Перейти к содержимому


Фотография

Teyr hədisi


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 3

#1 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 14 февраля 2012 - 21:46

Bismillahir-Rəhmanir-Rəhim!


Nasibilərin sevmədikləri hədislərdən biri də Teyr hədisidir. Ona görə bu mövzuda məhz bu hədisin mənbələri və sənədləri barədə araşdırma aparmağa çalışacağıq.
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#2 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 15 февраля 2012 - 01:33

حدثنا عبيد العجلي، حدثنا إبراهيم بن سعيد الجوهري، حدثنا حسين بن محمد، حدثنا سليمان بن قرم، عن فطر بن خليفة، عن عبد الرحمن بن أبي نعم، عن سفينة مولى النبي صلى الله عليه وسلم أن النبي صلى الله عليه وسلم أتى بطير فقال: اللهم ائتني بأحب خلقك إليك يأكل معي من هذا الطير، فجاء علي رضي الله عنه فقال النبي صلى الله عليه وسلم اللهم واليّ



Bizə Ubeyd əl-icli rəvayət etdi, bizə İbrahim b. Səid əl-Cövhəri rəvayət etdi, bizə Hüseyn b. Muhəmməd rəvayət etdi, bizə Süleyman b. Qərm, Fitr b. Xəlifədən, o da Əbdür-Rəhman b. Əbi Naamdan, o da Səfinədən (Rəsulullahın (s) azad etdiyi qulu) rəvayə edir ki, Rəsulullah (s) əlində bir qızardılmış quşla gəldi və buyurdu: Allahım, (məndən sonra) ən çox sevdiyin şəxsi göndər bu yeməkdə mənimlə şərik olsun. Bu zaman Əli gəldi. Peyğəmbər (s) buyurdu: Allahım, o, mənim də ən çox sevdiyim şəxsdir.


ət-Təbərani, əl-Mucəm əl-Kəbir, c.7, s.82, №6437

1. Ubeyd əl-icli

Xətib əl-Bağdadi dedi: siqə, hafiz və dəqiq biri idi. (Tarixi Bağdad, c.8, s.93, №4191)
əz-Zəhəbi dedi: imam, hafiz (Siyər əlam ən-nubəla, c.14, s.90)



2. İbrahim b. Səid əl-Cövhəri


İbn Həcər dedi: siqədir. (Təqrib ət-Təhzib, c.1, s.89, №179)
əz-Zəhəbi dedi: imamdır, hafizdir. (Siyər əlam ən-nubəla, c.12, s.149-151)
əl-Xətib əl-Bağdadi onun siqə olduğunu bildirib. (Tarixi Bağdad, c.6, s.93, №3127)
ən-Nisai, əd-Darəqutni, əl-Xəlili, ibn əl-Xəttab onu siqə hesab ediblər. (Təhzib ət-Təhzib, c.1, s.107, №218)

Əlavə məlumat



3. Hüseyn b. Muhəmməd


Kutubi-Sittənin ravisidir.

İbn Həcər dedi: siqədir. (Təqrib ət-Təhzib, c.1, s.168, №1345)
əz-Zəhəbi dedi: imam, hafiz, siqə. Nisai dedi: onda problem yoxdur. Muhəmməd b. Səd dedi: siqədir. (Siyər əlam ən-nubəla, c.10, s.216)



4. Süleyman b. Qərm


Səhih Müslim, Sünən Əbu Davud, Sünən ət-Tirmizi, Sünən ən-Nisainin ravisidir.

Şiə olduğuna görə hücumlara məruz qalmış bir ravidir. Bununla belə, hədislərinə güvənmiş və səhih hesab edən alimlər də var.

əz-Zəhəbi onun adını "Zikr əsma min təkəlləma fihi va huva muvassaq" (Tənqid edilmiş, lakin sonradan etibarlı hesab olunan ravilər) kitabında c.1, s.93, №146 zikr etmişdir və Əhməd b. Həbəl və digərlərinin onu etibarlı hesab etdiyini bildirmişdir. Zəhəbi həmçinin "Tarix əl-İslam" kitabında c.10, s.247 onun "salihul-hədis" olduğunu qeyd etmişdir.

Sənədində Sülyman b. Qərnin olduğu hədisdən sonra əd-Darəqutni deyir: Bu hədisin sənədi həsən səhihdir. (Sünən əd-Darəqutni, c.2, s.175, №18)

Beyhəqi də sənədində Süleyman b. Qərn olan hədisdən sonra "bu hədisin sənədi səhihdir" demişdir. (Sünən əl-Kübra, c.4, s.203, №7705)

əl-Hakim ən-Nişaburi də sənədində bu ravi olan hədisdən sonra "bu hədisin sənədi səhihdir, lakin əl-Buxari və Müslim kitablarında qeyd etməyiblər" deyib. əz-Zəhəbi də sənədin səhihliyində onunla razılaşıb. (Müstədrək əla əs-Səhiheyn, c.4, s.136, №7146 və c.4, s.160, №7226)



5. Fitr b. Xəlifə


Kutubi-Sittənin ravisidir, Səhih müslimdən başqa.

Əhməd b. Hənbəl, Yəhya b. Muin, ən-Nəsai, İbn Sad, İbn Hibban, Yəhya b. Səid, əl-İcli onu siqə hesab etmişdirlər. əl-İcli həmçinin demişdir: həsənul-hədis. (Təhzib ət-Təhzib, c.8, s.270, №550)
əz-Zəhəbi dedi: şeyx, imam, səduq (Siyər əlam ən-Nubəla, c.7, s.30-31)
Həmçinin əz-Zəhəbi onu "Zikr əsma min təkəlləma fihi va huva muvassaq" (Tənqid edilmiş, lakin sonradan etibarlı hesab olunan ravilər) kitabında da zikr etmiş və siqə, səduq ravi hesab etmişdir.



6. Əbdür-Rəhman b. Əbi Naam


əz-Zəhəbi dedi: imam, höccət, nümunəvi şəxsiyyətdir. (Siyər əlam ən-nubəla, c.5, s.62)
İbn Səd dedi: siqədir. (Təbaqat, c.6, №3540)
İbn Həcər dedi: səduqdur. (c.1, s.602, №4028)
Digər mənbələr: Təhzib ət-Tahzib, c.6, s.256, №562; Tahzib əl-Kamal, c.17, s.456; Mizan əl-Etidal, c.4, s.323



7. Səfinə


Səhabədir.




Göründüyü kimi, hədisin raviləri əhli-sünnə rical elminə əsasən etibarlı şəxslərdir. Ən pis halda sənəd həsən dərəcəsindədir. Ancaq gələcəkdə də görəcəyiniz kimi bu hədisin o qədər çox sayda sənədi var ki, bir-birini dəstəkləyərək tam şəkildə səhih dərəcəsinə çatır.

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#3 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 15 февраля 2012 - 01:37

http://www.alkafi.ne...read.php?t=1902

http://alkafi.net/vb...read.php?t=1847

http://www.alkafi.ne...read.php?t=1787

http://alkafi.net/vb...read.php?p=2036

Davam edəcək inşaAllah...
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#4 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 19 апреля 2020 - 00:54

Qeyd olunan "teyr" hədisini hafiz əl-Heysəmi nəql etdikdən sonra ət-Təbəraninin nəql etdiyi hədisinin sənədilə bağlı buyurub:
 
 رواه البزار والطبراني باختصار ورجال الطبراني رجال الصحيح غير فطر بن خليفة وهو ثقة
 
əl-Bəzzar və ət-Təbərani hədisi ixtisar şəkildə nəql etmişlər.ət-Təbəranin nəql etdiyi hədisin sənədinin raviləri Fitr ibn Xəlifə istisna olmaqla yerdə qalanlar "əs-Səhih"in (Buxari və Müslümün) raviləridir.Fitr ibn Xəlifə də güvənilən şəxsdir. (Yəni hamısı güvənilən ravilərdir)
 
"Məcməuz-zəvaid və mənbəul-fəvaid",c.9,s.24,hədis 14727.
 
Əhli-sünnənin böyük hədis alimlərindən olan Şəmsuddin Zəhəbi bu teyr (quş əti) hədisi haqqında buyurub:"Bu hədisin sənəd yolları çoxdur və mən bunun sənədləri haqqında bir kitab yazmışam".(Yəni hədis mütəvatirdir)
 
Mənbə:"Təzkirətil-huffaz",c.3,s.1042.

Сообщение отредактировал qulam: 19 апреля 2020 - 00:58





Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru