Перейти к содержимому

Фотография

Islamda musiqiye münasibet

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 63

#31 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 26 декабря 2008 - 15:50

Buyurun..

ALLAH Seytana lenet elesin..

Ay gardashlar, sonra da deyirsiniz NIYE YAZMIRSINIZ..

Insana sozu bir defe deyerler adeten..her yer eseb, her an eseb, dayi artig esebi men ne edirem oz bashimin uzerine.

CUMENIZ MUBAREK

Salamat galin haminiz..

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#32 Scriber

Scriber

    Arif – Corporal

  • Murid
  • 54 сообщений

Отправлено 26 декабря 2008 - 16:08

Амин, инша Аллах! Бахем!

Аллах сизи хошбехт елясин!
"Я с момента принятия ислама приготовил себя к смерти. Этим меня не испугать!" (Малкольм X)

#33 iravani

iravani

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 08 февраля 2009 - 21:45

ĞINA VƏ MUĞƏNNI 16:32

BAĞIŞLAYAN VƏ MEHRIBAN ALLAHIN ADI ILƏ
“Həqiqətən, mö’minlər nicat tapmışlar! Onlar namazlarında zəlil olub, boyun əyərlər! Onlar ləğv işlərdən (bihudə əməllərdən) üz döndərərlər” (Muminin, ayə 1,2,3)
Allah-təala əzəli elmi ilə bütün faydasız əməlləri ləğv adlandırmışdır. Həmin ləğv əməllərin sırasında musiqi özünə məxsus yer tutur. Narkotik maddələrin və spirtli içkilərin qadağan olunmasında əsas səbəb onların insanları təbii haldan çıxarıb idarə etmələridir. Musiqi də belə bir keyfiyyətə malikdir. Musiqi dinləyən şəxs getdikcə ona aludə olur. Çünki əksər nəğmələrin möhtəvası qadın gözəlliyini iffətsiz şəkildə vəsf etməklə insanları ekstaz vəziyyətə salmaq üçün tərtib olunur. Zaman keüçdikcə insan şəhvət dolu nəğmələrə qulaq asmaqla ekstaz halına düşür. Onu dinləyənlər şəhvətdən başqa ayrı bir şey haqqında düşünmür ki, bu da bir növ məstlikdir. Məxsusən bu məqsədlə yaradılan şoulara diqqət edərkən məlum olur ki, oraya yığışanlar necə öz üzərində kontrolları itiririrlər. Qadın gözəlliyi həyasızlıqla təsvir olunan nəğmələrə qulaq asanlar onu şəhvətlə dinləyib vəsf olunan şeyləri gözləri önündə cənlandırırlar. Ailədə və ictimaiyətdə iki kəlimə şirin danışmağı bacaramayan cavanlar həmin ekstaz vəziyyətdə həmin müğənninin hətta ayaqlarını belə yalamağa hazırdırlar. Musiqinin ritmi gücləndikcə insan daha artıq dərəcədə təhrik olur və nəticədə insaniyyətə sığmayan hərəkətlərə yol verir. Belə şoular insanları kollektiv şəkildə heyvani hərəkətlərə sövüq etmək üçün qurulur. Hətta narkotik maddələrin belə kütləvi heyvanlaşdırma qabiliyyəti yoxdur. Şəhvətpərət kişi və qadınların spirtli içkilərə, narkotik maddələrə və musiqiyə şiddətli şəkildə bağlılıqları dediklərimizi təsdiqləyir.
Normal insan bir anlıq oturub təfəkkür etsə başa düşər ki, əyyaşlıqla keçirilən ömür heç bir məntiqə sığmır. Allah tərəfindən verilmiş qısa bir ömürü elə mənalı yaşamalısan ki, sonralar dönüb geri baxanda o faydasız keçən günlərə görə təəssüflənməyəsən. Daha özünə nifrət etməyəsən ki, axı mən hansı ağılla özümü alçaldıb filan müğənninin əlini öpdüm.
“Bütlərdən və batil sözlərdən uzaq uzaq olun” (Həcc, ayə 30)
1. Rəsulullah (s): “Allah-təala məni aləmlərə rəhmət göndərib. Mən sazı, ney və cahiliyyət adətlərini yığışdıracağam (qadağan edəcəyəm)” (Biharul-ənvar, 79/250)
2. Rəsulullah (s): “Allah-təala dünyada iki səsi lənətləyib: ney avazını və müsibət zamanı qoparılan şivən səslərini” (Kənzul-ummal, hədis 40661)
3. İmam Sadiq (ə): “Ğina o şeylərdəndir ki, Allahın ona görə cəhənnəm odunda yanmaq vədəsi veribdir. Allah-təala Quranda buyurub: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlıqdan insanları Allah yolundan azdırmaq üçün bihudə sözləri satın alarlar. Məhz belələrini xar edici bir əzab gözləyir” ()
4. Rəsulullah (s): “Ğina zinanın tilsimidir (açarıdır)” (Biharul-ənvar, 79/247)
5. Rəsulullah (s): “Üç şey insanın qəlbini qaraldar: Qinaya qulaq asmaq, şikar etməyə aludə olmaq və sultanın sarayına tez-tez getmək” (Biharul-ənvar, 79/247)
6. İmam Sadiq (ə): “Ğina özündən sonra nifaq yaradır” (Biharul-ənvar, 79/247)
7. Rəsulullah (s): “Dörd şey insanın qəlbini qaraldar. Su toxumu cücərtdiyi kimi onlar da qəlbdə nifaq ağacını cücərdər. Musiqiyə qulaq asmaq, söyüş söymək, sultanın qapısına tez-tez gedib gəlmək və şikar etməyə aludə olmaq” (Biharul-ənvar, 79/252)
8. Rəsulullah (s): “Müğənni Allah-təala tərəfindən lənətlənib, hər kəs müğənniyə yer verə və onun qazancından yesə o da məlundur” (Biharul-ənvar, 79/212)
Muğənniyə yer vermək yəni onun gördüyü işi tərif edib dəstəkləmək. Muğənni üçün ayağa durub ona ehtiram göstərmək də bu məfhuma daxildir. Allah-təala belə insanları lənətləyib. Çünki belələ insanlara ehtiram göstərmək eynən İlahi əmrə etiraz etmək kimidir.
9. İmam Sadiq (ə): “Muğənniyə qadının qazancı haramdır” (Mustədrəkul-vəsail 13/91)
10. İmam Sadiq (ə): “Munəccim məlundur, kahin məlundur, sehirbaz məlundur və muqənni məlundur. Hər kəs muğənniyə yer verə və onun qazancından yesə məlundur” (Xisal şeyx Səduq)
11. İbrahim ibn Əbi Bəllad: “İmam Musaye Kazım (ə)-a dedim: Ağa sizə qurban olum sizin şiələrinizdən bir nəfərin muğənniyə kənizləri var. Onların qiyməti on dörd min dinardır. Həmin şəxs bu pulun üçdə bir hissəsini sizin üçün ayırıb. İmam buyurdu: Mənim o pula ehtiyacım yoxdur. Çünki müğənniyə qadının pulu itin pulu kimi nəcis və haramdır.” (Qurbul əsnad)
12. İmam Rza (ə) : “Muğənniyə qadının qazancı haramdır, növhə deyən qadının qazancının işkalı yoxdur. Bərbər qadın əgər şərt etməsə və ona verilən məbləği qəbul etsə onun da qazancının eybi yoxdur. Bu şərtlə ki, yad qadının saçını başqa bir qadının saçına qaynaq etməsin (birləşdirməyə). Amma əgər qoyun tükünü qaynaq etsə eybi yoxdur. Rəsulullah (s) yeddi tayfanı lənətləyib: Yad qadınların saçlarını saçına qaynaq edən qadınları, özlərini kişiyə oxşadan qadınları və özlərini qadınlara oxşadan kişiləri, dişlərini aralayanları, əllərinə tatuaj edənləri, özünü başqa bir kişiyə nisbət verənləri, zövcəsindən qafil olan kişiləri. Zövcəsindən xəbərsiz olan kişi dəyyusdur. Rəsulullah (s) buyurub: Dəyyusu öldürün .....rüşvət almağın hökmü böyük olan Allaha küfr etmək kimidir” (Fiqhul-Rza)
Əsla belə təsəvvür etmək düzgün deyil ki, İslam dini musiqini tam şəkildə qadağan edir. İslam dini tərkibində ğina olan mutrib (şəhvət yaradıb insanı vəcdə gətirən) musiqiləri haram edib. İnsanlarda vətənpərvərlik ruhunu alovlandıran musiqilər o cümlədən hərbi marşlar məqsədə uyğundur.
Sual: Əgər şəhvətpərəstlik, spirtli içkilər içmək və ğinaya qulaq asmaq əqlin süqutuna səbəbdirsə bəs onda nəyə görə avropalılar bu məsələdən istisna olublar? Əksinə onlar elmi texniki tərəqqinin ən yüksək nailiyyətlərini əldə ediblər?
Cavab: Adını çəkdiyiniz qərbdəki elmi texniki tərəqqi alkoqola qurşanmış barlarda və şoularda ekstaz musiqilərdən məst olmuş beyinlərin məhsulu deyil. Əksinə onlar hər cür əyyaşlıqdan uzaq olan alimlərin zəhmətlərinin nəticəsidir. Bəli qərb elmi texniki tərəqqidə böyük nailiyyətlər əldə edib bunu inkar etmək olmaz. Amma qəbin əxlaqi fəsadlara uğradığını da yaddan çıxarmaq olmaz. Bir tərəfli inkşaf və tərəqqi kifayət deyilı İnkşaf gərək hər tərəfli olsun. Əgər inkşaf həm ruhi, həm əxlaqi və həm də elmi cəhətləri əhatə etsə onda həmin cəmiyyəti kamil adlandırmaq olar. Qərbdə ailə məfhumunun mənasını itirdiyini, qaunsuz doğulan uşaqların sayının gün-bəgün çoxaldığını, qətl və cinayətlərin artması bütün bunlar şərab, ğina və narkotikanın nəticələri deyilmi? Qərbin məhdudiyyətsiz azadlığına vurulanlar yalnız omanist və liberalist təfəkkürlərin əsrələrini müşahidə edərək onlardan təqlid etməyi daha üstün tuturlar. İctimaiyyətdə sərhədsiz azadlığın tərəfdarları zaman keçdikcə yaşadıqları həyatdakı puçluğu gördülkcə özünə qapanmaya, iztiraba düçar olurlar. Onlar bu boşluğu doldurmaq üçün narkotika, şərab və ekstaz musiqilərə üz tuturlar ki, hər şeyi yaddan çıxarsınlar. Məst və xumar olan ətrafında baş verənləri necə dərk edə bilər? Yaradılış hədəfindən uzaqlaşıb ətrafda baş verənlərdən xəbərsoiz olmaq ən böyük faciə deyilmi? Bütün həyati sərmayəsini puç edib havaya sovuran insanı aqil saymaq olarmı? Ən böyük sərmayəısini (insaniyyətini) puç və tarı-mar edəni aqil saymaq olarmı?

ELMAN İBADOV kerrar@mail.ru
http://islamiyyet.uc.../2009-02-03-109
Bir şam digərini yandırmaqla işığından heç nə itirməz..

#34 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 09 февраля 2009 - 19:51

http://www.boxca.com...am-agam[1].html buna qulaq asmaq olar?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#35 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 19 марта 2009 - 00:47

Bir deqiqe.
Dini mahnilarin hamisina qulaq asmaq olar?
Ve qeyri dini mahnilarin heç birine qulaq asmaq olmaz?

#36 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 27 марта 2009 - 20:21

eyş-işrət məclislərinə xas olan musiqiler haramdır. çox təssüf edirəm ki, müsəlmanların bəzi toy məclisləri zurna-balabanla keçirilir.
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#37 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 08 апреля 2009 - 13:46

eyş-işrət məclislərinə xas olan musiqiler haramdır. çox təssüf edirəm ki, müsəlmanların bəzi toy məclisləri zurna-balabanla keçirilir.

Müsəlmanda demək istəyərkən kimləri nəzərdə tutmusan? namaz qılanları?

«لبيــــــــك خــــــــامنئي »

#38 Nezaket1983

Nezaket1983

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 250 сообщений

Отправлено 08 апреля 2009 - 15:53

salam aleykum hər kəsə.Quran kimi gözəl musuqi yoxdur Vallah.Onun oxunuğunda sanki sirli bir avaz var.Yaqin ki mənim fikrimlə razisiz
Insanın vücudu üç hisseden ibaretdir. Bunların biri Allaha aid, digeri özüne aiddir, o biri ise ilan-çayır ve heşeratlar üçündür. Allaha aid olan hisse ruhdan ibaretdir. İnsanın özüne aid olan hisse onun emelleridir. İnsanın bedeni ise (ölenden sonra) ilan-çayır ve heşeratlara qalar. İlan-çayırdan ötrü (yeni öz cismani istekleri üçün) çalışan adam ziyan çekmişdir.

#39 mety_ety

mety_ety

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 18 сообщений

Отправлено 09 апреля 2009 - 20:25

Salam aleykum........
Musiqi islamda haramdir........
Logman suresi aye 6, Isra suresi aye 64........
ve buna dair kitablarda bir cox hadisler de var.........

#40 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 13 апреля 2009 - 12:43

Salam aleykum........
Musiqi islamda haramdir........
Logman suresi aye 6, Isra suresi aye 64........
ve buna dair kitablarda bir cox hadisler de var.........

Mövzuya diqqet yetirseniz yaxşı olar. Qurani Kerimin heç bir yerinde "musiqi" sözü işlenmeyib. Haram olan ğinadır. Ğınanın ne olduğunu ise men bu mövzuda artığlamasıynan yazmışam. Razıyam ki, indi ki dövrün 95% musiqileri ğina qismindedir ve onlara qulaq asmaq haramdır. Doğrusun Allah bilir!

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#41 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 13 апреля 2009 - 23:06

eyş-işrət məclislərinə xas olan musiqiler haramdır. çox təssüf edirəm ki, müsəlmanların bəzi toy məclisləri zurna-balabanla keçirilir.

Müsəlmanda demək istəyərkən kimləri nəzərdə tutmusan? namaz qılanları?

artiq bezi namaz qilanlarin da toy meclisleri bu cur terzde kechirilir.
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#42 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 15 апреля 2009 - 09:26

eyş-işrət məclislərinə xas olan musiqiler haramdır. çox təssüf edirəm ki, müsəlmanların bəzi toy məclisləri zurna-balabanla keçirilir.

Müsəlmanda demək istəyərkən kimləri nəzərdə tutmusan? namaz qılanları?

artiq bezi namaz qilanlarin da toy meclisleri bu cur terzde kechirilir.

Mən bir neçə müsiqi toyunda olmuşam. Və onların dediklərinə görə yalnız Aytullah Xameneyinin müqəllidləri belə toy edə bilərlər. Çünki, Rəhbər bu məsələdə digərlərinə baxanda yüngül mövqedədir.

«لبيــــــــك خــــــــامنئي »

#43 palchiq

palchiq

    Naqib – Captain

  • Murid
  • 809 сообщений

Отправлено 15 апреля 2009 - 12:46

eyş-işrət məclislərinə xas olan musiqiler haramdır. çox təssüf edirəm ki, müsəlmanların bəzi toy məclisləri zurna-balabanla keçirilir.

Müsəlmanda demək istəyərkən kimləri nəzərdə tutmusan? namaz qılanları?

artiq bezi namaz qilanlarin da toy meclisleri bu cur terzde kechirilir.

Mən bir neçə müsiqi toyunda olmuşam. Və onların dediklərinə görə yalnız Aytullah Xameneyinin müqəllidləri belə toy edə bilərlər. Çünki, Rəhbər bu məsələdə digərlərinə baxanda yüngül mövqedədir.

Rehberin numyandesi uzaqda deyil. bu toylarda seslenen oyun musigileri haqqinda onun reyi bilmek olardi. inanmiram ki o, bu musiqileri musbet munasibet bildirsin.
Tərbiyənin kimdən öyrəndin?....-Tərbiyəsizdən ( müdrik kəlam)

#44 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 15 апреля 2009 - 16:17

eyş-işrət məclislərinə xas olan musiqiler haramdır. çox təssüf edirəm ki, müsəlmanların bəzi toy məclisləri zurna-balabanla keçirilir.

Müsəlmanda demək istəyərkən kimləri nəzərdə tutmusan? namaz qılanları?

artiq bezi namaz qilanlarin da toy meclisleri bu cur terzde kechirilir.

Mən bir neçə müsiqi toyunda olmuşam. Və onların dediklərinə görə yalnız Aytullah Xameneyinin müqəllidləri belə toy edə bilərlər. Çünki, Rəhbər bu məsələdə digərlərinə baxanda yüngül mövqedədir.

Rehberin numyandesi uzaqda deyil. bu toylarda seslenen oyun musigileri haqqinda onun reyi bilmek olardi. inanmiram ki o, bu musiqileri musbet munasibet bildirsin.

Mən demirəm ki, müsiqinin insana müsbət təsiri var və sairə.. İranda edilən istiftatlar və Rəhbərin şərii məsələlərə cavab kitabı əlimizdədir. Həmin fətvaları oxuyandan sonra açıq aşkar görmək olar ki, Rəhbərin musiqi barəsində nəzrə digərlərindən tamamilə seçilir.

«لبيــــــــك خــــــــامنئي »

#45 Black knight

Black knight

    Aqid – Colonel

  • Emir
  • 2 006 сообщений

Отправлено 18 апреля 2009 - 20:55

eyş-işrət məclislərinə xas olan musiqiler haramdır. çox təssüf edirəm ki, müsəlmanların bəzi toy məclisləri zurna-balabanla keçirilir.

Müsəlmanda demək istəyərkən kimləri nəzərdə tutmusan? namaz qılanları?

artiq bezi namaz qilanlarin da toy meclisleri bu cur terzde kechirilir.

Mən bir neçə müsiqi toyunda olmuşam. Və onların dediklərinə görə yalnız Aytullah Xameneyinin müqəllidləri belə toy edə bilərlər. Çünki, Rəhbər bu məsələdə digərlərinə baxanda yüngül mövqedədir.

Men bununla tamamile raziyam.
Я сам себе судья и никто на этом Свете не может меня судить

#46 YASEMEN

YASEMEN

    Raqib – Seargeant

  • Murid
  • 173 сообщений

Отправлено 29 августа 2009 - 00:25

salam elekuma allah razi olsun yaxsi movzudu .Duzdu haram musiqiyə qulaq asmaqdan cəkinmək o qədərdə asan deyil çünkü seytan bunu manə olur çalişmaq lazimdi şeytanin xoş sözünə aldanmayasan .
У имама Садыка (ДБМ) спросили: "Не означают ли слова Пророка, что "Фатима - госпожа женщин в раю", относится только к женщинам её времени?" На что имам отвечал: "Это относится к Марьям, однако Фатима - госпожа женщин рая от начала и до конца"

#47 semih

semih

    Jundi Awwal – Soldier 1st class

  • Ibtidai
  • 22 сообщений

Отправлено 11 сентября 2009 - 16:03

Evvelki muctehidler her nov musiqini haram bilmisler.
Musiqi aletleri ile meshgul olmagin ,yaxud onlara qulaq asmagin haram olmasi baresinde coxlu hedis neql edilmishdir.Imam Sadiq(e) buyurur ki,Peygemberi-Ekrem(s) buyurmushdur:Men size reqs etmeyi(olmagi),tutek,berbet ve tebil(nagara) chalmagi qadagan edirem
Hezret yene buyurur: Allah -Taala meni butun alemlere rehmet olaraq gondermishdir.Hemcinin buna gore gonderilmishdir ki,sazlari,tutekleri(calgi aletlerini),elece de cahiliyyet dovrunde movcud olanlari-butleri ve ezlami batil edib aradan aparam.
Hemcinin Imam Sadiq(e)-dan bele neql olunur: Allah her kese bir nemet verse ve o shexs de nemet verilen zaman musiqi aleti(mizmar)hazir etse,o nemete qarshi nankorluq etmishdir.

#48 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 12 сентября 2009 - 00:35

Vallahi ki,bu movzuda cox yazmaq olar! Amma hec de butun mominlerin toyunda musiqi olmur,Esasen bizlerde bele toya"dervish toyu deyerler.qaldi ki ozune muselman deyenlerin "toy merekesine" bu haqda men bashaq movzuda yazmisham! C unki,toy alemine cox yaxinam bir az! orada muasir toylar ve dini toylar haqqinda gorduklerimdir! Ustune qoymadan ve eskiltmeden!
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!

Изображение

#49 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 17 сентября 2009 - 21:14

Vallahi ki,bu movzuda cox yazmaq olar! Amma hec de butun mominlerin toyunda musiqi olmur,Esasen bizlerde bele toya"dervish toyu deyerler.qaldi ki ozune muselman deyenlerin "toy merekesine" bu haqda men bashaq movzuda yazmisham! C unki,toy alemine cox yaxinam bir az! orada muasir toylar ve dini toylar haqqinda gorduklerimdir! Ustune qoymadan ve eskiltmeden!

Mashaallah gardash yaz

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549

#50 yezide lenet

yezide lenet

    Arif – Corporal

  • Murid
  • 63 сообщений

Отправлено 19 марта 2011 - 14:35

Musiqi üçün qoyulan əsas məhdudiyyət onun insanı harama təşviq etməməsidir. Bu bir çox insanlar üçün fərqli anlaşıla bilər. Məsələn elə insan ola bilər ki, musiqi onu heç cür harama təşviq edə bilməsin, eləsi də ola bilər ki, həmin saniya musiqiyə aludə olsun.

al-İslam qardaş, bu meselede zennimce bir balaca nöqsana yol vermisen. Ele musiqiler var ki, insanı heç harama teşviq etmese bele işkallıdırlar ve onlara qulaq asmaq caiz deyil.

Mesele (Sual) 296: Eger bir şexs üçün heç bir növ aheng ve musiqi tehrik icad etmese, onun bu ahenglere ve musiqilere qulaq asması necedir?

Cavab: Musiqinin haram olmasında meyar camaat arasında onun mütrib olub-olmamasıdır, ister şexs tehrik olunsun, isterse de olmasın.

Ayetullah şeyx Nasir Mekarim Şirazi -“İstifta”
İmam Xomeyni (rehmetullahi aleyh) - “İstiftaat”
Ayetullah Eli Hüseyni Xamenei - “İstifta”
Ayetullah Mehemmed Fazil Lenkerani (rehmetullahi aleyh) - “İstifta”

Amma zennimce Ayetullah şeyx Mehemmed Teqi Behcetinde nezerine de fikir yetirmek lazımdır.

Ayetullah şeyx Mehemmed Teqi Behcet: Musiqi aletleri vasitesile çalınan aheng ve musiqiler mütleq şekilde işkallıdırlar.

Ayetullah şeyx Mehemmed Teqi Behcet - “İstifta”

Her halda Ayetullah Behcetin sözlerinde heqiqet vardır, çünki doğurdan da musiqi aletleri ile çalınan musiqilerde müeyyen işkallar vardır.

salam aleykum/bu meselede camaat deyerken kimler nezerde tutulur?indi əksər insanlar mutrib musiqini ayirmir,elə ən çox mutrib musiqilere qulaq asirlar.bu o demekdir ki,onlari dinlemek caizdir?mence mutrib musiqi üçün konkret bir tə"rif yaxud bir düstur vermək lazimdir.insanlarin ixtiyarina buraxilsa mutrib musiqi anlayişi hec movcud olmayacaq :rolleyes:

#51 yezide lenet

yezide lenet

    Arif – Corporal

  • Murid
  • 63 сообщений

Отправлено 19 марта 2011 - 14:42

Salam aleykum........
Musiqi islamda haramdir........
Logman suresi aye 6, Isra suresi aye 64........
ve buna dair kitablarda bir cox hadisler de var.........

salam aleykum.sən bunu qaçib Qametden soruşdun onun saytinda?hec olmasa sonra Qurani acib ayəyə baxa idin.. :gizildish:

#52 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 20 марта 2011 - 00:43

Bismillah,mən bunu bilirəm ki,eyş-işrət məclisində oxunmursa olar.Məsələn,tar kimi...Bəzən dini musiqilərə istinad verirlər ki,elə burda da bir çox alət istifadə olunur,bəs o haram deyil?Amma bu alətlər istifadə olunsa da o mahnının eyş-işrət məclisinə zərrə qədər də dəxli yoxdur.Mənim elə qulaq asdığım bu kimi mahnılardır,ilahi desək daha düzgün olar.Türk+xarici,hətta azəri olsa belə qulaq asılmamalıdır,çünki eyş-işrət məclisində oxunan mahnı möminin,ən azı isə müsəlmanın qulağına "yaraşmaz"!

#53 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 20 марта 2011 - 00:59

Haram musiqini ayırd etmək o qədər də çətin deyil. Elə musiqinin sözləri buna kifayətdi. Bu gün gənclərin dinlədiyi musiqilərin böyük əksəriyyəti eşq-məhəbbətə aid olan musiqilərdi. Bu musiqilər (istər pop, istər, rok və s.) qeyri-qanuni "sevgi"lər haqqındadı. İki naməhrəm öz "münasibət"inə aid mahnı oxuyur. Əlbəttə ki, bunlar haramdı.
Ümumiyyətlə, belə qənaətə gəlmişəm ki (öz adıma) vətənpərvər, dini və bəzi klassik mahnıları çıxmaq şərti ilə digərləri haramdı. Yüksək məqam əldə etmək istəyənlər ümumiyyətlə musiqi dinləyərək vaxtlarını israf etməsələrə bu lap əla.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#54 yezide lenet

yezide lenet

    Arif – Corporal

  • Murid
  • 63 сообщений

Отправлено 21 марта 2011 - 12:21

salam aleykum/yox yenə tam cavab ala bilmədim.məsələn,birdən həmin bu mahnini mehremler bir-birine oxudu?sohbet musiqidən gedir onun sözlərindən yox.musiqi isə səsdən ibarətdir söz olmadan da musiqi movcud ola bilər.mən bir hədis oxumuşam(buxari,toy bəhsi) ki,orda peygəmbər(S) Aişəyə buyurur ki,dəf calib şer soyləyənləri cagirsin ki,bu ənsarin xoşuna gələr...bax burda dəf alətindən sohbet gedir.o da musiqi alətidir dervişlərin musiqi aletidir.dervişlər dəf calib şer soyləyənlərdir.onlarin musiqisi adamin sumuyune de duşur,başına da.indi bu necə olur?elə qara repçilər də uptsla duptsla rep deyirlər də :yu:

Сообщение отредактировал yezide lenet: 21 марта 2011 - 12:30

#55 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 21 марта 2011 - 19:34

Bismillah,zbuxarinin kitabı höccət deyil,deyəndə də qardaş səhih de.İmkan varsa o hədisi yazarsan...Qaldı ki,məhrəmlərin bir-birinə oxumasına,fərqi yoxdur.Sevgi mahnıları da eyş-işrət məclisində oxunur,ona görə də olmaz.Ümumiyyətlə,fiqhdə ğina ləhv(səhv etmirəmsə belə yazılır) alətlərlə ifa edilən musiqiyə deyilir.Ləhv alət isə,eyş-işrət məclisində çalınan alətə deyilir,yəni ğina eyş-işrət məclisində çalınan musiqidir.Bir də belə şey var:əvvəllər,tar haram idi,çünki o vaxtlar bu aləti eyş-işrət məclisində çalırdılar,amma indi problemi yoxdur.Düzdür,ola bilər kimsə dünyəvi toyda tar çaldırsın,amma ümumən bu ona təsir etmir.Bu dünyəvi mahnının dini toyda səslənməsi ilə analojidir,yəni necə dünyəvi mahnı dini toyda olsa belə haramdır,tar kimi alət də dünyəvi toyda olsa belə problemsizdir.
P.S ləhv alətin və ğinanın tərifi-Xamneyi(rə) ağaya istinad
P.S.S tar söhbəti-Hacı Şahinin(ra-Allah razı olsun)) xütbəsinə istinad

#56 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 21 марта 2011 - 20:52

Musiqi alətlərinin əksəriyyəti haram deyil,onlarla calınan musiqilər haram ola bilər və yaxud halal.

Necə ki,bıcaqla adam öldürməkdə olar mətbəxt içlərində istifadə eləməkdə.

Ümumiyyətlə hər şeyi haram və halal ücün istifadə eləmək olar.Götürək elə kompüterin,internetin özünü.

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#57 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 21 марта 2011 - 22:21

Bismillah,mən bunu bilirəm ki,eyş-işrət məclisində oxunmursa olar.Məsələn,tar kimi...Bəzən dini musiqilərə istinad verirlər ki,elə burda da bir çox alət istifadə olunur,bəs o haram deyil?Amma bu alətlər istifadə olunsa da o mahnının eyş-işrət məclisinə zərrə qədər də dəxli yoxdur.Mənim elə qulaq asdığım bu kimi mahnılardır,ilahi desək daha düzgün olar.Türk+xarici,hətta azəri olsa belə qulaq asılmamalıdır,çünki eyş-işrət məclisində oxunan mahnı möminin,ən azı isə müsəlmanın qulağına "yaraşmaz"!

Haram musiqini ayırd etmək o qədər də çətin deyil. Elə musiqinin sözləri buna kifayətdi. Bu gün gənclərin dinlədiyi musiqilərin böyük əksəriyyəti eşq-məhəbbətə aid olan musiqilərdi. Bu musiqilər (istər pop, istər, rok və s.) qeyri-qanuni "sevgi"lər haqqındadı. İki naməhrəm öz "münasibət"inə aid mahnı oxuyur. Əlbəttə ki, bunlar haramdı.
Ümumiyyətlə, belə qənaətə gəlmişəm ki (öz adıma) vətənpərvər, dini və bəzi klassik mahnıları çıxmaq şərti ilə digərləri haramdı. Yüksək məqam əldə etmək istəyənlər ümumiyyətlə musiqi dinləyərək vaxtlarını israf etməsələrə bu lap əla.

salam aleykum/yox yenə tam cavab ala bilmədim.məsələn,birdən həmin bu mahnini mehremler bir-birine oxudu?sohbet musiqidən gedir onun sözlərindən yox.musiqi isə səsdən ibarətdir söz olmadan da musiqi movcud ola bilər.mən bir hədis oxumuşam(buxari,toy bəhsi) ki,orda peygəmbər(S) Aişəyə buyurur ki,dəf calib şer soyləyənləri cagirsin ki,bu ənsarin xoşuna gələr...bax burda dəf alətindən sohbet gedir.o da musiqi alətidir dervişlərin musiqi aletidir.dervişlər dəf calib şer soyləyənlərdir.onlarin musiqisi adamin sumuyune de duşur,başına da.indi bu necə olur?elə qara repçilər də uptsla duptsla rep deyirlər də :yu:

Məhrəmlər oxusa da eyş-işrət mahnısıdı. Ona görə də caiz olmaz.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#58 lambirin

lambirin

    Jundi – Soldier

  • Ibtidai
  • 7 сообщений

Отправлено 21 марта 2011 - 23:16

Nə qoyub nə axtarırsınız .rafizilər musiqini halal bilir.Buna görə də özlərini Əhli-beyt aşığları adalandırırlar.Bircə sazınız çatışmır

#59 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 21 марта 2011 - 23:27

Lambirin, sənin məqsədin bəllidi. Bu forum insanlar üçün, get özünə zoopark tap. Ban!

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#60 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 22 марта 2011 - 10:34

Lambirin, sənin məqsədin bəllidi. Bu forum insanlar üçün, get özünə zoopark tap. Ban!

Afərin sənə qardaşım, yaxşı ki,bunu spisat elədin.Hardan bildin ki,mənə lambirin lazim idi?

Belələri ancag elə pataloka zada stroy material əvəzi istifadəyə yarıyar.

Сообщение отредактировал Ehli beyt ashigi: 22 марта 2011 - 10:44

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru