Перейти к содержимому


Фотография

Nizami Gəncəvi


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 8

#1 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 22 июня 2009 - 15:27

Nizami.jpg Nizami Gəncəvi (tam adı Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi) orta əsr Azərbaycan şairi və mütəfəkkiri.

Həyatı

Nizami 1141-ci ildə Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhərində sənətkar ailəsində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmış və 1209-cu ilde Gəncədə də vəfat etmişdir.
Nizami təhsilini Gəncə mədrəsələrində almış, daha sonra şəxsi mütaliyə yolu ilə orta əsrin elmlərini mükəmməl öyrənmiş, xüsusən də Yaxın Şərq xalqlarının şifahi və yazılı ədəbiyyatına yaxından bələd olmuşdur. Türk dilindən başqa Ərəb ve Fars dillərini də mükəmməl bilən şairin Yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Ömrü boyu Gəncədə yaşamış, saray şairi olmaqdan qətiyyətlə imtina etmiş, halal zəhməti ilə dolanmışdır. Təqribən 1169/1170-ci ildə Dərbənd hökmdarı Seyfəddin Müzəffərin kəniz kimi hədiyyə göndərdiyi qıpçaq qızı Afaq (Appaq) ilə evlənmiş, 1174-cü ildə oğlu Məhəmməd anadan olmuşdur.



Yaradıcılığı

Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Əsərlərindən məlum olur ki, şair böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Lakin Şərq təzkirəçilərinin 20 min beyt həcmində olduğunu qeyd etdikləri bu divandakı şerlərin çox az hissəsi dövrümüzədək gəlib çatmışdır. Nizami Gəncəvi bütün yaradıcılığı boyu lirik şerlər yazmış, sonralar poemalarında irəli sürdüyü mütərəqqi ictimai-fəlsəfi fikirlərini ilk dəfə həmin şerlərində ifadə etmişdir.

Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir.

Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır. III Toğrulun sifarişi ilə qələmə aldığı «Xosrov və Şirin» poemasını 1180-cı ildə bitirmiş və Məhəmməd Cahan Pəhləvana göndərmişdir. Cahan Pəhləvanın ölümündən sonra taxta çıxan Qızıl Arslan Gəncənin yaxınlığında öz çadırında şairlə görüşmüş və onun nəsihətlərini dinləmiş, şairə Həmdünyan adlı bir kənd bağışlamışdır. 1188-ci ildə Şirvan hökumdarı I Axsitan şairə «Leyli və Məcnun» mövzusunda bir əsər yazmağı sifariş etmişdir. Nizami Gəncəvi bundan boyun qaçırmaq istəsə də oğlunun təkidi ilə təklifi qəbul edib az müddətdə «Leyli və Məcnun» poemasını (Şərqdə ilk dəfə) yaratmışdır. 1196-cı ildə Əlaəddin Körpə Arslanın adına «Yeddi gözəl» əsərini, nəhayət, ömrünün sonlarına yaxın bütün ədəbi-estetik, ictimai-fəlsəfi görüşlərini yekunlaşdırdığı «İsgəndərnamə» (təqr. 1203) poemasını qələmə almışdır.

Nizami Gəncəvinin ilkin Şərq Intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümümbəşəri ictimai-siyasi, sosial və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır.

Nizami Gəncəvi üçün şəxsiyyətin ən yüksək meyarı insanlıq idi. İrqi, milli və dini ayrı-seçkiliyi qətiyyətlə rədd edən bu şairin qəhrəmanları içərisində türk, fars,ərəb,çinli, hindli, zənci, yunan, gürcü və s. xalqların nümayəndələrinə rast gəlirik. Hümanist şair müxtəlif dinlərə mənsub bu qəhrəmanların heç birinin milliyətinə, dini görüşlərinə qarşı çıxmır. Onun qəhrəmanları ədalət, xalq xöşbəxtliyi, yüksək məqsədlər uğrunda mübarizə aparırlar. İnsan şəxsiyyətinə , insan əməyinə ehtiram şairin yaradıcılığının aparıcı mövzularındandır.

Nizami Gəncəvi həm də vətənpərvər idi. O, təsvir etdiyi bütün hadisələri Azərbaycanla əlaqələndirməyə, vətənin keçmiş günlərini tərənnüm etməyə çalışmışdır. Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti doğma xalq yolunda qəhrəmanlıq ideyası ilə birləşir.

Nizami Gəncəvinin yaradıcılığı hümanizm, yüksək sənətkarlığı ilə Zaqafqaziya, Yaxın Şərq xalqları (fars, tacik, hind, əfqan, kürd, türkmən, özbək, qazax, qırğız və s.) ədəbiyyatlarının inkişafına güclü təsir göstərmiş, dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.

Nizami Gəncəvinin əsərləri dünyanın bir çox xalqlarının dilinə tərcümə olunmuşdur. Əsərlərinin nadir əlyazma nüsxələri bir çox şəhərlərin (Moskva, Sankt-Peterburq, Bakı, Daşkənd,Təbriz, Tehran, Qahirə, İstanbul, Dehli, London, Paris və s.) məhşur kitabxana, muzey və əlyazmaları fondlarında qiymətli incilər kimi qorunub saxlanılır.

Gəncədə dəfn olunduğu yerdə Nizami Gəncəvinin möhtəşəm məqbərəsi ucaldılmışdır.




Əsərləri
Sirlər xəzinəsi
Xosrov və Şirin
Leyli və Məcnun
Yeddi gözəl
İskəndərnamə (Şərəfnamə və İqbalnamə adlı iki hissədən ibarətdir)
Divanı (dövrümüzə natamam gəlib çatıB)



Haqqında olan ədəbiyyat
Babayeva T. Nizami Gəncəvinin ədəbi irsində şəxsiyyət problemi.- B., 2000.- 200 s.
Kərimli T. Nizami və tarix.- B.: Elm, 2002.- 241s.
Əlibəyzadə E. Nizami və tariximiz.- B., 2004.- 186 s.
Rzasoy S. Nizami poeziyası: Mif-tarix konteksti.- B.: Ağrıdağ, 2003.- 212 s.
Arzumanlı V. Nizami Gəncəvinin dünya şöhrəti -.B.: Qartal, 1997.
Əhmədov Ə. Nizami-Elmşünaslıq.-B., 2001.- 254 s.

Mənbə: Vikipedia


#2 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 22 июня 2009 - 15:43

bu dahi şəxsiyyətin yaradıcılığını çox sevirəm. Əsərləri əsasən hikmətli sözlərdən ibarətdir. Gözəl qəzəlləri də var. Məsəl üçün,

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl sevgili yar gəlmiş idi.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?

Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,
Ovçunun ovlağına köhnə şikar gəlmiş idi.
Uyuyub hər ikimiz rahət olub bir yatdıq,
Bəxtimizin baxçasına güllü bahar gəlmiş idi.

Dedi: "Getmək dəmidir, söylə, nə istəyirsən yar?"
Bir öpüş istədim ondan...Yeri var gəlmiş idi.
Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

"Ey Nizami!" - dedi... Birdən ayılıb gördüm o yox
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.


#3 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 22 июня 2009 - 16:17

Nəsihət

Bu nə tənbəllikdir? Giriş bir işə,
Bekarlıq insanı sıxar həmişə
Özgənin əliylə qazdırma mədən,
Özün bir əl tərpət əgər dirisən.
Əl-ayaq qulundur, işlətsən yəqin,
Çıxmazlar heç zaman əmrindən sənin.
Minlərlə xidmətçin olsa da, hökmən,
Özün əl-qolunu heç qoyma işdən.
Sənin əl-ayağın salamatdırsa,
Onların işini xadimlər görsə,
Bunlar da əlindən çıxsa bir zaman,
Sən əlsiz, ayaqsız qalmış olarsan!
Şirinsə birinin dili, söhbəti,
Başqa şey istəmə, bəstir ölfəti!
Köməyi deyməyən şirindil insan
Yaxşıdır acıdil əltutanlardan.
Daim şirin dillə yaxşılıq elə,
Nə fayda eləsən aci dil ilə?
Həyalı danışsın səni dinləyən.
Ağıllı bir işsir yumşaq danışmaq,
Kobudluq axmağa yaraşar ancaq!
Söz özü nə qədər gözəl olsa da,
Onu gözəllikdən salar pis əda!

Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!

#4 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 22 июня 2009 - 16:19

Peyğəmbərin Tərifi
(N. Gəncəvinin “Xosrov və Şirin” poemasından qismən ixtisarla)


Böyük Məhəmmədə yüz min afərin!

Xilqət torpağıdır, buna ol əmin.

Həqiqət görənlər gözünə çıraq,

Varlığa bir zinət özüdür ancaq.

Vəfa meydanının qabaqcılıdır,

Nəbilərə rəhbər, başçı sayılır.

Günahkar ümməti qoymaz xəcalət,

Eyləyər onlara daim şəfaət.

...Mənada Adəmin can kimyası,

Surətdə aləmin göz tutiyası.

Şəriət evinə qoymuşdur dörd hədd,

Qurmuş dörd divarla bir əbədiyyət.

Nübuvvətlə dini verdi yenilik,

Köməkçisi oldu ağıl və bilik.

Dini dünyada son din olduğundan,

Başqa dinlər batil edildi həmən.

...O bütün xaslardan xas bir Ayazdır,

Məsuddan Mahmuda çatmış bir xasdır.

Bir nüsrət qılıncı Haqq vermiş ona,

Dəmirlə iz salır daşın bağrına.

Möcüzlə xar etdi bədgümanları,

Sıxdı daş qəlbilə yaşayanları.

Dostunu qarşılar gül tək gülərək,

Hər qeyddən azaddır dünya sərvitək.

Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!

#5 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 22 июня 2009 - 16:35

Nizami Gəncəvi eşqin ən yüksək zirvəsini fəth etmiş Allah üçün sevən bir aşiqdir – Həqiqi Aşiqdir.

Eşqdir mehrabı uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin?!
Eşqin qulu ol ki, doğru yol budur,
Ariflər yanında, bil, eşq uludur.
Bu dünya eşqdir, qalan fırıldaq,
Eşqdən başqa şey – boş bir oyuncaq.
Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarmazdı böyük cahanı.
Eşqsiz bir adam bir neydir qırıq,
Yüz canı olsa da, ölüdür artıq.
Eşqsiz bu dünya soyuq məzardır,
Ancaq eşq evində rahatlıq vardır.
Eşqin yanğısından gözəl şey nə var?
Onsuz nə gül gülər, nə bulud ağlar

Сообщение отредактировал MUMINE: 22 июня 2009 - 16:37

Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!

#6 Bəndə

Bəndə

    Naqib – Captain

  • Murid
  • 714 сообщений

Отправлено 22 июня 2009 - 16:56

Ay,yadımdan çıxıb ki,burda moder deyiləm,qırmızı ilə yazdım,gərək bağışlayasınız ,от привычки B)
Məhərrəmdir, Xanım Zeynəb əzası,
Bizi səslər Hüseynin Kərbəlası.
Daha zəvvarının yox səs-sədası.
Bu gün Kərbübəla viran olubdur,
Hüseyn öz qanına qəltan olubdur.



Каждый день Ашура, Вся земля Кербела!

#7 AHMADIYYE

AHMADIYYE

    Aqid – Colonel

  • Emir
  • 2 642 сообщений

Отправлено 25 ноября 2009 - 18:09

*******
Bismillah,uca tanri hem rehmandir,hem rehim.
Tanri adi acardir xeznelere,ey hekim.
Dusuncenin evveli,her sozun odur sonu,
Ne soylesen,tanrinin adiyla qurtar onu.

SIRLER XEZINESI

Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və əla ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid. AMİN!

#8 Atella

Atella

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 229 сообщений

Отправлено 14 марта 2011 - 18:55

Nizami Gəncəvi (tam adı Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi) orta əsr Azərbaycan şairi və mütəfəkkiri.


Forumçulara belə bir sual ünvanlamaq istərdim..
Dahi şair Nizami Gəncəvinin Azərbaycan şairi olması haqqında hansı sübut və dəlilləriniz var ?


#9 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 14 марта 2011 - 22:27

Nizami Gəncəvi (tam adı Cəmaləddin İlyas ibn Yusif Nizami Gəncəvi) orta əsr Azərbaycan şairi və mütəfəkkiri.


Forumçulara belə bir sual ünvanlamaq istərdim..
Dahi şair Nizami Gəncəvinin Azərbaycan şairi olması haqqında hansı sübut və dəlilləriniz var ?


http://313news.net/f...ndpost__p__4013

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)




Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru