Перейти к содержимому


Фотография

Mən elmin şəhəriyəm, Əli onun qapısıdır


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 23

#1 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 23 декабря 2009 - 10:46

Xülasə:

"Mən elmin şəhəriyəm, Əli onun qapısıdır"
hədisi Əl Tirmizinin (279-cu ildə vəfat etmişdir) “Səhih”inin (digər adları “Cami” və “Sünən”) son nəşrlərində qeyd olunmur. Bu kitab Əhli Sünnənin “Səhih Sittə” altı səhih hədis kitabından biridir.



Araşdırdığımız bu hədis Tirmizinin “Səhih” adlı kitabında mövcud idi, amma sonralar müəyyən tarixi dövrlərdə qeyri-müəyyən şəkildə yoxa çıxmışdır. Biz bu hədisin müəmmalı şəkildə necə yoxa çıxdığını araşdıracağıq.

Vacib: Bu müzakirədə məqsədimiz hədisin səhihliyini sübut etmək deyil. Bu artıq bir neçə işdə ətraflı sübut edilmişdir. Misal üçün “Nafahat əl Əzhar fi Xulasat Abaqat” kitabının 10, 11 və 12-ci cildləri bu hədisə həsr olunub və onun təvatür olduğu qeyd olunur. Buna görə də, müzakirənin məqsədinə əsasən, aşağıda bəzi alimlərin hədisin dəyərini azaltmaq üçün verdiyi mənfi şərhlər nəzərə alınmayacaq.

Mənbə: Seyyid Həmid Hüseyn Laxnavi “Nafahat al-Əzjar fi Xulasat Abaqat əl Ənvar”, Seyyid Əli əl Hüseyni əl Milani tərəfindən ərəbcəyə tərcümə olunmuşdur, Qum, cild 12, səh. 124

Əl Tirmizi Hicri təqvimlə 209-279-cu illər arasında yaşamışdır. Ondan sonra yaşamış bəzi hədis, sira, tarix və kəlam kitab müəllifləri qeyd ediblər ki, o bu hədisi – eyniylə yuxarıda göstərilən şəkildə – öz “Səhih”ində yazıb. Lakin “Səhih”in son nəşrlərində yalnız bu hədis var: “Mən hikmət eviyəm, Əli də onun qapısıdır.” Bu hədisi aşağıdakı hissədə görmək olar.
Səhih (Cami, Sünən) əl Tirmizi (vəfatı Hicri 279), cild 5, səh. 141 (Beyrut çapı: Dar əl-kutub əl-ilmiyyah, İbn əl-Ərabi əl-Malikinin şərhi ilə)


Изображение


Tirmizinin “elm şəhəri” hədisi yazdığını deyənlər

Nəzərinizə çatdırırıq ki, aşağıdakı siyahı “elm şəhəri” hədisinin ravilərindən biri Tirmizinin olduğunu qeyd edən bəzi Əhli-Sünnə mənbələrindən ibarətdir. Buraya həmin hədisi Tirmizinin adı çəkilmədən rəvayət edilən mənbələrin bir çoxu daxil edilməyib.

“Tarix əl Xulafa”, Cəlaləddin əl Süyuti (Hicri 911-ci ildə vəfat etmişdir), Beyrut çapı: Dar al-Ma`rifah, səh. 152 (redaktor Mahmud Riyad əl-Hələbi, 1417/1996).


Изображение

"... Əl Tirmizi və əl Hakim Əlidən rəvayət ediblər: Allah Rəsulu (Allahın salamı ona olsun) dedi: “Mən elmin şəhəriyəm, Əli onun qapısıdır…”


Bu hədis eyniylə olduğu kimi Hakimin “Müstədrək əla əl Səhihəyn” kitabında, cild 13, s 126-7-də qeyd olunub.

“Əl Dürar əl muntatharə fi əl əhadis əl müstəhirah”, Cəlaləddin əl Süyuti (Hicri. 911-ci ildə vəfat etmişdir), səh. 53 (Beyrut çapı: əl-Maktab əl-İslami, redactor əl-Şeyx Xəlil Muhyi əl-Din əl-Mays, 1404/1984)


Изображение

Və eyniylə:

„Cəvahir əl İqdayn“, Nur əl Din Əli əl Səmhudi (Hicri 911-ci ildə vəfat etmişdir), əlyazma


Əl Tirmizi Əlidən ravi zənciri ilə rəvayət etmişdir: „Mən elmin şəhəriyəm, Əli onun qapısıdır.“
„Əl Ləali əl Masnuəh“, Cəlaləddin əl Suyuti, (Hicri 911-də vəfat etmişdir), cild 1, səh. 332



„Əl Nukat əl bədiət əla əl mavduat“, Cəlaləddin əl Suyuti (Hicri 911-də vəfat etmişdir), əlyazma

""Taa" "Kaaf" hədisi: "Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır", Əlinin və İbn Abbasın rəvayət olunur. Mən deyirəm: Əlidən rəvayət olunan hədisi Tirmizi və Hakim öz kitablarında gətiriblər, İbn Abbasdan rəvayət olunan hədisi isə Hakim və Təbarani qeyd ediblər.

“Navaqid əl Rafavid“ Mirzə Makdum Abbas bin Muin əl Din əl Cürcani (Hicri 988-də vəfat etmişdir) əlyazma [İ.O., Dehli Ərəb əlyazması 972]

"Allahın Elçisi ona Allahın salamı olsun dedi: “Mən elmin şəhəriyəm və Əli onun qapısıdır”. Tirmizi rəvayət etmişdir".

“Əl-Lama'at fi Şərh əl Mişkat“ Şeyx Abdul Haqq əl Dəhləvi, (hicri 1052-də vəfat etmişdir), “Əlinin fəzilətləri babı”

"Bilin ki, hədisin məşhur versiyasının mənası budur: “Mən elmin şəhəriyəm, Əli onun qapısıdır”. Tənqidçilər bu haqda danışıblar və onun mənbəsinin Şiə olan Əbu Əl Salt (Əl Haravi)-dən olduğunu deyiblər və ona tənqidi yanaşıblar. Bu hədis Hakim tərəfindən səhih hesab olunmuşdur, Tirmizi isə bu hədisi həsən hesab etmişdir…”

“Taysir əl Mətalib əl Saniyyə” (Məvahib əl Laduniyyə kitabının haşiyəsində), Nur əl Din əl Şəbramalasi (vəfatı tarixi məlum deyil), əlyazma [Peyğəmbərin adını çəkərkən, yəni mədinətul ilm]

"... Tirmizi və başqaları hədisi ravi zənciri ilə rəvayət etmişlər: “Mən elm şəhəriyəm, Əli onun qapısıdır...”"

“Əl Nibras li kaşf əl iltibas əl vaqi fi əl əsas” İbrahim b. Hasan əl Kürdi əl Kavrani əl Şafii, (Hicri 1101-ci ildə vəfat etmişdir), əlyazma

".. Peyğəmbərin (ona salam olsun) söylədiyinə əsasən, o, onun (yəni peyğəmbərin) elm şəhərinin qapısı idi: “Mən elm şəhəriyəm, Əli onun qapısıdır.” Bunu Bazzar və Təbərani “əl Avsat”da Cabir ibn Abdullahdan, Tirmizi və Hakim isə Əlidən rəvayət olunmuşdur.

Şərh əl Məvahib əl Ləduniyyə, Məhəmməd bin Əbd əl Baqi əl Əzhəri əl Zürqani əl Maliki (Hicri 1122-ci ildə vəfat etmişdir), cild 3, səh. 143 [Peyğəmbərin adlarını izah edərək, yəni madinat əl ilm]

“Mədinət əl elm: Allahın Rəsulu (ona və nəslinə salam olsun) dediyi kimi: “Mən elmin şəhəriyəm, Əli onun qapısıdır”. Hədis Tirmizi və Hakim tərəfindən nəql edilmişdir və başqalarının etdiyi kimi, onlar da bu hədisin Əlinin haqqında deyildiyini və səhih olduğunu qəbul etmişlər.“

Zakirat əl Maal fi Şərh Əqd Cəvahir əl Ləəl, Şihab əl Din Əhməd bin Əbdulqadir əl Ucayli əl Şafii (13-cü əsrdə vəfat etmişdir) əlyazma

"Əl Tirmizi rəvayət edir ki, o, ona salam olsun, demişdir: “Mən elmin şəhəriyəm, Əli onun qapısıdır...'"

“Minhəc əl Sünnə” İbn Teymiyyə əl Hərrani (Hicri 652-ci ildə vəfat etmişdir) cild 4, səh. 138 (Beirut çapı: Dar əl-Kutub əl-İlmiyyah)

Изображение

Baxmayaraq ki, İbn Teymiyyə bu hədisi etibarlı hesab etmir (və onun görüşü “Nafaat əl Əzharda” (cild 12, s 132) tamamilə təkzib edilir) o yenə də əmindir ki, Tirmizi bunu “elm şəhəri” sözlərilə rəvayət etmişdir. Əgər İbn Teymiyyə inansa idi ki, bu hədis Tirmizinin “Səhih”ində yoxdur, onda o, öz inandığına dəlil gətirmək üçün iddiasında israrlı olardı.



Əl Sirah (Subul əl Huda və əl raşad), Şəms əl-Din Muhamməd bin Yusif əl-Salihi əl-Şami (Hicri 942-ci ildə vəfat etmişdir), cild 1, səh. 631 (Qahirə çapı: əl-Məclis əl-A`la li-Shu'un əl-İslamiyyah, redaktor Dr. Mustafa Abd əl-Vahid, 1392/1972)

Изображение

“Subul əl Huda”nın müasir redaktoru Dr. Mustafa Abd əl-Vahid qeydində izah edir ki, bu hədisin mətni Tirmizidə belədir: “Mən hikmət şəhəriyəm...”

İbn əl Əsir də həmçinin “elm şəhəri” versiyasında Tirmiziyə isnad etmişdir:

“Cami əl usul fi əhaditr əl Rəsul” İbn əl Əsir (hicri 606-cı ildə vəfat etmişdir), cild 8, səh.657 (Qahirə çapı: Maktabah əl-Halavani, Mətbə`ah əl-Mallah, Maktabah Dar əl-Bəyan, redaktor Abd əl-Qadir əl-Arna'ut, 1392/1972)


Изображение

Yuxarıdakı “Sübul əl Xuda” məsələsində, İbn əl Əsirin kitabının müasir redaktoru Əbdül Qadir əl Arnaut bu girişin haşiyəsində deyir ki, bu hədisin söz sıralanması Tirmizidə belə olub: ”Mən hikmət şəhəriyəm (dar al hikmah), Əli onun qapısıdır”.

Bu onu göstərir ki, İbn Əsir kimi qabaqcıl alim ya hər iki hədisi eyni hesab etmişdir, ya da səhvən Tirmizidəki yanlış versiyaya isnad etmişdir. Bu, həm də belə məna verə bilər ki, Tirmizi bu hədisi “Səhih”ində (başqa adı “Cami”) yox, hansısa başqa əsərərində sitat gətirmişdir.

Bir başqa versiya da mümkündür ki, İbn Əsir “elm şəhəri” hədisinin Tirmizinin “Səhih”ində olduğunu bilirdi, lakin əl Arnaut bu hədisi oraya yerləşdirə bilmədiyi üçün başqa bir izahat verməli olmuşdur.


Mümkündürmü ki, bu müəlliflər “elm şəhəri”ni “hikmət şəhəri” versiyası ilə eyni olduğunu hesab etməsinlər?


Əvvəla, mühəddislər buna oxşar, amma səhih olmayan mətnlərlə yazılmış hədislərdə dəqiqlikləri ilə məşhurdurlar. Həqiqətən, öncəki alimlər hətta müxtəlif ravi zənciri ilə rəvayət olunan səhih hədislərin belə nadir olduğunu hesab edirdilər.

İkincisi, açıq-aşkar dəlil var ki, həm "elm şəhəri", həm də "hikmət şəhəri" hədisləri Tirmizinin kitabılnda mövcud idi.




“Əl Səva’iq əl Muhriqa” İbn Həcər əl Heytəmi əl Məkki (Hicri 974-cü ildə vəfat etmişdir) səh. 122, (daha əvvəlki nəşrlərdə səh. 73. Qahirə çapı: Maktabah əl-Qahirah, redaktor Abd əl-Vahhab Abd əl-Lətif, 1955)

Изображение

"... əl Tirmizi və Hakim Əlinin belə dediyini rəvayət edirlər: Allah Rəsulu (Allahın salamı olsun onun üzərinə) belə dedi: “Mən elmin şəhəriyəm, Əli onun qapısıdır”. Tirmizinin yazdığı başqa bir rəvayətdə isə Əli haqqında belə deyilir: “Mən hikmət şəhəriyəm, Əli onun qapısıdır…”"

“İsaf əl Rağibin (Nur əl Əbsarın kənarında) Muhamməd bin Əli əl Sabban əl Misri (Hicri 1206-cı ildə vəfat etmişdir) səh. 170-71 (Qahirə çapı: Maktabah Mustafa əl-Hələbi, 1367/1948)

Изображение

"... Tirmizi və Hakim Əlinin belə dediyini rəvayət edirlər: “Allah Rəsulu (Allahın ona salamı olsun) belə dedi: “Mən elmin şəhəriyəm və Əli onun qapısıdır” və Tirmizinin Əli haqqında yazdığı bir başqa rəvayətdə “Mən hikmət eviyəm, Əli onun qapısıdır…”"

“Əl İqd əl Nəbəvi və əl sirr əl Mustafavi” Şeyx bin Abdullah əl İdris əl Yəməni (Hicri 990-cı ildə vəfat etmişdir) əlyazma

“Əl Bazzar və Təbərani özünün “əl Avsat”ında Cabir ibn Abdullahdan rəvayət edir və Təbarani, Hakim və Uqeyli “Duafa”sında və ibn Adi İbn Ömərdən, Tirmizi və Hakim də Əlidən rəvayət edirlər: "Allah Rəsulu (salam və salat olsun onun üzərinə) dedi: Mən elmin şəhəriyəm, Əli onun qapısıdır." Və bir rəvayətdə: "kim elm istəyirsə, qapıdan girsin." Əl Tirmizidən gələn bir başqa rəvayətdə: "Mən hikmət eviyəm, Əli onun qapısıdır"”.

Ola bilərmi ki, ibn Əsir və ya başqa müəlliflər Tirmizinin başqa kitabından sitat gətirməsinlər?


İki səbəbdən bu iş qeyri-mümkündür:

İbn Əsirin “Cami əl Üsul” kitabı yalnız altı hədis kitabına əsaslanır: Malikin Muvəttəsı, Səhih əl Buxari, Səhihi Müslim, Tirmizinin Camisi, Nəsainin Sünəni, Əbu Davudun Sünəni. (Bax: Hədis Metodologiyası və Ədəbiyyat elmləri, M. M. Azami, səh. 112)

Tirmizinin "elm şəhəri" hədisini özünün Sünənində/Camisində yazdığını sübut edən başqa sübutlar da var. (aşağıda baxın)



“Al Mirqat fi Şərh əl Mişkat” Ali əl Qari (Hicri 1014-cü ildə vəfat etmişdir) cild 5, səh. 571

"Mən elm şəhəriyəm və Əli onun qapısıdır" hədisi Hakim tərəfindən Əl Müstədrəkdə "əl Mənaqib" (bölməsində) İbn Abbasdan rəvayət edilmişdir. O, [yəni əl Hakim] demişdir: Səhihdir. Onun ardınca Zəhəbi ... əl Daraqutni demişdir: Sabitdir və Tirmizi bunu Camisində "Əl Mənaqib" bölməsində rəvayət etmişdir.

“Mətalib əl Saul” Muhammad bin Talha al-Şafii (Hicri 652-ci ildə vəfat etmişdir, səh. 35 və 61

".. Allah Rəsulu (Allahın salamı olsun onun üzərinə) onun haqqında (yəni Əli) demişdir və Tirmizi də bunu Səhihində ravi zinciri ilə rəvayət etmişdir: “Mən elmin şəhəriyəm, Əli onun qapısıdır.”

“Arıza əl batin” Muhəmməd bin Talha əl Şafii (hicri 652-ci ildə vəfat etmişdir), 4-cü və 6-cı hissələr

"...Allah rəsulu (s) əl Tirmizinin Səhihində (peyğəmbərdən rəvayət edərək) dediyi kimi demişdir: “Mən elmin şəhəriyəm və Əli onun qapısıdır.”

“İbtal Nəhc əl batil” Fazlallah ibn Ruzbahan əl Xunci əl Şirazi əl Şafii (Hicri 924-cü ildə vəfat etmişdir) əlyazma [I.O., Delhi Arabic MSƏH. 792]

Bu kitab məşhur şiə alimi Əllamə Hillinin (hicri 726-cı ildə vəfat etmişdir) Kəşf əl Haqq və Nəhc əl Sidq kitabına cavab olaraq yazılmışdır. Bu cavab digər Şiə alimi Qadi Nur Allah Şüstəri (hicri 1019-cu ildə vəfat etmişdir) tərəfindən İhqaq əl Haqq kitabında tamamilə inkar edilmişdir (Tehran, hicri 1273/ miladi1856-7CE).

İbn Ruzbahan yazır:

Alimin (yəni Hillinin) Əmir əl Mumininin elmi haqqında nəyi qeyd etmək istədiyinə gəldikdə, heç bir şübhə yoxdur ki, o ümmətin alimlərindən biri idi və buna görə camaat ona bağlı (ondan asılı) olub. Niyə də belə olmamalı idi? O, elmdə və həqiqət bilgilərində Peyğəmbərin (ona salam və salat olsun) vəsisi idi, bu haqda mübahisə ola bilməz. Səhihi Tirmizidən sitat gətirilən mətn isə səhihdir.

Maraqlıdır, ibn Ruzbahan Əllamə Hillinin kitabında aşağıdakı hissəyə nə cavab verib:
"On doqquz: Əhməd bin Hənbəlin Müsnədində və Müslimin Səhihində yazılır:


Əli bin Əbu Talibdən başqa Allah Rəsulunun (Allahın salamı ona olsun) elə bir səhabəsi yox idi ki, desin: "Məndən soruşun". Allah rəsulu (Allahın salamı ona olsun) demişdir: "Mən elmin şəhəriyəm və Əli onun qapısıdır.

Əgər ibn Ruzbahah inansa idi ki, hədis Əllamə Hilli tərəfindən səhvən Əl Tirmiziyə nisbət verilib, heç şübhəsiz, o, bu faktı üzə çıxarmaqla rəqibin qapısına mübahisəli bir məsələdə qol vurmaq şansını yaxalayardı.
Əksinə, o açıq-aydın bu hədisin Tirmizinin Səhihində yer aldığını təsdiqləyir və hətta qeyd edir ki, hədis səhih kateqoriyasındandır.




“Əl Fəvatih Şərh Divan Əli” Kamal əl Din Hüseyn b. Muin əl Din əl Yəzdi əl Məybudi (vəfatı tarixi məlum deyil), səh. 3

O, "elm şəhəri" hədisini Səhih əl Tirmiziyə nisbət verir və hədisin belə yazıldığını təsdiqləyir: "Mən elmin şəhəriyəm və Əli onun qapısıdır".


Nəticə

Yuxarıda gətirilən bütün nümunələr açıq-aydın sübut edir ki, "elm şəhəri" hədisi "hikmət evi" hədisi ilə bərabər Tirmizinin Səhih/Cami/Sünən kitabında yer almışdır və yuxarıda adı çəkilən bir çox Sünni alimləri bu faktın şahididirlər.
  • N_ن_N это нравится
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#2 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 24 декабря 2009 - 13:00

qardaş, bu hədis elə Sünəni Tirmizidə indi də var.

3723- Ali (r.a.)’den rivâyete göre, Rasûlullah (s.a.v.) şöyle buyurmuştur: “Ben hikmet eviyim. Ali de bu evin kapısıdır.” (Sünəni Tirmizi, Menkıbeler kitabı, Hz. imam Əlinin (ə.s) menkıbeleri babı, hədis 3723)

http://www.darulkita...zi/indexana.htm

#3 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 24 декабря 2009 - 15:24

qardaş, bu hədis elə Sünəni Tirmizidə indi də var.

3723- Ali (r.a.)’den rivâyete göre, Rasûlullah (s.a.v.) şöyle buyurmuştur: “Ben hikmet eviyim. Ali de bu evin kapısıdır.” (Sünəni Tirmizi, Menkıbeler kitabı, Hz. imam Əlinin (ə.s) menkıbeleri babı, hədis 3723)

http://www.darulkita...zi/indexana.htm

Əvvəla mən Sizə məsləhət görürəm cavabı yazmaqdan əvvəl məqaləni oxuyasız.
Sonrası isə bu həmin hədis deyil, burda elm yox, hikmət yazılıb. Yagin ki, razılaşarsız ki, bu ayrı-ayrı şeylərdir.
Və ən axırı da, Tirmizidə hikmət şəhəri hədisi zəifdir. Elm şəhəri hədisi isə səhih idi.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#4 Shemsi

Shemsi

    Muqaddam – Lieutenant Colonel

  • Murid
  • 1 723 сообщений

Отправлено 24 декабря 2009 - 18:23

qardaş, bu hədis elə Sünəni Tirmizidə indi də var.

3723- Ali (r.a.)'den rivâyete göre, Rasûlullah (s.a.v.) şöyle buyurmuştur: "Ben hikmet eviyim. Ali de bu evin kapısıdır." (Sünəni Tirmizi, Menkıbeler kitabı, Hz. imam Əlinin (ə.s) menkıbeleri babı, hədis 3723)

http://www.darulkita...zi/indexana.htm


Qardaş, Tirmizidə iki hədis olub bu haqda. Birində "Mən elm şəhəriyəm, Əli onun qapısıdır" digərində "Mən hikmət eviyəm, Əli onun qapısıdır"

Birincisi səhih, 2cisi zəif hesab edilmişdir. Təfsirçilər də birinci hədisə nisbətən ikinci hədisdə Əlinin (əs) fəzilətinin məhdudlaşdırıldığı fikrindədirlər.

Əl Tirmizi Əlidən ravi zənciri ilə rəvayət etmişdir: „Mən elmin şəhəriyəm, Əli onun qapısıdır."


İndi bu hədis Sünəni Tirmizinin sonrakı nəşrlərində "möcüzəli" şəkildə yoxa çıxıb.

Nəticə

Yuxarıda gətirilən bütün nümunələr açıq-aydın sübut edir ki, "elm şəhəri" hədisi "hikmət evi" hədisi ilə bərabər Tirmizinin Səhih/Cami/Sünən kitabında yer almışdır və yuxarıda adı çəkilən bir çox Sünni alimləri bu faktın şahididirlər


Сообщение отредактировал Shemsi: 24 декабря 2009 - 18:29

Sormaz ki bilsin,
sorsa bilirdi.
Bilmez ki sorsun,
bilse sorardı.


#5 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 24 декабря 2009 - 19:01

Əvvəla mən Sizə məsləhət görürəm cavabı yazmaqdan əvvəl məqaləni oxuyasız.
Sonrası isə bu həmin hədis deyil, burda elm yox, hikmət yazılıb. Yagin ki, razılaşarsız ki, bu ayrı-ayrı şeylərdir.
Və ən axırı da, Tirmizidə hikmət şəhəri hədisi zəifdir. Elm şəhəri hədisi isə səhih idi.


qardaş, bağışla səhv mənimdir. haqqını halal et

#6 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 25 декабря 2009 - 15:42

Əla məqalədir. Allah həm Al-Fath qardaşdan, həm də Şəmsi bacıdan razi olsun!

Bu gedişlə bu səhihlərdə Əhli-Beytin fəzilətinə aid nəsə qalacaq görən? Nəsaidən başqa
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#7 Heqiqet ashiqi

Heqiqet ashiqi

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 47 сообщений

Отправлено 26 декабря 2009 - 10:27

Goresen bu dunyada bu cur hereketlerle, saxtaliqla meshqul olmaqla, hedis yoxa chixartmaqla ve saire onlar ozlerine o dunyada hansi yeri hazirlayirlar????
Allah her kese layiq oldugu yeri qismet eylesin!!!

#8 Heyder313

Heyder313

    Mulazzim – lieutenant

  • Murid
  • 490 сообщений

Отправлено 26 декабря 2009 - 11:00

Allah sizden razi olsun, Eli eleyhisalami nece sevmemek olar,nece Imameti qebul elememek olar???Allah esli kokumuze rehmet elesin, o keslere ki,ibadetde olublar ki,indide bize oz tesirini gosterib ve Ehli Beyt awiqi olmuwuq.Biz Ehli beyti sevmekle,Imameti qebul elemekle, Qurani Kerimin Wura suresinin 23 ayesine emel elemiw oluruq,Ehli Beytin Mesumluqunu qebul elemeknen Ehzab suresinin 33 cu ayesine emel elemiwi oluruq.Allah gunahlarimizi Ehli BEyt eleyhisalama xatir bagiwlasin,Allah bizi qiyametde Peyqmeber ve EHli Ebyti eleyhisalamdan ayri salmasin, onlarin wefaetini bizede nesib elesin, neceki Allah ozu buyurub icaze verdiyi wexslerin wefaetinden bawqa heckimin wefaeti fayda vermez.Allah her kesi sevdiyi Wexslerle mewhur elesin.Allah Imamaete xatir ovladlarimizida Ehli Beyt awiqlerinden qerar versin inwallah.Allah Imametin adlarini qelblerimize yazin ki,ebedi olaraq orda qalsin.
Heyatda en esas Ilahi Mehebbeti derk edib onun atewinde yanmaqdir.Bu mehebbete bizi aparan yol Peyqember Ve Ehli Beyt eleyhisalamin yoludur

#9 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 04 июня 2011 - 17:59

bu hədis nasibilərin başlarına daş salan hədislərdən biri olduğu üçün bir çoxu israrla bunu inkar etməyə çalışırlar. bizdə cavabında deyirik, ki bu hədis səhihdir və bunu Təbəri, Tirmizi, Hakim, Bəğəvi kimi əhli sünnə alimləri demişlər və hətta ibni Həcər əl-Asqalani l.ə bu hədisin zəif olduğunu deyənlərə cavab belə yazmışdır.

taberiilimehri.jpg

kitab: "Zəxairul Uqba", səh. 77
müəllif: Təbəri

Əli r.a-dan dedi: Rəsulullah s.ə.ə dedi: "Mən hikmət evi, Əlis isə onun qapısıdır" Tirmizi bu hədisi nəql etmiş və "hədis həsəndir" deyib.

"Əli elm elm şəhərinin qapısıdır" babı

Əli r.a-dan dedi: Rəsulullah s.ə.ə dedi: "Mən elm evi, Əli onun qapısıdır". Bəğəvi bu hədisi "Məsabih"də təxric etmiş ve "həsən" olduğunu demişdir. Əbu Ömər də bu hədisi nəql etmişdir. Onun nəqlində "Mən elmin şəhəriyəm" ifadəsi yer almış, həmçinin, "hər kəs elm istəyirsə, qapıdan daxil olsun!" əlavə nəql olunmuşdur.


indi isə ibni Hacərin l.a bu hədisin zəif olduğunu deyənlərə l.a cavabını təqdim edirik:



6096. Onyedinci hədis: "Mən hikmətin binasıyım. Əli isə qapısıdır." Hədis, garîbtir. Sikâttan Şerik'in xaricində heç kimdən bilinmir. Sənədi də muzdaribtir. Mən də deyirəm ki: bunu Tirmizi, Məhəmməd b. Ömər ər-Rûmî rivayetiyle Şerik b. Abdullah əl-Qazinin, o Sələmə ibn Kuheyl'den, Süveyd b. Gufle'den, o da Sunâbihî'den-ki adı Əbdürrəhmandır-o da Əli b. Əbu Talibin rəvayət etmişdir. Tirmizi demişdir ki: "Bu hədis garîbtir, Şerik'ten, başqası da rəvayət etmişdir. Artıq Sunâbihî'yi zikretmemişlerdir. Hadisi Şerik'in xaricində heç kimdən bilmirik. Bu mövzuda İbn Abbasdan da rəvayət vardır." Tirmizinin sözü bitdi.

Sözügedən İbn Abbas hədisini İbn Əbdülbərr "əl-İstiab" adlı səhabə kitabında tahriç etmişdir. Oradakı ləfz belədir: "Mən elmin şəhəriyəm, Əli isə qapısıdır. Kim elm istəsə, ona qapısından gəlsin." Hakim bu hədisi səhih görmüş, Təbərani də İbn Abbas hədisini bu lafızla tahriç etmişdir. Taberânî'nin ricali Abdusselam əl-Hərəvi xaric səhih ricalidir. əl-Hərəvi isə muhaddislere gore zəifdir. Əbu Əhməd b. Adiy hədisçilər onu zayıflıkla ittiham etdiklərini və hədisi ondan zayıflardan bir qrupun oğurladığını zikr etmişdir. Ancaq Hakim, hədisi adı çəkilən Abdusselam rivayetiyle tahriç etmişdir. Abbas əd-Dûrî'den nəql edildiyinə görə o belə demişdir: "İbn Maîn'e Ebu's-Salt haqqında soruşdum o da sıxan, dedi." Mən deyirəm ki, ondan Əbu Müaviyə "mən elmin şəhəriyəm" hədisini tahdîs etmiş və "bunu Məhəmməd b. Cəfər əl Feydî tahdîs etmişdir və o sika ", demişdir. Hakim, daha sonra hədisi, adı çəkilən Feydî tarıkıyla gətirmiş, bunun üçün Cabir hədisindən bir şahid də zikr etmişdir.

ibni Həcər, "əl-Ecvibe ....", səhifə 108, 17-ci hədis


heç bir şübhəyə yer qalmamağı üçün kitabın skanını da əlavə edirəm:


ene medinetul ilmu ve aliyyun babu.JPG

#10 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 08 августа 2011 - 18:39

hədis haqqında araşdırma

#11 RahilMR

RahilMR

    Arif – Corporal

  • Murid
  • 57 сообщений

Отправлено 09 августа 2011 - 10:44

Hər kəs bu ŞƏHƏRƏ (s) qapıdan (ə) girməsə O OĞRUDUR.
Oğrunun da əli kəsilməlidir.
Səni arifdən soruşdum, dedi: "İrfan Əlidir"

Səni mömindən soruşdum, dedi: "İman Əlidir"

#12 TURK

TURK

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 236 сообщений

Отправлено 31 октября 2011 - 12:03

mende bu barede bele bir meqale var.bu kitablari oxumaga imkani olanlar arashdira bilerler.Burada imam Tirmizininde bu edis barede fikri vardir.


"Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır".

Cavab: Bu hədis səhih deyildir. Bir çox elm əhli bunu zəif hesab edir. Aşağıda o alimlərin adları və bu hədis barədə dediklərini təqdim edirik.

1. Buxari demişdir: Münkər hədisdir, heç bir vəchlə səhih ola bilməz.
("Əl-Məqadisu-l-həsənə", səh. 170)

2. Əbu Hatim demişdir: Əsası yoxdur.
("Kəşfül-xəfə"), cild1, səh.235)

3. Əbu Züra demişdir: Nə qədər insanlar bu hədislə özlərini xəcil edirlər.
("Tarixü Bağdad", cild11, səh.205)

4. Tirmizi demişdir: Bu hədis qərb və münkərdir.
(""Əs-Sünən", "Kitabu-l-mənaqib", "Bab Mənaqib Əli", 3723)

5. Üqeyli demişdir: Bu mətndə (bu mənada) səhih bir şey yoxdur.
("əd-Düafə l-Kəbir" cild 3, səh.150)

6. İbn Hibban demişdir: Bu (hədisin) heç bir əsası yoxdur.
("Əl-Məcruhin

#13 MirMustafa

MirMustafa

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 691 сообщений

Отправлено 31 октября 2011 - 14:04

mende bu barede bele bir meqale var.bu kitablari oxumaga imkani olanlar arashdira bilerler.Burada imam Tirmizininde bu edis barede fikri vardir.


"Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır".

Cavab: Bu hədis səhih deyildir. Bir çox elm əhli bunu zəif hesab edir. Aşağıda o alimlərin adları və bu hədis barədə dediklərini təqdim edirik.

1. Buxari demişdir: Münkər hədisdir, heç bir vəchlə səhih ola bilməz.
("Əl-Məqadisu-l-həsənə", səh. 170)

2. Əbu Hatim demişdir: Əsası yoxdur.
("Kəşfül-xəfə"), cild1, səh.235)

3. Əbu Züra demişdir: Nə qədər insanlar bu hədislə özlərini xəcil edirlər.
("Tarixü Bağdad", cild11, səh.205)

4. Tirmizi demişdir: Bu hədis qərb və münkərdir.
(""Əs-Sünən", "Kitabu-l-mənaqib", "Bab Mənaqib Əli", 3723)

5. Üqeyli demişdir: Bu mətndə (bu mənada) səhih bir şey yoxdur.
("əd-Düafə l-Kəbir" cild 3, səh.150)




6. İbn Hibban demişdir: Bu (hədisin) heç bir əsası yoxdur.
("Əl-Məcruhin




Tirmizi demişdi deməli gözü bağlı qəbuldur. Amma yuxarıda qardaşlar yazdıqlarını heç üzünədə baxmaq lazım deyil. Belə olmaz axı.
Mənə həmişə maraqlı gəlir, sizin əqidədə insanın öz fikri ümumiyyətlə olmamalıdır?
36:60-62
Ey Adəm övladı! Məgər Mən sizdən əhd almadımmı ki, Şeytana ibadət etməyin, o sizin açıq-aşkar düşməninizdir,
Və (sizə buyurmadımmı ki) Mənə ibadət edin, doğru yol budur?!
Həqiqətən, (Şeytan) içərinizdən çoxlarını yoldan çıxartdı. Məgər ağlınız kəsmirdi?

#14 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 31 октября 2011 - 16:35

mende bu barede bele bir meqale var.bu kitablari oxumaga imkani olanlar arashdira bilerler.Burada imam Tirmizininde bu edis barede fikri vardir.

"Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır".

Cavab: Bu hədis səhih deyildir. Bir çox elm əhli bunu zəif hesab edir. Aşağıda o alimlərin adları və bu hədis barədə dediklərini təqdim edirik.

Tirmizidə bəyəm bu hədis var? Onu görmüsüz?
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#15 TURK

TURK

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 236 сообщений

Отправлено 31 октября 2011 - 17:19

Tirmizidə bəyəm bu hədis var? Onu görmüsüz?


yox gormemishem,amma bunu goturduyum menbeye etimadsizliq etmeye esasim yoxdur.sizin getirdiyiniz eserleride gormemishem.

Сообщение отредактировал TURK: 31 октября 2011 - 17:28


#16 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 31 октября 2011 - 17:30

yox gormemishem,amma bunu goturduyum menbeye etimadsizliq etmeye esasim yoxdur.sizin getirdiyiniz eserleride gormemishem.

Bu hədis Tirmizidə yoxdur! Bizim yazdıqlarımızın isə hamısı burda, elə bu mövzudadı.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#17 TURK

TURK

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 236 сообщений

Отправлено 31 октября 2011 - 18:42

Bu hədis Tirmizidə yoxdur! Bizim yazdıqlarımızın isə hamısı burda, elə bu mövzudadı.


men dememishem ki bu hedis Tirmizide var.men getirdiyim menbede Tirmizinin bu hedis barede fikri var hansi ki sizin yazdiginiz Tirmizinin fikri ile ziddeyyet teshkil edir.

#18 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 01 ноября 2011 - 00:26

men dememishem ki bu hedis Tirmizide var.men getirdiyim menbede Tirmizinin bu hedis barede fikri var hansi ki sizin yazdiginiz Tirmizinin fikri ile ziddeyyet teshkil edir.


Ümumiyyətlə, mənbəsindən asılı olmayaraq, Peyğəmbərin (s) bu sözü deməsinə inanırsız ya yox?


Əgər cavabınız YOX isə, ikinci bir sual, Hz.Əlinin (ə.s) bu məqamın sahibi olmasına mane olan nədi? Yəni, niyə görə Peyğəmbər (s) bu sözləri Hz.Əliyə (ə.s) deyə bilməzdi?


Tirmiziyə gəldikdə, məncə bu hədis Sünən Tirmizidə olub, sadəcə sonradan çıxarılıb. Bir sıra alimlərin bu barədə şahidliyi var.


Həmçinin, Təbəri, Hakim Nisaburi, Müttəqi Hindi, Zərkaşi, Suyuti, Səxavi və bir çox digər alimlər bu hədisin müxtəlif sənədlərini zikr ediblər və bəziləri "həsən", bəziləri isə "səhih" olduğunu deyiblər.
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#19 TURK

TURK

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 236 сообщений

Отправлено 01 ноября 2011 - 15:55

Ümumiyyətlə, mənbəsindən asılı olmayaraq, Peyğəmbərin (s) bu sözü deməsinə inanırsız ya yox?


Əgər cavabınız YOX isə, ikinci bir sual, Hz.Əlinin (ə.s) bu məqamın sahibi olmasına mane olan nədi? Yəni, niyə görə Peyğəmbər (s) bu sözləri Hz.Əliyə (ə.s) deyə bilməzdi?


Tirmiziyə gəldikdə, məncə bu hədis Sünən Tirmizidə olub, sadəcə sonradan çıxarılıb. Bir sıra alimlərin bu barədə şahidliyi var.


Həmçinin, Təbəri, Hakim Nisaburi, Müttəqi Hindi, Zərkaşi, Suyuti, Səxavi və bir çox digər alimlər bu hədisin müxtəlif sənədlərini zikr ediblər və bəziləri "həsən", bəziləri isə "səhih" olduğunu deyiblər.



burda sohbet menim,senin fikrinden, kiminse felsefesinden getmir,men buraya alimlerin bu hedis barede fikirlerini qoydum sadece.hedis barede muheddisler gerek danishsin senin,menim kimiler yox.

Сообщение отредактировал TURK: 01 ноября 2011 - 15:56


#20 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 01 ноября 2011 - 16:04

men dememishem ki bu hedis Tirmizide var.men getirdiyim menbede Tirmizinin bu hedis barede fikri var hansi ki sizin yazdiginiz Tirmizinin fikri ile ziddeyyet teshkil edir.

Tirmizi bu hədis barəhə fikrini harda qeyd edib?

4. Tirmizi demişdir: Bu hədis qərb və münkərdir.
(""Əs-Sünən", "Kitabu-l-mənaqib", "Bab Mənaqib Əli", 3723)

Bunu Tirmizi bu hədis haqda yox, "Mən hikmət eviyəm, Əli də onun qapısı" hədisi haqda deyib. Məncə elə digər sadaladığınız alimlər də həmçinin. "Mən elmin şəhəriyəm" hədisi isə səhihdir!
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#21 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 01 ноября 2011 - 16:49

mende bu barede bele bir meqale var.bu kitablari oxumaga imkani olanlar arashdira bilerler.Burada imam Tirmizininde bu edis barede fikri vardir.


"Mən elmin şəhəriyəm, Əli də onun qapısıdır".

Cavab: Bu hədis səhih deyildir. Bir çox elm əhli bunu zəif hesab edir. Aşağıda o alimlərin adları və bu hədis barədə dediklərini təqdim edirik.

1. Buxari demişdir: Münkər hədisdir, heç bir vəchlə səhih ola bilməz.
("Əl-Məqadisu-l-həsənə", səh. 170)

2. Əbu Hatim demişdir: Əsası yoxdur.
("Kəşfül-xəfə"), cild1, səh.235)

3. Əbu Züra demişdir: Nə qədər insanlar bu hədislə özlərini xəcil edirlər.
("Tarixü Bağdad", cild11, səh.205)

4. Tirmizi demişdir: Bu hədis qərb və münkərdir.
(""Əs-Sünən", "Kitabu-l-mənaqib", "Bab Mənaqib Əli", 3723)


5. Üqeyli demişdir: Bu mətndə (bu mənada) səhih bir şey yoxdur.
("əd-Düafə l-Kəbir" cild 3, səh.150)

6. İbn Hibban demişdir: Bu (hədisin) heç bir əsası yoxdur.
("Əl-Məcruhin


3723- Ali (r.a.)’den rivâyete göre, Rasûlullah (s.a.v.) şöyle buyurmuştur: “Ben hikmet eviyim. Ali de bu evin kapısıdır.” (Tirmizî rivâyet etmiştir.)

ž Tirmizî: Bu hadis garib münkerdir.


#22 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 01 ноября 2011 - 18:22

burda sohbet menim,senin fikrinden, kiminse felsefesinden getmir,men buraya alimlerin bu hedis barede fikirlerini qoydum sadece.hedis barede muheddisler gerek danishsin senin,menim kimiler yox.


Onda buyur:

والحاصل ان الحديث ينتهي لمجموع طريقي أبي معاوية وشريك إلى درجة الحسن المحتج به ولا يكون ضعيفا فضلا عن ان يكون موضوعا انتهى.


“Nəticə budur ki, bu rəvayətin həm Əbu Muaviyə və həm də Şərikdən nəql olmuş sənədi “Həsən” dir. Ondan dəlil kimi istifadə etmək olar. Bu rəvayət zəif deyil, o da qalsın mövzu (uydurma) ola.”

əz-Zərkaşi, ət-Təzkirə fi əl-əhədis əl-Muştəhirə, c.1, s.165
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#23 Ebul Hesen

Ebul Hesen

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 288 сообщений

Отправлено 04 ноября 2011 - 01:08

TURK, sinmisan deyesen? :gizildish:
Ey Muaviye... Doyush isteyirsen. Ele ise xalqi bir yana qoyub tekce qarshima cix... Men Ebul Hesenem. Bedrde atanin, dayinin, qardasinin bashlarini keserek men oldurdum. o qilinc hele de menimledir. Men ne dinimi deyishdirdim ne de yeni bir peygember uydurdum. Men sizin isteyerek terk etdiyiniz ve istemeyerek mecburi girdiyiniz yoldayam.

#24 N_ن_N

N_ن_N

    Liwa – Major General

  • Murid
  • 4 204 сообщений

Отправлено 21 ноября 2011 - 20:16

Allah sizdən razı olsun qardaşlar!

Qeyd edim ki, bu hədis ləfzi mutəvatirdir! :rolleyes:
Daha ətraflı məlumat almaq istəyənlər ƏbdulHuseyn Əminin yazdığı kitaba(ərəbcə) muraciət etsinlər.


P.S
Yadıma Şahin ( Əbu Zeyd) əl-kəzzəbin sözü yadıma düşdü.Qurandan xəbəri olmayan bu məxluq "ƏbdulHuseyn" adı üçün "şirk" demişdi.)) SubhanALlah!

Сообщение отредактировал 3_Rengli_HeyaT: 21 ноября 2011 - 20:17

"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru