Qəbri nurla dolsun!) özünün "əl-İhticac" kitabında onları təqlid etmiş-dir”.

 

 

Əvvəla, sənin sitat gətirdiyin hissəyə aydınlıq gətirək, sonra keçək böhtan məsələsinə.

1. "Qummi də elə" fikrindən başa düşülən budur ki, Kaşaninin (r.a) Qummi (r.a) barədəki nəzəri də Kuleyni (r.a) barədəki nəzəri kimidir. Yəni, rəyi "ZAHİRƏN"-dir, qəti deyil. Kaşaninin (r.a) KUleyni (r.a) barədə dedikləri üçün etdiyimiz izah Qummi (r.a) barədə dedikləri üçün də keçərlidir.

2. Kaşani harda yazıb ki, " O BU İŞDƏ XÜSUSİ SƏY GÖSTƏRİRDİ"? Zəhmət olmasa bunu bizə göstərərsən :rolleyes:

 

İndi isə bu fikrinə nəzər salaq: "Əgər bilirdisə onda böhtan atıb,əgər bilmirdisə onda vay o məzhəbin aliminə ki cahil ondan çox bilir"

 

Vəhhabilər özlərini daha ğıllı hesab edib belə rahat-rahat, iddialı-iddialı danışanda çox qəribə görünürlər.)

 

1. "BÖHTAN ATMAQ" o zaman baş verir ki, bir kəs haqqında ORTADA HEÇ BİR ŞEY YOX İKƏN, SIRF ONA HANSISA BİR ZƏRƏR YETİRMƏK QƏSDİ İLƏ söz deyirsən və əlbəttə bunu edərkən bilirsən ki, ƏSLİNDƏ MƏSƏLƏ SƏN DEYƏN KİMİ DEYİL. Lakin, yenə də belə bir əmələ qol qoyursan. Bu da olur böhtan. Kaşaninin (r.a) Kuleyni (r.a) və Qummi (r.a) haqqında dediklərinin böhtanla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Əgər varsa, buyurun isbat edin. Siz əvvəlcə bir öyrənin görün "BÖHTAN" nə deməkdir. Bəlkə onda bohtan atmaqdan əl çəkərsiz.)

 

2. Təkrar edirəm! al-Fathın dediyi fikrin alimlərə, elm əhlinə istinadı var. Yəni, məsələ- sənin təbirincə desək- "cahilin" alimldən çox bilməsi məsələsi deyil. Yəni, Kaşaninin (r.a) şəxsi ictihadının, rəyinin müqabilində deyilən söz də elə alim nəzəridir.

 

3. "onda vay o məzhəbin aliminə ki cahil ondan çox bilir" fikrinə gəlincə.  Özünüzün səhih qəbul etdiyiniz hədisə əsasən İmam Əli (ə) Əbu Bəkri, Öməri yalançı, vəfasız, xain, günahkar hesab edib. Amma, "alim" adlandırılan cahillər deyirlər ki, belə deyil. Siz çox bilirsiz ya ƏLi (ə)? Əgər belə deyildisə belə çıxır ki, ƏLi (ə) onlara böhtan atıb? :rolleyes: Yaxud, İmam Huseyn (ə) Yezidə beyət etmir, onunla savaşır. Amma, sizin "alim" adlandırdığınız cahillər deyirlər ki, "Yezid şəri xəlifə idi....", "ona beyət şəriətə uyğun beyət idi". Utanmadan peyğəmbərin (s) nəql olunan hədisləri də elə yozurlar ki, guya Yezidə beyət etmək zəruri imiş. Peyğəmbəri (s) siz yaxşı tanıyırsız ya Hüseyn (ə)?

Başqa misallar da gətirmək mümkündür. Fikrimcə ağıllı adamlar üçün bu qədəri kifayətdir.




#103146 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 17 января 2016 - 00:16 в Şiə-sünni dialoqu

 

Omar, bu ne sozlerdi yazirsan? Cezairi, Nuri Tebersi kimi exbarilerden bashqa hansi shie alimi tehrife inanib?

Bilmək istəyirsən hansı alimlər inanıb?
1.Siqqətul islam Kuleyni
2.Əllamə Məclisi (səhv etmirəmsə)
3.Əyyaşi
4.Əli ibni İbrahim Qumi

 

 

Qardaş, Əllamə Məclisinin adını yazıb qarşısında mötərizədə "səhv etmirəmsə" yazırsan. Guya ki, sən dəqiqliyə, təqvaya imkan daxilində riayət etməyə çalışırsan əzizim? :rolleyes:

Kaş ki, elə digər alimlərin də adının qarşısında ən azından "səhv etmirəmsə" yazaydın, biz də sənə səhv etdiyini başa salaydıq.

Səhv edirsən qardaşım, səhv edirsən. Bu şəxsiyyətlərin Quranın təhrifinə inandıqları barədə heç bir açıq-aşkar dəlil yoxdur :rolleyes:

Yox, əgər varsa adlarını yazmaqla kifayətlənmək əvəzinə gərək tutarlı dəlillərini təqdim edəydin. Heyif...




#103145 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 16 января 2016 - 23:27 в Şiə-sünni dialoqu

ÜÇÜNCÜ MƏSƏLƏ

Tibyan əsəri təqiyyə ilə yazılmış bir əsərdir.Bunu mən yox şiyə alimləri qeyd edir.
Bu kitabın təqiyyə üsulu ilə yazıldığını Seyyid Cəlil Əli ibn Tavus "Sə'd əs-Səud" kitabında da qeyd etmişdir
Əgər səhvim varsa düzəliş etsəniz məmun olaram

 

Səhvin var.

 

Ay Subhani bax əzizim mən nəyə görə Seyid Tavusun sözünə inanmalıyam?Halbuki digər şiyə alimləridə var ki Əhli Beyt məzhəbini əqidəsinin Quranın təhrifinə inandığından ibarət olduğunu qeyd ediblər.

 

Deməli, qardaşımız sənə alimdən sitat gətirir ki, şiənin Quran haqqında etiqadı budur ki, o, təhrif olunmayıb. Sən isə deyirsən "mən nəyə görə Seyid Tavusa inanmalıyam?"

FƏRZ EDƏK Kİ, "digər şiyə alimləridə var ki Əhli Beyt məzhəbini əqidəsinin Quranın təhrifinə inandığından ibarət olduğunu qeyd ediblər".

 

Yaxşı bəs əcəba, onlara niyə inanmalısan ki? Sırf sənə sərf eləyir ona görə? :rolleyes:

 

Bundan əlavə, kimlərdir sən dediyin alimlər? Ümumiyyətlə həqiqətən də maraqlıdır: Sən nəyə görə təhrif olunmadığını deyənlərə yox, təhrif olunduğunu "deyənlərə" inanmalısan ki? Hansı meyara, hansı qaydalara əsasən? :rolleyes:

 

 

 




#103151 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 17 января 2016 - 21:22 в Şiə-sünni dialoqu

Mənə maraqlı oldu. Xoi deyir ki: bu məzmunda nəql olunmuş və istinad olunası bir neçə mö᾽təbər rəvayətlər də vardır. Bəs sizdə 12 imamdan Quranın təhrifini inkər edən mötəbər rəvayətlər var? Deyilsin ki, insanların əlində olan Quran təhrif olunmayıb. Niyə görə "insanların əlində" deyilsin, ona görə ki bəziləriviz deyib ki həqiqi Quran 12-ci imamdadı. Və "insanların əlində olan Quran" qeyd olunmasa, ehtimal var ki, 12-ci imamda olan Qurandan söhbət getsin.
Belə bir mötəbər şiə hədisi var? Varsa sənədi, və dəqiq mənbəsi ilə bura qeyd edin onu.

 

Va aleykum əs-salam.

 

1. Ayətullah Xoinin (q.s) nəyi nəzərdə tutduğunu başa düşmək üçün kəsib-doprayıb yerləşdirməkdənsə bütöv şəkildə nəzər salmaq lazımdır. Al-Fathın  da bildirdiyi kimi məsələyə bütöv bax. Bir cümlə ilə məsələ haqqında bilgi hasil olmaz. Bir cümlə bir kitabı, bir məqaləni başa düşmək olmaz.

 

2. Sualın zahirən maraqlı görünsə də əslində çox yersiz  sualdı, düşünülmədən tutulmuş "iraddır". Yazmısan  ki, "Və "insanların əlində olan Quran" qeyd olunmasa, ehtimal var ki, 12-ci imamda olan Qurandan söhbət getsin." O sənə elə gəlir ki, guya söhbətin 12-ci imamda (s) olan Qurandan getdiyinə EHTİMAL VAR. Belə bir ehtimal qətiyyən yoxdur.

Ona görə ki, 12-ci imamda olan Quran Əlinin (ə) topladığı Qurandadır. Özündən sonra imamlar vasitəsilə 12-ci imama (ə) çatıb. Yəni, həmin Quran əmin əllərdə olub. Kİm təhrif edəcəkdi həmin Quranı? HAŞA imamlar təhrif edəcəkdilər? :rolleyes:

Şiələr də gözəl bilirdilər ki, imamın (ə) yanında əmanət olaraq olan Quranın təhrif olunmasına zərrə qədər də olsun ehtimal belə yoxdur. Odur ki, hansısa imamın "imamların yanında olan Quran təhrif olunmayıb" deməsinə ehtiyac belə yoxdur. :rolleyes:




#103152 Quran təhrİf olunmayıb

Отправлено автор: N_ن_N 17 января 2016 - 21:40 в Şiə-sünni dialoqu

İrəvani mən bəyəm xaça söyürəm?
Məndə onu deyirəm ki şiyə alimlərindən bir qismi Qurani Kərimin təhrifinə inanıb!

Qardaş yazıb ki, " bizlərdən azacıq bir dəstə". Sən "şiə alimlərindən bir qismi" məsələsini hardan, necə götürdün və hardan bildin ki, həmin ALİMLƏR MƏHZ KULEYNİ VƏ QUMMİDİR, yaxud aralarında KULEYNİ VƏ QUMMİ DƏ VAR?

Açığı qardaşımız ünvan vermədiyi üçün bu məsələni dəqiqləşdirmək üçün araşdırmaq çox vaxt aparan şeydir. Ünvan yazsa idi daha yaxşı olardı. Məsələni dəqiqləşdirmək daha rahat olardı.





Рейтинг@Mail.ru