Перейти к содержимому


Фотография

"Əl-iməmə vas-siyəsə" الامامه و السياسه


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 23

#1 Zerger

Zerger

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 200 сообщений

Отправлено 20 июля 2009 - 04:29

henbeli nikinin Momin qardashimiz Nardarani ile sohbetinde gordumki deyir el imame ves siyase kitabi sunnu alimi ibni quteybeye mexsus deyil.
sorushmaq isterdimki niye bu fikrdedir?neye esasen bunu dedi.zehmet olmasa ishiqlandirardi meseleni.

Baxiram yollara.....

#2 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 21 июля 2009 - 18:45

Hz. Ebu Bekir'le Hz. Fatıma Arasındaki Kırgınlık


Soru:

Bir şiî alimi bana, Hz. Fâtıma'nın ölene kadar Hz. Ebu Bekir'le küs kaldığını ve ona beddua ettiğini söyledi. Bu iddi­asına delil olarak da, İbn Kuteybe'nin yazmış olduğu "El-İmame ves’Siyase" adlı kitabı gösterdi ve İbn Kuteybe'nin, sünni alimler tarafından güvenilir bir kaynak olarak bilindi­ğini belirtti. Nitekim, Mevlânâ Şiblî'nin "El-Faruk" isimli kitabından da bir ibare gösterdi. O ibarede İbn Kuteybe'nin meşhur ve güvenilir olduğu yazılıydı. Ayrıca aynı alim, sizin de "İslâmî Kanunların Tedvini" adlı kitabınızda El-İmame ve 'Siyase'den mü'minlerin annesi Ummü Seleme (r.a) tara­fından Hz. Aişe'ye yazılmış bir mektup aktardığınızı açıkla­dı.

Bu konunun yani Hazreti Fâtıma'nın kırgınlığı meselesi­nin hakikatini açıklarsanız sevinirim. Ayrıca, İbn Kuteybe'nin kitabının ilmi derecesi ve ne ölçüde güvenilir olduğu hakkında bilgi verirseniz memnun olurum.

Cevap:

İbn Kuteybe'nin araştırmacı bir şahıs olduğu su götür­mez bir gerçektir. Ancak, yazarın şiî alimin göndermede bu­lunduğu kitabında kabul edilmesi aklen mükmün olmayan bazı meseleler vardır. Özellikle yazarın, Peygamber Efendi­mizin vefatından sonra çizdiği Hz. Ali ve Hz. Fâtıma portre­leri eğer doğru kabul edilecek olursa, bırakın bu iki değerli insana güven duymayı, onlar hakkında iyi bir görüşe sahip olmak bile mümkün değildir. Söz konusu kitabın 12. sayfa­sında yazılanları bizzat okuyup, bu gibi rivayetlerin kabul edilip edilemeyeceğine kendiniz karar verebilirsiniz. Bıra­kın kabul etmeyi, ben söz konusu rivayetleri buraya aktarıp sizin görüşünüze sunmayı dahi doğru bulmuyorum. Bu gibi şeyleri görerek bazı ilim ehli, söz konusu kitabın İbn Kutey­be'nin olmadığı ya da en azından bazı şeylerin sonradan ek­lendiği kanısına varmıştır. Benim kitabımda söz konusu ettiğim mektubu İbn Abd-i Rabbihî, "Ikd'ul-Ferid"inde de nakletmiştir. Bu yüzden ben, sadece "El-İmame ves'Siyase" ile sınırlı kalmadım. Hz. Fâtıma'nın (r.a) Hz. Ebu Bekir'e da­rılması meselesininde İbn Kuteybe'nin "El-İmame ves'Siya­se" isimli kitabına başvurmaya gerek yoktur. Bu meselenin ayrıntıları ile birlikte açıklanışı, Buhari ve diğer hadis ki­taplarında mevcuttur. Söz konusu kitapların güvenilir ve müstenid rivayetlerinden Hz. Fâtıma'nın miras meselesin­de Hz. Ebu Bekir'e kırıldığı kesinlikle anlaşılmaktadır. An­cak, Hz. Ebu Bekir, Hz. Fâtıma'nın isteğini Peygamber Efen­dimizin, peygamberlerin mirasının varisleri arasında dağı­tılmadığı, miraslarınin sadaka olduğu mealindeki hadisine dayanarak reddetmiştir. Bu rivayet, İbn Kuteybe'nin kita­bında da zikredilmektedir. Ancak hiçbir yerde, Hz. Ebu Be­kir'in naklettiği nebevi buyruğun sahih olmadığı veya Hz. Fâtıma'nın bu rivayetin sıhhatini kabul etmediği zikredilmemiştir. Şimdi şu sorunun cevabını siz kendiniz veriniz: Acaba, Hz. Ebu Bekir'in Hz. Peygamberin hadisiyle amel et­mesi mi, yoksa bunu göz önüne almadan Hz. Fâtıma'yı razı etme yoluna gitmesi mi gerekirdi? Rasûlullah'ın (s.a) kavlini işittikten sonra, Hz. Fâtıma'nın onu kabul etmek yerine İbn Kuteybe'nin tasvir ettiği bir şekilde hiddetlenebileceği doğ­rusu aklımızın ucundan bile geçmiyor. Eğer Hz. Fâtıma, bu hâdise dolayısıyla incindi ise veya bunu herhangi bir şekilde izhar ettiyse bunu en fazla şöyle tevil edebiliriz: O, Hz. Pey­gamberin (s.a) buyruğuna başka bir mânâ yüklemiş ve Hz. Ebu Bekir'in kendisine anlatmaya çalıştığı mânâ üzerinde ittifak etmemiştir. Bu olaya böyle bir yaklaşımla yaklaşıp tevil etmezsek, o zaman Hz. Fâtımat'üz Zehra'yı (r.a) dünya malını sevgili babasının (s.a) sözünü dinlemeyecek ölçüde sevdiği suçlamasından kurtaramayız. Acaba, herhangi bir müslüman, Seyyidet'ün Nisa (Kadınların Efendisi) hakkın­da böyle kötü bir görüşe sahip olmaya kalkışır mı? Hülefâ-ı Raşidîn ve ehl-i beyt arasındaki karşılıklı ilişkilerde, iki ta-rafin da şanına ve yüceliğine bir şey katmayan kitap sayfala­rındaki bu gibi tasvir ve sahneleri nasıl kabul edebiliriz?

Bizim kaynaklarımızda bile Hz. Fâtıma'nın bu hadiseden sonra ömrünün sonuna kadar Hz. Ebu Bekir'e küs mü yaşa­dığı, yoksa daha sonra razı mı olduğu yolundaki rivayetler farklıdır. Bazı rivayetlerde onun kırgınlık ve küslüğünün vefat edene kadar sürdüğü bildirilmekle birlikte, bazı riva­yetlerde Hz. Ebu Bekir'in daha sonra bizzat Hz. Fâtıma'yı görmeye giderek onu razı ettiği zikredilmektedir.

Bana göre bu doğruya daha yakındır.

( MEVDUDI)

Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#3 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 23 июля 2009 - 01:16

Bu kitab uydurma bir kitabdır, inşəAllah sabah və ya birisi gün imkan olarsa bunun səbəblərini təqdim edəcəm. inşəallah

#4 Zerger

Zerger

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 200 сообщений

Отправлено 23 июля 2009 - 07:21

Bu kitab uydurma bir kitabdır, inşəAllah sabah və ya birisi gün imkan olarsa bunun səbəblərini təqdim edəcəm. inşəallah


henbeli Movdudi rafizi olub yoxsa elmi olmayibki bilsin bu kitab uydurmadir yoxsa nece?

ومن اشد شيء على الناس جاهل عاقل أو مبتدع محتال فأما الجاهل فهو ابن قتيبة فلم يبق ولم يذر للصحابة رسما في كتاب الامامة والسياسة ان صح عنه جميع ما فيه

إبن العربي، محمد بن عبد الله أبو بكر (متوفاي543هـ)، العواصم من القواصم في تحقيق مواقف الصحابة بعد وفاة النبي صلى الله عليه وسلم، ج 1، ص 261، تحقيق: محب الدين الخطيب - ومحمود مهدي الاستانبولي، ناشر: دار الجيل - لبنان - بيروت، الطبعة: الثانية، 1407هـ - 1987م.


Birde henbeli ibni Erebinin bu sohbetinin xulasesinden bele basha dushdumki deyir :
Gerek alimler gozu achiq ola,Ibni Quteybe el imame vel siyase kitabindaki kimi sadolvluk etmeyib,sehabelerin eleyhine olan meseleleri pokrivat ede.
Bele basha dushdumki ibni Erebi hem kitabin ibni Quteybeye aid olmasini tesdiqleyir,hemde bir nov hiyle etmeyi meslehet gorur ehli sunne alimlerine.eger duz basha dushmemishemse agah ele meni bu sohbetden
.

P.S birde ibni erebi rafizi yaxud motezile shiesi olmayibki?

Сообщение отредактировал Zerger: 23 июля 2009 - 07:22

Baxiram yollara.....

#5 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 23 июля 2009 - 15:03

yox...düz başa düşməmisən, İbnul-Arabi kitabın ona aid olduğunu təsdiqləməyib...onun "ان صح عنه جميع ما فيه" (onun içindəkilərin hamısının ondan olması səhih olarsa...) sözləri belə bunu izah etməyə kifayət edir, çünki İbnul-Arabi bununla içindəkilərin onun tərəfindən yazılmasına şəkk etdiyini göstərir...
səbrli ol! Bu barədə səni məlumatlandıracam...inşəAllah...

#6 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 23 июля 2009 - 15:25

Hənbəli
İbnul-Arabi ilə razısan?

«لبيــــــــك خــــــــامنئي »


#7 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 24 июля 2009 - 17:15

"əl-İməmə vas-Siyəsə" kitabı əhli-sünnət imamı İbn Quteybə'yə aiddirmi?
Cavab: xeyr, aid deyildir. Bunun dəlillərini bu şəkildə göstərmək olar.


1. Bu kitabın İmam İbn Quteybə'yə aid heç bir sənədi yoxdur.
2. İbn Quteybə'nin həyatı haqqında yazan müəlliflərdən heç bir onun belə bir kitabının olduğunu zikr etmirlər. Onun tarix haqqında yazdığı kitablarından yalnız iki kitab tanınır: "əl-Məarif" və "Tarix İbn Quteybə"

Kitab tarixi faktlara və İbn Quteybə haqqında bilinənlərə ziddir.
1. İbn Quteybə Bağdadda yaşamış və Bağdaddan yalnız Dinəvar'a çıxmışdır. Başqa heç bir şəhərə səfər etməmişdir. Lakin bu kitabda onun Dəməşqdə, Məğribdə olduğu görünür.
2. Kitabın müəllifi bir çox yerdə Əbu Leyla'dan eşitdiyini bildirir, lakin Əbu Leyla Kufənin qazisi olub və hicri 148-ci ildə vəfat etmişdir. Əbu Leyla'nın ölümü ilə İbn Quteybə'nin doğumu arasında 65 il fərq vardır.
3. Kitabda Əndəlüsün fəthi ona şahid olmuş bir qadından nəql olunmuşdur, halbuki Əndəlus İbn Quteybə'nin doğumundan 120 il əvvəl baş vermişdir.
4. Kitabda "Mərakeş" şəhərinin Musa bin Nuseyr (Nasir) tərəfindən fəth olunması zikr olunmuşdur, halbuki bu şəhərin əsasını murabitun camaatının sultanı Yusuf bin Təşifeyn hicri 455-ci ildə qoymuşdur. İbn Quteybə isə hicri 276-ci ildə vəfat edib.
5. Kitab İbn Quteybə kimi bir alimə layiq olmayacaq cahilliklər ilə doludur. Məsələn, Əbul-Abbas ilə əs-Səffəh'in iki müxtəlif şəxsiyyət olması bildirilir və Harun ər-Rəşid'in Mehdinin bir-başa xələfi olduğu qeyd olunur və ər-Rəşidin isə əhdi-vəlayəti oğlu Məmuna ötürdüyü, sonra isə oğlu Əminə ötürdüyü yazılır. Bu isə kiçik tarixçilərin belə yol verməyəcəyi xətalardır.
6. Kitabın müəllifi kitabda bir çox yerdə Misirin iki böyük alimindən nəql edir, halbuki İbn Quteybə heç bir zaman Misirdə olmamışdır və bu iki alimdən elm almamışdır.

Kitabın üslubu tamamilə İbn Quteybə'nin üslubundan fərqlənir. Məsələn İbn Quteybə öz kitabların uzun müqəddimə yazması ilə seçilir, lakin bu kitabın müqəddiməsi yalnız üç sətrdən ibarət bir müqəddimədir. Üstəlik kitabın lüğət və minhəc cəhətdən xüsusiyyətləri bunun İbn Quteybə'dən başqasına aid olduğunu göstərir. İbn Quteybə kitablarında tərtib və nizamı gözləyir, bu kitab isə belə bir şeydən xalidir. İbn Quteybə'nin digər kitablarında elm aldığı şeyxləri açıq aydın görülməkdədir və kitablarının çoxunda onlardan nəql edir. Lakin bu kitabında həmin şeyxlər nadirən, bəziləri isə heç zikr olunmur.

Bu kitabı uyduran və İbn Quteybənin adına yazan həqiqətdə bir şiədir:

1. Kitabın müəllifi səhabələrə tənə edir. Halbuki başqa kitablarında, məsələn "əl-İxtiləf fil-Ləfz var-Radd aləl-Cəhmiyyə val-Muşəbbihə" kitabında səhabələrə tənə edənləri küfrdə ittiham edir.
2. Kitabın müəllifi Muxtar bin Əbi Ubeyd haqqında kitabında gözəl sözlərdən başqa bir şey zikr etmir. Muxtar bin Əbi Ubeyd'in peyğəmbər ailəsinə dəvət etməsini və bu səbəblə Musab bin əz-Zubeyr tərəfindən öldürüldüyü qeyd olunur. Halbuki bu Muxtar peyğəmbərlik iddia etmiş yalançılardandır, onun haqqında xeyrlə danışanlar yalnız şiə müəllifləri olublar. Halbuki İbn Quteybə digər kitablarında həmin bu Muxtarı küfrlə ittiham etmişdir.

Bu kitabın İbn Quteybə'yə nisbətinin sihhətini çox alim inkar etmişdir. Bunu Şeyx Muhib əd-Din əl-Xatib, Sərvət Akkəşə, Abdullah Aseylən, Abdulhəmid Uveys, Seyyid İsmayıl əl-Kəşif, Seyyid Əhməd Saqr, Şeyx əl-Hüseyni və Şeyx əl-Cundi və digər tədqiqatçılar kitablarında qeyd ediblər. Orientalist alimlərdən bir çoxu da bu kitabın İbn Quteybə'yə aid olmadığını deyirlər.


#8 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 24 июля 2009 - 17:32

hənbəli gəl hələ başdıyaq İbnul-Arabidən. Oç bu kitabın İbn Quteybəyə aid olduğunu inkar etmir. Yəqin belə bir kitab yazmasından xəbəri var. Onun şəkk etdiyi kitabın içində olan bəzi mətləblərdir. رسما في كتاب الامامة والسياسة ان صح عنه جميع ما فيه
Bundan əlavə İbnul-Arabi Maliki العواصم من القواصم kitabında bəzi mətləbləri bu sözü gedən kitabdan nəql edərək İbn Quteybəyə nisbət verib.

بن العربي، محمد بن عبد الله أبو بكر (متوفاي543هـ)، العواصم من القواصم في تحقيق مواقف الصحابة بعد وفاة النبي صلى الله عليه وسلم، ج 1، ص 261، تحقيق: محب الدين الخطيب - ومحمود مهدي الاستانبولي، ناشر: دار الجيل - لبنان - بيروت، الطبعة: الثانية، 1407هـ - 1987م.



Vaxt olsa başqa dəlillərdə gətirrəm.

«لبيــــــــك خــــــــامنئي »


#9 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 24 июля 2009 - 19:54

Salam Nardarani.
Icazenle gunahgar bende iki kelme tercume etsin.
Imamrt va siyaset kitabinda yazilanlar hamisi sahhdir.
Ibn Arabi-muhammad ibn Abdullah Abu Bakr-(543 vefat)- al avasim minal gavasiminde butun seahebelerin rasulillahin (s) vefatindan sonra movgeyini bildirir.1cild-seh 261.
Tahgig.
Muhabbaddin Xatib. Muhammad Mehdi Istanbuli.
Nashr darul ciyl Lubnan.Beyrut.
Cap ikinci 1987 m - 1407 hicr

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#10 hənbəli

hənbəli

    Raqib – Seargeant

  • Murid
  • 176 сообщений

Отправлено 25 июля 2009 - 01:17

Günahkar bəndə iki kəlimə tərcümə etməkdən bütün cümləni təhrif etmişdir.
İbn Arabi - rahiməhullah - deyir:

و من أشد شيء على الناس جاهل عاقل , أو مبتدع محتال , فأما الجاهل , فهو ابن قتيبة , فلم يبق و لم يذر للصحابة رسما في كتاب " الإمامة و السياسة " إن صح عنه جميع ما فيه

"İnsanlara ən çox təsir edən şey aqil cahil və hiyləkar bidətçidir. Cahilə gəldikdə, o, İbn Quteybə'dir və - "əl-İməmə vas-Siyəsə" kitabında - əgər içindəkilərin hamısının ona aid olması səhihdirsə - səhabəyə heç bir üz buraxmamışdır."

Gördüyünüz kimi İbn Arabi kitabın ona aid olması haqqında danışmır, lakin kitabın içindəki səhabələr haqqındakı tənəyə işarə edərək bunun İbn Quteybəyə aid olmasına şəkk etmişdir. Daha sonra isə əl-Mubərrid ilə əl-Məsudinin adlarını zikr edir, lakin deyilənlərin onlara nisbətinə şəkk etməmişdir. İbn Arabinin sözündə kitabın İbn Quteybəyə aid olmasını təsdiqləyən heç bir şey yoxdur, əksinə İbn Quteybə kimi bir alimin belə sözlər deməsində şəkk etdiyini göstərmişdir.

İbn Arabi'nin bu sözləri haqqında kitabı təhqiq edən Şeyx Muhib əd-Din - rahiməhullah - bu sözləri deyir:


لم يصح عنه شيء مما فيه . ولو صحت نسبة هذا الكتاب للإمام الحجة الثبت أبي محمد عبد الله بن مسلم بن قتيبة (213 - 276) لكان كما قال عنه ابن العربي ، لأن كتاب الإمامة والسياسة مشحون بالجهل والغباوة والركة والكذب والتزوير . ولما نشرت لابن قتيبة كتاب (الميسر والقداح ) قبل أكثر من ربع قرن ، وصدرته بترجمة حافلة له ، وسميت مؤلفاته ، ذكرت (في ص26 - 27) مآخذ العلماء على كتاب الإمامة والسياسة ، وبراهينهم على أنه ليس لابن قتيبة

"Kitabdakı hər hansı bir şeyin İbn Quteybəyə aid olması səhih deyildir. Əgər bu kitabın əl-İmam əl-Hüccə Əbu Muhamməd Abdullah bin Muslim bin Quteybəyə aid olması səhih olsaydı, İbnul-Arabi'nin onun haqqında dediyi kimi olardı (yəni İbn Quteybə cahil olmuş olardı), çünki "əl-İməmə vas-Siyəsə" kitabı cəhalət, axmaqlıq, yalan və saxtalaşdırma ilə doludur. 25 ildən çox bir müddət əvvəl İbn Quteybənin "əl-Meysər val-Qadəh" kitabını nəşr etdikdə müəllif üçün geniş bir tərcümeyi-hal yazdım və onun kitablarının adlarını qeyd etdim və səh 26-27-də alimlərin "əl-İməmə vas-Siyəsə" kitabına qarşı etirazlarını və bu kitabın İbn Quteybəyə aid olmamasına dair dəlillərini zikr etdim."

#11 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 03 сентября 2009 - 10:12

Hardasan ey Hənbəli? Vaxt eləyib axır ki, sənin bu yazına da göz yetirdim. Hərçənd ki, yarımçıq işlər çoxdur. Əgər hələdə bu foruma nəzər yetirirsınsə səni gözləyirəm. Mən isə hələlik bə`zi məqamlara aydınlıq gətirim.
Son dövrün dəblərindən biri də (xüsusən də vəhhabilərdə. Sənin də onlardan biri olduğun artıq mənə yavaş-yavaş sabit olur) vəhhabilərə sərf etməyən şeyləri yazan müəllifləri ya şiyəlikdə ittiham etmək, yadaki, kitabın həmin şəxsə mənsub olmaması məsələsini ortaya atmaqdır.
Bu kitabın İbn Quteybəyə mənsub olmamasını sübut etmək üçün, haqqı bir kənara qoyub özünüzü sübut etmək üçün vacibdir ki, ağ yalan danışasınız? Əgər zərrə qədər kişilikdən payın varsa gəl mənim cavabımı ver. Düzünü söylə sən heç Nasibi İbn Arabinin "Əl-Avasim vəl-Qavasim" kitabını nəzərdən keçirmisən?
Cavabın hə, olsa irəlidə yazacağım səbəblərə görə sənə yalançı deməkdən başqa sözüm yoxdur.
Cavabın yox olsa onda yenədə İbn Əbil-Hədid mövzusundakı kimi səni aldadıblar. Bu isə sənin kimi alim adama yaraşan bir şey deyil. Yazdıqlarını əvvəlcə yoxla əlbəttə əgər insaf deyilən şeydən xəbərin varsa. (Mən yazdıqlarını haradan kopyaladığını təxminən bilirəm.)


Bismillah. Keçək mətləbə.....

"İnsanlara ən çox təsir edən şey aqil cahil və hiyləkar bidətçidir. Cahilə gəldikdə, o, İbn Quteybə'dir və - "əl-İməmə vas-Siyəsə" kitabında - əgər içindəkilərin hamısının ona aid olması səhihdirsə - səhabəyə heç bir üz buraxmamışdır."


Kimdir bu aqil cahil və hiyləgər bid`ətçi? İbn Arabinin kitabını açıb bu sözlərdən sonra yazılanları oxusaydın onun adından yalan danışmazdın. İbn Arabiyə görə aqil cahil İbn Quteybə ilə Əl-Mubərriddir. Hiyləgər bid`ətçi isə Əl-Məs`udidir. Buyur bax!

فأما الجاهل فهو ابن قتيبة ، فلم يبق ولم يذر للصحابة رسماً في كتاب ( الإمامة والسياسة ) عن صح عنه جميع ما فيه ( 2 ) وكالمبدر في كتاب الأدبى ( 3 ) . واين عقله من عقل تغلب الإمام المتقدم في اماليه ، فإن ساقها بطريقة ادبية سالمة من الطعن على أفاضل الأمة .

واما المتدع المحتال فالمسعودى ، فإنه ياتى منه متاخمة الإلحاد فيا روى من ذلك ، واما البدعة فلا شك فيه ( 4

Deməli İbn Arabi İbn Quteybəni Əl-Mubərrid ilə birlikdə açıq-aydın cahil adlandırır. Əgər bu kitabın müəllifinin başqası olduğunu zənn etsəydi nəyə görə İbn Quteybəni cahil adlandırırdı?
Düzdür "əgər içindəkilərin hamısının ona aid olması səhihdirsə " sözü adamı çaşdırır. Amma bu çaşqınlığa sənin sitat gətirdiyin mühəqqiq Şeyx Muhib əd-Din aydınlıq gətirir. Bilirsən harada? Deyim sən də bil.


Bu sözlərdən əvvəl İbn Arabi Müaviyəni müdafiə edərək açıq aydın tarıxçıləri və onların yazdıqlarını pisləyir. Kitabın ssılkasını verəcəm özün oxuyarsan. Müaviyənin guya şəxsiyyət və haqq xəlifə olduğunu sizin aləmdə bomba səhabə olan Səmurə b. Cundəbin onu qəbul etməsi ilə sübut etmək istəyir. Sonra isə ortaya belə bir sual qoyur:

. فمع من تحبون أن تكونوا : مع سمرة بن جندب ، أو مع المسعودى والمبرد وابن قتيبة ونظرائهم ( 1 ) ؟

Kiminlə olmaq istərdiniz: Səmurə b. Cundəb ilə yoxsa Əl-Məs`udi, Əl-Mubərrid, İbn Quteybə və onlar kimilər ilə?


Yə`ni demək istəyir ki, səhabənin əməli düzdür yoxsa bu 3 nəfərin yazdığı cəfəngiyat? Bomba səhabə Səmurə b. Cundəb Müaviyə zalım olsa idi onu qəbul edərdi? Tipik sizin məntiqsiz metodunuz. Guya ki, səhabəlik haqqın me`yarıdır. Nəysə....

Ərəb mətnində (1) ədədini görürsən? Mühəqqiq Şeyx Muhib əd-Din İbn Arabiyə bəraət qazandırmaq üçün həmin izahda yazır:

( 1 ) حكم القاضي أبو بكر على ابن قتيبة هذا الحكم القاسى وهو يظن ان كتاب ( الإمامة والسياسة ) من تأليفه كما سيأتى . وكتاب الإمامة والسياسة ذكرت فيه أمور وقعت بعد موت ابن قتيبة ، فدل ذلك على انه مدسوس عليه من خبيث صاحب هوى ، ولو وقف المؤلف على هذه الحقيقة لوضع الجاحظ ومن دون الجاحظ في موضع ابن قتيبة .

Əl-Qazi Əbu Bəkr(yə`ni İbn Arabi) "İl-İməmə Vas-Siyəsə"nin İbn Quteybənin yazdığı kitablardan olduğunu zənn etdiyi üçün ona bu şiddətli hökmü vermişdir. Qarşıda bunun izahı gələcək. "Əl-İməmə vas-Siyasə" kitabında İbn Quteybənin ölümündən sonra baş verən məsələlər zikr olunmuşdur. Buda dəlildir ki, xəbis birisi tərəfindən bu kitab onun adına nisbət verilmişdir. Əgər müəllif (İbn Arabi) bu həqiqəti bilsəydi əl-Cahizi və digərlərini İbn Quteybənin yerinə qoyardı.


Burada Şeyx Muhib əd-Din açıq-aydın başa salır ki, İbn Arabi bu kitabın müəllifinin İbn Quteybə olduğunu zənn etmişdir. Bu uydurma "həqiqət"dən İbn Arabinin xəbəri olmayıbdır olsa idi İbn Quteybənin qabırğasına döşəməzdi.
Amma vəhhabilər bu gün tarixə mə`lum olmayan bu həqiqəti belə üzə çıxardıblar.

Sən mühəqqiqin ikinci sözünü yə`ni "bu kitabın İbn Quteybəyə aid olmaması" məsələsini İbn Arabinin fikri kimi təqdim etmək istəmisən. Guya ki, İbn Arabi də mühəqqiq fikirdə olubdur. Əslində isə gördüyümüz kimi bu vəhhabi uydurmasından başqa bir şey deyil.

İndi görürsən Hənbəli Eyni zaman da həm ibn Arabinin, həm də mühəqqiq Muhib əd-Dininin adından yalan danışmısan. Əgər bunu boynuna alıb kişi kimi üzrxahlıq etsən Allah səni bağışlasın, yox öz üslubunuzda davam etsən Allah səni rəhməti ilə yox ədaləti ilə cəzalandırsın.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#12 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 13 ноября 2009 - 09:16

Axır ki, forumda yenidən peyda oldun. Yarımçıqları tamamlamağa hazırsansa yuxarıda yazdığın cəfəngiyyatları sübuta yetir. Yoxsa böyüklərinizin sənin tə`lim-tərbiyənə xərclədiyi pullar sənə halal olmaz.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#13 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 25 сентября 2010 - 18:59

qardaşlar bu mövzu haqqında başqa məlumatlar verəcəksniz? yohsa sadəcə bundan ibarət olacaq? :cray:

#14 Mumin

Mumin

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 523 сообщений

Отправлено 20 октября 2010 - 23:34

O kitabda ele sheyler varki Vehabiler ibni Quteybenin shexsiyyetin inkar ede bilmiller ona gorede kitabin onun terefinden yazilmamasini iddia edirler.meselen Fatime(sa)-nin evine xelifelerin hucumuve sair.
Amma bezi moteber sunni alileri bele bu kitabin ibnni Quteybiye aid olduqunu bildirmishler. O cumleden:Ibni Hecer Heysemi.Tethirullisan vel cinan seh 72
ibni Erebi Maliki.Ibni Fehd .Ibni Shebat ve sair shexslerin adini chekmey olar.

#15 reservoir engineer

reservoir engineer

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 270 сообщений

Отправлено 05 ноября 2010 - 00:44

Hətta bəzi əhli sünnədən eşitdiyimə görə guya İbn Quteybə ömrünün axırlarına yaxın şiə olub ona görə belə kitab yazıb ))Nə isə..Ona qalmış olsa Təbəri ,İbn Əsir də şiədir)))

Zillət bizdən uzaqdır !


#16 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 15 ноября 2010 - 22:43

İbnul-Arabi kitabın ona aid olduğunu təsdiqləməyib...onun "ان صح عنه جميع ما فيه" (onun içindəkilərin hamısının ondan olması səhih olarsa...) sözləri belə bunu izah etməyə kifayət edir, çünki İbnul-Arabi bununla içindəkilərin onun tərəfindən yazılmasına şəkk etdiyini göstərir.


Burada sən açıq-aydın təsdiqləyirsən ki, İbnul-Arabi kitabın içindəki bə`zi mətləblərin İbn Quteybə tərəfindən yazılıb-yazılmamasına şəkk edir, bütövlükdə kitabın İbn Quteybə tərəfindən yazılmasına yox.

İndi isə sənin yazdığın cəfəngiyyatlara bir-bir cavab verməyə çalışacam inşaallah!

1. İbn Quteybə Bağdadda yaşamış və Bağdaddan yalnız Dinəvar'a çıxmışdır. Başqa heç bir şəhərə səfər etməmişdir. Lakin bu kitabda onun Dəməşqdə, Məğribdə olduğu görünür.


Cavab: İbn Quteybə "əl-İməmə vas-Siyəsə" kitabının heç bir yerində Dəməşqdə olduğunu bildirməyib.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#17 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 15 ноября 2010 - 22:51

1. Kitabın müəllifi bir çox yerdə Əbu Leyla'dan eşitdiyini bildirir, lakin Əbu Leyla Kufənin qazisi olub və hicri 148-ci ildə vəfat etmişdir. Əbu Leyla'nın ölümü ilə İbn Quteybə'nin doğumu arasında 65 il fərq vardır.

Cavab: Sözü gedən kitabda Əbu Leyladan heç bir rəvayət yoxdur! Bir rəvayət var oda İbn Əbi Leyla ət-Tuceybidən. Kufənin qazisi isə Muhəmməd b. Əbdürrəhman b. Əbi Leyladır. İki fərqli insanlar. Hətta işkal bildirənin səviyyəsinə enib bu iki fərqli insanın eyni şəxs olduğunu qəbul etsək belə İbn Quteybə İbn Əbi Leyla ət-Tuceynidən bir-başa yox əl-Leys vasitəsilə rəvayət edir. (Bax “əl-İməmə vas-Siyəsə” 2/64)

2-64.jpg

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#18 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 15 ноября 2010 - 22:56

1. Kitabda Əndəlüsün fəthi ona şahid olmuş bir qadından nəql olunmuşdur, halbuki Əndəlus İbn Quteybə'nin doğumundan 120 il əvvəl baş vermişdir.

Cavab: Əndəlüsün fəthinə şahid olmuş qadının sözlərini İbn Quteybə tarixçilərdən onlar isə öz növbəsində fəth zamanı qoşunda olan Cə`fər b. əl-Əştərdən rəvayət etmişdirlər. (Bax “əl-İməmə vas-Siyəsə” 2/65)

2-65.jpg

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#19 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 15 ноября 2010 - 22:59

1. Kitabda "Mərakeş" şəhərinin Musa bin Nuseyr (Nasir) tərəfindən fəth olunması zikr olunmuşdur, halbuki bu şəhərin əsasını murabitun camaatının sultanı Yusuf bin Təşifeyn hicri 455-ci ildə qoymuşdur. İbn Quteybə isə hicri 276-ci ildə vəfat edib.

Cavab: Sözü gedən kitabda Mərakeş şəhəri haqqında ümumiyyətlə danışılmır. Kitabda yalnız Musa bin Nuseyrin (Nəsir) məğrib və Əndülüsü fəth etməsi barəsində yazılıb.


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#20 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 16 ноября 2010 - 00:06

5. Kitab İbn Quteybə kimi bir alimə layiq olmayacaq cahilliklər ilə doludur. Məsələn, Əbul-Abbas ilə əs-Səffəh'in iki müxtəlif şəxsiyyət olması bildirilir və Harun ər-Rəşid'in Mehdinin bir-başa xələfi olduğu qeyd olunur və ər-Rəşidin isə əhdi-vəlayəti oğlu Məmuna ötürdüyü, sonra isə oğlu Əminə ötürdüyü yazılır. Bu isə kiçik tarixçilərin belə yol verməyəcəyi xətalardır.


Əslində cahil bu cəfəngiyyat dolu məqaləni hazırlayandır. Hənbəli adlı user isə ağına-bozuna baxmadan bu cəfəngiyyatı tərcümə edib.

Cavab: İbn Quteybə Abbasilərin ilk xəlifəsi olan Əbul-Abbas ilə əmisi Abdullah b. Əlini bir-birindən çox gözəl ayıra bildiyi kimi onların hər iksinin ləqəbinin "əs-Səffəh"(qantökən) olduğunu da bilirdi. Birinci Bəni Uməyyənin qantökəni, ikinci isə Dəməşqin qantökəni ləqəbini almışdı. (Bax “əl-İməmə vas-Siyəsə” 2/121)

2-121.png

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#21 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 16 ноября 2010 - 00:41

və Harun ər-Rəşid'in Mehdinin bir-başa xələfi olduğu qeyd olunur


Cavab: Harun ər-Rəşidin Mehdinin bir-başa xələfi olduğunu necə qeyd edir? Sadəcə olaraq bu cümlədən öndə gələn cümlələri oxumaq yetərlidir. Harun ər-Rəşiddən böyük qardaşı Abdullah atasını zəhərləyır və bunu anlayan atası özündən sonra Harunun xəlifə olmasını istəyir. (Bax “əl-İməmə vas-Siyəsə” 2/152-153)

2-152.png 2-153.png

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#22 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 16 ноября 2010 - 01:13

və ər-Rəşidin isə əhdi-vəlayəti oğlu Məmuna ötürdüyü, sonra isə oğlu Əminə ötürdüyü yazılır.


Cavab: Harun oğlu Muhəmməd əl-Əminin səfeh olduğunu gördükdə qərara alır ki, əhdi-vilayəti digər oğlu Abdullah əl-Məmuna ötürsün.

2-174.png 2-174(2).png 2-175.png

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#23 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 15 января 2011 - 12:10

salam aleykum qardaşlar. "əl imamə vəs siyasə" adlı kitabın ibni Quteybəyə aid olmadığı haqqında türkcə bir məqalə tapdım. bura yerləşdirirəm inşaAllah cavablayarıq:

Əl-İmam ves-Siyase'nin İBN KUTEYBE'ye ATFEDİLMESİ HAQQINDA

Əl-İmam ves-Siyasi adlı kitab çox məşhur olaraq, xüsusilə bu kitabdan Hz. 'Əlinin, Hz. Əbu Bəkrə beyət etməsi üçün evindən zorla süründürülərək gətirilməsi iddiasını isbat etmək üçün götürmə edən şiə polemikçikler tərəfindən Əbu Məhəmməd 'Abdullah ibn Müslim ibn Kuteybə əd-Dineveri'ye (213h-276h) atfedilir. Ancaq, kitabın İbn Kuteybe'ye atfedilmesi şübhəsi, ən erkən olaraq 1322h dən bəri vardır. Bu şübhələr, gərək müsəlman alimlər gərək oryantalistler olsun hər iki tərəfdən də bölündü və digərlərinin arasına qeyd edildi; Məhəmməd Muhyi əd-Din 'Abd əl-Hamid, İbn Kuteybe'nin Adab əl-Katib (s. 9) mukaddimesinde, Xeyir əd-Din əz -Zerikli in əl-A'la (dəri 4, səhifə 137) və Carl Brockelmann'in Geschichte der Arabischen littérature (c. 2 s. 230 ərəbcə tərcüməsi).

Bu məqalə, kitabın İbn Kuteybə tərəfindən yazıldığı iftirasının atılması üçün bəzi səbəblərini ortaya qoyur. Bu istinad haqqında saylı müzakirə zəmini vardır. Bir azdan bunlardan 4 dənəsi ələ alınacaqdır.


Sırasıyla:

1. Biyografi müəllifləri tərəfindən verilən İbn Kuteybe'nin əsərləri siyahısı
2. Kitabın yazıçısı tərəfindən adlandırılan Şuyuh (Şeyxlər)
3. Digər işlərin intihali
4. İbn Kuteybe'nin nasbı (nasb sözünün ıstılahtaki mənası: Hz. 'Əli əleyhdarı olma)

1. İBN KUTEYBE'NİN ƏSƏRLƏRİ Siyahısı: Bir yazara istinad edilən hər hansı bir əsəri identifikasiyası üsullarının ən sadə, əsl olan bu əsərin başlığı, yazıçıya biyografi müəllifləri tərəfindən atfedilir. İbn Kuteybə məsələsində, biz müxtəlif əsrlərə yayılan bioqrafik məlumat qaynaqlarına çatırıq.

İbn ən-Nedimin (vəfatı 385h) Fihrist ilə başlayıb, İbn Hallikan'ın (vəfatı 681h) Vefeyat əl-A'yanı, Az-Zehebi'nin (vəfatı 748h) Siyər A'la ən-Nübəla, İbn Həcərin (vəfatı 852h) Dili əl-Mizan, İbn əl-'İmad'ın (vəfatı 1032h) Şezarat əz-Zəhəbi, Hacı Xəlifə (vəfatı 1067h) Kəşf əz-zunu, Isma'il Paşa əl-Bağdadi (vəfatı 1337h) hediyyetü'l 'arifine qədər araşdıraq. Özlərinin məsələ ilə əlaqədar siyahıları aşağıda verilmişdir:

İbn ən-Nədim: İbn ən-Nedimin Fihristinde (s.85-86) sadalanan İbn Kuteybe'nin əsərləri təəccüblü bir şəkildə 46 ya qədər çatar. Onlardan ikisi, hər biri öz içində on kitab ehtiva edir. Ancaq, əl-İmam ves-Siyasi bu siyahıda görünmür. Əl-İmam ves-Siyasi başlıqlı kitabın əhatəli bir siyahıda olmaması çox diqqət çəkici olaraq görülməsi lazımdır. İbn ən-Nedimin özü şiə olduğu nəzərə alsaq, bu məlumat, üzərinə diqqət çəkilməyə daha layiqdir. (Bax, məsələn, Ayətullah Şihab əd-Din əl-Mar'aşi ən-Necefi'nin Kəşf əz-Zununa önsözü)

İbn Hallikan: İbn Hallikan, Vefeyat əl-A'yan (c. 2 s. 20) də, İbn Kuteybe'nin 14 əsərinin siyahısını verir və yenə əl-İmam ves-Siyasi aşkar bir şəkildə burada da yoxdur.

Əz-Zəhəbi: Əz-Zehebi'nin Siyər 'A'la ən-Nübəla (c. 13 s. 299) adlı kitabında İbn Kuteybe'nin 28 əsəri kimidir. Əl-İmam ves-Siyasi bu siyahıda də iştirak etmir.

İbn Həcər: Dili əl-Mizanda (c. 4 s. 159, Beirut / c. 2 s. 114, Hyderabad) İbn Həcər, İbn Kuteybe'nin 7 ədəd qısa bir siyahısını verir. Burada da əl-İmam ves-Siyasi zikredilmemiş.

İbn əl-'İmad: İbn əl-'İmad'ın Şezarat əz-Zehebdeki (c. 3 s. 318) siyahısının əl-İmam ves-Siyasi başlıqlı bir əsəri ehtiva etmir.

Hacı Xəlifə: Hacı Xəlifə, Kəşf əz-zunu da 20 müxtəlif yerdə İbn Kuteybə tərəfindən edilən işləri listelemiş. Bu 20 dəyişik yerdən heç birində əl-İmam ves-Siyase'ye rast gəlmək mümkün deyil.

Isma'il əl-Bağdadi: Isma'il Paşa əl-Bağdadi də İbn Kuteybə tərəfindən yazılan əl-İmam ves-Siyasi adlı bir əsərə istinad verməyi bacara bilmir.

Adı çəkilən kitabın, İbn Kuteybə haqqında fərqli biyografi müəllifləri tərəfindən verilən siyahılarda hamısı ilə iştirak almayışından görə, əsər həqiqətən İbn Kuteybə tərəfindən yazıldığı iddiası böyük bir zərbə olaraq görülməsi lazımdır. Bu iddia bir də gələcək faktorlarla birləşdiyində, bu iddianı rədd məcburedici bir mübahisə şəklini alar.


2. YAZARI ŞEYH: Kitabın ilk hissəsində - Əbu Bəkr və Ömərin fəzilətlərini ələ alan paragraflar, Hz.Ebu Bəkrə bey'ata istiqamətləndirən və bunun dərhal ardında maydana gələn hadisələr - kitabın müəllifi əsas öz Xəbər mənbələrdən götürmə edərək, bir çox ricali fərdi qarşılıqlı təsir olduğu üçün rəvayət terminləri qiyməti lazımınca istifadə edərək bir çox sənədlər çıxarır.

Bu ricalde:

1. İbn Əbi Məryəm
2. İbn 'Ufeyr
3. Yəhya ibn 'Abd əl-Hamid
4. İbn Əbi Şeybə
5. Əl-Vəlid ibn Muslim

İbn Əbi Məryəm, Sa'id ibn al-Hakan ibn Əbi Məryəm olaraq bilinir. Misirdə yaşadı. (Vəfatı 224h). Əl-İmam ves-Siyase'nin yazıçısı "haddesena İbn Əbi Məryəm". (S. 1, 2, 27) terminini kullanaraktan götürmə edir. Hədis terminologiyasında (ıstılahında) haddesena termini iki adam arasında birə-bir danışıqları olduğunu ifadə edər. Belə ki müəllifin özü xəbəri şəxsən qaynaqdan eşitmiş olduğunu bildirir.

İbn 'Ufeyr, Sa'id ibn Kəsr ibn' Ufeyr'dir. Bu raviden misirlilerin. (Vəfatı 226h İbn Əbi Məryəm iki il sonra). Müəllif eyni şəkildə ondan da haddesena. (S. 2, 4, 27) terminini istifadə edərək götürmə edir.

Yəhya ibn 'Abd əl-Hamid əl-Himmani adlı ravi Kufəlilərin. İbn 'Ufeyr'den 2 il sonra 228h vəfat etmişdir. Əl-İmam ves-Siyase'nin yazıçısı ondan haddesena terminini istifadə edərək götürmə edir (s. 1).

Yenə ibn Əbi Şeybəni eyni haddesena terminini istifadə edərək dirək qaynağında isimlendiriyor (s. 2). Bu ad 235 (h) 'də vəfat edən Kufəli ravi Əbu Bəkr ibn Əbi Şeybə üçün istifadə edilə biləcəyi kimi 4 il sonra 239 (h)' də vəfat edən qardaşı Osman üçün də istifadə edilə bilər.

Əl-Vəlid bin Müslim də əl-İmam ves-Siyase'nin yazıçısı tərəfindən haddesena termini istifadə edilərək götürmə edilir (s. 2). Bu Dimaşka (Şam) 'lı ravi 195h də vəfat etmiş.

Kitabın yazarının olduğu kimi öz qaynaqları tərəfindən adlandırılan şəxslər, kitabında keçən rəvayətlərin şəxsən özü tərəfindən isidilmiş olaraq zikr edilməsi, İbn Kuteybe'nin kitabın müəllifi olması iddiasını aşağıdakı səbəblərlə rədd etmək məcburiyyətində buraxır: İbn Kuteybə 213h 'də anadan olmuşdur. Yəhya ibn 'Abd əl-Hamid 228h'de vəfat ettğinde İbn Kuteybə 15 yaşında idi. İbn 'Ufeyr 226h'de vəfat etdiyində isə İbn Kuteybə 13 yaşında idi. İbn Əbi Məryəm 224h'de vəfat etdiyində isə 11 yaşında bir uşaq idi. Əgər bütün bunlar hələ də şübhələri gidermiyorsa; Əl-Vəlid bin Müslimin İbn Kuteybə doğulmadan tam 8 il əvvəl vəfat etməsi əl-İmam ves-Siyase'nin yazarının İbn Kuteybə olması ehtimalını tamamilə aradan qaldırır.

İbn Kuteybe'nin muasırları, bir neçə müəllimlərinin adlarını bildiriblər. Bu siyahıdakı detallarla kitabın əsl yazıçısı müəllimlərinin detalları müqayisə İbn Kuteybe'nin bu kitabı yazması iddiasını rədd etmək üçün daha çox ağırlıq əlavə olunur.

Biyografi müəlliflərinin etibar etdikləri İbn Kuteybe'nin rivayetteki müəllimləri

1. İshaq ibn Rahaveyh (vəfatı 238AH)
2. Məhəmməd ibn Ziyad ibn 'Ubeydillah əz-Ziyad (vəfatı təqribən 250AH)
3. Əbu Hatim əs-Sicistani (vəfatı 255AH)
4. Ziyad ibn Yəhya əl-Hassani (vəfatı 254AH)

Bu şəxslərin vəfatı təxminən 3. Aşırı ortalarında reallaşmışdır. İbn Kuteybə, bu nəsil insanlarından tarixi olaraq rəvayət etmişdir. Əl-İmam ves-Siyase'nin yazıçısı olaraq təqdim edilən əfsanəvi İbn Kuteybə daha əvvəlki nəslin gözbebeği idi. Bunlardan bəziləri ikinci əsr bitmədən vəfat etdi - İbn Kuteybə doğulmadan - digərləri də 3. əsrin ikinci onyılında.


3. İNTİHAL [1]: Əl-İmam ves-Siyase'nin digər mətnlərlə müqayisəsi maraqlı bir nəticə çıxardı. Carl Brockelmann oryentalist Dozy və Noldeke'den götürmə edərək; əl-İmam ves-Siyase'nin bəzi hissələri İbn Həbibin (vəfatı 239H) bir tarix işindən aşırıldığını bildirir. (Tarix əl-Adab əl-'Arabi - Arabic translation of Geschichte der Arabischen littérature - dəri. 2 s. 230).

Əl-İmam ves-Siyasi Əbu Bəkir dövründən Harun ər-Reşid'in (195H) vəfatına qədər xəlifələrin sistematik tarixi olaraq təqdim edilmişdir. Burada mətnin təbiəti haqqında əsrarəngiz bir şey vardır. Başlanğıcda Əbu Bəkir və 'Ömərin fəzilətinə dair olan hədisləri sonrada Peyğəmbər Əfəndimizin sallallahu' əleyhi vəsəlləm vəfatından dərhal sonra iştirak edən hadisələri təqdim edir. Əsrarəngiz olan qismi isə bu nöqtəyə qədər vəsait səy ilə isnadlı olaraq təqdim edilir. Ancaq çox keçmədən şəkil dəyişər, indiyə qədər full senedlerle verilən hədislər səhifə 27'den sonra daxil xüsusiyyətində olan "Zekeru ..." ("zikr etdik ...") şəklində kitabın sonuna qədər bu şəkildə davam edər.

Burada varisləri tarixi adında İbn Kuteybe'ye atfedilebilir bir kitabı təqdim etməyə ehtiyac duyan bir yazarla (ya da bir qarabasma yazıçı) qarşılaşırıq. Bu sebeptan görə, İbn Kuteybe'nin müəllimləri və qaynaq ola biləcək çox sayda ola biləcək şəxsləri seçdi. Seçilən şəxslər, İbn Kuteybe'nin müəllimləri olmaları üçün bir az çox erkən olduğundan müəllifin hesaplamada səhv etdiyi ortaya çıxır. İstənilən vəsait ilə bir neçə səhifə doldurduqdan sonra - Fatimənin evinə nominal olaraq hücum və 'Əlinin bey'ata zorlanmasıdır - kitabı elə bir vəsait ilə doldurması lazımlı ki sistematik varisləri tarixi etibarlılığını versin. Əslində kitabın geri qalanı üçün orijinal vəsait yazmaq olduqca çətin bir vəzifə olardı; bu iş on itinalı bir baxıma girişmək bir saxtakar üçün bəlkə də olduqca zəhmətli bir iş olsa gərək. Buna görə daha az bilinən işləri və naməlum şəxsiyyətləri aşırma ilə daha rahat bir üsula müraciət etdi.

Bu oyun, ancaq sistematik və vasvası elmi araşdırma bu aldatmaca, dünyanın gözlərinin önünə bütün çılpaqlığıyla Serene qədər sürebildi.


4. İBN KUTEYBE'NİN NASBI [2]: İbn Kuteybe'nin sözdə yazıçılığına daha çox şübhə salan də biyografistlerin onu payı yada Əhli əl-beyt əleyhdarı biri olaraq tanıtmalarıdır. Nümunə olaraq, İbn Həcər onun haqqında belə yazır:''İbn Kuteybe'de Əhli əl-beyt əleyhdarı olma meyli var idi (Dili əl-Mizan dəri. 4 s. 160). Əl-Yafi'i Mir'at əz-Zamani (cilt. 2 s. 191) adlı kitabında İmam əd-Darekutni'den götürmə edərək bu duyğunu bu şəkildə yankılandırıyor:''İbn Kuteybə asılan doğru meyli yox idi''.

Əgər İbn Kuteybe'nin meyli bu şekildeyse, onun belə Əhli əl-Beyti dəstəkləyən və səhabələrə qarşı hesab edilən bir vəsaiti belgelemesi inanılmaz görünür. Əksinə, bir Nasibi'den gözlənilən, şiənin baxımından dəstəklənən hər cür vəsaiti daxil etməkdən ən çox onun kaçınmasıdır. Bu saxta İbn Kuteybə, etina ilə belə bir vəsaiti belgeliyor, adam bu nəticəyə çatmaqdadır özünü tutamıyor: Kitabın qarabasma yazıçısı hesabı səhv etdi.

"nasibi" termini: Sıravi xalq kütlələrinə ehli beyt, Hz. Rəsulullahın (s.ə.s.) nəvələrinə düşmənçilik bəsləyənlər təyin etdiyi


NİYƏ İbn Kuteybə?

Məlum bu sual soruşulacaq, bir çox sünni yazıçıların içində''Niyə İbn Kuteybə?''Ye atfedilmesi, burada xəyali yazıçı öz yazısı üçün İbn Kuteybe'yi seçməsinin yaxşı bir səbəbi olsa gərək.

Cavab, mən İbn Kuteybe'nin ortalamasının bu arzu edilən rola ən çox uyğun olanı olduğu qənaətindəyəm. Nə Buxari kimi universal bir şəkildə məşhur olmuş bir mühəddis, nə də İbn Cərir at-Təbəri kimi məşhur bir tarixçi deyil, buna baxmayaraq İbn Həbib '(dən aşırıldığı) kimi də hamısı ilə sıravi biri də deyil.

Kitabı, həyatları və işləri geniş ölçüdə bilinən məşhur bir adama ətf etmənin, asanca tutulma dezavantajını daşıyır. Ancaq heç tanınmayan bir yazara da investisiya qoymaq qəbul olunması şansını korlayar. Ən ideal həll, kafi etibarlılığı təmin edəcək qədər məşhur, ancaq saxtakarlığı da asanca təsbit edilməsində qaçınmaq üçün də kifayət qədər gözlərdən uzaq olan orta səviyyəli bir şəxsiyyətə bu işi yüklemekdir.

Və bu rol üçün seçilən adam İbn Kuteybe'dir.

Yazan: Mövlana Muhammad Taha Karaan

Tərcümə (İngiliscədən): Murat Yasin

____________________
[1] İntihal: Hər hansı bir ədəbi əsəri kendininmiş kimi nəşr, aşırma.

[2] Nasb: Termində, Hz.Ali (ra) və Əhli əl-beyt əleyhdarı olmaq mənasında işlədilir, bu zikr edilən meyli olana da payı termini istifadə olunur.


#24 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 24 марта 2012 - 10:22

http://alqatrah.net/question/index.php?id=600

linkdə kitabın ibni Quteybəyə aid olduğunu təsdiqləyən sünnü alimlərin adları və etirazlara cavablar var.





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru